Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(3-1)-99/2026 14.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X7 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Şərur şəhəri, Şah Ismayıl küçəsinin sonunda keçmiş rayon Hərbi Komissarlığı ilə üzbəüz elektrik şəbəkəsinin qarşısında 237 kv.m ölçüdə torpaq sahəsinin ona qaytarılması və ya bu mümkün olmadığı təqdirdə vurulmuş zərərə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Cavabdeh başçısının Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı iddia ərizəsi ilə Naxçıvan MR Inzibati Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Cavabdeh Şərur şəhəri üzrə icra nümayəndəsinin ## #### 1998-ci il tarixli ** saylı sərəncamı ilə mağaza binasının tikintisi üçün Şərur şəhərində Ş.Ismayıl küçəsinin sonunda, keçmiş rayon Hərbi Komissarlığı il üzbəüz, elektrik şəbəkəsinin ərazisinin qarşısında 237 kv.metr ölçüdə müddətsiz istifadəsinə verilmiş torpaq sahəsinin istifadəsinə qaytarılması (verilməsi) vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ## ### 2024-cü il tarixli ərizə təqdim edərək, 2-1(122) ****/**** nömrəli iş üzrə cavabdeh qismində Cavabdeh cəlb edilməsini və iddia tələbinə Şərur şəhəri, Şah Ismayıl küçəsinin sonunda keçmiş hərbi komissarlıqla üzbəüz elektrik şəbəkəsinin qarşısında 237 kv.m ölçüdə torpaq sahəsinin ona qaytarılması və ya bu mümkün olmadığı təqdirdə vurulmuş zərərə görə kompensasiya ödənilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması məzmununda baxılmasını xahiş etmişdir. Məhkəmənin ## ### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı İddiaçı şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin Inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarını tam ləğv edərək Cavabdeh Şərur şəhəri üzrə icra nümayəndəsinin ## #### 1998-ci il tarixli ** saylı sərəncamı ilə mağaza binasının tikintisi üçün Şərur şəhərində Ş.Ismayıl küçəsinin sonunda, keçmiş rayon Hərbi Komissarlığı il üzbəüz, elektrik şəbəkəsinin ərazisinin qarşısında 237 kv.metr ölçüdə müddətsiz istifadəsinə verilmiş torpaq sahəsinin istifadəsinə qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair hissəsində təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı şikayətində göstərmişdir ki, qərarda iddiasının “Cavabdeh Şərur şəhəri üzrə icra nümayəndəsinin ## #### 1998-ci il tarixli ** saylı sərəncamı ilə mağaza binasının tikintisi üçün Şərur şəhərində Ş.Ismayıl küçəsinin sonunda, keçmiş rayon Hərbi Komissarlığı il üzbəüz, elektrik şəbəkəsinin ərazisinin qarşısında 237 kv.metr ölçüdə müddətsiz istifadəsinə verilmiş torpaq sahəsinin istifadəsinə qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsinə qiymət verilməmişdir, halbuki, ona torpaq sahəsi ayrılması barədə Cavabdeh Şərur şəhəri üzrə icra nümayəndəsinin ## #### 1998-ci il tarixli ** saylı sərəncamı hələ də qüvvədədir. Bu barədə məhkəməyə arxiv arayışları da təqdim edilmişdir. Həmin torpaq sahəsi müddətsiz istifadəsinə verilmişdir, torpaq sahəsinə mülkiyyət hüququna dair qanuni gözlənti hüququ vardır. Hüququn daşınmaz əmlakın dövlət reyestrində indiyədək qeydə alınmaması qanuni gözlənti hüququnun həyata keçirilməsinə, məhkəmə tərəfindən iddianın həmin hissədə təmin edilməsinə mane olan hal deyildir. Həmçinin, məhkəməyə ilkin olaraq Naxçıvan MR Cavabdeh Şərur şəhəri üzrə icra nümayəndəsinin ## #### 1998-ci il tarixli, ** saylı sərəncamı ilə mağaza binasının tikintisi üçün Şərur şəhərində, Ş.Ismayıl küçəsinin sonunda, keçmiş rayon Hərbi Komissarlığı il üzbəüz, elektrik şəbəkəsinin ərazisinin qarşısında 237 kv.metr ölçüdə müddətsiz istifadəsinə verilmiş torpaq sahəsinin istifadəsinə qaytarılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar çıxarılması tələbi ilə müraciət etmiş, lakin məhkəmə iclaslarının birində hakim ondan iddiasının dəqiqləşdirərək yeni məzmunda ərizə verməyini tələb etmişdir. Əvvəl hakimin əsl niyyətini başa düşmədiyindən onun təklifi ilə razılaşmış, ancaq qərar ona təqdim edildikdən sonra aldadıldığını, hakimin qanunla ona verilən səlahiyyətdən cavabdehin xeyrinə istifadə edərək ona iddianın dəqiqləşdirilməsi barədə yeni məzmunlu ərizə verməyə məcbur etməklə sonradan iddianın rədd edilməsi üçün hüquqi zəmin hazırladığını başa düşmüşdür. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı İddiaçı şikayəti ilə eyni məzmunlu izahat verərək kollegiyadan şikayətin təmin olunmasını, Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının tam ləğv edilərək, iddia tələbinin Cavabdeh Şərur şəhəri üzrə icra nümayəndəsinin ## #### 1998-ci il tarixli ** saylı sərəncamı ilə mağaza binasının tikintisi üçün Şərur şəhərində Ş.Ismayıl küçəsinin sonunda, keçmiş rayon Hərbi Komissarlığı il üzbəüz, elektrik şəbəkəsinin ərazisinin qarşısında 237 kv.metr ölçüdə müddətsiz istifadəsinə verilmiş torpaq sahəsinin istifadəsinə qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair hissəsində təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Cavabdeh nümayəndəsi X5 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materiallarını tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Iş materiallarında olan: - Şərur şəhər icra nümayəndəliyinin ## #### 1998-ci il tarixli, ** nömrəli sərəncamına əsasən İddiaçı Ş.Ismayıl küçəsinin sonunda, keçmiş rayon Hərbi Komissarlığı ilə üzbəüz, elektrik şəbəkəsinin ərazisinin qarşısında 237 kv.metr sahədə maqaza binasının tikilməsinə və 202 kv.metr sahədə abadlıq işləri aparılmasına icazə verilmişdir. - Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx” X2 tərəfindən göndərilmiş ## ######## 2025-ci il tarixli, **/*** nömrəli məktubda göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına Şərur şəhəri, Heydər Əliyev prospektində (əvvəlki X1 küçəsi) 237,0 m2 torpaq sahəsi və üzərində yerləşən mağaza binası qeydiyyata alınmamışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv Idarəsi tərəfindən göndərilmiş ## ######## 2025-ci il tarixli, *-**-NDA/*-*-****/**** nömrəli məktubda göstərilmişdir ki, Şərur Rayon XDS IK-nin 1998-2006-cı illərə aid sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilmir. - Şərur Rayon Dövlət Arxivinin ## ######## 2025-ci il tarixli, *** nömrəli məktubunda göstərilmişdir ki, 1998-2006-cı illərdə İddiaçı adına Şərur şəhəri, Ş.Ismayıl küçəsinin sonunda, keçmiş rayon Hərbi Komissarlığ ila üzbəüz, elektrik şəbəkəsinin ərazisinin qarşısında 237 m2 ölçüdə torpaq sahəsi və mağaza binasının olması barədə sənəd Şərur Rayon Dövlət Arxivində mühafizə olunmur. - “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən göndərilmiş ## #### 2026-cı il tarixli, *-**- NDA/*-*-****/**** nömrəli məktubda göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikasın Dövlət Energetika Xidmətinin funksiyalarının adiyyəti üzrə 2025-ci il may ayında "xxxx” ASC ötürülməsi həyata keçirilmişdir. Abonentin elektrik şəbəkəsindən ayrılması ilə əlaqədar qeydiyyat jurnalının saxlanılma müddəti 2 il olduğundan "xxxx” ASC ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında arxiv sənədlərinin təhvil-təslim prosesi həyata keçirilməmişdir. Bu səbəbdən qeyd olunan məktubda tələb olunan məlumatların təqdim olunması hazırda mümkün deyildir. - Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən göndərilmiş ## #### 2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubda göstərilmişdir ki, İddiaçı 1998-2006-cı illərdə vergi ödəyicisi kimi qeydiyyatda olması barədə məlumat bazasında hər hansı bir məlumat aşkar edilməmişdir. - Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx” X2 tərəfindən göndərilmiş ## #### 2026-cı il tarixli, **/*** nömrəli məktubda göstərilmişdir ki, Şərur şəhəri, X1 küçəsində 237 m2 torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və qonşu torpaq istifadəçilərinə dair məlumatlar müfəssəl qeyd olunmadığından torpaq sahəsinin yerini dəqiqləşdirmək mümkün deyildir. X2in informasiya bazasında, o cümlədən mühafizə olunan arxiv sənədləri arasında bəhs olunan torpaq sahəsinə dair sənədlər mövcud deyil. - Cavabdeh tərəfindən göndərilmiş ## #### 2026-cı il tarixli, *-**/*-***/**** nömrəli məktubda Şərur Şəhər icra nümayəndəliyinin ## #### 1998-ci il tarixli, ** saylı sərəncamının ləğv edilib-edilməməsi barədə məlumatla əlaqədar göstərilmişdir ki, Yerli Icra Hakimiyyətləri haqqında Əsasnaməyə əsasən 1998-ci ildə torpaq sahəsinin ayrılması və ya mülkiyyət hüququnun verilməsi barədə qərar vermək səlahiyyəti bir qayda olaraq icra nümayəndəsinə deyil, rayon icra hakimiyyətinin başçısına və ya qanunla müəyyən edilmiş digər orqanlara məxsus olması buna əsas verir ki, qeyd olunan sərəncamın heç bir hüquqi əsası yoxdur. Əlavə olaraq qeyd edilmişdir ki,sözügedən torpaq sahəsinin hazırkı hüquqi statusu bələdiyyə mülkiyyətidir, ərazidə yaşıllıq sahəsi, çoxillik çinar ağacları mövcuddur və həmin torpaq sahəsində hər hansı bir tikinti obyektinin infrastruktur xətti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin IV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Iddiaçı məhkəməyə müraciət edərək göstərmişdir ki, ona Şərur şəhər icra nümayəndəliyinin ## #### 1998-ci il tarixli, ** nömrəli sərəncamı ilə Icra Hakimiyyətinin razılığına və baş memarın rəyinə əsasən mağaza binasının tikilməsi üçün icazə verilmiş, bu məqsədlə Şərur şəhərində, Ş.Ismayıl küçəsinin sonunda, keçmiş rayon Hərbi Komissarlığı ilə üzbəüz, elektrik şəbəkəsinin ərazisinin qarşısında 237 kv.metr sahədə torpaq sahəsi müddətsiz istifadəsinə ayrılmış, 202 kv.metr sahədə abadlıq işləri aparılmasına razılıq verilmiş, bina tikilərək istismara verilmiş, apardığı abadlıq işləri ilə birlikdə çəkdiyi xərc 500 000 manatdan artıq olmuş, sonra heç bir səbəb olmadan, ona heç bir kompensasiya ödənilmədən həmin vaxt vəzifədə olan Naxçıvan MR Ali Məclisinin sədrinin göstərişi ilə Cavabdeh tərəfindən sökülmüş, cavabdehə ## #### 2024-cü il tarixli ərizə ilə müraciət edərək Cavabdeh başçısının Şərur şəhəri üzrə icra nümayəndəsinin ## #### 1998- ci il tarixli ** saylı sərəncamı ilə mağaza binasının tikintisi üçün ayrılmış torpaq sahəsini sahiblik və istifadəsinə qaytarılmasını xahiş etsə də, tələbi təmin edilməmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, ona verilmiş torpaq sahəsi hazırda boşdur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Şərur şəhəri, Şah Ismayıl küçəsinin sonunda keçmiş rayon Hərbi Komissarlığı ilə üzbəüz elektrik şəbəkəsinin qarşısında 237 kv.m ölçüdə torpaq sahəsinin ona qaytarılması və ya bu mümkün olmadığı təqdirdə vurulmuş zərərə görə kompensasiya ödənilməsinin Cavabdeh üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, iddiaçı hüquq müəyyənedici sənəd kimi istinad etdiyi sərəncam əsasında sözügedən mağazanın tikilməsi üçün Şərur şəhər icra nümayəndəliyi tərəfindən ona torpaq sahəsinin ayrıldığı qeyd etsə də, iş materialları üzrə həmin obyektin nə vaxtsa mövcud olması müəyyən olunmur. Başqa sözlə iddiaçı istər mağaza binasının onun mülkiyyətində olmasını, istər sözügedən obyektin onun tərəfindən tikilməsini, istərsə də, həmin əmlakın cavabdeh tərəfindən sökülməsini mötəbər dəlillərlə sübut edə bilməmiş, bu hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 13.1. Dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Kollegiya qeyd edir ki,qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin ödənilməsi üçün aşağıdakı dispozisiya şərtlərinin mövcudluğu zəruridir: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hazırkı mübahisədə qeyd olunan dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilməmişdir. Kollegiya iş materiallarını və apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, iddiaçı Şərur şəhər icra nümayəndəliyinin ## #### 1998-ci il tarixli, ** nömrəli sərəncamına əsasən tikintiyə icazə verilmiş 237 kv.metr torpaq sahəsində mağaza binasının tikintisini başa çatdırdığını, lakin fəaliyyətə başladıqdan sonra həmin obyektin sökülməsini, nəticədə ona zərər dəyməsini göstərsə də həmin tikilinin mövcud olmasını, tikilinin istismara qəbul olunmasını, tikilinin onun qanuni sahibliyində və ya mülkiyyətində olmasını, onun Cavabdeh tərəfindən sökülməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Şərur Rayon Dövlət Arxivi, Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx” PHŞ tərəfindən məhkəməyə göndərilmiş sorğuya cavab məktublarında müvafiq olaraq iddiaçının 1998-2006-cı illərdə vergi ödəyicisi kimi qeydiyyatda olması barədə məlumat bazasında hər hansı məlumatın olmadığı, arxivdə mühafizə edilən sənədlərdə iddiaçının adına Şərur şəhəri, Heydər Əliyev prospektində (əvvəlki X1 küçəsində) olan 237 m2 torpaq sahəsinin və üzərində yerləşən mağaza binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı göstərilmişdir. Iddiaçının mağaza binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ona qaytarılması tələbinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi Şərur şəhər icra nümayəndəliyinin ## #### 1998-ci il tarixli, ** nömrəli sərəncamı ilə müəyyən edilir ki, iddiaçıya məhz mağaza binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bu baxımdan həmin sərəncamın olması özü-özlüyündə iddiaçının həmin torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun əmələ gəlməsinə əsas vermir. Kollegiya həmçinin apellyasiya şikayətində göstərilən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin birinci instansiya məhkəməsi hakiminin tələbi və məcburiyyəti ilə təqdim edilməsi, məhkəmənin qərarında torpaq sahəsinin qaytarılmasına münasibət bildirməməsi barədə dəlilləri əsasız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Iş materiallarından görünür ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ## ### 2024-cü il tarixli ərizəsini şəxsən əlyazma formasında yazıb imzalamaqla məhkəməyə təqdim etmiş və həmin ərizə birinci instansiya məhkəməsinin eyni tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Iddiaçı ərizəni aldatma və ya məcburiyyət nəticəsində təqdim etdiyini göstərsə də bunu təsdiq edən hər hansı sübutu kollegiyaya təqdim etməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi iddiaçının hər iki tələbinə hüquqi qiymət verərək həmin tələblərə münasibətdə iddianı rədd edərkən qərarında qeyd etmişdir ki, iddiaçının bildirdiyi obyektin sökülməsi barədə istinad etdiyi qeyd olunan səlahiyyətlərin Cavabdeh iradə ifadəsi əsasında həyata keçirildiyi qəbul edilə və həmin səlahiyyətlərin onun tərəfindən icra olunduğu anlamında qiymətləndirilməsi düzgün hesab edilə bilməz. Bu səbəbdən onun tərəfindən tələb olunan torpaq sahəsinin istifadəyə qaytarılması və ya kompensasiya ödənilməsi cavabdehin məsuliyət sferasına aid edilməməlidir. Kollegiya göstərilənlərə əsasən hesab edir ki, cavabdehin təqsirli, hüquqazidd hərəkəti nəticəsində iddiaçıya zərər vurulması sübut edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, şikayətin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naхçıvan Muхtar Respublikası Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası IPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-1)-99/2026
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(3-1)-99/2026
14.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver