Məhkəmə qərarları › İş №2-1(3-1)-22/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-22/2026

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-22/2026 22.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə, iddiaçı İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X5 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi və ## #### 2017-ci il tarixli, ** nömrəli qərara əsasən güzəştli şərtlə yaşa görə təyin edilmiş pensiyanın 2025-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi və ## #### 2017-ci il tarixli, ** nömrəli qərara əsasən güzəştli şərtlə yaşa görə təyin edilmiş pensiyanın 2025-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarından narazı qalan iddiaçı İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, məhkəmə qərarının məzmun və əsaslandırmasından göründüyü kimi, məhkəmə iddia tələbinin rəddinə dair mövqeyini əsaslandırarkən "xxxx" MMC-nin iddiaçının dəmir yol nəqliyyatında işlədiyi vəzifələrin (elektrik mantyoru, elektrik mexaniki) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşəyə "uyğun deyildir” mücərrəd tezisinə, məktubunda qeyd edilən məzmuna istinad etməklə kifayətlənmişdir. Belə ki, "xxxx" MMC ## #### 2017-ci il tarixli arayışında İddiaçı işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarının 21.4-cü bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verdiyini göstərir, 7 il sonra verdiyi arayışında isə bu hüququ vermədiyini - uyğun gəlmədiyini göstərir. "xxxx" MMC eyni şəxs barəsində eyni fakt və əsaslara iki fərqli münasibətini "uyğundur” və "uyğun deyildir” yazılı ifadə, mücərrəd izah verməklə kifayətlənir, budan başqa hər hansı məntiqi yanaşma təqdim edə bilmir. ##.##.2025-ci il tarixli vəsatətlə məhkəmə qarşısında çıxış edərək - "xxxx" MMC-də işlədiyi peşə və vəzifələrdə (elektrik mantyoru, elektrik mexaniki) çalışmış onlarla şəxsin ondan öncə, onunla birlikdə və ondan sonra yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ əldə etdiklərini, hazırda pensiya təminatı aldıqlarını qeyd etmişdir. Lakin cavabdeh orqan tərəfindən ona münasibətdə fərqli qərar qəbul edildiyini, qanunla bu kimi yanaşmanın inzibati orqanlara qadağan edildiyini, bu kimi faktların araşdırılmasını nəticə etibarilə qiymətləndirilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilən vəsatətdə araşdırılması və qiymətləndirilməsi xahiş edilmiş xüsusatlar tədqiq edilmədən məhkəmə icraatı yekunlaşmışdır. Bununla yanaşı "xxxx" MMC-də işlədiyim vəzifələr ağır iş şəraiti olduğu üçün əməkhaqqıma əlavə faiz hesablanıb ödənilməsi barədə məhkəməyə arayış təqdim edilmişdir. Bu sübut növü də məhkəmə qiymətləndirməsindən kənarda qalmışdır. Bundan başqa iş üzrə məhkəmə iclasında şahid qismində izahat verən Vəkil Mirəli oğlu, ifadəsində İddiaçı işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarının 21.4-cü bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verdiyini, bununla bağlı ## #### 2017-ci tarixli, ***/D nömrəli arayışın onun tərəfindən verildiyini, müvafiq vəzifələr üzrə onlarla şəxsə müvafiq arayışın verildiyini çünki həmin vəzifələrin həqiqətən də ağır iş şəraiti olduğunu göstərmişdir. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinə və “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı İddiaçı və iddiaçının vəkili Vəkil izahatında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X5 izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ Insan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin III hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Iş materiallarında olan; - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə pensiya təyinatı komissiyasının ## ###### 2025-ci il tarixli, *-**-*-*/*-C-***/**** nömrəli qərarından görünür ki, ## #### 1960-cı il tarixdə Naxçıvan MR Culfa rayon Yaycı kəndində anadan olmuş və həmin ünvanda yaşayan İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Fondun Culfa rayon pensiya təyin edən komissisiyası tərəfindən qəbul edilmiş ## #### 2017-ci il tarixli, ** nömrəli qərar ləğv edilmişdir. - “xxxx” MMC tərəfindən iddiaçı İddiaçı verilmiş ## #### 2017-ci il tarixli, ***/D nömrəli arayışdan məlum olur ki, İddiaçı Azərbaycan Dəmir X2 və X10 sahəsində ##.##.1982-ci ildən ##.##.1982-ci il tarixədək fasiləsiz avtomatik lokomotiv işarəvericisi üzrə elektrik montyoru; ##.##.1982-ci il tarixdən ##.##.1985-ci il tarixədək dizel generatorlarına xidmət edən elektrik montyoru; ##.##.1985-ci il tarixdən ##.##.1994-cü il tarixədək rels dövriyyəsi briqadasında elektrik montyoru; ##.##.1994-cü il tarixdən ##.##.2010-cu il tarixədək * nömrəli Rabitə sahəsində elektrik mexaniki vəzifəsində işləyib. ##.##.2010-cu il tarixdən struktur dəyişikliyi ilə əlaqədar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Infrastruktur Idarəsinin Rabitə Sahəsinə elektrik mexaniki vəzifəsinə təyin edilib. ##.##.2010-cu il tarixdən ##.##.2016-cı il tarixədək * nömrəli Rabitə Sahəsinə, ##.##.2016-cı il tarixdən ştat cədvəlində aparılan dəyişikliklə əlaqədar * nömrəli Rabitə Sahəsinə elektrik mexaniki vəzifəsinə keçirilib. Hal-hazırda həmin sahədə həmin vəzifədə işləyir. Qeyd olunan vəzifələr İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli,** nömrəli qərarının 21.4-cü bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. - “xxxx” MMC tərəfindən cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin sorğusuna cavab olaraq verilmiş ## ###### 2024-cü il tarixli, **-*/*-*****/**** nömrəli arayışdan məlum olur ki, İddiaçı ##.##.1980-##.##.1982-ci illərdə Azərbaycan Dövlət Dəmir X4 Yaycı stansiyasında yol dəyişdirici böyük post növbətçisi; ##.##.1982-##.##.1983-cü illərdə Azərbaycan Dövlət Dəmir X2 və X6 FALI-də elektrik montyoru; ##.##.1984-##.##.1994-cü illərdə Azərbaycan Dövlət Dəmir X2 və Işarəvermə distansiyası dizel generatorlarına xidmət üzrə elekirik montyoru; ##.##.1994-##.##.2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolu Naxçıvan * nömrəli rabitə sahəsində elektrik mexaniki; ##.##.2010-##.##.2016-cı illərdə “xxxx” MMC-nin Infrastruktur Idarəsinin Rabitə və işarəvermə sahəsinin * saylı rabitə sahəsində elektrik mexaniki; ##.##.2016- ##.##.2018-ci illərdə “xxxx” MMC-nin Infrastruktur Idarəsinin Rabitə və işarəvermə sahəsinin * saylı rabitə sahəsində elektrik mexaniki işləmişdir. Vətəndaşın Dəmir yolunda yuxarıda qeyd olunan dövrdə işlədiyi müddətdəki vəzifə (peşələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı Ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına uyğun deyildir. - “xxxx” MMC-nin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi ## ###### 2025-ci il tarixli, **-*/*-****/**** nömrəli məktubundan məlum olur ki, İddiaçı 1982-2016cı illərdə Rabitə sahəsində işlədiyi elektrik montyoru və elektrik mexaniki vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun deyildir. - “xxxx” MMC-nin ## ##### 2025-ci il tarixli, **-*/*-****/**** nömrəli məktubundan məlum olur ki, elektrik montyoru və elektrik mexaniki vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4 bəndində göstərilsə də, o vəzifələr Rabitə sahəsinin elektrik montyoru və elektrik mexaniki vəzifələrinə şamil olunmur. **-*/*-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli arayışda qeyd olunan məlumatlar qanunauyğun yazılmış, İddiaçı Rabitə sahəsində işlədiyi elektrik montyoru və elektrik mexaniki vəzifələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun deyildir. -“xxxx” QSC-nin ## ##### 2025-ci il tarixli, **-*/*-****/**** nömrəli məktubundan məlum olur ki, elektrik montyoru və elektrik mexaniki vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndində göstərilsə də, o vəzifələr Rabitə sahəsinin elektrik montyoru və elektrik mexaniki vəzifələrinə şamil olunmur. Həmçinin qeyd edirik ki, “xxxx” MMC-nin **-*/*- *****/**** nömrəli, ##.##.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş arayışda göstərilən məlumatlar qanunauyğun yazılmış, İddiaçı Rabitə sahəsində işlədiyi elektrik montyoru və elektrik mexaniki vəzifələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun deyildir. - “xxxx” QSC-nin ## ####### 2025-ci il tarixli, **-*/*-*****/**** nömrəli məktubundan məlum olur ki, iddiaçı İddiaçı aid ## ###### 1980-ci il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında aparılmış qeydlərə əsasən ADY-nin Naxçıvan hissəsinin Yaycı stansiyasında ##.##.1980-ci il tarixindən ##.##.1982-ci il tarixinədək işlədiyi yoldəyişdirici postunun böyük növbətçisi, Naxçıvan rabitə və işarəvermə distansiyasının Culfa FALI-də ##.##.1982-ci il tarixindən ##.##.1982-ci il tarixinədək işlədiyi elektrik montyoru, ##.##.1982-ci il tarixindən ##.##.1983-cü il tarixinədək, ##.##.1984-cü il tarixindən ##.##.1985-ci il tarixinədək və ##.##.1985-ci il tarixindən ##.##.1987-ci il tarixinədək işlədiyi dizel generatorlarına xidmət üzrə elektrik montyoru, ##.##.1985-ci il tarixindən ##.##.1985-ci il tarixinədək və ##.##.1987-ci il tarixindən ##.##.1994-cü il tarixinədək işlədiyi rels dövrələri briqadasının elektrik montyoru, ##.##.1994-cü il tarixindən ##.##.2010-cu il tarixinədək işlədiyi rabitə elektrik mexaniki, “xxxx” MMC-nin Infrastruktur idarəsinin Rabitə və işarəvermə sahəsində ##.##.2010-cu il tarixindən ##.##.2018-ci il tarixinədək işlədiyi rabitə sahəsinin elektrik mexaniki vəzifə və peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş (##.##.2007-ci il tarixədək qüvvədə olmuş) “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”nda nəzərdə tutulmamışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv Idarəsinin ## #### 2025-ci il tarixli, *-**- NDA/*-*-C-***-**/**** nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı ##.##.1982-ci il tarixli, *** nömrəli əmrlə Naxçıvan Dəmir Yolu Rabitə Işarəvermə ŞÇ-8 hissəsinə İ dərəcəli elektromontyor qəbul edilməsi, ##.##.1983-cü il tarixli, *** nömrəli əmrlə işdən azad olunması, ##.##.1984-cü il tarixli, *** nömrəli əmrlə V dərəcəli elektromontyor qəbul edilməsi, ##.##.1985-ci il tarixli, *** nömrəli əmrlə vəzifəsini dəyişərək V dərəcəli elektromontyor vəzifəsinə keçirilməsi, ##.##.1987-ci il tarixli, ** nömrəli əmrlə vəzifəsini dəyişərək V dərəcəli elektromontyor vəzifəsinə keçirilməsi, ##.##.1991-ci il tarixli, ** nömrəli əmrlə vəzifəsini dəyişərək VI dərəcəli elektromontyor vəzifəsinə keçirilməsi, ##.##.1994-cü il tarixli, ** nömrəli əmrlə vəzifəsini dəyişərək elektromexanik vəzifəsinə keçirilməsi, ##.##.2004-cü il tarixli, *** nömrəli əmrlə * saylı Rabitə və Işarəvermə distansiyasının * saylı rabitə sahəsi * nömrəli məntəqəyə elektromexanik vəzifəsinə təyin edilməsi, ##.##.2010-cu il tarixli, ** nömrəli əmrlə elektromexanik olaraq əmək məzuniyyətinə buraxılması, ##.##.2011-ci il tarixli, ** nömrəli əmrlə, ##.##.2013-cü il tarixli, ** nömrəli əmrlə, ##.##.2014-cü il tarixli, *** nömrəli əmrlə və ##.##.2015-ci il tarixli, ** nömrəli əmrlə elektromexanik olaraq əmək məzuniyyətinə buraxılması, ##.##.2016-cı il tarixli, ** nömrəli əmrlə * saylı Rabitədən * saylı Rabitəyə elektromexanik keçirilməsi əmr kitablarında göstərilmişdir. Qeyd: Naxçıvan Dəmir Yolu Rabitə Işarəvermə ŞÇ-8 hissəsinin 1986, 1988, 1989, 1990, 1992, 1993, 1995, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002, 2003, 2005, 2006, 2007, 2008, 2009, 2012-ci illərə dair əmr kitablarında adına rast gəlinmədi. Həmçinin İddiaçı 1982-2015-ci illərdə xxxx-Rabitə Işarəvermə hissəsində (ŞÇ-8) işləmiş və müvafiq aylarda əmək haqqı almışdır. Qeyd: xxxx- Rabitə Işarəvermə hissəsində (ŞÇ-8)-nin 2016-cı ilə dair sənədləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. - “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli, **-*/*-*****/**** nömrəli məktubu ilə İddiaçı Rabitə və işarəvermə sahəsində işlədiyi rabitə üzrə elektrik mexaniki vəzifəsinin vəzifə təlimatı iş materiallarına əlavə edilmişdir. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı ## #### 1960-cı il tarixdə doğulmuşdur. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən verilən forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa əsasən. Işəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayış təqdim oluna bilmədikdə isə şəxsin işlədiyi sahə, peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilənlərlə eynilik təşkil etdikdə MEIS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il ####un #-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə əmək kitabçasında olan qeydə, bu qeydin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə Dövlət arxivinin arayışına əsasən. Işin araşdırılan hallarından aydın olur ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə pensiya təyinatı komissiyasının ## ###### 2025-ci il tarixli, *-**-*-*/*-C-***/**** nömrəli qərarı ilə İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə ## #### 2017-ci il tarixli, ** nömrəli qərarı ləğv edilmişdir. Qərarın ləğv edilməsinə əsas kimi iddiaçının Azərbaycan Dəmir X2 və X10 sahəsində və “xxxx” MMC-nin Infrastruktur Idarəsinin Rabitə sahəsində elektrik mexaniki, elektrik montyoru olaraq işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar tarixli, ** nömrəli qərarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına uyğun olmadığı göstərilmişdir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi və ## #### 2017-ci il tarixli, ** nömrəli qərara əsasən güzəştli şərtlə yaşa görə təyin edilmiş pensiyanın 2025-ci ilin yanvar ayından etibarən bərpa edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək mövqeyini belə əsaslandırmışdır ki, hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, güzəştli pensiya hüququ yalnız Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahılarda birbaşa nəzərdə tutulan hallarla məhdudlaşdırılmışdır. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, eləcə də, Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş (##.##.2007-ci il tarixədək qüvvədə olmuş) “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda iddiaçının işlədiyi “elektrik montyoru” və “elektrik mexaniki” vəzifələrinin nəzərdə tutulmaması ona güzəşt tətbiq olunmasını istisna edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, istinad olunan siyahıların müvafiq bəndlərində nəzərdə tutulan peşələr yalnız magistral dəmir yollarının əlaqə şəbəkəsi üzrə texnoloji proseslərdə bilavasitə iştirak edən işçilərə aiddir və iddiaçının əmək kitabçası, vəzifə təlimatları və işəgötürənlərin rəsmi izahatları onun bu kateqoriyaya daxil olmadığını birmənalı şəkildə təsdiqləyir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçının ##.##.1982-ci ildən ##.##.2016-cı ilədək Azərbaycan Dövlət Dəmir X4ndə və “xxxx” MMC-də müxtəlif əmrlər əsasında Rabitə və Işarəvermə sistemində əvvəlcə İ–VI dərəcəli elektromontyor, sonradan isə elektromexanik vəzifələrində işləməsi mübahisələndirilmir. Icraatda olan iş üzrə mübahisəli məqam iddiaçının işlədiyi peşələrin güzəştli pensiya hüququ verən siyahıda nəzərdə tutulmuş müvafiq peşələrə uyğunluğunun yoxlanılmasından ibarətdir. Belə ki, iş materiallarında olan “xxxx” MMC tərəfindən iddiaçı İddiaçı təqdim edilmiş ## #### 2017-ci il tarixli, ***/D nömrəli arayışda qeyd olunur ki, İddiaçı Azərbaycan Dəmir X2 və X10 sahəsində avtomatik lokomotiv işarəvericisi üzrə elektrik montyoru, dizel generatorlarına xidmət edən elektrik montyoru, rels dövriyyəsi briqadasında elektrik montyoru, * nömrəli Rabitə sahəsində elektrik mexaniki vəzifələrində işləmişdir. ##.##.2010-cu il tarixdən struktur dəyişikliyi ilə əlaqədar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Infrastruktur Idarəsinin Rabitə Sahəsinə elektrik mexaniki vəzifəsinə təyin edilmiş, sonradan 3 və * nömrəli Rabitə sahələrinə elektrik mexaniki vəzifəsinə keçirilmişdir. Qeyd olunan vəzifələr İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarının 21.4-cü bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Qeyd olunan arayış əsasında iddiaçı İddiaçı ## #### 2017-ci il tarixli, ** nömrəli qərarla güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçı 2024-cü ildə pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmiş, “xxxx” MMC tərəfindən cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin sorğusuna cavab olaraq verilmiş ## ###### 2024-cü il tarixli, **-*/*-*****/**** nömrəli arayış təqdim olunmuşdur. Həmin arayışda qeyd olunur ki, İddiaçı Azərbaycan Dövlət Dəmir X4 Yaycı stansiyasında yol dəyişdirici böyük post növbətçisi; Azərbaycan Dövlət Dəmir X2 və Işarəvermə distansiyası Culfa FALI-də elektrik montyoru, dizel generatorlarına xidmət üzrə elektrik montyoru, Azərbaycan Dövlət Dəmir Yolu Naxçıvan * nömrəli rabitə sahəsində elektrik mexaniki, “xxxx” MMC-nin Infrastruktur Idarəsinin Rabitə və işarəvermə sahəsinin 3 və * saylı rabitə sahəsində elektrik mexaniki işləmişdir. Vətəndaşın Dəmir yolunda işlədiyi müddətdəki vəzifə (peşələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı Ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına uyğun deyildir. Qeyd olunan arayış əsasında isə cavabdeh tərəfindən iddiaçıya 2017-ci ildə təyin edilmiş güzəştli şərtlə yaşa görə əmək pensiyası 2025-ci il tarixli qərarla ləğv olunmuşdur. Iddiaçı da apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iddia tələbini rədd edərkən “xxxx” MMC-nin iddiaçının dəmir yol nəqliyyatında işlədiyi vəzifələrin (elektrik mantyoru, elektrik mexaniki) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşəyə uyğun olmadığını nəzərdə tutan arayış və məktublarına istinad etdiyini, o cümlədən "xxxx" MMC-nin eyni şəxs barəsində eyni fakt və əsaslara iki fərqli münasibət bildirdiyini və iddiaçının dəmir yolu nəqliyyatında işlədiyi vəzifələrin (elektrik mantyoru, elektrik mexaniki) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşəyə uyğunluğunun müəyyən edilməsinə sadəcə olaraq "uyğundur” və "uyğun deyildir” şəklində mücərrəd izah verməklə kifayətləndiyini, budan başqa hər hansı məntiqi yanaşma təqdim edə bilmədiyini qeyd etmişdir. Iş materiallarında olan “xxxx” QSC-nin ## ##### 2025-ci il tarixli, **-*/*-****/**** nömrəli məktubunda qeyd olunur ki, elektrik montyoru və elektrik mexaniki vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndində göstərilsə də, o vəzifələr Rabitə sahəsinin elektrik montyoru və elektrik mexaniki vəzifələrinə şamil olunmur. Həmçinin qeyd edirik ki, “xxxx” MMC-nin **-*/*-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş arayışda göstərilən məlumatlar qanunauyğun yazılmış, İddiaçı Rabitə sahəsində işlədiyi elektrik montyoru və elektrik mexaniki vəzifələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** saylı qərarına * saylı əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * nömrəli Siyahısı: XXVIII. Nəqliyyat 23000000 - magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları. (23001000—19825) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı: - 21. Nəqliyyat - 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: - magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları. Kollegiya qeyd edir ki, iddiaçının göstərilən illər üzrə işlədiyi Rabitə sahəsinin elektrik montyoru və elektrik mexaniki peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** saylı qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * №-li Siyahısının XXVIII. Nəqliyyat bölməsinin 23001000—19825 kod altında göstərilən peşələrə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının Nəqliyyat bölməsində (Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər) nəzərdə tutulmuş magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifə koduna uyğun olmadığı iş materiallarında olan sorğulara verilmiş cavablardan məlum olur. Həmçinin istinad olunan siyahıların müvafiq bəndlərində nəzərdə tutulan peşələr yalnız magistral dəmir yollarının əlaqə şəbəkəsi üzrə texnoloji proseslərdə bilavasitə iştirak edən işçilərə - elektrik montyorları və elektrik mexaniklərinə aiddir. Iddiaçının işlədiyi Azərbaycan Dövlət Dəmir X2 və Işarəvermə distansiyası və “xxxx” MMC-nin Infrastruktur Idarəsinin Rabitə və işarəvermə sahəsi olmaqla qeyd olunan kateqoriyaya daxil olmadığı onun əmək kitabçası, vəzifə təlimatları və işəgötürənlərin rəsmi izahatları ilə birmənalı şəkildə təsdiqlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunun 7-ci maddəsində nəzərdə tutulan müvafiq yaşa çatmalı, 25 il sığorta stajı olmalı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmalıdır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinin b) bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Kollegiya qeyd edir ki, iddiaçının qanunla tələb olunan xüsusi iş stajı mövcud olmadığına görə, əmək pensiyasının təyin edilməsi üçün qanunun 9.1 və 9.8-ci maddələrində nəzərdə tutulan həmin dispozisiya şərtləri də iddiaçıya münasibətdə mövcud deyil. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## ###### 2025-ci il tarixli qərarı normativ əsaslara uyğun qəbul edildiyindən ləğv edilə bilməz. Belə ki, yuxarıda istinad olunan “Inzibati icraat haqqında” Qanunun 11-ci və 24-cü maddələrinin tələblərinə uyğun olaraq inzibati orqan aşkar edilmiş hüquq pozuntularını aradan qaldırmağa, normativ aktlara zidd olaraq qəbul edilmiş inzibati aktları ləğv etməyə borcludur. Kollegiya hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunauyğun olduğundan, qərarın ləğvi onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Beləliklə, kollegiya nəticəyə gəlir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası IPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1ci maddələrini rəhbər tutaraq kollegiya

qərara alır:

Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar