Məhkəmə qərarları › İş №2-1(3-1)-78/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-78/2026

18.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-78/2026 18.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər - Qurbanov Yusifəli Süleyman oğlu (sədrlik edən və məruzəçi), X1 və Novruzov Səxavət Hüseyn oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri X6 və X5 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Iqtisadi Təhlil, Bəyannamələrə və Büdcə Proqnozunun Icrasına Nəzarət Idarəsinin ## ####### 2023-cü il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli qərarının ləğv olunması” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti tərəfindən 2022-ci il üçün hesablanmış artıq vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı tərəfindən məhkəməyə ## ##### 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək iddia tələbinə Naxçıvan MR Dövlət Vergi Xidmətinin Iqtisadi Təhlil, Bəyannamələrə və Büdcə Proqnozunun Icrasına Nəzarət Idarəsinin ## ####### 2023-cü il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli qərarının ləğv olunması kimi baxıb nəticə verilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı məhkəməyə həmçinin ## ### 2024-cü il tarixli prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, **(***)- ***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı ## ### 2024-cü il tarixli prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş, apellyasiya şikayəti Naxçıvan MR Ali Məhkəməsinin *-*(***)-**/**** nömrəli və ##.##.2024-cü il tarixli qərardadı ilə təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2- *(***)- ***/**** nömrəli qərardadı ləğv edilməklə inzibati iş Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinə qaytarılmışdır. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2- *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı ## ### 2024-cü il tarixli prosessual müddətin bərpası barədə ərizəsi təmin edilərək, iddia tələbi üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, təhlil olunmuş analoji məlumatlar əsasında digər sahibkarların Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim etdikləri bəyannamələrlə iddiaçı İddiaçı bəyannamə dövriyyəsi arasında xeyli fərq yarandığı aşkar olunmuşdur. Istismara verilən tarixə nəzarət-kassa aparatının fiskal yaddaşında olan ümumi hesabat ilə nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılan tarixə olan fiskal yaddaşındakı məlumatlar vergi ödəyicisinin Vergi Xidmətinə təqdim etdiyi qısa fiskal hesabatı arasında uyğunsuzluq aşkarlanmışdır. İddiaçı 1 gün ərzində nəzarətkassa aparatına 12000 AZN məbləğində ödənişi əldə etdiyi kassa məlumatlarından aşkar şəkildə görünür, halbuki qanununvericilikdə pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) dörd min manatdan artıq olan ödənişlərin nağdsız qaydada aparılması müəyyən edilmişdir.Vergi ödəyicisinin 2022-ci il tarixində 4 aktiv obyektinin olmasına baxmayaraq bəyannamə dövründə 1 işçi qeyd edilmişdir. Həmçinin, vergi ödəyicisinin məlumat üçün göndərdiyi AL********MN nömrəli kassa məlumatlarında göstərilmiş Istiqlal küçəsi 127 ünvanında yerləşən obyektində belə bir kassanın mövcud olmadığı aşkarlanmışdır. Mübahisələndirilən məhkəmə qərarında aktın qanunsuz olmağına əsas kimi gəlir vergisi bəyənnaməsi təqdim edildikdən sonra 60 iş günü müddətində kameral vergi yoxlaması aparılmalı olduğu halda qanunun tələblərinə əməl edilməyərək müddət ötəndən sonra kameral vergi yoxlamasının aparıldığı qeyd edilmişdir.Məhkəmə işə baxarkən yalnız müddət məsələsini araşdırıb və birtərəfli mövqe göstərərək vergi orqanı tərəfindən qəbul olunmuş qərarı ləğv etmişdir. “Inzibati Icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsində göstərilir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Belə ki, inzibati aktın qanunsuz sayılması üçün əsas, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Yalnız müddətin ötürülməsi, əgər maddi hüquq norması pozulmayıbsa, inzibati aktın qanunsuz hesab olunması üçün kifayət deyil. Yəni, müddət ötürülməsi inzibati icraat qaydalarının pozulması kimi qiymətləndirilə bilər, lakin maddi hüquq norması pozulmayıbsa, inzibati aktın qanunsuzluğu yalnız bu fakt əsasında təsdiqlənmir. Qanunsuz inzibati aktın ləğvi üçün həm inzibati icraat, həm də maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi tələb olunur. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respubliaksının Qanununun müvafiq maddələrinə istinad edilmişdir. Iddiaçı İddiaçı tərəfindən verilmiş ## ######## 2026-cı il tarixli etirazda göstərilmişdir ki, işin taktiki hallarından və iş materiallarından görünür ki, onun tərəfindən 2022-ci ilin gəlir vergisi üçün ## #### 2023-cü il tarixdə cari, 18 mart, 04 aprel, 24 və ## ####### 2023-cü il tarixlərdə isə dəqiqləşdirilmiş gəlir vergisi bəyannamələri təqdim edilmişdir. 24 və ## ####### 2023-cü il tarixlərdə təqdim edilmiş bəyannamələr mübahisələndirilən qərar qəbul edildikdən sonrakı dövrü əhatə etdiyindən mübahisə predmetinin əsası kimi hüquqi qiymət verilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə əsasan veıgi ödəyicisi hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verir. Göründüyü kimi vergi ödəyicisi olaraq qanunvericiliyin tələbləri gözlənilməklə hesabat təqdim edilmişdir. Qanunvericiliyin tələbinə görə vergi ödəyicisi tərəfindən gəlir vergisi bəyannaməsi təqdim edildikdə 60 iş günü müddətində kameral vergi yoxlaması keçirilir. O isə mübahisələndirilən qərar qəbul edilənədək sonuncu dəqiqləşdirilmiş vergi bəyannaməsini ## ##### 2023-cii il tarixdə təqdim etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən ## ######## 2023-cü il tarixdə AVIS-dən kənar uyğunsuzluq məktubu göndərilmişdir. Sonradan isə ## ####### 2023-cü il tarixdə mübahisələndirilən qərar qəbul edilmişdir. Qanunvericiliyə əsasən gəlir vergisi bəyannaməsi təqdim edildikdən sonra 60 iş günü müddətində kameral vergi yoxlaması aparılmalı olduğu halda cavabdeh inzibati orqan tərəfindən qanunun tələblərinə əməl edilməmiş, müddət ötürüldükdən sonra müvafiq yoxlama aparılmış və mübahisələndirilən qərar qəbul edilmişdir. Qərarın mahiyyəti ilə bağlı məsələ araşdırılmadan onun qəbul edilməsi zamanı cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozulduğundan inzibati akt özlüyündə qanunsuz hesab edilir. Buna görə də Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Iqtisadi Təhlil, Bəyannamələrə və Büdcə Proqnozunun Icrasına Nəzarət Idarəsinin ## ####### 2023-cü il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli qərarı qanunsuzdur. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası IPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri X6 və X5 izahatlarında apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan MR Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və cavabdehin nümayəndələrinin izahatları ilə əhatəli şəkildə araşdırıb şikayət məhkəmə qərarının ləğvinə yönəldiyindən qərarın qanuniliyi və əsaslılığını,həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Iş materiallarında olan: - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ## #### 1984-cü ildə doğulmuşdur. -## ######## 2021-ci il tarixdə verilmiş ********** nömrəli şəhadətnamənin surətindən görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı Azərbaycan Respublikası Prezidenti Ilham Əliyevin ##.##.2007-ci il tarixli Fərmanına əsasən bir pəncərə prinsipi ilə qeydiyyata alınmışdır. - Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Iqtisadi Təhlil, Bəyannamələrə və Büdcə Proqnozunun Icrasına Nəzarət Idarəsi rəisinin ## ####### 2023-cü il tarixli, **************** nömrəli vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə qərarından görünür ki, İddiaçı 2022-cü il üçün gəlir vergisinə görə təqdim edilmiş bəyannamə, hesabat üzrə onun tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 2.773,27, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 15.687,09, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği isə 12.913,82 manat təşkil edir. - Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı tərəfindən gəlirlərin və xərclərin uçotu Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada aparılmadığından, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququndan istifadə etməsi qanunvericiliyə müvafiq deyil. - İddiaçı tərəfindən Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatına ünvanlanmış ## ####### 2023-cü il tarixli şikayətdən görünür ki, fəaliyyət prosesi çərçivəsində 2022-ci ilin yekunları ilə bağlı təqdim etdiyi Gəlir Vergi bəyannaməsinin yerli vergi orqanı tərəfindən bəyannamənin doldurulma qaydalarında nəzərdə tutulmayan formada ##.##.2023-ci il tarixində “səhvin düzəlişi” kimi yenidən bəyannamə sistemə vurularaq kameral vergi yoxlamasının aparılması üçün süni şəkildə hesabat dövrü bərpa edilmiş və ##.##.2023-ci il tarixdə **************** saylı qərar əsasında vergi məbləği 15687.09 AZN olmaqla, əsas olmadan illik gəliri artırılaraq səhv kameral qərarla mövcud gəlirindən artıq vergi məbləğində (12913.82) hesablama aparılmışdır. Bu formada hesablamanın aparılması VM-nin 37.2 bəndində nəzərdə tutulan 60 iş günündən artıq dövrə kameral vergi yoxlamasının aparılması qaydalarının, həmçinin təsdiqlənmiş hesabatların doldurulnuş qaydalarının pozulması ilə nəticələnmişdir ki, bu da VM-nin 3.5-ci bəndinin tələblərini pozularaq ona əlavə vergi yükünün hesablanmasına səbəb olmuşdur. - İddiaçı tərəfindən Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatına ünvanlanmış ## ###### 2023-cü il tarixli şikayətdə göstərilmişdir ki, ##.##.2023-cü il tarixdə 231701********** nömrəsi ilə yazdığı şikayət məktubuna cavab olaraq vergi orqanı tərəfindən göndərilmiş ##.##.2023-cü il tarixli, **************** nömrəli cavab məktubunun onun müraciəti ilə heç bir əlaqəsi yoxdur və bu cavab məktubundan bəlli olur ki, yazdığı şikayət araşdırılmadan müraciəti ilə əlaqəsi olmayan cavab məktubu verilmişdir. - Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış ## #### 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, vergi ödəyicisi Vergi Məcələsinin 102.1.30-cu maddəsinə uyğun olaraq gəlir və xərclərinin uçotunu aparmadığından mikro sahibkarlıq subyekti kimi 75% güzəşt hüququndan istifadə edə bilməz. Bu səbəbdən də vergi ödəyicisinə 29.09.2023cü il tarixli, **************** nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi uyğunsuzluq məktubuna əsaslandırılmış yazılı izahat və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etmədiyi səbəbindən ##.##.2023-cü il tarixdə əlavə hesablama aparılmışdır. Vergi ödəyicisinin elektron qutusuna göndərilmiş kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubu və vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar məhkəməyə göndərilmişdir. ## ######## 2023-cü il tarixdə İddiaçı ünvanlanmış **************** nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, ## ##### 2023-cü il tarixdə təqdim olunmuş bəyannamədə, hesabatda vergi yoxlamasının aparılması mümkün olmamışdır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün həmin dövr üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin IV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin II hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. - 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. - 10.0-10.0.3-cü maddələrinə əsasən bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər, Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər, Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. - 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. -24.1.1 və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. - 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. - 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. - 70.2-ci vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. - 77.1-ci maddəsinə görə vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. - 77.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir: ... 1.1.5.Gücləndirilmiş elektron imza (bundan sonra - gücləndirilmiş imza) imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; 21.1-ci maddəsinə əsasən elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1.texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2.bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3.identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; 21.1.4.texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. 21.2-ci maddəsinə əsasən elektron sənədin identikləşdirilməsi, həqiqiliyinin müəyyənləşdirilməsi üçün zəruri olan rekvizitlərin siyahısı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Kollegiya qeyd edir ki, hazırkı inzibati mübahisənin predmeti Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Iqtisadi Təhlil, Bəyannamələrə və Büdcə Proqnozunun Icrasına Nəzarət Idarəsinin rəisinin ## ####### 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** nömrəli qərarıdır. Həmin qərara əsasən İddiaçı 2022-cü il üçün “Təqdim edilmiş bəyənnamə, hesabat üzrə onun tərəfindən hesablanmış vergi və ya sığorta haqqı” 2.773,27 manat, “Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı” 15.687,09 manat olmaqla, “Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği” olaraq 12.913,82 manat gəlir vergisi hesablanmışdır. Iş üzrə iddiaçının əsas hüquqi marağı Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Iqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəisi tərəfindən qəbul edilmiş müvafiq qərarın ləğv edilməsidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qanunvericiliyə əsasən gəlir vergisi bəyannaməsinin təqdim edildikdən sonra 60 iş günü müddətində kameral vergi yoxlaması aparılmalı olduğunu nəzərə alaraq hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qanunun tələblərinə əməl edilmədən, müddət ötürüldükdən sonra müvafiq yoxlama aparıldığı və mübahisələndirilən qərar qəbul edildiyi üçün qərarın mahiyyəti ilə bağlı məsələ araşdırılmadan onun qəbul edilməsi zamanı cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulduğundan inzibati akt özlüyündə qanunsuz hesab edilməli və Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Iqtisadi Təhlil, Bəyənnamələrə və Büdcə Proqnozunun Icrasına Nəzarət Idarəsinin ## ####### 2023-cü il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Kollegiya qanunvericiliyin tələbləri baxımından həmçinin aşağıdakıları qeyd edir: Naxçıvan Muxtar Respublikası X2 2023-cü il ## ###### tarixli 225-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 5.5-ci bəndinə əsasən əmr və sərəncam formasında qeyrinormativ hüquqi aktlar və Vergi Məcəlləsinə uyğun olaraq qərarlar qəbul etmək səlahiyyəti yalnız həmin xidmətin rəisinə məxsusdur. Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi: 5.3. Xidmətin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası X2 vəzifəyə təyin və vəzifədən azad etdiyi rəis rəhbərlik edir. Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır. 5.4. X4 Respublikası X2 vəzifəyə təyin və vəzifədən azad etdiyi 2 (iki) müavini vardır. Rəisin müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar. 5.5. Rəis: ... 5.5.3. Xidmətin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir, qarşılıqlı fəaliyyətini təmin edir; ... 5.5.9. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar və Vergi Məcəlləsinə uyğun olaraq qərarlar qəbul edir və onların, habelə Nazirliyin qəbul etdiyi normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir; 5.5.12. Nazirliklə razılaşdırmaqla, öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə həvalə edə bilər; Iş materiallarına əsasən kollegiya qeyd edir ki,mübahisə predmeti olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ####### 2023-cü il tarixli, **************** nömrəli qərar Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Iqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəisi Rəşad Rzayev tərəfindən qəbul edilmişdir. Həmin Idarənin fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları, Idarənin strukturuna daxil olan şöbələrin hüquq və vəzifələri və s. Naxçıvan MR Iqtisadiyyat Nazirinin ## ##### 2024-cü il tarixli ** nömrəli əmri ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının Iqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət Idarəsinin” Əsasnaməsi ilə tənzimlənir. Düzgünlüyü təsdiq ediməklə iş materiallarına əlavə edilmiş Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Iqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin Əsasnaməsinin 4.0.1-ci bəndinə görə, Idarənin daxil olmalara təsir edən vergi hesabatlarının təhrif olunması halları aşkar edildikdə, vergi ödəyicilərinin uçotda olduqları vergi orqanlarına nöqsanların aradan qaldırılması barədə göstərişlərin verilməsi və onların yerinə yetirilməsinin tələb edilməsi barədə rəhbərlik qarşısında məsələ qaldırmaq, 4.0.10cu bəndinə görə təhlillərin nəticəsi olaraq aşkar edilmiş riskli vergi ödəyicilərinin fəaliyyətinin araşdırılması və nəticələrinə uyğun tədbirlər görülməsi məqsədilə Dövlət vergi xidmətinin aidiyyəti strukturlarına məlumat ötürmək, 4.0.19-cu bəndinə əsasən vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasının tələb edilməsi üçün təkliflər hazırlamaq, 4.0.34-cü bəndinə əsasən vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasının tələb edilməsi üçün təkliflər hazırlamaq və s. kimi hüquqları nəzərdə tutulmuşdur. X7 MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Iqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin vergi ödəyicilərinin barəsində vergilərin, sosial sığorta və işsizlik sığortası haqları barədə ödənilməmiş vergi hesablanmasına dair qərar qəbul etmək səlahiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələbinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Iş materiallarında Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Iqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəisi Rəşad Rzayevə müvafiq qərarı qəbul etmək səlahiyyətinin verilməsini təsdiq edən sübutlar müəyyən olunmur. Kollegiya apellyasiya şikayətinə baxılarkən mübahisələndirilən qərarı qəbul etmiş şəxsin buna səlahiyyətli olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi barədə verilmiş sorğuya cavab olaraq cavabdeh tərəfindən göndərilmiş, sənədin imzalanması üçün imza sahibi Rəşad Rzayev ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən Rəqəmsal ID kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında bağlanılmış *********** nömrəli (VÖEN:**********) müqaviləyə münasibətdə qeyd edir ki, həmin müqavilə sertifikat xidmətlərinin göstərilməsinə aiddir və bu xidmət rəisi tərəfindən ona həmin qərarı qəbul etmək səlahiyyətinin verilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi mübahisələndirilən qərar səlahiyyətli şəxs, vergi orqanının rəhbəri (onun müavini) tərəfindən deyil, səlahiyyətli olmayan şəxs tərəfindən qəbul edilmişdir. Beləliklə mübahisələndirilən qərarın səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilməsi tam sübuta yetirildiyindən həmin qərar qanunsuz olmaqla heç bir hüquqi nəticəyə səbəb olmadığından ləğv edilməli, həmin qərar əsasında aparılmış vergi hesablanması da qanunsuz hesab edilməlidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarında anoloji mübahisə üzrə də məhz belə bir hüquqi mövqe ifadə edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. - 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. Inzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. - 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı, inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı, inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi, inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat, inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd olunan maddi hüquq normalarının tələbinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası IPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: Naxçıvan MR Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar