Məhkəmə qərarları › İş №2-1(3-1)-60/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(3-1)-60/2026

22.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2-1(3-1)-60/2026 22.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Tərəflərin iştirakı olmadan, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "onun mülkiyyətində olan Naxçıvan şəhəri, 50-ci məhəllədə yerləşən Naxçıvan şəhər iaşə tresti ** saylı aşxana və ətraf ərazisi olan daşınmaz əmlakın bərpa olunmasını, ona obyektlərinin ərazisinin geri qaytarılmasını, onun obyektləri 2003cü ildə sökülərkən ona dəyən maddi ziyan, 1997-ci ildən 2003-cü ilədək obyektləri üçün çəkdiyi bütün xərcləri, 2003-cü ildən bugünədək ona dəymiş maddi, mənəvi ziyanın Cavabdeh tərəfindən qarşılanmasını və cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "onun mülkiyyətində olan Naxçıvan şəhəri, 50-ci məhəllədə yerləşən Naxçıvan şəhər iaşə tresti ** saylı aşxana və ətraf ərazisi olan daşınmaz əmlakın bərpa olunmasını, ona obyektlərinin ərazisinin geri qaytarılmasını, onun obyektləri 2003-cü ildə sökülərkən ona dəyən maddi ziyan, 1997-ci ildən 2003-cü ilədək obyektləri üçün çəkdiyi bütün xərcləri, 2003-cü ildən bugünədək ona dəymiş maddi, mənəvi ziyanın Cavabdeh tərəfindən qarşılanmasını və cavabdehin üzərinə öhdəlik qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərardadı ilə iddia geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərardadından narazı qalan iddiaçı İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsi, iddia tələbinə baxılmağa davam edilməsi və tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı apellyasiya şikayətində göstərilmişdir ki, 2 dəfə məhkəmə iclaslarında iştirak etsə də, cavabdeh tərəfin hər hansı nümayəndəsi gəlməmişdir. 2024-cü ilin aprel və iyun ayında keçirilən məhkəmə iclaslarında iştirak etmişdir. Halbuki, həmin iclaslar zamanı məhkəmə hazırlıq iclasını yekunlaşdırıb, məhkəmə baxışına keçməli idi. Mobil nömrəsi 050-203-70-92, 070-203-70- 92 olsa da hər hansı məhkəmə bildirişi qaydasında SMS gəlməmişdir, məktublar ünvanına hər zaman gec gəlmişdir. Səhhətində olan problemlər, məhkəmənin lüzumsuz yerə uzadılmasına görə, həmçinin Bakı şəhərində yaşadığı üçün gəlib-getmək xərcləri çox olduğu üçün gəlib-getmək problem olmuşdur. ## ###### 2026-cı il tarixdə iddia ərizəsində göstərdiyi ünvandakı evini, yəni ünvan 1 ünvanındakı evini satmış və həmin tarixdən Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 33, məhəllə 945, bina 1, mənzil 35 ünvanına köçmüş, bu gün əvvəlki qaldığı binanın komendantı zəng edərək buraya son 3 ayda 2 ədəd məhkəmədən sənəd gəldiyini, sadəcə olaraq xəbər verməyi unutduğunu bildirmişdir. O da dərhal əvvəlki qaldığı binaya gedən zaman komendantın otaqındakı məhkəmə sənədlərin görən zaman xəbər tutmuşdur ki, ## ###### 2026-cı il tarixli Naxçıvan Inzibati Məhkəməsinin bildirişi göndərildiyini, həmin bildirişdə ## ##### 2026-cı il tarixdə məhkəmənin hazırlıq iclasının keçiriləcəyini və bu iclas zamanı iddia tələbinin dəqiqləşdirilməsini göstərməli olduğundan xəbərsiz olmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Iş üzrə iddiaçı İddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, cavabdeh Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdirlər. Kollegiya Azərbaycan Respublikası IPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin və iş materiallarına əlavə olunmuş sənədlərin məzmunundan aydın olur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülkiyyətində olan Naxçıvan şəhəri, 50-ci məhəllədə yerləşən Naxçıvan şəhər iaşə tresti ** saylı aşxana və ətraf ərazisi olan daşınmaz əmlakın bərpa olunmasını, ona obyektlərinin ərazisinin geri qaytarılması və kompensasiya tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını geri götürülmüş hesab etməklə, bu əsasla da iş üzrə icraata xitam vermişdir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən qərardadında buna əsaslanmışdır ki, məhkəmə iclaslarının vaxtı barədə iddiaçının iddia ərizəsində qeyd etdiyi mobil telefon nömrəsinə “AZEMIS” Elektron Məhkəmə informasiya sistemi vasitəsilə ilə “SMS xəbərdarlıq”lar göndərilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, iddiaçı İddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Kollegiya işin materiallarına və şikayətin dəlillərinə məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iş materiallarında olan SMS xəbərdarlığın AZEMIS vasitəsilə göndərilməsi barədə bildirişlərdən aydın olur ki, məhkəmə hazırlıq iclaslarının və şifahi məhkəmə baxışı iclaslarının vaxtı barədə məlumat iddiaçının iş materiallarında olan nömrəsinə SMS xəbərdarlıq vurulmaqla məlumat verilmiş, o cümlədən məhkəmə bildirişləri iddiaçının iddia ərizəsində qeyd edilən ünvan 1 ünvanına göndərilmişdir. Iddiaçı apellyasiya şikayətində yaşayış ünvanını dəyişdiyini bildirsə də, bu barədə işə baxan birinci instansiya məhkəməsinə məlumat verməmişdir. (bu hal apellyasiya şikayətinin məzmunundan da aydın olur). Belə olan halda birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Belə ki, iş üzrə icraat zamanı tərəfin ünvanı dəyişdiyi halda bu barədə məhkəməyə məlumat vermək vəzifəsi həmin tərəfin üzərinə düşür və belə məlumat olmadığı halda məhkəmə, sənədlərini tərəfin iş materiallarından ona məlum olan axırıncı ünvanı üzrə göndərməkdə haqlı olmaqla, bu halda göndərilmiş məhkəmə sənədləri tərəfə rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Kollegiya hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas təşkil etmir, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası IPM-in 87.6, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin 0 ## ##### 2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 10 gün müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar