Məhkəmə qərarları › İş №2-1(3-1)-3/2026

Ali Məhkəmə Qərar — İş №2-1(3-1)-3/2026

12.03.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(3-1)-3/2026 12.03.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X10 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 dekabr 2025-cı il tarixli, 21(122)-905/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı “onun pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrlər üzrə ödənilməmiş pensiya məbləğlərinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə N axçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ona pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrlər üzrə ödənilməmiş pensiya məbləğlərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) 05 dekabr 2025-cı il tarixli, 2-1(122)-905/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrlər üzrə ödənilməmiş pensiya məbləğlərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Re spublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.2024-cü il tarixdən əmək pensiyası hüququ yaranmış, lakin məlumatsızlığına görə sənədləri hazırlayıb cavabdehə təqdim etməsi 2025-ci ilin fevral ayına çəkmiş və nəticədə ona 2025-ci ilin fevral ayından etibarən əmək pensiyası ödənilməyə başlanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövr üçün ona ödənilməmiş əmək pensiya məbləğinin ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 14 aprel 2025-ci il tarixli məktubu ilə bundan imtina etmişdir. Həmin məktubda cavabdehin qeyd edilən dövr üçün ödənilməmiş əmək pensiyasının ödənilməsindən imtina əsası kimi Fondun arxivində saxlanılan pay torpa ğından ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş qəbzləri araşdırılarkən iddiaçının adına heç bir ödəniş qəbzlərinə rast gəlinməməsi bildirilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra DSMF) arxivində saxlanılan pay torpağına görə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş qəbzləri araşdırılarkən İddiaçı adına heç bir ödəniş qəbzlərinə rast gəlinməmişdir. Həmçnin iddiaçı X1 Sisteminin “Sığorta” altsisteminin “S ığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və “Pay torpaq mülkiyyətçisi” kimi uçota alınmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, X1 sisteminin sığorta altsistemində iddiaçının fərdi şəxsi hesabında 2009-cu ilin yanvar ayında xeyrinə 72 manat pensiya kapitalı olduğu görünsə də, pensiya kapitalının ona məxsus olmasına dair heç bir təsdiqedici sübut yoxdur. Belə ki, nə iddiaçının özü tərəfindən ödəniş qəbzi təqdim olunmuş, nə də DSMF-in arxivində bununla bağlı qəbzə rast gəlinmişdir. Fərdi hesabın sığorta hissəsində ödənilən məbləğin iddiaçı tərəfindən ödənilməsi müəyyən edilə bilmir. Həmçinin xx.xx.2025-ci il tarixdə iddiaçıya həmin 72 manat pensiya kapitalı əsas ında avtomatlaşdırılmış qaydada 5 uşaqlı ana olması əsası ilə əmək pensiyası təyin olunmuşdur. Hazırda iddiaçının fərdi hesabında olan 72 manat pensiya kapitalının, yəni sığorta ödənişinin iddiaçı tərəfindən ödənilməsinə dair şübhələr var, lakin başqası tərəfindən ödənilməsinə dair sübut mövcud deyildir. Apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarınn ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçı və onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün h esab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmu ş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1965-cı il tarixdə doğulmuşdur. Elektron informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçının 5 övladı vardır. İşdə olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanlanmış 14 aprel 2025-ci il tarixli, 3-17-9-1/2-H-3964/2025 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Fondun arixivində saxlanılan pay torpağından ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş qəbzləri araşdırılarkən İddiaçı adına heç bir ödəniş qəbzlərinə rast gəlinməmişdir. İşdə olan JN-520, KOD 10200088 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının 02 noyabr 1999-cu il tarixli, 28 nömrəli qərarına əsasən X5 və onun ailə üzvləri İddiaçı, X8, X7, X9 və X6 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,74 hektar torpaq sahəsi verilmişdir. İşdə olan İddiaçı fərdi şəxsi hesabından çıxarışdan görünür ki, SUN:**********3 nömrə ilə 2009-cu ilin yanvar ayı üçün 72 manat sosial sığorta ödənilmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 21 iyun 2025-ci il tarixli, 3-17-91/2-7437/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (FİN:xxxxxxx) X1 sisteminin “Pensiya” altsistemi tərəfindən avtomatlaşdırılmış (proaktiv) qayd ada çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin olunduğundan onun adına pensiya işi açılmamışdır. İşdə olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 29 iyul 2025-ci il tarixli, 3-17-91/2-9174/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (FİN:xxxxxxx) X1 sisteminin pensiya altsistemi tərəfindən 26 yanvar 2025-ci il tarixində avtomatlaşdırılmış (proaktiv) qaydada 320 manat məbləğində çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı X1 sisteminin “Sığorta” altsistemində fərdi şəxsi hesabında 2009-cu ilin yanvar ayında SUN:**********3 nömrə ilə xeyrinə ödənilmiş 72 manat pensiya kapitalının ona məxsus olmağına dair təsdiqedici sənəd təqdim edə bilmədiyi üçün ona hüququnun yarandığı 1 5 may 2024-cü il tarixindən 31 yanvar 2025-ci il tarixinədək ötən dövr məbləğinin ödənilməsi mümkün olmamışdır. İşdə olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 6 noyar 2025-ci il tarixli, 3-17-91/2-14339/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsinin sifarişi əsasında 19 iyul 2006-cı il tarixində **********681 nömrəli sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılmışdır. Həmçinin İddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs kimi 13 oktyabr 2010-cu ilin tarixində **********3 uçot nömrəsi ilə qeydiyyata alınmışdır. (Həmçinin id diaçıya əmək pensiyası təyin olunması barədə pensiya altsistemindən çıxarışlar məhkəməyə göndərilmişdir. Həmin çıxarışda iddiaçının əmək pensiyası hüququnun yaranma tarixi xx.xx.2024-cü il qeyd edilmişdir.) Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorum aq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027 -ci il iyulun 1-dək hər il 6 ay artırılır.) Həmin Qanunun 8.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Göründüyü kimi qanunvericiliyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün sığortaolunanın fərdi hesabının sığorta hissəsində 01 iyul 2018-ci il tarixinədək qeydə alınmış pensiya kapitalı olmalıdır. Bu zaman pensiya kapitalının məbləği isə hüquqi əhəmiyyət daşımır. İşin faktiki hallarından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı qeyd edilən Qanunun 8-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 58 yaş 6 ayı tamam olmuşdur. İddiaçının fərdi şəxsi hesabından da görünür ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 01 iyul 2018-ci il tarixinədək qeydə alınmış pensiya kapitalı vardır. Bu da iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İddiaçının fərdi hesabında “sığorta” altsistemində 72 manat sığorta ödənişinin olmasına dair tərəflər arasında hər hansı mübahisə yoxdur. Cavabdehin apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 01 iyul 2018-ci il tarixinədək qeydə alınmış pensiya kapitalının, yəni 72 manatın iddiaçı tərəfindən ödənilməsini təsdiq edəcək sübut mövcud deyildir. Bu səbəbdən iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 01 iyul 2018-ci il tarixinədək qeydə alınmış pensiya kapitalı, yəni 72 manat sığorta ödənişi vardır. Cavabdeh orqan da məhz həmin pensiya kapitalı əsasında iddiaçıya çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin etmişdir. İddiaçıya fərdi hesabındakı sosial sığorta ödənişi əsasında avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edildiyi təqdirdə, ona hüququ yarandığı tarixdən pensiya təyin edilməli və həmin tarixdən ödənişlər həyata keçirilməli idi. Qanunun tələbi odur ki, sığortaolunanın fərdi hesabının sığorta hissəsində 01 iyul 2018-ci il tarixinədək qeydə alınmış pensiya kapitalı olmalıdır. Ödəniş qəbzinin hazırda olmaması və cavabdehin bu istiqamətdəki şübhələri iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Həmçinin fərdi hesabının sığorta hissəsində 01 iyul 2018-ci il tarixinədək qeydə alınmış pensiya kapitalı, yəni 72 manatın iddiaçı tərəfi ndən ödənilməsi ilə bağlı cavabdehin şübhələri olsada, bu şübhələri təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, 21(122)-905/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar