Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2-1(3-1)-111/2026 20.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrlik edən və məruzəçi), X2 və Novruzov Səxavət Hüseyn oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, iddiaçı İddiaçı və cavabdeh Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “ona vurulmuş ziyana görə 500.000 (beş yüz min) manatın cavabdehdən alınıb ona verilməsi” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair iddiaçı İddiaçı tərəfindən verilmiş ərizəni və apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək ona vurulmuş ziyana görə 500.000 (beş yüz min) manatın cavabdeh Culfa Rayon İcra Hakimiyyətindən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, 2-1(122)-312/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Qərardan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, həmçinin iddiaçı apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edərək Naxçıvan MR İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qərarın surəti ona ##.##.2026-cı il tarixdə poçt vasitəsilə göndərilmiş, lakin o, həmin zaman Bakı şəhərində olduğundan evdə heç kim olmamış, poçt idarəsi tərəfindən rəsmi F-20 formalı bildiriş vərəqəsində göndərişin çatdırılmaması səbəbi kimi "bu ünvanda yaşamır" bəndi qeyd edilərək göndəriş geri qaytarılmışdır. Bu qeyd həqiqətə uyğun olmamış, o, göstərilən ünvanda faktiki yaşamış, sadəcə həmin tarixdə Bakı şəhərində olmuş, bir müddət sonra qonşuları ona bu barədə bildirmişlər, buna görə də, o, şəxsən Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etmiş və qərarın surəti ona əldən təqdim edilmişdir. Həmin zaman qərardan apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddətin artıq ötdüyü ona bildirilmişdir. Apellyasiya şikayəti vermək üçün müddətin buraxılması onun təqsiri üzündən deyil, poçt idarəsinin göndərişi düzgün olmayan səbəblə geri qaytarması və bunun nəticəsində qərarın ona vaxtında verilməməsinə görə olmuşdur. Cavabdeh Culfa Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, *-**/*-***/**** nömrəli iddiaçının ərizəsinə dair yazılı münasibət onunla əsaslandırılmışdır ki, prosessual müddətin buraxılması özlüyündə həmin müddətin bərpası üçün hüquqi əsas yaratmır. Müddətin bərpası üçün onun proses iştirakçısının təqsiri olmadan və üzrlü səbəbdən buraxılması, habelə belə səbəblərin mötəbər və kifayət qədər sübutlarla təsdiq edilməsi zəruridir. İddiaçının prosessual müddətin bərpası barədə ərizəsində müddətin vaxtında apellyasiya şikayəti verilməsinə maneə olmuş konkret və obyektiv səbəblər lazımi qaydada əsaslandırılmadığı və həmin səbəbləri təsdiq edən kifayət qədər sübutlar təqdim edilmədiyi halda, buraxılmış prosessual müddətin bərpası üçün qanunla müəyyən edilmiş əsasların mövcudluğu qəbul edilə bilməz. İddiaçı İddiaçı Naxçıvan MR İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə qərar qəbul edilməsi Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ## #### 2026-cı il tarixli ərizəsi ilə eyni məzmunlu izahat verərək, kollegiyadan Naxçıvan MR İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 məhkəməyə təqdim edilən yazılı münasibətlə eyni məzmunlu izahat verərək, kollegiyadan Naxçıvan MR İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. ... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair iddiaçının ərizəsi təmin edilməməli və bu əsasla apellyasiya şikayəti mümkün sayılmamaqla onun qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Naxçıvan MR İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının surəti ## #### 2026-cı il tarixdə poçt vasitəsilə iddiaçı İddiaçı ünvanına göndərilmiş, lakin poçt göndərişinin iddiaçıya çatdırılması mümkün olmadığından məhkəməyə geri qaytarılmışdır. Bundan sonra həmin qərarın surəti ## #### 2026-cı il tarixdə Naxçıvan MR İnzibati Məhkəməsinin məsləhətçi-iclas katibi Əpruz Rzayeva tərəfindən iddiaçıya rəsmi qaydada təqdim edilmiş, iddiaçı qərarın surətini həmin tarixdə qəbul etdiyini qəbzdə müvafiq qeyd aparmaqla imzası ilə təsdiq etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında da həmin qərarın surətini Naxçıvan MR İnzibati Məhkəməsinin inzibati binasında şəxsən qəbul etdiyini bildirmişdir. Qeyd edilənlərə əsasən kollegiya tərəfindən müəyyən edilir ki, Naxçıvan MR İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ## #### 2026-cı il tarixdə iddiaçıya rəsmi qaydada təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Belə olan halda qərardan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 30 günlük prosessual müddətin sonuncu günü-## #### 2026-cı il tarix qeyri-iş gününə (şənbə gününə) təsadüf etdiyindən, ## #### 2026-cı il tarix hesab olunur. Lakin iddiaçının apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bununla da iddiaçı mübahisələndirilən qərardan apellyasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Apellyasiyanın mümkünlüyü ilə bağlı dinlənilmə hüququnun təmin edilməsi, eləcə də prosessual müddətin ötürülməsinin üzrlü sayılması üçün müvafiq sübutların təqdim edilməsi məqsədilə iddiaçı məhkəməyə dəvət olunmuş, bu hallar ona ünvanlanan bildirişdə və iştirak etdiyi məhkəmə iclasında onun diqqətinə çatdırılmışdır. Lakin, iddiaçı apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət üzrsüz səbəbdən ötürüldüyündən onun müddətin bərpası barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Ona görə də kollegiya apellyasiya şikayətinə münasibətdə hesab edir ki, iddiaçı tərəfindən qeyd olunan məhkəmə qərarından qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilmədiyindən apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar olmadığı üçün apellyasiya mümkün sayılmamalı və şikayətin qəbulundan da imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Naxçıvan MR İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair iddiaçı İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(3-1)-111/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(3-1)-111/2026
20.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver