Məhkəmə qərarları › İş №2-1(3-1)-116/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(3-1)-116/2026

23.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2-1(3-1)-116/2026 23.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Novruzov Səxavət Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(*- **)-*/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “2008-ci ildə ona verilmiş vətəndaşlıq haqqında inzibati aktın 21-ci maddənin tələbləri pozulmaqla qəbul edildiyinə görə qanunsuz hesab edilməsi və həmin aktın ləğv edilməsi, həmin vətəndaşlığa xitam verilməsi, müvafiq dövlət reyestrlərində onun Azərbaycan Respublikasının vətəndaşı kimi göstərilən məlumatların silinməsi və zəruri düzəlişlərin edilməsi” iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinə müraciət edərək 2008-ci ildə ona verilmiş vətəndaşlıq haqqında inzibati aktın 21-ci maddənin tələbləri pozulmaqla qəbul edildiyinə görə qanunsuz hesab edilməsi və həmin aktın ləğv edilməsi, həmin vətəndaşlığa xitam verilməsi, müvafiq dövlət reyestrlərində onun Azərbaycan Respublikasının vətəndaşı kimi göstərilən məlumatların silinməsi və zəruri düzəlişlərin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin (hakim Tural Əliyev) ## #### 2026-cı il tarixli, e-*-*(*-**)-*/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ## ######## 2005-ci ildə Ukraynanın Kiyev şəhərində anadan olmuş və orta təhsilini orada almışdır. Ukraynada davam edən müharibə ilə əlaqədar hazırda Ukrayna vətəndaşı kimi Almaniyada sığınacaq statusu ilə yaşayır və Münhen Texniki Universitetində ali təhsil alır. X3 Ukrayna vətəndaşıdır, anası X1 isə Azərbaycan Respublikasının vətəndaşıdır. Analarının izahatına əsasən, 2008-ci ilin aprel ayında, anası və qardaşı ilə birlikdə Naxçıvan şəhərində nənəsinin evində müvəqqəti qaldığı zaman, nənəsi Nümayəndə xarici vətəndaşların qeydiyyatı ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq onu Naxçıvan şəhərində polis idarəsində qeydiyyata aldırmışdır, bundan sonra bu qeydiyyatla əlaqədar ona Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycana sonuncu dəfə 2021-ci ilin yayında Ukrayna pasportundan istifadə edərək səfər etmişdir. Yalnız 2023-cü ilin sonunda ona və valideynlərinə ilk dəfə məlum olmuşdur ki, həmin qeydiyyat ona Azərbaycan Respublikası vətəndaşlığının verilməsi ilə nəticələnmişdir. O, mübahisələndirilən məsələ ilə bağlı bir sıra dövlət orqanlarına müraciət etmiş, lakin həmin dövlət orqanlarının cavabları əsas etibarı ilə formal xarakter daşımış və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 21-ci maddəsinin tələblərinə əməl olunmaması faktına mahiyyəti üzrə hüquqi qiymət verilməsini təmin etməmişdir. Bununla belə, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya Idarəsinin atası Ilham Ismayılova ünvanlanmış rəsmi cavabında, 2008-ci ildə anasının ərizəsi əsasında ona Azərbaycan Respublikasının vətəndaşlığının verildiyi iddia edilir, cavabda Ukrayna vətəndaşı olan atasının razılığının alındığı barədə məlumat göstərilmir, eyni zamanda, həmin dövrdə belə qaydanın qanuni tələblərə uyğun olduğu, yəni atasının razılığının tələb olunmadığı mövqeyi irəli sürülür. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsalandırmışdır ki, qərardadda iddiaçının hazırkı iddiaya dair hüquqi marağının müəyyən olunmadığı göstərilmişdir. Bu nəticə qərardadın özündə müəyyən edilmiş faktlarla ziddiyyət təşkil edir. Iddiaçının hüquqi marağı ##.##.2008-ci il tarixli ilkin rəsmiləşdirmənin qanuniliyinin yoxlanılmasına və qanunsuz olduğu halda ondan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına yönəlmişdir. Iddiaçı Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-*/**** nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasını və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Prosessual məsələlər Iddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan MR Inzibati Məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etdi. Iddiaçı İddiaçı məhkəməyə elektron kabinet vasitəsilə ünvanladığı ərizəsində, o, Ukrayna vətəndaşı olduğunu, Azərbaycan Respublikasında yaşamadığını və hazırda da yaşamadığını, Almaniyada yaşadığını və Münhen Texniki Universitetində təhsil aldığını, xaricdə yaşamağı və təhsili ilə əlaqədar ##.##.2026-cı il tarixdə saat 14:30-a təyin edilmiş məhkəmə iclasında şəxsən iştirak edə bilməyəcəyini, apellyasiya şikayətinə şəxsi iştirakı olmadan baxılmasını, iş üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında iştirak və onu təmsil etmək hüququnun saxlanıldığını, Almaniyada yaşamağı və təhsili davamlı xarakter daşıdığından, bu hallar dəyişmədiyi müddətdə hazırkı ərizənin bu iş üzrə apellyasiya icraatında keçiriləcək sonrakı məhkəmə iclasları üçün də nəzərə alınmasını, ##.##.2026-cı il tarixdə təqdim etdiyi apellyasiya şikayətini, orada göstərilən dəlil və tələbləri tam dəstəklədiyini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Işdə olan iddia ərizəsinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin tərcüməsində qeyd edilmişdir ki, İddiaçı ## ######## 2005-ci il tarixdə Ukrayna Respublikasının Kiyev şəhərində doğulmuşdur. Bu barədə 2005-ci ilin dekabr ayında **** saylı müvafiq qeyd aparılmışdır. Valideynləri, X3 (Ukrayna Respublikası vətəndaşı), anası X1r (Azərbaycan Respublikası vətəndaşı). Işdə olan AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ## ######## 2005-ci il tarixdə Ukrayna Respublikasında doğulmuşdur. Işdə olan Cavabdeh Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsi tərəfindən İddiaçı və X5 ünvanlanmış ##.##.2024-cü il tarixli, **/*-İ-*****/* nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı və X5 ilk dəfə ##.##.2008-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Polis Idarəsi tərəfindən ünvan 2 ünvanı üzrə sənədləşdirilərək müvafiq olaraq AZE-10925593, AZE-******** nömrəli, ##.##.2021-ci il tarixdə AA3116401 və AA******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişlər. Naxçıvan MR Daxili Işlər Nazirliyi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş ##.##.2026-cı il tarixli, *-**-**/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, ##.##.2005-ci il təvəllüdlü İddiaçı ilk dəfə ##.##.2008-ci il tarixdə Naxçıvan Şəhər Polis Idarəsi tərəfindən "AZE-10925593" nömrəli, ##.##.2021-ci il tarixdə isə hazırda aktiv statusda olan “АА3116401” nömrəli şəxsiyyət vəsiqələri ilə təmin olunmuşdur. İddiaçı barəsində Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu ilə təmin olunmasına dair məlumat aşkar olunmamışdır. Naxçıvan MR Daxili Işlər Nazirliyinin Naxçıvan Şəhər Polis Idarəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş ##.##.2026-cı il tarixli, *-**-**- */ə-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçı İddiaçı anası X1 şəhər, N.Gəncəvi küçəsi ev 14, mənzil 26 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş ##.##.2026-cı il tarixli, *-**-**- */ə-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, ##.##.2005-ci il təvəllüdlü İddiaçı 2005-2025ci illər ərzində Azərbaycan Respublikasının dövlət sərhədindən hərəkəti barədə IAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: ##.##.2008-ci il tarixində Ukraynadan giriş, ##.##.2008-ci il tarixində Ukraynaya çıxış, giriş qeydi yoxdur, ##.##.2010-cu il tarixində Ukraynaya çıxış, ##.##.2011-ci il tarixində Ukraynadan giriş, ##.##.2011-ci il tarixində Ukraynaya çıxış, ##.##.2015-ci il tarixində Türkiyədən giriş, ##.##.2015-ci il tarixində Türkiyəyə çıxış, ##.##.2016-cı il tarixində Ukraynadan giriş, ##.##.2016-cı il tarixində Ukraynaya çıxış, ##.##.2017-ci il tarixində Ukraynadan giriş, ##.##.2017-ci il tarixində Ukraynaya çıxış, ##.##.2018-ci il tarixində Ukraynadan giriş, ##.##.2018-ci il tarixində Ukraynaya çıxış, ##.##.2021-ci il tarixində Rusiyadan giriş və ##.##.2021-ci il tarixində Türkiyəyə çıxış etdiyi qeydə alınmışdır. Bununla yanaşı, ##.##.2005-ci il təvəllüdlü X5 2008-2011-ci illər ərzində Azərbaycan Respublikasının dövlət sərhədindən hərəkəti zamanı anası Azərbaycan Respublikasının vətəndaşı X1 məxsus P******* nömrəli ümumvətəndaş pasportu əsasında dövlət sərhədindən buraxılmışdır. Işdə olan İddiaçı tərəfindən Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış müraciətdə qeyd edilmişdir ki, “Biz, əkiz qardaşlar İddiaçı və X5, vətəndaşlığımızla əlaqədar yaranmış vəziyyətə görə narahatlığını ifadə edən atamız Ukrayna vətəndaşı X4 müraciəti ilə birlikdə, bu məktubu təqdim edirik. Biz 2005-ci ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşuq və doğum haqqında şəhadətnaməmizi orada almışıq. Uşaqlığımızı və gəncliyimizi Kiyevdə keçirmiş, orta təhsilimizi orada bitirmişik. Atamız Ismayılov ilham Sabir oğlu Ukraynanın müstəqillik əldə etdiyi andan oranın vətəndaşıdır, anamız Vəliyeva Sürə Yəhya qızı Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərimizdən birinin əcnəbi vətəndaş olduğu üçün, Ukraynanın vətəndaşlıq haqqında qanunvericiliyinə müvafiq olaraq, 2014-cü ildə onların iştirakı ilə Ukraynanın miqrasiya xidmətində vətəndaşlığımızı rəsmi olaraq təsdiq etmişik. Anamızın izahatına əsasən 2008-ci ilin aprel ayında babamızın vəfatı ilə əlaqədar Azərbaycanın Naxçıvan şəhərindəki yaşayan nənəmizin yanına getmişik. Nənəmiz Nümayəndə vətəndaşların qeydiyyatı ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq bizi öz mənzilində qeydiyyata almış, bundan sonra bizə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verilmişdir. O zaman fərqinə varmadığımız bu qeydiyyat bizə uzunmüddətli təsir göstərdi. Sonrakı illərdə Ukraynanın səyahət sənədlərindən istifadə etməklə Azərbaycanı bir neçə dəfə ziyarət etmişik. Azərbaycana sonuncu dəfə 2021-ci ilin iyun ayında Ukrayna pasportlarımızdan istifadə edərək səfər etmişik. 2021-ci ilin avqust ayında nənəmiz anamızla birlikdə bizi Naxçıvanda bir təşkilata apardı və orada bizə yeni şəxsiyyət vəsiqələri verildi. Azərbaycan dilini zəif bildiyimiz üçün baş verənlərin mahiyyətini, onun nəticələrini başa düşmədik və nənəmiz bunu etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrimizin dəyişdirilməsi zərurətinin yaranması ilə izah etdi. 2021-ci ilin sentyabr ayında Ukraynaya qayıtdıq və yalnız 2023-cü ilin sonunda ilk dəfə olaraq Azərbaycan Respublikasının vətəndaşı olduğumuzu bildik. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” ## ######## 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, uşaq yalnız vətəndaşlığı qəbul etmiş valideynin ərizəsi və əcnəbi valideynin razılığı əsasında Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər. X7 Azərbaycan Respublikasının vətəndaşlıq məsələləri ilə məşğul olan səlahiyyətli orqanlarına bizə Azərbaycan vətəndaşlığı verilməsinə razılıq verməyib. Biz əcnəbi valideynimizin razılığı olmadan necə vətəndaş olduğumuzu öyrənmək məqsədilə qohumlarımız vasitəsilə Naxçıvan Muxtar Respublikasının Daxili Işlər Nazirliyinə müraciət etdik. Qeyri-rəsmi və şifahi söhbət zamanı Daxili Işlər Nazirliyinin nümayəndələri bildirdilər ki, arxivdə sənədlər 5 ildən artıq saxlanılmır, buna görə də bizim sənədlərimizin surətləri onlarda yoxdur. Biz gələcəkdə Ukrayna vətəndaşlığı ilə yanaşı Azərbaycan Respublikasının vətəndaşlığını da əldə etmək niyyətindəyik. Lakin hal-hazırda həm Ukraynada, həm də Azərbaycanda ikili vətəndaşlıq qadağandır və biz mövcud vəziyyəti hər iki ölkənin qanunvericiliyinə uyğun olaraq həll etməyə çalışırıq”. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. 17-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olub-olmamasının müəyyən edilməsi ilə birbaşa bağlıdır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa, iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Hazırkı iş üzrə iddiaçının tələbi 2008-ci ildə ona verilmiş vətəndaşlıq haqqında inzibati aktın 21ci maddənin tələbləri pozulmaqla qəbul edildiyinə görə qanunsuz hesab edilməsi və həmin aktın ləğv edilməsi, həmin vətəndaşlığa xitam verilməsi, müvafiq dövlət reyestrlərində onun Azərbaycan Respublikasının vətəndaşı kimi göstərilən məlumatların silinməsi və zəruri düzəlişlər edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçı ##.##.2005-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində anası Azərbaycan Respublikasının vətəndaşı olan X1 doğulmuşdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun 11-ci maddəsinin 1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşından doğulması vətəndaşlıq əldə etmək üçün əsasdır. Ona görə də, iddiaçı İddiaçı doğulduğu andan Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında qərar isə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun 17-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddiaya dair hüquqi marağının nədən ibarət olması müəyyən edilmir. Həmçinin iddia ərizəsində cavabdeh qismində göstərilmiş Cavabdeh tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada pozulduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Ukraynada doğulsa da, onun anası Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Qanunvericilik imkan verdiyindən iddiaçının anası uşağına, yəni iddiaçıya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi ilə əlaqədar 2008-ci ildə aidiyyəti inzibati orqana müraciət edir və iddiaçıya şəxsiyyət vəsiqəsi verilir. 2021-ci ildə isə yenidən müraciət əsasında iddiaçıya yeni şəxsiyyət vəsiqəsi verilir. Iddiaçının nümayəndəsi qeyd edir ki, 2023-cü ildə iddiaçının hərbi xidmətlə bağlı məsələsi çıxdıqdan sonra iddiaçı barədə təqdim edilən sənədlərin Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olduğunu bilmişlər. Iddiaçının və onun anasının verilmiş sənədlərin Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olduğunu bilməmələri ağlabatan deyildir. Belə ki, iddiaçının anası Azərbaycan Respublikası vətəndaşıdır, onun da Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi var, həmin şəxsiyyət vəsiqəsindən istifadə edir və onun vasitəsilə özünü təqdim edir. Hazırda iddiaçı cavabdeh inzibati orqanın 2008-ci ildə ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi ilə əlaqədar hərəkətindən narazıdır. Lakin iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada pozulduğunu əsaslandıra bilmir. ##.##.2000-ci il tarixli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ##.##.2012-ci il tarixədək qüvvədə olmuş müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqanın onun hüquqlarını və qanunla qorunan maraqlarını hansı qaydada pozmasını əsaslandıra bilmir. Həmçinin iddiaçı cavabdeh inzibati orqanın 2008-ci ildə ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi ilə əlaqədar hərəkətindən narazıdır. Lakin iddiaçının anası narazı olduğu təqdirdə bu hərəkəti ##.##.2008-ci il tarixdə və qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirə bilərdi. Lakin 2021-ci ildə yenidən müraciət əsasında iddiaçiya yeni şəxsiyyət vəsiqəsi verilir. Lakin iddiaçı tərəf yenə narazılığını bildirmir. 2023-cü ildə iddiaçının hərbi xidmətlə bağlı məsələsi çıxdıqdan sonra iddiaçıya təqdim edilən sənədlərin Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olduğunu bildiyini qeyd etsə də məhkəməyə 2026-ci ildə müraciət edir. Göründüyü kimi iddiaçının subyektiv hüququ pozulmuş olsaydı belə o, prosessual müddəti ötürmüşdür. Idiaçının və onun anasının verilmiş sənədlərin Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olduğunu bilməmələri ağlabatan deyidir, həmçinin iddiaçı qeyd etdiklərini mötəbər sübutlarla əsaslandıra bilmir. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçının apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*- *(*-**)-*/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar