Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-44/2026 09.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx" publik hüquqi şəxsinin nümayəndəsi X9 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx" publik hüquqi şəxsə qarşı "atası X3 tərəfindən ## ###### 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında ona verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0.20 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx" publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun "atası X3 tərəfindən ## ###### 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında ona verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0.20 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarından narazı qalan iddiaçı İddiaçı şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Iddiaçı şikayətində göstərmişdir ki, iş üzrə mövcud olan ekspertiza və mütəxəssis rəylərində iddianın təmin edilməyən hissəsini ehtiva edən torpaq sahəsinin kimin istifadəsində olması sübuta yetirilməmişdir. Bu hal birbaşa olaraq inzibati orqanın səhvi olmaqla, bu səhvliyin vətəndaşın əleyhinə hal kimi nəticələnməsi yolverilməzdir. Faktiki mülkiyyət hüququ müvafiq sənədlərlə təsbit olunmuş torpaq sahəsinin ölçüsü 2029.6 kvm olmasına baxmayaraq mülkiyyət hüququnun dövlət reyestrində kəsir şəkildə qeydə alınması barədə qərar verilmişdir. Əlavə olaraq ## ####### 2025-ci il tarixli, *** saylı ekspertiza rəyinə münasibətdə bildirilir ki, hazırda faktiki olaraq istifadələrində olan torpaq sahəsinin sənəd üzrə sahədən daha az olmasının səbəbi JN-***A saylı Şəhadətnamə üzrə torpaq sahəsinin mülkiyyətçisi X4 qeyri-qanuni şəkildə və razılıqları olmadan iddiaçının sənəddə təsdiqini tapmış sərhədlərini aşaraq qanunsuz müdaxilə etməsi olmuş, sözügedən qonşu ilə sərhədi keçməsi ilə əlaqədar dəfələrlə mübahisələri olmuş, mərhum qayınatası bu qanunsuz müdaxilələrə son verməsini yan qonşudan tələb etsə də bu səyləri bir nəticə verməmiş, Mehman Əliyevin iddiaçının torpaq sahəsinin sərhədlərini aşaraq hasar tikmək üçün həyətin ağaclarını kəsməsindən sonra qayınatası sözügedən şəxsi polisə şikayət etməsinin nəticəsində aparılan araşdırmada M.Əliyevin iddiaçının qanuni sərhədini keçməsi faktı öz təsdiqini tapmış, əlavə olaraq Qaraçuq icra nümayəndəliyi tərəfindən sözügedən qonşunun torpaq sahəsi üzrə ölçü işləri aparılmasının nəticəsində şəxsin iddiaçının sərhədini aşması faktı bir daha sübuta yetirilmiş, ən əsası da iş üzrə torpaq sahəsinə baxış keçirmiş ekspert və mütəxəssislər tərəfindən də bu fakt yerindəcə aşkarlanmışdır. Iş üzrə yazılı və şifahi izahatlardan, ən əsası da maddi sübutlardan (torpaq üzərində mülkiyyət haqqında Şəhadətnamə, bağışlama müqaviləsi, ekspert rəyi və s) açıq-aşkar göründüyü kimi iddiaçının sənəd üzrə təsbit olunmuş 2029.6 kv.m torpaq sahəsinin onun mülkiyyətində olması mübahisəsiz şəkildə sübuta yetirilir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə izahatlarında şikayəti müdafiə edərək, Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində xxxx publik hüquqi şəxsinin nümayəndəsi X9 izahatında şikayəti qəbul etməyərək, Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları, cavabdehin nümayəndəsinin izahatı ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Iş materiallarında olan: - Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx" publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanan ## ####### 2024-cü il tarixli, ********** nömrəli bildirişdən aydın olur ki, Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən əmlaka hüquqların dövlət qeydiyyatı haqqında və texniki sənədlərin hazırlanması ilə bağlı ərizəyə baxılmışdır. Əmlaka naturada baxış küçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi sənəd üzrə 2029.60 m2 olmasına baxmayaraq, faktiki olaraq 1894.66 m2 olduğu məlum oldu. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında ##.##.2016-cı il tarxili, *** nömrəli fərmanının 2.3.2ci bəndinə əsasən yazılı razılığı olmadığı üçün ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. - ## ###### 2014-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X3 MR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin qeydiyyat tarixi ##.##.1999, qeydiyyat № JN***A reyestr KOD ******** №-li çıxarışa əsasən Naxçıvan MR, Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0.20 ha torpaq sahəsini oğlu İddiaçı bağışlamışdır. Həmin müqavilə imzalanarkən bağışlanan yaşayış evinə görə İddiaçı bağışlanmanı bütünlüklə qəbul etmişdir. - JN-***A nömrəli, KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X1 və X6 Babək rayon Aqrar Islahat Komissiyasının ## ##### 1999-cu il tarixli, ** nömrəli qərarı ilə 0.20 hektar torpaq sahəsi verilmişdir. - Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx" publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin mütəxəssisi Asif Rzayev tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən aydın olur ki, müraciət əsasında ünvan 1 ünvanında yerləşən əmlaka onun tərəfindən ##.##.2025-ci il tarixində naturada baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə torpaq sahəsi 2029.60 m² göstərilməsinə baxmayaraq, naturada həmin sahənin hasar və çəpər daxilində 1894.66 m² olduğu müəyyən edildi. Torpaq sahəsi uzun illər çəkilmiş hasar və çəpər daxilindədir. - Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx" publik hüquqi şəxsin ## #### 2025-ci il tarixli, **/*** nömrəli məktubundan məlum olur ki, müraciətdə qeyd olunan suallar üzrə mövcud vəziyyət aşağıdakı kimidir:
1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-216A kadastr nömrəli Şəhadətnamə ilə iddiaçının atası X3 mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin koordinatları, Qaraçuq kəndinin həyətyanı torpaq sahələrinin yerquruluşu planında qeyd olunmuş koordinatlarla uyğunsuzluq təşkil edir.
2. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-216A kadastr nömrəli Şəhadətnamə ilə iddiaçının atası X3 mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Torpaq islahatının həyata keçirilməsi məqsədilə planaalma işləri aparılan zaman torpaq sahələrinin sərhəd döngə nöqtələri naturaya uyğun müəyyənləşdirilmədiyindən bəhs edilən uyğunsuzluq hansı hissədə, hansı ölçüdə, hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində, istifadəsində olmasını müəyyənləşdirmək mümkün olmamışdır.
3. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-216A kadastr nömrəli Şəhadətnamə ilə iddiaçının atası X3 mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin indiki vəziyyətdə üçüncü şəxslər tərəfindən istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin aparıcı mühəndisi Şəmistan Quliyev tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirildi və ölçmə işləri aparıldı. Həmin ərazidə yerləşən bütün qonşu torpaq sahələri ölçüldü. "Torpağın mülkiyyətə verilməsinə dair" JN-***A nömrəli Şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatları ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar aşkarlandı. Iddiaçının atası X3 mülkiyyətinə verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair" JN-***A nömrəli Şəhadətnamədə 2029.6 m2 torpaq sahəsi qeyd olunmasına baxmayaraq, faktiki 1954 m² torpaq sahəsinin iddiaçının istifadəsində olduğu müəyyən olundu. Həmin torpaq sahəsinin 51.5 m² hissəsi həyətin aşağı tərəfində yerləşir və həmin ərazidən ümumistifadədə olan su arxı keçir. 22.5 m² hissəsi isə qonşu mülkiyyətçi X2 istifadəsindədir. Lakin həmin hissə X2 hüquqi sənədlərində qeydə alınmamışdır. Digər kəsir 75.6 m² torpaq sahəsinin hansı fiziki şəxsin mülkiyyətində, istifadəsində olmasını müəyyənləşdirmək mümükün olmadı. - Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## ####### 2025-ci il tarixli, **/**** nömrəli məktubundan aydın olur ki,
1. "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A kadastr nömrəli Şəhadətnamə ilə X3 və X6 mülkiyyətinə verilmiş, Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin hüquqi sənəddə göstərilən ölçüləri ilə faktiki istifadə vəziyyətinin ölçüləri uyğunsuzluq təşkil edir.
2. Xidmətin arxivində saxlanılan məlumatlar və rəqəmsal kadastr xəritəsi üzərində aparılan araşdırmalardan məlum olmuşdur ki, Babək Rayon Aqrar Islahat Komissiyasının ## ##### 1999-cu il tarixli ** nömrəli qərarına əsasən Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsi "Torpağın mülkiyyətə verilməsinə dair" JN- 216A kadastr nömrəli Şəhadətnamə ilə X3 və X6 mülkiyyətinə verilmişdir. Xidmətin informasiya bazasında Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan Şəhər Şöbəsi tərəfinden həmin torpaq sahəsinə dair kadastr planının tərtib edilməsi barədə məlumat mövcud deyil.
3. Qaraçuq kəndində torpaq islahatı aparılan zaman mülkiyyət sənədlərində torpaq sahələrinin sərhədləri naturaya uyğun göstərilmədiyindən "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A kadastr nömrəli Şəhadətnamə ilə X3 və X6 mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin hazırda üçüncü şəxslər tərəfindən istifadə olunan torpaq sahələri ilə üst-üstə düşməsini müəyyənləşdirmək mümkün deyil.
4. Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin Qaraçuq kəndində torpaq islahatı aparılan zaman tərtib edilmiş yerquruluşu planında göstərilmiş ölçülərə uyğun hazırlanmış və Xidmətin informasiya bazasında uçota alınan faktiki istifadə vəziyyətini əks etdirən sxematik planı (AutoCAD variantında), həmin torpaq sahəsinə dair "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A kadastr nömrəli Şəhadətnamənin surəti və 2001-ci ilə aid ortofotoplan məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Həsən Babayev tərəfindən tərtib edilmiş ## ####### 2025-ci il tarixli, *** nömrəli məhkəmə ekspertizasının rəyinin nəticə hissəsindən aydın olur ki, 1-ci sual üzrə "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A kadastr nömrəli Şəhadətnamə ilə X3 və X6 mülkiyyətinə verilmiş, Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin hüquqi sənəddə göstərilən ölçüləri ilə faktiki istifadə vəziyyətinin ölçülərinin uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. 2-ci sual üzrə Babək Rayon Aqrar Islahat Komissiyasının ## ##### 1999-cu il tarixli ** nömrəli qərarına əsasən Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsi "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A kadastr nömrəli Şəhadətnamə ilə X3 və X6 mülkiyyətinə verilmişdir. Xidmətin informasiya bazasında Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan Şəhər Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair kadastr planının tərtib edilməsi barədə məlumatın mövcud olmadığı müəyyən edilmişdir. 3-cü sual Naxçıvan şəhəri Qaraçuq kəndində torpaq islahatı aparılan zaman mülkiyyət sənədlərində torpaq sahələrinin sərhədləri naturaya uyğun göstərilmədiyindən "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A kadastr nömrəli Şəhadətnamə ilə X3 və X6 mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin hazırda üçüncü şəxslər tərəfindən istifadə olunan torpaq sahələri ilə üstüstə düşməsini müəyyən etmək mümkün deyildir. Rəyə həyətyanı torpaq sahəsinin 2 ədəd plan-sxemləri əlavə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin IV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Iddiaçı məhkəməyə müraciət edərək atası X3 tərəfindən ## ###### 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında ona verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0.20 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində xxxx publik hüquqi şəxsinin üzərinə qoyulmasını xahiş etmişdir. Iddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, JN-***A nömrəli, KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən X1 və X6 Babək rayon Aqrar Islahat Komissiyasının ## ##### 1999-cu il tarixli, ** nömrəli qərarı ilə 0.20 hektar torpaq sahəsi verilmiş, ## ###### 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən isə X3 şəhəri, Qaraçuq kəndində yerləşən 0.20 ha torpaq sahəsini oğlu İddiaçı bağışlamışdır. Həmin müqavilə imzalanarkən bağışlanan yaşayış evinə görə İddiaçı bağışlanmanı bütünlüklə qəbul etmişdir. Iddiaçı qeyd olunan 0.20 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsi ilə bağlı cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində xxxx publik hüquqi şəxsinə müraciət etmiş, cavabdeh isə çıxarışın verilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan iddiaçıya ünvanladığı imtinanı onunla əsaslandırmışdır ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-216A kadastr nömrəli Şəhadətnamə ilə iddiaçının atası X3 mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud olmuş, yəni "Torpağın mülkiyyətə verilməsinə dair" JN-***A nömrəli Şəhadətnamədə 2029.6 m2 torpaq sahəsi qeyd olunmasına baxmayaraq, faktiki 1894.66 m² torpaq sahəsinin iddiaçının istifadəsində olduğu müəyyən olunduğundan və iddiaçının yazılı razılığı olmadığından müraciətin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən ona əsaslanmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli, *** nömrəli Fərmanında torpaq sahəsinin faktiki ölçülərinin hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olması ehtimalı nəzərə alınmaqla, yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsi və bunun yalnız mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi təsbit edilmişdir. Yəni, Fərmanda vurğulanan əsas prinsiplərdən biri real vəziyyətin nəzərə alınmasıdır. Buna görə də, mülkiyyət hüququnun qeydiyyatı faktiki mövcud olan sahə əsasında aparılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, iddia olunan 0.20 ha torpaq sahəsi torpaq islahatı aparılan zaman həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçilərinə, yəni iddiaçının mərhum valideynləri X3 və X6 ayrılmamış, onlar da, "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A kadastr nömrəli Şəhadətnamədə nəzərdə tutulan torpaq sahəsini kəsir ölçüdə istifadə etmiş və ötən müddət ərzində bunu mübahisələndirməmişlər. Iddiaçı ## ###### 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlanmanı bütünlüklə qəbul edərkən də faktiki olaraq naturada həmin torpaq sahəsini az qəbul etmiş və hazırda iddia olunan 0.20 ha torpaq sahəsi sözügedən bağışlama müqaviləsinin predmeti olmamışdır. Eyni zamanda cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş yazılı müraciətindən də görünür ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Naxçıvan şəhərinin bütün yaşayış məntəqələrində, o cümlədən Qaraçuq kəndində torpaq sahələrinin sərhədləri yenidən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmədən sonra publik hüquqi şəxsin informasiya bazasında Yunis Əsgərov və ailə üzvlərinin faktiki istifadəsində 1953,9 m² (sənəd üzrə sahədən 75,71 m² az) həyətyanı torpaq sahəsi uçota alınmışdır. Odur ki, torpaq sahəsinin faktiki istifadəsi ilə hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçü arasında uyğunsuzluq olduğundan iddiaçı yalnız iddia olunan torpaq sahəsinin naturada mövcud olan 1954 m² hissəsinə münasibətdə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsini tələb etməkdə haqlı sayıla bilər. Cavabdeh inzibati orqan tərəfindən naturada mövcud olan, hazırda iddiaçının və ailə üzvlərinin istifadəsində olan 1954 m² torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsindən imtina edilməsi qanunun güddüyü məqsədə mütənasib olmamamaqla, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Kollegiya iş materiallarını və apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, işin mübahisələndirilməyən hallarından aydın olur ki, JN-***A nömrəli, KOD ******** nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən X1 və X6 Babək rayon Aqrar Islahat Komissiyasının ## ##### 1999-cu il tarixli, ** nömrəli qərarı ilə 0.20 hektar torpaq sahəsi verilmiş, ## ###### 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən isə X3 şəhəri, Qaraçuq kəndində yerləşən 0.20 ha torpaq sahəsini oğlu İddiaçı bağışlamışdır. Iddiaçı İddiaçı tərəfindən torpaq sahəsi sənədləşdirilərkən onun faktiki ölçülərinin 0.20 ha deyil, 1954 m² olduğu müəyyən edilmişdir. Iddiaçı "Torpağın mülkiyyətə verilməsinə dair" JN-***A nömrəli Şəhadətnamədə nəzərdə tutulan torpaq sahəsinin naturada az olması ilə razılaşmayaraq həmin torpaq sahəsinin tamamlanmasını tələb edir. Iş materiallarında olan mütəxəssis və ekspert rəylərindən aydın olur ki, "Torpağın mülkiyyətə verilməsinə dair" JN-***A nömrəli Şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatları ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar aşkarlandı. Iddiaçının atası X3 mülkiyyətinə verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair" JN-***A nömrəli Şəhadətnamədə 2029.6 m2 torpaq sahəsi qeyd olunmasına baxmayaraq, faktiki 1954 m² torpaq sahəsinin iddiaçının istifadəsində olduğu müəyyən olundu. Həmin torpaq sahəsinin 51.5 m² hissəsi həyətin aşağı tərəfində yerləşir və həmin ərazidən ümumistifadə olan su arxı keçir. 22.5 m² hissəsi isə qonşu mülkiyyətçi X2 istifadəsindədir. Lakin həmin hissə X2 hüquqi sənədlərində qeydə alınmamışdır. Digər kəsir 75.6 m² torpaq sahəsinin hansı fiziki şəxsin mülkiyyətində, istifadəsində olmasını müəyyənləşdirmək mümükün olmadı. Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin koordinatları, Qaraçuq kəndinin həyətyanı torpaq sahələrinin yerquruluşu planında qeyd olunmuş koordinatlarla uyğunzuzluq təşkil edir. Torpaq islahatının həyata keçirilməsi məqsədilə planaalma işləri aparılan zaman torpaq sahələrinin sərhəd döngə nöqtələri naturaya uyğun müəyyənləşdirilmədiyindən bəhs edilən uyğunsuzluq hansı hissədə, hansı ölçüdə, hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində, istifadəsində olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Qaraçuq kəndində torpaq islahatı aparılan zaman mülkiyyət sənədlərində torpaq sahələrinin sərhədləri naturaya uyğun göstərilmədiyindən indiki vəziyyətdə üçüncü şəxslər tərəfindən istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Xidmətin informasiya bazasında Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan Şəhər Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair kadastr planının tərtib edilməsi barədə məlumatın mövcud olmadığı müəyyən edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin koordinatları, Qaraçuq kəndinin həyətyanı torpaq sahələrinin yerquruluşu planında qeyd olunmuş koordinatlarla uyğunsuzluq təşkil etməsi, uyğunsuzluğun hansı hissədə, hansı ölçüdə, hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində, istifadəsində olmasını müəyyənləşdirməyin mümkün olmaması, hazırki vəziyyətdə üçüncü şəxslər tərəfindən istifadə olunan torpaq sahəsi ilə üstüstə düşməsinin müəyyən etməyin mümkün olmaması iş materiallarına əlavə edilmiş mütəxəssis və ekspert rəyləri ilə öz təsdiqini tapır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi torpaq sahəsinin faktiki istifadəsi ilə hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçü arasında uyğunsuzluq olduğundan iddiaçı yalnız iddia olunan torpaq sahəsinin naturada mövcud olan 1954 m² hissəsinə münasibətdə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq iddiaçıya çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, şikayətin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naхçıvan Muхtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası IPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1ci maddələrini rəhbər tutaraq kollegiya
qərara alır:
Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR Inzibati Məhkəməsinin 27 avqust ## ###### 2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.