Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-88/2026 25.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Novruzov Səxavət Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, iddiaçı İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” publik hüquqi şəxsin nümayəndəsi X8 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 iyun 2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” publik hüquqi şəxsinə qarşı “ona hüququnun yarandığı ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) 12 iyun 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Qərardan cavabdeh “xxxx” publik hüquqi şəxsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli stajı vardır. Bu hallar sübutlarla öz təsdiqini tapır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə mübahisəli məsələ İddiaçı tələb olunan ümumi və xüsusi iş stajının olmamasıdır. Belə ki, iddiaçının əmək kitabçasında aparılmış qeydlərin düzgünlüyünü yoxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” publik hüquqi şəxsi tərəfindən Naxçıvan Dövlət Arxivinə verilmiş sorğular əsasında iddiaçının ümumilikdə 24 il 7 ay 13 gün ümumi iş stajının, 3 il 9 ay xüsusi iş stajının olduğu müəyyən edilmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək, suallara cavab olaraq bildirdi ki, əmək kitabçasında qeyd edilmiş tarixlərdə qeyd edilən müəssisələrdə işləmiş, əmək kitabçasında qeyd edilənlərdən sadəcə olaraq Naxçıvan şəhər Abadlıq və Təmir-tikinti idarəsində ##.##.2001-ci il tarixdən ##.##.2001-ci il tarixədək işləməmiş, 2-3 ay işləmiş, elektrik qaynaqçısı təhsili almış, işlədiyi dövr ərzində də əl ilə elektrik qaynaqçısı işləmiş, əmr və əmək haqqı kitablarında qeydlərin aparılmaması, həmçinin sənədlərin arxivə təhvil verilməməsi onun təqsiri ucbatından olmamışdır. Həmçinin əmək kitabçasında qeyd olunmasa da 2016-2017-ci illərdə “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti Texniki-İnzibati Binaların Təmir Tikinti İdarəsində işləmişdir. Həmin dövrlə bağlı işə giriş və çıxış əmrləri elektron məlumatlarda var və həmin dövrdə işəgötürən tərəfindən sosial sığorta ödənişləri həyata keçirilmişdir (həmin staj dövrü cavabdeh tərəfindən mübahisələndirilmir). Hazırda əlilliyə görə müavinət alır. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında şahid Hacıyev İbadulla Yaqub oğlu ifadəsində özünün ##.##.1987ci il tarixdən ##.##.1997-ci il tarixədək Evtikmə Kombinatında işlədiyini, iddiaçı ilə birlikdə işlədiklərini, özünün qəlibçi, iddiaçı İddiaçı əl ilə elektrik qaynaqçısı işlədiyini, iddiaçının işdən çıxdığı 1996-cı ilədək əl ilə elektrik qaynaqçısı işlədiyini bildirmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında ## ###### 2025-ci il tarixli, *******42C3ACCAB5B* nömrəli qərarından görünür ki, İddiaçı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən 25 il ümumi stajı olmadığı və ya fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış 28707 manat 42 qəpik pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi, həmçinin 12 il 6 ay xüsusi iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İş materiallarında olan İddiaçı məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı ## ###### 1964-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, İddiaçı ##.##.1983-cü il tarixdən ##.##.1985-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ##.##.1982-ci il tarixdən ##.##.1983-cü il tarixədək və ##.##.1985-ci il tarixdən ##.##.1985-ci il tarixədək M.Əzizbəyov sovxozunda fəhlə, ##.##.1985-ci il tarixdən ##.##.1996-cı il tarixədək Naxçıvan Evtikmə Kombinatında elektrik qaynaqçısı, ##.##.2001-ci il tarixdən ##.##.2001-ci il tarixədək Naxçıvan şəhər Abadlıq və Təmir-tikinti idarəsində 3-cü dərəcəli qaynaqçı, ##.##.2002-ci il tarixdən ##.##.2002-ci il tarixədək, ##.##.2002-ci il tarixdən ##.##.2002-ci il tarixədək, ##.##.2002-ci il tarixdən ##.##.2003-cü il tarixədək, ##.##.2003-cü il tarixdən ##.##.2003-cü il tarixədək, ##.##.2003-cü il tarixdən ##.##.2003-cü il tarixədək, ##.##.2003-cü il tarixdən ##.##.2003-cü il tarixədək, ##.##.2004-cü il tarixdən ##.##.2004-cü il tarixədək Naxçıvan “xxxx” ASC-də mövsümi olaraq 3-cü dərəcə qaynaqçı, ##.##.2004-cü il tarixdən ##.##.2004-cü il tarixədək, ##.##.2005-ci il tarixdən ##.##.2005-ci il tarixədək Naxçıvan MR Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat İdarəsində mövsümi olaraq 3cü dərəcə qaynaqçı, ##.##.2006-cı il tarixdən ##.##.2008-ci il tarixədək “xxxx” MMC-də qaynaqçı, ##.##.2013-cü il tarixdən ##.##.2013-cü il tarixədək və ##.##.2013-cü il tarixdən ##.##.2015-ci il tarixədək “X9” MMC-də qaynaqçı, ##.##.2018-ci il tarixdən ##.##.2025-ci il tarixədək “X6 Sənaye Kompleksi” MMC-də (##.##.2023-cü il tarixdə adı dəyişdirilərək “X4 Zavodu” MMC adlandırılmışdır) qaynaqçı işləmişdir. İş materiallarında olan sığortaolunanın hesabı haqqında məlumatda qeyd edilmişdir ki, İddiaçı xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 793,60 manat hesablanaraq cəmi 706,88 manat, “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 547,32 manat hesablanaraq cəmi 547,32 manat, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti Texniki-İnzibati Binaların Təmir Tikinti İdarəsi tərəfindən 3551,35 manat hesablanaraq cəmi 3404,72 manat, “X6 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 4560,98 manat hesablanaraq cəmi 4352,05 manat ödənilmişdir. Nəticədə sığortaolunanın hesabı haqqında məlumatda İddiaçı 2006-cı ilin iyun ayından 2025-ci ilin mart ayına qədər cəmi 9453,24 manat hesablanaraq 9249,96 manat ödənildiyi və pensiya kapitalının 13205,41 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan “X11 Zavodu” MMC tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, ** nömrəli “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışda qeyd edilmişdir ki, İddiaçı “X9” MMC-də əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində ##.##.2013-cü il tarixdən ##.##.2015-ci il tarixədək işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 1 il 2 ay 25 gün təşkil edir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, ** nömrəli “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışda qeyd edilmişdir ki, İddiaçı “X6 Kompleksi” MMC-də ##.##.2018-ci il tarixdən hazırkı yəni, ##.##.2024-cü il tarixədək əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 6 il 8 ay 5 gün təşkil edir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-NDA/*-*-Ə-***-**/**** nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan sənədlərə baxdıqda İddiaçı ##.##.1985-ci il tarixli, *** nömrəli əmrlə Naxçıvan Evtikmə kombinatının armatur sexinə III dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilməsi müəyyən edilmişdir. İşdən azad olunması haqqında məlumat mövcud deyildir. Naxçıvan şəhər Abadlıq və Təmir-tikinti idarəsinə ##.##.2001-ci il tarixli, ** nömrəli əmrlə III dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmiş, ##.##.2001-ci il tarixli, ** nömrəli əmrlə işdən azad olunması əmr kitabında göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat İdarəsinə ##.##.2002-ci il tarixli, ** nömrəli əmrlə işə qəbul edilməsi, ##.##.2005-ci il tarixli, ** nömrəli əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Naxçıvan Evtikmə Kombinatının 1994-cü ilə dair əmr kitablarında adına rast gəlinməmiş və 1995, 1996-cı illərə dair əmr kitabları isə Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. Əzizbəyov adına sovxozun sənədləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2025-il tarixli, *-**-NDA/*-*-Ə-***-**/**** nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı Naxçıvan Evtikmə kombinatında işləmiş və 1992-ci ildə may ayı xaric bütün aylar üzrə, 1993-cü ildə yanvar, fevral, mart, aprel, may, iyun, iyul ayları üzrə, 1996-cı ildə isə yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust ayları üzrə əməkhaqqı almışdır. Naxçıvan Evtikmə kombinatının 1994, 1995-ci illərə dair əməkhaqqı cədvəllərində adına rast gəlinməmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-NDA/*-*-Ə-****-**/**** nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı Naxçıvan Şəhər Evtikmə Kombinatında işləmiş və 1992-ci ildə bütün aylar üzrə, 1993cü ildə yanvar, fevral, mart, aprel, may, iyun, iyul ayları üzrə əməkhaqqı almışdır. 1993-cü ilin avqust-dekabr ayları əməkhaqqı cədvəllərində adı olsa da, lakin adına yazılmış pul yoxdur. 1994, 1995, 1996-cı illərin əməkhaqqı kitablarında adına rast gəlinməmiş, 1993, 1995, 1996-cı illərin əmr kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməmiş və 1994cü ilin əmr kitablarında adına rast gəlinməmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-NDA/*-*-Ə-***-**/**** nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti İdarəsində işləmiş və 2001-ci ildə aprel ayı üzrə əməkhaqqı almışdır. Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin 2001-ci ilin may ayından noyabr ayına qədər olan əməkhaqqı cədvəllərində adına əməkhaqqı yazılmamışdır. İş materiallarında olan Dövlət Arxivi tərəfindən təqdim edilmiş Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti İdarəsinin ## ##### 2001-ci il tarixli, ** nömrəli əmrinin surətində qeyd edilmişdir ki, mövsümi işlə əlaqədar olaraq işçi qüvvəsinə ehtiyac olduğuna görə İddiaçı üçüncü dərəcəli qaynaqçı olaraq işə qəbul edilmişdir. İş materiallarında olan Dövlət Arxivi tərəfindən təqdim edilmiş Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti İdarəsinin ## ####### 2001-ci il tarixli, ** nömrəli əmrinin surətində qeyd edilmişdir ki, iş həcmi azaldığından İddiaçı ## ####### 2001-ci il tarixdən işdən azad edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-NDA/*-*-Ə-***-**/**** nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı Naxçıvan MR Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat İdarəsində işləmiş və 2002-ci ildə may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə, 2003-cü ildə bütün aylar üzrə, 2004-cü ildə bütün aylar üzrə, 2005-ci ildə yanvar, fevral, mart, aprel, may, iyun, iyul ayları üzrə əməkhaqqı almışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının 25 il ümumi stajı olmadığı, həmçinin 12 il 06 ay xüsusi iş stajı olmadığını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. İddiaçı da cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edərək hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddəyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının 60 yaşı olmalı, həmçinin o 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə işlərdə çalışmalıdır. Cavabdeh apellyasiya şikayətini iddiaçının 25 il ümumi iş stajı olmaması, həmçinin 12 il 06 ay xüsusi iş stajı olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmişdir. Həmin Siyahının 35-ci bəndində (ümumi peşələr) “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququna malikdirlər. Məhkəmə iddiaçının fəaliyyət göstərdiyi peşələr üzrə həmin qərara uyğun olaraq ən azı 12 il 6 ay fəaliyyətinin mövcud olub-olmadığını və onun 25 il ümumi sığorta stajına malik olub-olmadığını yoxlamalıdır. İddiaçı qeyd edir ki, o, ##.##.1981-ci il tarixdən ##.##.1982-ci il tarixədək (10 ay 23 gün) Texniki peşə məktəbində “armaturçu-qaynaqçı” ixtisası üzrə təhsil almış, ##.##.1983-cü il tarixdən ##.##.1985-ci il tarixədək (2 il 1 ay 11 gün) həqiqi hərbi xidmətdə olmuşdur. O, ##.##.1982-ci il tarixdən ##.##.1983-cü il tarixədək və ##.##.1985-ci il tarixdən ##.##.1985-ci il tarixədək (10 ay 10 gün) M.Əzizbəyov sovxozunda fəhlə, ##.##.1985-ci il tarixdən ##.##.1996cı il tarixədək (10 il 11 ay 21 gün) Naxçıvan Evtikmə Kombinatında əl ilə qaynaq aparan elektrik qaynaqçısı, ##.##.2002-ci il tarixdən ##.##.2002-ci il tarixədək, ##.##.2002-ci il tarixdən ##.##.2002-ci il tarixədək, ##.##.2002-ci il tarixdən ##.##.2003-cü il tarixədək, ##.##.2003-cü il tarixdən ##.##.2003-cü il tarixədək, ##.##.2003-cü il tarixdən ##.##.2003-cü il tarixədək, ##.##.2003-cü il tarixdən ##.##.2003-cü il tarixədək, ##.##.2004-cü il tarixdən ##.##.2004-cü il tarixədək, ##.##.2004-cü il tarixdən ##.##.2004-cü il tarixədək, ##.##.2005-ci il tarixdən ##.##.2005-ci il tarixədək (3 il 12 gün) Naxçıvan “xxxx” ASC-də (sonrakı adı Naxçıvan MR Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat İdarəsində) mövsümi olaraq 3-cü dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmişdir. Həmçinin əmək kitabçasında ##.##.2001-ci il tarixdən ##.##.2001-ci il tarixədək Naxçıvan şəhər Abadlıq və Təmir-tikinti idarəsində 3-cü dərəcəli qaynaqçı işlədiyi qeyd edilsə də, həmin idarədə təxminən 2-3 ay əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmişdir (cavabdeh isə iddiaçının əmək haqqı alması barədə arxiv məlumatları əsasında 29 günü staj kimi qəbul edir). İddiaçı həmçinin qeyd edir ki, o, ##.##.2006-cı il tarixdən ##.##.2008-ci il tarixədək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində əl ilə qaynaq aparan elektrik qaynaqçısı, ##.##.2013cü il tarixdən ##.##.2013-cü il tarixədək və ##.##.2013-cü il tarixdən ##.##.2015-ci il tarixədək “X9” MMC-də əl ilə qaynaq aparan elektrik qaynaqçısı, ##.##.2018-ci il tarixdən ##.##.2025-ci il tarixədək “X6 Kompleksi” MMC-də (##.##.2023-cü il tarixdə adı dəyişdirilərək “X4 Zavodu” MMC adlandırılmışdır) əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmişdir. Həmçinin əmək kitabçasında qeyd olunmasa da 2016-2017-ci illərdə “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti Texniki-İnzibati Binaların Təmir Tikinti İdarəsində işləmişdir. Həmin dövrlə bağlı işə giriş və çıxış əmrləri elektron məlumatlarda var və həmin dövrdə işəgötürən tərəfindən sosial sığorta ödənişləri həyata keçirilmişdir (həmin staj dövrü cavabdeh tərəfindən mübahisələndirilmir). Həmçinin iş materiallarında olan sığortaolunanın hesabı haqqında məlumatlardan görünür ki, iddiaçı İddiaçı xxxx Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi dövrdə 2006-cı il ərzində 7 ay, 2007-ci il ərzində 10 ay, 2008-ci il ərzində 12 ay olmaqla, cəmi 2 il 5 ay; “X9” Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi dövrdə 2013-cü il ərzində 7 ay, 2014-cü il ərzində 12 ay, 2015-ci il ərzində 2 ay olmaqla, cəmi 1 il 9 ay; “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti Texniki-İnzibati Binaların Təmir Tikinti İdarəsində işlədiyi dövrdə 2016-cı il ərzində 3 ay, 2017ci il ərzində 7 ay olmaqla, cəmi 10 ay; “X6 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi dövrdə 2018-ci il ərzində 11 ay, 2019-cu il ərzində 12 ay, 2020-ci il ərzində 11 ay, 2021-ci il ərzində 3 ay, 2022-ci il ərzində 6 ay, 2023-cü il ərzində 1 ay olmaqla, cəmi 3 il 8 ay, ümumilikdə isə 8 il 8 ay adına sosial sığorta haqları hesablanmış və ödənilmişdir. Məhkəmə kollegiyası iddiaçının ümumi stajını iş materiallarında olan əmək kitabçası, hərbi xidmətə dair sənəd, dövlət arxivinin arayışları və sığortaolunanın hesabı haqqında məlumatları nəzərə almaqla hesablayaraq müəyyən edir ki, iddiaçının ##.##.1981-ci il tarixdən ##.##.1982-ci il tarixədək Texniki peşə məktəbində “armaturçu-qaynaqçı” ixtisası üzrə təhsil aldığı dövr 10 ay 23 gün, ##.##.1983-cü il tarixdən ##.##.1985-ci il tarixədək həqiqi hərbi xidmət dövrü 2 il 1 ay 11 gün, ##.##.1982-ci il tarixdən ##.##.1983-cü il tarixədək və ##.##.1985-ci il tarixdən ##.##.1985-ci il tarixədək M.Əzizbəyov adına sovxozda işlədiyi dövrlər müvafiq olaraq 10 ay 10 gün, ##.##.1985-ci il tarixdən ##.##.1996-cı il tarixədək Naxçıvan Evtikmə Kombinatında işlədiyi dövr 10 il 11 ay 21 gün, ##.##.2001-ci il tarixdən ##.##.2001-ci il tarixədək Naxçıvan şəhər Abadlıq və Təmir-tikinti idarəsində işlədiyi və arxiv arayışına əsasən əmək haqqı aldığı 29 gün, ##.##.2002-ci il tarixdən ##.##.2002-ci il tarixədək, ##.##.2002-ci il tarixdən ##.##.2002-ci il tarixədək, ##.##.2002-ci il tarixdən ##.##.2003-cü il tarixədək, ##.##.2003-cü il tarixdən ##.##.2003-cü il tarixədək, ##.##.2003-cü il tarixdən ##.##.2003-cü il tarixədək, ##.##.2003-cü il tarixdən ##.##.2003-cü il tarixədək, ##.##.2004-cü il tarixdən ##.##.2004-cü il tarixədək, ##.##.2004-cü il tarixdən ##.##.2004-cü il tarixədək, ##.##.2005-ci il tarixdən ##.##.2005-ci il tarixədək Naxçıvan “xxxx” ASC-də (sonrakı adı Naxçıvan MR Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat İdarəsində) işlədiyi dövr 3 il 12 gün, habelə sığortaolunanın hesabında adına sosial sığorta haqları hesablanaraq ödənilmiş “xxxx” MMCdə 2 il 5 ay, “X9” MMC-də 1 il 9 ay, “X2” MMC-nin Texniki-İnzibati Binaların Təmir Tikinti İdarəsində 10 ay və “X6 Kompleksi” MMC-də 3 il 8 ay təşkil edir. Qeyd olunan dövrlərin cəmlənməsi nəticəsində iddiaçının ümumi sığorta stajı 26 il 7 ay 14 gün təşkil edir. Beləliklə, iddiaçının ümumi sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş 25 il sığorta stajından artıqdır. Məhkəmə kollegiyası qeyd edir ki, Dövlət Arxivi tərəfindən təqdim olunmuş arxiv arayışlarında iddiaçının müxtəlif illər üzrə ayrı-ayrı aylarda əmək haqqı alması barədə məlumatların olmadığı, habelə bəzi illərə dair əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi göstərilmişdir. Lakin bu hallara əsaslanıb iddiaçının həmin dövrlərdə işləməməsi kimi qiymətləndirmək düzgün olmazdır. Belə ki, iddiaçının işlədiyi dövrün geniş hissəsini sübut edən arxiv məlumatları vardır, həmçinin əmək kitabçası və digər sübutlar iddiaçının həmin dövrlərdə işlədiyini təsdiq edir. Eyni zamanda, iddiaçının işlədiyi müəssisələrin bir çoxu hazırda mövcud olmadığından həmin müəssisələr tərəfindən güzəştli arayışların təqdim edilməsi mümkün olmamışdır. İddiaçı qeyd edir ki, o, texniki peşə məktəbini bitirdikdən sonra işlədiyi müəssisələrdə əl ilə qaynaq aparan elektrik qaynaqçısı kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur, həmçinin əmək pensiyasının təyin edilməsi üçün güzəştli iş stajı yetərlidir. Belə ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajının müəyyən edilməsi zamanı onun Naxçıvan Evtikmə Kombinatında, “X9” MMC-də və “X6 Kompleksi” MMC-də qaynaqçı vəzifəsində işlədiyi dövrlərin nəzərə alınması əsaslıdır və yetərlidir. Belə ki, iddiaçının Naxçıvan Evtikmə Kombinatında ##.##.1985-ci il tarixdən ##.##.1996-cı il tarixədək 10 il 11 ay 21 gün güzəştli iş stajının olması əmək kitabçası, dövlət arxivinin arayışı və məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi ilə öz təsdiqini tapmışdır. İddiaçının “X9” MMC-də 1 il 9 ay və “X6 Kompleksi” MMC-də 3 il 8 ay güzəştli iş stajının olması isə əmək kitabçası, həmin müəssisələr tərəfindən verilmiş arayışlar və sığortaolunanın hesabı haqqında məlumatlarla təsdiq olunur. Həmçinin qeyd edilməlidir ki, “X11 Zavodu” MMC və “xxxx” MMC tərəfindən verilmiş arayışlarda iddiaçının müvafiq dövrlərdə əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işlədiyi birbaşa göstərilmişdir. İddiaçının Naxçıvan Evtikmə Kombinatında əmək kitabçasında və arxiv sənədlərində “elektrik qaynaqçısı” vəzifəsində işləməsi göstərilsə də, məhkəmə iclasında şahidin verdiyi ifadədən onun həmin dövrdə faktiki olaraq əl ilə qaynaq aparan elektrik qaynaqçısı kimi işlədiyi müəyyən edilir. Həmin sübut əmək kitabçasındakı qeyd ilə ziddiyyət təşkil etmədiyindən və digər sübutlarla da uzlaşdığından, məhkəmə kollegiyası iddiaçının həmin dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndində nəzərdə tutulan peşəyə uyğun işdə çalışdığı qənaətinə gəlir. İddiaçının əmək kitabçasında ayrı-ayrı dövrlərdə “qaynaqçı” və ya “elektrik qaynaqçısı” ifadələrinin qeyd edilməsi, habelə “əl ilə” ifadəsinin göstərilməməsi həmin dövrlərin güzəştli staj kimi qiymətləndirilməsinə maneə təşkil etmir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, digər müəssisələrdəki iş dövrlərinin güzəştli iş stajına daxil edilib-edilməməsinə ayrıca qiymət verilməsinə zərurət yoxdur, belə ki, yuxarıda göstərilən üç müəssisədəki iş dövrlərinin cəmi artıq tələb olunan 12 il 6 ay xüsusi staj tələbi üçün kifayət edir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Naxçıvan Evtikmə Kombinatında, “X9” MMC-də və “X6 Kompleksi” MMC-də işlədiyi dövrlər üzrə güzəştli iş stajı 16 il 4 ay 21 gün (10 il 11 ay 21 gün + 1 il 9 ay + 3 il 8 ay) olmaqla, 12 il 6 aydan artıqdır. Beləliklə, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il ümumi sığorta stajı və azı 12 il 6 ay xüsusi iş stajı şərtlərini yerinə yetirmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən iddiaçının tələb olunan ümumi və xüsusi iş stajına malik olmadığını təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(3-1)-88/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-88/2026
25.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver