Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-27/2026 08.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Inzibati kollegiyası Hakimlər - Qurbanov Yusifəli Süleyman oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı vəkili-nümayəndəsi vəkil1, cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri X5 və X3 iştirakları ilə Iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajı nəzərə alınaraq bu hüququnun yarandığı gündən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajının 20 il olması nəzərə alınaraq bu hüququnun yarandığı gündən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı İddiaçı məhkəməyə ## ###### 2025-ci il tarixli ərizə təqdim edərək iddia tələbinə “dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajı nəzərə alınaraq bu hüququnun yarandığı gündən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılıb qərar verilməsini xahiş etmişdir. Məhkəmənin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli protokol qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmənin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmiş, məhkəmənin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə inzibati məhkəmə icraatında onun iştirakına xitam verilmişdir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı Dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajı nəzərə alınaraq bu hüququnun yarandığı gündən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunmaqla iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı adına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən Fonda elektron qaydada daxil olmuş ***-**** nömrəli məlumat vərəqinə baxılmış və məlum olmuşdur ki, güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması üçün xidmət illəri hesablanan zaman dövlət qulluğunda iş stajı gömrük orqanlarında xidmət illərinə daxil edilmişdir. Daxil olmuş məlumat vərəqəsində 20 il 10 gün xidmət ili olması qeyd edilsə də, aparılmış araşdırma nəticəsində ali təhsil aldığı müddət (2 il), hərbi xidmət müddəti (11 ay 15 gün) nəzərə alınmaqla iddiaçının təqvim üzrə 17 il 20 gün xidmət ilinin olduğu müəyyən edilmiş və iddiaçıya Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun “Pensiya, müavinət və təqaüdlərin təyinatı” departamenti tərəfindən güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi barədə ##.##.2024-cü il tarixli, **-*-*/*-Q-*****/**** nömrəli məktub ünvanlanmışdır. Hazırkı işdə mübahisəli məsələ, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna elektron qaydada daxil olmuş ***-**** nömrəli məlumat vərəqində iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün xidmət illəri hesablanan zaman dövlət qulluğunda 2 il 11 ay 19 gün iş stajının gömrük orqanlarında xidmət illərinə daxil edilməsidir. Hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Məhkəmə qərarında qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ## ###### 2026-cı il tarixli Qərarında analoji hüquqi statusa malik şəxslərlə bağlı məsələyə artıq baxmış və normativ-hüquqi aktların sistemli şərhi əsasında müvafiq hüquqi mövqe formalaşdıraraq bu kateqoriyadan olan şəxslərin hüquqi vəziyyətinə dair hüquqi müəyyənlik yaratmışdır. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin səlahiyyətli orqan kimi qəbul etdiyi, onun pensiya hüququnun yarandığını təsdiq edən və xidmətinə məhz bu əsasla xitam verən əmrinə etimad etmişdir. Lakin cavabdeh orqanın pensiya təyinatından imtinası iddiaçının hüquqi müəyyənlik, legitim gözlənti və inzibati akta etimad hüququnu pozmaqla, nəticədə onu həm əmək, həm də pensiya hüququndan məhrum etmişdir”. Məhkəmənin mövqeyinə münasibətdə qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumu ##.##.2026-cı il tarixli qərardadında qeyd edilən şəxslərə təyin edilmiş əmək pensiyalarının sonradan ləğv edilməsinə münasibət bildirilmişdir. Iş materiallarından da məlum olduğu kimi, iddiaçı İddiaçı pensiya təyin edilməmiş, ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi barədə ##.##.2024-cü il tarixli, **-*-*/*-Q-*****/**** nömrəli məktub ünvanlanmış, elektron qaydada daxil olmuş ***-**** nömrəli məlumat vərəqi sistem üzərindən geri qaytarılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin səlahiyyətli orqan kimi pensiya hüququnun yarandığını təsdiq edə bilməz. Qanuna əsasən, Əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Məhkəmənin istinad etdiyi "Dövlət qulluğu haqqında" Qanunun 22-ci maddəsinin məzmunundan da müəyyən olunur ki, həmin norma “dövlət məvacibi” ilə bağlı hüquqi münasibətlərini tənzimləyir. Qanunun 1-ci maddəsində dövlət məvacibinə verilmiş anlayışda qeyd edilir: dövlət məvacibi-dövlət qulluqçusuna pul formasında nağdsız qaydada ödənilən aylıq haqqdır. Eyni zamanda adı çəkilən Qanunun 23-cü maddəsi isə Dövlət qulluqçularının pensiya təminatı ilə bağlıdır. Qanunun 23.1-ci maddəsində Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsi təsbit edilmişdir. Bununla yanaşı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 113-cü maddəsinə əsasən, Gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Göstərilən hüquqi aktların sistemli və qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, dövlət qulluqçularının pensiya təminatı "Dövlət qulluğu haqqında" Qanununla deyil, məhz “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir. Konstitusiya Məhkəməsinin qərardadından da göründüyü kimi, dövlət qulluğu stajı və dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin, o cümlədən hərbi xidmət müddətlərinin müəyyən əmsallar əsasında qarşılıqlı tanınmasının mümkünlüyü məsələsi müvafiq icra hakimiyyəti orqanına tövsiyyə edilmişdir. Göründüyü kimi Konstitusiya məhkəməsi tərəfindən dövlət qulluğu stajı və dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin birləşdirilməsi birbaşa təsdiq edilmir. Qərardadda da normativ təkmilləşdirməyə ehtiyac olduğu göstərilmişdir. Əgər mövcud hüquqi baza geniş şərhə imkan versəydi, Konstitusiya məhkəməsi birbaşa tətbiq qaydasını müəyyən edərdi. Qərardadda müvafiq icra hakimiyyətinə təkmilləşdirmə tövsiyəsi faktı göstərir ki, mövcud qanunvericilik məhkəmənin gəldiyi nəticəyə imkan vermir. Həmçinin, Konstitusiya Məhkəməsinin qərardadında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi pensiya təyinatı zamanı dövlət qulluğu stajının birə-bir hərbi xidmət müddətinə daxil edilməsini dövlət qulluqçuları üçün pensiya hüququndan sui-istifadəyə gətirib çıxara bilən hal kimi qiymətləndirmişdir. Apellyasiya şikayətinə qarşı iddiaçının vəkili və nümayəndəsi vəkil1 tərəfindən verilmiş etirazda İddiaçı ##.##.2007-ci il tarixdən ##.##.2010-cu il tarixədək dövlət qulluqçusu stajının 2 il 11 ay 19 gün, ##.##.2010-cu il tarixdən ##.##.2024-cü il tarixədək gömrük orqanında dövlət qulluğunun xüsusi növündə xidmət illərinin isə 14 il 1 ay 5 gün təşkil etdiyini, dövlət qulluğunda və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi iş stajının (4 illik ali təhsil müddəti və 1 iilik hərbi xidmət müddəti nəzərə alınmaqla) 20 ili ötdüyündən İddiaçı dövlət qulluğunda olan 2 il 11 ay iş stajını da nəzərə alaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 22.5-ci, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarının 3-cü və “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 58-ci maddəsinə etimad göstərərək ## ###### 2024-cü il tarixdə çalışdığı orqana ərizə ilə müraciət etdiyini, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən əmək pensiyasına buraxılmasını xahiş etdiyini, bununla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi pensiyaya çıxmaq hüququ verən xidmət illərinin tamamlanmasına əsasən İddiaçı xahişini nəzərə alaraq ## ###### 2024-cü il tarixli *- **/***Ş nömrəli əmrlə (son iş günü 26 avqust hesab edilməklə) onun gömrük orqanlarında xidmətinə xitam verdiyini, əmrə müvafiq olaraq Komitə tərəfindən İddiaçı adına məlumat vərəqəsi tərtib edilərək elektron qaydada Fonda ötürüldüyünü, Fondun Komitə tərəfindən dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinin pensiya təyin olunması zamanı nəzərə alınmadığını əsas gətirərək İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etdiyini, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarına əsasən iddiaçının dövlət qulluğundakı iş stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə hesablanmasının “pensiya təyin edilərkən yox, xidməti fəaliyyət dövründə nəzərə alındığının” Fond tərəfindən imtinanın əsası kimi göstərildiyini qeyd edərək apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərmişdir ki, Fond Qərarın ümumi xarakter daşıyan mənasını hüququn məğzindən kənar mülahizəyə əsaslanaraq xüsusiləşdirməklə öz maraqları üçün şərh edə bilməz. Belə nəticəyə gəlmək üçün qanunvericilikdə konkret bir müddəaya əsaslanılmalıdır. Fond tərəfindən bu cür yanaşma ** nömrəli Qərarın nəinki 3cü maddəsinin, nəzərə alsaq ki, dövlət qulluğunun xüsusi növündən dövlət qulluğuna keçən şəxslər üçün qanunvericilikdə müəyyən imtiyazlar nəzərdə tutulub, həmçinin 4-cü maddəsinin də hüquqi əhəmiyyətini dəyişməklə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənafelər balansının pozulmasına gətirib çıxara bilər. Dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi şəxsin dövlət qulluğunun xüsusi növündə sonrakı fəaliyyət ilə əhatələnir və vahid xidmət illlərini formalaşdırır. Dövlət qulluğundakı iş stajının dövlət qulluğunun xüsusi növündə xidmət müddəti ərzində nəzərə alıb pensiya təyin edərkən isə ümumi iş stajını iki hissəyə ayıraraq qiymətləndirmənin heç bir hüquqi əsası yoxdur, mülahizələr iddiaçının xeyrinə həll edilməli və “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun qanunçuluq prinsipinə, etimad hüququnun qorunması prinsipinə, mütənasiblik prinsipinə əməl olunmalıdır. Fondun gətirdiyi əsaslardan digəri isə Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 22.4-cü maddəsini, yəni Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydasını tənzimləyən “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il # ###### tarixli *** nömrəli Qərarında pensiya təyin edilməsi üçün uzun müddət xidmətə “dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinin nəzərdə tutulmamasıdır". Adı çəkilən qərarda “dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinin nəzərdə tutulmaması” bu hüquqları əlaqəli şəkildə tənzimləyən digər normativ hüquqi aktların hüquqi əhəmiyyətini istisna edə bilməz. Belə ki, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2006-cı il # ###### tarixli * nömrəli Qərarının 2-ci hissəsində digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddətinin və dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajının gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilməsi müəyyən olunmuşdur. Əlavə olaraq qeyd olunur ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə # ###### 1999-cu il tarixdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ## #### 2000-ci il tarixdə qəbul edilmişdir. “Dövlət qulluğunun xüsusi növü” və “Dövlət qulluğu” anlayışları göstərilən tarixlərdə qanunvericiliyə daxil edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992- ci il 3 noyabr tarixli *** nömrəli qərarı, məhdud subyektlər dairəsinin hüquqlarını tənzimləyir və Fondun apellyasiya şikayətində *** nömrəli qərara istinadən qeyd etdiyi “Gömrük orqanlarının kiçik heyət, orta, baş, ali rəis heyəti vəzifələrində xidmətə təyin olunma günündən” ifadəsinə bu aspektən yanaşılmalı, aydın olmalıdır ki, söhbət gömrük orqanlarında xidməti səciyyələndirdiyi üçün xidmətə başlama bu cür qeyd olunmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarı ilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Nazirlər Kabinetinin 1992-ci il # ###### tarixli *** nömrəli qərarında qeyd olunan pensiya təyin edilməsi üçün uzun müddət xidmətə daxil olan iş stajlarının həm Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli ** nömrəli qərarına, həm də Nazirlər Kabinetinin 2006-cı il # ###### tarixli * nömrəli Qərarının uyğunlaşdırılmaqla hesablanmasını şərtləndirir. “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikasının Qanununun 10.5-ci maddəsində qeyd edilir ki, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Xidmət illərinin hesablanması nöqteyi- nəzərindən nəzərə alınmalıdır ki, Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli ** nömrəli və 2006-cı il # ###### tarixli * nömrəli Qərarları stajın qarşılıqlı olaraq hesablanmasında üstün tutulmalı, hesablama bu qərarların tələbləri nəzərə alınmaqla aparılmalıdır.Məhkəmənin çıxardığı Qərarında haqlı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2026-cı il tarixli Qərardadının müddəalarına istinad etmişdir. Lakin Fond öz apellyasiya şikayətində yuxarıda qeyd olunan Qərardada özünəməxsus mülahizə ilə yanaşmışdır. Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 63 və 68-ci maddələrində “Plenumun Qərarı” və “Plenumun Qərardadı” məhkəmə aktlarının hüquqi əhəmiyyəti öz əksini tapmışdır. Həmin məhkəmə aktlarının mahiyyətinə uyğun qeyd olunur ki, əgər mövcud hüquqi baza baxılan isin geniş şərhinə, birbaşa tətbiqinə, tənzimlənməsinə, məsələnin həllinə imkan verməsəydi Konstitusiya Məhkəməsinin Plenumu “Qərardad” yox, “Qərar” qəbul etmiş olardı. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu öz Qərardadında Bakı Inzibati Məhkəməsinin müraciətinə əsasən gəldiyi nəticəni tövsiyyə edir. Fond apellyasiya şikayətində Qərardadın məzmunundan kənara çıxaraq qeyd edir ki, “mövcud normativ tənzimləmə bu məsələnin birbaşa həlli üçün kifayət etmir və əlavə normativ müdaxiləyə ehtiyac vardır”. Konstitusiya Məhkəməsinin Plenumu öz Qərardadında hesab edir ki, hüquqi müəyyənlik prinsipi baxımından bu istiqamətdə tənzimləmənin təkmilləşdirilməsinə ehtiyac var. Nəzərə alınmalıdır ki, Nazirlər Kabinetinin bu istiqamətdə qərarlarının sayının çoxluğu ümumiləşdirmə zərurətini yaradır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hüquqi müəyyənlik prinsipinin hüququn aliliyinin əsas aspektlərindən biri olduğunun önəmini qeyd edir. Məhz bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu ## ###### 2026-cı il tarixli Qərardadında belə nəticəyə gəlir ki, qaldırılan hüquqi məsələlərin hazırkı vəziyyətdə mövcud qanunvericiliyin müvafiq normalarına, eləcə də bu Qərardadın təsviriəsaslandırıcı hissəsində göstərilənlərə uyğun həll edilməsi mümkün olduğundan, müraciət üzrə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ayrıca Qərar qəbul edilməsinə zərurət yoxdur. Iddiaçı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə bu barədə hər hansı bir məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçının vəkili-nümayəndəsi vəkil1 apellyasiya şikayətinə uyğun izahatında şikayətin təmin edilməməsini, Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri X5 və X3 apellyasiya şikayətinə uyğun izahatlar verərək, Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişlər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Iş materiallarında olan: - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən aydın olur ki, İddiaçı ## ### 1985-ci il tarixdə doğulmuşdur. -B seriyalı, ****** nömrəli diplomun təsdiq olunmuş surətində göstərilmişdir ki, İddiaçı 2002-ci ildən 2006-cı il tarixədək Naxçıvan Dövlət Universitetində Ümumi iqtisadiyyat istiqamətinin Iqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə ali təhsil almışdır. -AO seriyalı, ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətində göstərilmişdir ki, İddiaçı ##.##.2006-cı il tarixdən ##.##.2007-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -##.##.2007-ci il tarixli, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətində göstərilmişdir ki, İddiaçı ##.##.2007-ci il tarixdən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə əsasən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə 1 (bir) il müddətinə stajçı kimi Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi Aparatının Audit sektoruna aparıcı məsləhətçi vəzifəsinə, ## ###### 2008-ci il tarixdən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə müvafiq olaraq staj müddəti başa çatdığından Fondun mərkəzi aparatının Audit sektorunun aparıcı məsləhətçisi vəzifəsinə, ## ###### 2009-cu il tarixdə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul edilmiş, ## #### 2009-cu il tarixdən tutduğu vəzifədən azad olunaraq əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının Audit sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmiş, ## #### 2010-cu il tarixdən tutduğu vəzifədən azad edilmiş, ##.##.2010-cu il tarixdən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin X7 Gömrük Idarəsinin Maliyyə-tarif şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş,...##.##.2024-cü il tarixdən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə xidmətinə xitam verilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanan ## ####### 2024-cü il tarixli, *-**-*-*/*-Q-*****/**** nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür.“Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablama qulluq stajına görə əlavələr tətbiq edilməklə əmək pensiyası təminatına şamil olunmur. Həmçinin hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün xidmət illəri “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikas Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarına uyğun hesablanır. Həmin Qərar da xidmət illərinin hesablanması zamanı dövlət qulluğu stajının nəzərə alınmasına dair hər-hansı müddəa mövcud deyil. Beləliklə, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinin şərtlərinə uyğun təqvim üzrə xidmət illəri olmadığı üçün ona güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - Azərbaycan Respublikası Dövlət Imtahan Mərkəzinin ## ###### 2024-cü il tarixli, *-*/*-Q-****-**-***/**** nömrəli məktubunda göstərilmişdir ki, 2007-2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Audit sektorunda məsləhətçi, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ## ###### 2025-ci il tarixli, *-**-*-*/*- ****/**** nömrəli məktubla göndərilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun ## ###### 2007-ci il tarixli, *** nömrəli əmrdə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə əsasən İddiaçı ## ###### 2007-ci tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə 1 (bir) il müddətinə stajçı kimi Fondun mərkəzi aparatının Audit sektorunda aparıcı məsləhətçi vəzifəsinə, ## ###### 2008-ci il tarixli *** nömrəli əmrdə həmin tarixdən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə müvafiq olaraq staj müddəti başa çatdığından Fondun mərkəzi aparatının Audit sektorunun müdiri E.Ismayılovun tövsiyyə məktubu nəzərə alınaraq iki illik sınaq müddəti ilə Fondun mərkəzi aparatının Audit sektorunun aparıcı məsləhətçisi vəzifəsinə, ## #### 2009-cu il tarixli, ** nömrəli əmrdə 2009-cu il ## #### tarixdən tutduğu vəzifədən azad olunaraq həmin tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının Audit sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edildiyi göstərilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ## #### 2025-ci il tarixli, *- **/*-******/**** nömrəli məktubunda göstərilmişdir ki, qanunvericiliyə uyğun olaraq və Bakı Inzibati Məhkəməsinin müvafiq qərarı nəzərə alınaraq eyni faktiki hal üzrə İddiaçı dövlət qulluğu vəzifəsində qulluq stajı fasiləsiz xidmət illərinə daxil edilmiş və məlumat vərəqi hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir. İddiaçı ## #### 2006-cı il tarixdən # #### 2007-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu dövr, Naxçıvan Dövlət Universitetində aldığı 4 il təhsil müddəti 2 il sayılmaqla, # ###### 2007-ci il tarixdən ## #### 2010-cu il tarixədək Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda dövlət qulluğu stajı, ## #### 2010-cu il tarixdən ## ###### 2024-cü il tarixədək gömrük orqanlarında işlədiyi dövr pensiya təminatına əsas olan xidmət stajına aid edilir. İddiaçı xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün pensiya təminatına əsas olan xidmət stajı ümumilikdə 20 il 8 gün təşkil etmişdir və hərbi qulluqçu kimi pensiya təminatına əsas olan xidmət stajına malik olduğu üçün xidmət illərinə görə pensiya hüququ yaranmışdır. İddiaçı gömrük orqanlarında xidmətinə müvafiq ərizəsi əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ## ###### 2024-cü il tarixli *-**/***Ş nömrəli əmri ilə Azərbaycan Respublikasının 1999-cu il # ###### tarixli ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə xitam verilmiş və qanunvericiliyə uyğun olaraq barəsində məlumat vərəqi tərtib edilərək aidiyyəti dövlət orqanına göndərilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük Idarəsinin ## ###### 2025-ci il tarixli, ***-****/*-******/**** nömrəli məktubunda göstərilmişdir ki, sabiq gömrük əməkdaşı İddiaçı barəsində işlədiyi müddət ərzində “xüsusi rütbənin bir pillə aşağı salınması” növündə intizam tənbeh tədbiri tətbiq edilməmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## ##### 2025-ci il tarixli, *-**-*-*/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması üçün xidmət illəri hesablanan zaman dövlət qulluğunda 2 il 11 ay 18 gün qulluq stajı (Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunda işlədiyi dövr) xidmət illərinə daxil edilərək ümumilikdə 20 il 10 gün hesablanmışdır və Qanunun 9.5.1-ci maddəsinin şərtlərinə uyğun təqvim üzrə xidmət illəri olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmamışdır. - ##.##.2026-cı il tarixli, *-**-*-*/*-*-****/**** nömrəli İddiaçı müvafiq məlumatlarının göndərilməsi barədə xidməti məktubda göstərilmişdir ki, İddiaçı məxsus məlumat vərəqi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən ## ######## 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məlumat vərəqi” altsisteminə emal edilmişdir. Belə ki, adıçəkilən orqan tərəfindən İddiaçı məxsus məlumat vərəqi ## ###### 2025-ci il tarixində təsdiqlənmiş, lakin vətəndaşın xidmət illərində uyğunsuzluq olduğu üçün (dövlət qulluğunda qulluq stajının gömrük orqanlarında xidmət illərinə daxil edilərək pensiya hüququ yaradıldığı üçün) Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən qeyd olunan altsistem üzərindən həmin tarixdə geri göndərilmişdir. Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə pensiya təyinatı komissiyası tərəfindən pensiya təyin edilməsi barədə qərar qəbul edilməmişdir. -Məlumat vərəqi üzrə daxil edilmiş şəxslərin reyestrindən çıxarışda İddiaçı məxsus məlumat vərəqinin daxil edilmə tarixi ##.##.2024-cü il, orqanın təsdiqlədiyi tarix ##.##.2025-ci il, pensiya növü yaşa görə, pensiya hesablanması üçün əsas götürülmüş qanun maddəsinin bəndi 3, maddəsi 120, statusu geri qaytarılmış göstərilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 22.7-1-ci maddəsinə (## ###### 2026-cı il tarixədək qüvvədə olan redaksiyaya) əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Bu Qanunun 22.7-2-ci maddəsinə (## ###### 2026-cı il tarixədək qüvvədə olan redaksiyaya) əsasən qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı Inzibati Məhkəməsinin müraciətinə dair ## ###### 2026-cı il tarixli Plenum qərardadı ilə pensiya təyin edilməsi məqsədilə dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinə dair tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır.Həmin Qərardadda Konstitusiya Məhkəməsi hüquqi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3 və 1.0.4-cü maddələrinə əsasən həmin Qanunun məqsədləri üçün “hərbi qulluqçular” dedikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər, “xüsusi rütbəli şəxslər” dedikdə isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslər başa düşülür. Bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar həmin Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir (3.3-cü maddə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2006-cı il tarixli *** nömrəli Fərmanının 2.4-cü bəndinə uyğun olaraq həmin Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin hesablanması məsələsi 1992-ci il ## ###### tarixli *** nömrəli Qərarla tənzimlənirdi. Həmçinin Qanunun 5.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın 4.3-cü bəndinin 2026-cı il ######ın #-dək qüvvədə olan redaksiyasına görə hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 2004-cü il ## #### tarixli ** nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il # #### tarixli *** nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il # ###### tarixli * nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il ## ####### tarixli *** nömrəli, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il ## ### tarixli *** nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.3-cü bəndində hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin hesablanması zamanı həm pensiya təyin edilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydasını müəyyən edən 1992-ci il ## ###### tarixli *** nömrəli Qərara, həm də “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2006-cı il # ###### tarixli * nömrəli Qərarına istinad edilmişdir. Nəzərə alınmalıdır ki, uzun müddət xidmət vaxtını müəyyən edən 1992-ci il ## ###### tarixli *** nömrəli Qərardan fərqli olaraq, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2006-cı il # ###### tarixli * nömrəli Qərarının 2-ci hissəsində digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddətinin və dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajının gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilməsi müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsində (## ###### 2026-cı il tarixədək qüvvədə olan redaksiyaya) nəzərdə tutulmuş məsələ Nazirlər Kabinetinin 2024-cü il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” ilə tənzimlənmişdir. Həmin Qayda və şərtlərin 2.1 və 3.1-ci bəndlərinə uyğun olaraq, dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddətləri, dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən isə dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı dövrünün nəzərə alınması təsbit edilmişdir. O da göstərilməlidir ki, Nazirlər Kabinetinin 2025-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə 1992-ci il ## ###### tarixli *** nömrəli və 2007-ci il ## ###### tarixli *** nömrəli qərarlara dəyişikliklər edilmişdir (2026-cı il ######ın #-dən qüvvəyə minib). Həmin Qərarın 2-3-cü hissəsində hərbi və xüsusi rütbəli şəxslərin 2026-cı il # ###### tarixinədək xidmət müddətinin (qulluq illərinin) hesablanmasının 1992-ci il ## ###### tarixli *** nömrəli Qərara uyğun olaraq həyata keçirilməsi müəyyən edilmişdir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 20.12-ci maddəsində qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydasının işlənib hazırlanması nəzərdə tutulsa da, bu qayda hal-hazıradək qəbul edilməmişdir. Eyni zamanda, dövlət qulluğunun xüsusi növündə xidmət keçmə belə xidmətin xüsusiyyətlərindən irəli gələrək “Dövlət qulluğu haqqında” Qanunun müəyyən normaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Bu xüsusiyyətlər onların xidməti fəaliyyəti ilə bağlıdır. Dövlət qulluğunun xüsusi növündə (hərbi və ya xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) xidmət edən şəxslər digər dövlət qulluqçularına nisbətdə daha ağır şərtlərdə fəaliyyət göstərirlər ki, bura xidmətin xarakteri, sağlamlıq və həyat üçün risklər, xüsusi vəzifələr və öhdəliklər aiddir. Bu səbəbdən qanunverici onların hüquqi statusunu differensiallaşdıraraq, həm imtiyazlar, həm də məhdudiyyətləri nəzərdə tutur. Belə imtiyazlardan biri “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulan güzəştli şərtlərlə əmək pensiyası hüququdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.1-ci maddəsinə (## ###### 2024-cü il tarixədək qüvvədə olan redaksiyaya) əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 20.14-cü maddəsinə (## ###### 2024-cü il tarixədək qüvvədə olan redaksiyaya) əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla (maddə 20.14.1). Bu qanunda qeyd edilən dəyişiklik ## ###### 2023-cü il tarixli, ****-VIQD nömrəli qanun əsasında həyata keçirilib. ## ###### 2023-cü il tarixli, ****-VIQD nömrəli qanuna əsasən: “Maddə 5. Keçid müddəalar 5.1. Bu Qanun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il ######ın #-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. 5.2. Bu Qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il ######ın #-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. 5.3. Bu Qanun qüvvəyə mindiyi tarixədək təyin edilmiş əmək pensiyaları bu Qanuna əsasən yenidən hesablanmır. Maddə 6. Bu Qanun 2024-cü il ######ın #-dən qüvvəyə minir.” Hazırkı iş üzrə iddiaçı İddiaçı Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən məlumat vərəqi əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin ediləcəyinə dair hüquqi gözləntisi olmuş, lakin cavabdeh inzibati orqan dövlət qulluğundakı 2 il 11 aylıq stajı onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinin mümkün olmadığını əsas gətirərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün 20 il staj tələb olunur. Tərəflər arasında iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı və gömrük orqanlarında işlədiyi dövrlər mübahisələndirilmir. Belə ki, iddiaçı 2002-2006-cı il tarixlərdə Naxçıvan Dövlət Universitetində ali təhsil almış (4 il : 2 = 2 il staj), ##.##.2006-cı il tarixdən ##.##.2007-ci il tarixədək hərbi xidmətdə olmuş (11 ay, 15 gün), ##.##.2010-cu il tarixdən ##.##.2024cü il tarixədək gömrük orqanlarında xüsusi rütbəli şəxs kimi işləmişdir (14 il, 01 ay, 6 gün). Tərəflər arasında mübahisə iddiaçının ##.##.2007-ci il tarixdən ##.##.2010-cu il tarixədək dövlət qulluqçusu olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi Aparatının Audit sektorunda məsləhətçi vəzifəsində (2 il 11 ay 19 gün) işlədiyi dövrün onun xüsusi stajına daxil edilib-edilməməsi ilə bağlıdır. Iddiaçının ## ###### 2007-ci il tarixdən ## #### 2010-cu il tarixədək dövlət qulluqçusu kimi Naxçıvan MR Dövlət sosial Müdafiə Fondunda işlədiyi (2 il 11 ay 19 gün) dövr nəzərə alınmadığı təqdirdə iddiaçının 20 ildən az, yəni 17 il, 21 gün stajının olması müəyyən edilir. Məhkəmə kollegiyası iddiaçının ##.##.2007-ci il tarixdən ##.##.2010-cu il tarixədək dövlət qulluqçusu olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi Aparatının Audit sektoruna məsləhətçi vəzifəsində ) işlədiyi (2 il 11 ay 19 gün) dövrün onun xüsusi stajına daxil edilib edilməməsinə münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.1-ci maddəsində göstərilmişdir ki, (## ###### 2024-cü il tarixədək qüvvədə olan redaksiyada) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət (o cümlədən xüsusi rütbəli şəxs kimi xidmət) etmiş hərbi qulluqçuların (o cümlədən xüsusi rütbəli şəxslərin) hərbi xidmətdən (o cümlədən xüsusi rütbəli şəxs kimi xidmətdən) buraxıldığı gündən hərbi qulluqçu (o cümlədən xüsusi rütbəli şəxs) kimi əmək pensiyası hüququ vardır. Yəni qanunvericilikdə birbaşa 20 təqvim ili və daha çox hərbi xidmətdən (o cümlədən xüsusi rütbəli şəxs kimi xidmətdən) bəhs edir.Bu baxımdan dövlət qulluğu stajının hərbi qulluqçuların (o cümlədən xüsusi rütbəli şəxslərin) qulluq (xidmət) illərinə daxil edilməsi qanunvericiliyin tələbinə əsasən mümkünsüzdür. Həmçinin Nazirlər Kabinetinin 2025-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** nömrəli və 2007-ci il ## ###### tarixli *** nömrəli qərarlarına dəyişikliklər edilərək (dəyişiklik 2026-cı il ######ın #-dən qüvvəyə minib). Qərarın 2-3-cü hissəsində hərbi və xüsusi rütbəli şəxslərin 2026-cı il # ###### tarixinədək xidmət müddətinin (qulluq illərinin) hesablanmasının 1992-ci il ## ###### tarixli *** nömrəli Qərara uyğun olaraq həyata keçirilməli olması konkret olaraq müəyyən edilmişdir. 1992-ci il ## ###### tarixli *** nömrəli Qərarda isə dövlət qulluğu stajının hərbi qulluqçuların (o cümlədən xüsusi rütbəli şəxslərin) qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulmamışdır. Beləliklə, işin sadalanan hallarına və istinad olunan hüquq normalarına əsaslanan kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajı nəzərə alınaraq bu hüququnun yarandığı gündən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlməmiş və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti təmin edilməli, Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Şərh edilənlərə əsasən və IPM-in 2, 68, 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, kollegiya qərar verdi: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Dövlət qulluğunda (müvafiq icra hakimiyyəti orqanlarında) və dövlət qulluğunun xüsusi növündə (gömrük orqanında) ümumi stajı nəzərə alınaraq bu hüququnun yarandığı gündən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusifəli Qurbanov Hakimlər: Müşfiq Həsənov, Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2-1(3-1)-27/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-27/2026
08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver