Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-24/2026 15.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi, Iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin Culfa rayon bölməsinin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin Culfa rayon bölməsinə qarşı "X3 şəhid adının verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək, X3 şəhid adının verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR X9 Komandanlığının N nömrəli hərbi hissəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı məhkəməyə ## ####### 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində qeyd etdiyi Naxçıvan Muxtar Respublikası X9 Komandanlığının N nömrəli hərbi hissəsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsi ilə əvəz edilməsi və iddia tələbinə “X3 şəhid adının verilməsi üçün arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin üzərinə qoyulması” kimi baxılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli protokol qərardadı ilə cavabdeh Naxçıvan Muxtar Respublikası X9 Komandanlığının N nömrəli hərbi hissəsi əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsi ilə əvəz edilmiş, dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmənin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil Məhərəm qızının vasitəsi ilə şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Iddiaçının vəkil və nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərmişdir ki, X3 ## ##### 2024-cü il tarixdə avtoqəza nəticəsində həlak olsa da həmin gün xidməti vəzifələrini yerinə yetirmişdir. ## ##### 2024-cü il tarixdə ona Sahib Rəsulov adlı R rütbəli hərbi qulluqçu tərəfindən zəng edilmiş telefon danışığı zamanı həyəcan siqnalı verildiyi bildirilmişdir. Bunu valideynləri də eşitmişdir. O da əmrə tabe olaraq zəruri əşyalarını çantasına yığmış, tam hazır şəkildə həyəcana uyğun olaraq xidməti vəzifələrini icra etmək üçün yola düşmüşdür. Hətta mərhumun yas mərasiminin 3-cü günü Ümman Nəcəfov səxsən iddiaçıya hələ də təlimdə olduqlarını bildirmişdir. Iddiaçı oğluna şəhid statusunun verilməsini istəyir. Lakin iddiaçının məqsədi şəhid ailələrinə verilən güzəşt və imtiyazlardan istifadə deyil, yalnız oğlunun xatirəsinin əbədiləşdirilməsidir. Bir halda ki mərhum həyəcan siqnalı ilə xidməti vəzifəsinin icrasına çağırılmış, deməli bu döyüş tapşırığının yerinə yetirilməsinin tərkib əlamətidir. Mərhuma şəhid statusunun verilməsi üçün səbəb əlaqəsi onun xidməti vəzifəsinin icrası ilə əlaqələndirilməlidir. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 76-cı maddəsinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin Culfa rayon bölməsi tərəfindən etiraz verilməmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs Üçüncü şəxs nümayəndəsi iclasda iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası IPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Şifahi məhkəmə baxışı iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunaraq Naxçıvan MR Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının tamamilə ləğv olunmasını və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunaraq Naxçıvan MR Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının tamamilə ləğv olunmasını və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin Culfa rayon bölməsinin nümayəndəsi X1 qanuni qərar qəbul edilməsini xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və inzibati icraatın iştirakçılarının izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin IV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir Iş materiallarında olan; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış ## #### 2025-ci il tarixli, *-**-**/*-*****/**** nömrəli məktubda göstərilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli ** nömrəli Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Yuxarıda göstərilən Qaydanın 4.1-ci bəndinin dördüncü abzasına əsasən, Müdafiə Nazirliyi, Daxili işlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Qeyd olunanları nəzərə alaraq, müvafiq dövlət orqanının arayışı Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Culfa rayon bölməsinə təqdim olunduğu (daxil olduğu) təqdirdə, İddiaçı “şəhid" hesab edilməsi məsələsinə baxılacaq və müvafiq qərar qəbul ediləcəkdir. -Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin Culfa rayon bölməsinin ## ###### 2026-cı il tarixli, * nömrəli “Şəhid və şəhid ailəsi statusunun verilməsindən imtina olunması” barədə qərarından müəyyən olunur ki, İddiaçı həmin bölməyə müraciət edərək oğlu X3 xidməti yerinə gedərkən avtoqəza nəticəsində vəfat etməsi ilə əlaqədar ona şəhid statusunun verilməsini və İddiaçı şəhid ailəsinin üzvü hesab edilməsini xahiş etmişdir. Həmin qərarla İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ## ######## 2025-ci il tarixli, **** nömrəli məktubla göndərilmiş X3 xidməti barədə şəxsi işindən çıxarışlar iş materiallarına əlavə edilmişdir. - Üçüncü şəxs N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2025-ci il tarixli, 3-25-210/2- **** nömrəli məktubdan məlum olur ki, ## ##### 2024-cü il tarixində N nömrəli hərbi hissənin bölmələrinə (3-cü tabor daxil olmaqla) həyacan siqnalı verilməmişdir. Mərhum müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X3 ## ##### 2024-cü ildə səhər saatlarında xidmət yeri olan N nömrəli hərbi hissəyə gəlməsi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatla əlaqədar olmamışdır. Qeyd edilən tarixdə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünə təhlükənin olması barədə şəxsi heyətə həyəcan siqnalı verilməmiş və toplanış elan olunmamışdır. Mərhum müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X3 ## ##### 2024-cü ildə səhər saatlarında N nömrəli hərbi hissənin sabiq V müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu mərhum əsgər X4 idarə etdiyi "Tofaş" markalı avtomobildə sərnişin qismində xidmət yerinə gedərkən Babək rayonu, Güznüt kəndi ərazisində K.Cəfərovun idarə etdiyi avtomobil qarşıdan gələn mülki şəxs X5 idarə etdiyi "Chevrolet NIVA" markalı avtomobillə toqquşmuş, nəticədə K.Cəfərov hadisə yerində, R.Yunisov isə Naxçıvan Muxtar Respublikası Mərkəzi xəstəxanasında vəfat etmişdir. - ## ##### 2024-cü il tarixli, AZ-II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 ## ##### 2024-cü il tarixdə travmatik, ikinci və ya residivləşən qanaxma səbəbindən ölmüşdür və bu barədə ölüm akt qeydləri kitabında 2024-cü ilin 04 ayının 26 günündə 145 nömrə ilə qeyd edilmişdir - N nömrəli hərbi hissə tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon bölməsinin rəisinə ünvanlanmış ## ###### 2026-cı il tarixli, *-**-**/*-**/**** nömrəli məktubdan müəyyən olunur ki, N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçmiş mərhum X3 xidməti yerinə gedərkən qəza günü,## ##### 2024-cü il tarixdə hərbi hissə həyəcan siqnalı ilə qaldırılmamış və hərbi hissə normal günün nizam qaydalarına uyğun fəaliyyət göstərmişdir. Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində müvafiq iddia tələbi ilkin olaraq Naxçıvan Muxtar Respublikası X9 Komandanlığının N nömrəli hərbi hissəsinə qarşı irəli sürülmüş, sonradan iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi əsasında məhkəmənin müvafiq qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsi ilə əvəz edilmiş və cavabdehə qarşı “X3 şəhid adının verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilmişdir. Işin apellyasiya instansiyasında araşdırılması zamanı kollegiyanın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığı müvafiq sorğuya cavab olaraq təqdim edilmiş ## ### 2026-cı il tarixli, *-**-**/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Inzibati orqanların Təsnifatı”nın IV hissəsinin 4-1 və 4-1.1.1-ci yarımbəndlərinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, habelə Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri inzibati orqan kimi təsnif edilmişdir. Həmin məktubda həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.1-ci bəndinin tələbləri nəzərə alınmaqla, həlak olmuş (vəfat etmiş) hərbi qulluqçulara (R və zabit heyəti istisna olmaqla) şəhid statusunun verilməsinin hərbi qulluqçuların hərbi qeydiyyatda olduqları Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin tabeliyində olan aidiyyəti struktur bölmələri tərəfindən həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilmişdir. Iş materiallarından müəyyən olunur ki, mərhum X3 rayonunun Xanəgah kənd sakini olmuş və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin Culfa rayon bölməsində hərbi uçotda olmuşdur. Iddiaçı İddiaçı ## #### 2026-cı il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə kollegiyaya müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin həmin Idarənin Culfa rayon bölməsi ilə əvəz edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, *-*(*-*)-**/**** nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin Culfa rayon bölməsi ilə əvəz edilmiş, zəruri sənədlər cavabdehə göndərilməklə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında olan və yuxarıda sadalanan məlumatlardan müəyyən edildiyi kimi, mərhum X3 hərbi qeydiyyatda olduğu inzibati orqan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin Culfa rayon bölməsi olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.1-ci bəndinə əsasən, həlak olmuş (vəfat etmiş) hərbi qulluqçulara (R və zabit heyəti istisna olmaqla) şəhid statusunun verilməsi hərbi qulluqçuların hərbi qeydiyyatda olduqları Xidmətin müvafiq struktur bölmələri tərəfindən həyata keçirilməlidir. Bununla belə, iddiaçı tərəfindən şəhid statusunun verilməsi ilə bağlı müraciətin təmin edilməsindən imtina edən və mübahisələndirilən qərarı qəbul edən inzibati orqan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin Culfa rayon bölməsi olduğu halda, birinci instansiya məhkəməsi Baş Idarəyə qarşı qaldırılmış iddia tələbinə mahiyyəti üzrə baxmışdır. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əsl olmayan cavabdehə münasibətdə qərar qəbul edildiyindən Kollegiya hesab edir ki, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli,iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin Culfa rayon bölməsinə qarşı "X3 şəhid adının verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməməlidir. Kollegiya qeyd edir ki, iddia ərizəsi və apellyasiya şikayətinin məzmunundan göründüyü kimi iş üzrə iddiaçının hüququ marağı və məqsədi mərhum oğlu X3 şəhid olması barədə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin Culfa rayon bölməsi iddiaçının müraciətini təmin etməmiş, ## ###### 2026-cı il tarixli, * nömrəli “Şəhid və şəhid ailəsi statusunun verilməsindən imtina olunması” barədə qərarında ona istinad etmişdir ki, N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçmiş mərhum X3 xidmət yerinə gedərkən Babək rayonu, Çeşməbasar kəndi yaxınlığında baş vermiş avtoqəza nəticəsində “daxili qanaxma, kəllə-beyin travması, travmatik şok” səbəbindən vəfat etmişdir. Həmçinin qərarda qeyd edilmişdir ki, ## ##### 2024-ci il tarixdə hərbi hissə heç bir həyəcan siqnalı ilə qaldırılmamış və normal gün rejimində fəaliyyət göstərmişdir. Cavabdehin mövqeyinə görə, mərhum X3 ölümü hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmadığından, tələb olunan arayışın verilməsi mümkün deyildir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsində göstərilmişdir ki, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair ## ###### 2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Həmin qərarın 1-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının ## ######## 1993-cü il tarixli Qanununun 1-ci maddəsinin tətbiq edilməsi qərara alınmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının ## ###### 1991-ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1994-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. ... 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: ... 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Dövlət Mühafizə Xidmətində, Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətində, X23 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; ... 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/9297" \o "Azərbaycan Respublikasının 1994-cü il ## ######## tarixli *** nömrəli Qanunu"1994-cü il ## ######## tarixli *** nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin ** saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu R və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili Işlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Mühafizə Xidmətinin, Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, X23 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə müəyyən edilmişdir ki, X5 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq iki şəxsin ölümünə, bir şəxsin isə ağır xəsarət almasına səbəb olmuşdur. Belə ki, o, etibarnamə əsasında idarə etdiyi «Chevrolet Niva» markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə ## ##### 2024-cü il tarixdə, saat 06:40 radələrində Babək rayonu Güznüt kənd avtomobil yolundan Culfa rayonu Ərəzin kəndi istiqamətində hərəkətdə olarkən, idarə etdiyi avtomobillə əks istiqamətli yola keçərək Babək rayonu Çeşməbasar kəndi istiqamətində hərəkətdə olan X4 idarə etdiyi “Tofaş” markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Tofaş” markalı avtomobilin sürücüsü X4 və həmin avtomobildə sərnişin olan X3 ölmüş, X10 isə ağır dərəcəli bədən xəsarət almışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qərarının surətindən məlum olur ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü təyin edilmiş əsas cəzanın müddətinə aid hissədə dəyişdirilmişdir. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmündən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2024-cü il tarixli, *(***)- **/**** nömrəli qərarından, Üçüncü şəxs N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2025-ci il tarixli, *-**-***/*-**** nömrəli məktubundan, N nömrəli hərbi hissə tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon bölməsinin rəisinə ünvanlanmış ## ###### 2026-cı il tarixli, *-**-**/*-**/**** nömrəli məktubundan göründüyü kimi, mərhum X3 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, Babək rayonu, Çeşməbasar kəndi yaxınlığında baş vermiş avtoqəza nəticəsində “daxili qanaxma, kəllə-beyin travması, travmatik şok” səbəbindən vəfat etmişdir. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən qərarındakı hüquqi mövqeyinə görə şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə mövcud olmalıdır. Qeyd olunan səbəbli əlaqə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilməmişdir. Kollegiya apellyasiya şikayətində göstərilən iddiaçının mərhum oğlu X3 ## ##### 2024-cü il tarixdə avtoqəza nəticəsində həlak olmasına baxmayaraq, həmin gün xidməti vəzifələrini yerinə yetirməsi, ## ##### 2024-cü il tarixdə Sahib Rəsulov adlı R tərəfindən telefon vasitəsilə həyəcan siqnalı verildiyinin bildirilməsi, mərhumun bu əmrə tabe olaraq zəruri əşyalarını götürüb tam hazır vəziyyətdə xidmət yerinə getməsi, habelə yas mərasiminin üçüncü günü Ümman Nəcəfov tərəfindən onun hələ də təlimdə olduqlarının bildirilməsi barədə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, həmin xüsusatlar iş materiallarında olan digər sübutlarla, o cümlədən N nömrəli hərbi hissənin ## ###### 2026-cı il tarixli, *-**-**/*-**/**** nömrəli məktubunda əks olunan məlumatlarla təsdiq olunmur. Belə ki, həmin məktubda ## ##### 2024-cü il tarixdə hərbi hissənin həyəcan siqnalı ilə qaldırılmadığı və normal günün nizam qaydalarına uyğun fəaliyyət göstərdiyi göstərilmişdir. Kollegiya qeyd edilənlərə əsaslanıb belə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara alır: Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin Culfa rayon bölməsinə qarşı “X3 şəhid adının verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair tələbi təmin edilməsin. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-1)-24/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-24/2026
15.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver