Məhkəmə qərarları › İş №2-1(3-1)-81/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-81/2026

10.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-81/2026 10.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Novruzov Səxavət Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” publik hüquqi şəxsin nümayəndəsi X1, cavabdeh Cavabdeh iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)- ***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” publik hüquqi şəxsin cavabdeh Cavabdeh qarşı cavabdehə ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək artıq ödənilmiş 5249,13 (beş min iki yüz qırx doqquz manat on üç qəpik) manat məbləğində pul vəsaitinin qanunvericiliyin tələblərinə uyğun olaraq ondan tutulmaqla Fondun yığım hesabına geri qaytarılması tələbinə dair inzibati işə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” publik hüquqi şəxs cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək artıq ödənilmiş 5249,13 (beş min iki yüz qırx doqquz manat on üç qəpik) manat məbləğində pul vəsaitinin qanunvericiliyin tələblərinə uyğun olaraq ondan tutulmaqla Fondun yığım hesabına geri qaytarılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, Fondun Şərur rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının ## ###### 2017-ci il tarixli, ** nömrəli qərarı ilə cavabdeh Cavabdeh ## #### 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7-2-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fond tərəfindən 2023-cü ildə fövqəladə hallar orqanlarında xidmətlə əlaqədar əmək pensiyası təyin olunmuş şəxslərin pensiya işləri yoxlanılmış və yoxlama nəticəsində cavabdehə hərbi qulluqçu kimi pensiya təyin edilməli olduğu halda xüsusi rütbəli şəxs kimi pensiya təyin edildiyi müəyyən edilmişdir. Bu səbəbdən Fond tərəfindən cavabdehə Fondun Şərur rayon şöbəsi tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.7-2-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair ## ###### 2017-ci il tarixli, ** nömrəli qərar ləğv edilmişdir. Həmçinin cavabdehə Fondun Xüsusi şərtlərlə təyinat şöbəsinin ##.##.2023-cü il tarixli, **** nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1 və 20.14.1-ci maddələrinə əsasən pensiya hüququnun yarandığı ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. O cümlədən fond tərəfindən cavabdehə bildiriş ünvanlanaraq artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması tələb olunmuş, əks halda müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Artıq ödənilmiş pul vəsaiti könüllü şəkildə büdcəyə qaytarılmadığından iddiaçı ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək cavabdehə qanunsuz olaraq 5249,13 manat məbləğində pul vəsaiti ödənildiyini bildirərək həmin vəsaitin Fondun yığım hesabına geri qaytarılması barədə hazırkı iddia tələbini irəli sürmüşdür. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində iddia ərizəsində qeyd edilən dəlillərə istinad edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ödənilmiş 5249,13 manat pensiya məbləğinin cavabdeh tərəfindən qaytarılmasına nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, Fondun Şərur rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının ## ###### 2017-ci il tarixli, ** nömrəli qərarı ilə cavabdeh Cavabdeh ## #### 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7-2-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fond tərəfindən 2023-cü ildə fövqəladə hallar orqanlarında xidmətlə əlaqədar əmək pensiyası təyin olunmuş şəxslərin pensiya işləri yoxlanılmış və yoxlama nəticəsində cavabdehə hərbi qulluqçu kimi pensiya təyin edilməli olduğu halda xüsusi rütbəli şəxs kimi pensiya təyin edildiyi müəyyən edilmişdir. Belə ki, cavabdehin təqvimlə 25 il xidmət illərinə görə iş stajı olmadığından ## #### 2017-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7-2-ci maddəsi ilə cavabdehin fövqəladə hallar orqanının əməkdaşı olaraq xüsusi rütbəli şəxs kimi pensiya hüququnun yaranmadığı aşkar edilmişdir. Bu səbəbdən Fond tərəfindən cavabdehə Fondun Şərur rayon şöbəsi tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.7-2-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair ## ###### 2017-ci il tarixli, ** nömrəli qərar ləğv edilmişdir. Həmçinin cavabdehə Fondun Xüsusi şərtlərlə təyinat şöbəsinin ##.##.2023-cü il tarixli, **** nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1 və 20.14.1-ci maddələrinə əsasən pensiya hüququnun yarandığı ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. O cümlədən fond tərəfindən cavabdehə bildiriş ünvanlanaraq artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması tələb olunmuş, əks halda müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Artıq ödənilmiş pul vəsaiti könüllü şəkildə büdcəyə qaytarılmadığından iddiaçı ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək cavabdehə qanunsuz olaraq 5249,13 manat məbləğində pul vəsaiti ödənildiyini bildirərək həmin vəsaitin Fondun yığım hesabına geri qaytarılması barədə hazırkı iddia tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası tərəfindən araşdırma nəticəsində həmçinin müəyyən edilmişdir ki, ##.##.2017-ci il tarixində cavabdehə xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində cavabdehin hər hansı bir təqsiri olmamışdır. Onun tərəfindən hər hansı bir səhv və ya təhrif olunmuş sübut təqdim edilməmişdir. Bu məsələdə təqsir iddiaçı inzibati orqanın üzərinə düşür. Eyni sənədlər əsasında cavabdehə əvvəl xüsusi rütbəli şəxs kimi, daha sonra isə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. İddiaçı sonradan eyni sənədlər əsasında cavabdehə hərbi qulluqçu kimi pensiya təyin edilməli olmasını əvvəl xüsusi rütbəli şəxs kimi pensiya təyin edərkən də görə bilərdi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il ######ın #-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 37.8 və 37.8.3-cü maddələrinin mənasına görə, bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası qeyd edir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunubqorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq və ya səhv ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq və ya səhv ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-cü maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki, cavabdehdən asılı olmayan hallar nəticəsində iddiaçının səhv etməsi cavabdehdən ödənilmiş vəsaitin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdehin pensiya hüququ əldə etməsi halı müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olardı. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, “İnzibati icraat haqqında” qanunvericiliyin tələbindən də göründüyü kimi, maraqlı şəxsin etimad hüququna istinadı istisna edilmirsə, əlverişli inzibati akt qanunsuz inzibati akt hesab edilsə belə, onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Odur ki, iddiaçının “ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə” tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının tələbi əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-**)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar