Məhkəmə qərarları › İş №2-1(3-1)-33/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-33/2026

23.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-33/2026 23.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Inzibati kollegiyası Hakimlər - X5 (sədrlik edən və məruzəçi), X1 və X6 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Daxili işlər orqanlarında və Ədliyyə orqanlarında işlədiyi dövrlər birləşdirilərək dövlət qulluğu stajının nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq əlavəsinin hesablanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## ###### 2024-cü il tarixli qərarını ləğv edərək, işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ## ##### 2025-ci il tarixli məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinə “Daxili işlər orqanlarında və Ədliyyə orqanlarında işlədiyi dövrlərin məcmusu üzrə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılıb qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. ## ###### 2025-ci il tarixli məhkəmə iclasında iddiaçı İddiaçı məhkəməyə ## ###### 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinə “onun Daxili işlər orqanlarında və Ədliyyə orqanlarında işlədiyi dövrləri birləşdirərək Ədliyyə orqanlarından Dövlət qulluğu pensiyasına təyin edilmək üzrə öhdəliyin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılıb qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. ## ###### 2025-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinə “Daxili işlər orqanlarında və Ədliyyə orqanlarında işlədiyi dövrlər birləşdirilərək dövlət qulluğu stajının nəzərə alınmaqla əmək penisyasının təyin edilməsi və əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq əlavəsinin hesablanılması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” məzmununda baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli protokol qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti ilə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, İddiaçı # ######## 2024cü il tarixində “Pensiya” altsistemi tərəfindən avtomatlaşdırılmış (proaktiv) qaydada 342,03 manat əmək pensiyası təyin olunmuşdur. Qeyd olunan məbləğ # ###### 2025-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən 8,1 faiz indeksləşdirilərək 369,73 manata çatdırılmışdır. İddiaçı ## ######## 2024-cü il tarixində pensiyasının sığorta hissəsinin üzərinə qulluq stajına görə əlavənin hesablanması ilə bağlı Fonda müraciət etmişdir. Müraciətin icrası ilə əlaqədar olaraq təqdim etdiyi sənədlər Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən araşdırılmış və məlum olmuşdur ki, əmək kitabçasında olan qeydlərə əsasən onun ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 12 il 09 ay 02 gün və daxili işlər orqanlarında 03 il 09 ay 21 gün iş stajı mövcuddur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə tələb olunan 15 il iş stajı və daxili işlər orqanlarında 25 il xidmət ili olmadığından Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin # ###### 2024-cü il tarixli *******A262942CB065 nömrəli qərarı ilə əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq stajına görə əlavənin hesablanmasından imtina edilmişdir. Hazırkı işdə mübahisəli məsələ, iddiaçının daxili işlər orqanlarında işlədiyi dövrlərin ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işlədiyi dövrlərə birləşdirilərək, iddiaçıya qulluq stajına görə əlavə təyin edilməsi ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.14-cü maddəsinin dispozisiyasından da məlum olur ki, xüsusi rütbə daşımaqla ədliyyə orqanlarında işləmiş, eyni zamanda qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya əlilliyi müəyyən edilmiş ədliyyə işçilərinin qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ vardır. Maddənin məzmunundan göründüyü kimi digər şərtlərlə yanaşı ədliyyə orqanlarında 15 il xüsusi rütbə nəzərdə tutan vəzifələrdə iş stajı imperativ şərt kimi təsbit edilmişdir. Iş materiallarından da məlum olduğu kimi, İddiaçı ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə tələb olunan 15 il iş stajı olmadığı üçün (12 il 08 ay 27 gün) yaşa görə əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq əlavəsi təyin edilməsi mümkün deyildir. Qanunvericilikdə digər dövlət orqanlarında, o cümlədən daxili işlər orqanlarında keçilmiş xidmət müddətinin ədliyyə orqanlarında keçilmiş xidmət müddətinə əlavə olunaraq vahid qulluq stajı kimi hesablanmasını nəzərdə tutan norma mövcud deyildir. Digər tərəfdən də daxili işlər orqanlarında xidmət münasibətlərini tənzimləyən normativ aktlarda daxili işlər orqanlarında xidmət etmiş şəxslərin xidmət müddətinin ədliyyə orqanlarında qulluq stajına daxil edilməsini nəzərdə tutan hər hansı müddəa mövcud deyildir. Inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi tələb edir ki, inzibati orqanlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərsinlər. Qanunvericiliklə nəzərdə tutulmayan hüquq və ya təminatların inzibati orqanlar tərəfindən tətbiq edilməsi hüquqi baxımdan mümkün deyildir. Cavabdeh apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərardadına, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 20.1.14-cü, 20.14.1-ci, 20.19.1ci maddələrinə, “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli Qərarının 1-ci bəndinə, Azərbaycan Respublikası IPM-nin 58.7, 81-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı iddiaçı İddiaçı tərəfindən ## ##### 2026-cı il tarixdə daxil olmuş etirazda göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı iş üzrə olan faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması nəticəsində qəbul edilmişdir. Məhkəmə düzgün olaraq müəyyən etmişdir ki, onun daxili işlər orqanlarında və ədliyyə orqanlarında müxtəlif dövrlərdə olmuş xidməti dövlət qulluğunun xüsusi növünə aid olmuşdur. Bu xidmət müddətlərinin birləşdirilərək ümumi qulluq stajı kimi nəzərə alınması hüququn mahiyyətinə və sosial təminat prinsiplərinə tam uyğundur. Cavabdeh apellyasiya şikayətində əsas arqument kimi göstərir ki, guya qanunvericilikdə daxili işlər orqanlarında xidmət müddətinin ədliyyə orqanlarında qulluq stajına əlavə olunması nəzərdə tutulmamışdır. Lakin bu yanaşma yalnız məhdud, formal və məhdud şərhə əsaslanır. Hüquq normaları tətbiq edilərkən onların yalnız mətninə deyil, həm də məqsəd və mahiyyətinə diqqət yetirilməlidir. Dövlət qulluğunun müxtəlif sahələri, o cümlədən daxili işlər və ədliyyə organlarında xidmət, eyni hüquqi mahiyyət daşıyır və dövlətə xidmətin müxtəlif formaları kimi çıxış edir. Apellyasiya şikayətində istinad edilən Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri də əslində cavabdehin iddialarını deyil, əksinə dövlət qulluğunun vahid sistem təşkil etdiyini təsdiq edir. Bu mövqelərə əsasən, dövlət qulluğunun müxtəlif növlərində xidmət etmiş şəxslərin fəaliyyəti mahiyyət etibarilə dövlətə xidmət kimi qiymətləndirilməlidir. Bu isə həmin xidmət müddətlərinin ümumi staj kimi nəzərə alınmasını istisna etmir. (qısaca, cavabdeh Konstitusiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadını yanlış şərh edir). "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun məqsədi uzun illər ərzində müxtəlif dövlət organlarında xidmət etmiş şəxslərin sosial müdafiəsini təmin etməkdir. Onun uzun illər ərzində müxtəlif dövlət orqanlarında xidmət etməyi nəzərə alınmadan, yalnız formal əsaslarla pensiyaya əlavənin verilməsindən imtina olunması sosial ədalət prinsipinə cavab vermir. Cavabdeh tərəfindən irəli sürülən qanunçuluq prinsipi ilə bağlı arqumentlər də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi qanunvericiliyi düzgün tətbiq etmiş, hüquq normalarını geniş və məqsədyönlü şəkildə şərh edərək ədalətli nəticəyə gəlmişdir. Bu isə hüququn əsas prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə bütün sübutlar araşdırılmş, hüquqi qiymət verilmiş və qanuni qərar qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayətində məhkəmə qərarının ləğvi üçün əsas verə biləcək yeni hal və ya hüquqi arqument irəli sürməmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X3 izahatında apellyasiya şikayətini müdafiə edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında şikayətin təmin edilməməsini, Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Iş materiallarında olan: - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki İddiaçı ## ######## 1959-cu il tarixdə doğulmuşdur; - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanan ## ###### 2024-cü il tarixli, *-**-**/*-M-*****/**** nömrəli məktubdan məlum olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.14 və 20.19-cu maddələrinə uyğun olaraq yaşa görə əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq əlavəsi təyin edilməsi üçün araşdırılma aparılmış, tələb olunan staj olmadığı üçün Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq əlavəsinin təyin edilməsindən imtina edilmişdir; - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” ## ###### 2024-cü il tarixli, *******A262942CB065 nömrəli qərarından məlum olur ki, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə tələb olunan 15 il iş stajı və daxili işlər orqanlarında 25 il xidmət ili olmadığından İddiaçı yaşa görə əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq əlavəsi təyin edilməsindən imtina edilmişdir; - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli arayışdan məlum olur ki, 1959-cu il təvəllüdlü ehtiyatda olan R İddiaçı ##.##.1978-ci il tarixdən ##.##.1980-cü il tarixədək Ordu sıralarında xidmət keçmişdir; - YB-İ seriyalı, ****** nömrəli, ## #### 1991-ci il tarixli diplomun surətindən məlum olur ki, İddiaçı 1985-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsinə daxil olmuş, 1991-ci ildə həmin ixtisas üzrə tam kursu bitirmişdir; -Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyi tərəfindən verilmiş ## ######## 2024-cü il tarixli, *-**-**/*-*****/**** nömrəli arayışdan məlum olur ki, İddiaçı ##.##.1990-cı il tarixdən ##.##.1994-cü il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. İddiaçı daxili işlər orqanlarında xidməti iş stajı təqvimi hesablama ilə - 03 il, 09 ay, 21 gün, imtiyazlı hesablama ilə - 06 il, 09 ay, 27 gün təşkil edir; -Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş ## ######## 2024-cü il tarixli, **/**** nömrəli arxiv arayışdan məlum olur ki, İddiaçı 2010-2012-ci ildə Naxçıvan MR Ədliyyə Nazirliyi Ordubad rayon Dövlət Notariat kontorunda işləmiş və müvafiq aylar üzrə əməkhaqqı almışdır; -Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## #### 2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubdan məlum olur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və ya yaralanması barədə Naxçıvan MR DINdə heç bir məlumat yoxdur; -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ## #### 2025-ci il tarixli, *-**-**/-**/*-***/**** nömrəli məktubla göndərilmiş ## ###### 2001-ci il tarixli, ** nömrəli əmrdən çıxarışdan məlum olur ki, həmin əmrlə 1959cu ildə anadan olmuş, 1990-cı ildə Bakı Dövlət Universitetini bitirmiş, ali hüquq təhsilli ##.##.1999-cu ildən Ordubad rayon Dövlət Notariat Kontorunun dövlət notariusu vəzifəsində işləyən İddiaçı, X4 axırıncı rütbə dərəcəsi (R) nəzərə alınmaqla II-ci dərəcəli hüquqşünas rütbə dərəcəsi verilmiş və vəzifə maaşına minimum əmək haqqının 1,5 misli miqdarında əlavə edilmişdir; -Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ##### 2025-ci il tarixli, *-**-*-*/*-****/**** nömrəli məktubdan məlum olur ki, İddiaçı təqdim etdiyi sənədlər Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən araşdırılmış və məlum olmuşdur ki, İddiaçı əmək kitabçasında olan qeydlərə əsasən onun ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 12 il 09 ay 02 gün və daxili işlər orqanlarında 03 il 09 ay 21 gün iş stajı mövcuddur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə tələb olunan 15 il iş stajı və daxili işlər orqanlarında 25 il xidmət ili olmadığından Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin # ###### 2024-cü il tarixli *******A262942CB065 nömrəli qərarı ilə əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq stajına görə əlavənin hesablanmasından imtina edilmiş və qərarın bir nüsxəsi İddiaçı göndərilmişdir. İddiaçı # ######## 2024-cü il tarixində “Pensiya” altsistemi tərəfindən avtomatlaşdırılmış (proaktiv) qaydada 342,03 manat əmək pensiyası təyin olunmuşdur. Qeyd olunan məbləğ # ###### 2025-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən 8,1 faiz indeksləşdirilərək 369,73 manata çatdırılmışdır. İddiaçı yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edildiyindən onun adına pensiya işi açılmamışdır; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## #### 2025-ci il tarixli, *-**-**-**/*-****/**** nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi qaydası”na əsasən ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə, əvvəllər tətbiq edilən rütbə dərəcəsi olan vəzifədə, eləcə də xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə qulluq müddəti ədliyyə orqanlarında qulluq stajına daxil edilir. İddiaçı ##.##.1999-cu il tarixdən ##.##.2008-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturuna daxil olan Ordubad Rayon Dövlət Notariat Kontorunda notariat kontorunun müdiri-dövlət notariusu vəzifəsində (rütbə dərəcəsi və xüsusi rütbə nəzərdə tutulan vəzifədə) işləmişdir; - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ## ###### 2025-ci il tarixli, *-**-NDA/*-*-***/**** nömrəli məktubla göndərilmiş ## ###### 2025-ci il tarixli, *-**-NDA/*-*-M-****-**/**** nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 2002-2012-ci illərin müvafiq aylarında əməkhaqqı almışdır; - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2026-cı il tarixli, *-**-*-*/*-***/**** nömrəli məktubdan məlum olur ki, İddiaçı hazırda ödənilən yaşa görə əmək pensiyasının aylıq məbləği 369,73 manat təşkil edir. Bundan başqa, İddiaçı əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq stajına görə əlavənin hesablanacağı təqdirdə onun aylıq pensiya məbləği 879,35 manat təşkil edəcəkdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: (# ###### 2026-cı il tarixədək qüvvədə olan redaksiyada) 1.1.2-ci maddəsinə əsasən, dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. 2.3-cü maddəsinə görə, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. 22.7-1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2-ci maddəsinə əsasən qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi” Qaydası: 9-cu hissəsinə əsasən, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 7-1-ci hissəsinə görə, dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə:

1. Daxili işlər orqanlarında xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 59-1. Daxili işlər orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların daxili işlər orqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər daxili işlər orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri daxili işlər orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir. Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu: 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ** saylı Qərarı: 2.1. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə aşağıdakı qulluq (xidmət) müddətləri nəzərə alınır: 2.1.1. rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti; 2.1.3. dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifə üzrə stajorluq və sınaq müddəti; 2.3. “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il # ###### tarixli *** nömrəli Qərarının 2-ci hissəsinə uyğun olaraq dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya qeyd edir ki, iddiaçı yaşa görə əmək pensiyası alsa da hazırkı iş üzrə onun əsas hüquqi marağı dovlət qulluğunun xüsusi növündə işlədiyi (Daxili işlər orqanlarında (##.##.1990-cı il tarixdən ##.##.1994-ci il tarixədək) və Ədliyyə orqanlarında (##.##.1999-cu il tarixdən ##.##.2012-ci il tarixədək)) qulluq (xidmət) illərinin birləşdirilməklə dövlət qulluğu stajını nəzərə alaraq ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi və əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq əlavəsinin hesablanmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki,“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş 15 illik minimum staj tələbi daha yüksək hüquqi qüvvəyə malik normadır. Müəyyən olunmuşdur ki, ## ######## 1959-cu il təvəllüdlü iddiaçı İddiaçı ##.##.1990-cı il tarixdən ##.##.1994-ci il tarixədək X4, ##.##.1999-cu il tarixdən ##.##.2012-ci il tarixədək isə Ordubad rayon Notariat Kontorunda işləmişdir. Iddiaçının ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 12 il 08 ay 27 gün və X4 03 il 09 ay 21 gün iş stajının olması istər iddiaçı, istərsə də, cavabdeh tərəfindən mübahisələndirilmir və bunlar işin mübahisəsiz hallarıdır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının ərizəsindən imtina edərkən gətirdiyi arqumenti hüququn tətbiqində məntiqi ziddiyyət yaratmışır. Belə ki, iddiaçının pensiya hüququ cavabdeh orqan tərəfindən dar şərh yolu ilə ləğv edilə bilməz. Dövlət qulluğunun xüsusi növündə keçilmiş xidmət illəri vahid dövlət xidmətinin tərkib hissəsi olmaqla, pensiya hüququnun müəyyən edilməsində birlikdə nəzərə alınmalıdır; əks yanaşma hüquqi müəyyənlik, etimadın qorunması və mütənasiblik prinsiplərini pozmaqla, şəxsin qazanılmış sosial təminat hüququna əsassız müdaxilə yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən analoji hüquqi statusa malik şəxslərlə bağlı məsələyə artıq baxılmış və normativ-hüquqi aktların sistemli şərhi əsasında müvafiq hüquqi mövqe formalaşdıraraq bu kateqoriyadan olan şəxslərin hüquqi vəziyyətinə dair hüquqi müəyyənlik yaradılmışdır. Hazırkı iş üzrə qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsi dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri ilə ümumi dövlət qulluğu stajı arasında normativ inteqrasiyanı təmin edən norma kimi çıxış edir. Bu norma hüquqi bərabərlik və vahidlik prinsipləri arasında ədalətli balans yaratmaqla, xüsusi rütbəli vəzifələrdə xidmət dövrlərinin pensiya və digər sosial təminat hüquqlarının müəyyən edilməsində ayrıca, təcrid olunmuş kateqoriya kimi deyil, ümumi dövlət qulluğu stajının tərkib elementi kimi nəzərə alınmasını tələb edir. Qanunvericiliyin xüsusi rütbəlli vəzifələrdə xidmət dövrünü dövlət qulluğu stajına daxil etməsi, müvafiq subyekt üçün həmin stajın gələcəkdə sosial təminat imtiyazlarına, xüsusilə də pensiya əlavələrinə çevriləcəyi barədə əsaslı gözlənti hüququ yaradır. Bu kontekstdə, dövlət orqanının formalaşmış hüquqi vəziyyətdən fərqli bir inzibati praktika tətbiq etməsi və vətəndaşın qazanılmış stajının pensiya təminatında nəzərə alınmasından imtina etməsi, hüququn fundamental prinsiplərindən olan etimadın müdafiəsi prinsipinin pozulmasıdır. Işin hallarından müəyyən olunur ki, iddiaçı İddiaçı # ######## 2024-cü il tarixində “Pensiya” altsistemi tərəfindən avtomatlaşdırılmış (proaktiv) qaydada 342,03 manat əmək pensiyası təyin olunmuşdur. Qeyd olunan məbləğ # ###### 2025-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən 8,1 faiz indeksləşdirilərək 369,73 manata çatdırılmışdır. İddiaçı ##.##.1990-cı il tarixdən ##.##.1994-cü il tarixədək daxili işlər orqanlarında, ##.##.1999-cu il tarixdən ##.##.2012-ci il tarixədək ədliyyə orqanlarında rütbə dərəcəsi və xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə qulluq keçmişdir. Göründüyü kimi, iddiaçı təqvim hesabı ilə 03 il, 09 ay, 21 gün daxili işlər orqanlarında və 12 il 09 ay 02 gün ədliyyə orqanlarında xidmət etməklə ümumilikdə 16 il 6 ay 23 gün dövlət qulluğunun xüsusi növündə staj əldə etmişdir. Iddiaçının qeyd edilən iş stajı cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin əsas dəlili iddiaçının daxili işlər orqanlarında və ədliyyə orqanlarında işlədiyi illərin pensiya təyinatı zamanı dövlət qulluğu stajına daxil edilməsi üçün əsasların mövcud olmaması ilə bağlıdır. Kollegiya apellyasiya şikayətinin mahiyyətcə imtinada göstərilən eyni dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. Kollegiyanın sorğusuna cavab olaraq cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən göndərilmiş ## #### 2026-cı il tarixli, *-**-*-*/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.14-cü maddəsinə əsasən xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq əlavəsi almaq hüququ vardır. Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin — 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda is natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin — 2 faizi (müvafiq icra hakimiyyəti organı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında qulluq stajına görə əlavə hesablanır. Həmçinin, Qanunun 20.19.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında, Qanunun 20.19.2-ci maddəsinə əsasən isə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındaki fərq qədər qulluq stajına görə əlavə təyin edilir. İddiaçı Fonda ## ######## 2024-cü il tarixində pensiyasının sığorta hissəsinin üzərinə qulluq stajına görə əlavənin hesablanması ilə bağlı müraciəti daxil olmuş, müraciətin icrası ilə əlaqədar təqdim etdiyi sənədlər Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən araşdırılmış və məlum olmuşdur ki, İddiaçı əmək kitabçasında olan qeydlərə əsasən onun ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 12 il 09 ay 02 gün və daxili işlər orqanlarında 03 il 09 ay 21 gün iş stajı mövcuddur. Kolegiyanın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən göndərilmiş ##.##.2026-cı il tarixli, *-**-**-**/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi qaydası”na əsasən ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə, əvvəllər tətbiq edilən rütbə dərəcəsi olan vəzifədə, eləcə də xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə qulluq müddəti ədliyyə orqanlarında qulluq stajına daxil edilir. İddiaçı ##.##.1999-cu il tarixdən ##.##.2012-ci il tarixədək ədliyyə orqanlarında-notariat qurumlarında rütbə dərəcəsi və xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə qulluq keçmişdir. Belə ki, İddiaçı ##.##.1999-cu il tarixdə Ordubad rayon Dövlət Notariat Kontorunun müdiridövlət notariusu vəzifəsinə təyin olunmuş, ##.##.2008-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar tutduğu vəzifədən azad edilib, Ordubad rayon dövlət notariat kontorunda dövlət notariusu vəzifəsinə təyin edilmişdir. ##.##.2012-ci il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.7-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Qulluq keçdiyi dövr ərzində - ##.##.2001-ci il tarixdə daxili işlər orqanlarındakı axırıncı rütbəsi nəzərə alınmaqla R rütbə dərəcəsi, ##.##.2003-cü il tarixdə R rütbə dərəcəsi, ##.##.2011-ci il tarixdə R xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı Inzibati Məhkəməsinin müraciətinə dair ## ###### 2026-cı il tarixli qərardadında göstərilmişdir ki, “... Qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsində nəzərdə tutulmuş məsələ Nazirlər Kabinetinin 2024-cü il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” ilə tənzimlənmişdir. Həmin Qayda və şərtlərin 2.1 və 3.1-ci bəndlərinə uyğun olaraq, dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) müddətləri, dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən isə dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı dövrünün nəzərə alınması təsbit edilmişdir.... Konstitusiyanın 55-ci maddəsinin II hissəsində Azərbaycan Respublikasının vətəndaşlarının dövlət orqanlarında qulluq etmək imkanı nəzərdə tutulmuşdur. Bu konstitusion normanın tətbiqi mexanizmləri “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun 1 və 2.3-cü maddələrinin müddəalarını nəzərdən keçirdikdə, dövlət qulluqçularının və dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsini dövlət qulluğunun vahid sistemində xidmət kimi qiymətləndirmək olar. Həm dövlət qulluqçularının, həm də dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin xidməti mahiyyət etibarilə dövlətə xidmətin formalarıdır...Güzəştli şərtlərlə əmək pensiyası hüququ dövlət qulluqçularına şamil olunmasa da, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində dövlət qulluğu vəzifəsində 15 il və daha artıq qulluq stajı olan dövlət qulluqçularına qulluq stajına görə əmək pensiyasına əlavələrin verilməsi nəzərdə tutulmuşdur. Yəni qanunverici dövlət qulluğu sisteminin vahidliyi prinsipini nəzərə alaraq hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə yanaşı dövlət qulluqçuları üçün də pensiya sahəsində müəyyən güzəştlər verir. Belə güzəştlər həm dövlət qulluqçularına, həm də hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə uzun müddət dövlətə xidmət etdiklərinə görə verilir. Fərq yalnız ondan ibarətdir ki, qulluq stajına görə əmək pensiyasına əlavələrin verilməsi üçün dövlət qulluqçusu müəyyən müddət qulluq stajından əlavə olaraq qanunla müəyyən edilmiş pensiya yaşına çatmalıdır... Digər tərəfdən, dövlət qulluqçusu dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə, onun qulluq stajının pensiya məqsədləri üçün dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin hesablanması zamanı ümumiyyətlə nəzərə alınmaması da ədalət prinsipinin pozulmasına səbəb ola bilər. Məsələyə belə yanaşma tətbiq olunduqda, 14 il dövlət qulluğu stajı olan və eyni müddətdə dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrdə xidmət etmiş şəxs (ümumi 28 il) pensiya yaşına çatdıqda “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsində dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajına görə əmək pensiyasına əlavəni almaq hüququnu əldə etmir. Ondan daha az, yəni 15 il dövlət qulluqçusu kimi qulluq stajı olan şəxs isə bu hüququ əldə edir... Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinə dair tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Nazirlər Kabinetinə tövsiyə edilməlidir. Müvafiq təkmilləşdirilmə aparılanadək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə məsələlər həll edilərkən əmək pensiyaları və dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə yanaşı, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun və “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normaları da rəhbər tutulmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmşdir ki, Bakı Inzibati Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələlərin hazırkı vəziyyətdə mövcud qanunvericiliyin müvafiq normalarına, eləcə də bu Qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun həll edilməsi mümkün olduğundan, müraciət üzrə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ayrıca Qərar qəbul edilməsinə zərurət yoxdur. Işin sadalanan xüsusatlarına və istinad olunan hüquq normalarına əsaslanan kollegiya belə qənaətə gəlir ki, xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə qulluq keçmə dövlət qulluğunun xüsusi növündə qulluq keçməyə aiddir və dövlət qulluğunun xüsusi növündə xüsusi rütbə nəzərdə tutulan xidmət müddəti dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan normaların, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin tələbinə görə qeyd edilən dövr dövlət qulluğu stajı hesablanarkən nəzərə alınan dövrdür. Həmin dövr nəzərə alındıqda isə iddiaçının minimum dövlət qulluğu stajının 15 ildən artıq olması müəyyən edilir ki, həmin şərtin ödənilməsi dövlət qulluqçusu kimi pensiya təyinatı üçün əsasdır. Iddiaçı İddiaçı ## ######## 1959-cu il tarixdə doğulduğundan dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ 65 yaşının tamam olduğu # ######## 2024-cü ildə yaranmışdır. Kollegiya qeyd edir ki, oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarında da bildirilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, ““Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsinin tələbinə görə dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Həmçinin, Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 2.1 və 3.1-ci bəndlərinə əsasən dövlət qulluğunda staj və dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən stajların qarşılıqlı olaraq nəzərə alınacağı təsbit edilmişdir...Pensiya məqsədləri baxımından stajların qarşılıqlı olaraq nəzərə alınmasının mümkünlüyünə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları nəzərə alınmaqla qiymət verilməlidir. Sözügedən məsələ məhz həmin Qanun və onunla birbaşa əlaqəli digər qanunvericilik aktlarına istinadla həll olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə münasibətdə pensiya hüququnun reallaşdırılmasının müxtəlif imkanları nəzərdə tutulmuşdur. Onlardan biri də xidmət illərinə görə pensiyanın təyin edilməsidir. “Əmək pensiyaları haqqında” Qanun hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə xidmət illərinə görə pensiyanın təyin edilməsinin həlledici şərti kimi həmin orqanlarda konkret müddətlərdə qulluq keçməni tələb edir. Beləliklə, qanunverici bu əsasla pensiya təyin edilməsini müstəsna olaraq sözügedən orqanlarda hərbi qulluqçu və ya xüsusi rütbəli şəxs kimi konkret müddət ərzində qulluqdan asılı edir, pensiya yaşından asılı etmir. Bu, hərbi qulluqçu və ya xüsusi rütbəli şəxs kimi qulluğun özünəməxsus xüsusiyyətlərindən və şərtlərindən irəli gəlir, həm də pensiya məqsədləri baxımından qanunvericinin iradəsini göstərir. Nəzərə alınmalıdır ki, stajların qarşılıqlı hesablanmasına münasibətdə qulluq münasibətlərinin davam etdiyi dövrdə və pensiya təyin edilməsi zamanı fərqli yanaşmanın tətbiq edilməsi qulluğun şərtlərindən irəli gəlir, ona görə də, mümkün və ağlabatan olmaqla, son nəticədə qanunvericinin mülahizəsindən asılıdır. Məhkəmə, hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq bu məsələni qanunvericinin iradəsinin ziddinə həll edə bilməz. Bununla yanaşı, digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş şəxslər “Əmək pensiyaları haqqında” Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil, eyni zamanda, oxşar əsaslar üzrə pensiya təminatının nəzərdə tutulduğuna istinadla həmin orqanlarda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdəki qulluq illərinin məcmusundan çıxış etməklə xidmət illərinə görə pensiyanın təyin edilməsini tələb edə bilərlər. Nəhayət, şəxslər dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə xidmət illərinin dövlət qulluğundakı qulluq stajının müddətinə daxil edilməsini tələb edə, bununla da, dövlət qulluğundan irəli gələn pensiya hüququnu “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq dövlət qulluqçuları üçün nəzərdə tutulmuş ümumi qaydada həyata keçirə bilərlər. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsi həmin maddədə göstərilən orqanlarda qulluq keçməni, bu qulluq keçmənin Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənməsindən, habelə “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1 və 22.7-2-ci maddələrinin məzmunundan asılı olmayaraq, dövlət qulluğu kimi tanıyır. Əks yanaşma, dövlət qulluğunda uzun müddət işləmiş şəxslərin ümumiyyətlə, dövlət qulluqçusu kimi pensiya təminatından tamamilə mərhum olunması ilə nəticələnə bilər. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə xidmət illərini onun dövlət qulluğundakı qulluq stajına daxil edilməklə dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilməsini tələb etməkdə haqlı olduğundan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Göründüyü kimi iddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlindiyindən apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğvi üçün əsas təşkil etmir. Inzibati mübahisəyə dair işə kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə səbəb ola biləcək yeni hallar da müəyyən edilməmişdir. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası IPM-in 2, 68, 69, 75, 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərar verdi:

Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Yusifəli Qurbanov Hakimlər: Müşfiq Həsənov, Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar