Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2-1(3-1)-7/2026 13.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçılar iddiaçı2 və iddiaçı1 nümayəndəsi vəkil Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “##.##.2025-ci il tarixli şikayət ərizəsi əsasında (mübahisəyə dair) başlanmış inzibati icraatın aparılması, inzibati icraatla bağlı iclasın keçirilməsi və şikayətçiyə rəsmi qaydada xəbərdarlıq bildirişi göndərməklə həmin iclasa çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmçinin inzibati icraatın yekununda mahiyyəti üzrə qərarın (inzibati aktın) qəbul edilməsi tələb”inə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçıların nümayəndəsi vəkil Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti əsasında inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinə müraciət edərək ##.##.2025-ci il tarixli şikayət ərizəsi əsasında (mübahisəyə dair) başlanmış inzibati icraatın aparılması, inzibati icraatla bağlı iclasın keçirilməsi və şikayətçiyə rəsmi qaydada xəbərdarlıq bildirişi göndərməklə həmin iclasa çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmçinin inzibati icraatın yekununda mahiyyəti üzrə qərarın (inzibati aktın) qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçılar iddiaçı2 və iddiaçı1 nümayəndəsi vəkil Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçılar tələbini onunla əsaslandırmışdır ki, onlar daşınmaz əmlaklara olan pozulmuş hüquqlarının bərpası məqsədilə inzibati icraatın aparılması barədə ## ###### 2025-ci il tarixdə şikayət ərizəsi ilə Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişlər. Həmin ərizə əsasında cavabdeh orqan inzibati icraat açmamış, heç bir inzibati akt qəbul etməmişdir. ## ######## 2025-ci il tarixli, **/*-Q-***/*-*/**** nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Naxçıvan MR Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli ***S nömrəli sərəncamına əsasən Naxçıvan MR Iqtisadiyyat Nazirliyinin sərəncamında olan həmin bina Naxçıvan MR Ali Məclisinin balansına verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçılar iddiaçı2 və iddiaçı1 nümayəndəsi vəkil Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların cavabdeh orqana müraciəti qeydə alınsa da, inzibati icraatın aparılmasına dair heç bir iş görülməmiş, ərizəçiyə rəsmi qaydada icraatın yeri və tarixi barədə bildiriş göndərilməmiş, araşdırma aparmaq kimi zəruri hərəkət edilməmişdir. Bununla da “Inzibati icraat haqqında” Qanunun 2.0.6 və 78.1-ci maddələrinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsinin iddianı mümkün saymaması ilə iddiaçılar inzibati qaydada hüquqlarının müdafiə edilməsi imkanından məhrum olmuşdur. Prosessual məsələlər Iddiaçılar iddiaçı2 və iddiaçı1 nümayəndəsi vəkil Vəkil məhkəmə iclasında bildirmişdir ki, iddiaçıların əsas hüquqi marağı 160 kv.m əmlaka mülkiyyət hüququnun və zirzəmiyə münasibətdə istifadə hüququnun qeydə alınmasından ibarətdir. Həmin mübahisəli əmlaklar barədə hüquqmüəyyənedici sənədlər olaraq 160 kv.m daşınmaz əmlakın alqı-satqı müqaviləsi, sərəncamı, qəbzləri, zirzəminin isə istifadə hüququ haqqında sərəncamı var. Iddiaçılar təqribi 2013-cü ildə qeyri-yaşayış sahələrindən çıxarılmışlar. Iddiaçıların əvvəllər bu məsələni mübahisələndirməmələrinin səbəbi əvvəlki dövrdə çəkinmələri olmuşdur. Iddiaçıların əvvəlki işdə təqdim etdiyi notarial ərizədə hər iki ünvanı qeyd edərək iddiadan imtina etməsinin tam səbəbini bilmir, yəqin ki, X8 razılığa gəldiyi üçün yanvar ayında hər iki ünvanı qeyd edərək iddiadan imtina ilə bağlı məhkəməyə ərizə göndərmişdir, lakin sonradan razılaşa bilmədiyi üçün fevral ayında iddianın həcminin azaldılması ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Işdə olan Naxçıvan şəhər X5 Icraiyyə Komitəsinin ## ###### 1992-ci il tarixli, ** nömrəli sərəncamının təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Naxçıvan şəhər, Nizami küçəsi ** nömrəli binanın şimal tərəfindən giriş olan və sahəsi 95 kv.m zirzəmi hissəsi “Şərq” Assosiasiyasının istifadəsinə verilsin, Naxçıvan şəhər * nömrəli Mənzil Istismar Idarəsinə tapşırılsın ki, “Şərq” Assosiasiyası ilə müqavilə bağlayıb kirayə alınmasını təmin etsin. Işdə olan Naxçıvan MR Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının Texniki Inventarlaşdırılması Şöbəsi tərəfindən ## #### 1997-ci il tarixdə verilmiş texniki pasportun surətindən görünür ki, Naxçıvan şəhəri, Nizami küçəsi ** nömrəli ünvanda yerləşən “Şərq” X9 Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsinin texniki pasportu tərtib edilmişdir. Işdə olan Naxçıvan MR Dövlət Əmlak Komitəsinin ## #### 1997-ci il tarixli, *** nömrəli sərəncamının surətində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən dövlət mülkiyyətinin qiymətləndirilməsinə dair metodik göstərişlərə, müəssisənin start qiymətinə tətbiq olunan əmsalların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli qərarına, “Yerli icra hakimiyyətinin sərəncamlarında olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin ## ### 1997ci il tarixli fərmanına və Naxçıvan MR DƏK # #### 1997-ci il tarixli *** saylı sərəncamına əsasən “Şərq” X9 və Kommersiya Mərkəzinin icarəyə götürdüyü 160,8 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair sənədlər toplusu nəzərə alınsın. Naxçıvan şəhər Nizami küçəsi 16-da yerləşən 160,8 kv.m qeyri-yaşayış sahəsinin 29250000 (iyirmi doqquz milyon iki yüz əlli min) manat dəyərində kollektivin vəkil etdiyi şəxs iddiaçı2 adına rəsmiləşdirməklə özəlləşdirilsin və kollektivin mülkiyyəti hesab edilsin. Obyektin satış dəyərinin ilkin olaraq 30% həcmində ödənilməsinə icazə verilsin. Işdə olan Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçı1 ünvanladığı ## ######## 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Naxçıvan şəhəri, Nizami küçəsi 16 ünvanında yerləşən, sahəsi 778,5 kv.m olan (zirzəmi qatı daxil olmaqla) 3 mərtəbəli inzibati bina ilkin balans dəyəri 98992 manat, 2013-cü ildə əsaslı təmirdən sonrakı dəyəri isə 984992 manat olmaqla, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin balansına verilmişdir. Naxçıvan MR Ali Məclisinin sədrinin ## #### 2023-cü il tarixli, ***-**/S saylı sərəncamına əsasən Naxçıvan MR Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi ləğv edilmişdir. Naxçıvan MR Nazirlər Kabinetinin ## ######## 2023-cü il tarixli, **s nömrəli sərəncamı ilə ləğv olunmuş Naxçıvan MR Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin balansında olan inzibati bina və digər avadanlıqlar dövlət əmlakı kimi Naxçıvan MR Iqtisadiyyat Nazirliyinin sərəncamına verilmişdir. Naxçıvan MR Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ***S nömrəli sərəncamına əsasən Naxçıvan MR Iqtisadiyyat Nazirliyinin sərəncamında olan həmin bina Naxçıvan MR Ali Məclisinin balansına verilmişdir. Işdə olan X16 tərəfindən verilmiş ## ##### 2017-ci il tarixli, ****** nömrəli texniki pasportun surətindən görünür ki, Naxçıvanşünaslıq Mərkəzinin balansında olan Naxçıvan şəhəri, Nizami küçəsi ** nömrəli ünvanda yerləşən obyektin texniki pasportu tərtib edilmişdir. Işdə olan Naxçıvan MR Nazirlər Kabinetinin ## ######## 2023-cü il tarixli, **s nömrəli sərəncamının surətində qeyd edilmişdir ki, “ləğv olunmuş Naxçıvan MR Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin balansında olan və dövlət təşkilatlarının balansına verilməsi nəzərdə tutulan əmlakların Siyahısı” təsdiq edilsin; “ləğv olunmuş Naxçıvan MR Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin balansında olan və Naxçıvan MR Iqtisadiyyat Nazirliyinin sərəncamına verilməsi nəzərdə tutan əmlakların Siyahısı” təsdiq edilsin; Naxçıvan MR Iqtisadiyyat Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə bu sərəncamdan irəli gələn məsələləri həll etsin. Işdə olan Naxçıvan MR Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ***S nömrəli sərəncamının surətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il # #### *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən, Naxçıvan MR Ali Məclisinin təklifi və Naxçıvan MR Iqtisadiyyat Nazirliyinin rəyi nəzərə alınaraq “Naxçıvan MR Iqtisadiyyat Nazirliyinin sərəncamında olan və Naxçıvan MR Ali Məclisinin balansına verilməsi nəzərdə tutulan əmlakların siyahısı” təsdiq olunsun; Naxçıvan MR Iqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Işdə olan Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Naxçıvan Inzibati Məhkəməsinə ünvanladığı ## ###### 2025-ci il tarixli, **/**** nömrəli “Sərəncamın icrası haqqında” cavab məktubunda qeyd edilmişdir ki, Naxçıvan şəhəri, Nizami küçəsi 16 ünvanında yerləşən, sahəsi 778,5 kv.m olan, zirzəmi qatı daxil olmaqla 3 mərtəbəli inzibati bina ilkin balans dəyəri 98992 manat, 2013-cü ildə əsaslı təmirdən sonrakı dəyəri 984992 manat olmaqla Naxçıvan MR Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin balansına verilmişdir. Naxçıvan MR Ali Məclisinin sədrinin ## #### 2023-cü il tarixli ***-**/S saylı Sərəncamına əsasən Naxçıvan MR Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi ləğv edilmişdir. Naxçıvan MR Nazirlər Kabinetinin ## ######## 2023-cü il tarixli **s nömrəli Sərəncamı ilə ləğv olunmuş Naxçıvan MR Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin balansında olan inzibati bina və avadanlıqlar Naxçıvan MR Iqtisadiyyat Nazirliyinin sərəncamına verilmişdir. Naxçıvan MR Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ***S nömrəli Sərəncamına əsasən Naxçıvan MR Iqtisadiyyat Nazirliyinin sərəncamında olan həmin bina Naxçıvan MR Ali Məclisinin balansına verilmişdir. Naxçıvan MR Nazirlər Kabinetinin ## ######## 2023-cü il tarixli, **s nömrəli və ## ###### 2024-cü il tarixli, ***S nömrəli sərəncamlarının ləğvi Xidmətin səlahiyyətləri xaricindədir. Işdə olan Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## #### 2026-cı il tarixli, **/*** nömrəli məktubunda qeyd edilmişdir ki, ləğv olunmuş Naxçıvan MR Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi tərəfindən təqdim edilmiş balansda olan daşınmaz əmlaklarına dair “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi”nə əsasən Naxçıvan şəhəri, Nizami küçəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 778,5 kv.m, tikinti altı sahəsi 355,9 kv.m olan 2 mərtəbəli inzibati bina dövlət əmlakının registrində 104-00428146 registr nömrəsi ilə qeydiyyata alınmışdır. Naxçıvan MR Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin müraciəti əsasında Naxçıvan MR Iqtisadiyyat Nazirliyinin Texniki inventarlaşdırma şöbəsi tərəfindən həmin binaya ## ##### 2017-ci il tarixli ***** nömrəli texniki pasport verilmişdir. Sözügedən inzibati bina daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquqi və fiziki şəxsin adına qeydiyyata alınmamışdır. Naxçıvan MR X2 ## #### 2023-cü il tarixli, ***- **/S saylı Sərəncamına əsasən Naxçıvan MR Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi ləğv edilmiş, Naxçıvan MR Nazirlər Kabinetinin ## ######## 2023-cü il tarixli, **s nömrəli Sərəncamı ilə ləğv olunmuş Naxçıvan MR Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin balansında olan inzibati bina və digər avadanlıqlar dövlət əmlakı kimi Naxçıvan MR Iqtisadiyyat Nazirliyinin sərəncamına verilmişdir. Naxçıvan MR Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ***S nömrəli Sərəncamına əsasən Naxçıvan MR Iqtisadiyyat Nazirliyinin sərəncamında olan, Naxçıvan şəhəri, Nizami küçəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 778,5 kv.m olan inzibati bina və avadanlıqlar Naxçıvan MR Ali Məclisinin balansına verilmişdir. Naxçıvan Şəhər Icra Hakimiyyəti başçısının “Naxçıvan şəhərində mülkiyyət hüququ pozulmuş vətəndaşların kompensasiya tələbinin əvəzinə torpaq sahələri ilə təmin edilmələri haqqında” ## #### 2024cü il tarixli, *** saylı sərəncamı ilə iddiaçı2 Naxçıvan şəhərində 600 kv.m torpaq sahəsi verilmişdir. iddiaçı2 nümayəndəsi iddiaçı1 Naxçıvan şəhəri * saylı notariat ofisində təsdiq edilmiş ## ###### 2024-cü il tarixli ərizəsində ünvan 3 və 16 ünvanında sökülüb məhv olunmuş əmlakın əvəzində Naxçıvan şəhərində torpaq sahəsinin verildiyi qeyd olunmuş, iddia etdiyi 160,8 kv.m qeyri-yaşayış sahəsinin ## #### 1997-ci il tarixli, *** nömrəli alqı-satqı müqaviləsi və digər sənədlər ərizəyə əlavə edilmişdir. Işdə olan iddiaçı iddiaçı2 (nümayəndəsi iddiaçı1 vasitəsilə) Naxçıvan MR Inzibati Məhkəməsinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ************* nömrəli ərizəsinin surətində bildirmişdir ki, Naxçıvan MR Inzibati Məhkəməsinin icraatında olan Naxçıvan Şəhər Icra Hakimiyyətinə qarşı mülkiyyətində olan ünvan 3 və Naxçıvan şəhəri, Nizami küçəsi 16 ünvanlarında yerləşən ümumi sahələri 160,8 kv.m olan qeyri-yaşayış sahələrinin sökülməsi (Nizami küçəsi 12), zorla və hədə-qorxu ilə əlindən alınması (Nizami küçəsi 16, indiki “Naxçıvanşünaslıq Mərkəzi”) ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 1000000 (bir milyon) manat, sökülən gündən məhkəmə qərarı çıxanadək əldən çıxmış fayda qismində 3000000 (üç milyon) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 1000000 (bir milyon) manat olmaqla, cəmi 5000000 (beş milyon) manat pulun ona ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiadan imtina edir. Məhkəmədən iddianın imtina edilməsi barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Işdə olan ************* nömrəli Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış notarial ərizənin surətindən görünür ki, iddiaçı2 (nümayəndəsi iddiaçı1 vasitəsilə) bildirmişdir ki, ona məxsus Naxçıvan şəhər, Nizami küçəsi 12-də, 16-da 112,3 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 76,7 kv.m olan çayxana sökülüb məhv olunmuşdur. Sökülüb məhv olunmuş çayxana Naxçıvan şəhərində torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Gələcəkdə məhv olunmuş çayxana ilə bağlı heç bir iddiasının olmayacağını bildirərək həmin əmlak üzərində hüquqlarının dövlət qeydiyyatının ləğv olunmasını xahiş etmişdir. Həmin ərizəyə ## #### 1997-ci il tarixli, *** nömrəli sərəncam, ## #### 1997-ci il tarixli texniki pasport, ## #### 1997-ci il tarixli, *** nömrəli alqı-satqı müqaviləsi qoşma kimi əlavə olunmuş və ərizəçi hüquqmüəyyənedici sənədlərinin əslini ərizəsinə əlavə etdiyini bildirmişdir. Işdə olan Naxçıvan MR Naxçıvan Şəhər Icra Hakimiyyəti başçısının ## #### 2024-cü il tarixli, *** nömrəli sərəncamının surətindən görünür ki, iddiaçı2 Naxçıvan şəhərindən 600 kv.m (298, 299, 300, *** nömrəli torpaq sahələri) torpaq sahəsi verilməsi qərara alınmışdır. Işdə olan Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən ## ######## 2024-cü il tarixində tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi **/** nömrəli ünvanda yerləşən, kateqoriyası yaşayış məntəqələrinin torpaqları sahibkarlıq fəaliyyəti olan, iddiaçı2 mülkiyyətində olan 0,06 hektar torpaq sahəsinin planı və ölçüsü sənədi (reyestr nömrəsi 104013021101) tərtib edilmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsinə əsas Naxçıvan Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli, *** nömrəli sərəncamı olmuşdur. Işdə olan Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan MR Ali Məhkəməsinə ünvanladığı ## #### 2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli “Məlumatın təqdim edilməsi haqqında” cavab məktubunda qeyd edilmişdir ki, “Şərq” X9 və X11 şəhəri X12 Icraiyyə Komitəsi tərəfindən ## ####### 1991-ci il tarixdə *** nömrəli qərarı ilə, Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən isə ## ##### 1997-ci il tarixdə ** nömrəli şəhadətnamə ilə yenidən dövlət qeydiyyatına alınmışdır. Hazırkı tarixədək vergi uçotuna alınmaq üçün müraciət etməmişdir. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, iddia tələbi inzibati orqanın müvafiq akt qəbul edilməsi ilə bağlı olsa da, iddianın məzmunundan aydın olur ki, iddiaçı tərəfin əsas hüquqi marağı əmlak tələbi ilə bağlıdır. Məhkəmə icraatı gedişində toplanılmış sübutlardan müəyyən edilmişdir ki, iddia predmeti olan qeyri-yaşayış binasında yerləşmiş “Naxçıvanşünaslıq” X6 Respublikası X2 ## #### 2023-cü il tarixli, ***-**/S saylı Sərəncamına əsasən ləğv edilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ######## 2023-cü il tarixli, **s nömrəli sərəncamı ilə ləğv olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Naxçıvanşünaslıq” Mərkəzinin balansında olan inzibati bina və digər avadanlıqlar Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyinin sərəncamına verilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ###### 2024-cü il tarixli, ***S nömrəli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyinin sərəncamında olan həmin bina Naxçıvan Muxtar Respublikası Ali Məclisinin balansına verilmişdir. Qeyd olunan sərəncamlar hazırda qüvvədədir. Məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilməsinə baxmayaraq iddiaçılar tərəfindən mübahisələndirilməsindən imtina edilir. Məhkəmənin hüquqi yardımına əsasən iddia tələbinin dəqiqləşdirilməməsinin iddianın mümkünsüzlüyünə səbəb olması iddiaçının diqqətinə çatdırılmışdır. Iş materialları ilə müəyyən edilir ki, iddiaçıların hazırkı iş üzrə hüquqi maraqları iddia etdikləri daşınmaz əmlaklara hansısa qaydada hüquq əldə edilməsindən ibarətdir. Iddia tələblərini dəqiqləşdirməsələr də hüquqi maraqları ünvan 2 ünvanında yerləşən 160,8 kv.m qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının və ünvan 2 ünvanında yerləşən 95 kv.m zirzəmiyə münasibətdə istifadə hüquqlarının qeydə alınmasından ibarətdir. Işdə olan Naxçıvan MR Dövlət Əmlak Komitəsinin ## #### 1997-ci il tarixli, *** nömrəli sərəncamının surətində qeyd edilmişdir ki, “Şərq” X9 və Kommersiya Mərkəzinin icarəyə götürdüyü 160,8 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair sənədlər toplusu nəzərə alınsın. Naxçıvan şəhər Nizami küçəsi 16-da yerləşən 160,8 kv.m qeyri-yaşayış sahəsinin kollektivin vəkil etdiyi şəxs iddiaçı2 adına rəsmiləşdirməklə özəlləşdirilsin və kollektivin mülkiyyəti hesab edilsin. Qeyd edilən sərəncamla mübahisəli qeyri-yaşayış sahəsi “Şərq” X9 və Kommersiya Mərkəzinin kollektivinin mülkiyyəti hesab edilsədə, həmin qeyri-yaşayış sahəsinə hər hansı bir hüquqi və ya fiziki şəxsin hüquqları dövlət qeydiyyatına alınmamışdır. Qeyd edilməlidir ki, sərəncamda, həmçinin sərəncam əsasında bağlanılacaq alqı-satqı müqaviləsində iddiaçı2 kollektivin vəkil etdiyi şəxs kimi göstərilmişdir. Həmçinin iddiaçılar 95 kv.m zirzəmi ilə əlaqədar Naxçıvan şəhər X5 Icraiyyə Komitəsinin ## ###### 1992-ci il tarixli, ** nömrəli sərəncamına əsaslanır və başqa sübutlar təqdim edə bilmirlər. Işdə olan Naxçıvan şəhər X5 Icraiyyə Komitəsinin ## ###### 1992-ci il tarixli, ** nömrəli sərəncamının təsdiq edilmiş surətində qeyd edilmişdir ki, “Naxçıvan şəhər, Nizami küçəsi ** nömrəli binanın şimal tərəfindən giriş olan və sahəsi 95 kv.m zirzəmi hissəsi “Şərq” Assosiasiyasının istifadəsinə verilsin, Naxçıvan şəhər * nömrəli Mənzil Istismar Idarəsinə tapşırılsın ki, “Şərq” Assosiasiyası ilə müqavilə bağlayıb kirayə alınmasını təmin etsin”. Iddiaçılar həmin sərəncam əsasında zirzəmiyə istifadə hüquqlarının olduğunu qeyd edirlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin sərəncama əsasən zirzəmi “Şərq” Assosiasiyasının istifadəsinə verilmişdir. Iddiaçılar zirzəmiyə istifadə hüquqlarının olması barədə hər hansı mötəbər sübut təqdim edə bilmirlər. Həmçinin iddiaçılar mübahisəli qeyri-yaşayış sahələrinin sonrakı faktiki və hüquqi vəziyyəti barədə mötəbər sübutlar təqdim edə bilmirlər. Iddiaçıların nümayəndəsi təqribi 2013cü ildə iddiaçıların mübahisəli qeyri-yaşayış sahələrindən çıxarıldığını qeyd edir. Lakin iddiaçılar sərəncamlardan və alqı-satqı müqaviləsindən sonra mübahisəli qeyri-yaşayış sahələrinə qanunvericiliyin tələblərinə uyğun hansı formada hüquq əldə etdiklərini, sonrakı illərdə onların mübahisəli qeyri-yaşayış sahələrini hansı formada istifadə etdiklərini, onların təqribi 2013-cü ildə mübahisəli qeyri-yaşayış sahələrindən hansı formada çıxarılmalarını əsaslandırmamış və bu barədə mötəbər sübutlar təqdim etməmişlər. Həmçinin iddiaçıların təqribi 2013-cü ildə mübahisəli qeyri-yaşayış sahələrindən çıxarıldıqları halda uzun müddət qeyri-yaşayış sahələrini mübahisələndirməmələrini əsaslandırmamışlar. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə iddiaçı iddiaçı2 hazırkı işdən əvvəl ## ### 2023-cü il tarixdə Naxçıvan şəhər Icra Hakimiyyətinə qarşı qeyri-yaşayış sahələrinə görə kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə (həmin işin nömrəsi 2-1(122)-68/2024) müraciət etmişdir. Həmin iş məhkəmə kollegiyasına təqdim edilmiş və kollegiya tərəfindən həmin işə baxış keçirilmişdir. Həmin işdə iddiaçı iddiaçı2 ünvan 3 və Naxçıvan şəhəri, Nizami küçəsi 16 ünvanlarında yerləşən ümumi sahəsi 160,8 kv.m olan qeyri-yaşayış sahələrinə görə kompensasiya ödənilməsini tələb etmişdir. Yəni hazırkı iş üzrə mübahisə predmeti olan Naxçıvan şəhəri, Nizami küçəsi 16 ünvanında yerləşən ümumi sahəsi 160,8 kv.m olan qeyri-yaşayış sahəsinə görə də kompensasiya ödənilməsini tələb etmişdir. Qeyd etdiyimiz əvvəlki işə baxılarkən iddiaçı iddiaçı2 (nümayəndəsi iddiaçı1 vasitəsilə) Naxçıvan MR Inzibati Məhkəməsinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ************* nömrəli ərizə təqdim etmiş və həmin ərizədə bildirmişdir ki, Naxçıvan MR Inzibati Məhkəməsinin icraatında olan Naxçıvan Şəhər Icra Hakimiyyətinə qarşı mülkiyyətində olan ünvan 3 və Naxçıvan şəhəri, Nizami küçəsi 16 ünvanlarında yerləşən ümumi sahələri 160,8 kv.m olan qeyri-yaşayış sahələrinin sökülməsi (Nizami küçəsi 12), zorla və hədə-qorxu ilə əlindən alınması (Nizami küçəsi 16, indiki “Naxçıvanşünaslıq Mərkəzi”) ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 1000000 (bir milyon) manat, sökülən gündən məhkəmə qərarı çıxanadək əldən çıxmış fayda qismində 3000000 (üç milyon) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 1000000 (bir milyon) manat olmaqla, cəmi 5000000 (beş milyon) manat pulun ona ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiadan imtina edir. Məhkəmədən iddianın imtina edilməsi barədə ərizəni qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yəni hazırkı iş üzrə mübahisə predmeti olan Naxçıvan şəhəri, Nizami küçəsi 16 ünvanında yerləşən ümumi sahəsi 160,8 kv.m olan qeyri-yaşayış sahəsinə görə də iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiadan imtina etmişdir. Iddiaçı bu notarial ərizəsində Naxçıvan şəhəri, Nizami küçəsi 16 ünvanında yerləşən ümumi sahəsi 160,8 kv.m olan qeyri-yaşayış sahəsinə görə də iddiasından imtina etdiyini xahiş etsə də, daha sonra ## ###### 2024-cü il tarixdə iddia tələbinin azaldılması ilə bağlı məhkəməyə ərizə təqdim etmiş və ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə görə kompensasiya ödənilməsini tələb etmişdir. Iddiaçı iddia tələbinin həcmini azaltsada, faktiki olaraq sözügedən notarial ərizə ilə Naxçıvan şəhəri, Nizami küçəsi 16 ünvanında yerləşən ümumi sahəsi 160,8 kv.m olan qeyri-yaşayış sahəsinə görə də iddia tələbi cavabdeh tərəfindən təmin edildiyindən iddiadan imtina etmişdir. Naxçıvan Inzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi iddiaçı1 ərizəsi təmin edilmiş, iddiaçı iddiaçı2 cavabdeh ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı 1000000 (bir milyon) manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilmişdir. Həmçinin işdə olan ##.##.2024-cü il tarixli, ************* nömrəli Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış notarial ərizənin surətindən görünür ki, iddiaçı2 (nümayəndəsi iddiaçı1 vasitəsilə) bildirmişdir ki, ona məxsus Naxçıvan şəhər, Nizami küçəsi 12-də, 16-da 112,3 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 76,7 kv.m olan çayxana sökülüb məhv olunmuşdur. Sökülüb məhv olunmuş çayxana Naxçıvan şəhərində torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Gələcəkdə məhv olunmuş çayxana ilə bağlı heç bir iddiasının olmayacağını bildirərək həmin əmlak üzərində hüquqlarının dövlət qeydiyyatının ləğv olunmasını xahiş etmişdir. Həmin ərizəyə ## #### 1997-ci il tarixli, *** nömrəli sərəncam, ## #### 1997-ci il tarixli texniki pasport, ## #### 1997-ci il tarixli, *** nömrəli alqı-satqı müqaviləsi qoşma kimi əlavə olunmuş və ərizəçi hüquqmüəyyənedici sənədlərinin əslini ərizəsinə əlavə etdiyini bildirmişdir. Həmin ərizənin qoşmasında olan sənədlər də məhz hazırkı inzibati mübahisə üzrə sübut kimi təqdim edilən sərəncam və alqı-satqı müqaviləsidir. Qeyd edilənlərə iddiaçıların nümayəndəsi belə qiymət vermişdir ki, tam səbəbini bilmir, yəqin ki, X8 razılığa gəldiyi üçün yanvar ayında hər iki ünvanı qeyd edərək iddiadan imtina ilə bağlı məhkəməyə ərizə göndərmişdir, lakin sonradan razılaşa bilmədiyi üçün fevral ayında iddianın həcminin azaldılması ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçıların subyektiv hüququnun pozulma halı müəyyən edilmir. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edərək düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Iddiaçılar iddiaçı2 və iddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(3-1)-7/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(3-1)-7/2026
13.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver