Məhkəmə qərarları › İş №2-1(3-1)-15/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-15/2026

13.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-15/2026 13.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə, iddiaçı X17 və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi X10 iştirakları ilə, iddiaçı X17 cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## ###### 2024-cü il tarixli, ** nömrəli yaşa görə əmək pensiyasının təyin olunmasından imtina haqqında qərarının ləğv olunması, ona 65 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X17 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## ###### 2024-cü il tarixli, ** nömrəli yaşa görə əmək pensiyasının təyin olunmasından imtina haqqında qərarının ləğv olunması, ona 65 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətində göstərmişdir ki, iddiaçının təqdim etdiyi Dövlət Vergi Xidmətinin ##.##.2016-cı il, ##.##.2016-cı il, ##.##.2016-cı il, ##.##.2016-cı il, ##.##.2017-ci il, ##.##.2017-ci il, ##.##.2017-ci il, ##.##.2018-ci il və ##.##.2018-ci il tarixli qəbzlərinin surətlərindən görünür ki, o fiziki şəxs kimi fəaliyyət göstərmiş və sadələşdirilmiş vergi ödəyicisi olmuşdir. Lakin, iddiaçı qeyd olunan dövrlərdə fiziki şəxs kimi fəaliyyət göstərdiyini iddia etsə də, həmin dövrlərdə məcburi dövlət sosial sığorta haqlarını ödəməsi ilə əlaqədar hər hansı sübut təqdim etməmişdir. X7 rayon filialı tərəfindən verilmiş ## ######## 2012-ci il tarixli * nömrəli orderin və ## ###### 2012-ci il tarixli ** nömrəli orderin surətlərindən görünür ki, X18 adına pay torpaq sahəsinə görə hər biri 3,0 manat olmaqla məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Eyni zamanda, həmin bankın Kəngərli rayon filialının ## ###### 2018-ci il tarixli ** nömrəli qəbzin surətinə əsasən də X18 adına pay torpaq sahəsi üzrə 3,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Beləliklə, ümumilikdə 9,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının ödənildiyi müəyyən edilir. Lakin iddiaçı X17 tərəfindən öz adına kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən hər hansı qəbz və ya digər maliyyə sənədi məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, qeyd olunmalıdır ki, X18 tərəfindən həyata keçirildiyi iddia olunan məcburi dövlət sosial sığorta haqqı ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X21 Sisteminin Sığorta alt sistemində qeydə alınmamış və öz əksini tapmamışdır ki, bu da həmin ödənişlərin rəsmi uçota daxil edilmədiyini göstərir. X17 təqdim etdiyi JN-**** nömrəli, (KOD 10209018) Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının ## ######## 1999-cu il tarixli ** saylı qərarına əsasən 0,73 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi Şərur Rayon, Qarabağlar kənd sakini X18 və onun ailə üzvləri X11, X12, X6, X13 və X4 mülkiyyətinə verilmişdir. Sonradan, X17 təqdim etdiyi JN-**** nömrəli, (KOD 10209018) Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının "torpaq mülkiyyətçisinin soyadı, adı, ünvanı"na dair qeydlərin əks olunan 1-ci sırasında yazılmış X18 X17 oxunmalı olması barədə Naxçıvan MR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Kəngərli Rayon Şöbəsi tərəfindən düzəliş edilmişdir. Beləliklə, iddiaçı X17 tələb olunan 25 il ümumi iş stajı və X21 Sistemində fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığı üçün Fondun Pensiya təyinatı şöbəsinin ## ###### 2024-cü il tarixli, ** nömrəli qərarı ilə ona pensiya təyin olunmasından imtina edilmişdir. Apellyator tərəfindən şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının, “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununun, “Sosial sığorta haqqında’’ Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının ## ###### 2014-cü il tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydaları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinə istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı X17 apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaqla şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin III hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İş materiallarında olan; - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında ## ###### 2024-cü il tarixli, ** nömrəli qərarından məlum olur ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 22- 1-ci maddələrinə əsasən, qanunla tələb olunan sığorta stajı 25 il, pensiya kapitalı 40320 manat olduğu halda, faktiki 7 il 2 ay sığorta stajı və 4197,29 manat pensiya kapitalı mövcuddur. Fərdi şəxsi hesabında ##.##.2006-cı il tarixdən müraciət etdiyi ##.##.2018-ci il tarixədək pensiya kapitalı olmadığından X17 yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. -Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon Qarabağlar kəndində yaşayan X17 ünvanladığı ## ###### 2024-cü il tarixli, 3-17-9-1/2-İ-8258/2024 məktubdan aydın olur ki, təqdim edilən sığorta stajına aid müvafiq sənədlərə əsasən ümumilikdə 7 il 2 ay stajı mövcuddur. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış 4197,29 manat pensiya kapitalı tələb olunan 40320 manat pensiya kapitalından 36122,71 manat azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi 7 il 2 ay sığorta stajı qanunla nəzərdə tutulan 25 il sığorta stajından 17 il 10 ay az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - AA4912855 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X17 ## #### 1959-cu il tarixdə doğulmuşdur. - Kəngərli Rayon İcra Hakimiyyətinin Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, ***/** nömrəli arayışdan görünür ki, X17 rayonu Qarabağlar kəndində qeydiyyatdadadır və yaşayır. Texniki səhvliklə adı müəyyən sənədlərdə X18 yazılmışdır. Qarabağlar kəndində X18 adlı bir şəxs yoxdur. - Kəngərli Rayon İcra Hakimiyyətinin Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli, ***/** nömrəli arayışdan görünür ki, X17 aşağıdakı tərkibdən ibarət ailə üzvləri vardır: 1. Arvadı X11 (2005-ci ildə vəfat edib), 2. X8, 3. X5, 4. X9, 5. X2, 6. X14. - JN-1196, KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, həmin dövlət aktı ilə Şərur Rayon Aqrar İslahat Komissiyasının ## ######## 1999-cu il tarixli, ** nömrəli qərarına əsasən İsgəndərov Namiq (Natiq yazısının üzərindən xətt çəkilimiş, “Namiq oxunmalı” qeydi aparılmış, imzalanmışdır) Allahverdi oğluna və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.73 hektar torpaq sahəsi verilmişdir. - ## ######## 2012-ci il tarixli, * nömrəli orderin surətindən görünür ki, X18 tərəfindən 3.00 manat torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. -## ###### 2012-ci il tarixli, ** nömrəli orderin surətindən görünür ki, X18 tərəfindən 3.00 manat torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - ## ###### 2018-ci il tarixli, ** nömrəli qəbzə əsasən İsgəndərov Namiq (qəbzin arxa hissəsində “Namiq oxunsun” qeydi aparılmış, imzalanmışdır) Allahverdi oğlu tərəfindən 3.00 manat torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - Kəngərli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən məlum olur ki, X18 "Məcburi Dövlət Sosial Sığorta Haqqı" ödənilməsi ilə əlaqədar verilmiş ## ######## 2012-ci il tarixli, * nömrəli, ## ###### 2012-ci il tarixli, ** nömrəli və ## ###### 2018-ci il tarixli, ** nömrəli ödəniş qəbzlərinin Kəngərli rayon Qarabağlar kənd sakini X17 məxsus olması faktı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 8.1-ci maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. 22-1.1-ci maddəsinə əsasən 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0 və 2.0.2-ci maddələrinə görə əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. 3.0 və 3.0.1-ci maddələrinə görə dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması prinsipləri əsasında təşkil edilir. 4.1-ci maddəsinə görə fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə görə sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, sığortaçının vəzifələrinə aid edilmişdir. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir, sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin ## ##### 2019-cu il tarixli, *** №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin: 2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. 2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ## #### 1959-cı il təvəllüdlüdür və onun 25 ildən az ümumi iş stajı vardır. İddiaçı yaşa görə əmək pensiyası hüququnun olmasını, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqları ödədiyini bildirərək cavabdehdən ona yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etməsini tələb edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində ## ###### 2006-cı il tarixdən ## #### 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığından, həmçinin iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətində əsaslandırılır ki, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını ödəməsi ilə əlaqədar hər hansı sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında olan X7 rayon filialı tərəfindən verilmiş ## ######## 2012-ci il tarixli * nömrəli orderin və ## ###### 2012-ci il tarixli ** nömrəli orderlərin və ## ###### 2018-ci il tarixli, ** nömrəli qəbzin surətlərindən görünür ki, pay torpaq sahəsinə görə hər biri 3,0 manat olmaqla ödənilmiş məcburi dövlət sosial sığorta haqqları iddiaçı X17 adına deyil, X18 adına ödənilmişdir. Ümumilikdə 9,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının ödənildiyi müəyyən edilir. Lakin bu ödənişlər X17 adına deyil, X18 adına ödənilmiş, iddiaçı X17 tərəfindən isə öz adına kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən hər hansı qəbz və ya digər maliyyə sənədi təqdim edilməmişdir. Kollegiya apellyasiya şikayətinin mahiyyətcə imtinada göstərilən əsaslarla eyni olan dəlillərini, o cümlədən məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən sənədlərin iddiaçı X17 adına deyil, X18 adına ödənilməsi barədə dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. İlk öncə, qeyd olunmalıdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1) iddiaçı # ###### 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22- 1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ yaranmışdır. İddiaçıya münasibətdə ikinci şərt də mövcud olmuş, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Kollegiya iddiaçının fərdi hesabının sığorta hissəsində ## ###### 2006-cı il tarixdən ## #### 2018-ci il tarixinədək olan müddətin qeydə alınmaması, iddiaçının tələb olunan 25 il sosial sığorta stajının və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması barədə cavabdehin dəlillərini əsaslı saymır. Həmçinin cavabdehin iş materiallarında olan məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən sənədlərin iddiaçı X17 adına deyil, X18 adına ödənilməsi barədə dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Kəngərli Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə qət edilmişdir ki, X18 "Məcburi Dövlət Sosial Sığorta Haqqı" ödənilməsi ilə əlaqədar verilmiş ## ######## 2012-ci il tarixli, * nömrəli, ## ###### 2012-ci il tarixli, ** nömrəli və ## ###### 2018-ci il tarixli, ** nömrəli ödəniş qəbzlərinin Kəngərli rayon Qarabağlar kənd sakini X17 məxsus olması faktı müəyyən edilsin. Qeyd olunan qətnamə qanuni qüvvəsini almış, preyudisial əhəmiyyətə malik hüquqi faktdır, bu səbəbdən həmin qətnamə ilə müəyyənləşdirilən hallar başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X17 izahatında bildirmişdir ki, adı şəxsiyyət vəsiqəsində qeyd edildiyi kimi Namiqdir, buna baxmayaraq uşaq vaxtlarından ailəsində və kənd əhalisi arasında hamı ona “Natiq” deyə səslənir və tanıyır. JN-0035 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında adı “X18” oğlu olaraq qeyd olunsa da, bu texniki səhvlik nəticəsində olmuşdur və sonradan bu hal düzəldilərək Natiq yazısının üzərindən xətt çəkilimiş, “Namiq oxunmalı” qeydi aparılmış və imzalanmışdır. İş materiallarında olan JN-0035 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, həmin dövlət aktı ilə Şərur Rayon Aqrar İslahat Komissiyasının ## ######## 1999-cu il tarixli, ** nömrəli qərarına əsasən İsgəndərov Namiq (Natiq yazısının üzərindən xətt çəkilimiş, “Namiq oxunmalı” qeydi aparılmış, imzalanmışdır) Allahverdi oğluna və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.73 hektar torpaq sahəsi verilmişdir. Həmçinin iş materiallarında olan Kəngərli Rayon İcra Hakimiyyətinin Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, ***/** nömrəli arayışdan görünür ki, X17 rayon Qarabağlar kəndində qeydiyyatdadadır və yaşayır. Texniki səhvliklə adı müəyyən sənədlərdə X18 yazılmışdır. Qarabağlar kəndində X18 adlı bir şəxs yoxdur. Qeyd olunanlarla əlaqədar kollegiya belə nəticəyə gəlir ki, ## ######## 2012-ci il tarixli, * nömrəli, ## ###### 2012-ci il tarixli, ** nömrəli orderlərə və ## ###### 2018-ci il tarixli, ** nömrəli qəbzə əsasən X17 tərəfindən hər biri ayrılıqda 3.00 manat olmaqla torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Beləliklə kollegiya qeyd edir ki, iş materialarına əlavə edilmiş iddiaçıya məxsus ödəniş qəbzlərindən aydın olur ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ümumilikdə 9 (doqquz) manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İş materiallarında faktiki olaraq iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə sənədlər mövcuddur. İddiaçı yuxarıda qeyd olunan vəsaiti təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdir və yaranmış etimad hüququ qanunla qorunur. Eyni zamanda, iddiaçının həmin ödənişlərin onun fərdi hesabının sığorta hissəsinə köçürülməsində hüquqi marağı da aydın görünür. Belə ki, həmin ödənişlər onun gözlənilən əmək pensiyası hüququnun təmin olunmasına xidmət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh orqanın mübahisələndirdiyi məsələlərlə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmiş və işə baxılarkən də belə hallar müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İddiaçı məcburi dövlət sosial sığorta haqqını ödədiyini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə məcburi dövlət sosial sığorta haqqı ödəməməsinə, həmçinin iddiaçının təqdim etdiyi ödəniş qəbzlərinin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, iş materialarına əlavə edilmiş qəbzlərdən, həmçinin məhkəmə araşdırması nəticəsində iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməsi müəyyən edilir ki, bu da iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqqını ödəməsi barədə sübutu birinci instansiya məhkəməsinə təqdim etdiyindən ödənişlərin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özü-özlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz və iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. Kollegiya bir daha vurğulayır ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçının iddia etdiyi illər üzrə torpaq sahəsi ilə bağlı məcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə sənəd mövcud olsa da cavabdeh inzibati orqan inzibati icraat qaydasında işin bu halını araşdırmamış, ona hüquqi qiymət verməmiş və vətəndaşa pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul etmişdir. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina barədə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar qanuna zidd olmaqla iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarında istinad edilən hallar və apellyasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Beləliklə, kollegiya inzibati işin araşdırılmış hallarına əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmışdır. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas təşkil etmir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar