Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-72/2026 24.07.2026 NAXÇIVAN MR ALI MӘHKӘMӘSI Inzibati kollegiyası Hakimlər - X6 (sədrlik edən və məruzəçi), X1 və X7 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı iştirakı ilə Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı məhkəməyə ## ###### 2025-ci il tarixli ərizə ilə müraciət edərək iddia tələbini dəqiqləşdirərək cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" vəsiqəsi və adının verilməsi üçün adının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadla iddiacının ərizəsi təmin edilmiş, iddia tələbinə “ona "müharibə veteranı" vəsiqəsi və adının verilməsi üçün adının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Iddiaçı ## ###### 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iddia tələbinə “ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Məhkəmənin ## ###### 2026-cı il tarixli protokol qərardadı ilə iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi apellyasiya şikayəti ilə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, məhkəmə iş materiallarını birtərəfli araşdırmış, Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş sənədləri nəzərə almadan qərar qəbul etmişdir. Işə birtərəfli baxılmasını ondan da görmək olar ki, cavabdehin iddiaçının iddia tələbinə dair ##.##.2025-ci il tarixli */*-**** nömrəli münasibətin göndərilməsinə baxmayaraq, qeyd etmişdir ki, məhkəməyə iddiaçının iddia ərizəsinə dair etiraz (münasibət) bildirilməmişdir. Iddiaçı Komissiyanın ##.##.2026-cı il tarixli məktubunu mübahisəndirərək imtina kimi qəbul etmişdir. Məhkəmə isə həmin məktubun izahedici olduğunu nəzərə almadan, düzgün hüquqi qiymət vermədən əsassız qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyasının ##.##.2025-ci il tarixli *-**-**/*-*/Ә-****-**/**** nömrəli məktubu ilə iddiaçıya izah olunmuşdur: " ... ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək onun döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı təqdim olunan sənədlər fəaliyyəti ətraflı və dəqiq qeyd edilməli, həmçinin Ağdam rayonunun qeyd olunan kəndlərinin Üçtərəfli Bəyanata əsasən ##.##.2020-ci il tarixindən sonra işğaldan azad edildiyini nəzərə alaraq, həmin ərazilərdə qeyd olunan tarixədək fəaliyyət göstərməyi barədə məlumatlar bir daha ciddi dəyərləndirilməsinə ehtiyac olduğuna görə Nazirlər Kabineti tərəfindən geri qaytarılmışdır." N nömrəli hərbi hissənin ##.##.2024-cü il tarixli ** nömrəli arayışında göstərilmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə 2-ci taborun tərkibində Ağdam rayonun Maqsudlu, Gülablı, Qızıl Kəngərli kəndlərinin alınmasında xidməti vəzifə borclarını yerinə yetirərək iştirak etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti ayrı qurumlardır və sənədlərin yuxarıda qeyd olunan əsaslarla geri qaytarılması Komissiya tərəfindən deyil, həmin orqan tərəfindən həyata keçirilmişdir. Yuxarıda qeyd olunanlardan görmək olar ki, məhkəmə sənədlərin məzmununa diqqət yetirməmişdir. 44 günlük Vətən Müharibəsində döyüş əməliyyatlarında iştiraka görə "Müharibə veteranı" statusunun verilməsi artıq bir qurumun qərarı ilə deyil, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilməsini ehtiva edir. Yəni, bu o deməkdir ki, həmin mərhələni keçmədən birbaşa "Müharibə veteranı" adının verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin öhdəliyi sənədlərin razılaşdırılması məqsədilə Nazirlər Kabinetinə göndərilməsi ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli *** №-li Qərarı ilə "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Әsasnamənin " Müharibə veteranları" hissəsinin on dördüncü abzasına yeni məzmunda Qeydə əsasən: bu Әsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Həmin adın verilməsi üçün ilk növbədə siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldırılmalıdır. Yəni, "Müharibə veteranı" adının verilməsinə razılıq veriləndən sonra həmin status verilə bilər. Qeyd olunmuş ardıcıllıq Әsasnamədə göstərildiyindən imperativdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası IPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı İddiaçı izahatında şikayətin təmin edilməməsini, Naxçıvan MR Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iddiaçının izahatını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materialları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin IV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Iş materiallarında olan: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş Idarəsi tərəfindən İddiaçı ünvanlanmış ## #### 2025-ci il tarixli, *-**-**/*-Ә****/**/**** nömrəli məktubdan məlum olur ki, “Müharibə veteranı” adının verilməsi üçün toplanılmış və komissiyada müsbət rəy verilmiş sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə razılaşdırılması üçün ## ##### 2024-cü il tarixdə göndərilmişdir. Belə ki, onun ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədən döyüş əməliyyatlarında iştirak etməyi ilə bağlı təqdim olunan sənədlərdə onun fəaliyyəti ətraflı və dəqiq qeyd edilməli, həmçinin Ağdam rayonunun qeyd olunan kəndlərinin Üçtərəfli Bəyanata əsasən ##.##.2020-ci il tarixindən sonra işğaldan azad edildiyini nəzərə alaraq, həmin ərazilərdə qeyd olunan tarixədək fəaliyyət göstəməyi barədə məlumatlar bir daha ciddi dəyərləndirilməsinə ehtiyac olduğuna görə Nazirlər Kabineti tərəfindən geri qaytarılmışdır. - Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, ** nömrəli arayışın surətindən aydın olur ki, İddiaçı ##.##.2020-ci il tarixdən N nömrəli hərbi hissənin 2-ci taborun qərargah rəisi - Vnin müavini vəzifəsində xidmət etmişdir. ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi”ndə N nömrəli hərbi hissədə 2-ci taborun tərkibində Ağdam rayonun Maqsudlu, Gülablı, Qızıl Kəngərli kəndlərinin alınmasında xidməti vəzifə borclarını yerinə yetirərək iştirak etmişdir. - N nömrəli hərbi hissə komandirinin ## #### 2020-ci il tarixli, *** nömrəli əmrindən çıxarışdan aydın olur ki, R İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 2020-ci il tarixli **** nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin 2-ci taborunun qərargah rəisi-Vnin müavini vəzifəsinə təyin edilmiş, Şahbuz rayonu N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, ## #### 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlamışdır. - N nömrəli hərbi hissə komandirinin ## ####### 2020-ci il tarixli, *** nömrəli əmrindən çıxarışda qeyd edilir ki, R İddiaçı N nömrəli hərbi hissənin 2-ci taborunun (BMP- 1) qərargah rəisi-Vnin müavini, “Hərbi xidmətkeçmə haqqında Әsasnamə”nin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin ## ####### 2020-ci il tarixli **** nömrəli əmri ilə N nömrəli hərbi hissənin 5-ci taborunun komandiri vəzifəsinə təyin edildiyinə görə ## ####### 2020-ci il tarixdən vəzifəsinin icrasına başlasın. - N nömrəli hərbi hissə komandirinin ## ###### 2020-ci il tarixli, *** nömrəli əmrindən çıxarışda qeyd edilir ki, R İddiaçı, N nömrəli hərbi hissənin 5-ci taborunun komandiri, Azərbaycan Respublikası Müdafiə nazirinin ## ###### 2020-ci il tarixli ***** nömrəli əmri ilə, N nömrəli hərbi hissənin 1-ci taborunun komandiri vəzifəsinə təyin edildiyinə görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, ## ###### 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılsın, xidmətini davam etdirmək üçün Zəngilan rayonu N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilsin. R İddiaçı 2020-ci ilin yanvar-oktyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin ## ####### 2017-ci il tarixli ** nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. R İddiaçı 2020-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. 2020-ci ilin növbəti məzuniyyətindən tam istifadə edib, məzuniyyət pulu ödənilib. - Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən verilmiş arayış-məlumatın təsdiq edilmiş surətindən aydın olur ki, 2-ci taborun qərargah rəisi - Vnin müavini İddiaçı Ağdam rayonu Qızıl Kəngərli, Qiyaslı, Abdalgüiablı, Maqsudlu kəndlərində döyüş əməliyyatlarında (27.09.-##.##.2020-ci il tarixlərdə) döyüş təminatı üzrə tapşırığını və xidməti vəzifələrini yerinə yetirib, döyüşlərdə iştirakına görə ##.##.2020-ci il tarixli, **** nömrəli sərəncam ilə Ağdamın azad olunması medalı ilə təltif olunmuşdur. - N nömrəli hərbi hissə komandirinin ## ######## 2020-ci il tarixli, *** nömrəli əmrindən çıxarışdan aydın olur ki, ## ######## 2020-ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini yerinə yetirən hərbi qulluqçuların adlı siyahısı tərtib edilmiş, tərtib edilmiş siyahıda 2-ci tabor üzrə R İddiaçı adı qeyd edilmişdir. - İ-** nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli, **** nömrəli sərəncamı ilə İddiaçı "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. - EZ seriyalı, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətinin 9-cu səhifəsində qeyd olunmuşdur ki, İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. - Cavabdeh Şəxsi Heyət Baş Idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2025-ci il tarixli, *-**-**/*****/** nömrəli və ## ###### 2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktublarından aydın olur ki, vətəndaş İddiaçı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsinə dair sənədlər Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya"sı tərəfindən ## ##### 2024-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinə razılaşdırılması üçün göndərilmişdir. Vətəndaş İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməyi ilə bağlı təqdim olunan sənədlərdə fəaliyyəti ətraflı və dəqiq qeyd edilmədiyini, həmçinin Ağdam rayonunun qeyd olunan kəndlərinin Üçtərəfli Bəyanata əsasən ##.##.2020-ci il tarixindən sonra işğaldan azad edildiyini nəzərə alaraq, həmin ərazilərdə qeyd olunan tarixədək fəaliyyət göstəməyi barədə məlumatlar bir daha ciddi dəyərləndirilməsinə ehtiyac olduğuna görə Nazirlər Kabineti tərəfindən geri qaytarılmışdır. Həmin məktublarla vətəndaş İddiaçı Nazirlər Kabineti tərəfindən Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası"na qaytarımış sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ## ###### 2025-ci il tarixli, **** nömrəli məktubla İddiaçı xidməti barədə şəxsi işindən çıxarışların təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. - Cavabdeh Şəxsi Heyət Baş Idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2025-ci il tarixli, *-**-**/*****/**** nömrəli məktubdan aydın olur ki, Vətəndaş İddiaçı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsinə dair sənədləri Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"sı tərəfindən ## ##### 2024-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinə razılaşdırılması üçün göndərilmişdir. Vətəndaş İddiaçı ##.##.2020ci il tarixdən ##.##.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməyi ilə bağlı təqdim olunan sənədlərdə fəaliyyəti ətraflı və dəqiq qeyd edilmədiyindən, həmçinin Ağdam rayonunun qeyd olunan kəndlərinin Üçtərəfli Bəyanata əsasən ##.##.2020- ci il tarixindən sonra işğaldan azad edildiyini nəzərə alaraq, həmin ərazilərdə qeyd olunan tarixədək fəaliyyət göstəməyi barədə məlumatların bir daha ciddi dəyərləndirilməsinə ehtiyac olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən geri qaytarılmışdır. Göstərilənləri nəzərə alaraq, vətəndaş İddiaçı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsinə dair sənədlərinin razılaşdırılması məqsədilə yenidən Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ## ###### 2026-cı il tarixli, *-**-**/*-***/** nömrəli məktubla İddiaçı "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilməsinə əsas olmuş N nömrəli hərbi hissədən daxil olan ##.##.2020-ci il tarixli, **** nömrəli məktubdan çıxarış məhkəməyə göndərilmişdir. - Cavabdeh N №-li hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2026-cı il tarixli, *-**-***/****/**** nömrəli məktubdan məlum olur ki, N nömrəli hərbi hissə ##.##.2020-ci il tarixədək Ağdam rayonunun Təzəkənd, Orta Qərvənd, Çıraqlı, Sarıcalı, Çəmənli, Evoğlu yaşayış məntəqələri və Qarqarçay həddi boyu müdafiə tapşırıqlarını icra etmişdir. R İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissənin 2-ci taboru Ağdam rayonu Mahrızlı yaşayış məntəqəsində yerləşməklə birləşmənin ehtiyatını təşkil edərək döyüş və döyüşə hazırlıq tədbirlərini yerinə yetirmişdir. ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək aparılan döyüş əməliyyatları (Vətən müharibəsi) zamanı N nömrəli hərbi hissə, R İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissənin 2-ci taboru daxil olmaqla Ağdam rayonunun ərazisində aktiv müdafiə döyüşləri aparmış və ona tapşırılmış bölgə və sahələrin düşmən qüvvələrindən müdafiəsini təşkil etmişdir. Ağdam rayonunun Maqsudlu, Gülablı və Qızıl Kəngərli kəndləri ##.##.2020-ci il tarixdə imzalanan üçtərəfli bəyanata əsasən ##.##.2020-ci il tarixdə Ağdam rayonunun digər işğalda olan yaşayış məntəqələri ilə birlikdə Azərbaycan Respublikasına qaytarılmışdır. - Cavabdeh N №-li hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ## ###### 2026-cı il tarixli, *-**-***/*-***/**** nömrəli məktubla İddiaçı barəsində olan əmrdən çıxarışlar məhkəməyə göndərilmişdir. - AA1775603nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ## #### 1980-ci il tarixdə doğulmuşdur. - Asan-Naxçıvan tərəfindən ## ######## 2025-ci il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan aydın olur ki, İddiaçı ##.##.2023-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinin 1-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: - 1-ci hissəsinin onuncu abzasına əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. - 1-ci hissəsinin on birinci abzasına əsasən 2020-ci il ########ın ##-dən noyabrın 10- dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Әsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. ----- Qeyd: Bu Әsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsində həqiqi hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Iddiaçının əsas hüquqi marağı ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtinasını “Müharibə veteranı” adının verilməsi üçün toplanılmış və komissiyada müsbət rəy verilmiş sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə razılaşdırılması üçün ## ##### 2024-cü il tarixdə göndərmiş, lakin Ağdam rayonunun qeyd olunan kəndlərinin Üçtərəfli Bəyanata əsasən ##.##.2020-ci il tarixindən sonra işğaldan azad edildiyini nəzərə alaraq, həmin ərazilərdə qeyd olunan tarixədək fəaliyyət göstəməyi barədə məlumatlar bir daha ciddi dəyərləndirilməsinə ehtiyac olduğuna görə Nazirlər Kabineti tərəfindən geri qaytarılması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona istinad etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, “Vətən müharibəsi”ndə N nömrəli hərbi hissədə 2-ci taborun tərkibində (Vnin müavini, V) xidməti vəzifə borclarını yerinə yetirərək iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli, **** nömrəli sərəncamı ilə İddiaçı "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Həmin Sərəncamda Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının qiymətləndirilməsi məqsədi ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmələri konkret olaraq göstərilmişdir. Göründüyü kimi, qeyd edilən sərəncamla iddiaçının işğal altında olmuş ərazilərin azad olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə də təsdiq edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Әsasnamənin tələbinə görə “müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmçinin 2020-ci il ########ın ##-dən noyabrın 10- dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Әsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “X5 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ######## 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hesab etmişdir ki, “müharibə veteranı” adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh N №-li hərbi hissəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2026-cı il tarixli, 3-25-140/2- ***/**** nömrəli məktubdan məlum olur ki, N nömrəli hərbi hissə ##.##.2020-ci il tarixədək Ağdam rayonunun Təzəkənd, Orta Qərvənd, Çıraqlı, Sarıcalı, Çəmənli, Evoğlu yaşayış məntəqələri və Qarqarçay həddi boyu müdafiə tapşırıqlarını icra etmişdir. İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissənin 2-ci taboru Ağdam rayonu Mahrızlı yaşayış məntəqəsində yerləşməklə birləşmənin ehtiyatını təşkil edərək döyüş və döyüşə hazırlıq tədbirlərini yerinə yetirmişdir. ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək aparılan döyüş əməliyyatları (Vətən müharibəsi) zamanı İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissənin 2-ci taboru Ağdam rayonunun ərazisində aktiv müdafiə döyüşləri aparmış və ona tapşırılmış bölgə və sahələrin düşmən qüvvələrindən müdafiəsini təşkil etmişdir. Ağdam rayonunun Maqsudlu, Gülablı və Qızıl Kəngərli kəndləri ##.##.2020-ci il tarixdə imzalanan üçtərəfli bəyanata əsasən ##.##.2020-ci il tarixdə Ağdam rayonunun digər işğalda olan yaşayış məntəqələri ilə birlikdə Azərbaycan Respublikasına qaytarılmışdır. Eyni zamanda Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən verilmiş arayışməlumatın təsdiq edilmiş surətindən aydın olur ki, 2-ci taborun qərargah rəisi - Vnin müavini İddiaçı Ağdam rayonu Qızıl Kəngərli, Qiyaslı, Abdalgüiablı, Maqsudlu kəndlərində döyüş əməliyyatlarında (27.09.- ##.##.2020-ci il tarixlərdə) döyüş təminatı üzrə tapşırığını və xidməti vəzifələrini yerinə yetirmişdir. Iddiaçıya məxsus EZ seriyalı, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətinin 9cu səhifəsində İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının 2020-ci il tarixli 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikası medalı haqqında Əsasnamənin 1-ci maddəsində qeyd olunmuşdur ki, “Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli nömrəli Sərəncamı ilə təltif edilmiş hərbi qulluqçuların siyahısında R İddiaçı adı 6256-cı sırada göstərilmişdir. Kollegiya qeyd edir ki, iş üzrə toplanmış materiallardan aydın olur ki, iddiaçı İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, “Vətən müharibəsi”ndə N nömrəli hərbi hissədə 2-ci taborun tərkibində (Vnin müavini, V) xidməti vəzifə borclarını yerinə yetirərək iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli, **** nömrəli sərəncamı ilə "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Bu akt iddiaçının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında birbaşa iştirak etdiyini bir daha təsdiq edir. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti ayrı qurumlardır və sənədlərin yuxarıda qeyd olunan əsaslarla geri qaytarılması Komissiya tərəfindən deyil, həmin orqan tərəfindən həyata keçirilmişdir. Yuxarıda qeyd olunanlardan görmək olar ki, məhkəmə sənədlərin məzmununa diqqət yetirməmişdir. 44 günlük Vətən Müharibəsində döyüş əməliyyatlarında iştiraka görə "Müharibə veteranı" statusunun verilməsi artıq bir qurumun qərarı ilə deyil, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilməsini ehtiva edir. Yəni, bu o deməkdir ki, həmin mərhələni keçmədən birbaşa "Müharibə veteranı" adının verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin öhdəliyi sənədlərin razılaşdırılması məqsədilə Nazirlər Kabinetinə göndərilməsi ilə məhdudlaşdırılmışdır” barədə dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Әsasnamə”dəki tənzimləmələrdən göründüyü kimi, ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə müharibə veteranı adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. Iddiaçıya münasibətdə müharibə veteranı adının məhz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilməsi təsbit edilmişdir. Bununla yanaşı, Әsasnamənin Qeyd hissəsində həm də belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Әsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarını və maraqlarını deyil, təmsil etdikləri icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Әks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlindiyindən apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğvi üçün əsas təşkil etmir. Inzibati mübahisəyə dair işə kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə səbəb ola biləcək yeni hallar da müəyyən edilməmişdir. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və IPM-in 2, 68, 69, 75, 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərar verdi: Naxçıvan MR Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusifəli Qurbanov Hakimlər: Müşfiq Həsənov, Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2-1(3-1)-72/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-72/2026
24.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver