Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2-1(3-1)-47/2026 23.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Maraqlı şəxs və onun nümayəndəsi X3 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində ‘'Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsə qarşı "Naxçıvan şəhəri, ünvan 1 ünvanında ona məxsus torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə mümkünlük iclasında baxaraq m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində ‘'Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ‘'Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsə qarşı "Naxçıvan şəhəri, ünvan 1 ünvanında ona məxsus torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından Maraqlı şəxs şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərararının ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdeh Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində ‘'Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin nümayəndəsi və üçüncü şəxs Naxçıvan Şəhər Icra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsində hazırkı işə baxılarkən Maraqlı şəxs inzibati məhkəmə icraatının iştirakçısı kimi işə cəlb edilməmişdir. Hazırda iş üzrə birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayətini işə cəlb edilməmiş Maraqlı şəxs vermişdir. Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyinə və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2017-ci il tarixli qərarında formalaşdırdığı hüquq mövqeyə əsasən məhkəmə aktından yalnız inzibati məhkəmə icraatının iştirakçıları apellyasiya şikayəti vermək hüququna malikdirlər. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Apellyasiyanın mümkünlüyü ilə bağlı dinlənilmə hüququnun təmin edilməsi məqsədilə Maraqlı şəxs məhkəməyə dəvət olunmuş, bu hallar ona və nümayəndəsinin diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Yuxarıda qeyd olunan hüquq normasına görə tələblərinin təmin olunmadığı hallarda məhkəmənin yekun qərarından yalnız inzibati məhkəmə icraatının iştirakçıları, o cümlədən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər. Lakin işdən də görünür ki, Maraqlı şəxs birinci instansiya məhkəməsində inzibati məhkəmə icraatında üçüncü şəxs qismində cəlb olunmamışdır. Göründüyü kimi, qanuni qüvvəyə minənə qədər iş üzrə məhkəmə qərarının qanunla qorunan maraqlarına toxunduğunu hesab edən inzibati məhkəmə icraatına cəlb edilməmiş şəxsləri birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Birinci instansiya məhkəməsi üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Beləliklə, apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən, yəni inzibati məhkəmə icraatının iştirakçısı tərəfindən verilmədiyindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 10 gün müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-1)-47/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(3-1)-47/2026
23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver