Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-89/2026 21.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Novruzov Səxavət Hüseyn oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Iddiaçının vəkili və nümayəndəsi Vəkil/Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş Idarəsinin Naxçıvan şəhər Idarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı barəsində qəbul edilmiş yekun tibbi müayinənin nəticələrinə dair ##.##.2026-cı il tarixli Qərarın ləğv edilməsi, İddiaçı barəsində “C” “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kateqoriyasına dair Qərarın qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi və Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş Idarəsinin Naxçıvan şəhər Idarəsinin İddiaçı hərbi xidmətə çağırılması barədə ## ###### 2026-cı il tarixli, * saylı protokolunun İddiaçı aid hissədə ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək, onun hərbi xidmətə yararlılığı məsələsinin mövcud tibbi sənədlər əsasında yenidən, obyektiv və qərəzsiz şəkildə qiymətləndirilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli yekun qərarının qanunsuz hesab edilməsi və sözügedən qərar əsasında qəbul edilmiş iddiaçı İddiaçı həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər Idarəsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçının vəkili və nümayəndəsi Vəkil/Nümayəndə məhkəməyə ##.##.2026-cı il tarixli ərizə təqdim edərək, iddia tələbinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı barəsində qəbul edilmiş yekun tibbi müayinənin nəticələrinə dair ##.##.2026-cı il tarixli Qərarın ləğv edilməsi, İddiaçı barəsində “C” “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kateqoriyasına dair Qərarın qəbul edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş Idarəsinin Naxçıvan şəhər Idarəsininİddiaçı hərbi xidmətə çağırılması barədə qərarının ləğv edilməsi” məzmununda icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərardadı ilə yeni iddia tələbi icraata qəbul edilmişdir. ## #### 2026-cı il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbində texniki yanlışlığa yol verildiyini bildirərək, iddia tələbinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı barəsində qəbul edilmiş yekun tibbi müayinənin nəticələrinə dair ##.##.2026-cı il tarixli Qərarın ləğv edilməsi, İddiaçı barəsində “C” “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kateqoriyasına dair Qərarın qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi və Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş Idarəsinin Naxçıvan şəhər Idarəsinin İddiaçı hərbi xidmətə çağırılması barədə ## ###### 2026-cı il tarixli, * saylı protokolunun İddiaçı aid hissədə ləğv edilməsi” kimi oxunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ## #### 2026-cı il tarixli protokol qərardadı ilə iddiaçının şifahi vəsatəti təmin edilmiş, iddia tələbinin yuxarıda göstərilən formada oxunması qərara alınmışdır. Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Skoliozun mərhələsi rentgenoqramlar üzrə rentgenoloq tərəfindən skolioz bucaqlarının V. D. Çaklinin müəyyən etdiyi üsulla ölçülməsi əsasında təyin edilir. Deformasiyanın ölçüsündən asılı olaraq skoliozların 4 mərhələsi ayırd edilir: ... II mərhələ gövdənin daha ifadə olunmuş asimmetriyası, onun bir qədər yana əyilməsi, əyrilik qövsünün qabarıq tərəfində əzələ yastığının aydın təyin edilməsi, fəqərələrin torsiyası və kiçik pazabənzər deformasiyası, əyilmə bucağının 11–25 dərəcə arasında olması ilə xarakterizə olunur. Başın yuxarı dartılması zamanı və ya uzanmış vəziyyətdə düzələn, önə əyilmə zamanı təsbit olunmuş rotasiya aşkar edilməyən, onurğanın yana (əksər hallarda sola) sadə (qeyri-struktur) əyriliyi olan qamət skoliozu (uzanmış vəziyyətdə ön-arxa istiqamətdə çəkilmiş onurğanın rentgenoqramında əyriliyin düzəlməsi) həqiqi struktur skoliozu kimi qiymətləndirilməməlidir. Iddiaçının müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər Cədvəlinin 59-cu maddəsinin (Onurğanın xəstəlikləri və onların nəticələri) tələblərinə uyğun olaraq uzanılı vəziyyətdə (horizontal) həyata keçirilməli, eyni zamanda ölçü V. D. Çaklinin müəyyən etdiyi üsulla həyata keçirilməli idi. Buna baxmayaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin ##.##.2026-cı il tarixli K/***-**** nömrəli ekspert rəyində qeyd olunan müayinənin Əsasnamədə göstərilən tələblərə cavab verməklə aparılması barədə qeyd öz əksini tapmamışdır. Buna baxmayaraq, məhkəmə bu faktları araşdırmadan ekspert rəyi əsasında iddianı təmin etmişdir. Həmçinin məhkəmə cavabdeh tərəfindən ekspert rəyində qeyd edilən müayinə nəticəsini təkzib edən hər hansı sübutun təqdim edilmədiyini qeyd etsə də, Agentliyin ##.##.2026-cı il tarixli rentgen müayinəsində iddiaçıda olan skolioz dərəcəsinin ** saylı Əsasnamədə C kateqoriyası üçün qeyd edilmiş kateqoriyaya uyğun olmaması aydın şəkildə görünür. Instrumental müayinələrin arasındakı ziddiyyəti məhkəmə əsaslı hesab etməməklə iddianı təmin etmiş, bununla da işə baxılmasının obyektivliyi pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il # ######## tarixli **** nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, ## #### 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir:-sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası);sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası);-dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası);-həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası). Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron qaydada formalaşdırılan və “Hərbihəkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilən göndəriş (forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Əsasnamənin 2.18-ci bəndinə uyğun olaraq, barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən həyata keçirilir və müayinə nəticələri əsasında Tibbi Qiymətləndirmə Komissiyası tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir:– yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir;– yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir; – yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. Qəbul edilən müvafiq qərar elektron sənəd formasında formalaşdırılır və Tibbi Qiymətləndirmə Komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla SHXÇDX-nin rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərarın qəbul edilməsi üçün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilir. Iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etirazında göstərmişdir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/****-*** nömrəli qərarının ləğvi üçün qanuni əsaslar mövcud deyil. Etirazda qeyd edilmişdir ki, mübahisənin əsasını iddiaçının sağlamlıq vəziyyətinin, xüsusilə “M41 – Skolioz” diaqnozunun və II mərhələ skoliozun hərbi xidmətə yararlılıq kateqoriyasına düzgün uyğunlaşdırılıb-uyğunlaşdırılmaması təşkil edir. Iddiaçıya 2019-cu ildə 12 dərəcə, 2022-ci ildə 14 dərəcə, 2025-ci ilin dekabrında isə 15 dərəcə onurğa əyriliyi ilə müşayiət olunan skolioz diaqnozu qoyulmuş, əvvəlki tibbi müayinələrin nəticələrinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. Buna baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ##.##.2026-cı il tarixli qərarı ilə iddiaçını həqiqi hərbi xidmətə yararlı hesab etmişdir. Etirazda həmin qərarın iş materiallarında olan tibbi sənədlərə, əvvəlki müayinələrin nəticələrinə və ekspert araşdırmasına uyğun olmadığı bildirilmişdir. Həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 59-cu maddəsinin “c” bəndində 11–25 dərəcə arasında olan II mərhələ skolioz nəzərdə tutulmuşdur. Iş üzrə aparılmış ekspert araşdırması nəticəsində iddiaçıda II mərhələ skolioz müəyyən edildiyindən, həmin normanın hüquqi nəticələri tətbiq edilməlidir. Etirazda həmçinin qeyd edilmişdir ki, apellyasiya şikayətində ekspert rəyinin hansı konkret elmi və ya metodiki səhvə əsaslandığı, hansı rentgenoloji nəticənin düzgün qiymətləndirilmədiyi və ya hansı tibbi sənədin nəzərə alınmadığı göstərilməmişdir. Cavabdeh ekspert rəyini və digər tibbi sübutları təkzib edən konkret və mötəbər sübutlar təqdim etməmişdir. Bundan başqa, Inzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli olduğu halda, cavabdeh ##.##.2026-cı il tarixli qərarın qanuniliyini və əsaslılığını təsdiq edən kifayət qədər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi isə iş üzrə tibbi sənədləri, müxtəlif tarixlərdə aparılmış müayinələrin nəticələrini, ekspert rəyini və inzibati orqanın qərarının əsaslarını birlikdə araşdıraraq düzgün hüquqi qiymət vermişdir. Həmçinin qeyd edilmişdir ki, yalnız “A3” kateqoriyasına və ya əvvəlki tibbi qiymətləndirmələrə istinad edilməsi iddiaçının sağlamlıq vəziyyətinin Əsasnamənin tələblərinə uyğun hüquqi qiymətləndirildiyini təsdiq etmir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hansı konkret sübutu nəzərə almadığı və ya yanlış qiymətləndirdiyi də əsaslandırılmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı İddiaçı, cavabdehlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş Idarəsinin Naxçıvan şəhər Idarəsinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndləri iclasda iştirak etməmişlər və bu barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası IPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçı və cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iddiaçının vəkil və nümayəndəsinin izahatını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Iş materiallarında olan: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki,İddiaçı ## #### 1997-ci ildə anadan olmuşdur. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yekun tibbi müayinəsinin nəticəsinə dair qəbul etdiyi ##.##.2026-cı il tarixli qərarla İddiaçı A-3 kateqoriyası ilə müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. - Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə X5 Sistemindən çıxarışdan məlum olur ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) Yekun rəyinə əsasən A- 3 olaraq şəhadətləndirilərək, hərbi xidmətə yararlı olması barədə yekun qərar (A-müddətli həqiqi hərbi xidmətə yararlı) qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış ## ###### 2026-cı il tarixli, *-*****-********* nömrəli məktubdan məlum olur ki, çağırışçıya dair daxil olmuş göndərişdə “Skolioz” diaqnozu əsasında “C” (dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralı) və “görmə pozğunluğu” diaqnozu əsasında “Ş” (hərbi xidmətə müvəqqəti yararsız) kateqoriyası qeyd edilmişdir. Agentlikdə həyata keçirilmiş yekun tibbi müayinə gedişində aparılmış obyektiv və instrumental (Rentgen) müayinələri nəticələrinə əsasən “Funksiyaların pozulması olmadan onurğanın İ mərhələ skoliozu” və “Zəif qidalanma” (BKi -19.67) diaqnozları təyin edildiyi üçün göndərişdə göstərilən yararsızlıq səbəbinin fərqli kateqoriya üzrə təsdiqlənməsinə dair qərar qəbul edilmiş və şəhadətləndirilməsi üçün Xidmətə göndərilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin Naxçıvan Şəhər Idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ## ##### 2026-cı il tarixli, 3-43-70/2- *****/**** nömrəli məktubla göndərilmiş İddiaçı “Sağlamlıq vəziyyətinin təyin edilməsi haqqında” protokoldan çıxarışdan məlum olur ki, İddiaçı Həkim Komissiyasının Qərarı ilə A-3 məhdudiyyət dərəcəsi ilə - Müddətli həqiqi hərbi xidmətə yararlı olaraq şəhadətləndirilmişdir. Kollegiya iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, apellyasiya şikayətinə verilmiş etirazı və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni, iddiaçının vəkili və nümayəndəsinin izahatını qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd edilməlidir ki, hazırkı inzibati mübahisəyə hüquqi qiymət verilməsi üçün əsas məsələ iddiaçı İddiaçı müddətli həqiqi hərbi xidmətə çağırıldığı tarixə olan sağlamlıq vəziyyətinin hərbi xidmətə yararlılıq kateqoriyası baxımından düzgün müəyyən edilibedilməməsi və onun barəsində A-3 kateqoriyası ilə hərbi xidmətə yararlı olması barədə qəbul edilmiş qərarın qanuni və əsaslı olub-olmamasının yoxlanmasıdır. Iş materiallarından müəyyən olunur ki, İddiaçı ##.##.2026-cı il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yekun tibbi müayinəsinin nəticəsinə əsasən A-3 kateqoriyası ilə müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Həmin tibbi nəticəyə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş Idarəsinin Naxçıvan şəhər Idarəsi tərəfindən iddiaçının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı * saylı protokol tərtib edilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu; Maddə 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: Maddə 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; Maddə 15. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarı 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülür. 15.2. Bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Maddə 23. Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmə 23.1. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər: ... 23.1.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar; Kollegiya qeyd edir ki, müddətli həqiqi hərbi xidmətə çağırış üçün vətəndaşın yalnız çağırış yaşına çatması kifayət etmir, onun sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması da qanunda müəyyən edilmiş məcburi şərt hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” Maddə 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Maddə 1.8. Hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi həkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Hər bir həkim-mütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır. Maddə 2.1. Ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir... Maddə 2.4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilmə prosesində tələb olunan müayinələrdən keçirlər. Çağırışaqədər yaş həddində olanların və çağırışçıların şəhadətləndirilməsi prosesində müayinələrin həyata keçirilməsi məqsədilə göndəriləcəkləri tibb müəssisələrinin siyahısı, habelə keçəcəkləri tibbi müayinələrin həcmi və qaydası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. ... Maddə 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Maddə 8.1. “Xəstəliklər cədvəli”ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İ qrafa — ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar; Maddə 8.3. “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A” — hərbi xidmətə yararlıdır; “B” — sıradankənar hərbi xidmətə yararlıdır; “C” — dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç” — hərbi xidmətə müvəqqəti yararsızdır; “D” — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır;. Hazırkı iş üzrə mübahisənin predmetini iddiaçının sağlamlıq vəziyyətinin onun hərbi xidmətə yararlılıq kateqoriyası baxımından qiymətləndirilməsi barədə qəbul edilmiş qərarın əsaslılığı təşkil edir. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ###### 2026-cı il tarixli, *-*****-*****/**** nömrəli məktubundan aydın olur ki, çağırışçı İddiaçı dair Agentliyə daxil olmuş göndərişdə “Skolioz” diaqnozu əsasında “C” kateqoriyası, yəni dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, habelə “görmə pozğunluğu” diaqnozu əsasında “Ç” kateqoriyası yəni hərbi xidmətə müvəqqəti yararsız qeyd edilmişdir. Həmin məktubda eyni zamanda göstərilmişdir ki, Agentlik tərəfindən aparılmış yekun tibbi müayinə zamanı obyektiv və instrumental, o cümlədən rentgenoloji müayinələrin nəticələrinə əsasən “funksiyaların pozulması olmadan onurğanın İ mərhələ skoliozu” və “zəif qidalanma” diaqnozları müəyyən edilmiş və bunun əsasında çağırışçının hərbi xidmətə yararlı hesab edilməsinə dair nəticəyə gəlinmişdir. Lakin iş materiallarında mövcud olan digər sübutlar həmin nəticənin düzgünlüyünü təkzib edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən məhkəmənin ## ##### 2026-cı il tarixli qərardadı ilə təyin edilmiş ekspertiza üzrə komission məhkəmə tibb ekspertizasına dair tərtib olunmuş ##.##.2026-cı il tarixli, K/***-**** nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı hazırda “L2-L4 fəqərəsinin rotasiyası ilə müşayiət olunan onurğa sütununun bel şöbəsinin (L2) təsbit olunmuş ikinci mərhələ (13°) skoliozu” və “Zəif qidalanma.Boy -190 sm,çəki-71 kq,BKI-1967” diaqnozlu xəstəliklərdən əziyyət çəkir və bu xəstəliklərdən “L2-L4 fəqərəsinin rotasiyası ilə müşayiət olunan onurğa sütununun bel şöbəsinin (L2) təsbit olunmuş ikinci mərhələ (13°) skoliozu” diaqnozlu xəstəliklə o hazırda “Xəstəliklər cədvəli”nin 59c maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “## ### 2024-cü il tarixli *** nömrəli dəyişikliyə” “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”. Ekspert rəyində həmçinin qeyd edilmişdir ki,tibbi sənədlərdən göründüyü kimi İddiaçı ##.##.2025-ci il tarixdə Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi hospitalında və ##.##.2026-cı il tarixdə “Naxçıvan Muxtar Respublikası Xəstəxanası”nda rentgenoloji müayinələrdən keçirilərkən də, onda müvafiq olaraq “Bel tipli sağ tərəfli II (ikinci) dərəcəli skolioz (15°)” və “Th-L sağa skolioz a=15° - ikinci dərəcə” aşkar olunmuşdur Ekspert rəyində müayinələrin nəticələri əsasında iddiaçıda L2-L4 fəqərələrinin rotasiyası ilə müşayiət olunan onurğa sütununun bel şöbəsinin təsbit olunmuş II mərhələ skoliozunun olduğu müəyyən edilmiş və bu tibbi vəziyyətin “Xəstəliklər cədvəli”nin 59 c maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “## ### 2024-cü il tarixli *** nömrəli dəyişikliyə” “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, onun hərbi xidmətə yararlılığının “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kateqoriyasına uyğun olması qeyd edilmişdir. Yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulan “Xəstəliklər cədvəlinin” 59-cu maddəsinin “c” bəndində göstərilmişdir ki, fəqərələrin rotasiyası ilə müşayət olunan onurğanın təsbit olunmuş qazanılmış əyrilikləri, o cümlədən əyilmə bucağı 11-25 dərəcə arasında olan II mərhələ skolioz xəstəliyi İ qrafa üzrə hərbi xidmətə yararlılığın “C”, yəni “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kateqoriyasına uyğundur. Cavabdeh tərəfindən həmin ekspert rəyinin nəticələrini təkzib edən sübutlar təqdim edilməmişdir. Kollegiya hesab edir ki, ekspert rəyində göstərilən nəticə iş materiallarında olan tibbi sənədlər və iş üzrə toplanmış digər sübutlarla uzlaşır. Belə ki, işə əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər Idarəsində çağırışçı İddiaçı barəsində tərtib olunmuş çağırışçının qeydiyyat kartasında olan qeydlərdən görünür ki,ona m.21.1.5 əsasən ##.##.2017-ci ildən ##.##.2019-ci ilədək çağırışdan möhlət verilmiş,Naxçıvan MR SHXÇDX-nin şağırış Komissiyasının ##.##.2019-cu il tarixli qərarı (əsas:protokol № *) ilə AR NK -nin ##.##.2008-ci il tarixli qərarı ilə 34b,66c maddəsinin “Xəstəliklər cədvəli”nə əsasən dinc dövrdə hərbi xidmətə yararsız,müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İddiaçı verilmiş ##.##.2019-cu il tarixli SX seriyalı.******* nömrəli hərbi biletin təsdiq olunmuş surətinin 15-ci səhifəsində “tibbi müayinələr haqqında məlumatlar qrafasında iddiaçının SHXÇDX Naxçıvan şəhər Idarəsinin HHK tərəfindən##.##.2019 və ##.##.2022-ci ildə dinc dövrdə hərbi xidmətə yarasız,müharibə dövründə məhdud yararlı hesab edilməsi barədə qeydlər vardır. Həmçinin iş materiallarında olan tibbi sənədlərlə iddiaçının müayinəsi zamanı onda ##.##.2019-cu il tarixdə 12 dərəcə, ##.##.2022-ci il tarixdə 14 dərəcə onurğa əyriliyi müəyyən edilmiş,##.##.2025-ci il tarixdə Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi hospitalında və ##.##.2026-cı il tarixdə “Naxçıvan Muxtar Respublikası Xəstəxanasında rentgenoloji müayinələrdən keçirilərkən də həmin müayinələrin nəticələrinə müvafiq olaraq iddiaçıda “bel tipli sağ tərəfli II (ikinci) dərəcəli skolioz (15°)” və “Th-L sağa skolioz a=15° – ikinci dərəcə” müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyil və həmin Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya ekspert rəyini iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki,ekspert rəyi iş materiallarına uyğun olduğundan sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən isə məhkəmə qərarının əsaslandırma hissəsində məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.Cavabdeh hazırki iş üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Apellyasiya şikayətində göstərilən “ekspert rəyində qeyd olunan müayinənin Əsasnamədə göstərilən tələblərə cavab verməklə aparılması barədə qeydin öz əksini tapmaması” barədə dəlilə münasibətdə Kollegiya qeyd edir ki, ekspert rəyində Əsasnamənin müvafiq maddəsinə istinad olunması qeyd edilmişdir. Cavabdeh orqan iş üzrə verilmiş ekspert rəyinin düzgün olmadığını təsdiq edən sübutları Kollegiyaya təqdim etməmiş, sadəcə mülahizə formasında ekspert rəyinin göstərilən tələblərə cavab vermədiyini bildirməklə kifayətlənmiş, bununla yanaşı iş üzrə əlavə və ya təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət də verməmişdir. Buna görə də, cavabdeh tərəfindən göstərilən müvafiq dəlil əsassız hesab edilir. Kollegiya iddia tələbinin Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Baş Idarəsinin Naxçıvan şəhər Idarəsinin İddiaçı hərbi xidmətə çağırılması barədə ## ###### 2026-cı il tarixli, * saylı protokolunun ona aid hissədə ləğv edilməsinə münasibətdə qeyd edir ki, iddiaçının sağlamlıq vəziyyətinin dinc dövrdə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq kateqoriyasına uyğun olduğu müəyyən edildiyindən onun dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırılması üçün zəruri olan “hərbi xidmətə yararlı olma” şərti mövcud deyil. Buna görə də cavabdehin qərarı əsasında qəbul edilmiş çağırış protokolunun iddiaçıya aid hissəsinin də hüquqi əsası aradan qalxmış olur. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 12.2.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşın sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması zəruri şərtdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını ətraflı araşdırmış, mövcud sübutları qarşılıqlı surətdə qiymətləndirmiş, tətbiq edilməli maddi və prosessual hüquq normalarını düzgün müəyyən etmiş və iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara alır: Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-**/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2-1(4-23)- 39/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-1)-89/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-89/2026
21.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver