Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(3-1)-13/2026 18.02.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı 20 iyul 2025-ci il tarixli ərizəsinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli, 2-1(122)-1071/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 20 iyul 2025-ci il tarixli ərizə ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı sonradan məhkəməyə 17 oktyabr 2025-ci il tarixli yeni ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli, 21(122)-1071/2025 nömrəli qərardadı ilə 17 oktyabr 2025-ci il tarixli ərizə təmin edilmiş, İddiaçı 20 iyul 2025-ci il tarixli ərizəsi geri götürülmüş hesab edilmiş, bu əsasla da iş üzrə icraata xitam verilmiş, ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Kollegiya tərəfindən İddiaçı hüquqi yardım məktubu ünvanlanaraq qərardaddan apellyasiya şikayəti verilən zaman qanunla müəyyən edilmiş 10 günlük müddətin ötürüldüyü, şikayət verilən məhkəmə qərardadının tarixi və nömrəsi barədə məlumatlar, şikayətə əlavə edilən sənədlərin si yahısının göstərilmədiyi bildirilmiş və müddətin üzrlü səbəbdən ötürüldüyünü təsdiq edən sübutları təqdim etməklə 18 fevral 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı sübutlarının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim o lunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.4.cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli, 21(122)-1071/2025 nömrəli qərardadının surəti İddiaçı faktiki yaşayış ünvanı Sədərək rayon, Dəmirçi kəndinə poçt vasitəsilə rəsmi qaydada göndərilmiş və 30 oktyabr 2025-ci il tarixdə İddiaçı tərəfindən qərardadın surəti qəbul olunaraq şəxsi imzası ilə təsdiq edilmişdir. Həmçinin 17 oktyabr 2025-ci il tarixli mə hkəmə iclas protokolundan aydın olur ki, İddiaçı məhkəmə qərardadının elan olunmasında iştirak etmiş, əlavə olaraq sədrlik edən tərəfindən ona qərardadın məzmunu izah edilmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Pros essual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qa ytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Kollegiya tərəfindən iş materiallarında olan poçt zərfinin üzərindəki SX kodu (SX034907222AZ) ilə müəyyən olunur ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli, 2-1(122)-1071/202 5 nömrəli qərardadından İddiaçı tərəfindən verilən apellyasiya şikayəti 19 yanvar 2026-cı il tarixdə poçt orqanına təqdim edilmişdir. Belə olan halda qərardadın poçt vasitəsilə rəsmi qaydada verildiyi tarixdən hesablandıqda İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində göstərilən qərardadan şikayət verillməsi üçün nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Kollegiya tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübutların təqdim edilməsi və apellyasiya şikayətində yol verilmiş formal xətaların aradan qaldırılması ilə əlaqədar hüquqi yardım edilsə də İddiaçı tərəfindən qərardaddan apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülməsi və ya ötürülməməsi barədə müvafiq sübutlar təqdim edilməmiş, eyni zamanda müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Kollegiya apellyasiya şikayətində yol verilmiş formal xətalara münasibətdə isə qeyd edir ki, apellyasiya şikayəti prosessual müddətin ötürülməsi səbəbindən mümkün sayılmadığından şikayətdə yol verilmiş formal xətaların aradan qaldırılmaması ayrıca hüquqi nəticə doğurmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstər ilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı 20 iyul 2025-ci il tarixli ərizəsinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli, 2-1(122)-1071/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.