Məhkəmə qərarları › İş №2-1(3-1)-56/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-56/2026

04.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-56/2026 04.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil iştirakı ilə, müəyyən etdi: Iddiaçı İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı şikayətlə Naxçıvan MR Ali Məhkəməsinə müraciət edərək apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, o, ordu sıralarına 1994-cü il tarixdə qoşulmuşdur, daim öz vətənpərvərliyi və ölkəmizə xidmət etmək üçün çalışmışdır. Vətən Müharibəsi başlayan kimi könüllü olaraq ordu sıralarına yazılıb döyüşmək istəsə də ehtiyacın olmaması səbəbindən onu ordu sıralarına almamışlar. O, bununla kifayələnməyib könüllü olaraq öz şəxsi yük avtomobili ilə döyüş bölgələrinə köməyə getmiş, özü iri tutumlu yük avtomobili idarə edə bildiyindən və buna cəbhə bölgələrində ehtiyac olduğundan Tərtər rayonunda yerləşən N saylı hərbi hissəyə köməyə yollanmışdır. Müharibə bitənə qədər həmin hərbi hissəni istər ərzaq olsun istərsə də digər təchizatlarla təmin etmişdir. Bundan əlavə həmin hərbi hissədən yaralıları və şəhidlərin cənazələrini gətirməkdə də köməklik göstərmişdir, bu barədə Müdafiə nazirliyinin N saylı hərbi hissəsində ##.##.2023-cü il tarixli arayışında onun cəbhə bölgəsində iştirakı öz əksini tapmışdır. Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı qərarını qanunsuz və əsassız hesab edir, belə ki, onun vətən qarşısında olan bu xidmətlərini heçə endirmişdir. Hətta bu halla bağlı Tərtər rayon Hərbi Prokurorluğunda cinayət işi başlanmış, hər hansı bir hal qanunsuz olmadığı üçün xitam verilmişdir. Bütün bunlara baxmayaraq onun iddiası təmin edilməmişdir. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında ##.##.1995-ci il tarixli Əsasnaməyə əsasən 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilə bilər. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı birinci instansiya məhkəməsinə göndərilən ## ####### 2025-ci il tarixli etirazda göstərilmişdir ki, N nömrəli hərbi hissənin ##.##.2023-cü il tarixli *** nömrəli arayışından görünür ki, iddiaçı İddiaçı döyüş əməliyyatları aparılan dövrdə ##.##.2020-##.##.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrində (N nömrəli hərbi hissədə) xidmət etməmiş, onunla Cavabdeh arasında hər hansı rəsmi əmək (xidməti) münasibət olmamışdır. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı ve əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya organlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X10 Xidməti və Azərbaycan Respublikasının Strateji X6 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya"nın ##.##.2025-ci il tarixli, *-**-**/*-Q-*****-**/**** nömrəli məktubundan görünür ki, iddiaçı İddiaçı döyüş əməliyyatları aparılan dövrdə ##.##.2020-##.##.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrində xidmət etmədiyinə, habelə həmin hissə və bölmələrə ezam olmadığına görə ona "müharibə veteranı adının və vəsiqəsinin verilməsi" üçün sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən iddiaçı İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı adının və vəsiqəsinin verilməsi" tələbinə dair iddiasının mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı İddiaçı və cavabdeh Cavabdeh nümayəndəsi iclasda iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası IPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək kollegiyadan şikayətin təmin edilməsini, Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iddiaçının nümayəndəsinin,vəkilinin izahatını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materialları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin IV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Iş materiallarında olan: - Cavabdeh N nömrəli hərbi hissə tərəfindən verilmiş ## ##### 2023-cü il tarixli, *** nömrəli arayışda göstərilmişdir ki, İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək keçirilən 44 günlük “Vətən müharibəsi” zamanı öz şəxsi avtomobili ilə Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissənin şəxsi heyətinə humanitar yardım göstərmiş və öz avtomobili ilə döyüş əməliyyatları gedən ərazidən hərbi hissənin şəhid və yaralı hərbi qulluqçularının müvafiq xəstəxanalara daşınmasında yaxından iştirak etmişdir. - Cavabdeh Şəxsi Heyət Baş Idarəsi tərəfindən İddiaçı ünvanlanmış ## ###### 2025-ci il tarixli, *-**-**/*-Q*****-**/**** nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli Qərarının tələblərini əsas tutaraq, döyüş əməliyyatları aparılan dövrdə ##.##.2020-##.##.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. - Cavabdeh Şəxsi Heyət Baş Idarəsi tərəfindən göndərilmiş ## ####### 2025-ci il tarixli, *-**-**/*****/**** nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli Qərarının tələblərini əsas tutaraq, döyüş əməliyyatları aparılan dövrdə ##.##.2020-##.##.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə vətəndaş İddiaçı xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. - Cavabdeh N №-li hərbi hissə tərəfindən göndərilmiş ## ###### 2025-ci il tarixli, *- **-***/*****/**** nömrəli məktubda göstərilmişdir ki, hərbi hissədə vətəndaş İddiaçı adında hərbi qulluqçu, həmçinin mülki işçi olmamışdır. Bundan başqa 2020-ci il tarixdə Vətən Müharibəsi ilə əlaqədar hərbi hissədə tərtib olunmuş müvafiq əmrdə vətəndaş İddiaçı barəsində heç bir məlumat aşkar edilməmişdir. - Cavabdeh N №-li hərbi hissə tərəfindən göndərilmiş ## ###### 2025-ci il tarixli, *- **-***/******/**** nömrəli məktubda göstərilmişdir ki, vətəndaş İddiaçı döyüş əməliyyatlarına cəlb edilməsi ilə bağlı N nömrəli hərbi hissə komandanlığı tərəfindən ona ##.##.2023-cü il tarixli *** nömrəli arayışın verilməsinə görə N nömrəli hərbi hissənin Hüquq şöbəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı təqdim olunmuş ##.##.2023-cü il tarixli *** nömrəli arayış əsassız və qanunsuz olaraq verilmişdir. Vətəndaş İddiaçı qanunsuz olaraq arayış verilməsi ilə bağlı aparılan araşdırma nəticəsində toplanmış materiallar iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsi tərəfindən göndərilmiş ## ###### 2025-ci il tarixli, *-**-**/*-*****/**** nömrəli məktubda göstərilmişdir ki, ##.##.1976cı il təvəllüdlü İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Babək rayon şöbəsi tərəfindən səfərbərliklə toplanışa cəlb edilməsi barədə məlumat aşkarlanmamışdır. - Cavabdeh N №-li hərbi hissəsi tərəfindən göndərilmiş ## ###### 2026-cı il tarixli, *- **-***/***/**** nömrəli məktubda göstərilmişdir ki, İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək aparılan döyüş əməliyyatlarında (Vətən Müharibəsində) iştirak etməmiş, əməliyyatlarda heç bir hüquqi statusu olmamış və şəxsi heyətin döyüş əməliyyatlarına cəlb edilməsi barədə hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrində adı qeyd edilməmişdir. Odur ki, İddiaçı adına yeni heç bir arayış tərtib edilməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinin 1-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsində göstərilən sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsində həqiqi hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək davam etmiş 44 günlük “Vətən müharibəsi” zamanı öz şəxsi avtomobili ilə könüllü olaraq Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissənin şəxsi heyətinə humanitar yardım göstərməsi və öz avtomobili ilə döyüş əməliyyatları gedən ərazidən hərbi hissənin şəhid və yaralı hərbi qulluqçularının müvafiq xəstəxanalara daşınmasında yaxından iştirak etməsinə görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinasını iddiaçı ilə Cavabdeh arasında hər hansı rəsmi xidməti münasibətin olmaması ilə əsaslandırmışdır. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, veteran statusunun verilməsi üçün qanunverici ciddi sübut standartları müəyyən etmişdir. Məhz bu səbəbdən qanunverici bu statusun verilməsi üçün döyüş əməliyyatlarında iştirak faktının rəsmi sənədlərlə təsdiq edilməsini tələb edir. Iddiaçı müharibə dövründə şəxsi təşəbbüsü ilə öz avtomobili vasitəsilə cəbhə zonasına gedərək humanitar xarakterli fəaliyyətlər həyata keçirmiş, həmçinin yaralı və şəhidlərin daşınmasına kömək etmişdir. Lakin həmin fəaliyyətlər hərbi qulluqçu, hərbi hissənin mülki işçisi və ya müvafiq qaydada ezam olunmuş şəxs qismində deyil, rəsmi hüquqi münasibətlər çərçivəsindən kənar şəkildə icra olunmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10-cu və 11ci abzaslarına əsasən şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün onun ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasında, hazırlanmasında və ya idarə edilməsində iştirak etməsi, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirməsi müəyyən olunmalıdır. Müharibə veteranı adı və vəsiqəsi 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında hərbi hissə, bölmə və ya orqanların tərkibində iştirak etmiş hərbi qulluqçulara, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara və ya hərbi hissə, bölmə və ya orqanların mülki işçilərinə, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə, bölmələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birlikdə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən digər rəsmi sənədlər əsasında verilir. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə müəyyən olunmuşdur ki, iddiaçı 2020-ci il ## ########-10 noyabr tarixlərində Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və ya bölmələrində hərbi qulluqçu kimi xidmət etməmiş, mülki işçi olmamış, habelə döyüş əməliyyatları aparan hərbi hissə və ya bölmələrə rəsmi qaydada ezam olunmamış,səfərbərliklə əlaqədar göndərilməmişdir. Onun könüllü olaraq şəxsi avtomobili ilə döyüş bölgəsinə getməsi, humanitar yardım aparması, ərzaq və digər ləvazimatların daşınmasında iştirak etməsi, yaxud yaralı və şəhidlərin daşınmasına köməklik göstərməsi belə yuxarıda qeyd olunan Əsasnamənin tələblərinə görə ona müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmir. Həmin fəaliyyətlərin Əsasnamənin tələbləri baxımından hüquqi əhəmiyyət kəsb etməsi üçün şəxs müvafiq dövrdə hərbi qulluqçu, hərbi hissənin mülki işçisi və ya döyüş əməliyyatları aparan hərbi hissəyə, bölməyə və ya orqana rəsmi qaydada ezam olunmuş şəxs statusunda olmalıdır. Belə ki, işə baxılarkən sorğuya cavab olaraq Cavabdeh N №-li hərbi hissə tərəfindən gönədərilmiş ## ###### 2025-ci il tarixli, *- **-***/*****/**** nömrəli məktubda göstərilmişdir ki, hərbi hissədə İddiaçı adında hərbi qulluqçu, həmçinin mülki işçi olmamışdır. Bundan başqa sorğu nəticəsində iddiaçın həmin dövrdə səfərbərliklə toplanışa cəlb edilməsi barədə məlumatın olmadığı müəyyən edilmişdir. Beləliklə iddiaçının sözügedən Əsasnamədə nəzərdə tutulmuş dispozisiya şərtlərinə uyğun olaraq göstərilmiş şəxslərin kateqoriyasına aid olması iş materialları ilə sübuta yetirilmir. Iddiaçı isə hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı N nömrəli hərbi hissə tərəfindən verilmiş *** nömrəli arayışda onun şəxsi avtomobili ilə humanitar yardım göstərməsi, yaralı və şəhidlərin daşınmasında iştirak etməsinin göstərilməsinə istinad etsə də, sonradan aparılmış xidməti araşdırma nəticəsində həmin arayışın əsassız və qanunsuz verildiyi müəyyən edilmişdir. Belə ki, Cavabdeh N №-li hərbi hissə tərəfindən göndərilmiş ## ###### 2025-ci il tarixli, *-**-***/******/**** nömrəli məktubda göstərilmişdir ki, vətəndaş İddiaçı döyüş əməliyyatlarına cəlb edilməsi ilə bağlı N nömrəli hərbi hissə komandanlığı tərəfindən ona ##.##.2023-cü il tarixli *** nömrəli arayışın verilməsinə görə N nömrəli hərbi hissənin Hüquq şöbəsində araşdırma aparılmış, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı təqdim olunmuş ##.##.2023-cü il tarixli *** nömrəli arayış əsassız və qanunsuz olaraq verilmişdir. Həmçinin həmin məktuba əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin ## ###### 2025-ci il tarixli, *** nömrəli əmrindən görünür ki, 706 və N nömrəli hərbi hissələrdə xidməti yazışmaların və arayışların verilməsi zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı təqsirkar şəxslər barəsində tədbirlər görülmüş, İddiaçı verilmiş ##.##.2023-cü il tarixli, *** nömrəli arayışın ləğv edilərək vətəndaşa obyektiv məlumatlar əsasında yenidən arayış təqdim olunması əmr edilmişdir. Beləliklə, qanunverici müharibə veteranı adının verilməsini konkret hüquqi status və rəsmi sənədlərlə təsdiq olunan iştirak faktı ilə əlaqələndirdiyindən, iddiaçının təqdim etdiyi və iş materiallarında olan sübutlar cavabdehin üzərinə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə öhdəlik qoyulması üçün əsas hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X8 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ######## 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hesab etmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. ## ###### 1991-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrində çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Iddiaçının hərbi xidmət keçməsini və tərxis olunmasını sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları mövcud deyil. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələbinə görə, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Göstərilənlərə əsasən cavabdehin imtinası qanuni olduğundan iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və IPM-in 2, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara alır: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar