Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-66/2026 21.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Inzibati kollegiyası Hakimlər - X27 (sədrlik edən və məruzəçi), X3 və X15 ibarət tərkibdə, X8 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı iştirakı ilə Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “X5 şəhid adının və statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı vəkili və nümayəndəsi vasitəsilə cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək X5 şəhid adının və statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair ## ######## 2025-ci il tarixli məktubla məhkəməyə ünvanlanan yazılı münasibətini onunla əsaslandırmışdır ki, aşağıdakılara əsasən iddianın təmin edilməsinin hüquqi və faktiki əsası olmadığından, iddianın rədd edilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki şəhid adının verilməsinə əsas olan hallar qanunvericilikdə birbaşa sadalanmışdır və iddiaçının mərhum oğlunun həlak olduğu şəraitə həmin hallardan heç biri şamil olunmamaqdadır. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və ganunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1994-cü il tarixli ** nömrəli qərarı ilə təsdiq edilən "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi" Qaydalarının 1.2ci bəndinə görə aşağıdakı şəxslər şəhid hesab edilirlər: 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; ## ###### 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili - işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X26 Xidmətində, X25 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zaman həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Göründüyü kimi, şəxsə şəhid statusu verilməsinin əsasları qanunvericiliklə konkret sadalanmışdır. Bunun üçün əsas meyar - şəxsin həlak olması səbəbinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda və ya hərbi əməliyyatlarla əlaqədar olmasıdır. Iddiaçının mərhum oğlu X5 Nazirliyinin N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmət müddətində vəfat etməklə, ölüm səbəbi "pnevmaniya, prostavmatik infeksion şok" olmuş və ##.##.2017-ci il tarixdə Gəncə şəhərində * saylı xəstəxanada vəfat etmişdir. Mərhumun vəfat etməsi döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmadığına görə yuxarıda istinad olunan normaların tələbinə əsasən, ona şəhid adının verilməsinə dair arayış təqdim edilməsi hüquqi nöqteyi-nəzərdən mümkün deyil. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12-ci, 62.3-cü maddələrini rəhbər tutaraq, işə iştirakıları olmadan baxılmaqla iddiaçı İddiaçı "oğlu X5 şəhid statusunun verilməsinə əsas olan arayış təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim Tural Əliyev) Həmin qərardan iddiaçının vəkili-nümayəndəsi X9 şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin olunaraq Naxçıvan MR Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv olunması və X5 şəhid adının və statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, Quliyev Təmkin N nömrəli hərbi hissədə qulluq etmiş və orada işgəncə verilərək öldürülmüşdür. Meyit müraciət əsasında eksqumasiya olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ- nin ##.##.2022-ci il tarixli, T***/**** saylı Ekspert rəyinə əsasən, 1993-cü il təvəllüdlü X5 adına tərtib edilmiş sənədlərə, eksqumasiya olunmuş meyitin müayinəsinə və qərarda göstərilən suallara uyğun kommisiya nəticəyə gəlmişdir: Mərhum T.İddiaçı hər iki ağciyərin kəskin ödemi, diffuz-irinli hemorragik pnevmoniya, atelektaz və emfizema ocaqları, hər iki bazu, sol dirsək, sol qalça nahiyələrinin qançırları, burun, sol bazu, sol said, sol kürək, hər iki baldır nahiyələrinin və sağ ayaq pəncəsinin sıyrıqları, sağ əlin IV barmağının, sol əlin İ barmağının, sol ayağın İ-II barmaqlarının səthi yaraları, hər iki ağciyərin total infıltrasionalveolyar ödemi, kontuziyası, divararalığında emllzema və L2, 1.3, 1.4 fəqərələrinin sol köndələn çıxıntısında yerdəyişməmiş sınıqlar olmuşdur. Qeyd edilən xəsarətlər həyati olmaqla küt yaranma mexanizminə malikdirlər və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər və ölümlə səbəbli əlaqənin olmasını inkar etmək olmaz. Belə ki, bu xəsarətlər ümumilikdə bədənin hərəkətsizliyi nəticəsində durğunluğa, orqanizmin müqavimət qüvvəsinin tükənməsinə və sonda isə psosesə inleksiya qoşulması nəticəsində irinli septik vəziyyət və ağır dərəcəli kəskin tənəffüs çatışmazlığına səbəb olmuşdur. T.İddiaçı ölümünə səbəb yuxarıda sadalanan xəsarətlər kompleksi fonunda inkişaf edən ağciyərlərin durğunluğu və ödemi ilə əlaqədar yaranan irinli interstesial pnevmoniyasından baş vermiş kəskin tənəffüs çatışmazlığı olmuşdur. Təqdim edilən tibbi sənədlərdə və meyitin ekspertizası zamanı onun tənəffüs yollarına maye doldurulması ilə yaranan asfıksiyanı göstərən hər-hansı bir əlamət aşkar edilmədi. N nömrəli hərbi hissənin komandirinə ünvanladığı ərizədə X5 xidməti vəzifələrini yerinə yetirərkən şəhid olduğuna görə şəhid olması barədə arayışın verilməsini xahiş edilsə də, N nömrəli hərbi hissə komandirinin ## #### 2025-ci il tarixli cavab məktubunda X5 ölüm səbəbləri barədə məlumat almaq üçün prokurorluq orqanlarına müraciət edilməsi göstərilmişdir. Həmçinin aidiyyatı üzrə Cavabdeh edilmiş müraciətə verilən ## ###### 2025-ci il tarixli cavabda mərhum X10nun vəfat etməsi döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmadığından ona şəhid adının verilməsinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmaması göstərilmişdir. Bildirilir ki, iddiaçının oğlu döyüş bölgəsində xidmət etmiş və döyüş tapşırıqlarını icra edən zaman işgəncə ilə öldürülmüşdür. X6 Respublikasının Inzibati Məhkəməsi tələbin rədd olunmasını onunla əsaslandırmışdır ki, şəxsə şəhid statusunun verilməsinin əsasları qanunvericilikdə sadalanmışdır. Bunun üçün əsas meyar şəxsin həlak olması səbəbinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda və ya hərbi əməliyyatlarla əlaqədar olmasıdır. Döyüş bölgəsində başqa əsaslarla da həyatını itirmiş hərbi qulluqçulara şəhid statusunun verilməsini qanun qadağan etmir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının vəkili-nümayəndəsi Vəkil və cavabdeh Cavabdeh nümayəndəsi iclasda iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası IPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Şifahi məhkəmə baxışı iclasında iddiaçı İddiaçı, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarının ləğv olunması və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və iddiaçının izahatı ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin IV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Iş materiallarında olan; - Cavabdeh Şəxsi Heyətlə Baş Idarəsi tərəfindən göndərilmiş ## ###### 2025-ci il tarixli, *-**-**/*-B-*******/** nömrəli məktubdan görünür ki, mərhum X10 ##.##.2017-ci il tarixdə pnevmoniya nəticəsində Gəncə şəhər * saylı xəstəxanasında vəfat etmişdir. Mərhum X10nun vəfat etməsi döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmadığından, ona “Şəhid” adının verilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. - N nömrəli hərbi hissə komandirinin ## ### 2017-ci il tarixli, *** nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, 4-cü tabor 11-ci bölük 2-ci V vəzifəsində xidmət edən X10 ##.##.2017-ci il tarixdə Gəncə şəhər * saylı xəstəxanasının reanimasiya şöbəsində “prostavmatik infeksion şol” diaqnozundan müalicə alarkən vəfat etdiyinə görə bütün növ təminatları dayandırılmış, ##.##.2017-ci il tarixdən hospitalda olanların siyahısından çıxarılmışdır. - “Zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” ##.##.2022-ci il tarixli qərarın surətindən aydın olur ki, İddiaçı zərərçəkmiş şəxs Təmkin Nizami oğlunun hüquqi varisi kimi tanınmışdır. - ## ###### 1993-cü il tarixli XVIII-ЖГ seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Təmkin Nizami oğlu ## ###### 1993-cü il tarixdə Ordubad rayon Unus kəndində doğulmuşdur. Ata adı qrafasında İddiaçı, ana adı qrafasında X7 qeyd olunmuşdur. Bu barədə Ordubad rayon XDM IK tərəfindən doğum haqqında akt qeydləri kitabında ## ###### 1993-cü il tarixdə 37 nömrə ilə qeydiyyat aparılmışdır. - Bakı Hərbi Məhkəməsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, *-*(***)***/**** nömrəli arayışda göstərilmişdir ki, İddiaçı, təqsirləndirilən şəxslər X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri, Ələsgərov Rüstəm Çərkəz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 126.3, 145.3, 341.2.2, 341.2.3 və 293.3-cü maddələri, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Iş materiallarına əsasən mərhum X5 Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olarkən vəfat etmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi tərəfindən mərhum X5 adına tərtib edilmiş T ***/**** saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, mərhum T.İddiaçı hər iki ağciyərin kəskin ödemi, diffuz irinli- İ 13 T ***/**** saylı rəyin davamı hemorragik pnevmoniya, atelektaz və emflzema ocaqları, hər iki bazu, sol dirsək, sol qalça nahiyələrinin qançırları, burun, sol bazu, sol said, sol kürək, hər iki baldır nahiyələrinin və sağ ayaq pəncəsinin sıyrıqlan, sağ əlin IV barmağının, sol əlin İ barmağının, sol ayağın İ-II barmaqlarının səthi yaraları, hər iki ağciyərin total infıltrasion-alveolyar ödemi, kontuziyası, divararalığında emfızema və L2, L3, L4 fəqərələrin sol köndələn çıxıntısında yerdəyişməmiş sınıqlar olmuşdur. Qeyd edilən xəsarətlər həyati olmaqla küt yaranma mexanizminə malikdirlər və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər və ölümlə səbəbli əlaqənin olmasım inkar etmək olmaz. Belə ki, bu xəsarətlər ümumilikdə bədənin hərəkətsizliyi nəticəsində durğunluğa, orqanizmin müqavimət qüvvəsinin tükənməsinə və sonda isə prosesə infeksiya qoşulması nəticəsində irinli septik vəziyyət və ağır dərəcəli kəskin tənəffüs çatmamazlığına səbəb olmuşdur. T.İddiaçı ölümünə səbəb yuxarıda sadalanan xəsarətlər kompleksi fonunda inkişaf edən ağciyərlərin durğunluğu və ödemi ilə əlaqədar yaranan irinli interstesial pnevmoniyasmdan baş vermiş kəskin tənəffüs çatışmazlığı olmuşdur. Təqdim edilən tibbi sənədlərdə və meyitin ekspertizası zamanı onun tənəffüs yollarına maye doldurulması ilə yaranan asfiksiyanı göstərən hər-hansı bir əlamət aşkar edilmədi. “Işgəncə” məhkəmə-tibbi məfhum olmadığı üçün qərarın 2-ci sualına cavab vermək mümkün olmadı. - Gəncə Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən ## ###### 2017-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, Təmkin Nizami oğlu ##.##.2017-ci il tarixdə Gəncə şəhərində pnevmoniya səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2017-ci il tarixdə, 1380 nömrə ilə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ## ####### 2025-ci il tarixli, **** nömrəli məktubla göndərilmiş ##.##.1993-ci il təvəllüdlü mərhum R X5 1-ci nüsxə şəxsi işinin materiallarında olan: - N nömrəli hərbi hissə komandirinin ## ### 2017-ci il tarixli, *** nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini Silahlı. Qüvvələrin Baş Qərargah rəisinin ## ### 2017-ci il tarixli **** nömrəli əmri ilə tutduqları vəzifədən azad edilərək N nömrəli hərbi hissə komandirinin sərəncamına çıxarıldıqları üçün aşağıda adları çəkilən zabitlər ştatdan kənar saxlanılsınlar. X10, *** nömrəli hərbi hssənin 7034-cü motoatıcı taborunun 11-ci motoatıcı bölüyünün 2-ci motoatıcı taqımının komandiri; - Azərbaycan Respublikası Müdafiə Nazirinin ## ###### 2017-ci il tarixli, **** nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinin “a” bəndinə müvafiq alaraq, 1-ci Ordu Korpusu (N №-li hərbi hissə) komandirinin sərəncamında olan aşağıda adları çəkilən zabitlər vəfat etdiyi üçün göstərilən tarixlərdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinin siyahısından çıxarılmış hesab edilsinlər: ##.##.2017-ci il tarixdən X10, 703-cü Motoatıcı briqadanın (N №-li hərbi hissə) 7034-cü motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının sabiq komandiri. ##.##.2017-ci il tarixdə pnevmoniya nəticəsində Gəncə şəhər * saylı xəstəxanasında vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlı deyil. ##.##.2017- ci il tarixdə Ordubad rayonu, Darkənd kənd qəbiristanlığında dəfn olunub. Atası: İddiaçı, 1967-ci il təvəllüdlü, Anası: X7, 1972-ci il təvəllüdlü. Ailəsinin ünvanı: Ordubad rayonu, Darkənd kəndi. Sənədləri qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinə göndərilsin. Əsas: N nömrəli hərbi hissə komandiri tərəfindən təsdiq olunmuş vəfat etməsi haqqında məlumat, qaytarılmaz itkilərin adlı siyahısı və Gəncə Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2017-ci il tarixli AZ-İ ****** nömrəli ölüm haqqında şəhadətnamə. - Azərbaycan Respublikası "xxxx" publik hüquqi şəxs "xxxx" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ####### 2025-ci il tarixli, **- *-**/*-****/**** nömrəli məktubdan görünür ki, tibbi sənədlərə baxış keçirilmiş, Z. Məmmədov adına xəstəxananın məlumatı nəzərə alınmış, müəyyən edilmişdir ki, X5 (1993), Z. Məmmədov adına xəstəxanaya ağır vəziyyətdə daxil olmuş, ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək “Iki tərəfli interstesial pnevmoniya, Distress sindrom kəskin ağciyər və ürək damar çatmamazlığı” diaqnozu ilə müayinə və müalicə olmuşdur. Həyata keçirilən zəruri reanimasion intensiv müalicə tədbirlərinə baxmayaraq ##.##.2017-ci il tarixədə saat 20:55-də ölüm baş vermişdir. T.İddiaçı aid stasionar xəstənin tibbi kartası və çıxarış qoşma şəklində məktuba əlavə edilmişdir. - Bakı Hərbi Məhkəməsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli məktubla Bakı Hərbi Məhkəməsinin *-*(***)**/**** nömrəli cinayət işi üzrə çıxarılmış Ələsgərov Rüstəm Çərkəz oğlu və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293.2-ci, 341.2.3-cü, 125-ci, 341.2.2-ci, 293.3-cü, 145.3cü, 126.3-cü maddələri ilə məhkum olunmalarına dair hökm elektron daşıyıcıda məhkəməyə göndərilmişdir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçının əsas hüquqi marağı mərhum oğlu X5 şəhid adının və statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh Cavabdeh iddiaçının tələbindən imtina edərək, mərhum X10nun ##.##.2017-ci il tarixdə pnevmoniya nəticəsində Gəncə şəhər * saylı xəstəxanasında vəfat etdiyini,onun vəfat etməsinin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmadığından, ona “Şəhid” adının verilməsinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, iddiaçının oğlunun həlak olduğu yer və şərait “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair ## ###### 2008-ci il tarixli Qərarında nəzərdə tutulmuş normaların dispozisiya şərtləri ilə bağlı tələbləri ödəmir. Nəzərə almaq lazımdır ki, həmin normalara əsasən, şəxsin şəhid hesab olunması üçün o, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan əməliyyatlar zamanı və yaxud Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmalıdır (itkin düşməli və ya məhkəmə qaydasında ölmüş elan edilməlidir). Göründüyü kimi iddiaçının oğlunun vəfat etməsinə səbəb olan hal Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə, həmçinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmamışdır. Şəhid statusu ilə bağlı mübahisələrə baxılarkən hər bir konkret mübahisəyə münasibətdə müəyyən olunmuş faktiki hallar müvafiq hüquq normalarının dispozisiya şərtləri baxımından qiymətləndirilməli və həmin şərtlərin mövcudluğu yoxlanılmalıdır. Qanunla müəyyən olunmuş və yuxarıda qeyd edilən dispozisiya şərtlərinə cavab verməyən şəraitdə həlak olmuş şəxslərə, o cümlədən hərbi qulluqçulara, hətta onlar hərbi xidmət zamanı həlak olmuş olsalar belə, şəhid statusunun verilməsindən imtina qanunsuz sayıla bilməz. Odur ki, hazırkı işdə cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq iddiaçının tələbinin icrasından imtina edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.1-ci bəndinə əsasən şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X26 Xidmətində, X25 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” ## ###### 2008-ci il tarixli qərarında göstərilmişdir ki: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Kollegiya birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, işə əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-**/**** saylı hökmü ilə müəyyən edilmişdir ki, Ələsgərov Rüstəm Çərkəz oğlu N nömrəli hərbi hissənin kəşfiyyat bölüyünün 1-ci kəşfiyyat taqımının 1-ci kəşfiyyat manqasının kəşfiyyatçısı vəzifəsində R rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edərkən Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2014-cü il tarixli ** №-li qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları”nın, ##.##.2014-cü il tarixli ** №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat”ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı şifahi formada ona həvalə olunmuş, prosessual şəxs kimi Cinayət Prosessual Məcəllənin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün qeyd edilən halların qanunvericilikdə nəzərdə tutulmayan qaydada və üsullarla araşdırılması məqsədilə mütəşəkkil dəstənin rəhbəri tərəfindən aparılmış vəzifə bölgüsü əsasında ona verilmiş tapşırığa əsasən və əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq # ### 2017-ci il tarixdə günorta saatlarında dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasına gətirilərək 2-ci mərtəbədə otaqlardan birinə yerləşdirilmiş, həmin hərbi hissənin 4-cü tabor, 11-ci bölük, 2-ci tağımının komandiri, X10 barəsində … ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin ona verdiyi tapşırıqlara uyğun olaraq mütəşəkkil dəstənin adları qeyd edilən üzvləri və qeyriləri ilə birlikdə Təmkin Nizami oğlunun… törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin üzvləri ilə birlikdə ##.##.2017-ci il tarixə kimi eyni qaydada ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib ... Təmkin Nizami oğlunun ##.##.2017-ci il tarixdə ölməsində ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin məqsədlərinə nail olmaq məqsədilə ##.##.2017-ci il tarixdən mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib “hər iki ağ ciyərin kəskin ödəmi, diffuz irinli-heromagik pinevmaniya, atlektas və emfizema ocaqları, hər iki bazu, sol dirsək, sol qalça nahiyyələrinin qançırları, burun, sol bazu, sol said, sol kürək, hər iki baldır nahiyyələrinin və sağ ayaq pəncəsinin sıyrıqları, sağ əlin dördüncü barmağının, sol əlin birinci barmağının, sol ayağın bir və ikinci barmaqlarının səthi yaraları, hər iki ağ ciyərin total infiltrasyon-alveolyar ödemi, kontuziyası, divar aralağında enfizema və El2, El3, El4 fəqərələrin sol köndələn çıxıntısında yerdəyişməmiş sınıqlar”ın əmələ gəlməsi və onun ölümünə səbəb olan az ağır xəsarətlər yetirib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə verib… həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək adam oğurluğu ilə bağlı olmayan ikidən artıq şəxsi təkrarən qanunsuz azadlıqdan məhrum etməsi, Təmkin Nizami oğluna aldığı xəsarətlərin nəticələrinin aradan qaldırılması üçün vaxtında ixtisaslı tibbi yardım göstərilməsinə şərait yaradılmaması onun ##.##.2017-ci il tarixdə saat 20:55 dəqiqədə aldığı xəsarətlər kompleksi fonunda inkişaf edən ağ ciyərlərin durğunluğu və ödemi ilə bağlı yaranan irinli interstesial pnevmoniyasından baş vermiş kəskin tənəffüs çatışmazlığı nəticəsində ünvan 1 ünvanında yerləşən X2 Xəstəxanasında ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmənin hökmü ilə Ələsgərov Rüstəm Çərkəz oğlu Azərbaycan Respublikasının CM-in 125, 126.3, 145.3,341.2.2, 341.2.3 və 293.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər hakimiyyət nümayəndəsinin funksiyalarını həyata keçirməklə və maddi-məsuliyyət səlahiyyətləri ilə bağlı vəzifələr tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Iddiaçınının nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi “iddiaçının oğlu döyüş tapşırıqlarını icra edən zaman işgəncə ilə öldürülmüşdür”, “döyüş bölgəsində başqa əsaslarla da həyatını itirmiş hərbi qulluqçulara şəhid statusunun verilməsini qanun qadağan etmir” dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, yuxarıda göstərilən hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyindən aydın olur ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə mövcud olmalıdır. Işin araşdırılmış hallarından aydın olur ki, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mərhum oğlu X14 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, yuxarıda qeyd olunan hökmlə müəyyən olunmuş şəraitdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi tərəfindən mərhum Təmkin Nizami oğlunun barəsində olan ##.##.2022-ci il tarixli T ***/**** saylı ekspert rəyinə əsasən rəydə sadalanan xəsarətlər kompleksi fonunda inkişaf edən ağciyərlərin durğunluğu və ödemi ilə əlaqədar yaranan irinli interstesial pnevmoniyasından baş vermiş kəskin tənəffüs çatışmazlığından vəfat etmişdir. Kollegiya hesab edir ki, inzibati orqanın iddiaçının mərhum oğluna şəhid statusu verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, birinci instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun nəticəyə gəlindiyindən apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğvi üçün əsas təşkil etmir. Inzibati mübahisəyə dair işə kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə səbəb ola biləcək yeni hallar da müəyyən edilməmişdir. Beləliklə, iddiaçının vəkili-nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası IPM-in 2, 68, 69, 75, 87.1, 87.5, 87.6, 87.8, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərar verdi: Naxçıvan MR Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrloik edən: Yusifəli Qurbanov Hakimlər: Müşfiq Həsənov, Səxavət Bəylərli
Məhkəmə qərarları › İş №2-1(3-1)-66/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-66/2026
21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver