Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2-1(3-1)-40/2026 14.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Novruzov Səxavət Hüseyn oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı X1 Mərkəzi” publik hüquqi şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “X1 Mərkəzi” publik hüquqi şəxsin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı "Əmək və məşqulluq” altsistemində (ƏMAS-da) üçüncü şəxs6 dair ## #### 2024-cü il tarixli, *WQ*DPH****X* nömrəli bildirişdə, üçüncü şəxs5 dair ## #### 2024-cü il tarixli, *ET*EMU****X* nömrəli bildirişdə, üçüncü şəxs4 dair ## #### 2024-cü il tarixli, *******0003X0 nömrəli bildirişdə, üçüncü şəxs3 dair ## #### 2024-cü il, **LKK*E****X* nömrəli bildirişdə, Məmmədova İsmət Arif qızına dair ## #### 2024-cü il tarixli *W****G****X* nömrəli bildirişdə və Quliyeva Sədaqət İsmayıl qızına dair ## #### 2024cü il tarixli, *ZX*P*X****X* nömrəli bildirişdə əmək müqaviləsinin əsasının dəyişdirilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinin qeyd edilməsi məqsədi ilə “X1 Mərkəzi” publik hüquqi şəxsinə müvafiq texniki imkanın təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X1 Mərkəzi” publik hüquqi şəxsi iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək “X1 Mərkəzi” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Ordubad Rayon Mərkəzi Xəstəxanasının Qəbul bölməsinin tibb bacısı üçüncü şəxs6, “X1 Mərkəzi” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Ordubad Rayon Uşaq Xəstəxanasının Uşaq şöbəsinin tibb bacısı üçüncü şəxs5, “X1 Mərkəzi” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Ordubad Rayon Uşaq Xəstəxanasının Poliklinika şöbəsinin tibb bacısı üçüncü şəxs4, “X1 Mərkəzi” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Pəzməri kənd FMM-nin məntəqə müdiri üçüncü şəxs3, “X1 Mərkəzi” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Ordubad Rayon Mərkəzi Xəstəxanasının Laboratoriya şöbəsinin laborantı Məmmədova İsmət Arif qızı və “X1 Mərkəzi” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Ordubad Rayon Mərkəzi Xəstəxanasının Sterilizasiya bölməsinin tibb bacısı üçüncü şəxs1 İsmayıl qızı barəsində “Əmək və məşğulluq" altsistemində (ƏMAS-da) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi kimi aparılmış qeydiyyatın ləğv edilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”a” bəndi kimi düzəliş edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X1 Mərkəzi” publik hüquqi şəxsi məhkəməyə ## ###### 2025-ci il tarixli yeni iddia ərizəsi təqdim edərək “Əmək və məşğulluq" altsistemində (ƏMAS-da) üçüncü şəxs6 dair ## #### 2024-cü il tarixli, *WQ*DPH****X* nömrəli bildirişdə, üçüncü şəxs5 dair ## #### 2024-cü il tarixli, *ET*EMU****X* nömrəli bildirişdə, üçüncü şəxs4 dair ## #### 2024- cü il tarixli, *******0003X0 nömrəli bildirişdə, üçüncü şəxs3 dair ## #### 2024cü il tarixli, **LKK*E****X* nömrəli bildirişdə, Məmmədova İsmət Arif qızına dair ## #### 2024-cü il tarixli, *W****G****X* nömrəli bildirişdə və üçüncü şəxs1 İsmayıl qızına dair ## #### 2024-cü il tarixli, *ZX*P*X****X* nömrəli bildirişdə əmək müqaviləsinə xitam verilməsinin əsasının dəyişdirilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 "a” bəndinin qeyd edilməsi məqsədi ilə “X1 Mərkəzi” publik hüquqi şəxsinə müvafiq texniki imkanın təmin edilməsi vəzifəsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli protokol qərardadı ilə yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə üçüncü şəxs6, üçüncü şəxs5, üçüncü şəxs4, üçüncü şəxs3, Məmmədova İsmət Arif qızı və üçüncü şəxs1 İsmayıl qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılarkən kollegiyanın ##.##.2026-cı il tarixli, 2-1(3-1)- **/**** nömrəli qərardadı ilə iş üzrə yenidən araşdırma aparılması üçün cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə 1 (bir) ay müddət müəyyən edilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən məhkəməyə ## ###### 2026-cı il tarixli, *-**-*- */*-****/**** nömrəli apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təqdim edilmiş, həmin ərizə ilə apellyasiya şikayətinin geri götürülməsi və şikayət üzrə apellyasiya icraatına qanunvericiliyə uyğun olaraq xitam verilməsi barədə qərar qəbul edilməsi kollegiyadan xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilməsinə baxmayaraq cavabdeh Cavabdeh nümayəndəsi və üçüncü şəxslər üçüncü şəxs6, üçüncü şəxs5, üçüncü şəxs4, üçüncü şəxs3, Məmmədova İsmət Arif qızı və üçüncü şəxs1 İsmayıl qızı məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı X1 Mərkəzi” publik hüquqi şəxsin nümayəndəsi X4 cavabdehin apellyasiya şikayətinin geri götürülməsinə və apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Kollegiya apellyasiya şikayətinin geri götürülməsi barədə cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, cavabdeh orqanın apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 88.1-ci maddəsinin tələbindən görünür ki, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Qanunun qeyd edilən müddəasının mənasından aydın olur ki, apellyasiya şikayətindən imtina edilərək onun geri götürülməsi, işin apellyasiya instansiya məhkəməsinin icraatına daxil olduğu vaxtdan iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək olan vaxt dövründə həyata keçirilə bilər. Kollegiya hesab edir ki, apellyasiya şikayətindən imtina edilərək onun geri götürülməsi cavabdehin qanunla müəyyən edilmiş hüququdur, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 86.4-cü maddəsinə əsasən şikayətdən imtina edilərək onun geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 88.3-cü maddəsinin tələbinə əsasən cavabdehə izah edilir ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq kollegiya qərara alır: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi qəbul edilsin. Apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 10 gün müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-1)-40/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(3-1)-40/2026
14.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver