Məhkəmə qərarları › İş №2-1(3-1)-25/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-25/2026

07.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-25/2026 07.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X9 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, iddiaçı İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” publik hüquqi şəxsin nümayəndəsi X4 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajının 20 il olmağı nəzərə alınaraq, ona hüququnun yarandığı ##.##.2024-cü il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabde Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinə müraciət edərək, dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajının 20 il olmağı nəzərə alınaraq bu hüququnun yarandığı tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin (hakim Tural Əliyev) ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Qərardan cavabdeh “xxxx” publik hüquqi şəxsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1981-ci il tarixdə Culfa şəhərində doğulmuşdur. ##.##.2003-cü il tarixdən ##.##.2004-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 1999-2003-cü tədris illərində Naxçıvan Dövlət Universitetində tarix ixtisası üzrə əyani ali təhsil almışdır. ##.##.2006-cı il tarixdən ##.##.2007-ci il tarixədək Culfa rayon Məşğulluq Mərkəzində aparıcı məsləhətçi vəzifəsində işləmiş, ##.##.2007-ci il tarixdən ##.##.2024-cü il tarixədək Dövlət Gömrük Komitəsində dövlət qulluğunun xüsusi növündə xidmət etmişdir. "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə xidmətinə ##.##.2024-cü il tarixli əmrlə xitam verilmişdir. Beləliklə, 2006-cı ilin iyul ayından ##.##.2024-cü il tarixədək göstərilən dövlət orqanlarında işləməklə dövlət qulluqçusu stajı və gömrük orqanında dövlət qulluğunun xüsusi növündə xidmət illəri olmaqla ümumi stajı 20 ildən artıq təşkil edir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli, *-**-*-*/*-P-*****/**** nömrəli məktubunda göstərilmişdir ki, "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri" dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablama qulluq stajına görə əlavələr tətbiq edilməklə əmək pensiyası təminatına şamil olunmur. Iddiaçı cavabdeh orqanın mövqeyi ilə razılaşmayaraq hesab edir ki, onun pensiya hüququ pozulmuşdur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2006-cı il tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası"nın 2-ci bəndinin 13-cü abzasına əsasən, dövlət qulluğu vəzifəsində qulluq stajı xüsusi məqsədli hüquqi xarakter daşıyır. Həmin norma birbaşa müəyyən edir ki, dövlət qulluğu vəzifəsində qulluq stajı yalnız gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin hesablanması və həmin xidmət illərinə görə qanunvericiliklə nəzərdə tutulmuş əlavələrin müəyyən edilməsi zamanı nəzərə alınır. Beləliklə, dövlət qulluğu vəzifəsində qulluq stajı ümumi xarakter daşımır və digər hüquqi münasibətlər çərçivəsində tətbiq edilmir, o, yalnız gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət müddətinin və bu xidmətə görə müəyyən edilən əlavələrin hesablanması məqsədilə istifadə olunur. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçının adi dövlət qulluğu üzrə 7 aylıq əmək stajı ümumi xarakter daşımır, yalnız gömrük orqanlarında vəzifəli şəxslərin fasiləsiz xidmət illərinin və həmin xidmətə görə müəyyənləşdirilən əlavələrin hesablanması zamanı nəzərə alınır. Eyni zamanda, iddiaçı barədə daxil olmuş məlumat vərəqinin daxil edilmə tarixi ## ######## 2024-cü il tarix olsa da, Gömrük orqanı tərəfindən həmin məlumat vərəqi ## ###### 2025-ci il tarixdə təsdiq edilmişdir. Belə ki, Gömrük orqanı tərəfindən İddiaçı məxsus məlumat vərəqi ## ###### 2025-ci il tarixində təsdiqlənmiş, lakin vətəndaşın xidmət illərində uyğunsuzluq olduğu üçün (dövlət qulluğunda qulluq stajının gömrük orqanlarında xidmət illərinə daxil edilərək pensiya hüququ yaradıldığı üçün) Fond tərəfindən məlumat vərəqi həmin tarixdə geri göndərilmişdir. Həmçinin iddiaçıya Fond tərəfindən pensiya təyin edilməsi barədə qərar qəbul edilməmişdir. Apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Iddiaçı İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Işdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı ## ###### 1981-ci il tarixdə doğulmuşdur. Işdə olan A seriyalı, ****** nömrəli diplomun və diploma əlavənin surətindən görünür ki, İddiaçı Naxçıvan Dövlət Universitetində tarix ixtisası üzrə 4 il ali təhsil almışdır. Işdə olan AO seriyalı, ******* nömrəli hərbi biletin 2-3-cü səhifələrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ##.##.2003-cü il tarixdən ##.##.2004- cü il tarixədək hərbi xidmətdə olmuşdur. Işdə olan ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ##.##.2005-ci il tarixdən ##.##.2006-cı il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Culfa QPS-də operator, ##.##.2006-cı il tarixdən ##.##.2007-ci il tarixədək Culfa rayon Məşğulluq Mərkəzində aparıcı məsləhətçi, ##.##.2007-ci il tarixdən ##.##.2024-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Işdə olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanan ## ####### 2024-cü il tarixli, *- **-*-*/*-P-*****/**** nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Döviət Sosial Müdafiə Fonduna ötürülür. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının ## ### 2021-ci il tarixli, ***-VIQD nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablama qulluq stajına görə əlavələr tətbiq edilməklə əmək pensiyası təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan sözügedən Qərarda göstərilən əsaslarla əmək pensiyalarının müəyyən edilməsi həmin Qanunun tələbləri baxımından mümkün deyildir. Eyni zamanda bildirilir ki, hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün xidmət illəri “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli Qərarına uyğun hesablanır. Həmin qərarda da xidmət illərinin hesablanması zamanı dövlət qulluğu stajının nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyildir. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.5.1-ci maddəsinin şərtlərinə uyğun təqvim üzrə xidmət illəri olmadığı üçün ona güzəştli şərtlə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Işdə olan əmək pensiyası təyinatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqində qeyd edilmişdir ki, İddiaçı cəmi iş stajı və xidmət illəri 20 il, 4 ay, 16 gündür. Işdə olan Komitənin Naxçıvan Baş Gömrük Idarəsinin Məxfi bölməsinin sabiq rəisi İddiaçı dair uzun müddət xidmət illərinin hesablanması zamanı nəzərə alınmış xidmət dövrləri barədə məlumatda qeyd edilmişdir ki, İddiaçı əmək stajı Naxçıvan Dövlət Universitetində ali təhsil dövrü 2 il, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət dövrü 11 ay, 11 gün, Culfa rayon Məşğulluq Mərkəzindəki dövlət qulluğu 7 ay, Dövlət Gömrük Komitəsində dövlət qulluğunun xüsusi növü üzrə 16 il, 10 ay, 5 gün olaraq hesablanmışdır. Beləliklə, ümumilikdə 20 il, 4 ay, 16 gün xidmət illəri müəyyən edilmişdir. Işdə olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ### 2026-cı il tarixli, *-**-*-*/*-****/**** nömrəli məktubda bildirilmişdir ki, İddiaçı məxsus məlumat vərəqi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən ## ######## 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məlumat vərəqi” altsistemində emal edilmişdir. Belə ki, adıçəkilən orqan tərəfindən İddiaçı məxsus məlumat vərəqi ## ###### 2025-ci il tarixində təsdiqlənmiş, lakin vətəndaşın xidmət illərində uyğunsuzluq olduğu üçün (dövlət qulluğunda qulluq stajının gömrük orqanlarında xidmət illərinə daxil edilərək pensiya hüququ yaradıldığı üçün) Fondun pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən qeyd olunan altsistem üzərindən həmin tarixdə geri göndərilmişdir. Həmçinin məktubda qeyd edilmişdir ki, İddiaçı Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə pensiya təyinatı komissiyası tərəfindən pensiya təyin edilməsi barədə qərar qəbul edilməmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 22.7-1-ci maddəsinə (## ###### 2026-cı il tarixədək qüvvədə olan redaksiyaya) əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Bu Qanunun 22.7-2-ci maddəsinə (## ###### 2026-cı il tarixədək qüvvədə olan redaksiyaya) əsasən qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı Inzibati Məhkəməsinin müraciətinə dair ## ###### 2026-cı il tarixli Plenum qərardadı ilə pensiya təyin edilməsi məqsədilə dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinə dair tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Həmçinin qərardadda qanunvericiliyə istinad olunaraq müəyyən məsələlərə aydınlıq gətirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3 və 1.0.4-cü maddələrinə əsasən həmin Qanunun məqsədləri üçün “hərbi qulluqçular” dedikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər, “xüsusi rütbəli şəxslər” dedikdə isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslər başa düşülür. Bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar həmin Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir (3.3-cü maddə). Həmçinin Qanunun 5.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – Nazirlər Kabineti) 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın 4.3-cü bəndinin 2026-cı il ######ın #-dək qüvvədə olan redaksiyasına görə hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 2004-cü il ## #### tarixli ** nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il # #### tarixli *** nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il # ###### tarixli * nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il ## ####### tarixli *** nömrəli, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il ## ### tarixli *** nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.3-cü bəndində hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin hesablanması zamanı həm pensiya təyin edilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydasını müəyyən edən 1992-ci il ## ###### tarixli *** nömrəli Qərara, həm də “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2006-cı il # ###### tarixli * nömrəli Qərarına istinad edilmişdir. Nəzərə alınmalıdır ki, uzun müddət xidmət vaxtını müəyyən edən 1992-ci il ## ###### tarixli *** nömrəli Qərardan fərqli olaraq, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2006-cı il # ###### tarixli * nömrəli Qərarının 2-ci hissəsində digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddətinin və dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajının gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilməsi müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsində (## ###### 2026-cı il tarixədək qüvvədə olan redaksiyaya) nəzərdə tutulmuş məsələ Nazirlər Kabinetinin 2024-cü il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” ilə tənzimlənmişdir. Həmin Qayda və şərtlərin 2.1 və 3.1-ci bəndlərinə uyğun olaraq, dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddətləri, dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən isə dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı dövrünün nəzərə alınması təsbit edilmişdir. O da göstərilməlidir ki, Nazirlər Kabinetinin 2025-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə 1992-ci il ## ###### tarixli *** nömrəli və 2007-ci il ## ###### tarixli *** nömrəli qərarlara dəyişikliklər edilmişdir (2026-cı il ######ın #-dən qüvvəyə minib). Həmin Qərarın 2- 3-cü hissəsində hərbi və xüsusi rütbəli şəxslərin 2026-cı il # ###### tarixinədək xidmət müddətinin (qulluq illərinin) hesablanmasının 1992-ci il ## ###### tarixli *** nömrəli Qərara uyğun olaraq həyata keçirilməsi müəyyən edilmişdir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 20.12-ci maddəsində qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydasının işlənib hazırlanması nəzərdə tutulsa da, bu qayda halhazıradək qəbul edilməmişdir. Eyni zamanda, dövlət qulluğunun xüsusi növündə xidmət keçmə belə xidmətin xüsusiyyətlərindən irəli gələrək “Dövlət qulluğu haqqında” Qanunun müəyyən normaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Bu xüsusiyyətlər onların xidməti fəaliyyəti ilə bağlıdır. Dövlət qulluğunun xüsusi növündə (hərbi və ya xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) xidmət edən şəxslər digər dövlət qulluqçularına nisbətdə daha ağır şərtlərdə fəaliyyət göstərirlər ki, bura xidmətin xarakteri, sağlamlıq və həyat üçün risklər, xüsusi vəzifələr və öhdəliklər aiddir. Bu səbəbdən qanunverici onların hüquqi statusunu differensiallaşdıraraq, həm imtiyazlar, həm də məhdudiyyətləri nəzərdə tutur. Belə imtiyazlardan biri “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulan güzəştli şərtlərlə əmək pensiyası hüququdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.1-ci maddəsinə (## ###### 2024-cü il tarixədək qüvvədə olan redaksiyaya) əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 20.14-cü maddəsinə (## ###### 2024-cü il tarixədək qüvvədə olan redaksiyaya) əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla (maddə 20.14.1). Bu qanunda qeyd edilən dəyişiklik ## ###### 2023-cü il tarixli, ****-VIQD nömrəli qanun əsasında həyata keçirilib. ## ###### 2023-cü il tarixli, ****-VIQD nömrəli qanuna əsasən: “Maddə 5. Keçid müddəalar 5.1. Bu Qanun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il ######ın #-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. 5.2. Bu Qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il ######ın #-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. 5.3. Bu Qanun qüvvəyə mindiyi tarixədək təyin edilmiş əmək pensiyaları bu Qanuna əsasən yenidən hesablanmır. Maddə 6. Bu Qanun 2024-cü il ######ın #-dən qüvvəyə minir.” Hazırkı iş üzrə iddiaçı İddiaçı Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən məlumat vərəqi əsasında güzəştli şərtlərlə əmək pensiyasının təyin ediləcəyinə dair hüquqi gözləntisi olmuş, lakin cavabdeh inzibati orqan dövlət qulluğundakı 7 aylıq stajı onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilmədiyini əsas gətirərək güzəştli şərtlə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Iddiaçı cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edərək hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xüsusi rütbəli şəxs kimi güzəştli şərtlə əmək pensiyası təyin olunması üçün 20 il staj tələb olunur. Tərəflər arasında 19 il, 9 ay, 16 gün staj dövrü mübahisələndirilmir. Belə ki, iddiaçı 1999-2003-cü tədris illərində Naxçıvan Dövlət Universitetində tarix ixtisası üzrə 4 il əyani ali təhsil almış (4 il : 2 = 2 il staj), ## #### 2003-cü il tarixdən ## #### 2004-cü il tarixədək hərbi xidmətdə olmuş (11 ay, 11 gün), ## ####### 2007-ci il tarixdən ## ###### 2024-cü il tarixədək gömrük orqanlarında xüsusi rütbəli şəxs kimi işləmişdir (16 il, 10 ay, 5 gün). Tərəflər arasında mübahisə iddiaçının ## #### 2006-cı il tarixdən ## ###### 2007-ci il tarixədək dövlət qulluqçusu olaraq Culfa rayon Məşğulluq Mərkəzində "aparıcı məsləhətçi” vəzifəsində (7 ay) işlədiyi dövrün onun xüsusi stajına daxil edilib-edilməməsi ilə bağlıdır. Bu dövr nəzərə alınmadığı təqdirdə 20 il staj olmur. Belə ki, iddiaçının ## #### 2006-cı il tarixdən ## ###### 2007-ci il tarixədək dövlət qulluqçusu olaraq Culfa rayon Məşğulluq Mərkəzində işlədiyi (7 ay) dövr nəzərə alındığı təqdirdə 20 il, 4 ay, 16 gün stajı, alınmadığı təqdirdə isə 19 il, 9 ay, 16 gün olur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ## #### 2006-cı il tarixdən ## ###### 2007-ci il tarixədək dövlət qulluqçusu olaraq Culfa rayon Məşğulluq Mərkəzində "aparıcı məsləhətçi” vəzifəsində (7 ay) işlədiyi dövrün onun xüsusi stajına daxil edilməsi mümkünsüzdür. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.1-ci maddəsində (## ###### 2024-cü il tarixədək qüvvədə olan redaksiyada) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət (o cümlədən xüsusi rütbəli şəxs kimi xidmət) etmiş hərbi qulluqçuların (o cümlədən xüsusi rütbəli şəxslərin) hərbi xidmətdən (o cümlədən xüsusi rütbəli şəxs kimi xidmətdən) buraxıldığı gündən hərbi qulluqçu (o cümlədən xüsusi rütbəli şəxs) kimi əmək pensiyası hüququ vardır. Yəni qanunvericilikdə birbaşa 20 təqvim ili və daha çox hərbi xidmətdən (o cümlədən xüsusi rütbəli şəxs kimi xidmətdən) bəhs edir. Ona görə də dövlət qulluğu stajının hərbi qulluqçuların (o cümlədən xüsusi rütbəli şəxslərin) qulluq (xidmət) illərinə daxil edilməsi mümkünsüzdür. Həmçinin Nazirlər Kabinetinin 2025-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə 1992-ci il ## ###### tarixli *** nömrəli və 2007-ci il ## ###### tarixli *** nömrəli qərarlara dəyişikliklər edilmişdir (2026-cı il ######ın #-dən qüvvəyə minib). Həmin Qərarın 2-3-cü hissəsində hərbi və xüsusi rütbəli şəxslərin 2026-cı il # ###### tarixinədək xidmət müddətinin (qulluq illərinin) hesablanmasının 1992-ci il ## ###### tarixli *** nömrəli Qərara uyğun olaraq həyata keçirilməsi müəyyən edilmişdir. 1992-ci il ## ###### tarixli *** nömrəli Qərarda isə dövlət qulluğu stajının hərbi qulluqçuların (o cümlədən xüsusi rütbəli şəxslərin) qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulmamışdır. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh iddiaçıya güzəştli şərtlə əmək pensiyası təyin edilməsindən imtinasında haqlıdır. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli və iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “xxxx” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajının 20 il olmağı nəzərə alınaraq, ona hüququnun yarandığı tarixdən güzəştli şərtlə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar