Azәrbaycan Respublikası adından Qərar Naxçıvan şәhәri İş № 2-1(3-1)-26/2026 18.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlәr Qurbanov Yusifәli Süleyman oğlunun sәdrliyi vә mәruzәsi ilә, X2 vә Novruzov Sәxavәt Hüseyn oğlundan ibarәt tәrkibdә, X6 mәhkәmә iclas katibliyi, Iddiaçı İddiaçı, iddiaçının vәkili vә nümayәndәsi vәkil1 vә cavabdeh Cavabdeh nümayәndәsi X3 iştirakları ilә, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "Cavabdeh rәisinin ##.##.2024-cü il tarixli, *- **/*-*/b-***/**** nömrәli әmrinin lәğv olunaraq onun mәcburi buraxılmış iş müddәti üçün әmәk haqqı ödәnilmәklә әvvәlki iş yerindәki vәzifәsinә bәrpa olunması öhdәliyinin cavabdehin üzәrinә qoyulması tәlәbi"nә dair dair inzibati iş üzrә Naxçıvan MR Inzibati Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrәli qәrarından cavabdeh Cavabdeh tәrәfindәn verilmiş şikayәtә açıq şifahi mәhkәmә iclasında baxaraq m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı iddia әrizәsi ilә Naxçıvan MR Inzibati Mәhkәmәsinә müraciәt edәrәk Cavabdeh rәisinin ##.##.2024-cü il tarixli, *-**/*-*/b-***/**** nömrәli әmrinin lәğv olunaraq onun mәcburi buraxılmış iş müddәti üçün әmәk haqqı ödәnilmәklә әvvәlki iş yerindәki vәzifәsinә bәrpa olunması öhdәliyinin cavabdeh Cavabdeh üzәrinә qoyulması barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Naxçıvan MR Inzibati Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrәli qәrarı ilә iddia tәlәbi tәmin edilmişdir. Hәmin qәrardan narazı qalan cavabdeh Cavabdeh şikayәtlә Naxçıvan MR Ali Mәhkәmәsinin Inzibati kollegiyasına müraciәt edәrәk Naxçıvan MR Inzibati Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrәli qәrarının lәğv olunmasını, iddia tәlәbinin tәmin edilmәmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Cavabdehin nümayәndәsi X13 apellyasiya şikayәtindә göstәrmişdir ki, mәhkәmә tәrәfindәn iş üzrә mübahisәli hüquq münasibәtini tәnzimlәyәn maddi vә prosessual hüquq normaları düzgün tәtbiq edilmәmiş vә işin hallarının hәrtәrәfli, tam vә obyektiv araşdırılması ilә bağlı hüquq normalarının pozulmasına yol verilmişdir. Hesab edilir ki, hәr hansı әmәkdaşın düzgün davranış öhdәliyi hәm xidmәt zamanı, hәm dә xidmәtdәnkәnar vaxtda qüvvәdә olmalıdır. Əmәkdaşın iş vaxtı olmasa belә, Baş Idarәnin inzibati binasına gәlәrәk daxili qaydaları heçә sayması onun peşәkar uyğunsuzluğu kimi qiymәtlәndirilmәlidir. İddiaçı barәsindә ##.##.2023-cü il tarixdә intizam tәnbehi tәtbiq edilmәsinә baxmayaraq, o, göstәrilәn tәnbehin qüvvәdә olduğu müddәt başa çatmamış, yenidәn – ##.##.2024-cü il tarixdә etik davranış qaydalarını, eyni zamanda әmәk intizamını kobud şәkildә pozmuşdur. Lakin mәhkәmә sözügedәn pozuntunu kobud hesab etmәmәklә yanaşı, әvvәllәr tәtbiq edilmiş intizam tәnbeh tәdbirinin qüvvәdәolma müddәtini “Miqrasiya orqanlarında qulluq keçmә haqqında Əsasnamә”dә nәzәrdә tutulmuş müddәtlә – 1 il olaraq deyil, Əmәk Mәcәllәsindә göstәrilmiş müddәtlә – 6 ay olaraq hesablayaraq müddәtin keçdiyini bildirmişdir. Bundan başqa, mәhkәmә qәrarının әsaslandırıcı hissәsindә qeyd edilmişdir ki, “## ####### 2023-cü il tarixdә “tutduğu vәzifәyә tam uyğun olmaması barәdә xәbәrdarlıq” intizam tәnbehinin tәtbiq edilmәsi mütәmadilik yaratmır. Belә ki, hazırkı intizam tәnbehi әvvәlki intizam tәnbehinin verilmәsindәn 1 ildәn çox müddәt keçdikdәn sonra tәtbiq edilmişdir.” “Miqrasiya orqanlarında qulluq keçmә haqqında Əsasnamә”dә yol verilmiş hadisә vә ya pozuntulara görә mütәmadilik müәyyәn edilir. Qanunvericilik bu mәsәlәni dәqiq vә imperativ qaydada müәyyәn etmәsinә baxmayaraq, mәhkәmә mütәmadilik anlayışını ikinci pozuntu halının törәdilmә vaxtına görә deyil, tәtbiq edilmiş ilkin intizam tәnbehinin müddәtinә görә nәzәrә alır. Əmәlin törәdildiyi vaxta münasibәtdә isә mәhkәmә mütәmadilik anlayışını praktikaya әsaslanaraq, il әrzindә 2 dәfәdәn az olmayaraq tәkrar davam etmә kimi verir. Lakin mәhkәmә sözügedәn praktikanın hansı mәhkәmә tәcrübәsi üzrә yaranmış işlәrdәn, Ali Mәhkәmәnin vә ya Konstitusiya Mәhkәmәsinin Plenum qәrarlarından formalaşdığını qeyd etmәmiş, şәxsi yanaşmasına görә bu qәnaәtә gәlmişdir. İddiaçı üzәrindә әn ağır intizam tәnbehlәrindәn biri olan vәzifәyә tam uyğun olmaması barәdә xәbәrdarlıq tәnbeh tәdbiri olduğu bir şәraitdә tәkrarәn xәta törәtmәsi onun әmәk münasibәtlәrinin prinsiplәrinә fundamental şәkildә zidd hәrәkәt etdiyini göstәrir. Bu hal onun nәinki funksional yetәrsizliyi, hәm dә işәgötürәnin qanuni xәbәrdarlıqlarına qarşı nümayişkaranә hüquqi itaәtsizliyi kimi qiymәtlәndirilmiş vә yekunda qulluq keçmәsinә xitam verilmәsini mütlәq vә qaçılmaz hala gәtirib çıxarmışdır. Nәzәrә alınmalıdır ki, birinci dәfә xidmәti vәzifәsinin icrasına vә etik davranış qaydalarına riayәt etmәmәsinә görә İddiaçı xidmәtdәn xaric edilmәmiş, әksinә, barәsindә “xidmәti vәzifәyә tam uyğun olmaması barәdә” xәbәrdarlıq elan edilmişdir ki, bununla da әmәkdaşa gәlәcәkdә bu növ hәrәkәtlәrә yol verilmәmәsi üçün imkan yaradılmışdır. Buna baxmayaraq, ona tәtbiq edilәn intizam tәnbeh tәdbiri nәticәsindә gözlәnilәn dәyişikliklәr baş vermәmiş, davranışında vә ya fәaliyyәtindә lazımi inkişaf vә irәlilәyiş müşahidә olunmamışdır. Halbuki tәtbiq olunan tәnbeh tәdbiri onun davranışını düzәltmәk vә ya ona yeni bir perspektiv qazandırmaq mәqsәdi daşısa da, bu tәdbirdәn sonra lazımi nәticәlәr әldә edilmәdiyi görünür. İddiaçı inzibati binanın tәhlükәsizliyinә cavabdeh olan yeganә işçini işindәn yayındıraraq, birlikdә kәnar fәaliyyәtlә mәşğul olmaları birmәnalı qarşılana bilmәz. Apellyasiya şikayәtinin әsaslandırılmasında Azәrbaycan Respublikasını Əmәk Mәcәllәsinin 72-ci, 190-cı maddәlәrinә, “Miqrasiya orqanlarında qulluq keçmә haqqında Əsasnamә”yә istinad edilmişdir. Apellyasiya şikayәtinә qarşı etiraz daxil olmamışdır. Şifahi mәhkәmә baxışı iclasında cavabdeh Cavabdeh nümayәndәsi X3 apellyasiya şikayәtinin mәzmununa uyğun izahat verәrәk, apellyasiya şikayәtinin tәmin edilmәsini vә Naxçıvan MR Inzibati Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrәli qәrarının lәğv olunaraq iddia tәlәbinin rәdd edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etdi. Şifahi mәhkәmә baxışı iclasında iddiaçı İddiaçı vә iddiaçının vәkili vә nümayәndәsi vәkil1 apellyasiya şikayәtinin tәmin edilmәmәsini vә Naxçıvan MR Inzibati Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrәli qәrarının dәyişdirilmәdәn qüvvәdә saxlanılmasını xahiş etdilәr. Kollegiya şikayәt üzrә inzibati mәhkәmә icraatında Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәsi ilә yanaşı Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin müddәalarının da tәtbiq edilmәsi zәruri hesab etmişdir. Belә ki, Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәsinin 1.2-ci maddәsinә görә bu Mәcәllә ilә başqa qayda müәyyәn edilmәdiyi vә bu Mәcәllә ilә nәzәrdә tutulmuş prosessual prinsiplәrә zidd olmadığı hallarda, inzibati mübahisәlәrә dair işlәr üzrә mәhkәmә icraatında Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin müddәaları tәtbiq oluna bilәr. Hәmçinin hәmin Mәcәllәnin 81.3-cü maddәsinә görә başqa qaydanın müәyyәn edilmәdiyi hallarda, şikayәt üzrә inzibati mәhkәmә icraatında birinci instansiya mәhkәmәsindә icraatla bağlı bu Mәcәllәdә nәzәrdә tutulmuş müvafiq prosessual qaydalar, o cümlәdәn iddia әrizәsinin formasına vә mәzmununa dair tәlәblәr vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin apellyasiya instansiyası mәhkәmәsindә icraatla bağlı müvafiq müddәaları tәtbiq olunur. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.7-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Kollegiya şikayәtin dәlillәrini inzibati mübahisәyә dair işin materialları vә inzibati icraatın iştirakçılarının izahatları ilә әhatәli şәkildә araşdırıb Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.7-ci maddәsinә әsasәn birinci instansiya mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarına riayәt edilib-edilmәmәsini şikayәtin dәlillәrindәn asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddәsinә görә hәr kәsin qanunla qadağan olunmayan üsul vә vasitәlәrlә öz hüquqlarını vә azadlıqlarını müdafiә etmәk hüququ vardır. Dövlәt hәr kәsin hüquqlarının vә azadlıqlarının müdafiәsinә tәminat verir. - 60-cı maddәsinin İ hissәsinә әsasәn hәr kәsin hüquq vә azadlıqlarının inzibati qaydada vә mәhkәmәdә müdafiәsinә tәminat verilir. Hәmin maddәnin IV hissәsinә görә isә hәr kәs dövlәt orqanlarının, siyasi partiyaların, hüquqi şәxslәrin, bәlәdiyyәlәrin vә vәzifәli şәxslәrin hәrәkәtlәrindәn vә hәrәkәtsizliyindәn inzibati qaydada vә mәhkәmәyә şikayәt edә bilәr. - 71-ci maddәsinin İ hissәsinә әsasәn Konstitusiyada tәsbit edilmiş insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını gözlәmәk vә qorumaq qanunvericilik, icra vә mәhkәmә hakimiyyәti orqanlarının borcudur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddәsinә әsasәn şәxsin hüquq vә vәzifәlәri ilә bağlı inzibati orqan tәrәfindәn qәbul edilmiş inzibati aktın mübahisәlәndirilmәsinә (lәğv olunmasına vә ya dәyişdirilmәsinә) dair iddialara (mübahisәlәndirmә haqqında iddia); 32.1-ci maddәsinә әsasәn mübahisәlәndirmә haqqında iddia vasitәsi ilә iddiaçı inzibati aktın lәğv olunmasını vә ya dәyişdirilmәsini mәhkәmәdәn tәlәb edә bilәr. Mübahisәlәndirmә haqqında iddia mübahisә edilәn inzibati aktın icra olunması nәticәsindә meydana gәlmiş nәticәlәrin aradan qaldırılması tәlәbini özündә әks etdirәn әlavә әrizә ilә birlikdә dә qaldırıla bilәr. 58.7-ci maddәsinә әsasәn sübutlar mәhkәmә tәrәfindәn tam vә hәrtәrәfli araşdırıldıqdan sonra qiymәtlәndirilir. 68.1-ci maddәsinә görә mәhkәmә mübahisә ilә bağlı iş üzrә inzibati mәhkәmә icraatı nәticәsindә onda yaranmış daxili inam әsasında qәrar qәbul edir. Qәrarda mәhkәmәnin mövqeyi üçün әsas olmuş sәbәblәr göstәrilmәlidir. 68.2-ci maddәsinә әsasәn mәhkәmә qәrarı yalnız mәhkәmә icraatında tәdqiq olunmuş vә barәlәrindә proses iştirakçılarının öz mülahizәlәrini bildirmәk imkanına malik olduqları faktlar vә sübutlarla әsaslandırılmalıdır. 87.8-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi qәrarını әsaslandırmağa borcludur. Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәrarını dәyişdirmәdәn qüvvәdә saxladıqda, hәmin qәrardakı әsaslara istinad edә bilәr. Lakin hәr bir halda apellyasiya instansiyası mәhkәmәsinin qәrarında apellyasiya şikayәtinin dәlillәrinә münasibәt bildirilmәlidir. Iş materiallarında olan; - Dövlәt Miqrasiya Xidmәti rәisinin ##.##.2024-cü il tarixli, *-**/*-*/b-***/**** nömrәli әmrindәn görünür ki, Daxili tәhlükәsizik idarәsinin rәisi-baş miqrasiya xidmәt müşaviri Faiq Mustafayevin ##.##.2024-cü tarixli, *****/rat nömrәli arayışı әsas götürülmәklә xidmәti fәaliyyәtindә kobud vә mütәmadi olaraq yol vermiş pozuntulara, habelә etik davranış vә intizam qaydalarına әmәl etmәdiyinә, әvvәl tәtbiq olunmuş intizam tәnbeh tәdbirindәn nәticә çıxarmadığına görә Azerbaycan Respublikasının Dövlәt Miqrasiya Xidmәtinin Naxçıvan şәhәr qanunsuz miqrantların saxlanılması mәrkәzinin inspektoru-maliyyә üzrә, R İddiaçı ## ####### 2024-cü il tarixdәn miqrasiya orqanlarından xaric edilәrәk qulluq keçmәsinә xitam verilmişdir. Aparılmış araşdırmanın nәticәsinә uyğun toplanmış materiallar işә әlavә edilmişdir. - İddiaçı ## ######## 2024-cü il tarixli izahatından görünür ki,o, ## ###### 2024-cü il tarixdә (hәftәnin bazar günü), saat 19:00 radәlәrindә asudә vaxtını sәmәrәli keçirmәk mәqsәdi ilә NRMBI-nin inzibati binasında hәmin vaxt növbәdә olan kiçik inspektormühafizәçi Kamal Tağıyevlә stolüstü tenis oynamışdır. Inzibati binaya qeyri-iş vaxtlarında daxil olmasının qadağan olduğu haqqında mәlumatı olmamışdır. - ## ####### 2024-cü il tarixli izahatdan görünür ki, X4 ona verilәn suallara cavab olaraq bildirmişdir ki, Baş Idarә rәisinin şifahi tapşırığına uyğun olaraq idman saatlarından (iş vaxtı axşam 18:00-dan, şәnbә günlәri saat 14:00-dan sonra) başqa vaxtlarda әmәkdaşların inzibati binaya daxil olması qadağandır. Mühafizә işini aparan xidmәt әmәkdaşları bu barәdә şifahi mәlumatlandırılmışdır. Hәmçinin xidmәt aparan mühafizә üzrә işçilәr, mühafizә üzrә işin tәşkilinә uyğun olaraq, iş vaxtından sonra inzibati binanın qapıları bağlı saxlanılır. Idman vaxtları idman üçün gәlәn әmәkdaşlar üçün açılır. Digәr vaxtlarda inzibati binaya daxil olmaq istәyәn şәxs barәsindә Baş Idarә rәhbәrliyinә mәruzә olunur vә rәhbәrliyin icazәsi ilә buraxılır. Xidmәti dövründә bu kimi mәsәlәlәrdә bağlı Baş Idarә rәhbәrliyinә mәruzә edilmәmәsinin sәbәbi hәr hansı şәxsin qeyri-iş günü inzibati binaya gәlmәmәsi olmuşdur. ## ###### 2024-cü il tarixdә İddiaçı inzibati binaya daxil olması barәdә ona heç bir mәlumat verilmәmişdir. - ## ####### 2024-cü il tarixli mәktubdan görünür ki, Cavabdeh Cavabdeh Hәmkarlar Ittifaqı Komitәsinә ünvanlanmış ##.##.2024-cü ill tarixli, *****/d nömrәli mәktubuna әsasәn Azәrbaycan Respublikasının Dövlәt Miqrasiya Xidmәtinin Naxçıvan şәhәr qanunsuz miqrantların saxlanılması mәrkәzinin inspektoru-maliyyә üzrә, R İddiaçı miqrasiya orqanlarından xaric edilәrәk qulluq keçmәsinә xitam verilmәsi barәdә Tәqdimata baxılması mәqsәdilә Cavabdeh Hәmkarlar Ittifaqı Komitәsinin ##.##.2024-cü il tarixdә iclası keçirilmişdir. Iclasın nәticәlәrinә dair tәrtib olunmuş Protokol Cavabdeh tәqdim olunmuşdur. ## ####### 2024-cü il tarixli, * nömrәli protokoldan görünür ki, Xidmәti fәaliyyәtindә mütәmadi olaraq yol verdiyi pozuntulara, etik davranış vә intizam qaydalarına әmәl etmәdiyinә, habelә әvvәl tәtbiq olunmuş intizam tәnbehindәn nәticә çıxarmadığına görә Azәrbaycan Respublikasının Dövlәt Miqrasiya Xidmәtinin Naxçıvan şәhәr qanunsuz miqrantların saxlanılması mәrkәzinin inspektoru-maliyyә üzrә, R İddiaçı miqrasiya orqanlarından xaric edilәrәk qulluq keçmәsinә xitam verilmәsinin mәqsәdәmüvafiq hesab edilmәsi qәrara alınmışdır. - ## ######## 2024-cü il tarixli, ** nömrәli Attestasiya komissiyasının iclas protokolundan görünür ki, inspektor-maliyyә üzrә, İ dәrәcәli d.m.x.q. İddiaçı 1 (bir) il sonra tәkrar attestasiyadan keçmәk şәrtilә attestasiyanın nәticәlәrinә әsasәn tutduğu vәzifәyә uyğun gәlir. - ## ######## 2025-ci il tarixli, **/*****/di nömrәli mәktubdan görünür ki, İddiaçı tәrәfindәn xidmәti fәaliyyәt dövründә әmәk vә icra intizamı pozulduğuna görә barәsindә intizam icraatına başlanılmış vә ##.##.2024-cü il tarixdә izahatı alınmışdır. Sözügedәn tarixdәn әvvәl miqrasiya orqanlarının nüfuzunu aşağı salan hәrәkәtlәrә yol verdiyinә görә Dövlәt Miqrasiya Xidmәti rәisinin ##.##.2023-cü il tarixli, ***/*-*/b***/**** nömrәli әmri ilә İddiaçı barәsindә “Tutduğu vәzifәyә tam uyğun olmaması barәdә xәbәrdarlıq” intizam tәnbeh tәdbiri tәtbiq edilmiş, әmr ##.##.2025-ci il tarixdә keçirilmiş iclasda mәhkәmәyә tәqdim edilmәklә qәbul edilmәsinә әsas olmuş faktiki hallar barәdә mәlumat verilmişdir. Yuxarıda qeyd olunan hal İddiaçı tәrәfindәn xidmәti fәaliyyәti zamanı kobud vә mütәmadi olaraq yol verilmiş pozuntu kimi qiymәtlәndirilmiş vә Dövlәt Miqrasiya Xidmәti rәisinin ##.##.2024-cü il tarixli, *-**/*-*/b-***/**** nömrәli әmri ilә o, miqrasiya orqanlarından xaric edilәrәk qulluq keçmәsinә xitam verilmişdir. Iddiaçıya 2024-cü il әrzindә әmәk mәzuniyyәtinin verilmәsinә dair müvafiq әmrlәrdәn çıxarışlar mәhkәmәyә göndәrilmişdir. - ## #### 2024-cü il tarixli, *-**/*-*/v-***/**** nömrәli әmrdәn çıxarışdan görünür ki, Cavabdeh Naxçıvan şәhәr qanunsuz miqrantların saxlanılması mәrkәzinin inspektoru maliyyә üzrә, R İddiaçı 2024-cü il avqust ayının 01-dәn sentyabr ayının 03-dәk 34 (otuz dörd) gün müddәtinә 2024-2025-ci iş ili üçün nәzәrdә tutulmuş әmәk mәzuniyyәti verilmiş vә ## ######## 2024cü il tarixdәn vәzifәsinin icrasına başlaması әmr edilmişdir. - Cavabdeh rәisinin ## ####### 2024-cü il tarixli, *-**/*-*/b-***/**** nömrәli әmrindәn görünür ki, etik davranış vә mühafizә üzrә işin tәşkilinin tәlәblәrini pozduğuna görә Cavabdeh Naxçıvan regional miqrasiya baş idarәsi, Miqrasiya nәzarәti idarәsi, miqrasiya rejiminә nәzarәt bölmәsinin kiçik inspektoru-mühafizәçisi, R X1 ## ####### 2024-cü il tarixdә "töhmәt" intizam tәnbehinin tәtbiq edilmәsi әmr edilmişdir. - Cavabdeh rәisinin ## ####### 2023-cü il tarixli, *-**/*-*/b-***-**** nömrәli әmrindәn görünür ki, әcnәbi ilә bağlı ona ünvanlanmış müraciәtә qәrәzli yanaşmaqla miqrasiya orqanlarının nüfuzunu aşağı salan hәrәkәtә yol verdiyinә görә Cavabdeh Naxçıvan şәhәr qanunsuz miqrantların saxlanılması mәrkәzinin inspektoru-maliyyә üzrә, İ dәrәcә miqrasiya xidmәti qulluqçusu İddiaçı ## ####### 2023-cü il tarixdә “tutduğu vәzifәyә tam uyğun olmaması barәdә xәbәrdarlıq” intizam tәnbehinin tәtbiq edilmәsi әmr edilmişdir. -##.##.2024-cü il tarixli, *-**/*-*-****/**** nömrәli Cavabdeh tәrәfindәn verilmiş arayışdan aydın olur ki, Naxçıvan regional miqrasiya baş idarәsinin kiçik inspektormühafizәçi, R X1 "Miqrasiya orqanlarında qulluq keçmә haqqında Əsasnamә"nin, "Azәrbaycan Respublikası miqrasiya orqanları işçilәrinin etik davranış qaydaları"nın vә "Miqrasiya orqanlarında mühafizә üzrә işin tәşkilinә dair Tәlimat"ın tәlәblәrini pozduğuna görә onun barәsindә "Miqrasiya orqanlarında qulluq keçmә haqqında Əsasnamә"nin 95.2ci maddәsinә uyğun olaraq, "töhmәt" intizam tәnbehinin tәtbiq edilmәsi mәsәlәsinә baxılması; 2. Naxçıvan şәhәr qanunsuz miqrantların saxlanılması mәrkәzinin inspektormaliyyә üzrә, R İddiaçı "Miqrasiya orqanlarında qulluq keçmә haqqında Əsasnamә"nin vә "Azәrbaycan Respublikası miqrasiya orqanları işçilәrinin etik davranış qaydaları"nın tәlәblәrini pozduğuna vә sonuncu dәfә ona Miqrasiya oqranlarının nüfuzunu aşağı salan hәrәkәtlәrә yol verdiyinә görә- Tutduğu vәzifәyә tam uyğun olmaması barәdә xәbәrdarlıq (№ *-37/3-2/b-514/2023 tarix: ##.##.2023) edilmәsindәn nәticә çıxartmadığına görә onun barәsindә "Miqrasiya orqanlarında qulluq keçmә haqqında Əsasnamә"nin 95.8-ci maddәsinә uyğun olaraq, "miqrasiya orqanlarından xaric etmә" intizam tәnbehinin tәtbiq edilmәsi mәsәlәsinә baxılması; 3. Naxçıvan regional miqrasiya baş idarәsindә vә Naxçıvan şәhәr qanunsuz miqrantların saxlanılması mәrkәzindә işçilәr tәrәfindәn gәlәcәkdә bu kimi hallara yol verilmәmәsi üçün işçilәrlә etik davranış vә daxili intizam qaydaları ilә bağlı ciddi izahedici işlәrin aparılmasını, elәcә dә bu istiqamәtdә tәlәbkarlığın vә nәzarәtin artırılmasını baş idarә vә mәrkәz rәhbәrliyinin nәzәrinә çatdırılması; 4. Araşdıma işinin yekunu ilә bağlı tәrtib olunmuş arayışın mәtnindә qeyd olunan zәruri mәlumatların hazırlanacaq әmr layihәsindә әks olunması; 5. Katiblik (idarә sәlahiyyәtli) tәrәfindәn yalnız araşdırmanın yekunu ilә bağlı hazırlanan әmrin nüsxәsini aidiyyәti struktur bölmәlәrә göndәrilmәsi tәklif edilmişdir. Kollegiya iş materiallarını, apellyasiya şikayәtinin dәlillәrini vә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәni, tәrәflәrin izahatları ilә qarşılıqlı surәtdә qiymәtlәndirәrәk hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Naxçıvan Muxtar Respublikasının Inzibati Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Hazırki mübahisәnin predmetini İddiaçı miqrasiya orqanlarından xaric edilmәsi barәdә Cavabdeh rәisinin ## ####### 2024-cü il tarixli, *-**/*-*/b-***/**** nömrәli әmri tәşkil edir. Iş materialları ilә müәyyәn edilir ki, İddiaçı 2015-ci ildәn miqrasiya orqanlarında qulluq keçmiş, Cavabdeh ## #### 2024-cü il tarixli, *-**/*-*/v-***/**** nömrәli әmri ilә ona ## ###### 2024-cü ildәn ## ######## 2024-cü ilәdәk 34 gün müddәtinә әmәk mәzuniyyәti verilmiş vә ## ######## 2024-cü il tarixdәn vәzifәsinin icrasına başlaması әmr edilmişdir. Hәmçinin iş üzrә müәyyәn olunmuşdur ki, iddiaçı ## ###### 2024-cü il tarixdә, yәni әmәk mәzuniyyәtindә olduğu müddәtdә Dövlәt Miqrasiya Xidmәtinin Naxçıvan regional miqrasiya baş idarәsinin inzibati binasına gәlmiş vә hәmin binada növbәtçiliyi hәyata keçirәn R K.N.Tağıyev ilә masaüstü tennis oynamışdır. Iddiaçı inzibati binaya K.N.Tağıyevin dәvәti әsasında gәldiyini bildirmiş, bu halın tәsdiqi kimi sәs yazısını da iş materiallarına әlavә etmişdir. Dövlәt Miqrasiya Xidmәti rәisinin ##.##.2024-cü il tarixli, *-**/*-*/b-***/**** nömrәli әmrindәn görünür ki, Daxili tәhlükәsizik idarәsinin rәisi-baş miqrasiya xidmәt müşaviri Faiq Mustafayevin ##.##.2024-cü tarixli, *****/rat nömrәli arayışı әsas götürülmәklә xidmәti fәaliyyәtindә kobud vә mütәmadi olaraq yol vermiş pozuntulara, habelә etik davranış vә intizam qaydalarına әmәl etmәdiyinә, әvvәl tәtbiq olunmuş intizam tәnbeh tәdbirindәn nәticә çıxarmadığına görә Azerbaycan Respublikasının Dövlәt Miqrasiya Xidmәtinin Naxçıvan şәhәr qanunsuz miqrantların saxlanılması mәrkәzinin inspektoru-maliyyә üzrә, R İddiaçı ## ####### 2024-cü il tarixdәn miqrasiya orqanlarından xaric edilәrәk qulluq keçmәsinә xitam verilmişdir. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamə; Maddә 95. Miqrasiya orqanlarının işçisi bu Əsasnamәnin 30-32-ci maddәlәrindә nәzәrdә tutulmuş tәlәblәri pozduqda, habelә «Korrupsiyaya qarşı mübarizә haqqında» Azәrbaycan Respublikası Qanununun 5.1-ci maddәsi ilә müәyyәn edilmiş maliyyә xarakterli tәlәblәrә әmәl etmәdikdә vә ya hәmin Qanunun 9-cu maddәsindә göstәrilәn hüquqpozmaları törәtdikdә (onlar inzibati vә ya cinayәt mәsuliyyәti yaratmadıqda) onun barәsindә aşağıdakı intizam tәnbehlәrindәn biri tәtbiq oluna bilәr: ... Maddә 95.8. miqrasiya orqanlarından xaric etmә; Maddә 99. Hәmin Əsasnamәnin 95.8-ci maddәsindә nәzәrdә tutulmuş intizam tәnbehi vәzifәlәrin icrası zamanı kobud vә ya mütәmadi olaraq yol verilmiş pozuntulara vә ya bu Əsasnamәnin 31-ci vә 32-ci maddәlәrindә nәzәrdә tutulmuş hәrәkәtlәrә görә tәtbiq edilә bilәr. Yuxarıda qeyd edilmiş Əsasnamәnin 99-cu maddәsindә miqrasiya orqanlarından xaric etmә intizam tәnbehinin tәtbiqinin әsasları kimi “vәzifәlәrin icrası zamanı kobud vә ya mütәmadi olaraq yol verilmiş pozuntular” göstәrilmişdir. Hәmin normanın mәzmunundan aydın olur ki, burada söhbәt istәnilәn pozuntudan deyil, mәhz vəzifələrin icrası zamanı yol verilmiş kobud vә ya mütәmadi pozuntudan gedir. Vәzifәlәrin icrası zamanı kobud vә ya mütәmadi olaraq pozuntulara yol verildikdә hәmin hallardan әn azı biri mövcud olduqda miqrasiya orqanlarından xaric etmә intizam tәnbehi tәtbiq edilә bilәr. “Miqrasiya orqanlarında qulluq keçmә haqqında” Əsasnamәdә “kobud pozuntu”nun anlayışı verilmәmiş, hansı hәrәkәtlәrin kobud pozuntu yaratması müәyyәn edilmәmişdir. Bununla yanaşı “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinin “qeyd” hissәsindә bu maddәdә “kobud pozuntu” dedikdә Əmәk Mәcәllәsinin 72-ci maddәsindә göstәrilәn pozuntuların nәzәrdә tutulması göstәrilmişdir. Hәmçinin “Miqrasiya orqanlarında qulluq keçmә haqqında” Əsasnamә”nin 6-cı maddәsinә әsasәn әmәk münasibәtlәrinә dair hәmin Əsasnamәdә nәzәrdә tutulmayan mәsәlәlәr, hәmçinin xüsusi rütbәlәr nәzәrdә tutulmayan vәzifәlәrdә işlәyәn şәxslәrin qulluq keçmәsi “Dövlәt qulluğu haqqında” Azәrbaycan Respublikası Qanununun vә Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin müvafiq normaları ilә tәnzimlәnir. Azərrbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar; Aşağıdakı hallar işçi tәrәfindәn әmәk vәzifәlәrinin kobud şәkildә pozulması hesab edilir: a) özünün xәstәliyi, yaxın qohumunun xәstәlәnmәsi vә ya vәfat etmәsi istisna olunmaqla heç bir üzürlü sәbәb olmadan bütün iş günü işә gәlmәmәsi; b) alkoqollu içkilәr, narkotik vasitələr və psixotrop, toksik vә digәr zәhәrli maddәlәr qәbul edәrәk sәrxoş vәziyyәtdә işә gәlmәsi, habelә işә gәldikdәn sonra iş yerindә hәmin içkilәri vә ya maddәlәri qәbul edәrәk sәrxoş vәziyyәtdә olması; c) tәqsirli hәrәkәtlәri (hәrәkәtsizliyi) nәticәsindә mülkiyyәtçiyә maddi ziyan vurması; ç) tәqsirli hәrәkәtlәri (hәrәkәtsizliyi) nәticәsindә әmәyin mühafizәsi qaydalarını pozaraq iş yoldaşlarının sәhhәtinә xәsarәt yetirmәsi vә ya onların bu sәbәbdәn hәlak olması; d) dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması vә ya bu sirrin gizli saxlanılması üzrә öhdәliklәrini yerinә yetirmәmәsi; e) әmәk fәaliyyәti zamanı yol verdiyi kobud sәhvlәri, hüquq pozuntuları nәticәsindә işәgötürәnin, müәssisәnin vә ya mülkiyyәtçinin qanuni mәnafeyinә ciddi xәlәl gәtirmәsi; ә) әmәk funksiyasını pozduğuna görә әvvәllәr işәgötürәn tәrәfindәn verilmiş intizam tәnbehindәn nәticә çıxarmayaraq altı ay әrzindә tәkrarәn әmәk funksiyasını pozması; f) iş vaxtı әrzindә bilavasitә iş yerindә inzibati xətalara vә ya cinayәt tәrkibi olan ictimaitәhlükәli әmәllәrә yol vermәsi; g) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması. Kollegiya qeyd edir ki, qanunvericiliyin tәlәbinә әsasәn inzibati orqan vәzifәlәrin icrası zamanı yol verilmiş pozuntunun adi deyil, mәhz kobud pozuntu olduğunu әsaslandırmaq öhdәliyi daşıyır. Hazırkı işdә iddiaçıya istinad olunan hәrәkәtin edildiyi vaxt onun әmәk mәzuniyyәtindә olması mübahisә edilmir. Bu baxımdan ## ###### 2024-cü il tarixdә iddiaçı öz әmәk vәzifәlәrinin vә ya xidmәti funksiyalarının icrasında olmamışdır. Belә halda hәmin tarixdә onun tәrәfindәn edilәn hәrәkәtin “vәzifәlәrin icrası zamanı” törәdilmiş kobud pozuntu kimi xarakterizә edilmәsi Əsasnamәnin 99-cu maddәsinin birbaşa mәzmunu ilә uzlaşmır. Cavabdeh apellyasiya şikayәtindә әmәkdaşın düzgün davranış öhdәliyinin yalnız xidmәt zamanı deyil, xidmәtdәnkәnar vaxtda da qüvvәdә olduğunu, iddiaçının inzibati binaya gәlәrәk daxili qaydaları pozmasının onun peşәkar uyğunsuzluğu kimi qiymәtlәndirilmәli olduğunu bildirmişdir. Kollegiya hәmin dәlili әsassız hesab edәrәk qeyd edir ki, hazırkı mübahisәdә yoxlanılan mәsәlә iddiaçının hәrәkәtinin ümumiyyәtlә düzgün olub-olmamasının qiymәtlәndirilmәsi deyil, hәmin hәrәkәtә görә tәtbiq edilmiş әn sәrt intizam tәnbehinin qanuni әsasının mövcud olub-olmamasıdır. Başqa sözlә, kollegiya hesab edir ki, inzibati orqanın intizam mәsuliyyәti yaratdığını hesab etdiyi hәr bir davranış birbaşa olaraq miqrasiya orqanlarından xaric etmә üçün hüquqi әsas hesab edilә bilmәz. Belә ki, iddiaçının sadalanan davranışının mövcudluğu onun Əsasnamәnin 99-cu maddәsindә nәzәrdә tutulan “vәzifәlәrin icrası zamanı” kobud vә mütәmadi pozuntuya yol vermәsi nәticәsinә gәlmәyә әsas vermir. Əks halda, Əsasnamәnin 99-cu maddәsindә “vәzifәlәrin icrası zamanı” ifadәsinin ayrıca hüquqi şәrt kimi nәzәrdә tutulmasının heç bir hüquqi әhәmiyyәti qalmazdı. Belәliklә, “vәzifәlәrin icrası zamanı” kobud vә mütәmadi pozuntuya yol verilmәsi şәrtinin nәzәrә alınmaması istәnilәn davranışın miqrasiya orqanlarından xaric edilmәyә әsas kimi qәbul edilmәsinә, nәticәdә isә Əsasnamәnin 99-cu maddәsinin tәtbiq dairәsinin qanunla nәzәrdә tutulmayan şәkildә genişlәndirilmәsinә sәbәb olardı. Kollegiya qeyd edir ki, qanunvericiliyә әsasәn hüquq norması mәhz onun mәtnindә müәyyәn edilmiş hüquqi şәrtlәr nәzәrә alınmaqla tәtbiq edilmәli, normada nәzәrdә tutulmuş xüsusi şәrtlәrin mövcud olması inzibati aktı qәbul etmiş inzibati orqan tәrәfindәn sübuta yetirilmәlidir. Hazırkı işdә iddiaçının mәzuniyyәtdә olarkәn işçisi olduğu Xidmәtin Baş Idarәsinin inzibati binasına növbәtçi әmәkdaşın dәvәti әsasında gәlәrәk orada masaüstü tennis oynaması faktının mövcudluğu hәmin hәrәkәtin “kobud pozuntu” kimi qiymәtlәndirilmәsi üçün әsas hesab edilә bilmәz. Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinin 72-ci maddәsindә işçi tәrәfindәn əmək vəzifələrinin kobud şәkildә pozulması hesab edilәn hallar konkret olaraq müәyyәn edilmişdir. Iddiaçının hәrәkәtindә hәmin maddәdә sadalanmış kobud pozuntu faktı müәyyәn edilmir. Bundan başqa, apellyasiya şikayәtindә qeyd edilmiş әvvәlki intizam tәnbehinin qüvvәdә olma müddәti ilә bağlı kollegiya qeyd edir ki, “Miqrasiya orqanlarında qulluq keçmә haqqında Əsasnamә”nin 107-ci maddәsindә intizam tәnbehlәrindәn irad tutma, töhmәt vә şiddәtli töhmәtin bir il müddәtindә qüvvәdә olması nәzәrdә tutulmuşdur. Lakin hәmin normada “tutduğu vәzifәyә tam uyğun olmaması barәdә xәbәrdarlıq” intizam tәnbehinin qüvvәdә olma müddәti müәyyәn edilmәmişdir. Bu sәbәbdәn apellyasiya şikayәtindә hәmin tәnbehin bir il müddәtindә qüvvәdә olması barәdә irәli sürülmüş dәlil qanunvericiliyin tәlәbinә әsasәn әsassızdır. Əsasnamәdә hәmin intizam tәdbirinin qüvvәdә olma müddәti göstәrilmәdiyindәn Əmәk Mәcәllәsinin intizam tәnbehinin qüvvәdә olmasını tәnzimlәyәn norması tәtbiq edilmәlidir. Əmәk Mәcәllәsinin 190-cı maddәsinә әsasәn intizam tәnbehi (bu Mәcәllәnin 186-cı maddәsinin 2-ci hissәsinin “ç” bәndinә (әmәk müqavilәsinә bu Mәcәllәnin 70-ci maddәsinin “ç” bәndi ilә xitam verilmәsi) әsasәn verilәn intizam tәnbehi istisna olmaqla) verilәn gündәn altı ay müddәtindә qüvvәdә olur. Apellyasiya şikayәtindә hәmçinin iddiaçının ## ####### 2023-cü il tarixdә barәsindә tәtbiq edilmiş “tutduğu vәzifәyә tam uyğun olmaması barәdә xәbәrdarlıq” intizam tәnbehindәn nәticә çıxarmayaraq ## ###### 2024-cü ildә yenidәn pozuntu törәtdiyi vә bu sәbәbdәn hәrәkәtinin mütәmadi pozuntu kimi qiymәtlәndirilmәli olduğu göstәrilmişdir. Bu dәlilә münasibәtdә kollegiya qeyd edir ki, “Miqrasiya orqanlarında qulluq keçmә haqqında Əsasnamә”nin 99-cu maddәsindә “mütәmadi olaraq yol verilmiş pozuntu” xidmәtdәn xaric etmә intizam tәnbehinin tәtbiqi üçün ayrıca hüquqi әsas kimi göstәrilsә dә, iş materialları ilә iddiaçının vәzifәlәrinin icrası zamanı mütәmadi pozuntulara yol vermәsi dә müәyyәn edilmir. Belә ki,onun barәsindә әvvәl tәtbiq edilmiş “tutduğu vәzifәyә tam uyğun olmaması barәdә xәbәrdarlıq” intizam tәnbehi zaman baxımından öz hüquqi әhәmiyyәtini itirdiyindәn nәzәrә alına bilmәz. Iş materiallarına әlavә edilmiş ## ######## 2024-cü il tarixli, ** nömrәli Attestasiya komissiyasının iclas protokolundan görünür ki, iddiaçı inspektor-maliyyә üzrә, İ dәrәcәli d.m.x.q. İddiaçı 1 (bir) il sonra tәkrar attestasiyadan keçmәk şәrtilә attestasiyanın nәticәlәrinә әsasәn tutduğu vәzifәyә uyğun hesab edilmişdir. Onun barәsindә miqrasiya orqanlarından xaric etmә barәdә mübahisәlәndirilәn әmr isә ## ####### 2024-cü il tarixdә verilmişdir. Iddiaçının hәrәkәtlәrinin mütәmadi pozuntu tәşkil etmәsi cavabdeh tәrәfindәn konkret vә mötәbәr sübutlarla әsaslandırılmamışdır. “Mütәmadi olaraq pozuntulara yol verildikdә” müddәası iddiaçıya münasibәtdә yalnız o halda tәtbiq oluna bilәrdi ki, Əsasnamәdә nәzәrdә tutulmuş tәlәblәr iddiaçı tәrәfindәn davamlı olaraq pozulmuş olsun. Hәmçinin iddiaçının miqrasiya orqanlarından xaric etmә barәdә mübahisәlәndirilәn әmrin verilmәsinә әsas kimi göstәrilmiş iddiaçı tәrәfindәn etik davranış vә intizam qaydalarına әmәl edilmәmәsinә münasibәrdә Kollegiya qeyd edir ki, Əsasnamәnin 99-cu maddәsindә imperativ qaydada göstәrilmişdir ki, bu Əsasnamәnin 95.8-ci maddәsindә nәzәrdә tutulmuş intizam tәnbehi (miqrasiya orqanlarından xaric etmә) yalnız vәzifәlәrin icrası zamanı kobud vә ya mütәmadi olaraq yol verilmiş pozuntulara vә ya bu Əsasnamәnin 31-ci maddәsindә (Miqrasiya orqanlarının işçisi heç bir seçkili vә ya digәr tәyinatlı vәzifәlәr tuta bilmәz, elmi, pedaqoji vә yaradıcılıq fәaliyyәtindәn başqa heç bir sahibkarlıq, kommersiya vә digәr ödәnişli fәaliyyәtlә, hәmçinin siyasi fәaliyyәtlә mәşğul ola vә siyasi partiyalara üzv ola bilmәz) vә 32-ci maddәsindә (Miqrasiya orqanları işçisinin aşağıdakılara ixtiyarı yoxdur: “Korrupsiyaya qarşı mübarizә haqqında” Azәrbaycan Respublikası Qanununun 9-cu maddәsindә nәzәrdә tutulmuş korrupsiya hüquqpozmaları vә korrupsiyaya şәrait yaradan hüquqpozmaları törәtmәyә; qanunvericiliklә müәyyәn edilmiş hallardan başqa dövlәt orqanının vә ya yerli özünüidarә orqanının işlәri üzrә üçüncü şәxslәrin vәkili olmağa; işdәn vә ya pensiyaya çıxdıqdan sonra Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş müddәt әrzindә öz qulluq fәaliyyәtinә aid olan vә dövlәt sirri vә ya qanunla mühafizә edilәn digәr sirr olan mәsәlәlәr barәdә informasiyadan üçüncü şәxslәrin xeyrinә istifadә etmәyә; işlәdiyi miqrasiya orqanı rәhbәrinә bildirmәdәn xarici ölkәnin vәsaiti hesabına xaricә getmәyә; tәtillәrdә vә dövlәt orqanlarının işini pozan digәr hәrәkәtlәrdә iştirak etmәyә; dini tәbliğ etmәk üçün öz statusundan istifadә etmәyә vә miqrasiya orqanlarının tabeliyindәki obyektlәrdә dini mәrasimlәrin keçirilmәsinә rәsmi xarakter vermәyә.) nәzәrdә tutulmuş hәrәkәtlәrә görә tәtbiq edilә bilәr. Kollegiya qeyd edir ki, Əsasnamәnin 95-ci maddәsindә intizam tәnbehlәri kimi irad tutma, töhmәt, şiddәtli töhmәt, tutduğu vәzifәyә tam uyğun olmaması barәdә xәbәrdarlıq, aşağı vәzifәyә keçirmә vә digәr intizam tәnbehlәri ilә yanaşı, miqrasiya orqanlarından xaric etmә dә intizam tәdbirlәrindәn biri kimi nәzәrdә tutulmuşdur. Əsasnamәnin 96-cı maddәsindә isә intizam tәnbehi seçilәrkәn xәtanın xarakterinin vә törәdilmә şәraitinin nәzәrә alınması birbaşa tәlәb olunur. Bu baxımdan cavabdeh tәrәfindәn iddiaçı barәsindә “miqrasiya orqanlarından xaric etmә” növündә sәrt intizam tәnbehi tәtbiq edilәrkәn Əsasnamәnin tәlәbinә әmәl edilmәmişdir. Kollegiya qeyd edir ki, “Inzibati icraat haqqında” Azәrbaycan Respublikası Qanununun 14.1-ci maddәsinә әsasәn inzibati orqan diskresion sәlahiyyәtlәrini qanunla müәyyәn olunmuş hüdudlar daxilindә hәyata keçirmәyә borcludur. Hәmin Qanunun 14.2-ci maddәsinә әsasәn diskresion sәlahiyyәtlәr әsasında qәbul edilәn qәrarlar hәmin sәlahiyyәtlәrin mәqsәdinә uyğun olmalıdır. Hәmçinin hәmin Qanunun 14.3-cü maddәsinin tәlәbinә әsasәn diskresion sәlahiyyәtlәrin hәyata keçirilmәsi zamanı fiziki şәxslәrin hüquq vә azadlıqlarının әsassız mәhdudlaşdırılmasına yönәldilmiş qәrarlar qәbul edilә bilmәz. Hәmin Qanunun 17-ci maddәsinә әsasәn fiziki şәxsin hüquqi statusuna müdaxilәni nәzәrdә tutan tәdbir inzibati orqanın güddüyü qanuni mәqsәdә mütәnasib olmalı, hәmin mәqsәdә çatmaq üçün zәruri vә yararlı olmalıdır. Miqrasiya orqanlarından xaric etmә iddiaçının xüsusi dövlәt qulluğu növündә qulluq keçmәsinә xitam verilmәsinәi sәbәb olduğundan, belә tәdbirin tәtbiqi zamanı inzibati orqan tәrәfindәn yalnız qayda pozuntusunun baş vermәsi deyil, mәhz hәmin sәrt intizam tәnbehinin tәtbiqini zәruri edәn halların mövcudluğu da әsaslandırılmalıdır. Inzibati Prosessual Mәcәllәnin 14.1-ci maddәsinә әsasәn mübahisәlәndirilәn inzibati aktı qәbul etmiş inzibati orqan hәmin aktın qәbul edilmәsini zәruri edәn faktiki şәrtlәrin mövcudluğunu sübut etmәlidir. Hazırkı iş üzrә iddiaçının xidmәtdәn xaric edilmәsini zәruri edәn faktiki şәrtlәrin mövcudluğu cavabdeh tәrәfindәn sübuta yetirilmәmişdir. Eyni zamanda, “Inzibati icraat haqqında” Azәrbaycan Respublikası Qanununun 24.1ci maddәsinә әsasәn inzibati orqan inzibati icraat zamanı işin düzgün hәlli üçün әhәmiyyәt kәsb edәn bütün faktiki halları hәrtәrәfli, tam vә obyektiv araşdırmağa borcludur. Hәmin Qanunun 24.2-ci maddәsinә görә isә inzibati orqan maraqlı şәxslәrin xeyrinә olan halların araşdırılmasından vә nәzәrә alınmasından imtina edә bilmәz. Belәliklә, mübahisәlәndirilәn inzibati aktın qәbul edilmәsinә әsas kimi göstәrilmiş, qanunvericilikdә nәzәrdә tutulmuş hüquqi şәrtlәrinin mövcudluğu müәyyәn edilmәmişdir. “Inzibati icraat haqqında” Azәrbaycan Respublikası Qanununun 67.1-ci maddәsinә әsasәn inzibati icraat haqqında hüquq normalarının vә ya maddi hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi nәticәsindә qәbul edilmiş inzibati akt qanunsuz sayılır. Hәmin Qanunun 67.3-cü maddәsinә әsasәn qanunsuz әlverişsiz inzibati akt, qanunla başqa qayda nәzәrdә tutulmadıqda, lәğv olunmalıdır. Inzibati Prosessual Mәcәllәnin 70.1-ci maddәsinә әsasәn inzibati aktın qanuna zidd olduğu vә bunun nәticәsindә iddiaçının hüquqlarının pozulduğu hallarda mәhkәmә hәmin inzibati aktın lәğv edilmәsi barәdә qәrar qәbul edir. Hәmin Mәcәllәnin 70.3-cü maddәsinә әsasәn isә inzibati aktın lәğv edilmәsi ilә yanaşı, iddiaçının hәr hansı öhdәliyin yerinә yetirilmәsini tәlәb etmәyә haqlı olduğu hallarda mәhkәmә hәmin öhdәliyin yerinә yetirilmәsinә mәcbur etmә haqqında qәrar qәbul edә bilәr. Hәmçinin işin apelyasiya instansiya mәhkәmәsinin icraatında olduğu vaxt cavabdeh tәrәfindәn tәqdim edilmiş vәsatәtdә iddiaçının miqrasiya orqanlarında qulluq etdiyi dövrdә sahibkarlıq fәaliyyәti ilә mәşğul olmasına dair yeni sübutların nәzәrә alınması xahiş edilmişdir. Kollegiya müvafiq vәsatәtә münasibәtdә qeyd edir ki, mübahisәlәndirilәn ## ####### 2024-cü il tarixli әmrin verilmәsinә әsas kimi iddiaçının sahibkarlıq fәaliyyәti göstәrilmәmişdir.Buna görә dә sonradan tәqdim edilmiş hәmin mәlumatların hazırkı mәhkәmә araşdırmasında inzibati aktın hüquqi әsasını dәyişdirәn vә ya tamamlayan hal kimi nәzәrә alınması mümkün deyildir. Bu sәbәbdәn cavabdehin vәsatәtindә göstәrilәn hallara hazırkı mübahisәnin predmeti vә mübahisәlәndirilәn әmrin qanuniliyi baxımından ayrıca hüquqi qiymәt verilә bilmәz. Kollegiya belә nәticәyә gәlir ki, apellyasiya şikayәtinin dәlillәri birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsini şәrtlәndirәn hüquqi әsasların mövcudluğunu tәsdiq etmir, birinci instansiya mәhkәmәsi iş üçün әhәmiyyәtli olan faktiki halları düzgün müәyyәn etmiş, sübutları iş üzrә digәr materiallarla qarşılıqlı әlaqәdә qiymәtlәndirmiş vә iddia tәlәbinin tәmin edilmәsi barәdә әsaslı nәticәyә gәlmişdir. Buna görә dә apellyasiya şikayәti tәmin edilmәmәli, Naxçıvan Muxtar Respublikasının Inzibati Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrәli qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı vә 94-cü maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası qərara alır: Naxçıvan MR Inzibati Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrәli qәrarından cavabdeh Cavabdeh tәrәfindәn verilmiş şikayәt tәmin edilmәsin. Naxçıvan MR Inzibati Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrәli dәyişdirilmәdәn saxlanılsın. Qәrardan, onun inzibati mәhkәmә icraatının iştirakçılarına tam formada tәqdim olunduğu gündәn 1 ay müddәtindә Naхçıvan Muхtar Respublikası Ali Mәhkәmәsinin inzibati kollegiyası vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin inzibati kollegiyasına kassasiya şikayәti verilә bilәr.
Məhkəmə qərarları › İş №2-1(3-1)-26/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-26/2026
18.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver