Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-98/2026 08.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Novruzov Səxavət Hüseyn oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı, tərcüməçi Tərcüməçi və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "onun mülkiyyətində olmuş Babək rayonu, Əliabad kənd ərazisində 9 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası olan bərbər sexinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin iaşə obyektinin dəyəri olan 30.000 (otuz min) manat kompensasiyanın Cavabdeh alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olmuş Babək rayonu, Əliabad kənd ərazisində 9 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası olan bərbər sexinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin iaşə obyektinin dəyəri olan 30.000 (otuz min) manat kompensasiyanın Cavabdeh alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı İddiaçı şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Inzibati Məhkəməsi iddia tələbini rədd etməni onunla əsaslandırmışdır ki, hazırkı halda iddiaçının söküldüyünü iddia etdiyi mağaza binasına münasibətdə mülkiyyət hüququnun pozulması ilə ehtimal olunan zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə olmamışdır. Halbuki bütün Muxtar Respublika ərazisində haliyədə olan məhkəmə işlərində cavabdeh olaraq Icra Hakimiyyətləri qoyulmuşdur. Naxçıvan şəhərinin ərazisində də sökülən tikililərlə bağlı vətəndaşlara müvafiq olaraq torpaq sahələri ayrılmışdır. Halbuki, bərbər sexinin sökülməsi onun mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Lakin Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilinəsi ilə əlaqələndirilmişdir. Konstitusiya Məhkəməsi sözügedən maddənin məzmununun aydınlaşdırılması üçün mülkiyyət üzərində sərəncam hüququ və daşınmaz əmlakın dövlət reyestri ilə bağlı bir sıra məsələlərin təhlil olunmasını vacib hesab edir. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır:“Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir”. Insan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı ##.##.1979-cu il tarixli qərarında göstərmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə hüquqi münasibətə girir. Məhz bu baxımdan da onun Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə isə belə hesab edir ki, iddiaçı on altı il fasilədən sonra mötəbərliliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməklə iddiası real faktlara deyil, mülahizələrə söykənmişdir. O, məhkəməyə hüquqmüəyyənedici sənədləri təqdim etmiş, bu sənədlər məhkəmə üçün sübut əhəmiyyəti daşıyır. Şikayətə qarşı etiraz daxil olmamamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı İddiaçı tərcüməçi Tərcüməçi vasitəsilə apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Cavabdeh nümayəndəsi X3 izahatında şikayəti qəbul etməyərək, Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin, həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları,tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Iş materiallarında olan: - Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış ## ####### 2024-cü il tarixli, *-*/*-Q-***- */**** nömrəli məktubda göstərilmişdir ki, ərizədə qeyd edilən ünvanda qeyd olunan torpaq sahəsinin Cavabdeh tərəfindən alınmasına dair hər hansı qərar və yaxud sənəd aşkar edilməmişdir. Torpaq sahəsinin əlindən alınması və əvəzləşdirilməsi ilə bağlı müvafiq məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. - Babək Rayon Icra Hakimiyyətinin ## ###### 1997-ci il tarixli, *** nömrəli “Rayonun ərazisində yerləşən Xətai kəndində açılacaq 1 yerlik bərbər sexinin tikintisinə torpaq sahəsi ayrılması haqqında” sərəncamında göstərilmişdir ki, Xətai kənd sakini İddiaçı ərizə ilə müraciət edərək kəndin ərazisində bərbər sexi tikintisi aparmaq üçün ona torpaq sahəsi verilməsini xahiş etmiş, Xətai kənd sakini İddiaçı ərizəsi rayon IHB-nın Əliabad kənd ərazi vahidi üzrə nümayəndəliyinin ## ###### 1997-ci il tarixli, **/** saylı razılıq məktubu və Rayon IH Memarlıq və Tikinti şöbəsinin ## #### 1997-ci il tarixli rəyi nəzərə alınaraq kəndin hüdudu daxilində yerləşən maşın və mexanizmləri təmir etmək məqsədilə sex tikintiləri üçün ayrılmış əraziyə bitişik torpaq sahəsindən 09 kv.m ayrılaraq 1 ədəd bərbər sexinin tikintisinin aparılmasına icazə verilmişdir. - Babək Rayon Icra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş ## #### 1997-ci il tarixli, ** nömrəli rəydən görünür ki, Xətai kəndinin hüdudu daxilində yerləşən təmir sexlərinə bitişik ərazidən 09 kv.m ayrılaraq bərbər sexinin tikintisinin aparılmasına etiraz edilməmişdir. - Cavabdeh * №-li Sahə Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, **** nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı ## ### 1977-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göndərilmiş ## #### 2025-ci il tarixli, **/*** nömrəli məktubda göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına Naxçıvan şəhəri (Babək rayonu), Əliabad qəsəbəsində sahəsi 9 m² olan bərbər sexi qeydiyyata alınmamışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən göndərilmiş ## ### 2025-ci il tarixli, *-***/*-***/**** nömrəli məktubda göstərilmişdir ki, 2003-cü ildə Babək rayonu Əliabad kənd ərazisində, 9 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış obyektinin (bərbər sexinin) dövlət ehtiyacları üçün alınaraq sökülməsi barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində hər hansı zəruri sənəd və ya məlumatın olması müəyyən edilməmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi Idarəsi tərəfindən göndərilmiş ## #### 2025-ci il tarixli, *-**-NDA/*-*-***/**** nömrəli məktubda göstərilmişdir ki, Babək Rayon Icra Hakimiyyətinin 2003-cü ilə aid sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmadığından Babək Rayonu Əliabad kənd ərazisində 9 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası olan bərbər sexinin dövlət ehtiyacları üçün alınaraq sökülməsi haqqında məlumat mövcud deyil. Babək Rayon Dövlət Arxivinin ## ### 2025-ci il tarixli, ** nömrəli məktubunun surəti məhkəməyə təqdim edilmişdir. - Babək Rayon Dövlət Arxivinin ## ### 2025-ci il tarixli, ** nömrəli məktubunda göstərilmişdir ki, Babək Rayon Dövlət Arxivində mühafizə olunan Babək Rayon Icra Hakimiyyətinin 2003-cü ilə dair sərəncamlarında, Babək rayonu, Əliabad kənd ərazisində 9 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası olan bərbər sexinin dövlət ehtiyacları üçün alınaraq sökülmasi barədə məlumata rast gəlinmədi. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin IV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Iddiaçı məhkəməyə müraciət edərək Babək Rayon Icra Hakimiyyətinin ## ###### 1997-ci il tarixli *** nömrəli sərəncamı ilə, Babək rayonu Əliabad kənd ərazisində 9 kv.m torpaq sahəsi ayrılaraq bərbər sexi üçün tikinti aparılmasına icazə verildiyini, onun həmin bərbər sexi olan qeyri-yaşayış binasından maneəsiz istifadə etdiyini, həmin bərbər sexi olan qeyri-yaşayış binasının onun razılığı olmadan və heç bir kompensasiya ödənilmədən 2003cü ildə söküldüyünü, bununla bağlı o, Cavabdeh ərizə ilə müraciət etdiyini, Cavabdeh ## ####### 2023-cü il tarixli, *-*/*-Q-***-*/**** nömrəli cavab məktubunda qeyd olunan torpaq sahəsinin əvəzinin ödənilməsinə dair Icra hakimiyyətində heç bir inzibati akt yaxud sənədin aşkar edilməsinin mümkün olmadığının bildirildiyini, bununla bağlı müvafiq məhkəməyə müraciət etməyin tövsiyə olunduğunu, onun da məcbur qalaraq məhkəməyə müraciət etməli olduğunu bildirib, göstərilənlərə əsasən onun mülkiyyətində olmuş Babək rayonu, Əliabad kənd ərazisində 9 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binası olan bərbər sexinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin iaşə obyektinin dəyəri olan 30.000 (otuz min) manat kompensasiyanın Cavabdeh alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətindən imtina edərkən bildirmişdir ki, qeyd olunan torpaq sahəsinin Cavabdeh tərəfindən alınmasına dair hər hansı qərar və yaxud sənəd aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə hesab etmişdir ki, iddiaçı hüquq müəyyənedici sənəd kimi istinad etdiyi sərəncam əsasında sözügedən bərbər sexinin tikilməsi üçün Babək Rayon Icra Hakimiyyəti tərəfindən ona 9 kv.m torpaq sahəsinin ayrıldığı qeyd etsə də, iş materialları üzrə həmin obyektin nə vaxtsa mövcud olması müəyyən olunmur. Başqa sözlə iddiaçı istər bərbər sexinin onun mülkiyyətində olmasını, istər sözügedən obyektin onun tərəfindən tikilməsini, istərsə də, həmin əmlakın cavabdeh tərəfindən sökülməsini mötəbər dəlillərlə sübut edə bilməmiş, bu hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 13.1. Dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Kollegiya qeyd edir ki,qanunvericiliyin tələbinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin ödənilməsi üçün aşağıdakı dispozisiya şərtlərinin mövcudluğu zəruridir: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hazırkı mübahisədə qeyd olunan dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilməmişdir. Kollegiya iş materiallarını və apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, iddiaçı Babək Rayon Icra Hakimiyyətinin ## ###### 1997-ci il tarixli, *** nömrəli “Rayonun ərazisində yerləşən Xətai kəndində açılacaq 1 yerlik bərbər sexinin tikintisinə torpaq sahəsi ayrılması haqqında” sərəncamına əsasən ona bərbər sexinin tikilməsi üçün ayrılmış 9 kv.m. torpaq sahəsində bərbər sexinin tikintisini başa çatdırdığını, lakin fəaliyyətə başladıqdan sonra həmin obyektin sökülməsini, nəticədə ona zərər dəyməsini göstərsə də həmin tikilinin mövcud olmasını, tikilinin istismara qəbul olunmasını, tikilinin onun qanuni sahibliyində və ya mülkiyyətində olmasını, onun Cavabdeh tərəfindən sökülməsini, həmin tikilinin sökülməsi nəticəsində ona göstərdiyi məbləğdə zərər dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv Idarəsi, Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göndərilmiş sorğuya cavab məktublarında müvafiq olaraq arxivdə mühafizə edilən sənədlərdə onun adına bərbər sexinin olması barədə məlumata rast gəlinmədiyi, iddiaçıya bərbər sexinin tikintisi üçün ayrılmış torpaq sahəsinin, həmçinin onun adına bərbərxana binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı göstərilmişdir. Iddiaçının bərbər sexinin tikintisi üçün ayrılmış torpaq sahəsinin ona qaytarılması tələbinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi Babək Rayon Icra Hakimiyyətinin ## ###### 1997-ci il tarixli, *** nömrəli sərəncamı ilə bərbər sexinin tikintisi üçün torpaq sahəsinin ayrılması özü-özlüyündə onun həmin torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun əmələ gəlməsinə əsas vermir. Həmçinin iş materiallarına əsasən həmin sərəncam əsasında ayrılmış torpaq sahəsində iddiaçıya məxsus bərbər sexinə aid tikilinin mövcud olması, cavabdehin təqsirli, hüquqazidd hərəkəti nəticəsində iddiaçıya zərər vurulması sübut edilmir. Kollegiya göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, şikayətin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naхçıvan Muхtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası IPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-1)-98/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-98/2026
08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver