Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-80/2026 05.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Inzibati kollegiyası Hakimlər - X4 (sədrlik edən və məruzəçi), X1 və X5 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə Iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh Cavabdeh qarşı "cavabdehə ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək artıq ödənilmiş 9636,06 (doqquz min altı yüz otuz altı manat altı qəpik) manat məbləğində pul vəsaitinin qanunvericiliyin tələblərinə uyğun olaraq ondan tutulmaqla Fondun yığım hesabına geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarından iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək cavabdeh Cavabdeh ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək artıq ödənilmiş 9636,06 (doqquz min altı yüz otuz altı manat altı qəpik) manat məbləğində pul vəsaitinin qanunvericiliyin tələblərinə uyğun olaraq ondan tutulmaqla Fondun yığım hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Elnur Hüseynov) Həmin qərardan iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti ilə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, Cavabdeh təqvimlə 21 il 6 ay 21 gün, güzəştlə 3 il 5 ay 29 gün olmaqla, ümumilikdə 25 il 20 gün xidmət illərinə görə iş stajının olduğu, həmçinin onun Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin ## ###### 2016-cı il tarixli, ***/ş nömrəli əmri ilə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 33.1.1-ci yarımbəndinə müvafiq olaraq öz arzusu ilə Fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilməsi qeyd olunmuşdur. Lakin işlədiyi dövrlərin (hərbi xidmət illəri də daxil olmaqla) cəmi 18 il 6 ay 11 gün təşkil etsə də, həmin siyahıda Cavabdeh təqvimlə 21 il 6 ay 21 gün olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2023-cü ilin may və iyun ayları ərzində Fövqəladə hallar orqanlarında xidmətlə əlaqədar əmək pensiyası təyin olunmuş şəxslərin pensiya işləri yoxlanılmış,aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh Fondun Babək rayon şöbəsinin ## ###### 2016-cı il tarixli, *** nömrəli qərarı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunan pensiya təyinatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ## #### 2017-ci il tarixinədək qüvvədə olmuş 9.7-2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilməmişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən Cavabdeh adına tərtib edilmiş ## ###### 2023-cü il tarixli məlumat vərəqəsində onun 21 il 6 ay 9 gün təqvim illəri üzrə xidmət ili və 3 il 7 ay güzəştli xidmət ili olmaqla, iş stajının və xidmət illərinin cəminin 25 il 1 ay 9 gün olduğu göstərilmişdir. Göründüyü kimi, Cavabdeh təqvimlə 25 il xidmət illərinə görə iş stajı olmadığından (21 il 6 ay 9 gün) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.7-2-ci maddəsi (## #### 2017-ci il tarixinədək qüvvədə olmuş) ilə Fövqəladə hallar orqanının əməkdaşı olaraq xüsusi rütbəli şəxs kimi pensiya hüququ yaranmamışdır. Bu da o deməkdir ki, fövqəladə hallar orqanlarının əməkdaşı olsa da xidmət illərini (25 il) tamamlamadan pensiyaya çıxmış şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun “xüsusi rütbəli şəxslər”lə bağlı müddəaları tətbiq oluna bilməz. Cavabdeh ##.##.2023-cü il tarixli ərizə ilə Fondun Xüsusi Şərtlərlə Təyinat Şöbəsinə müraciət edərək, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Sonuncunun ##.##.2023-cü il tarixli, **** nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1 və 20.14.1-ci maddələrinə əsasən ona pensiya hüququnun yarandığı ## #### 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh əmək pensiyası hərbi qulluqçu kimi təyin edilməli olduğu halda, səhvən xüsusi rütbəli şəxs kimi təyin edildiyindən ona ##.##.2016-cı il tarixdən ##.##.2023-cü il tarixədək ümumilikdə 16034,20 (on altı min otuz dörd manat iyirmi qəpik) manat məbləğində artıq pul vəsaitinin ödənildiyi aşkar olunmuşdur. Aparılmış hesablamaya əsasən, ilkin olaraq 16034,20 manat məbləğində müəyyən edilmiş artıq ödəniş, qanunvericiliyin tələbinə uyğun olaraq üç illik müddətlə məhdudlaşdırılmış və nəticədə tutulmalı məbləğ 9636,06 (doqquz min altı yüz otuz altı manat altı qəpik) manat məbləğində müəyyən edilmişdir. Artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı vətəndaş Fondun Xüsusi şərtlərlə təyinat şöbəsinə dəvət olunmuş, ona pensiya işi üzrə qanunvericiliyin tələblərinə uyğun izahat verilmiş və son 3 il ərzində artıq ödənilmiş məbləğin Fondun hesabına könüllü şəkildə, hissə-hissə geri qaytarılması təklif edilmişdir. Lakin vətəndaş artıq ödənilmiş vəsaitin geri qaytarılmasına öz etirazını bildirmiş,bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Cavabdeh iclasda iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası IPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı orqanın nümayəndəsi X3 izahatında apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ Insan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin III hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2.7. Inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və iddiaçının nümayəndəsinin izahatı ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Iş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinin 16 dekabr 2016-cı il tarixli, *** nömrəli qərarından məlum olur ki, Cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə müvafiq olaraq, ##.##.2016-cı il tarixdən yaşa görə ömürlük pensiya təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsinin Əmək pensiyasının təyin edilməsi haqqında ## ######## 2023-cü il tarixli, **** nömrəli qərarından məlum olur ki, Cavabdeh yeni pensiya təyinatı aparılaraq hüququnun yarandığı ##.##.2016-cı il tarixdən müddətsiz əmək pensiyası təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edən komissiyanın ## ###### 2025-ci il tarixli, *-**-*-*/*-Q-*****/**** nömrəli qərarından məlum olur ki, Cavabdeh ## ###### 2016-cı il tarixində, *** nömrəli qərarla Fondun Babək rayon şöbəsi tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.7-2-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair qərarı ləğv edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ## #### 2026-cı il tarixli, *-**-*-*/*-****/**** nömrəli məktubla göndərilmiş idarə və şöbələri üzrə müvafiq dövrün seçmə üsulla araşdırılması nəticəsində "Əmək pensiyaları haqqında" AR Qanununun 9.7-2-ci maddəsinin tələblərinə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi və ödənildiyi müəyyən edilmiş işlər barədə məlumatda göstərilmişdir ki, ##.##.2016- ##.##.2023 tarix aralığında aparılmış yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət keçmiş şəxs kimi müvafiq pensiya almaq hüququ yoxdur. - Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ## #### 2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli məktubla göndərilmiş Cavabdeh şəxsi işindən çıxarılmış sənədlərin surətləri iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ##### 2026-cı il tarixli, *-**-*-*/*-****/**** nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2023cü ilin may və iyun ayları ərzində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda müvafiq audit yoxlamaları aparılmış, yuxarıda qeyd olunan tarixlərdən əvvəlki dövrlərdə yoxlama aparılmamışdır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ### 2026-cı il tarixli, *-**-*-*/*-****/**** nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## ### 2023cü il tarixli *-**/*-*-***/**** nömrəli və ## #### 2023-cü il tarixli *-**/*-*-***/**** nömrəli əmrləri ilə Fondun # ###### 2021-ci il tarixindən # ##### 2023-cü il tarixinədək olan dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlərin və məcburi dövlət sosial sığortası xərclərinin icrası vəziyyətinin auditi # #### 2023-cü il tarixdə başlamış və # #### 2023-cü il tarixində yekunlaşmışdır. Vaxtı ilə Fondun şəhər (rayon) şöbələri tərəfindən # #### 2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7-2- ci maddəsinin tələblərinə zidd olaraq hərbi xidmət dövrünün fövqəladə hallar orqanlarının xüsusi rütbələr nəzərdə tutulan vəzifələrinə bərabər tutulmaqla güzəştli iş stajına daxil edilərək hüququ olmadığı halda güzəştli şərtlərlə yaşa görə əmək pensiyalarının təyin edildiyi faktları aşkarlanmışdır. Cavabdeh sözügedən növ üzrə pensiya təyinatı zamanı 18 il 02 ay 12 gün fövqəladə hallar orqanlarında təqvim üzrə xidmət keçdiyi halda, Qanunun tələblərinə uyğun olmayaraq 03 il 05 ay 29 gün güzəştli iş stajı və 03 il 04 ay 09 gün hərbi xidmət dövrü qeyd olunan stajının üzərinə əlavə olunmaqla stajı 25 il 20 gün hesablanmışdır. Işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsinin ## ###### 2016-cı il tarixli, *** nömrəli qərarı ilə ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.7-2-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, 2023-cü ildə aparılmış yoxlama nəticəsində təyin edilmiş pensiyanın "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun ## #### 2017-ci il tarixinədək qüvvədə olmuş 9.72-ci maddəsinin tələblərinə uyğun olmadığı aşkar edilmiş, sonradan həmin qərar qeyd edilən səbəbdən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edən komissiyasının ## ###### 2025-ci il tarixli *-**-*- */*-Q-*****/**** nömrəli qərarı ilə ləğv edilmişdir. Həmçinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsinin ##.##.2023-cü il tarixli, **** nömrəli qərarı ilə Cavabdeh hüququnun yarandığı ## #### 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçı cavabdehə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının ##.##.2016-cı il tarixdən ##.##.2023-cü il tarixədək ümumilikdə 16034,20 (on altı min otuz dörd manat iyirmi qəpik) manat məbləğində artıq ödənildiyini, artıq ödəmənin aşkar olunduğu tarixdən geriyə 3 il ərzində ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək artıq ödənilmiş pul vəsaitinin 9636,06 (doqquz min altı yüz otuz altı manat altı qəpik) manat olduğunu bildirərək, ##.##.2020 ci il tarixindən ##.##.2023-cü il tarixinədək artıq ödənilmiş 9636,06 (doqquz min altı yüz otuz altı manat altı qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması barədə hazırkı iddia tələbini irəli sürmüşdür. Kollegiya qeyd edir ki, inzibati orqanın əvvəlki qərarının ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1 ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarar, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “Inzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı inzibati orqan cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair qərarını həmin pensiyanın əsassız olaraq təyin edildiyi ona artıq 2023-cü ildə məlum olmasına və bunla əlaqədar olaraq həmin pensiyanın dayandırılmasına baxmayaraq həmin qərarı ## ###### 2025-ci il tarixdə ləğv etmişdir. Beləliklə, inzibati akt qanunla nəzərdə tutulmuş 1 illik müddət keçdikdən sonra ləğv edilmişdir. Bu isə cavabdehə münasibətdə qəbul edilmiş əlverişli inzibati aktın “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinin tələblərinə zidd olaraq ləğv edildiyini göstərir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin işlədiyi staj dövrlərinin güzəştli staj kimi nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində cavabdehin hər hansı bir təqsiri olmamışdır. Belə ki, ona pensiyanın təyin edilməsində cavabdehin müdaxiləsi olduğuna dair hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı orqan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edərkən yalnız ona təqdim edilən sübutlarla kifayətlənməyərək işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu idi. Buna görə də hazırkı iş üzrə cavabdehin ona əmək pensiyası təyin edilməsində hər hansı təqsiri mövcud deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. - 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. - 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, “Inzibati icraat haqqında” Qanunun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın vəzifəli şəxslərinin yanlış hərəkətlərinin neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Inzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq və ya səhv ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq və ya səhv ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki, cavabdehdən asılı olmayan hallar nəticəsində iddiaçının səhv etməsi cavabdehdən ödənilmiş vəsaitin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdehin pensiya hüququ əldə etməsi halı müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə cavabdehin inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olması da müəyyən edilmir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarında etimadın qorunması prinsipinə münasibətdə göstərilmişdir ki, “...Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il ## ###### tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli, §49 Qərarlar)”. Məhkəmə kollegiyası qeyd edir ki, Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz cavabdehin etimad göstərdiyi pensiya təyin olunması barədə inzibati orqanın qərarı əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiya məbləğini xərclədiyi və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı, qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı halda, cavabdeh tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin tələb edilməsi qanunsuzdur. Kollegiya xüsusilə qeyd edir ki, iddiaçı etimad hüququna istinadı istisna edən “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallara əsaslanmamış, eləcə də məhkəmə araşdırmasının gedişində də sözügedən maddədə təsbit olunmuş hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, “Inzibati icraat haqqında” qanunvericiliyin tələbindən də göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz inzibati akt hesab edilsə belə, onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Odur ki, iddiaçının “ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə” tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 87.1, 87.5, 87.6, 87.8, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərar verdi: Naxçıvan MR Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarından iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusifəli Qurbanov Hakimlər: Müşfiq Həsənov, Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2-1(3-1)-80/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-80/2026
05.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver