Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-1/2026 22.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (açar sözlər: Öhdəliyin icrası haqqında iddia - müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixlərdə döyüşlərdə iştirakını nəzərə alaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarından iş üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı N saylı hərbi hissənin ##.##.2020-ci il tarixli *** nömrəli əmri ilə madditexniki təminat bölüyünün avtomobil tağımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsində mülki işçi kimi işə qəbul olunmuş, ##.##.2021-ci il tarixli *** nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. N. Hərbi hissə tərəfindən təqdim edilmiş iddiaçı barəsində arayış-məlumata əsasən iddiaçının işlədiyi N saylı hərbi hissə döyüş əməliyyatlarına cəlb olunmuş, iddiaçı döyüş əməliyyatları zamanı hərbi hissənin maddi-texniki təminat bölüyünün tərkibində Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüş əməliyyatlarında maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirib (şəxsi heyət və sursat daşıyıb).
3. İddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh ##.##.2023-cü il tarixli məktubla bildirilmişdir ki, “Vətən müharibəsi” zamanı N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Yevlax rayonu, Aran qəsəbəsi) vəzifə borclarını yerinə yetirməsinə dair məlumatlar qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirməsinə görə iştirakı müvafiq sənədlərdə təsdiqlənmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixlərdə döyüşlərdə iştirakını nəzərə alaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 44 günlük Vətən Müharibəsi vaxtı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək torpaqlarımızın azad olunmasında iştirak etmiş, sürücü olaraq Talış, Suqovuşan istiqamətlərində döyüş əməliyyatları gedən vaxtı şəxsi heyət, hərbi sursat, ərzaq təminatı və s. təminatlar daşımışdır. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün N nömrəli hərbi hissənin ##.##.2023-cü il tarixli **** nömrəli sənədi əsasında Müdafiə Nazirliyinə müraciət etmiş və ona verilən cavablarla razı qalmadığı üçün yuxarı instansiyalara şikayət yazmışdır. Sonuncu dəfə yenidən Müdafiə Nazirliyinə müraciət edərək veteran adının verilməsi və vəsiqəsi ilə təmin olunmağı üçün xahiş etmiş və imtina cavabı almışdır. Verilən imtina cavabını qanunsuz və əsassız hesab edir.
6. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq müharibə veteranı adı 2020-ci il ########ın ##- dən noyabrın 10dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçı İddiaçı “Vətən müharibəsi” zamanı N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Yevlax rayonu, Aran qəsəbəsi) vəzifə borclarını yerinə yetirməsinə dair məlumatlar qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli ## ######## 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirməsinə görə iştirakı müvafiq sənədlərdə təsdiqlənmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Bu səbəbdən də ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteranı adının və vəsiqəsinin verilməsi qanuna ziddir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) ## ###### 2024-cü il tarixli, *- *(***)-****/**** saylı qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndləri istiqamətində gedən döyüşlərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirməsinə görə iddiaçının iştirakının müvafiq sənədlərdə təsdiqlənməməsini bildirsə də, “Vətən Müharibəsi”ndə döyüş tapşırıqları ilə bağlı fəaliyyətə cəlb olunma əmrində iddiaçının adının hansı səbəblə olmadığını araşdırmadan əsassız imtina cavabı vermişdir. Cavabdeh N nömrəli hərbi hissənin **** nömrəli arayışında qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin “Vətən Müharibəsi”ndə döyüş tapşırıqları ilə bağlı fəaliyyətə cəlb olunma əmri bir dəfə verildiyi üçün (##.##.2020-ci il tarixli *** nömrəli əmr) ## ######## 2020-ci il tarixdən sonra döyüş əməliyyatlarına cəlb edilən şəxslər barəsində əmr olmamışdır. Göründüyü kimi mülki işçi İddiaçı ##.##.2020-ci il tarixdən işə qəbul edilsə də, ##.##.2020-ci il tarixdən döyüş əməliyyatlarına cəlb olunduğundan və döyüş tapşırıqları ilə bağlı fəaliyyətə cəlb olunma barədə əmr bir dəfə - ##.##.2020-ci il tarixdə verildiyindən iddiaçının adı həmin əmrdə olmamışdır. Bununla belə istinad olunan arayışda onun N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyünün avtomobil taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi uğrunda gedən döyüşlərdə bilavasitə iştirak etməsi qeyd edilmişdir. Qeyd olunan hal döyüş əməliyyatlarının maddi texniki təminat üzrə tapşırıqlarının yerinə yetirmiş mülki şəxs barədə arayış-məlumatla da, birbaşa sübut olunur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı, döyüş əməliyyatları aparan hərbi hissədə, yəni Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirmiş mülki işçi olduğundan o, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də göstərilən şəxslərin dairəsinə aiddir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, cavabdehin iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin *** nömrəli ##.##.1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə iddiaçı İddiaçı maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirməsi müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə onun sənədləri Müdafiə Nazirliyinin Aparatı nəzdındə fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmədiyindən imtina olunmuşdur. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Cavabdeh hesab edir ki, qeyd olunan iddianın təmin edilməsinə dair qərar əsassızdır və aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. Döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “Müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından isə görünür ki, iddiaçı, N nömrəli hərbi hissənin ##.##.2020-ci il tarixli *** nömrəli əmri ilə maddi-texniki təminat bölüyünün avtomobil taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsində mülki işçi kimi işə qəbul olunmuş, ##.##.2021-ci il tarixli *** nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, iddiaçı İddiaçı “Vətən müharibəsi” zamanı N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Yevlax rayonu, Aran qəsəbəsi) vəzifə borcları yerinə yetirməsinə dair məlumatlar qeyd edilmişdir. Cavabdeh qeyd etməyi zəruri hesab edir ki, Yevlax rayonu, Aran qəsəbəsi Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil edilmədiyindən iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Məhkəmənin yuxarıda qeyd olnan qərarında iddiaçının ##.##.2020ci il tarixdən ##.##.2020-ci il tarixədək Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün tərkibində iştirakı döyüş əməliyyatlarının maddi texniki təminatının yerinə yetirilməsi kimi qiymətləndirərək iddianı təmin etmiş, lakin həmin məlumatın möhtəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların həmin hərbi hissə tərəfindən (ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər) komissiya və məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq bildirirlər ki, Əsasnamənin Qeyd hissəsinə həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Məhkəmə Əsasnamənin qeyd hissəsinin tələbinə zidd olaraq birbaşa cavabdeh Cavabdeh üzərinə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmasını qərara almışdır. Qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)- ****/**** saylı qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
17. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər hazırkı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPMin 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.
IV. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
19. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
20. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
21. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
22. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu:
23. Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
24. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
25. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
26. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
27. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
28. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
29. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
30. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
“Hərbi qulluqçuların statusu haqqında” Qanun:
31. Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
“Veteranlar haqqında” Qanun:
32. Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (...). Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (...). Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
33. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir):
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (...). Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (10-cu abzas) - 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.(11-ci abzas)
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
V. Apellyasiya məhkəməsinin mövqeyi
34. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İnzibati Prosessuаl Məcəllənin 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.
35. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
36. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
37. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
38. Birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qərarda göstərmişdir ki, İddiaçı ##.##.2020-ci il tarixdən işə qəbul edilsə də, ##.##.2020-ci il tarixdən döyüş əməliyyatlarına cəlb olunduğundan və döyüş tapşırıqları ilə bağlı fəaliyyətə cəlb olunma barədə əmr bir dəfə - ##.##.2020-ci il tarixdə verildiyindən iddiaçının adı həmin əmrdə olmamışdır. Bununla belə istinad olunan arayışda onun N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyünün avtomobil taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi uğrunda gedən döyüşlərdə bilavasitə iştirak etməsi qeyd edilmişdir. Qeyd olunan hal döyüş əməliyyatlarının maddi texniki təminat üzrə tapşırıqlarının yerinə yetirmiş mülki şəxs barədə arayış-məlumatla da, birbaşa sübut olunur. Odur ki, iddiaçının ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndi istiqamətində gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün tərkibində iştirakı döyüş əməliyyatlarının maddi texniki təminatının yerinə yetirilməsi kimi qiymətləndirilməlidir.
39. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində (Vətəni müdafiə) nəzərdə tutulmuş vəzifə borcunu layiqincə yerinə yetirən iddiaçının hüquqlarının kobud şəkildə pozulması fonunda, sosial ədalətin pozulmasına səbəb olmuşdur. Bu səbəbdən iddia təmin edilməli, cavabdeh orqanın üzərinə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsi öhdəliyi qoyulmalıdır.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni əsaslı saymır.
41. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda şərh olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilərək yeni qərar qəbul olunmalı, iddia tələbi rədd edilməlidir.
42. Belə ki, cavabdehin kassasiya şikayəti əsasında hazırkı inzibati işə baxan Azəərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarında qeyd etmişdir ki, ...işə mahiyyəti üzrə tam və obyektiv baxılması üçün apellyasiya instansiyası məhkəməsi iddiaçının döyüş bölgəsinə həqiqətən ezam olunub-olunmamasını, həmin ərazilərdə döyüş tapşırığının və ya döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirib-yetirməməsini, bu fəaliyyətlərin həyata keçirilməsinə əsas olan halları, eləcə də iddiaçının həmin bölgədə fəaliyyətinin müvafiq Əsasnamədə qeyd olunan təminatın növlərinə uyğunluğu müəyyən edilməli, bundan sonra işin hallarına qiymət verilərək qanuni qəraq qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
43. Hazırkı işdən göründüyü kimi iddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
44. İddiaçının tələbinin təmin edilməsi üçün o, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci bəndində təsbit edilmiş dizpozisiya şərtlərindən birinə cavab verməlidir.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasına əsasən: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 11-ci abzasına əsasən: 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı" adı verilir.”
46. Yəni döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə "müharibə veteranı" adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının ## ######## 2020-ci il tarixinədək işğal altında olmuş əraziləri) yerinə yetirmiş olsunlar.
47. İddiaçının mülki sürücü kimi işlədiyi N saylı hərbi hissənin Yevlax rayonu, Aran qəsəbəsində yerləşməsi işin mübahisəsiz halıdır.
48. İş materiallarında hərbi hissənin verdiyi müvafiq arayış-məlumatda iddiaçı tərəfindən döyüş əməliyatları aparılan zaman Tərtər rayonu Suqovuşan qəsəbəsi və Talış kəndləri istiqamətində maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi qeyd edilmişdir. İddiaçı da iddia ərizəsində, hərbi hissədə mülki sürücü vəzifəsində işləyərək, döyüş bölgəsinə silah, ərzaq və digər təminatlar daşımasını bildirmişdir. Lakin bu fakt hərbi hissənin verdiyi müvafiq arayışdan başqa, iddiaçının ezam olunması ilə bağlı hər hansı əmr, ezamiyyə vərəqəsi ilə təsdiqlənməmişdir.
49. Göründüyü kimi, iddiaçının tələbinin təmin edilməsi üçün o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxs olmalı, bu hal iş materialları ilə təsdiq edilməlidir.
50. Hazırkı apellyasiya baxışında Cavabdeh müvafiq sorğular verilmiş, həmin sorğulara cavab olaraq N nömrəli hərbi hissənin ## ######## 2026-cı il tarixli, *-**-***/*-****/** saylı məktubunda qeyd edilmişdir ki, ... hərbi hissənin mulki işçisi olmuş maddi texniki təminat bölüyünün avtomobil manqasının sürücüsü İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2026-cı il tarixədək gedən döyüş əməliyyatlarında iştirakını təsdiq edən hər hansı əmr, sərəncam və ya digər rəsmi sənəddə adına rast gəlməmişdir. Yuxanda qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat mövcud sənədlərlə təsdiq olunmadığı üçün müharibə veteran adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilmir.
51. Göstərilənlərə əsasən işə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. Belə ki, təkrar araşdırma ilə iddiaçıya münasibətdə “Əsasnamə”nin 1-ci hissəsinin 10-cu abzasının dispozitiv şərtləri sübuta yetirilmədiyindən iddia tələbi əsassız olmuşdur.
52. Ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixlərdə döyüşlərdə iştirakını nəzərə alaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiası təmin edilməsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elçin Hüseynov