Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-37/2026 13.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, iddiaçı İddiaçı və cavabdeh Cavabdehn nümayəndəsi X4 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## ### 2025-ci il tarixli, *******D00CDE13F5D0 nömrəli qərarının ləğv olunması və ona 60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## ### 2025-ci il tarixli, *******D00CDE13F5D0 nömrəli qərarının ləğv olunması və ona 60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarından narazı qalan cavabdeh Cavabdeh şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, ## #### 1963-cü il tarixdə anadan olmuş İddiaçı ## #### 2025-ci il tarixli ərizə ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı Fondun müvafiq şöbəsinə müraciət etmişdir. Şöbənin ## ### 2025-ci il tarixli, *******D00CDE13F5D0 nömrəli qərarı ilə iddiaçıya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Imtinanın əsası kimi İddiaçı qanunvericiliklə tələb olunan 12 il 6 ay xüsusi iş stajına qarşı arxiv arayışlarında onun adına əmək haqqı olmayan aylar çıxıldıqdan sonra 10 il 18 gün xususi iş stajının olduğu göstərilmişdir. Iddiaçı qeyd edir ki, 1987-1990-cı illərdə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində yerləşən ** saylı Tikinti Quraşdırma Idarəsində "betonşik" vəzifəsində rəsmi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək kitabçasının Azərbaycan dilinə notarial qaydada tərcüməsində onun vəzifəsi "beton döşəyən” kimi göstərilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində, o cümlədən Nazirlər Kabinetinin təsdiqlədiyi siyahılarda "beton döşəyən" peşəsi güzəştli pensiya hüququ verilən işlər sırasında qeyd olunur. Buna baxmayaraq, Dövlət Sosial Müdafiə Fondu əmək kitabçasında "beton döşəyən" ifadəsi deyil, rus dilində "betonşik" yazıldığı üçün 1987-1990-cı illər üzrə əmək stajının güzəştli staj kimi tanınmasından imtina etmişdir. "Betonşik" peşəsi Azərbaycan dilinə məhz “beton döşəyən” kimi tərcümə olunur və bu vəzifələr eyni iş fəaliyyətini ifadə edir. İddiaçı iddia edir ki, faktiki olaraq o, beton tökmə, döşəmə və digər fiziki ağır betonlaşdırma işlərini icra etmişdir ki, bu da birbaşa qanunda nəzərdə tutulan fəaliyyətlə üst-üstə düşür. Hazırki iş üzrə mübahisə edilən hal iddiaçının tələb olunan 12 il 6 ay xüsusi iş stajının mövcud olmamasıdır. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2025-ci il tarixili cavab məktubunda İddiaçı ##.##.1990-cı il tarixindən ##.##.2002-ci il tarixinədək işlədiyi iş ustası və iş icraçısı vəzifələrinin xüsusi iş stajına aid olduğu bildirilmişdir. Qeyd olunan dövrlər arxiv arayışları ilə qarşılıqlı yoxlanılmış, arxiv arayışlarında adına əmək haqqı olmayan aylar çıxıldıqdan sonra iddiaçının 10 il 18 gün xüsusi iş stajının olduğu müəyyən olunmuşdur. Beləliklə, iddiaçı ümumi iş stajı üzrə tələbi ödəsə də, qanunvericilikdə nəzərdə tutulmuş xüsusi iş stajı üzrə 12 il 6 ay müddətində işləmə şərtini təmin etməmişdir. Iddiaçının "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş 12 il 6 ay xüsusi iş stajına malik olmaması nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmənin şahid ifadələrinə əsaslanaraq iddiaçının 1987–1990-cı illərdə betonçu işləməsi ilə bağlı qərarda göstərilənlərə münasibətdə qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 3, 16 və 17-ci bəndləri stajın sənədlərlə təsdiq edilməsinin obyektiv olaraq mümkün olmadığı hallarda tətbiq edilən xüsusi hüquqi mexanizmi nəzərdə tutur. Əsasnamənin 16-cı bəndi xüsusi olaraq vurğulayır ki, sənədlər mövcud olduqda və təqdim oluna bildikdə imtiyazlı pensiya hüququ verən işin xarakteri şahid ifadələrinə əsasən müəyyən edilə bilməz. Bu mühüm məhdudiyyət təsadüfi deyil, çünki peşə vəzifələrinin hüquqi təsnifatı və zərərli şəraitdə çalışmanın müəyyən edilməsi sırf hüquqi-texniki məzmunludur və şahidin subyektiv qavrayışı ilə müəyyən edilə bilməz. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi" Qaydasına * nömrəli Əlavəyə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinə istinad edilmişdir. Iddiaçı İddiaçı tərəfindən şikayətə qarşı daxil olmuş etirazda göstərilmişdir ki, cavabdehin fikrincə şahidlərin dindirilməsi maddi hüquq normaların pozulması və düzgün tətbiq edilməməsidir. Birinci instansiya məhkəməsində şahdlərin onun tərəfindən dəvət edilməsi və məhkəmədə dindirilməsi o məqsəd üçün edilmişdir ki, həqiqətən də onun əmək kitabçasında yazılmış «betonşik» işinin əslində AR Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29cü bəndində olan asfalt - betonçular işi ilə faktiki olaraq eyni vəzifə olmaqla, eyni əmək funksiyalarını yerinə yetirməsini göstərmək idi. Məhz məhkəmə zamanı şahidlərin verdiyi ifadələr də təsdiq etdi ki, 1987-1990-cı illərdə işlədiyi zaman betonşikin bilavasitə icra etdiyi funksional vəzifələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cü bəndində olan asfalt - betonçular funksional vəzifələrinə uyğundur. Məhkəmədə şahid ifadələri ilə işin xarakteri yox, iddiaçının o zaman gördüyü işlə indiki dövrdə asfalt betonçuların gördüyü işin eyni olmasının araşdırılması məqsədi ilə şahidlər dindirilib. Cavabdehin də imtinasının və məhkəməyə təqdim etdiyi etirazın əsas məğzi ondan ibarət olub ki, betonşikin gördüyü iş ilə asfalt-betonçuların, betonçuların, beton döşəyənlərin gördüyü iş fərqli olub. Bütün bunları araşdırıb obyektiv qərar qəbul edilməsi üçün isə şahidlərin dindirilməsi inzibati mübahisənin obyektiv araşdırılmasına xidmət edib. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Cavabdehn nümayəndəsi X4 izahatında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı İddiaçı izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ Insan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin III hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Iş materiallarında olan; - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ordubad rayonu, Vənənd kəndində yaşayan İddiaçı ünvanlanan ## ### 2025-ci il tarixli, *-**-*-*/*-S-****/**** nömrəli məktubundan görünür ki, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün təqdim edilən sənədlər Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamerıtinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı tələb olunan 12 il 06 ay xüsusi iş stajı olmadığı məlum olmuşdur. Göstərilənləri nəzərə alaraq, Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin ## ### 2025-ci il tarixli, *******D00CDE13F5D0 nömrəli qərarı ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə pensiya təyinatı komissiyasının əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında ## ### 2025-ci il tarixli, *******D00CDE13F5D0 nömrəli qərarından məlum olur ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, tələb olunan xüsusi stajının olmaması səbəbindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Belə ki, vətəndaş İddiaçı əmək kitabçasında olan qeydlərə və təqdim etdiyi arxiv arayışlarına baxılmış, ## ###### 2006-cı il tarixinədək 21 il 04 ay 07 gün, ## ###### 2006-cı il tarixindən sonra hüququnun yarandığı ## #### 2025-ci il tarixinədək X10 Sistemində (bundan sonra- MElS) olan məlumatlarda 17 il 01 ay, ümumilikdə isə 38 il 05 ay 07 gün ümumi iş stajı olduğu məlum olmuşdur. Vətəndaşın xüsusi iş stajını müəyyən etmək üçün “xxxx” MMC-yə ## ##### 2025-ci il tarixli, *-**-*-*/*-****/**** nömrəli və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ## ##### 2025-ci il tarixli, *-**-*-*/*-****/**** nömrəli sorğu məktubları ünvanlanmışdır. “xxxx” MMC tərəfindən sorğuya cavab verilməmiş, lakin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ## ### 2025-ci il tarixində göndərilən cavab məktubunda İddiaçı ## ##### 1990-cı il tarixindən ## ### 2002-ci il tarixinədək işlədiyi iş ustası və iş icraçısı vəzifələrinin xüsusi iş stajına aid olduğu bildirilmişdir. Qeyd olunan dövrlər arxiv arayışları ilə qarşılıqlı yoxlanılmış arxiv arayışlarında adına əmək haqqı olmayan aylar çıxıldıqdan sonra 10 il 18 gün xususi iş stajının olduğu aşkar olunmuşdur. - “xxxx” MMC tərəfindən verilmiş ## ### 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ##.##.1987-##.##.1990-ci il tarixləri arasında Culfa şəhərində yerləşən ** saylı Tikinti Quraşdırma Idarəsində “betonşik” vəzifəsində çalışmışdır. Məlumat üçün bildiririk ki, “betonşik” vəzifəsi faktiki olaraq “beton döşəyən” vəzifəsinin funksiyalarına uyğundur. Əmək fəaliyyəti dövründə o, aşağıdakı işləri yerinə yetirmişdir: - Betonun tökülməsi və yayılması; - Qəlibləmə və armaturların quraşdırılması; - Tikinti sahəsində ağır fiziki əmək şəraitində iş; - Açıq hava, tozlu və yüksək fiziki yük altında iş şəraiti. Bildirilir ki, bu fəaliyyətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2022-ci tarixli, *** nömrəli qərarı ilə dəqiqləşdirilmiş “beton döşəyən” peşəsinin funksiyalarına tam uyğundur və güzəştli pensiya hüququ verən iş şəraitinə daxildir. Bu arayış əmək fəaliyyətinin və peşə uyğunluğunun təsdiqi məqsədilə təqdim olunur. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ## #### 1965-ci il tarixdə doğulmuşdur. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş və tərcümə edilmiş surətindən görünür ki, o, ##.##.1985-ci il tarixdən ##.##.1985-ci il tarixədək * nömrəli Ixtisaslaşdırılmış Sənaye Tikinti Quraşdırma Trestində 3-cü dərəcəli polad və dəmir-beton konstruksiyaları üzrə çilingər vəzifəsində işləmiş, hərbi xidməti başa vurduqdan sonra ##.##.1987-ci il tarixdən ##.##.1987-ci il tarixədək yenidən * nömrəli Ixtisaslaşdırılmış Sənaye Tikinti Quraşdırma Trestində 3-cü dərəcəli polad və dəmir-beton konstruksiyaları üzrə çilingər vəzifəsində çalışmış, ##.##.1987-ci il tarixdən ##.##.1990-cı il tarixədək ** nömrəli Tikinti- Quraşdırma Idarəsində əvvəl 4-cü, daha sonra 2-ci dərəcəli betonçu, ##.##.1990-cı il tarixdən ##.##.1997-ci il tarixədək Ordubad ** nömrəli MSD-də iş ustası vəzifələrində işləmiş, ##.##.1997-ci il tarixdən xxxx Quraşdırma Idarəsində briqadir, ##.##.1997-ci il tarixdən iqtisadçı, ##.##.1997-ci il tarixdən Əylis kənd məktəbi obyektində iş icraçısı vəzifəsində işləmiş və ##.##.2002-ci il tarixdən baş mühəndis təyin edildiyindən iş icraçısı vəzifəsindən azad edilmiş, ##.##.2002-ci il tarixdən xxxx Quraşdırma Idarəsində baş mühəndis, ##.##.2003-cü il tarixindən həmin Idarənin rəisi vəzifəsində işləmiş və ##.##.2013-cü il tarixdə həmin vəzifədən azad edilmiş, ##.##.2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon Idarəsinə rəis vəzifəsinə təyin edilmiş və ##.##.2024cü il tarixdən həmin vəzifədən azad edilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon bölməsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, *-**-**/*-**/** nömrəli arayışdan aydın olur ki, 1965-ci il təvəllüdlü istefada olan R İddiaçı, həqiqətən ##.##.1985-ci il tarixdən ##.##.1987-ci il tarixədək keçmiş SSRI Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. - Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş ## #### 2024-cü il tarixli, ** nömrəli arayışdan görünür ki, Culfa Rayon Dövlət Arxivində mühafizə olunan Culfa Rayon ** №-li Tikinti Quraşdırma idarəsinin sənədlərinə baxdıqda İddiaçı, ##.##.1987-ci ildə ** №-li əmrlə işə girmiş, ##.##.1990-cı ildə ** №-li əmrlə işdən azad edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, *-**-DA-**F/*-**-**** nömrəli arxiv çıxarışından məlum olur ki, İddiaçı Sumqayıt Politexnik Texnikumu üzrə # #### 1981-ci il tarixli, 154-с №-li əmrlə qəbul imtahanları olmadan Sumqayıt Politexnik Texnikumuna, gündüz şöbəsi, Azərbaycan sektoru, 8 sinif bazasında "Sənaye və mülki tikinti" ixtisas üzrə 1-ci kursa qəbul edilmiş, ## ###### 1985-ci il tarixli, 72-k №-li əmrlə DIK-nın (Dövlət Ixtisas Komissiyasının) qərarına əsasən, diplom layihəsini uğurla müdafiə edərək texnikumu bitirmiş hesab edilmiş, ona ПСД-8-81 qrupunun gündüz şöbəsi, 1202 – “Sənaye və Mülki Tikinti” ixtisası üzrə «mühəndis-inşaatçı» ixtisası verilmişdir. - Ordubad Rayon Dövlət Arxivi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, ** nömrəli arayışda İddiaçı əmr № ** ilə ##.##.1990-ci il tarixdə köçürmə yolu ilə Ordubad Rayon ** saylı MCD-ə iş ustası qəbul edilməsi faktı və 1992-2005-ci illərdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan aydın olur ki, İddiaçı xxxx MMC-də aşağıdakı dövrlərdə çalışmışdır: 1. ##.##.2024-cü il tarixdən (Əmr № **/**) ##.##.2025-ci il tarixədək (Əmr N **/25) iş icraçısı vəzifəsində; 2. ##.##.2025-ci il tarixdən (Əmr № **/**) iş icraçısı vəzifəsində, hal-hazırda davam edir. İddiaçı işlədiyi vəzifə üzrə iş stajı 1 il 2 ay təşkil edir. İddiaçı qeyd olunan dövrlərdə işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinə uyğundur. - Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışlardan məlum olur ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Culfa və Ordubad rayon idarələrində aşağıdakı dövrlərdə çalışmışdır: 1.##.##.1987-ci il tarixdən (əmr №**) ##.##.1990-cı il tarixədək (əmr № ****) betonçu vəzifəsində; 2.##.##.1990-cı tarixdən (əmr № ****) ##.##.1990-cı il tarixədək (əmr № **) iş ustası vəzifəsində; 3. ##.##.1990-cı il tarixdən (əmr № *) ##.##.1997-ci il tarixədək (əmr № **) iş ustası vəzifəsində; 4. ##.##.1997-ci il tarixdən (əmr № **) ##.##.2002-ci il tarixədək (əmr № **) iş icraçısı vəzifəsində. İddiaçı işlədiyi vəzifə üzrə iş stajı 11 il 8 ay təşkil edir. İddiaçı qeyd olunan dövrlərdə işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinə uyğundur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin ## ###### 2025-ci il tarixli, *-**- NDA/*-*-***/**** nömrəli məktubundan görünür ki, İddiaçı ** №-li Tikinti-Quraşdırma Idarəsinin 1987-1990-cı illərə dair əmr kitabları və əmək haqqı cədvəlləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməmişdir. Həmin məktubla İddiaçı Ordubad Rayon ** №-li MSD Tikinti-Quraşdırma Idarəsində işlədiyi 1990- 2002-ci il tarixlərə dair əmrlər və həmin illərdə əmək haqqı alması barədə *** saylı, ##.##.2025-ci tarixli arxiv arayışları məhkəməyə göndərilmişdir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun # ###### 2025-ci il tarixli, *-**-*-*/*-*****/**** nömrəli məktubundan görünür ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışda qeyd olunan 11 il 08 ay xüsusi iş stajı və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışda qeyd olunan 01 il 02 ay xüsusi iş stajı arxiv arayışlarına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra-MEIS) olan məlumatlara əsasən qarşılıqlı yoxlanılmışdır. Arxiv arayışlarında və MEIS-də vətəndaşın adına əməkhaqqı olmayan aylar sığorta stajı kimi nəzərə alınmamış və xüsusi iş stajının ## ###### 2025-ci il tarixinədək 10 il 09 ay 18 gün olduğu müəyyən olunmuşdur. Nəticədə, ## ###### 2025-ci il tarixinədək İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən tələb olunan 12 il 06 ay xüsusi iş stajının olmadığı müəyyən edilmişdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## ### 2022-ci il tarixli Qanunun: 1-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda... aşağıdakı dəyişikliklər edilsin: 1.4. 9-cu maddə üzrə: 1.4.1. 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr aşağıdakı redaksiyada verilsin: “9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (##.##.2006-cı il tarixədək qüvvədə olmuşdur): 13-cü maddəsinin b) bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahı üzrə kişilər 55 yaşına catdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il ## ###### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin: 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 16-cı bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.15. hərbi xidmət müddəti (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) – hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud hərbi xidmətin keçildiyi dövlət orqanının arayışına əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli, *** nömrəli qərarının: 1-ci bəndinin ikinci abzasına əsasən Qaydanın 4.1.20-ci yarımbəndində “işəgötürənin” sözü “işəgötürən tərəfindən verilən” sözləri ilə, “arayışına” sözü “güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa” sözləri ilə əvəz edilmiş və həmin yarımbəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Işəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayış təqdim oluna bilmədikdə isə şəxsin işlədiyi sahə, peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilənlərlə eynilik təşkil etdikdə MEIS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il ####un #-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə əmək kitabçasında olan qeydə, bu qeydin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə Dövlət arxivinin arayışına əsasən.” Işin hallarından aydın olur ki, iddiaçı İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə pensiya təyinatı şöbəsinə müraciət etmişdir. Şöbənin ## ### 2025-ci il tarixli, *******D00CDE13F5D0 nömrəli qərarı ilə iddiaçıya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Imtinanın əsası kimi İddiaçı qanunvericiliklə tələb olunan 12 il 6 ay xüsusi iş stajına qarşı arxiv arayışlarında onun adına əmək haqqı olmayan aylar çıxıldıqdan sonra 10 il 18 gün xususi iş stajının olduğu göstərilmişdir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## ### 2025-ci il tarixli, *******D00CDE13F5D0 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə əmək pensiyanın təyin edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı İddiaçı ##.##.1987-ci il tarixdən ##.##.1990-cı il tarixədək ** nömrəli Tikinti- Quraşdırma Idarəsində əvvəl 4-cü, daha sonra 2-ci dərəcəli (betonşik) betonçu vəzifəsində 2 il 5 ay 26 gün işləməsi faktı iddiaçının əmək kitabçası və arxiv arayışları ilə tam təsdiq edilir. Həmçinin məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş X1 və X3 bir daha təsdiq etmişdirlər ki, iddiaçı İddiaçı 1987-1990-cı illərdə tikintidə işlədiyi dövrdə əsas işi betonçuluq olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının XXVII bəndinin 2290000a11140 vəzifə koduna uyğun olmaqla asfalt - betonçular adı ilə qeyd edilmişdir. Həmçinin mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası, arayışlarla və əmrdən çıxarışlarla təsdiq olunur. Iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını və arxiv arayışlarını mötəbər sübut kimi qiymətləndirir. Iddiaçının güzəştli şərtlərlə pensiya hüququ vərən peşələrdə (vəzifələrdə) ümumilikdə azı 12 il 06 ay işləməsi, işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndinin a) və b) yarımbəndlərində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının XXVII bəndinin 2290000a-11140 vəzifə kodlarına tam uyğun olması faktı nəzərə alınmalıdır. Bununla da iddiaçının 38 ildən artıq ümumi iş stajının 12 il 6 ayından artıq hissəsinin güzəştli şərtlərlə pensiya hüququ vərən peşələrdə (vəzifələrdə) işləməsi cavabdeh orqan tərəfindən iddiaçının xüsusi iş stajının olmaması səbəbi ilə imtina verilməsi halını təkzib edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin ##.##.2022-ci il tarixdən qüvvədə olan redaksiyasının və 7-ci maddəsinin müddəaları baxımından şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunvericilikdə nəzərdə tutulmuş 60 yaşına çatmalı, azı 25 il ümumi stajı olmalı, həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə toplamalı və ya azı 25 il ümumi stajı olmasa da fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Eyni zamanda, ##.##.2022-ci il tarixli həmin Qanunun keçid müddəalarında təsbit edilmişdir ki, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1-ci maddəsi əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə ##.##.2025-ci il tarixdən mövcuddur. Belə ki, iddiaçı İddiaçı məxsus ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən,arxiv arayışları və digər sənədlərdən aydın olur ki, onun 38 ildən artıq ümumi, 15 ildən artıq isə xüsusi iş stajı vardır. Belə ki, iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan aydın olur ki, İddiaçı xxxx MMC-də aşağıdakı dövrlərdə çalışmışdır:
1. ##.##.2024-cü il tarixdən (Əmr № **/**) ##.##.2025-ci il tarixədək (Əmr N **/25) iş icraçısı vəzifəsində;
2. ##.##.2025-ci il tarixdən (Əmr № **/**) iş icraçısı vəzifəsində, hal-hazırda davam edir. İddiaçı işlədiyi vəzifə üzrə iş stajı 1 il 2 ay təşkil edir. İddiaçı qeyd olunan dövrlərdə işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinə uyğundur. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışlardan məlum olur ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura və Arxitektura Komitəsinin tabeliyində fəaliyyə göstərən Culfa və Ordubad rayon idarələrində aşağıdakı dövrlərdə çalışmışdır: 1.##.##.1987-ci il tarixdən (əmr №**) ##.##.1990-cı il tarixədək (əmr № ****) betonçu vəzifəsində; 2.##.##.1990-cı il tarixdən (əmr № ****) ##.##.1990-cı il tarixədək (əmr № **) iş ustası vəzifəsində;
3. ##.##.1990-cı il tarixdən (əmr № *) ##.##.1997-ci il tarixədək (əmr № **) iş ustası vəzifəsində;
4. ##.##.1997-ci il tarixdən (əmr № **) ##.##.2002-ci il tarixədək (əmr № **) iş icraçısı vəzifəsində. İddiaçı işlədiyi vəzifə üzrə iş stajı 11 il 8 ay təşkil edir. İddiaçı qeyd olunan dövrlərdə işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndinə uyğundur. Həmçinin cavabdeh tərəfindən iddiaçı İddiaçı ##.##.1987-ci il tarixdən ##.##.1990-cı il tarixədək ** nömrəli Tikinti-Quraşdırma Idarəsində əvvəl 4-cü, daha sonra 2-ci dərəcəli (betonşik) betonçu vəzifəsində işlədiyi dövrlər güzəştli iş stajı verən peşə kimi nəzərə alınmamışdır. Buna səbəb iddiaçının əmək kitabçanda həmin dövrlərdə vəzifəsinin adının rus dilində "betonşik" yazılması olmuşdur, belə ki, betonşik vəzifəsi Azərbaycan Respublikası Nazirlər kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"da qeyd olunmur. Idiaçının əmək kitabçasının Azərbaycan dilinə tərcüməsində "betonşik" vəzifəsi "beton döşəyən” kimi qeyd olunmuş, "beton döşəyən" peşəsi isə Nazirlər Kabinetinin təsdiqlədiyi siyahılarda güzəştli pensiya hüququ verilən işlər sırasında göstərilir. Kollegiya cavabdehin imtinasının dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı İddiaçı ##.##.1987-ci il tarixdən ##.##.1990-cı il tarixədək ** nömrəli Tikinti- Quraşdırma Idarəsində əvvəl 4-cü, daha sonra 2-ci dərəcəli (betonşik) betonçu vəzifəsində 2 il 5 ay 26 gün işləməsi faktı iddiaçının əmək kitabçası və arxiv arayışları ilə tam təsdiq edilir. Həmçinin “xxxx” MMC tərəfindən verilmiş ## ### 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ##.##.1987-##.##.1990-ci il tarixləri arasında Culfa şəhərində yerləşən ** saylı Tikinti Quraşdırma Idarəsində “betonşik” vəzifəsində çalışmışdır. Məlumat üçün bildiririk ki, “betonşik” vəzifəsi faktiki olaraq “beton döşəyən” vəzifəsinin funksiyalarına uyğundur. Əmək fəaliyyəti dövründə o, aşağıdakı işləri yerinə yetirmişdir: - Betonun tökülməsi və yayılması; - Qəlibləmə və armaturların quraşdırılması; - Tikinti sahəsində ağır fiziki əmək şəraitində iş; - Açıq hava, tozlu və yüksək fiziki yük altında iş şəraiti. Bildirilir ki, bu fəaliyyətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2022-ci tarixli, *** nömrəli qərarı ilə dəqiqləşdirilmiş “beton döşəyən” peşəsinin funksiyalarına tam uyğundur və güzəştli pensiya hüququ verən iş şəraitinə daxildir. Bu arayış əmək fəaliyyətinin və peşə uyğunluğunun təsdiqi məqsədilə təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** saylı qərarına * saylı əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * nömrəli Siyahısı: -XXVII. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri; asfalt — betonçular (2290000a—11140) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı: - 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri; a) fəhlələr: asfalt və beton döşəyənlər. Iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ümumilikdə 15 il 3 ay 26 gün xüsusi iş stajına malik olması inzibati işin araşdırılmış halları ilə öz təsdiqini tapır. Iddiaçının xüsusi iş stajının 12 il 6 aydan az olması, arxiv arayışlarında onun adına əmək haqqı olmayan aylar çıxıldıqdan sonra 10 il 18 gün xususi iş stajının olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya bir daha qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ümumilikdə 15 il 3 ay 26 gün xüsusi iş stajına malik olması inzibati işin araşdırılmış halları ilə öz təsdiqini tapır. Həmçinin qanunvericiliyin tələbinə əsasən maliyyə sənədlərini qoruyub saxlamaq, onları dövlət arxiv idarələrinə təhvil vermək, məcburi dövlər sosial sığorta ödənişlərini ödəmək işçinin deyil, işəgötürənin vəzifəsi hesab olunduğundan sosial sığorta ödənişlərinin aparılmaması belə iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. Iddiaçının yuxarıda qeyd olunan müəssisə və təşkilatlardakı əmək fəaliyyəti və stajı onun əmək kitabçası və digər sənədlərlə təsdiq olunur. Əmək kitabçasının mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilmir. Apellyasiya icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Bununla yanaşı müəssisənin əməkhaqqı cədvəllərində bəzi vaxtlarda iddiaçının adına əməkhaqqının yazılmaması və ya əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməməsi, eləcə də ödənilmiş əməkhaqqı məbləğindən məcburi dövlət sosial sığorta haqlarının tutulmaması iddiaçının məsuliyyət dairəsinə aid edilə, onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Göründüyü kimi iddiaçının tələbi üzrə cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Beləliklə, kollegiya nəticəyə gəlir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənləri və Azərbaycan Respublikası IPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1ci maddələrini rəhbər tutaraq kollegiya
qərara alır:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.