Məhkəmə qərarları › İş №2-1(3-1)-43/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-43/2026

15.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-43/2026 15.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək, ona «müharibə veteranı» adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı sonradan məhkəməyə ərizə təqdim edərək cavabdehin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilməsini, daha sonra ## ###### 2025-ci il tarixli ərizə təqdim edərək cavabdeh qismində qeyd edilən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin ## ###### 2025-ci il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz olunmuşdur. Məhkəmənin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinin yenidən araşdırılması cavabdeh Cavabdeh həvalə edilmişdir. Cavabdeh məhkəmə qərardadının icrası ilə bağlı bildirmişdir ki, iddiaçının tələbinə dair təqdim edilmiş sənədlərə əsasən döyüş əməliyyatlarının aparıldığı dövrdə Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında qeyd edilmiş hərbi hissələrin (bölmələrin) tərkibində xidmətinə dair məlumatlar aşkar olunmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin tələblərinə uyğun olaraq İddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi mümkün hesab edilmir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı İddiaçı şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, Naxçıvan MR Dövlət Müdafiə Komitəsinin sədri tərəfindən ona verilmiş arayışdan aydın olur ki, o həqiqətən ## ### 1992-ci il tarixdən ## #### 1992-ci il tarixədək X5 döyüş əməliyyatlarında iştirak etmişdir. Ona məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin 7-ci səhifəsinin 18-ci bəndində möhür vasitəsilə təsdiq olunur ki, o həqiqətən 1992-ci ilin may-iyun aylarında Sədərək, Buzqov və Gərməçataq döyüşlərində iştirak etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş Idarəsi tərəfindən göndərilmiş ## ###### 2025-ci il tarixli 2- 1(122)-836/2025 məktubda bildirilmişdir ki, ## ####### 1964-cü il təvəllüdlü İddiaçı ##.##.1992-ci il tarixdə keçmiş Babək rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə Naxçıvan MR Dövlət Müdafiə Komitəsinə təhvil verilmişdir. İddiaçı hərbi hissənin tərkibində xidmət keçməsi, döyüşlərdə iştrakı və ehtiyata buraxılması barədə məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş Idarəsinin ## ###### 2025-ci il tarixli 2-1(122)- 836/2025 məktubu da təsdiq edir ki, o, keçmiş Babək rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə həqiqətən müharibəyə çağırılmışdır. Lakin onun hərbi hissənin tərkibində xidmət keçməsi və ehtiyata buraxılmağı barədə hər hansı məlumat yoxdur. Onun hərbi hissənin tərkibində xidmət keçməyi və ehtiyata buraxılmağı barədə hər hansı məlumatın olmaması onun günahı deyil, həmin sahəyə baxan vəzifəli şəxslərin günahıdır ki, onun hərbi hissənin tərkibində xidmət keçməsini, döyüş əməliyyatlarında iştrak etməsini və ehtiyyata buraxılmasını müvafiq sənədlərdə qeyd etməmişlər və ya qeyd ediblərsə də həmin sənədlərin qorunmasını, arxivə verilməsini təmin etməmişlər. Yuxarıda qeyd edilən sübutlar təsdiq edir ki, o, həqiqətən erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd (Sədərək, Buzqov və Gərməçataq) inzibati ərazi vahidlərində torpaqlarımızı müdafiə etmək üçün döyüşlərdə iştirak etmişdir. Naxçıvan MR Inzibati Məhkəməsi tərəfindən Naxçıvan MR Dövlət Müdafiə Komitəsinin sədri tərəfindən verilmiş arayış, ona məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin 7-ci səhifəsindəki möhürü və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş Idarəsi tərəfindən Naxçıvan MR Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2025-ci il tarixli 2-1(122)-836/2025 məktubunu sübut kimin əsas götürülməyərək iddiası təmin edilməmişdir. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə iki zəruri şərt müəyyən olunmuşdur: 1) şəxsin hərbi xidmət keçməsi, 2) bunu müvafiq sənədlərdə əks etdirilməsi. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki,şəxsin müvafiq döyüş zonasının ərazisində olması faktı onun döyüş əməliyyatlarında iştrak etməsini subuta yetirmir. 1992-ci ilin may-iyun aylarında Naxçıvanın Sədərək və Babək rayon Gərməçataq və Buzqov kəndlərinin ərazisində qızğın döyüşlər getmişdir. O zaman ortaya sual çıxır, bəs qızğın döyüşlərin getdiyi bir vaxtda onu Babək rayon Hərbi Komissarlığı səfərbərliklə Sədərək Regional qərargahına və Babək rayon Gərməçataq, Buzqov kəndlərinə nə səbəbə aparmışdır? Sübutlar təsdiq edir ki, keçmiş Babək rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə o, həqiqətən ## ### 1992-ci il tarixdən, ## #### 1992-ci il tarixədək X5 və Babək rayon Gərməçataq, Buzqov kəndlərində döyüş əməliyyatlarında iştirak etmişdir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbindən və məhkəməyə təqdim olunan sübutlardan aydın olur ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı birinci instansiya məhkəməsinə göndərilən etirazda göstərilmişdir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya"nın ##.##.2025-ci il tarixli 3-25-14/2-C-891 **/**** nömrəli məktubuna əsasən N nömrəli hərbi hissə tərəfindən verilən **** nömrəli ##.##.2024-cü il tarixli arayışa əsasən iddiaçının xidməti, döyüşlərdə iştirakı və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya alma) haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından iddia sübuta yetirilmiş sayıla bilməz. Cavabdeh qeyd edilənləri nəzərə alaraq iddiaçı İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası IPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahatında şikayətinin təmin edilməsini, Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2-1(122)-836/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iddiaçının izahatını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materialları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin IV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Iş materiallarında olan: - Cavabdeh Şəxsi Heyət Baş Idarəsi tərəfindən iddiaçı İddiaçı ünvanlanmış ## #### 2025-ci il tarixli, *-**-**/*-C-*****/**** nömrəli məktubda göstərilmişdir ki, N nömrəli hərbi hissə tərəfindən verilən **** nömrəli ##.##.2024-cü il tarixli arayışa əsasən xidməti, döyüşlərdə iştirakı və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. - Naxçıvan MR Dövlət Müdafiə Komitəsinin sədri tərəfindən verilmiş arayışda göstərilmişdir ki, İddiaçı ## ### 1992-ci il tarixdən ## #### 1992-ci il tarixədək X5 döyüş əməliyyatlarında iştrak etmişdir. - İddiaçı məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletin 7-ci səhifəsində 1992-ci ilin may-iyun aylarında Sədərək, Buzqov və Gərməçataq döyüşlərində iştirak etməsi barədə qeyd vardır. - Sədərək Rayon Icra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ##### 2025-ci il tarixli, *-**/*-***/**** nömrəli məktubda göstərilmişdir ki, İddiaçı 1992-ci ildə Sədərək rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi barədə Sədərək Rayon Icra Hakimiyyətində və Sədərək rayon Dövlət Arxivində heç bir sənəd aşkar olunmamışdır. - Cavabdeh N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ### 2025-ci il tarixli, A-*** nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı Naxçıvan Dövlət Müdafiə Komitəsi üzrə ##.##.1992-ci il tarixli *** nömrəli əmri ilə Babək rayon Hərbi Komissarlığından səfərbərliklə xidmətə qəbul edilib və müvəqqəti olaraq Sədərək Regional qərargahının sərəncamına göndərilmiş,onun sonrakı xidməti və ehtiyata buraxılması haqqında məlumat yoxdur. - Naxçıvan MR Dövlət Arxiv Idarəsinin ## ### 2025-ci il tarixli, *-**-NDA/*-*-***/**** nömrəli məktubda göstərilmişdir ki, Sədərək rayonunda döyüş əməliyyatlarında könüllü dəstələrin iştirak etməsi haqqında hər hansı bir məlumat Naxçıvan MR Dövlət Arxivində mühafizə olunmur. - Sədərək Rayon Icra Hakimiyyətinin ## #### 2025-ci il tarixli, *-**/*-***/**** nömrəli məktubda göstərilmişdir ki, İddiaçı Babək rayon Hərbi Komissarlığından səfərbərliklə xidmətə qəbul edilib müvəqqəti olaraq Sədərək Regional qərargahının sərəncamına göndərilməsi haqqında məlumat Sədərək Rayon Icra Hakimiyyətində və Sədərək rayon Dövlət Arxivində aşkar olunmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş Idarəsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli məktubda göstərilmişdir ki, ## ####### 1964-cü il təvəllüdlü İddiaçı ##.##.1992-ci il tarixdə keçmiş Babək rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə Naxçıvan MR Dövlət Müdafiə Komitəsinə təhvil verilmişdir. İddiaçı hərbi hissənin tərkibində xidmət keçməsi, döyüşlərdə iştirakı və ehiyata buraxılması barədə məlumat aşkarlanmamışdır. - Naxçıvan MR Dövlət Arxivinin ## ###### 2025-ci il tarixli, *-**-NDA/*-*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı 1992-ci ildə X5 döyüş əməliyyatlarında iştirakı barədə Naxçıvan MR Dövlət Arxivində heç bir məlumata rast gəlinmədi. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinin 1-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci maddəsinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X9 Xidməti, Azərbaycan Respublikasının Strateji X6 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsində həqiqi hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Iddiaçının əsas hüquqi marağı ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtinasını iddiaçının xidməti, döyüşlərdə iştirakı və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumatın olmadığı ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, “müharibə veteranı” adının verilməsi üçün şəxs göstərilən ərazilərdə, özünümüdafiə dəstələrinin və ya ordu birləşmələrinin tərkibində, döyüş əməliyyatlarında iştirak etmiş olmalı və bu iştirak müdafiə və ya digər hərbi orqanların arayışı, hərbi bilet (arxiv arayışı ilə birlikdə olmaq şərtilə) orden və ya medal sənədi, yaralanma barədə müvafiq sənəd, Yerli icra hakimiyyətinin təsdiq etdiyi siyahı (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birlikdə), əmrdən çıxarışlar və başqa sübutedici sənədlərlə təsdiq olunmalıdır. Əgər hər hansı siyahı müharibə veteranı statusunun verilməsi üçün kifayət etsəydi normada “birgə təqdim edilmə” şərti qoyulmazdı. Hər hansı adlı siyahı və ya hərbi biletdə aparılmış qeyd konkret döyüş tarixini, tapşırığını, əmrini, eləcə də silahlı toqquşmada iştirakı istisnasız təsdiq edən əsas hesab edilə bilməz. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə görə “müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), ... ərazilərində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə ... – müdafiə, daxili işlər, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar və ya hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “X8 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ######## 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hesab etmişdir ki, “müharibə veteranı” adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işə baxılarkən sorğuya cavab olaraq Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən verilmiş ## ### 2025-ci il tarixli, A-*** nömrəli arxiv arayışından görünür ki, iddiaçı ##.##.1992-ci il tarixli *** nömrəli əmrlə Babək rayon Hərbi Komissarlığından səfərbərliklə xidmətə qəbul edilərək müvəqqəti olaraq Sədərək regional qərargahının sərəncamına göndərilmiş, lakin onun sonrakı xidməti, konkret hansı hərbi hissənin tərkibində xidmət keçməsi, döyüş əməliyyatlarında iştirakı və ehtiyata buraxılması barədə hər hansı məlumat aşkar edilməmişdir. Eyni məzmunlu məlumat Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş Idarəsinin ## ###### 2025-ci il tarixli məktubunda da öz əksini tapmışdır. Kollegiya qeyd edir ki, iddiaçıya məxsus hərbi biletdə onun 1992-ci ilin may-iyun aylarında Sədərək, Buzqov və Gərməçataq döyüşlərində iştirak etməsi barədə qeyd olsa da yuxarıda sadalanan normaların tələbinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı təsdiq edən hərbi bilet yalnız şəxsin hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda “müharibə veteranı” adının verilməsi üçün əsas sayıla bilər. Işin araşdırılması zamanı belə bir halın olması (hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları) müəyyən edilməmiş, həmçinin iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Müdafiə Komitəsinin sədri tərəfindən verilmiş arayışda İddiaçı ## ### 1992-ci il tarixdən ## #### 1992-ci il tarixədək X5 döyüş əməliyyatlarında iştirak etdiyi göstərilsə də, həmin sənəddə qeyd olunan məlumatlar iddiaçının hər hansı hərbi hissənin tərkibində xidmət keçməsini, döyüş əməliyyatlarında iştirakını və qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən müvafiq hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı ilə, eləcədə döyüşlərdə iştirakı sübut edən digər sənədlərlə təsdiqlənməmişdir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar və s. sənədlər nəzərdə tutulur. Hazırki mübahisəyə münasibətdə iddiaçıya “müharibə veteranı” adının verilməsi üçün zəruri olan və istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. ## ###### 1991-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Iddiaçının həmin vaxt hərbi xidmət keçməsini, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasını sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları aşkar edilməmişdir. Apellyasiya şikayətində iddiaçı arxiv sənədlərinin olmamasının onun təqsiri ilə bağlı olmadığını, həmin sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən düzgün rəsmiləşdirilmədiyini və ya qorunmadığını göstərsə də, kollegiya qeyd edir ki, qanunvericilik “müharibə veteranı” adının verilməsi üçün konkret sübut standartları müəyyən etmişdir və hazırkı iş üzrə həmin sübutlar müəyyən olunmamışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 73cü maddəsinin tələbinə görə, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Göstərilənlər isə cavabdehin imtinasının qanunvericiliyin tələblərinə uyğun olduğunu təsdiq edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Kollegiya yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və IPM-in 2, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara alır: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar