Məhkəmə qərarları › İş №2-1(3-1)-12/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-12/2026

24.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-12/2026 24.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Inzibati kollegiyası Hakimlər - X10 (sədrlik edən və məruzəçi), X4 və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə, cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri X5 və X2 iştirakları ilə Iddiaçı "xxxx" MMC-nin cavabdeh Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin ## #### 2024-cü il tarixli "Səyyar vergi yoxlaması" aktı və həmin aktla bağlı "xxxx" MMC barəsində qəbul edilmiş ##.##.2024 tarixli **************** saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı "xxxx" MMC-nin direktoru iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh ##.##.2024 tarixli **************** saylı qərarı və **************** saylı tələbnaməsinin ləğv edilməsi, onlardan tutulmalı olan 898534,26 AZN sığorta haqları və 508975,03 AZN maliyyə sanksiyasının ləğv edilməsi və bunların yerinə yetirilməsi barədə cavabdeh Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə öhdəliklərin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, iddia tələbinə “Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin ## #### 2024 tarixli "Səyyar vergi yoxlaması" aktı və həmin aktla bağlı "xxxx" MMC barəsində qəbul edilmiş ##.##.2024 tarixli **************** saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının ləğv edilməsi” kimi baxılıb qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ## ######## 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli protokol qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, ##.##.2024-cü il tarixdə "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" haqqında **************** nömrəli qərar qəbul olunmuşdur. Qərara əsasən mənfəət vergisi üzrə: yoxlama ilə 2018-ci il üzrə 5945.86 manat, 2019-cu il üzrə 6945.15 manat, 2020-ci il üzrə 1699.58 manat, 2021ci il üzrə 1509.24 manat və 2022-ci il üzrə 1966.14 manat mənfəət vergisinin artıq hesablanması müəyyən olunmuşdur. Yoxlanılan dövr üzrə mənfəət vergisinin cəmi 18065.97 manat artıq hesablanması müəyyən olunmuşdur. Yoxlama ilə əlavə dəyər vergisi üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbi pozulduğuna görə 916895.62 manat azaldılması və 295.39 manat artıq hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməl olan məbləğinə nisbətən azaldılmışdırsa, azaldılmış 916895.62 manat vergi məbləğinə 50% miqdarında, yəni 458447.81 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinin pozulması üzrə:yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2023-cü il üzrə 285272 manat məbləğində malların elektron qaiməfaktura təqdim edilmədən satılması aşkar edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron-qaimə faktura verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10% miqdarında, yəni 28575.20 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur. Azərbaycan Respublikasının Verg Məcəlləsinin 58.7-1-ci maddəsinin tələbi pozulmaqla (təqvim ayı ərzində ümumi məbləği 30000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsi) 250000 manat nağd ödənişlərin aparıldığı aşkar edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-1- ci maddəsinə əsasən aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10% məbləğində, yəni 22000 manat ((250000 - 30000) x10% = 22000)) maliyyə sanksiyası tətbiq olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə əsasən ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Yəni hər bir halda verg ödəyicisinin qarşı tərəfin bank hesabına köçürdüyü məbləği əvəzləşdirməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə isə buna qanunvericiliyin pozulması kimi yanaşmamış əksinə, vergi orqanı tərəfindən qəbul edilmiş inzibati aktların qanunvericiliyin tələblərinə uyğun olmamasını yekun qərarında bildirmiş, lakin qəbul olunmuş inzibati aktlarda hansı pozuntuların olmasını əsaslandırmamışdır. Məhkəmə yekun qərarında səyyar vergi yoxlaması nəticəsində qəbul olunmuş qərarda qeyd edilən məbləğin ödənilməsi təqdirdə bunu ikiqat vergitutma kimi qiymətləndirmiş, ƏDV-nin depozit hesabına ödənilməsi qaydası (Vergi Məcəlləsinin 175.1-ci maddəsi) pozulsa belə əgər əməliyyatın vergi tərəfi, yəni ƏDV-nin büdcəyə daxil olması təmin edilibsə, formal tələbin pozulması mütləq şəkildə eyni məbləğin ikinci dəfə ödənilməsinə gətirib çıxarmamalı olmasını bildirmişdir. Məhkəmə qeyd olunan ƏDV-nin büdcəyə daxil olmasının təmin edilməsini bildirsə də bunu öz qərarında əsaslandırmamışdır. Hətta bütün bunlara baxmayaraq ƏDVnin depozit hesabına ödənilmədən əvəzləşdirilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulması nəticəsində yəni, Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə zidd olaraq qarşı tərəfin bank hesabına ödənişin əvəzləşdirildiyini və bunun nəticəsində qəbul olunmuş məsuliyyətə cəlb edilmə qərarının qəbul edilməsinin qanunvericiliyin tələblərinə uyğun olmasını nəzərə almamışdır. Nəticə etibarı ilə qeyd olunanlardan, səyyar vergi yoxlaması aktndan və Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbləri baxımından məsələyə hüquqi aspektdən yanaşıldıqda ikiqat vergi tutmanın olmadığını aşkar şəkildə görmək olar. Diqqət yetirilməsi zəruri məqamlardan biri də budur ki, məhkəmə qərarında Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə və 58.7-1-c maddəsinin tələblərinə uyğun olaraq müvafiq şəkildə 28575.2 manat (VM 58.13) və 22000 manat (VM 58.7-1) tətbiq olunmuş maliyyə sanksiyasın nəzərə almamış və heç bir əsaslandırma etməmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası IPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının vəkili-nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri X5 və X2 izahatında apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə izahatında şikayəti qəbul etməyərək, Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb şikayət məhkəmə qərarının ləğvinə yönəldiyindən qərarın qanuniliyi və əsaslılığını,həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Iş materiallarında olan: - Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" ## #### 2024-cü il tarixli **************** saylı Qərarından məlum olur ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. - Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Səyyar Vergi yoxlamasının keçirilməsi haqqında” ## ###### 2023-cü il tarixli **************** saylı Qərarından məlum olur ki, "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2017-oktyabr 2023-cü illər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. - Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Səyyar Vergi yoxlamasının keçirilməsi müddətinin uzadılması haqqında” ## ###### 2024-cü il tarixli **************** saylı Qərarından məlum olur ki, "xxxx" MMC üzrə keçirilən Səyyar Vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılmışdır. - Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Səyyar Vergi yoxlamasının keçirilməsi müddətinin uzadılması haqqında” ## ###### 2024-cü il tarixli **************** saylı Qərarından məlum olur ki, "xxxx" MMC üzrə keçirilən Səyyar Vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artırılmışdır. - Səyyar Vergi yoxlaması aktına baxılma haqqında ## ### 2024-cü il tarixli protokoldan məlum olur ki, vergi ödəyicisi tərəfindən alınmış mal-materialların dəyəri və ƏDV-si satıcının bank hesabına ödənildiyindən ƏDV məbləği qarşı tərəfin ƏDV depozit hesabına ödənilmədiyi üçün əvəzləşmələr nəzərə alınmamış və ödənilən ƏDV məbləğləri Mənfəət vergisi bəyannaməsində mal-materialların dəyəri ilə birlikdə xərc kimi nəzərə alınmışdır. 2018-ci il vergi tutma məqsədləri üçün mənfəətə 157091.20 manat azalma verilmişdir. 2018ci il mənfəət vergisi üzrə 5 945.86 manat artıq hesablanması müəyyən olunmuşdur. 2019cu il vergi tutma məqsədləri üçün mənfəətə 163889.59 manat azalma verilmişdir. 2019-cu il mənfəət vergisi üzrə 6945.15 manat artıq hesablanması müəyyən olunmuşdur. 2020-ci il vergi tutma məqsədləri üçün mənfəətə 164512.63 manat azalma verilmişdir. 2020-ci il mənfəət vergisi üzrə 1699.58 manat artıq hesablanması müəyyən olunmuşdur. 2021-ci il vergi tutma məqsədləri üçün mənfəətə 152223.13 manat azalma verilmişdir. 2021-ci il mənfəət vergisi üzrə 1509.24 manat artıq hesablanması müəyyən olunmuşdur. 2022-ci il vergi tutma məqsədləri üçün mənfəətə 158567.54 manat azalma verilmişdir. 2022-ci il mənfəət vergisi üzrə 1966.14 manat artıq hesablanması müəyyən olunmuşdur. Yoxlanılan dövr üzrə mənfəət vergisinin cəmi 18065.97 artıq hesablanması müəyyən olunmuşdur. Əlavə dəyər vergisi üzrə ödəyicisi tərəfindən mal, iş və xidmətlərə görə ödənilməli olan ƏDV məbləği, satıcının bank hesabına köçürülmüş və əvəzləşdirilimişdir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbləri pozulduğuna görə cəmi 916814.41 manat məbləğində əvəzləşmələr ləğv edilmişdir. Yoxlama ümumilikdə ƏDV üzrə vergi məbləğinin 916814.41 manat azaldılması və 295.39 manat artıq hesablanması aşkar edilmişdir. Azaldılmış 916814.41 manat vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 458407.23 manat maliyyə sanksiyasının tətbiqi təklif olunmuşdur. - Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında ## ### 2024-cü il tarixli, ***************** saylı Qərardan məlum olur ki, keçirilmiş Səyyar Vergi yoxlaması materiallarına yenidən baxılması məqsədilə əlavə vergi yoxlaması tədbirləri keçirilmişdir. - ## #### 2024-cü il tarixli, **************** nömrəli Səyyar Vergi yoxlaması aktından məlum olur ki, yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən alınmış malmateriallarının dəyəri və ƏDV-si satıcının bank hesabına ödənmiş, ƏDV məbləği satıcının bank hesabına köçürülmüş və əvəzləşdirilmiş, vergi hesab fakturaları və elektron qaimə fakturaları üzrə cəmi 916 895.62 manat məbləğində əvəzləşmələr ləğv edilmiş, elektron qaimə fakturaları təqdim edilməli olduğu halda malların elektron qaimə faktura verilmədən təqdim edilməsi aşkar olunmuşdur. Bununla da maliyyə sanksiyası tətbiq olunması təklif olunmuşdur. - "xxxx" MMC-in 2017-2024-cü illər üzrə şəxsi hesab vərəqəsi iş materiallarına əlavə edilmişdir. - SOCAR PETROLEUM QSC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ######## 2024-cü il tarixli, **-*-**/*-****/**** nömrəli məktubdan məlum olur ki, MMC ilə QSC arasında ##.##.2023-cü il tarixdən ## ##.2023-cü il tarixədək SPSNT- ****-**** nömrəli alqı-satqı müqaviləsi bağlanmış, lakin həmin müqavilə üzrə neft məhsulları alınmamışdır. MMC ilə QSC arasında ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək SP-SNT****-**** nömrəli alqı-satqı müqaviləsi bağlanmış, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək **-** saylı Naxçıvan neft baza sahəsi vasitəsilə neft məhsulları verilmiş, dəyəri isə tam şəkildə MMC tərəfindən ödənilmişdir. Müştərinin cari hesabı haqqında hesabatdan aydın olur ki, hansı məbləğdə və hansı tarixlərdə əlavə dəyər vergisi MMC tərəfindən ödənilmişdir. Əlavə olaraq bildirilmişdir ki, MMC ilə QSC arasında 2017- 2022-ci il tarixlərində hər hansı müqavilə bağlanmamışdır. - Naxçıvan MR Prokurorluğu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ## ###### 2024-cü il tarixli məktubla göndərilmiş ## ###### 2024-cü il tarixli, *** nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyindən məlum olur ki, "xxxx" MMC-də ## #### 2024-cü il tarixli, **************** saylı səyyar vergi yoxlaması aktının və əlavə iş materiallarında göstərilənlərin düzgünlüyü nəzərə alındıqda aşkarlanmış mənfəət vergisinin cəmi 18065,97 manat artıq hesablanma, ƏDV üzrə Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbi pozulduğuna görə 916895,62 manat az hesablanma və 295,39 manat artıq hesablanma müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2023-cü il üzrə 285272,00 manat məbləğdə malların elektron qaimə faktura təqdim edilmədən satılması və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin tələbi pozulmaqla 250000,00 manat nağd ödəniş aparılması səyyar vergi yoxlamasında düzgün hesab edilmişdir. Qoyulmuş suallar üzrə səyyar vergi yoxlaması aktlarında göstərilmiş rəqəmlərlə iş materiallarında əks olunmuş rəqəmlər eynilik təşkil etmişdir. - Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2024-cü il tarixli, **************** nömrəli məktubdan məlum olur ki, Vergi nəzarəti tədbirləri çərçivəsində "xxxx" MMC-yə # ###### 2023-cü il tarixli **************** nömrəli məktubla göndərilmiş # ###### 2023-cü il tarixli **************** nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnamələr iş materiallarına əlavə edilmişdir. - Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2024-cü il tarixli, **************** nömrəli məktubdan məlum olur ki, Naxçıvan MR Ali Məclisi sədrinin ## ###### 2023-cü il tarixli 225-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 5.5.9-cu bəndi ilə Xidmətin rəisinə əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar və Vergi Məcəlləsinə uyğun olaraq qərarlar qəbul etmək səlahiyyəti verilmişdir. ## ###### 2023-cü il tarixli 231504********** nömrəli əmrlə ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi məzuniyyətdə olduğundan rəis vəzifələrinin müvəqqəti icrası X6 həvalə edilmiş və ##.##.2023-cü il tarixli **************** nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərar onun tərəfindən qəbul edilmişdi. - Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## #### 2025-ci il tarixli, 3-21-2-24/2- *****/**** nömrəli məktubda göstərilmişdir ki, Vergi Məcəlləsinin 13.2.40-cı maddəsinə əsasən ƏDV-nin depozit hesabı ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. Vergi ödəyicisinə verilmiş vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmişdir. "ƏDV-nin depozit hesabı" altsistemi ƏDV üzrə yayınmaların qarşısının alınması və bu sahəyə avtomatlaşdırılmış nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulur. Bu sistem vasitəsilə vergi ödəyicisinə verilmiş vergi hesabfakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülmə işlərinin yerinə yetirilməsi təmin olunur. Vergi ödəyicisi “xxxx” MMC (VÖEN **********) ##.##.2009-cu il tarixdən Vergi Məcəlləsinin 156.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün könüllü qeydiyyatdadır və qeyd olunan vergi ödəyicisi tərəfindən Dövlət Vergi Xidmətinə ƏDV-nin mədaxili, uçot hərəkəti və dövlət büdcəsinə ödənilməsi ilə bağlı yaradılmış texniki imkanlar barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 1.4. Vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 10.0-10.0.3. Bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər, Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər, Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 36.3-1.3. Cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda vergi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı bu maddə ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr və (və ya) vergi növləri artırıla bilər. Maddə 38.1. Səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Maddə 38.3.6. Cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən keçirilə bilər. Maddə 53.1. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Maddə 53.6. Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir. Maddə 56.1.Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Maddə 58.6. Bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 58.7. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Maddə 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Maddə 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə; Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Maddə 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: Maddə 175.1.1. Hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; Maddə 175.1.3. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDVnin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edərək bildirir ki, iş materiallarından aydın olur ki, iddiaçı "xxxx" MMC ilə bağlı səyyar vergi yoxlamasının keçirilməsinin səbəbi Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 188.4.1 və 222.1-ci maddələri ilə ibtidai istintaqı aparılan ******** nömrəli cinayət işi üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə ## ###### 2023-cü il tarixli qərarının Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olması olmuşdur. Həmin qərarda "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) və X9 (VÖEN **********) təsisçisi olan və həmin məhdud məsuliyyətli cəmiyyətlərə faktiki rəhbərliyi həyata keçirən X1 # ###### 2017-ci il tarixdən # ###### 2023-cü il tarixədək olan dövr ərzində sahibkarlıqdan gəlirlərinin, vergilərinin düzgün hesablanıb-hesablanmamasının, vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının və vergilərin tam ödənilib-ödənilməməsinin vəziyyətinə dair yoxlama təyin edilməsi ilə bağlı müvafiq göstərişin verilməsidir. Kollegiya qeyd edir ki, iddiaçı Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin ## #### 2024-cü il tarixli "Səyyar vergi yoxlaması" aktı və həmin aktla bağlı "xxxx" MMC barəsində qəbul edilmiş ##.##.2024 tarixli **************** saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının ləğv edilməsini xahiş etmişdir. Kollegiyanın ## #### 2026-cı il tarixli qərardadı ilə Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı “## #### 2024 tarixli "Səyyar vergi yoxlaması" aktının ləğv edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddianın mümkün sayılmaması qərara alınmışdır. Kollegiya qeyd edir ki, hazırkı inzibati mübahisə üzrə iddia tələbinin ##.##.2024 tarixli **************** saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə "xxxx" MMC-nin məsuliyyətə cəlb edilməsi haqqında" Qərarının ləğv edilməsi hissəsində hüquqi dəyərləndirmə aparılacaqdır. Həmin qərardan aydın olur ki, "xxxx" MMC-nin mənfəət vergisi üzrə: 2018-ci il üzrə 5945.86 manat, 2019-cu il üzrə 6945.15 manat, 2020-ci il üzrə 1699.58 manat, 2021-ci il üzrə 1509.24 manat və 2022-ci il üzrə 1966.14 manat mənfəət vergisinin artıq hesablanması müəyyən olunmuşdur. Yoxlanılan dövr üzrə mənfəət vergisinin cəmi 18065.97 manat artıq hesablanması müəyyən olunmuşdur. Yoxlama ilə əlavə dəyər vergisi üzrə Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbi pozulduğuna görə 916895.62 manat azaldılması və 295.39 manat artıq hesablanması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, azaldılmış 916895.62 manat vergi məbləğinə 50% miqdarında, yəni 458447.81 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinin pozulması üzrə: yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2023-cü il üzrə 285272 manat məbləğində malların elektron qaimə-faktura təqdim edilmədən satılması aşkar edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 %-i miqdarında, yəni 28575.20 manat məbləğində maliyya sanksiyası tətbiq olunur. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin tələbi pozulmaqla (təqvim ayı ərzində ümumi məbləği 30000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsi) 250000 manat nağd ödənişlərin aparıldığı aşkar edilmişdir. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən aparılan əməliyyatların ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10% məbləğində, yəni 22000 manat ((25000-30000) x 10 % = 22000)) maliyyə sanksiyası tətbiq olunur. Həmin qərara əsasən "xxxx" MMC-nin vergi qanunvericiliyin pozulmasına görə ümumilikdə 1407509.29 manat məbləğində vergi borcu və tətbiq edilmiş maliyyə sanksiyasının olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, neft məhsullarının alqısatqısı barədə müqavilələrdə alınmış malın dəyəri və eyni zamanda malın dəyərinə hesablanmış ƏDV satıcının depozit hesabına həmin müqavilədə göstərilən satıcının bank rekvizitlərinə əsasən ödənilməsi şərti yerinə yetirildikdən sonra malın buraxılışının həyata keçirilməsi mümkün olmuşdur. Həmçinin cavabdehin Səyyar vergi yoxlaması materiallarına baxılmanın nəticəsi üzrə verilmiş rəydən görünür ki, yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən alınmış malmaterialların dəyəri və ƏDV-si satıcının bank hesabına köçürülmüş və əvəzləşdirilmişdir. Cavabdehin iddia tələbinə dair gətirdiyi əsas arqumentlər iddiaçının ödədiyi ƏDV məbləğinin qarşı tərəfin ƏDV depozit hesabına ödənilmədiyi üçün əvəzləşmələrin nəzərə alınmaması və həmin ƏDV məbləğlərinin mənfəət vergisi bəyannaməsində malmaterialların dəyəri ilə birlikdə xərc kimi nəzərə alınması kimi olsa da, tərəflər məhkəməyə verdikləri izahatlarında hal-hazırda da, əvvəlki qaydada, yəni alınmış mal-materialların dəyərinin və ƏDV-nin satıcının bank hesabına köçürülüb əvəzləşdirilmək yolu ilə malların alqı-satqısı həyata keçirildiyini bildirmişlər. Vergi Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimə-fakturadan da aşkar görünür ki, Naxçıvan Neft və X8 Müəssisəsi neft məhsullarının alqı-satqısı üzrə analoji fəaliyyətlə məşğul olan bütün vergi ödəyiciləri ilə həmin qaydada fəaliyyət göstərir. Göründüyü kimi, vergi orqanı tərəfindən barəsində qərar qəbul edəcəyi vergi ödəyicisinin ödəməli olduğu ƏDV məbləğlərini ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə, ƏDV-nin ödənilibödənilmədiyini göstərən sənədlərə müvafiq müəyyən etməli olduğu halda bunu etməmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən və onun üçün hüquqi nəticələr yaradan qəbul edilmiş inzibati aktlar qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Çünki əksi büdcə zərərinin olmaması ilə yanaşı iddiaçının ƏDV məbləğlərinin ikiqat ödənilməsinə məruz qalması ilə nəticələnəcəkdir ki, Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Digər yandan ƏDV-nin depozit hesabına ödənilməsi qaydası (Vergi Məcəlləsinin 175.1-ci maddəsi) pozulsa belə, əgər əməliyyatın vergi tərəfi, yəni ƏDV-nin büdcəyə daxil olması təmin edilibsə, formal tələbin pozulması mütləq şəkildə eyni məbləğin ikinci dəfə ödənilməsinə gətirib çıxarmamalıdır. Bu həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsindən irəli gəlir. Belə ki, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Məhkəmə qeyd etməyi vacib sayır ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək, vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamaq, təhlil etmək və qiymətləndirmək, belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər vermək vergi orqanlarının bilavasitə vəzifəsi kimi müəyyən edilmişdir (VM 24.1.1, 24.1.2, 24.1.5). Bu mənada inzibati orqanın özünün məsuliyyət sferasına aid olan məsələləri həll etmədən qəbul etdiyi istənilən qərar formal-hüquqi baxımdan qüsurlu sayılır. Nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Məhkəmə xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” ## ###### 2011-ci il tarixli Qərarı). Həmçinin məhkəmə hesab edir ki, Vergi Orqanı tərəfindən 2017-ci ildən (yəni 3 ildən kəskin artıq) başlayan dövrün yoxlanılması Cəmiyyətin qanuni gözləntilərini pozmuş və hüquqi yəqinlik prinsipini sarsıtmışdır. Beləliklə, məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən inzibati orqan kimi sübutlara, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verilməmiş, nəticədə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə yuxarıda istinad olunan qanunvericiliyin tələbləri pozulmaqla qüsurlu inzibati aktlar qəbul edilmişdir. Ona görə də, aktlar bütövlükdə qanuni əsaslandırmaya malik deyil. Kollegiya iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir: Kollegiyanın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən göndərilmiş ## ### 2026-cı il tarixli, *-*-***/*-******/**** nömrəli məktubda qeyd edilmişdir ki, Ordubad rayonunun Kotam kənd sakini X1 Azərbaycan Respublikasının CMnin 162-1.1, 188.4.1, 222.1 və 222-1.1-ci maddələri, Ordubad şəhər sakini X3 isə həmin Məcəllənin 222.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işindən X1 vergiləri ödəməkdən yayınma və sair əməlləri, o cümlədən bir sıra dövlət qurumlarının aidiyyəti vəzifəli şəxslərinin cinayət xarakterli hesab edilə biləcək əməlləri, eləcə də digər cinayət xarakterli fakt və məlumatlarla bağlı ## ### 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-in 213.1, 308.1, 313 və 320.2-ci maddələri ilə ayrıca icraata ayrılmışdır. Həmin cinayət işinin istintaqı zamanı iş üzrə səyyar vergi yoxlaması təyin edlmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən daxil olmuş ##.##.2024-cü il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması aktında cinayət işinin istintaq materiallarına əsasən Əmir Məmmədovun faktiki olaraq 2017-2023-cü illər ərzində rəhbərlik etdiyi “xxxx” MMC-in fəaliyyəti zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbləri pozularaq təyinatı üzrə ödənilməmiş 898.534.26 (səkkiz yüz doxsan səkkiz min beş yüz otuz dörd manat 26 qəpik) manat ƏDV məbləğinin vergidən yayındırlması müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən daxil olmuş həmin səyyar vergi yoxlaması aktı məhkəmədə mübahisələndirildiyindən və məhkəmə prosesi davam etdiyindən, qeyd edilən akt iş üzrə veriləcək ittiham üçün əhəmiyyət kəsb etdiyindən həmin xüsusatla bağlı yekun məhkəmə qərarı qüvvəyə minənədək ## ###### 2025-ci il tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. Kollegiyanın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi tərəfindən göndərilmiş ## ### 2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli məktubda qeyd edilmişdir ki, Vergi ödəyicisi Naxçıvan Neft və X8 Müəssisəsi (VÖEN: **********) hazırda ləğvetmə prosesindədir və ləğvetmə başa çatdırılmamışdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində ##.##.2026-cı il tarixə vergi və tədiyyələr üzrə büdcəyə borcu yoxdur. Kollegiyanın sorğusuna cavab olaraq Cavabdeh tərəfindən göndərilmiş ## ### 2026cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Əlavə dəyər vergisinin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. Vergi Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Məcəllənin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənilir. Bu halda ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsinə yol verilir. 2017-2023-cü illər aralığında Naxçıvan Neft və X8 Müəssisəsinin (VÖEN: **********) ƏDV depozit hesabına mədaxil olunan vəsaitlər üzrə məlumatlar " MS Excel formatında məktuba əlavə edilir. "ƏDV-nin depozit hesabı" altsistemi vergi ödəyicisinin ƏDV qeydiyyatına alındığı vaxtdan aktivləşir və ƏDV üzrə yayınmaların qarşısının alınması və bu sahəyə avtomatlaşdırılmış nəzarəti həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Məktubda qeyd olunan dövrdə ƏDV-nin satıcının depozit hesabına ödənilmə ilə bağlı Vergi məcəlləsində və ƏDV-nin depozit hesabı alt sistemində heç bir məhdudiyyət olmamışdır. Əlavə olaraq bildirilir ki, vergi ödəyicisi “xxxx” MMC (VÖEI**********) ##.##.2009-cu il tarixdən Vergi Məcəlləsinin 156.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün könüllü qeydiyyatdadır və qeyd olunan vergi ödəyicisi tərəfindən Dövlət Vergi Xidmətinə ƏDV-nin mədaxili, uçot hərəkəti və dövlət büdcəsinə ödənilməsi ilə bağlı yaradılmış və yaranmış texniki imkanlar barəsində heç bir şikayət daxil olmamışdır. “xxxx” MMC tərəfindən alınmış mallara görə ƏDV məbləğinin satıcının bank hesabına və ya depozit hesabına ödənilib ödənilməməsi və qarşı tərəfin (satıcının) həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi ilə bağlı sualınıza cavab olaraq bildirilir ki, Vergi Məcəlləsinin 153-сü maddəsinə əsasən ƏDV dolayı vergi olmaqla məhsulun qiymətində əlavə formasında çıxış edir. "xxxx” MMC tərəfindən yoxlanılan dövr üzrə alınmış malın dəyəri və ƏDV-si satıcının bank hesabına ödənilmişdir. 2017-2023-cü illər ərzində ƏDV məbləğinin depozit hesabına ödənilməsi ilə bağlı tərtib edilmiş cədvəl məktuba əlavə edilir. "xxxx" MMC tərəfindən ödənilən ƏDV məbləğinin dövlət büdcəsinə ödənilməsi, malları təqdim edən Naxçıvan Neft və X8 Müəssisənin ( VÖEN : ********** ) öhdəliyidir və hal-hazırda həmin müəssisənin dövlət büdcəsinə hər hansı vergi borcu yoxdur. Vergi ödəyicisi Naxçıvan Neft və X8 Müəssisəsi (VÖEN**********) hazırda ləğv etmə prosesindədir və ləğv etmə başa çatdırılmamışdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində ##.##.2026-ci il tarixə vergi və tədiyyələr üzrə büdcəyə borcu yoxdur. 2017-2023 cü illər üzrə vergi ödəyicisi “xxxx” MMC-də (VÖEN **********) səyyar vergi yoxlaması aparılmamışdır. “xxxx” MMC-nin (VÖEN: **********) 2017-2023-cü illər aralığında vergi qanunverciliyin əsasən 2023-cü ilin may, iyun, iyul, oktyabr, noyabr və dekabr ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması keçirilərək, əlavə vergi məbləği hesablanmışdır. "xxxx" MMC tərəfindən təqdim olunan **************** nömrəli hüquqi şəxsi fəaliyyətinin dayandırılması arayışına əsasən cəmiyyətin fəaliyyəti ##.##.2026-cı il tarixdən ##.##.2027-ci il tarixədək dayandırılmışdır. xxxx MMC-də YP-********* nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində çıxarış ilə yoxlama planına salınmasına baxmayaraq, ##.##.2018-##.##.2018-ci il tarixlərini əhatə edən dövr üzrə səyyar vergi yoxlaması aparılmamışdır. Kollegiyanın sorğusuna cavab olaraq SOCAR PETROLEUM QSC tərəfindən göndərilmiş ## #### 2026-cı il tarixli, **-*-**/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, MMC ilə QSC arasında ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək SP-SNT-****- **** nömrəli alqı-satqı müqaviləsi bağlanmış, lakin həmin müqavilə üzrə alqı satqı əməliyyatı həyata keçirilməmişdir. MMC ilə QSC arasında ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək bağlanmış SPSNT-****-**** nömrəli alqı-satqı müqaviləsinə əsasən ##.##.2024cü il tarixdən ##.##.2024-cü il tarixədək QSC-nin ** saylı Naxçıvan Neft baza sahəsi vasitəsilə neft məhsulları təhvil verilmiş, dəyəri isə tam şəkildə MMC tərəfindən ödənilmişdir. Alınmış neft məhsullarına görə hesablanmış əlavə dəyər vergisi (ƏDV) məbləği QSC-nin ƏDV depozit hesabına köçürülmüşdür. Qeyd olunan dövrdə, eləcə də hazırda ƏDV məbləğlərinin ƏDV depozit hesabı vasitəsilə ödənilməsinə dair hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, QSC ilə ləğv edilmiş Naxçıvan Neft və X8 Müəssisəsi (Müəssisə) arasında yalnız neft məhsullarının alqı-satqısı münasibəti mövcud olmuşdur. Müəssisə tərəfindən digər alıcılarla həyata keçirilmiş neft məhsullarının alqısatqısı əməliyyatlarına dair tələblər barədə məlumat verilməsi səlahiyyətləri xaricindədir. Kollegiya vergi orqanı tərəfindən qəbul edilmiş qərarın səlahiyyətli şəxs tərəfindən qəbul edilməsinə münasibətdə qeyd edir ki, iş materiallarından aydın olur ki, Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2024-cü il tarixli, **************** nömrəli məktubdan məlum olur ki, Naxçıvan MR Ali Məclisi sədrinin ## ###### 2023-cü il tarixli 225-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 5.5.9-cu bəndi ilə Xidmətin rəisinə əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar və Vergi Məcəlləsinə uyğun olaraq qərarlar qəbul etmək səlahiyyəti verilmişdir. ## ###### 2023-cü il tarixli 231504********** nömrəli əmrlə ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi məzuniyyətdə olduğundan rəis vəzifələrinin müvəqqəti icrası X6 həvalə edilmiş və ##.##.2023-cü il tarixli **************** nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərar onun tərəfindən qəbul edilmişdir. Qərarı qəbul etmiş vergi orqanın rəhbəri tam səlahiyyətli olmuşdur. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Maddə 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. Inzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Maddə 59.1. Yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı, inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı, inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi, inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat, inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi “##.##.2024-cü il tarixdə iddiaçının barəsində qəbul edilmiş "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" haqqında **************** nömrəli qərara əsasən yoxlanılan dövr üzrə mənfəət vergisinin 18065.97 manat artıq hesablanmasının, əlavə dəyər vergisinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbi pozulmaqla 916895.62 manat azaldılması və 295.39 manat artıq hesablanmasının müəyyən edilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməl olan məbləğinə nisbətən azaldılmışdırsa, azaldılmış 916895.62 manat vergi məbləğinə 50% miqdarında, yəni 458447.81 manat maliyyə sanksiyasının tətbiq olunması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin bu dəlilləri əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh vergi orqanının ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarı ilə iddiaçı olan vergi ödəyicisi barəsində keçirilmiş səyyar vergi yoxlaması nəticəsində Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinin pozulması faktı müəyyən edilmişdir. Yoxlama nəticəsində ƏDV üzrə 916892,62 manat vergi məbləğinin azaldılması aşkar edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq azaldılmış məbləğin 50 faizi həcmində, yəni 458 447,81 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi cavabdeh vergi orqanının qərarını ləğv edərkən vergi orqanının tətbiq etdiyi Vergi Məcəlləsinin 175.1-ci maddəsinin (ƏDV-nin əvəzləşdirilməsi şərtləri və qaydaları) tələbini düzgün qiymətləndirməmiş,iddiaçının vergi öhdəliyini istisna edən halların olmasını əsaslandırmamışdır. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bir sözlə ödənilmiş ƏDV depozit hesabına ödənildiyi təqdirdə əvəzləşdirilməsinə yol verilir, əks halda əvəzləşdirmə tətbiq olunmur. Iş materialları ilə səyyar vergi yoxlamasının aparıldığı dövrdə iddiaçı tərəfindən Naxçıvan Neft və X8 Müəssisəsindən neft məhsullarının alışı zamanı ƏDVnin depozit hesabına ödənilməsi müəyyən edilmir. Həmin maddənin tələbinin iddiaçı tərəfindən pozulması sübuta yetirildiyindən, vergi orqanının həmin faktla bağlı gəldiyi nəticə qanuna uyğundur. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi “vergi ödəyicisi olan iddiaçı tərəfindən 2023-cü il üzrə 285272 manat məbləğində malların elektron qaimə-faktura təqdim edilmədən satılmasına görə onun barəsində 28575.20 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması barədə” dəlilinə münasibətdə qeyd edir ki, vergi orqanının bu barədə gəldiyi nəticə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə-malları təqdim edən şəxs təqvilm ili ərzində belə hala ikinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur. Səyyar vergi yoxlaması materiallarının, işdə olan ilkin uçot sənədlərinin, mal qalıqlarının invensarizasiyası və bank/kassa əməliyyatlarının tutuşdurulması sənədlərinin təhlilindən aydın olur ki, iddiaçı tərəfindən 2023-cü təqvim ili ərzində 285272 manat məbləğində mallar elektron qaimə-faktura təqdim edilmədən satılmaqla Vergi Məcəlləsinin 71-1.5-ci maddəsinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi vergi orqanının qərarının həmin hissəsinə ümumiyyətlə hüquqi qiymət verməmişdir.Vergi orqanı tərəfindən iddiaçının barəsində təqvim ili ərzində bu pozuntuya ilk dəfə yol verdiyi nəzərə alınaraq 285272 manat satış qiymətinin 10 faizi həcmində, yəni 28575.20 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinə uyğun olmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçı tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30000 manatdan artıq olan 250000 manat nağd ödənişlərin aparılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-1- ci maddəsinin tələbininə əsasən aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyindən 10% məbləğində, yəni 22000 manat ((250000 - 30000) x 10% = 22000)) maliyyə sanksiyasının tətbiq edilməsi” barədə dəlilinə münasibətdə qeyd edir ki, vergi orqanının bu barədə gəldiyi nəticə də vergi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan hesablaşmaların nağd qaydada aparılmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə aparılan əməliyyatın ümumi məbləğindən həmin Qanunla müəyyən edilmiş həddən artıq olan hissənin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Iş materiallarının və səyyar vergi yoxlaması aktının təhlilindən görünür ki, iddiaçı tərəfindən yoxlama dövründə 2023-cü ilin aprel ayı ərzində nağd qaydada 30000 manatlıq hesablaşma tələbi pozularaq 250000 manat məbləğində hesablaşma nağd qaydada aparılmışdır.Həmin fakt işdə olan # ##### 2023-cü il tarixli, ***** nömrəli və ## ##### 2023-cü il tarixli ***** nömrəli məxaric orderləri ilə təsdiq edilir. Vergi orqanı tərəfindən buna görə 10 faiz dərəcəsi ilə 22000 manat maliyyə sanksiyası düzgün hesablanmışdır. Birinci instansiya məhkəməsi vergi orqanının qərarının həmin hissəsinə də hüquqi qiymət verməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi “məhkəmənin yekun qərarında səyyar vergi yoxlaması nəticəsində qəbul olunmuş qərarda qeyd edilən məbləğin ödənilməsinin ikiqat vergitutma kimi qiymətləndirməsi, ƏDV-nin depozit hesabına ödənilməsi qaydası (Vergi Məcəlləsinin 175.1-ci maddəsi) pozulsa belə əgər ƏDV-nin büdcəyə daxil olması təmin edilibsə, formal tələbin pozulması mütləq şəkildə eyni məbləğin ikinci dəfə ödənilməsinə gətirib çıxaracağını göstərməsi, məhkəmə qeyd olunan ƏDV-nin büdcəyə daxil olmasının təmin edilməsini göstərsə də bunu öz qərarında əsaslandırmaması” barədə dəlillərinə münasibətdə qeyd ki, cavabdeh vergi orqanının bu mövqeyi də əsaslı hesab edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərarında ƏDVnin depozit hesabına ödənilməsi qaydasının (Vergi Məcəlləsinin 175.1-ci maddəsi) pozulmasını formal prosessual kənarlaşma kimi qiymətləndirmiş, verginin büdcəyə daxil olduğunu hesab edərək vergi orqanının qərarının nəticəsini “ikiqat vergitutma” kimi səciyyələndirmişdir. Lakin prosessual qanunvericiliyin tələblərinə zidd olaraq məhkəmə ƏDV məbləğlərinin həqiqətən də büdcəyə daxil olduğunu təsdiq edən heç bir mötəbər sübutu qərarında göstərməmişdir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbi imperativ xarekter daşıyır və ƏDV məbləğlərinin məhz ƏDV-nin depozit hesabına ödənilməsi əvəzləşdirmə hüququnun yaranması üçün məcburi şərtdir. Bu tələbə riayət edilmədən, ƏDVnin birbaşa qarşı tərəfin bank hesabına köçürülməsi yolu ilə əvəzləşdirilməsi vergi qanunvericiliyinin tələblərinin pozulmasıdır. Kollegiya iddiaçının ƏDV-nin həmin dövrdə göstərişə uyğun olaraq depozit hesabına deyil, qarşı tərəfin bank hesabına ödənilməli olması ilə bağlı arqumentini də əsassız hesab edir. Belə ki, kollegiyanın sorğusuna cavab olaraq Cavabdeh tərəfindən göndərilmiş ## ### 2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubuna əlavə edilmiş sənədlərdən aydın olur ki, 2017-2023-cü illər ərzində Naxçıvan Neft və X8 Müəssisəsindən neft məhsullarının alışı zamanı ƏDV-nin depozit hesabına ödənilməsi digər müəssislər (“NURANƏ” Kiçik Müəsissəsi, “Şəhla-83” Kiçik Müəsissəsi, “xxxx” MMC və.s.) tərəfindən təmin edilmiş və bunun üçün texniki imkanlar mövcud olmuş və belə ödənişlərlə bağlı hər hansı bir məhdudiyyətlərin tətbiq edilməsi öz təsdiqini tapmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən göndərilmiş ## #### 2026-cı il tarixli *-**-*-**/******/**** nömrəli məktubdan da aydın olur ki, vergi ödəyicisi “xxxx” MMC ##.##.2009-cu il tarixdən Vergi Məcəlləsinin 156.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün könüllü qeydiyyatdadır və qeyd olunan vergi ödəyicisi tərəfindən Dövlət Vergi Xidmətinə ƏDV-nin mədaxili, uçot hərəkəti və dövlət büdcəsinə ödənilməsi ilə bağlı yaradılmış texniki imkanlar barəsində heç bir şikayəti daxil olmamışdır. Iddiaçı həmin dövrdə ƏDV-nin satıcının depozit hesabına deyil,bank hesabına ödənilməli olması barədə verilmiş göstərişə uyğun hərəkət edildiyini göstərsə də bu barədə vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin verdikləri yazılı göstərişləri və s.sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya iddiaçının təqdim etdiyi ***/** nömrəli Xidmət göstərilməsi barədə müqavilə əsasında ##.##.2025-ci il tarixli “xxxx” MMC tərəfindən hazırlanmış yanavr 2017 - oktyabr 2023-cü illər üzrə ƏDV məbləğlərinin nə qədər olması və ƏDV-nin yayındırılmasının müəyyən edilməsi barədə mütəxəssi rəyinə münasibətdə qeyd edir ki, həmin mütəxəss rəyi işin faktiki hallarına uyğun olmadığından sübut kimi qəbul edilmir. Beləliklə, işin sadalanan hallarına və istinad olunan hüquq normalarına əsaslanan kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlməmiş və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdehin iddiaçı “xxxx" MMC barəsində qəbul edilmiş ##.##.2024 tarixli **************** saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı “"xxxx" MMC barəsində qəbul edilmiş ##.##.2024 tarixli **************** saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı ləğv edilsin” hissəsində ləğv edilməli və yeni qərar qəbul edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası IPM-in 2, 68, 69, 75, 87.1, 87.5, 87.6, 87.8, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərar verdi: Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı “"xxxx" MMC barəsində qəbul edilmiş ##.##.2024 tarixli **************** saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı ləğv edilsin” hissəsində ləğv edilsin və yeni qərar qəbul edilsin. Iddiaçının “"xxxx" MMC barəsində qəbul edilmiş ##.##.2024 tarixli **************** saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusifəli Qurbanov Hakimlər: Müşfiq Həsənov, Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar