Məhkəmə qərarları › İş №2-1(3-1)-93/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(3-1)-93/2026

01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2-1(3-1)-93/2026 01.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Novruzov Səxavət Hüseyn oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx" PHŞ nümayəndəsi X6 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx" publik hüquqi şəxsinə qarşı "Şərur Rayon Aqrar islahat Komissiyasının ## ####### 1998-ci il tarixli, ** nömrəli qərarına əsasən Musayev Həmid K.Balaş oğluna və ailə üzvlərinə verilmiş Kəngərli rayon Xok kəndində yerləşən JN-506B torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamdə göstərilən (0.09 hektar) torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq sahəsi dəyişdirilmədən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək, Şərur Rayon Aqrar Islahat Komissiyasının ## ####### 1998-ci il tarixli, ** nömrəli qərarına əsasən Musayev Həmid K.Balaş oğluna və ailə üzvlərinə Kəngərli rayonu, Xok kəndində yerləşən Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-506B torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə göstərilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsünün Musayev Həmid K.Balaş oğlunun adına olan noyabr 1989-cu il tarixli, inventar nömrəsi 63 olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsinin plan və sərhədlərinə uyğunlaşdırılmaqla torpaq sahəsinin və üzərindəki tikililərin texniki pasportunun əsasında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və JN- 559A torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə göstərilən torpaq sahəsinin planı və sərhədlərinin texniki pasporta uyğunlaşdırılan hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2 *(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Iddiaçı və vəkili tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizələr təqdim edilmiş və məhkəmə tərəfindən dəyişdirilmiş iddia tələbləri icraata qəbul edilmiş, son olaraq Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə iddia tələbi aşağıdakı kimi icraata qəbul edilmişdir: “Şərur Rayon Aqrar islahat Komissiyasının ## ####### 1998-ci il tarixli, ** nömrəli qərarına əsasən Musayev Həmid K.Balaş oğluna və ailə üzvlərinə verilmiş Kəngərli rayon Xok kəndində yerləşən JN-506B torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamdə göstərilən (0.09 hektar) torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq sahəsi dəyişdirilmədən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”. Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı İddiaçı və onun vəkili Vəkil şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadının ləğv olunmasını və hazırkı inzibati icraat üzrə işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətində göstərilmişdir ki, Şərur Rayon Aqrar Islahat Komissiyasının ## ####### 1998-ci il tarixli, ** nömrəli qərarına əsasən JN-***B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 900.2 kv.m. torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin plan və ölçüsü tərtib edilərkən iddiaçının qeyd edilən torpaq sahəsinin (900.2 kv.m.) ölçüsü tərkibində istifadəsində olan müəyyən hissəninölçünün səhvən qonşu torpaq sahəsinə aid JN-***A nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin sərhədləri daxilində əks olunduğu aşkar olunur. Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar Islahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar Islahat Komissiyası, rayon və yerli aqrar islahatkomissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinə əsasən Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Göründüyü kimi Aqrar Islahat Komissiyaları torpaq islahatını həyata keçirərkən müvafiq inzibati ərazidə torpaq almaq hüququ olan şəxslərin dairəsini və təsərrüfatbaşına düşən orta torpaq payının ölçüsünü müəyyən edir. Bu mənada Aqrar Islahat Komissiyaları müvafiq inzibati ərazi üzrə vətəndaşlara verilən torpaq sahələrinin planı və sərhədlərinin ölçüsü (koordinatları) barədə hər hansı texniki inventarlaşdırma hərəkətlərinin edilməsi vəzifəsi daşımır. Hazırkı inzibati mübahisəyə dair iş üzrə iddiaçının marağını Aqrar Islahat Komissiyasının müvafq qərarı ilə verilən torpaq sahəsinin ölçüsü deyil, cavabdeh orqan tərəfindən torpaq sahəsinin şəhadətnamədə səhvən müəyyən edilmiş plan və sərhədlərinin düzəldilməsi təşkil etməkdədir. Qeyd edilən səhvlik cavabdeh orqan tərəfindən etiraf edilməklə yanaşı mübahisənin faktiki halları ilə də müəyyən edilir. Hazırkı inzibati iş üzrə mübahisənin tənzimlənməməsi iddiaçının məhkəmə müdafiə hüququnu məhdudlaşdırır, müvafiq şəhadətnamələrdə qüsurlu olaraq müəyyən edilmiş torpaq sərhədlərindən istifadə eyni zamanda üzərində inşa edilən tikililərin məxsusluğu ilə bağlı iddiaçının təmin etmək istədiyi hüquq və maraqlarının başqa mümkün məcərada həlli nəzərdə tutulmur. Hazırkı mübahisənin qeyd edilən faktiki və hüquq əsasları onu deməyə əsas verir ki, müvafiq şəhadətnamədə torpaq sahəsinin ölçüsü dəyişdirilmədən faktiki istifadə vəziyyətinə uyğun olaraq sahəsi dəyişdirilmədən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx" publik hüquqi şəxsin üzərinə qoyulması" tələbinə dair iddiaçının marağını doğuran səbəb məhz cavabdeh orqanın müvafiq şəhadətnamələrdə göstərilən torpağın sərhədlərini düzgün olaraq mülkiyyətçinin-iddiaçının həmçinin qonşu torpaq mülkiyyətçisinin faktiki istifadəsinə uyğunluğunu müəyyən edib tərtib etməməsindən irəli gəlmişdir. Iş üzrə müəyyən edilən bu kimi faktlara münasibətdə inzibati aktın mübahisələndirilməsi və ya iddia müddətinə istinadla iddianın mümkün sayılmamasına dair məhkəmənin gəldiyi nəticə əsaslı olmamışır. Şikayətə qarşı etiraz daxil olmamışdır. Iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası IPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı İddiaçı və vəkili Vəkil şikayət ilə eyni məzmunlu izahatlarında Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərardadının ləğv olunmasını və hazırkı inzibati icraat üzrə işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx" PHŞ nümayəndəsi X6 izahatında Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Inzibati işin materiallarına olan; Şərur Rayon Aqrar Islahat Komissiyasının ## ####### 1998-ci il tarixli, ** nömrəli qərarı əsasında verilmiş JN-***B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, həmin qərarla Musayev Həmid K.Balış oğlu, X5, X1 və iddiaçı İddiaçı ümumi mülkiyyətinə 0,09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnaməyə aid 2006-cı ildə tərtib edilmiş torpaq sahəsinin plan və sərhəd ölçülərində JN-***B nömrəli torpaq sahəsinin sərhədləri, eləcə də JN-***A nömrəli torpaq sahəsi ilə həmsərhəd olması göstərilmişdir. Şərur Rayon Aqrar Islahat Komissiyasının ## ####### 1998-ci il tarixli, ** nömrəli qərarı əsasında verilmiş JN-***A nömrəli şəhadətnamədən görünür ki, həmin qərarla Əliyev Əloş M.Rza oğlu və X2 mülkiyyətinə 0,24 hektar həyətyanı torpaq sahəsi verilmişdir. JN-559A nömrəli torpaq sahəsinin 2006-cı ildə tərtib edilmiş planında JN-***B nömrəli, Musayev Həmid K.Balış oğluna və ailə üzvlərinə məxsus torpaq sahəsi qonşu torpaq sahələrindən biri kimi göstərilmişdir. ## ###### 2024-cü il tarixli yerində baxış aktından görünür ki, iddiaçı İddiaçı iştirakı ilə mübahisəli ərazidə ölçmə işləri aparılmış, faktiki istifadə vəziyyəti ilə 1989-cu il texniki pasportunda göstərilən ölçülər arasında uyğunluğun olduğu müəyyən edilmişdir. Eyni zamanda, torpaq islahatı zamanı yol verilmiş texniki səhv nəticəsində iddiaçı tərəfin istifadəsində olan köhnə tikilinin, tövlənin, digər yardımçı tikililərin və həyətə giriş qapısının üçüncü şəxsin hüquqmüəyyənedici sənədində göstərilən sərhədlər daxilində qaldığı aşkar edilmişdir. Aktda həmçinin üçüncü şəxsin razılığı olduğu halda heç bir hüquq sahibinin torpaq sahəsi azaldılmadan sənədlərdə müvafiq düzəlişin aparılmasının mümkün olduğu göstərilmişdir. Cavabdehin ## ###### 2024-cü il tarixli, **/*** nömrəli məktubundan aydın olur ki, iddiaçının vəkilinin, Xok bələdiyyəsi sədrinin, Həmid Musayev və Əloş Əliyevin vərəsələrinin iştirakı ilə aparılmış araşdırma zamanı JN-506B və JN-***A nömrəli şəhadətnamələrdə göstərilən məkan göstəriciləri ilə faktiki istifadə vəziyyəti arasında qarşılıqlı uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, Həmid Musayevin vərəsələrinin istifadəsində olan yardımçı tikililər və torpaq sahəsinin bir hissəsi Əloş Əliyev mülkiyyətinə verilmiş torpaq sahəsinin, Əloş Əliyevin vərəsələrinin istifadəsində olan torpaq sahəsinin bir hissəsinin isə Həmid Musayevin mülkiyyətinə verilmiş sahənin sərhədləri daxilindədir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya qeyd edir ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin "Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət dairəsinə aiddir. Iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.Idrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının # ###### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" ##.##.2015-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (Inzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.” “Miragall Eskolano və digərləri Ispaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarında Avropa Insan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin Avropa Məhkəməsinin “Novakovic Xorvatiyaya qarşı iş üzrə” ## #### 2015-ci il tarixli Qərarında iddianın müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini göstərmişdır. Kollegiya qeyd edir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar və şəhadətnamələr dövlət qeydiyyatının əsaslarından biridir. Həmin Qanunun 9.1.2 və 9.1.3-cü maddələri qeydiyyat orqanının üzərinə təqdim edilmiş sənədlərdəki məlumatların reyestr məlumatlarına uyğunluğunu və bəyan olunan hüquqlarla mövcud hüquqlar arasında ziddiyyətin olubolmamasını yoxlamaq vəzifəsi qoyur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu; Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Iş materiallarında olan ## ### 2025-ci il tarixli cavabdeh tərəfindən göndərilmiş məktubda göstərilmişdir ki, mübahisə ilə bağlı ## ###### 2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən əraziyə təkrar baxış keçirilmiş, baxış zamanı texniki səhvliklər olduğu aşkarlanmış və tərəflərə izah olunmuşdur. Tərəflərə mübahisənin məhkəmədən kənar həll olunması təklif olunsa da, razılıq olmadığı üçün müvafiq düzəlişlərin aparılması mümkün olmamışdır Kollegiya qeyd edir ki, hüquqmüəyyənedici sənədlər 1998-ci ildə qəbul edilmiş Aqrar Islahat Komissiyasının qərarı əsasında verilmiş, JN-506B və JN-***A nömrəli şəhadətnamələr üzrə torpaq sahələrinin plan və sərhəd ölçüləri isə 2006-cı ildə tərtib edilmişdir. JN-***B nömrəli torpaq sahəsinin 2006-cı ildə tərtib edilmiş planında JN-***A nömrəli torpaq sahəsinin həmsərhəd sahə kimi göstərilməsi, habelə iddiaçının və ailə üzvlərinin torpaq sahəsindən faktiki istifadə etmələri nəzərə alındıqda, sənəd üzrə sərhədlərlə faktiki istifadə vəziyyəti arasındakı uyğunsuzluğun həmin vaxtdan onlar tərəfindən bilinməli olduğu qənaətinə gəlinir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən şəxs hüquq və azadlıqlarının pozulduğunun ona məlum olduğu gündən bir ay müddətində məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Buna görə də sözügedən inzibati aktın mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət müddəti Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin qüvvəyə mindiyi # ###### 2011-ci il tarixinədək artıq ötürülmüşdür. Inzibati Prosessual Məcəllə isə qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış inzibati aktlara qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Kollegiya yuxarıda göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı və iddiaçının vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2- 1(122)-409/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar