Məhkəmə qərarları › İş №2-1(3-1)-17/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(3-1)-17/2026

04.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2-1(3-1)-17/2026 04.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı İddiaçı İslam qızının cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı "həyat yoldaşı mərhum X1 mülkiyyətində olmuş iaşə obyektinin yerləşdiyi Ordubad rayonu, Düylün kənd ərazisində sahəsi 16 kv/m olan torpaq sahəsinin ona geri qaytarılması, cavabdeh tərəfindən sökülmüş iaşə obyektinin dəyəri qismində 35000 (otuz beş min) manat məbləğin və həmin qeyri-yaşayış sahəsi sökülməyib mövcud olsa idi, bu qeyri-yaşayış sahəsinin icarə haqqından əldə edəcəyi 38500 (otuz səkkiz min beş yüz) manat həcmində əldən çıxmış faydanın dəyərinin, ümumilikdə 73500 (yetmiş üç min beş yüz) manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2026cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həyat yoldaşı mərhum X1 mülkiyyətində olmuş Ordubad rayonu, Düylün kənd ərazisində yerləşən 16 kv.m olan torpaq sahəsində tikilmiş mağazanın ona geri qaytarılması və ya iaşə obyektinin dəyəri olan 30000 (otuz min) manat kompensasiyanın cavabdeh Cavabdeh alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ## ###### 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, həyat yoldaşı mərhum X1 mülkiyyətində olmuş iaşə obyektinin yerləşdiyi Ordubad rayonu, Düylün kənd ərazisində sahəsi 16 kv/m olan torpaq sahəsinin ona geri qaytarılması, cavabdeh tərəfindən sökülmüş iaşə obyektinin dəyəri qismində 35 000 (otuz beş min) manat məbləğin və həmin qeyri-yaşayış sahəsi sökülməyib mövcud olsa idi, bu qeyriyaşayış sahəsinin icarə haqqından əldə edəcəyi 38500 (otuz səkkiz min beş yüz) manat həcmində əldən çıxmış faydanın dəyərinin, ümumilikdə 73500 (yetmiş üç min beş yüz) manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ## ##### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı şikayətlə Naxçıvan MR Ali Məhkəməsinə müraciət edərək apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadının ləğv edliməsini, iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, məhkəmə öz qərardadında "həmçinin qeyd edilməlidir ki, iddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. (2007-ci il) Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır" kimi qeyd etmişdir. Məhkəmənin mövqeyinə görə hazırki iddia İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir və bu cür iddianın indi qaldırılmasına yol verilmir. Məhkəmənin bu mövqeyi prosessual qanunvericilikdə müəyyənləşdirilmiş fundamental prinsipə ziddir. Mülki Prosessual Məcəllənin 3.1-ci maddəsinin tələblərindən də göründüyü kimi, işə baxılarkən həmin vaxt qüvvədə olan prosessual qanunvericilik tətbiq edilir. Yəni prosessual qanunvericiliyin zamana görə qüvvəsinin tələblərinə əsasən, mübahisənin nə zaman yarandığı deyil, onunla bağlı məhkəmə icraatının nə zaman başladığı önəmlidir. Yəni mübahisənin yaranma vaxtının prosessual qanunvericiliyin tətbiqi baxımından önəmi yoxdur. Burada işə baxılma vaxtı əsas götürülür. Hazırki iş üzrə isə məhkəmənin mövqeyi bu prinsipə ziddir ki, bu da iddiaçının məhkəməyə müraciət hüququnun kobud şəkildə pozulmasıdır. Həmçinin İnzibati Prosessual Məcəllədə bu Məcəllənin zamana görə qüvvəsi birbaşa tənzimlənməsə də, MPM-nin 3.1-cі maddəsində bu açıqca tənzimlənir. İnzibati Prosessual Məcəllənin 3.2-ci maddəsində də Mülki Prosessual Məcəllənin inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatına tətbiq edilə bildiyi göstərilmişdir. Məhz bu səbəbdən də sözügedən norma hazırki iş üzrə tətbiq edilməlidir. Məhkəmənin hazırki iş üzrə mövqeyi prosessual qanunvericiliyin zamana görə qüvvəsinin pozulmasıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** saylı qərardadı ləğv edilməli və hazırki iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılmağa davam edilməlidir. Apellyasiya şikayətinin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikasının Konstitusiyasının 13-сü, 29-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3.1-cі, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-cі maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli, *-**/*-***/**** nömrəli etirazda göstərilmişdir ki, qeyd edilən tikilinin sökülməsi barədə Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən heç bir inzibati akt qəbul edilməmişdir. Bu barədə Ordubad Rayon Dövlət Arxivinə sorğu verilərək cavab alınmışdır. Rayon Dövlət Arxivindən alınmış məktub birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edilmiş və məhkəmə işinə dair sənədlərdə mövcuddur. İddia edilən mağaza binası barədə mülkiyyət hüququ Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Bu barədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad rayon İdarəsinə sorğu verilərək cavab alınmışdır. Cavab birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edilmiş və məhkəmə işinə dair sənədlərdə mövcuddur. İddiaçı İslam qızının həyat yoldaşı X1 istifadə etdiyi mağaza binası 2007-ci ildə iddiaçının özü tərəfindən sökülərək materialları götürülmüşdür. İddiaçı tərəfindən tikilinin söküntüsünün Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən aparılmasına dair heç bir hüquqi sənəd və ya dəlil məhkəməyə sübut kimi təqdim edilməmişdir. Bu məsələdə Ordubad Rayon İcra Hakimiyyətinin cavabdeh kimi göstərilməsini qəbul edilmir. Ordubad rayon X7 İcraiyyə Komitəsinin Memarlıq və Tikinti işləri şöbəsi ## ######## 1994-cü il tarixli, **-A/** nömrəli (komission mağazanın tikintisinə dair texniki şərtlər və seçilmiş sahə üçün tərtib edilmiş sxematik plan) sənədi ilə X1 deyil, onun qardaşı X2 Ordubad-Üstüpü yolunun qərb tərəfində mövcud olan dövlət mağazasının cənub yan divarına bitişik şəkildə 16 kv.m ölçüdə mağaza tikintisinə icazə vermişdir. 2 il sonra ## #### 1996-cı il tarixdə seçilmiş sahə üçün tərtib edilmiş sxematik plan üzərində səlahiyyəti olmadan Düylün kənd inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən dəyişikliklər edilərək sənədlər X1 adına dəyişdirilmişdir. Müvafiq tikilinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmadan satılması və bağışlanılması müvafiq qanunvericiliyin tələblərinə ziddir. Şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ formal mülahizələr və əsassız ehtimallarla deyil, onun qanunla müəyyən olunmuş qaydada mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Pozulması iddia olunan mülkiyyət hüququn bərpa edilməsi üçün bu hüququn pozulmasında heç bir inzibati aktı, hərəkət və hərəkətsizliyi olmayan bir orqan olaraq Ordubad Rayon İcra Hakimiyyətinin hər hansısa bir öhdəlik götürməsi mümkün deyil və bu sahədə iş aparılmır. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı İddiaçı İslam qızı və iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçı və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 izahatında şikayəti qəbul etməyərək, Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati işin materiallarını araşdırıb cavabdehin nümayəndəsinin izahatını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Ordubad rayon X7 İcraiyyə Komitəsinin Memarlıq və Tikinti işləri şöbəsinin ## ######## 1994-cü il tarixli, **-A/** nömrəli qərarının surətindən aydın olur ki, Ordubad Rayon İcra Hakimiyəti Düylün kənd nümayəndəsinin ## ###### 1994-cü il tarixli ** nömrəli məktubu nəzərə alınaraq A.Hüseynova Ordubad-Üstüpü yolunun qərb tərəfində mövcud olan dövlət mağazasının cənub yan divarına bitişik şəkildə mağazanın tikintisinə icazə verilmişdir. 24.07.96-cı ildə Düylün icra nümayəndəsi tərəfindən təsdiq edilməsi göstərilən “Razılaşma” kimi qeyd edilən sənədin surətində Düylün icra nümayəndəsi E.Həsənovun ## ###### 1994-cü il tarixli ** nömrəli məktubuna əsasən Ordubad Baş Memarının ## ######## 1994-cü il tarixdə X2 adına işlədiyi **-A/** nömrəli texniki sənədlərin Düylün icra nümayəndəsinin iştirakı ilə X2 qardaşı X1 adına keçirilməsi göstərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin ## ##### 2026-cı il tarixli məktubunda göstərilmişdir ki, Ordubad rayon X7 İcrayyə Komitəsinin Memarlıq və Tikinti şöbəsinin sənədləri 1971-ci ildən sonra Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməmişdir. - Ordubad şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyin ## ##### 2026-cı il tarixli məktubunda göstərilmişdir ki, sözügedən 16 kv/m torpaq sahəsi və sökülmüş iaşə obyekti Ordubad rayon Düylün kəndində yerləşdir. Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə həmin 16 kv/m torpaq sahəsi və sökülmüş iaşə obyekti barəsində heç bir məlumat yoxdur. - Ordubad Rayon Arxivinin ## ##### 2026-cı il tarixli, ** nömrəli məktubunda göstərilmişdir ki, Ordubad Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin, Ordubad Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Memarlıq və Tikinti işləri şöbəsinin sənədləri Ordubad Rayon Dövlət Arxivində mühafizə olunmadığından, Ordubad Rayon İcra Hakimiyyətinin 1994-cü illərə aid sənədlərinə baxıldıqda X2, eləcə də onun qardaşı X1 Ordubad-Üstüpü yolunun qərb tərəfində mövcud olan dövlət mağazasının cənub yan divarına bitişik şəkildə mağaza binasının tikilməsi üçün torpaq sahəsi ayrılmasını təsdiq edən hər hansı qərar, sərəncam, akt və digər məlumatların olması aşkar olunmadı. -Ordubad Rayon İcra Hakimiyyətinin ## ##### 2026-cı il tarixli, *-**/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, Ordubad Rayon İcra Hakimiyyətində rayonun Düylün kənd sakini mərhum X2, eləcə də onun qardaşı X1 OrdubadÜstüpü yolunun qərb tərəfində mövcud olan dövlət mağazasının cənub yan divarına bitişik şəkildə mağaza binasının tikilməsi üçün torpaq sahəsi ayrılmasını təsdiq edən hər hansı qərar, sərəncam, akt və bununla bağlı digər sənədlər mövcud deyil. O cümlədən, Rayon İcra Hakimiyyətində tikintisinə icazə verilmiş mağaza binasının tikintisi (tikilinin təhvil aktı və s.) ilə bağlı hər hansısa bir sənəd aşkarlanmadı. İddiaçının hüquqi marağı həyat yoldaşı mərhum X1 mülkiyyətində olmuş iaşə obyektinin yerləşdiyi Ordubad rayonu, Düylün kənd ərazisində sahəsi 16 kv/m olan torpaq sahəsinin ona geri qaytarılması, cavabdeh tərəfindən sökülmüş iaşə obyektinin dəyəri qismində 35000 (otuz beş min) manat məbləğinin və həmin qeyri-yaşayış sahəsi sökülməyib mövcud olsa idi, bu qeyri-yaşayış sahəsinin icarə haqqından əldə edəcəyi 38500 (otuz səkkiz min beş yüz) manat həcmində əldən çıxmış faydanın dəyərinin, ümumilikdə 73500 (yetmiş üç min beş yüz) manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün hesab edilməmiş və qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının hazırki iddiaya dair subyektiv hüququnun mövcudluğu müəyyən edilmir, Ordubad rayon X7 İcraiyyə Komitəsinin Memarlıq və Tikinti işləri şöbəsinin ## ######## 1994-cü il tarixli, **-A/** nömrəli qərarı ilə tikintisinə icazə verilmiş mağazanın tikildiyini, həmçinin tikinti həyata keçirilsə belə, həmin əmlakların (torpaq sahəsinin və qeyriyaşayış sahəsinin) iddiaçının mərhum əri X1 mülkiyyətində olmasını təsdiq edən müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı da həmin sənədlərin əldə edilməsi mümkün olmamışdır. Həmçinin “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədə də həmin əmlak iddiaçının mərhum əri X1 qalan miras əmlak kimi qeyd edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşdə olan sənədlərin surətlərindən aydın olur ki, Ordubad rayon X7 İcraiyyə Komitəsinin Memarlıq və Tikinti işləri şöbəsinin ## ######## 1994-cü il tarixli, **-A/** nömrəli qərarı ilə Ordubad Rayon İcra Hakimiyəti Düylün kənd nümayəndəsinin ## ###### 1994-cü il tarixli ** nömrəli məktubu nəzərə alınaraq A.Hüseynova Ordubad-Üstüpü yolunun qərb tərəfində mövcud olan dövlət mağazasının cənub yan divarına bitişik şəkildə mağazanın tikintisinə icazə verilmişdir. Həmçinin, 24.07.96-cı ildə Düylün icra nümayəndəsi tərəfindən təsdiq edilməsi göstərilən “Razılaşma” kimi qeyd edilən sənədin surətində Düylün icra nümayəndəsi E.Həsənovun ## ###### 1994-cü il tarixli ** nömrəli məktubuna əsasən Ordubad Baş Memarının ## ######## 1994-cü il tarixdə X2 adına işlədiyi **-A/** nömrəli texniki sənədlərin Düylün icra nümayəndəsinin iştirakı ilə X2 qardaşı X1 adına keçirilməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Kollegiya qeyd edir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının subyektiv hüquqa malik olmasıdır. İddianın mümkünlüyü ilə bağlı prosessual normanın tələblərinə görə iddiaçı hüquqlarının pozulduğunu əsaslandırdığı halda iddia mümkün sayıla bilər. Hazırkı iş üzrə iddiaçı mübahisə predmeti olan iaşə obyektinin (mağaza) onun mərhum ərinin mülkiyyətində olmasının hüquqi əsası kimi Ordubad rayon X7 İcraiyyə Komitəsinin Memarlıq və Tikinti işləri şöbəsinin ## ######## 1994-cü il tarixli, **-A/** nömrəli qərarının işə əlavə edilmiş kserosurətinə istinad etmişdir. Lakin həmin qərarın kserosurətində iddiaçının mərhum ərinin qardaşı X2 Ordubad-Üstüpü yolunun qərb tərəfində mövcud olan dövlət mağazasının cənub yan divarına bitişik şəkildə mağazanın tikintisinə icazə verilməsi göstərilmiş və mağazanın tikilməsi üçün texniki şərtlər müəyyənləşdirilərək sxematik plan hazırlanmışdır.İşə əlavə edilmiş 24.07.96-cı ildə Düylün icra nümayəndəsi tərəfindən təsdiq edilməsi göstərilən “Razılaşma” kimi qeyd edilən sənədin surətində Düylün icra nümayəndəsi E.Həsənovun ## ###### 1994-cü il tarixli ** nömrəli məktubuna əsasən Ordubad Baş Memarının ## ######## 1994-cü il tarixdə X2 adına işlədiyi **-A/** nömrəli texniki sənədlərin Düylün icra nümayəndəsinin iştirakı ilə X2 qardaşı X1 adına keçirilməsi göstərilsə də bunu təsdiq edən sənədlər aşkar olunmamışdır.Həmçinin tikintisinə icazə verilmiş mağazanın yerləşdiyi torpaq sahəsinin iddiaçının məhrum əri X1 qanuni istifadəsinə verilməsini,həmin torpaq sahəsində mağaza binasının tikintisinə icazə verilməsini təsdiq edən hər hansı qərarın,sərəncamın olması müəyyən edilmir.Həmçinin sökülməsinə görə kommensasiya tələb olunan mağaza binasının tikilməsini,onun iddiaçının məhrum ərinin qanuni sahibliyində və mülkiyyətində olmasını təsdiq edən hər hansı mötəbər sübutlar mövcud deyil. Kollegiya tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, iddiaçının qeyd etdiyi həmin əmlakların (torpaq sahəsi və qeyri-yaşayış sahəsinin) iddiaçının mərhum əri X1 qanuni sahibliyində və ya mülkiyyətində olmasını təsdiq edən müvafiq sənədlər aşkar edilməmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədə də həmin əmlaklar iddiaçının mərhum əri X1 qalan miras əmlak kimi də qeyd edilməmişdir. Kollegiya qeyd edir ki, iddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Odur ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçının subyektiv hüququnun yaranması üçün ilk növbədə o, qeyd edilən daşınmaz əmlakın mərhum həyat yoldaşının sahibliyində, mülkiyyətində olmasına dair müvafiq sənədlər təqdim etməlidir. Müvafiq sənədlərin təqdim edilməməsi iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququnun mövcudluğunu istisna edir. Kollegiya hesab edir ki, hazırki iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmamasına hüquqi qiymətin verilməsi mümkün deyil. Kollegiya qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizliknümayiş etdirməyi tələb etmək imkanıdır. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması əsası kimi həm iddiaçının subyektiv hüququnun olmaması, həm də iddia müddətinin ötürülməsini əsas kimi göstərsə də, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququnun mövcudluğu müəyyən edilməyinə görə subyektiv hüququn mövcud olmaması əsası ilə iddianın mümkün sayılmaması barədə gəlinən nəticə əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya, iddiaçının nümayəndəsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, iddiaçı mübahisəli sahəyə münasibətdə mərhum həyat yoldaşı X1 hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas təşkil etmir, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2-1(122)-100/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı İslam qız tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*- *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar