Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2-1(3-1)-53/2026 02.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx" publik hüquqi şəxsin nümayəndəsi X6, üçüncü şəxs Qaraçuq Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx" publik hüquqi şəxsinə qarşı “1977-ci ildən mərhum atası X2 istifadəsində olan, hazırda isə onun istifadəsində olan, lakin X8 dövründə qeydə alınmayan kəsir 800 kv.m. torpaq sahəsinin mərhum atası X5 adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinə müraciət edərək, 1977-ci ildən mərhum atası X2 istifadəsində olan, hazırda isə onun istifadəsində olan, lakin X8 dövründə qeydə alınmayan kəsir 800 kv.m. torpaq sahəsinin mərhum atası X5 adına qeydə alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx" publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə Qaraçuq Bələdiyyəsi üçüncü şəxs qismində inzibati işə cəlb edilmişdir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı İddiaçı şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-**/**** nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxılması zamanı iddiaçı İddiaçı apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizəsini kollegiyaya təqdim edərək bu barədə ərizəsinin qəbul edilməklə apellyasiya şikayəti üzrə icraata xitam verilməsini kollegiyadan xahiş etdi. Cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx" publik hüquqi şəxsinin nümayəndəsi X6 və üçüncü şəxs Qaraçuq Bələdiyyəsinin nümayəndəsi Nümayəndə iddiaçının apellyasiya şikayətinin geri götürülməsinə və apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Kollegiya apellyasiya şikayətinin geri götürülməsi barədə iddiaçı İddiaçı ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 88.1-ci maddəsinin tələbindən görünür ki, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Qanunun qeyd edilən müddəasının mənasından aydın olur ki, apellyasiya şikayətindən imtina edilərək onun geri götürülməsi, işin apellyasiya instansiya məhkəməsinin icraatına daxil olduğu vaxtdan iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək olan vaxt dövründə həyata keçirilə bilər. Kollegiya hesab edir ki, apellyasiya şikayətindən imtina edilərək onun geri götürülməsi iddiaçının qanunla müəyyən edilmiş hüququdur, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsinin 86.4-cü maddəsinə əsasən şikayətdən imtina edilərək onun geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 88.3-cü maddəsinin tələbinə əsasən iddiaçıya izah edilir ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq kollegiya qərara alır: Iddiaçı İddiaçı apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi qəbul edilsin. Apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 10 gün müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-1)-53/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(3-1)-53/2026
02.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver