Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-97/2026 24.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası Hakimlər X5 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Novruzov Səxavət Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının hüquq varisi Nümayəndə və cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)- */**** nömrəli qərarından iddiaçının hüquq varisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinə qarşı “Şərur rayonu (indiki Kəngərli rayonu), Qabıllı kəndində yerləşən “xxxx” yanacaqdoldurma məntəqəsinin sökülməsi ilə bağlı (dəyən zərərə görə) ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, “Şərur rayonu (indiki Kəngərli rayonu), Qabıllı kəndində yerləşən “xxxx” yanacaqdoldurma məntəqəsinin sökülməsi ilə bağlı (dəyən zərərə görə) ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin icraatında olarkən iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydi tərtib edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ######## 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə inzibati iş üzrə icraat vərəsəliyə dair məsələ həll olunanadək dayandırılmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə Nümayəndə və hüquqi varis1 iddiaçı İddiaçı hüquq varisi qismində tanınaraq məhkəmə icraatına buraxılması qərara alınmış və icraat təzələnmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) ## #### 2026-cı il tarixli, *-*(***)-*/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Qərardan iddiaçının hüquq varisi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Şərur rayonu, Qabıllı kəndində 1992-ci ildə ona məxsus yanacaqdoldurma məntəqəsinə texniki pasport verilmişdir. Yanacaqdoldurma məntəqəsi bir müddət fəaliyyət göstərmişdir. 2005-ci ildə heç bir qanuni əsas olmadan ona məxsus olan yanacaqdoldurma məntəqəsi əlindən zorla alınaraq sökülmüşdür. Qabıllı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin sökülməsi müqabilində ona heç bir kompensasiya ödənilməmişdir. Pozulmuş hüququnun bərpası məqsədilə Kəngərli Rayon İcra Hakimiyyətinə müraciət edərək, Qabıllı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin verilməsini və ya dəymiş zərərin ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının hüquq varisi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və “xxxx” yanacaqdoldurma məntəqəsinin sökülməsi ilə bağlı dəyən zərərə görə kompensasiya verilməsi öhdəliyinin cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sözügedən yanacaqdoldurma məntəqəsinə dair texniki pasport və lisenziya mötəbər sübut kimi qəbul edilməmişdir. İşin mahiyyətinə nəzər saldıqda cavabdeh orqan qanunla qorunan mülkiyyət hüququna qanunsuz müdaxilə etmişdir. Qanunsuz müdaxilə nəticəsində həmçinin heç bir inzibati akt qəbul olunmadan söküntüyə başlanması və bunun müqabilində heç bir kompensasiya ödənilməməsi açıq-aşkar həmin dövrdə baş vermiş özbaşınalıqlara dəlalət edir. Prosessual məsələlər İddiaçının hüquq varisi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə verdikləri etiraz məktubunun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin iddiaçı X2 ünvanladığı ## ###### 2023-cü il tarixli, ** nömrəli məktubundan görünür ki, kompensasiya tələbinə dair müraciətinə imtina cavabı verilmişdir. İşdə olan 1992-ci il tarixli, 03 qeydiyyat və 138 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Şərur rayon Qabıllı kəndində yerləşən “xxxx” kiçik müəssisəsi Şərur rayon İK-nin ## ####### 1991-ci il tarixli, *** nömrəli qərarı əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən Naxçıvan MR İnzibati Məhkəməsinə ünvanlanan ## ###### 2023-cü il tarixli *-**/*-***/**** nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçı İddiaçı məxsus yanacaqdoldurma məntəqəsinin sökülməsinə dair Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən hər hansısa bir qərar qəbul edilməmişdir. Həmçinin iddiaçı tərəfindən binanın söküntüsünün Kəngərli rayon İcra Hakimiyyəti tərəfindən sökülməsinə dair heç bir hüquqi sənəd və ya dəlil sübut kimi təqdim edilməmişdir. İşdə olan Kəngərli Rayon Dövlət Arxivinin Kəngərli Rayon İcra Hakimiyyətinə ünvanladığı məktubda qeyd edilmişdir ki, Kəngərli Rayon Dövlət Arxivində mühafizə olunan Kəngərli Rayon İcra Hakimiyyətinin arxiv sənədlərinə baxdıqda, Kəngərli rayon Qabıllı kənd sakini İddiaçı məxsus yanacaqdoldurma məntəqəsinin 2005-ci ildə sökülməsinə dair hər hansı sərəncam və ya qərara rast gəlinmədi. İşdə olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə dövlət Xidmətinin ## #### 2023-cü il tarixli **/*** nömrəli məktubunda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına Kəngərli rayon Qabıllı kəndində yerləşən “xxxx” yanacaqdoldurma məntəqəsi qeydiyyata alınmamışdır. İşdə olan Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Kəngərli Rayon Qeydiyyat Şöbəsinin Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə ünvanlandığı sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2023-cü il tarixdə, Bakı şəhərində ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbindən vəfat edib. Ölüm haqqında akt qeydi Kəngərli RQŞ tərəfindən tərtib edilib. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə ünvanlanan ## ###### 2024-cü il tarixli **/**** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı adına Kəngərli rayon notariat ofisində vərəsəlik işi açılmışdır. İşdə olan ## ###### 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Nümayəndə və ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi varis1 reyestrdə 2V-85 nömrə ilə ##.##.2023-cü il tarixdə vəfat etmiş İddiaçı vərəsələri kimi qeydiyyata alınmışdırlar. İşdə olan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə ünvanladığı ## #### 2025-ci il tarixli *-*-*/*-***/**** nömrəli cavab məktubund qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “xxxx” yanacaqdoldurma məntəqəsi ilə bağlı müvafiq tarixdə qəbul edilmiş hər hansı aktı aşkar edilməmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vegi Xidmətinin Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə ünvanladığı ## ##### 2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, mərhum İddiaçı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən ## ######## 1996-cı il tarixdə *** nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “xxxx” kiçik müəssisəsinin həm qanuni təmsilçisi, həm də 100 faiz paya sahib yeganə təsisçisidir. Mərhum İddiaçı fiziki şəxs kimi vergi uçotuna alınması haqqında uçot-baza sistemində hər hansı məlumat yoxdur. İşdə olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin ## ##### 2025-ci il tarixli ** nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Şərur rayon Dövlət Arxivində mühafizə olunan Şərur rayon İcra Hakimiyyətinin 1991-2005-ci ilə aid sənədlərində mərhum İddiaçı adına Şərur rayonu (indiki Kəngərli rayonu) Qabıllı kəndində “xxxx” yanacaq doldurma məntəqəsinin olması barədə məlumata rast gəlinmədi. İşdə olan Kəngərli rayon Dövlət Arxivi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə ünvanlanan ## ###### 2026-cı il tarixli ** nömrəli soğuya cavab məktubunda qeyd edilmişdir ki, Kəngərli Rayon Dövlət Arxivində mühafizə olunan Kəngərli Rayon İcra Hakimiyyətinin 2005-ci ilə aid sənədlərində Şərur rayon Qabıllı kəndində aparılan abadlıq və ya yenidənqurma işləri ilə bağlı sərəncama rast gəlinmədi. İşdə olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə ünvanlanan ## #### 2026-cı il tarixli **/*** nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 1991-2005-ci illərdə Şərur rayon (Kəngərli) Qabıllı kəndində fəaliyyət göstərmiş “xxxx” yanacaqdoldurma məntəqəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Xidmətin informasiya bazasında, o cümlədən mühafizə olunan arxiv sənədləri arasında bəhs olunan yanacaqdoldurma məntəqəsinin yerini müəyyən etməyə imkan verən sənədlər mövcud deyildir. İşdə olan Şərur rayon X4 Muxtar Respublikasının İnzibati Məhkəməsinə ünvanladığı ## #### 2026-cı il tarixli ** nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 2005-ci ildə Kəngərli rayon Qabıllı kəndində aparılan abadlıq və ya yenidənqurma işləri və ya bu barədə qəbul olunmuş sərəncamlar Şərur Rayon Dövlət Arxivində mühafizə olunmur. İşdə olan Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli *-**/*-***/**** nömrəli sorğunun icrası ilə bağlı məktubda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən Gəmiqaya Holdinqin sənədlərində Gəmiqaya Holdinqin 2005-ci ildə Qabıllı kəndində hər hansı layihə icrasını və ya “xxxx” yanacaqdoldurma məntəqəsinin söküntüsü işlərində iştirakını təsdiq edən sifarişçi, müqavilə və ya icra sənədlərinə rast gəlinmədi. İşdə olan Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan ## ##### 2026-cı il tarixli *-**-**/*-***/**** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Nazirlik Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ## ###### 2005ci il tarixli 6-III FR nömrəli Fərmanı ilə yaradıldığından sorğuda qeyd olunan 2005-ci il tarixdə baş vermiş hadisə dövrünə aid Nazirliyin və ya onun tabeli struktur qurumlarının arxiv uçot məlumatları, habelə qeyd edilən dövrlə bağlı “xxxx” yanacaqdoldurma məntəqəsinin sökülməsinə dair Nazirlik tərəfindən tərtib edilmiş hər hansı təhlükəsizlik və ya fövqəladə hal aktı mövcud deyildir. İşdə olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin ## ##### 2026-cı il tarixli *-**-**/*-****/**** nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, 2005-ci ildə Qabıllı kəndində “xxxx” yanacaqdoldurma məntəqəsinin söküntü prosesinə hər hansı polis müdaxiləsi olmamış, bu barədə Naxçıvan MR DİN-in arxivində heç bir qeydiyyat aşkar edilməmişdir. Şikayətçinin qeyd etdiyi “zorla sökülmə”, “hədələmə”, “texnika ilə dağıdılma” iddiaları barədə daxili işlər orqanlarında cinayət işi və ya inzibati araşdırma aparılmamışdır. İşdə olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsin ## ### 2026-cı il tarixli **/*** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən məlumatın verilməsi barədə sorğuya cavab məktubunda qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində Kəngərli rayonu, Qabıllı kəndində “xxxx” yanacaqdoldurma məntəqəsi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, iddiaçı tərəfin hüquqi marağı Şərur rayonu (indiki Kəngərli rayonu) Qabıllı kəndində yerləşən “xxxx” yanacaqdoldurma məntəqəsinin sökülməsi ilə bağlı (dəyən zərərə görə) kompensasiya ödənilməsi ilə bağlıdır. İddia tələbinin hüquqi əsası kimi “Şərur rayon Qabıllı kəndində yerləşən “xxxx” kiçik müəssisəsinin İddiaçı adına qeydiyyata alınmasına dair” 1992-ci il tarixli, 03 qeydiyyat və 138 inventar nömrəli texniki pasporta istinad edilmişdir. Lakin hazırkı iş üzrə iddiaçı tərəf qeyd olunan əmlakın cavabdeh tərəfindən sökülməsini mötəbər dəlillərlə sübut edə bilməmiş, bu hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. İddiaçının 21 il fasilədən sonra mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməklə iddia qaldırması iddia edilən pozuntunun real faktlara deyil, şəxsi mülahizələrə söykəndiyini göstərməklə yanaşı, iş üzrə hüquqi qeyri-müəyyənlik yaradır. Belə ki, iddiaçı ərizəsində, həmçinin iddiaçının hüquq varisi məhkəməyə verdiyi ifadələrində qeyri-yaşayış obyektinin 2005-ci ildə söküldüyünü bildirmişdirlər. İddiaçının uzun illər ərzində nümayiş etdirdiyi passiv davranış və hüquqlarının müdafiəsi üçün heç bir operativ addım atmaması (nə sökülmə anında inzibati şikayət, nə də dərhal məhkəmə iddiası), onun iddia etdiyi zərərin real və aktual olmadığını göstərən dolayı sübutdur. Belə uzunmüddətli passivlik, iddiaçının öz hüquqlarının pozulmasına dair ehtimalını “aktual və real” olmaqdan çıxarmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasında da vurğulandığı kimi, iddia müddətləri hüquq sistemində sabitliyi təmin edir və potensial cavabdeh tərəfləri (inzibati orqanları) qeyrimüəyyən müddət əvvəl baş vermiş, artıq sübut bazası itmiş hadisələrə görə məsuliyyətə cəlb olunmaq riskindən qoruyur. Həmçinin dövlət ehtiyacları üçün hər hansı ərazidə söküntü işləri aparıldıqda, bu proses mütləq şəkildə müvafiq layihə sənədlərində və dövlət büdcəsindən maliyyələşən investisiya layihəsinin smeta xərclərində öz əksini tapmalıdır. Lakin bu hal da məhkəmə araşdırması nəticəsində öz əksini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyri-yaşayış sahəsinin cavabdeh inzibati orqan tərəfindən sökülməsi halları müəyyən olunmur. Həmçinin iddiaçı tərəf onlara məxsus qeyri-yaşayış sahəsinin cavabdeh inzibati orqan, o cümlədən başqa bir inzibati orqan və ya şəxs tərəfindən sökülməsi ilə bağlı sübutlar təqdim edə bilmir. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində aparılan məhkəmə araşdırmaları ilə, müvafiq qurumlara göndərilən sorğulara cavab məktubları ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin cavabdeh inzibati orqan, başqa bir inzibati orqan tərəfindən sökülməsi halları müəyyən olunmamışdır. Cavabdeh inzibati orqan qeyd edir ki, sözügedən tikili Kəngərli rayon İcra Hakimiyyəti tərəfindən sökülməmiş, həmin tikilinin Kəngərli rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi ilə bağlı hər hansı bir sübut mövcud deyildir. Həmin qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı tərəf qeyri-yaşayış sahəsinin 2005-ci ildə Kəngərli rayon İcra Hakimiyyəti tərəfindən söküldüyünü bildirir. Lakin həmin qeyri-yaşayış sahəsi həmin illərdə cavabdeh inzibati orqan tərəfindən sökülmüşdürsə, iddiaçının uzun müddət bu hallara etiraz, fikir bildirməməsi, bu halları mübahisələndirməməsi şübhə doğurur. Həmçinin həmin qeyri-yaşayış sahəsi cavabdeh inzibati orqan tərəfindən sökülmüşdürsə, iddiaçı tərəf uzun illər bu halı mübahisələndirməməsinin səbəblərini əsaslandırmamışdır. Hazırda isə uzun müddət keçmiş, həmin qeyri-yaşayış sahəsinin kimin tərəfindən və hansı qaydada sökülməsi halları müəyyən edilmir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının hüquq varisinin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 81, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının hüquq varisi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2- 1(122)-6/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(3-1)-97/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-97/2026
24.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver