Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-100/2026 08.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İbrahimova Vüsalə Elməddin qızının cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “diplomunun ekvivalentliyinin müəyyən edilməsi və tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2025ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Cavabdeh publik hüquqi şəxsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Aleksandr Qriqoryeviç ve X7 adına Vladimir Dövlət Universiteti tərəfindən verilmiş diplomunun ekvivalentliyinin müəyyən edilməsi və tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İbrahimova Vüsalə Elməddin qızı 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Dunya iqtisadiyyatı fakültəsini bitirmiş və həmin universitet tərəfindən ##.##.2014-cü il tarixli, 887 qeydiyyat nömrəsi ilə bakalavr diplomu verilmişdir. Bundan sonra ikinci ali təhsil almaq üçün həmin diplom əsasında ##.##.2020-ci ildə Rusiya Federasiyası Aleksandr Qriqoryeviç ve X7 adına Vladimir Dövlət Universitetində (bundan sonra Vladimir Dövlət Universiteti) Hüquqşunaslıq fakültəsinə qəbul olmuş, ##.##.2023-cü il tarixdə isə həmin universiteti bitirərək iddiaçıya ##.##.2023-cü il tarixli, 103324 ******* nömrəli diplom verilmişdir. Sözügedən diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün Təhsildə X6nə rəsmi qaydada müraciət etmiş, Agentlik tərəfindən ##.##.2025-ci il tarixli NA******** saylı Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının imtina edilməsi barədə qərar qəbul edilmişdir.
3. Cavabdeh orqan iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, inzibati icraat zamanı ##.##.2023-cü il tarixli diplom əlavəsinə əsasən iş üzrə təhsilalma formasının Rusiya Federasiyasında “əyani-qiyabi” formada olduğu müəyyən edilmişdir. Ərizəçinin xarici dövlətdə təhsil aldığı proqram üzrə təhsilalma forması əyani-qiyabi (axşam təhsili) olmuşdur ki, aparılan icraat zamanı müəyyən olunmuşdur ki, bu formada tədris olunan ali təhsil proqramlarının məzmunu, tədris prosesinin planlaşdırılması, onun həyata keçirilməsinin forma və metodları, tədris yükünün həcmi, tədris mərhələlərinin (semestrlərin) müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən əyani təhsilalma forması üçün nəzərdə tutulmuş minimum tələblərə uyğun gəlir. - İddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: İ il-getməyib (pandemiya dövrü); II il-1 ay 14 gün (pandemiya dövrü); III il-1 ay 16 gün - Qaydaların 4.1.4-cü və 4.1.5-ci yarımbəndlərində əks olunmuş tanınmaya dair tələblərlə hazırkı iş üzrə vətəndaşın təhsil aldığı xarici dövlətin ərazisində olması müddətlərinin həcmi uyğunsuzluq təşkil etmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və ##.##.2025-ci il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslıdır.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin ##.##.2025-ci il tarixli NA******** nömrəli qərarından görünür ki, ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmasından imtina olunmuşdur; - İddiaçıya məxsus Vladimir Dövlət Universiteti tərəfindən verilmiş 103324 ******* nömrəli diplomun surəti; - İddiaçıya məxsus C******** nömrəli Pasportun surəti; - Vladimir Dövlət Universiteti tərəfindən verilmiş tələbə biletinin surəti; - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin ##.##.2025ci il tarixli *-**-**/*-****/** nömrəli məktubu; - Cavabdehin ##.##.2025-ci il tarixli etirazı və ona əlavə olunan sənədlər.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ###### 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Cavabdeh X2 üzərinə İbrahimova Vüsalə Elməddin qızına Stoletovlar adına “Vladimir Dövlət Universiteti” tərəfindən verilmiş 103324 ******* nömrəli, **** qeydiyyat nömrəli, ##.##.2023-cü il tarixli diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya Stoletovlar adına Vladimir Dövlət Universiteti tərəfindən Hüquqşunaslıq ixtisasına dair ##.##.2023-cü il tarixli, 103324 ******* nömrəli diplom verilmişdir. - Cavabdehin imtina əsası iddiaçının təhsil aldığı dövlətdə olduğu müddətin az olması və diplomda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməməsi ilə bağlıdır. - Məhkəmə cavabdeh orqanın etirazının dəlilini əsassız hesab edir. - İş materiallarından göründüyü kimi, iddiaçı təhsil aldığı 2020-2023-ci illər ərzində mütəmadi olaraq təhsil aldığı dövlətdə olmuşdur. Təhsil müəssisəsinin təqdim etdiyi bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. - Hazırkı işin hallarından göründüyü kimi, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi bakalavr proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsini məqbul hesab edərək onun bakalavr dərəcəsinə yiyələndiyini qeyd etmişdir. - İddiaçının təhsili əyani-qiyabi olmaqla bərabər 2020-2023-cü illərdə təhsil aldığı dövlətdə olduğu müddət nəzərdə tutulmuş normaya uyğundur. Belə ki, tələb olunan sorğuya cavab olaraq Dövlət Sərhəd Xidmətinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı aşağıdakı tədris illərində göstərilən müddət ərzində təhsil aldığı dövlətdə olmuşdur: 2020-21-ci tədris ili ərzində- getməyib (pandemiya dövrü); 2021-22-ci tədris ili ərzində-44 gün; 2022-23-cü tədris ili ərzində-46 gün; - Məhkəmə cavabdeh orqanın etirazının dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydalarının 1.6-cı bəndinin tələbindən göründüyü kimi Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir... Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. - Göründüyü kimi sözügedən “Qaydalar” yalnız əsas (baza ali) tibb təhsilinə münasibətdə əyani təhsilalma formasını nəzərdə tutumuşdur. İddiaçının təhsil aldığı “hüquqşünaslıq” ixtisası üzrə həm əyani, həm də qiyabi təhsil alma forması nəzərdə tutulduğundan cavabdeh orqanın əyani-qiyabi təhsil alma formasının nəzərdə tutulmamasına istinadı tamamilə əsassızdır. - Digər tərəfdən cavabdeh özü də yeni qaydalarla həmin təhsil formasını qəbul etdiyini bildirir. Bununla belə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarında Hüquqşünaslıq ixtisası peşə tanınması zamanı sınaq imtahanlarının keçirilməsi tələb olunan ixtisasların Siyahısında qeyd edilmişdir. Hazırda qüvvədə olan “Qaydaların” tələbləri baxımından sınaq imtahanında iştirak etmədən Hüquqşünaslıq ixtisası üzrə peşə tanınması mümkün deyildir. Yeni “Qaydalar”a uyğun ilkin inzibati icraat aparılmadığından və mübahisə həmin “Qaydalar” qüvvəyə minənədək yarandığından, məhkəmə mübahisəyə iddiaçının imtina cavabı aldığı zaman qüvvədə olan maddi hüquq normalarını tətbiq edərək iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət vermişdir. - Hazırkı işin hallarından göründüyü kimi iddiaçının təhsil aldığı ali təhsil müəssisəsi bakalavr proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsini məqbul hesab edərək onun bakalavr dərəcəsinə yiyələndiyini qeyd etmişdir. - Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməkdə cavabdeh orqan haqlı olmamışdır.
7. Cavabdeh Təhsildə X6 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh orqanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma çərçivəsində ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun tədris prosesində faktiki cəlb olunmaqla iştirak üçün ali təhsil müəssisəsinin yerləşdiyi xarici ölkənin ərazisində olma müddətləri müəyyən edilmişdir: İ il-getməyib (pandemiya dövrü) II il-1 ay 14 gün (pandemiya dövrü) III il-1 ay 16 gün - Ümumilikdə iddiaçının 3 illik təhsil müddətinin sonuncu tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. - İddiaçının cavabdehə icraat zamanı təqdim etdiyi diplom əlavəsinin 4-cü bəndindən açıq şəkildə görünür ki, iddiaçı əyani-qiyabi təhsilalma formasında təhsil almışdır. - Məhkəmə qərarın 3-ci səhifəsinin 8-ci abzasında vurğulanmış “Göründüyü kimi sözügedən “Qaydalar” yalnız əsas (baza ali) tibb təhsilinə münasibətdə əyani təhsilalma formasını nəzərdə tutmuşdur. İddiaçının təhsil aldığı “hüquqşünaslıq” ixtisası üzrə həm əyani, həm də qiyabi təhsil alma forması nəzərdə tutulduğundan cavabdeh orqanın əyani- qiyabi təhsil alma formasının nəzərdə tutulmamasına istinadı tamamilə əsassızdır” ifadəsinə əsasən bildiririk ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində təhsilalma formaları müəyyən olunmuşdur:
1. əyani;
2. qiyabi;
3. distant (məsafədən);
4. sərbəst (eksternat); - Sözügedən Qanunda məlum olur ki, təhsilalma formaları bir-birilərindən fərqlənir. Qanunda açıq şəkildə 4 (dörd) təhsilalma forması öz əksini tapmaqdadır və əyani-qiyabi təhsilalma forması nəzərdə tutulmamışdır. Lakin bu formada tədris olunan ali təhsil proqramlarının məzmunu, tədris prosesinin planlaşdırılması, onun həyata keçirilməsinin forma və metodları, tədris yükünün həcmi, tədris mərhələlərinin (semestrlərin) müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən əyani təhsilalma forması üçün nəzərdə tutulmuş minimum tələblərə uyğun gəlir. - Cavabdeh qurum ərizəçinin könüllü olaraq etdiyi müraciəti üzrə inzibati icraatı düzgün və qanuni olaraq uyğun dövrdə qüvvədə olan normativ hüquqi akt əsasında aparmışdır. - Məhkəmə qərarının 3-cü səhifəsinin 9-cu abzasında cavabdeh orqan tərəfindən əyaniqiyabi təhsil formasının qəbul olunması ilə bağlı müddəa səslənmiş, lakin bunun qanunvericilikdə hər hansı birbaşa izahı və yə istinadı təqdim edilməmişdir. Məhz bu səbəbdən məhkəmənin səsləndirilmiş bu fikri əsassızdır, çünki hər hansı bir qanunvericilik aktında əyani-qiyabi təhsil formasında tədrisin təşkili və standartları barədə Azərbaycan Respublikası ərazisində tanınması ilə bağlı hər hansı açıq müddəa müəyyən olunmamışdır. - Bununla yanaşı eyni abzasın davamı olaraq məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarında Hüquqşünaslıq ixtisası üzrə peşə tanınması zamanı sınaq imtahanlarının keçirilməsi tələb olunan ixtisasların siyahısında qeyd olunması və hazırki qaydalara əsasən sınaq imtahanında iştirak etmədən peşə tanınmasının əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Fikrin davamında "Yeni "Qaydalar”a uyğun ilkin inzibati icraat aparılmadığından və mübahisə həmin "Qaydalar” qüvvəyə minənədək yarandığından, məhkəmə mübahisəyə iddiaçının imtina cavabı aldığı zaman qüvvədə olan maddi hüquq normalarını tətbiq edərək iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət vermişdir” ifadəsi öz əksini tapmaqdadır. Bu ifadəyə uyğun olaraq isə maddi hüquq normaları kobud şəkildə pozularaq qərar hissəsində "diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi” öhdəliyi Agentliyin üzərinə qoyulmuşdur. - Qeyd olunması zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları" 3.7ci bəndində xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə bu imtina əsası kimi müəyyən olunur, əgər məhkəmə iş üzrə əvvəlki normativ hüquqi aktın tələblərini rəhbər tutursa bu müddəa da nəzərə alınmalıydı. - Bildirmək istəyirlər ki, iddiaçı xaricdə əldə etdiyi kvalifikasiyasının Azərbaycan Respublikası ərazisində tanınmasının həyata keçirilməsi üçün ##.##.2025-ci il tarixində Agentliyə müraciət etmiş, aparılmış inzibati icraat zamanı tədris müddəti dövründə təhsil aldığı ölkənin ərazisində normativ olma müddətini ödəməmiş səbəbilə imtina qərarı vətəndaşa təqdim olunmuşdur. Məhkəmənin nəzərinə çatdırırıq ki, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə ##.##.2023-cü il tarixində təsdiq olunmuşdur. İddiaçının müraciəti üzrə inzibati icraat isə ##.##.2025-ci il tarixində başlanmış, ##.##.2025-ci il tarixində isə imtina qərarının vətəndaşa təqdim olunması ilə sonlanmışdır. Yəni, iddiaçının ərizəsi üzrə inzibati icraatın yekunlaşması yeni Qaydaların qəbul olunmasından 18 ay sonra baş tutmuşdur. Bu isə birbaşa o mənanı ifadə edir ki, məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarını yalnış tətbiq etmiş və pozuntuya yol vermişdir. - Bildirirlər ki, cavabdeh orqan xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması fəaliyyətini “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və digər əlaqəli normativ hüquqi aktlarla (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ###### tarixli *** nömrəli Fərmanı) bu məsələnin onun səlahiyyətinə aid edilməsi və cavabdeh orqanın bu sahədə səlahiyyətli orqan kimi müəyyən edilməsinə əsaslanaraq həyata keçirir. Əldə olunan kvalifikasiyanın ölkə ərazisində tanınması xarici təhsil müəssisəsinin deyil, Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. - Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən tanınmaya dair tələblərdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “'Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmasıdır). Bu tələb, yerli qanunvericiliyin müəyyən etdiyi normativlərə nisbətdə iddiaçının vəziyyətini yüngülləşdirsə də iddiaçının ali təhsil müəssisəsində sessiyalarda əyani təhsilalma forması üzrə iştirak həcmi bu tələblə uyğunsuzluq təşkil etmişdir. - Bu Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci bəndinə əsasən bakalavr təhsili üzrə ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. - Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1 və 8.7.2-ci yarımbəndlərinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. - Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci və 73.3.2-ci maddələrinin tələblərini pozaraq cavabdehin diskresion səlahiyyətini həyata keçirməsini, iddiaçının təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olmasını təsdiq edən ekspert rəylərini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı İbrahimova Vüsalə Elməddin qızının apellyasiya şikayətinə qarşı etirazı və yazılı münasibəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə bütün faktiki halları hərtərəfli araşdırmış, tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət vermiş və qüvvədə olan qanunvericiliyin tələblərini düzgün tətbiq etməklə əsaslandırılmış qərar qəbul etmişdir. - Lakin cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. - Qeyd etmək istəyir ki, cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayəti mahiyyət etibarilə yeni hüquqi və ya faktiki arqumentlər ehtiva etmir və əsasən cavabdehin birinci instansiya məhkəməsində irəli sürdüyü mövqenin təkrarından ibarətdir və həmin arqumentlərə artıq məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. - Bu səbəbdən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. - Hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir. - Cavabdehin apellyasiya şikayətində ümumilikdə qeyd etdiklərinə aşağıdakı qaydada münasibət bildirir: - Apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, artıq ali təhsilli olduğundan, yəni Azərbaycan Dövlət İqtisad Universitetinin ##.##.2014-cü il tarixli bakalavr diplomu əsasında, Vladimir Dövlət Universitetində əyani təhsilin 4 illik müəyyən edildiyi tədris proqramını, əyaniqiyabi təhsil formasında 5 illik müəyyənləşdirilmiş təhsili, 3 (üç) il müddətində uğurla bitirmişdir. - İddia ərizəsinə əlavə etdiyi ##.##.2020-ci il tarixli, ****** nömrəli arayışdan görünür ki, universitetə qəbul olma tarixi ##.##.2020-ci il, bitirmə ili isə ##.##.2023-cü il tarixidir. Eyni zamanda həmin arayışdan görünür ki, təhsil alma forması əyani-qiyabidir. - Agentlik imtinaya əsas olan qənaətini, iddiaya etirazını, habelə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, hazırkı iş üzrə ərizəçinin əyani təhsilalma formasının tələblərinə uyğun olaraq tədris prosesində faktiki iştirak edəcək həcmdə ali təhsil müəssisəsinin yerləşdiyi xarici ölkənin ərazisində olmadığı müəyyən olunmuşdur. - Agentliyin qeyd edilən əsasını qanunsuz hesab edir və qanunsuzluğu aşağıda qeyd edilənlərlə əsaslandırır: 1-ci kurs. 2020-2021-ci tədris ilində COVID-19 koronavirus pandemiyası olduğundan Azərbaycan Respublikasında, eyni zamanda Rusiya Federasiyasında quru və hava sərhədləri bağlı olmuşdur. Bu səbəbdən 2020-2021-ci il, yəni 1-ci kursu ondan asılı olmayan səbəblərə görə Rusiya Federasiyasına getmək mümkün olmamış və tədris onlayn qaydada, bütün dünyada olduğu kimi internet üzərindən həyata keçirilmişdir. (COVID-19 koronavirus pandemiyası ilə əlaqədar müvafiq sənədlər iş materiallarında mövcuddur) 2-ci kurs. 2021-2022-ci tədris ilində Azərbaycan Respublikasından Rusiya Federasiyasına hava sərhədləri ilə bağlı məhdudiyyətlər aradan qalxdığından oxuduğu Vladimir Dövlət Universitetinin rəsmi arayış-çağırışları əsasında, həmin kursun 1-ci semestrində ##.##.2022 - ##.##.2022-ci il tarixlərində, yəni 23 gün, 2-ci semestrdə isə ##.##.2022 - ##.##.2022-ci il tarixlərində, yəni 23 gün təhsil aldığı Universitetdə olmuşdur. 3-cü kurs. 2022-2023-cü tədris ilində oxuduğu Vladimir Dövlət Universitetinin rəsmi arayış-çağırışları əsasında 1-ci semestrdə ##.##.2023 - ##.##.2023-cü il tarixlərində, yəni 22 gün, 2-ci semestrdə isə ##.##.2023 - ##.##.2023-cü il tarixlərində, yəni 27 gün təhsil aldığı Universitetdə olmuşdur. - Qeyd olunan ölkəyə giriş-çıxış tarixləri ümumvətəndaşlıq pasportuna vurulan ştamplarla, eyni zamanda Şəki İnzibati Məhkəməsi tərəfindən sorğu əsasında əldə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin ##.##.2025-ci il tarixli, *-**-**/*-****/** saylı məktubunda olan rəsmi məlumatla öz təsdiqini tapır. Bundan başqa qeyd etməyi zəruri hesab edir ki; - “Rusiya Federasiyasında təhsil haqqında” ## ###### 2012-ci il tarixli ***-** nömrəli federal qanunun 11-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndinə və 11-ci maddəsinin 4 hissəsinə müvafiq olaraq, federal dövlət təhsil standartları əsas tədris proqramlarının strukturuna və onların həcminə olan tələbləri ehtiva edir, həmçinin peşə təhsilinin alınması müddətlərini müəyyən edir. - Təhsilin alınmasının konkret müddəti və tədris proqramının həcmi FDTS (Federal dövlət təhsil standartı) müəyyən edilmiş hədlərdə təhsil təşkilatı tərəfindən sərbəst şəkildə müəyyən edilir. - Bununla yanaşı, “Rusiya Federasiyasında təhsil haqqında” ## ###### 2012-ci il tarixli ***-** nömrəli federal qanunun 34-cü maddəsinin 1 hissəsinin 3 bəndinə müvafiq olaraq, təhsilalana fərdi tədris planı üzrə təhsil almaq hüququ, həmçinin sürətləndirilmiş təhsil imkanı verilir. - Apellyasiya şikayətinin ikinci dəlilinə münasibətdə bildirir ki, Agentliyin **-**-*** saylı, ##.##.2023-cü il tarixli daxili təqdimatı əsasında, əyani-qiyabi təhsilalma forması, Azərbaycan Respublikası NK-nin ##.##.2013-cü il tarixli, *** saylı Qərarı ilə təsdiq olunmuş Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarında əyani təhsilalma forması üçün nəzərdə tutulmuş tədris normativləri və müddətləri üzrə, minimum tələblərə uyğunluğu nəzərə alınaraq, ənənəvi təhsil forması kimi hesab olunması məqsədəuyğun hesab edilmişdir. - Apellyasiya şikayətinin üçüncü dəlilinə aşağıdakı qaydada münasibətdə bildirir ki: iş üzrə cavabdeh - Azərbaycan Respublikasının Təhsildə X6 tərəfindən əsas arqument kimi göstərilir ki, iddiaçı tərəfindən diplomun tanınması üçün müraciət ## ###### 2025-ci il tarixində edilmiş və buna görə də inzibati icraat zamanı Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları tətbiq edilməlidir. - Bu yanaşma hüquqi baxımdan düzgün hesab edilə bilməz. - İlk növbədə qeyd olunmalıdır ki, o, ali təhsil kvalifikasiyasını ## #### 2023-cü il tarixində əldə etmişdir. Bu tarixdə onun ali təhsil üzrə hüquqi statusu formalaşmış və hüquqi vəziyyəti müəyyən edilmişdir. Buna görə də diplomun tanınması məsələsinə hüquqi qiymət verilərkən hüquqi münasibətin yarandığı tarix əsas götürülməlidir. - Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun hüquqi məntiqinə əsasən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur və onlar yalnız qüvvəyə mindikdən sonra yaranan hüquqi münasibətlərə tətbiq edilə bilər. Bu prinsip hüquqi dövlət və hüquqi müəyyənlik prinsiplərinin mühüm elementidir. - Bu prinsip həmçinin Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn hüquqi sabitlik və hüquqi müəyyənlik tələbləri ilə də uzlaşır. Hüquqi dövlət prinsipinə görə şəxsin artıq formalaşmış hüquqi vəziyyəti sonradan qəbul edilmiş normativ hüquqi aktlarla pisləşdirilə bilməz. - Beləliklə, ## ###### 2023-cü il tarixli fərmanla təsdiq edilmiş yeni Qaydaların onun ## #### 2023-cü il tarixində əldə etdiyi kvalifikasiyaya tətbiq edilməsi normativ hüquqi aktların geriyə qüvvəsinin olmaması prinsipinə ziddir. - Digər tərəfdən qeyd edilməlidir ki, onun təhsil aldığı proqram əyani-qiyabi təhsil forması olmuşdur. Bu təhsil formasının mahiyyəti ondan ibarətdir ki, tələbə tədris prosesində fasilələrlə ali təhsil müəssisəsində iştirak edir və tədrisin müəyyən hissəsi müstəqil şəkildə həyata keçirilir. - Bu baxımdan cavabdeh tərəfindən əyani təhsil formasına tətbiq olunan yanaşmanın əyani-qiyabi təhsil formasına tətbiq edilməsi hüquqi baxımdan düzgün hesab edilə bilməz. - Bundan əlavə qeyd olunmalıdır ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən təqdim edilmiş bütün materiallar (iddiaya etiraz ərizəsi yanaşı) məhkəmə tərəfindən qiymətləndirilmiş və iş üzrə mövcud sübutlarla müqayisəli şəkildə araşdırılmışdır. - Bu baxımdan cavabdehin birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3.1 və 73.3.2-ci maddələrinin tələblərini pozması barədə iddiası əsassızdır. - Çünki həmin maddələrə əsasən məhkəmə inzibati orqanın diskresiya səlahiyyətlərini həyata keçirərkən qəbul etdiyi qərarın qanunauyğunluğunu, əsaslılığını və proporsionallığını yoxlamaq hüququna malikdir. - Məhkəmə tərəfindən iş üzrə mövcud sübutlar, o cümlədən sərhəd keçid məlumatları və universitet tərəfindən verilmiş rəsmi sənədlər araşdırılaraq cavabdeh inzibati orqanın qərarının əsaslı olmadığı müəyyən edilmişdir. - Beləliklə, cavabdeh tərəfindən apellyasiya şikayətində göstərilən arqumentlər iş üzrə mövcud faktiki hallar və sübutlarla təsdiq olunmur və birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın qanunsuz olması barədə nəticə çıxarmağa əsas vermir. - Apellyasiya şikayətinin sonuncu dəlilinə aşağıdakı qaydada münasibət bildirir ki, Agentlik apellyasiya şikayətində öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının müxtəlif tarixli qərarlarına istinad etmiş və həmin qərarlarda xarici ölkədə təhsil alan şəxsin tədris müddətində təhsil aldığı ölkənin ərazisində faktiki olaraq olması zərurətinin vurğulandığını bildirmişdir. - Lakin qeyd edilməlidir ki, cavabdeh tərəfindən göstərilən məhkəmə qərarları hazırkı iş üzrə faktiki hallarla tam uyğunluq təşkil etmir və bu səbəbdən həmin qərarların hazırkı mübahisəyə avtomatik tətbiqi hüquqi baxımdan düzgün hesab edilə bilməz. - İlk növbədə qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi məhkəmə qərarlarında iddiaçıların təhsil aldıqları müddət ərzində xarici dövlətin ərazisində ümumiyyətlə olmaması və ya olduqca qısa müddətdə olmaları müəyyən edilmişdir. Məhz bu fakt həmin işlər üzrə diplomların tanınmasından imtinanın əsas səbəbi kimi qiymətləndirilmişdir. - Hazırkı iş üzrə isə vəziyyət fərqlidir. - Belə ki, o təhsil aldığı müddət ərzində universitet tərəfindən verilmiş rəsmi arayışçağırış sənədləri əsasında təhsil aldığı ali təhsil müəssisəsində faktiki iştirak etmiş və bu faktlar rəsmi sənədlərlə təsdiq olunur. - Onun təhsil aldığı müddətdə Rusiya Federasiyasında olması aşağıdakı tarixlərlə təsdiq edilmişdir; 2021-2022-ci tədris ili (2-ci kurs) - ##.##.2022 - ##.##.2022 (23 gün) - ##.##.2022 - ##.##.2022 (23 gün) 2022-2023-cü tədris ili (3-cü kurs) - ##.##.2023 - ##.##.2023 (22 gün) -##.##.2023 - ##.##.2023 (27 gün) - Bu faktlar onun ümumvətəndaşlıq pasportunda olan giriş-çıxış ştampları ilə yanaşı, məhkəmə sorğusu əsasında təqdim edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş rəsmi məlumatlarla da təsdiq olunmuşdur. - Bundan əlavə qeyd olunmalıdır ki, onun təhsil aldığı proqram əyani-qiyabi təhsil forması olmuşdur və bu təhsil forması tələbənin tədris prosesində fasilələrlə ali təhsil müəssisəsində iştirak etməsini nəzərdə tutur. Bu baxımdan cavabdeh tərəfindən əyani təhsil formasına tətbiq edilən yanaşmanın əyani-qiyabi təhsil formasına avtomatik şəkildə tətbiq edilməsi hüquqi baxımdan düzgün hesab edilə bilməz. - Digər mühüm hal ondan ibarətdir ki, onun təhsil aldığı 2020-2021-ci tədris ili dövründə bütün dünyada, o cümlədən Azərbaycan Respublikasında və Rusiya Federasiyasında COVID- 19 pandemiyası ilə əlaqədar sərt karantin məhdudiyyətləri tətbiq edilmiş və dövlət sərhədləri bağlanmışdır. Bu səbəbdən həmin dövrdə Rusiya Federasiyasına səfər etmək obyektiv olaraq mümkün olmamış və tədris prosesi bütün dünyada olduğu kimi onlayn formada həyata keçirilmişdir. - Bu hal tələbənin iradəsindən asılı olmayan və qlobal fövqəladə vəziyyətlə bağlı yaranmış obyektiv səbəbdir və təhsil prosesinin qiymətləndirilməsi zamanı mütləq nəzərə alınmalıdır. - Cavabdeh həmçinin apellyasiya şikayətində diplomun tanınması məsələsinin inzibati orqanın diskresion səlahiyyətinə aid olduğunu qeyd etmişdir. Lakin inzibati orqanın diskresion səlahiyyətə malik olması həmin səlahiyyətin mütləq və nəzarətsiz olması anlamına gəlmir. - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müddəalarına əsasən məhkəmə inzibati orqanın diskresiya səlahiyyətini həyata keçirərkən qəbul etdiyi qərarın qanunauyğunluğunu, əsaslılığını, həmçinin proporsionallığını yoxlamaq səlahiyyətinə malikdir. - Bu səbəbdən cavabdehin məhkəmənin diskresion səlahiyyətə müdaxilə etməsi barədə iddiası hüquqi baxımdan əsaslı hesab edilə bilməz. - Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh məhkəmənin xüsusi bilik tələb edən sahədə öz mülahizələri əsasında qərar qəbul etməsini iddia etmişdir. Lakin məhkəmə iş üzrə mövcud sübutları, o cümlədən universitet tərəfindən verilmiş rəsmi sənədləri, sərhəd keçid məlumatlarını, habelə təhsil proqramına dair materialları araşdıraraq qərar qəbul etmişdir. - Beləliklə, məhkəmə tərəfindən qəbul edilmiş qərar xüsusi bilik tələb edən sahədə subyektiv mülahizə əsasında deyil, iş üzrə mövcud sübutların hüquqi qiymətləndirilməsi nəticəsində qəbul edilmişdir. - Nəticə etibarilə cavabdeh tərəfindən apellyasiya şikayətində göstərilən Ali Məhkəmə qərarlarına istinadlar hazırkı işin faktiki halları ilə uyğunluq təşkil etmir və birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın qanunsuz olması barədə nəticə çıxarmağa əsas vermir. - Bu səbəbdən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslıdır və cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. - Beləliklə, cavabdeh tərəfindən apellyasiya şikayətində irəli sürülmüş bütün dəlillər hüquqi və faktiki baxımdan əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün heç bir hüquqi əsas yaratmır. - Yuxarıda qeyd ediklərinə əsasən cavabdeh Cavabdeh tərəfindən verilmiş formal mülahizələrdən ibarət olan apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin iddiaçı ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
12. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.4. Təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.
13. Nazirlər Kabinetinin 2003-cü il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2010-cu il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bənd 8. Ali təhsil proqramları 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.
16. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə X6nin Nizamnaməsi” 1.1. Təhsildə X6 (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.2.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin aşağıdakı vəzifələri vardır: 3.1.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək; 3.1.8. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il ## ###### tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”
18. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli Fərmanı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları:
Apellyasiya şikayətinin mümkünlüyü
19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, cavabdeh Təhsildə X6nin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. İş materiallarından görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı diplomunun ekvivalentliyinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi olmuşdur.
22. İşdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən ## ##### 2025-ci il tarixli, NA******** nömrəli qərarla iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edildiyindən iddiaçının xarici ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilmişdir.
23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş imtina əsaslıdır.
24. Belə ki, iş materiallarında olan iddiaçının tələbindən görünür ki, o, Stoletovlar adına Vladimir Dövlət Universitetində hüquqşunaslıq ixtisası üzrə təhsil almışdır. Universitet tərəfindən ona ##.##.2023-cü il tarixli, 103324 ******* nömrəli diplom verilmişdir.
25. Məhkəmə kollegiyası tərəfindən iş üzrə icraatın aparıldığı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1-ci bəndində qeyd olunmuş tanınmaya dair tələblər üzrə qiymətləndirilmə aparılmış, cavabdeh orqanın apardığı icraat zamanı hər hansı uyğunsuzluq aşkarlanmamışdır.
26. Belə ki, hazırkı iş üzrə iddiaçı İbrahimova Vüsalə Elməddin qızının kvalifikasiyasının tanınmasından imtina olunmasına səbəb olmuş, Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması və 4.1.5-ci yarımbəndinə əsasən bütün tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblərə aid edilmişdir.
27. Bu Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır).
28. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2013-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır.
30. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2003-cü il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.
31. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu.
32. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
33. Göründüyü kimi, istinad olunan normativ aktlarda təhsil müddəti ərzində faktiki təhsil alınan dövlətin ərazisində olmanın müddəti ilə bağlı birbaşa imperativ tələb nəzərdə tutulmamışdır.
34. Kollegiya, hazırkı iş üzrə iddiaçının təhsil forması əyani-qiyabi qeyd edildiyindən hər iki təhsil forması üzrə qiymətləndirmə aparılması daha məqsədə müvafiq olması qənaətindədir. Bununla yanaşı qeyd edilməlidir ki, əyani təhsil forması ilə qiyabi və digər (məsələn, distant/onlayn) təhsil formaları arasında əsas fərqlər onların tədris üsulu, tədrisə ayırılan vaxt, praktiki imkanlar və təhsil prosesinə tələbənin aktivliyi baxımından ortaya çıxır.
35. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşaraq bildirir ki, qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə əyani formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.
36. Kollegiya tərəfindən 2020–2023-cü illər ərzində Rusiya Federasiyasında Aleksandr Qriqoryeviç və X7 adına Vladimir Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə qiyabi (əyani-qiyabi) təhsil alan digər şəxslərə müvafiq diplomların verilib-verilməməsi barədə məlumatın əldə edilməsi məqsədilə Təhsildə X6nə sorğu ünvanlanmışdır.
37. Təhsildə X6nin ##.##.2026-cı il tarixli *-**-**/*-***/**** saylı sorğuya cavab məktubundan aşağıdakılar müəyyən edilmişdir: - iddiaçı İbrahimova Vüsalə Elməddin qızı № ****** ******* nömrəli ##.##.2023-cü il tarixli xarici dövlətdə əldə etdiyi ali təhsilə aid kvalifikasiyanın tanınması üçün ##.##.2025-ci il tarixində Agentliyə müraciət etmişdir. Ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. - Məhkəmə tərəfindən ünvanlanmış sorğuya əsasən Agentlik tərəfindən araşdırma aparılmışdır. İddiaçı ilə oxşar dövrlərdə eyni ali təhsil müəsisəsində təhsil almış şəxslərin məlumatları və inzibati icraat materialları sizə təqdim olunur. - X1 xarici ölkədə əldə etdiyi ali kvalifikasiyanın tanınması məqsədilə ##.##.2025-ci il tarixində Agentliyə müraciət etmişdir. Aparılmış inzibati icraat nəticəsində ##.##.2025-ci il tarixində ona kvalifikasiyanın tanınmasından imtina haqqında qərar təqdim olunmuşdur. - Aşağıda təqdim olunmuş cədvəldə sözügedən ərizəçinin və iddiaçının sərhədkeçmə məlumatları, bununla yanaşı normativ tələb üzrə günlərin sayı göstərilmişdir. Təhsil ili X1 İbrahimova Vüsalə Normativ tələb Elməddin qızı 2020-2021 İ il – getməyib İ il – getməyib 3 ay 15 gün (pandemiya dövrü) (pandemiya dövrü) 2021-2022 II il-1 ay 8 gün II il-1 ay 14 gün 3 ay 15 gün (pandemiya dövrü) (pandemiya dövrü) 2022-2023 III il-1 ay 15 gün III il-1 ay 16 gün 3 ay 15 gün
- Təqdim olunmuş cədvəldən də aydın olur ki həm iddiaçı, həm də onunla oxşar dövrdə təhsil almış ərizəçi 3-cü təhsil ili üzrə normativ müddətlə bağlı tələbi ciddi şəkildə pozmuşdur. Bu səbəbdən onlara tanınma haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur.
38. Göründüyü kimi, iddiaçı İbrahimova Vüsalə Elməddin qızı 2021–2022-ci tədris ilində Rusiya Federasiyasının ərazisində cəmi 1 ay 14 gün, 2022–2023-cü tədris ilində isə cəmi 1 ay 16 gün olmuşdur. Halbuki, hər bir tədris ili üzrə normativ tələb 3 ay 15 gün müəyyən edilmişdir. Beləliklə, iddiaçının hər iki tədris ili üzrə təhsil aldığı ölkənin ərazisində olduğu müddət normativ tələb olunan müddətdən əhəmiyyətli dərəcədə az olmuşdur. Eyni zamanda, 2020–2021-ci tədris ilində iddiaçı Rusiya Federasiyasının ərazisində ümumiyyətlə olmamışdır. Buna görə də, təqdim edilmiş məlumatlardan iddiaçının hər bir tədris ili üzrə tələb olunan normativ müddətə uyğun gələn həcmdə təhsil aldığı ölkənin ərazisində olmadığı aydın görünür və yuxarıda qeyd olunanlara əsasən hazırkı iş üzrə iddiaçının sərhədkeçmə məlumatlarının qanunvericilikdə müəyyən olunmuş normativlərə uyğunluğunun qarşılanmadığı müəyyən olunur.
39. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunan hallar və iddiaçının təhsil aldığı ölkədə olma müddətləri nəzərə alındıqda, onun təhsilalma formasından asılı olmayaraq müvafiq normativ tələblərə cavab vermədiyi müəyyən olunur. Belə ki, iddiaçının təhsil aldığı ixtisas üzrə qiyabi (əyani-qiyabi) təhsilalma formasının xüsusiyyətləri nəzərə alınmaqla, hər bir tədris ili üzrə təhsil aldığı ölkənin ərazisində normativ müddətin azı yarısı qədər olması tələb edildiyi halda, iddiaçı 2021–2022-ci tədris ilində Rusiya Federasiyasının ərazisində cəmi 1 ay 14 gün, 2022–2023-cü tədris ilində isə 1 ay 16 gün olmuş, 2020–2021-ci tədris ilində isə həmin ölkənin ərazisində ümumiyyətlə olmamışdır. Bu müddətlər hər bir tədris ili üzrə tələb olunan normativ müddətin yarısından da azdır.
40. Eyni zamanda, əyani təhsilalma forması üzrə tədris ilinin 40 həftə, hər semestrin isə 20 həftə olduğu nəzərə alındıqda, iddiaçının Rusiya Federasiyasında faktiki olduğu müddət əyani təhsilalma forması üzrə də tədris yükünün və təhsil prosesinin tələb olunan müddətdə yerinə yetirilməsini təmin edən həcmdə olmamışdır. Beləliklə, iddiaçının həm qiyabi (əyaniqiyabi) təhsilalma forması üzrə müəyyən edilmiş normativ tələblərə, həm də əyani təhsilalma forması üzrə tədrisin müddətinə dair tələblərə cavab vermədiyi, bu səbəbdən də təqdim etdiyi kvalifikasiyanın tanınması üçün tələb olunan şərtlərin ödənilmədiyi müəyyən olunur.
41. Beləliklə, iddiaçının 2021–2022-ci və 2022–2023-cü tədris illərində Rusiya Federasiyasının ərazisində olduğu müddət müvafiq olaraq 1 ay 14 gün və 1 ay 16 gün təşkil etməklə, hər bir tədris ili üzrə tələb olunan 3 ay 15 günlük (qiyabi təhsil normativi) normativ müddətdən əhəmiyyətli dərəcədə az olmuş, 2020–2021-ci tədris ilində isə iddiaçı təhsil aldığı ölkənin ərazisində ümumiyyətlə olmamışdır. Bu baxımdan, iddiaçının sərhədkeçmə məlumatlarının hər bir tədris ili üzrə təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş tələbə cavab vermədiyi müəyyən olunur.
42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. İddiaçının da təhsil aldığı müəssisədə tələb olunan müddətdə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığı qənaətinə gəlinərək məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.
44. Göründüyü kimi, iddiaçının hazırki tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın (hazırki iş üzrə araşdırma həddində) əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçının tələbi ona münasibətdə kvalifikasiyanın tanınmasını zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə tam cavab vermir. Cavabdehin imtinası iddiaçının hazırki tələbinə münasibətdə əsaslıdır.
45. Məhkəmə kollegiyası, iddiaçının qanunun zamana görə tətbiqinə dair tələblərini də əsaslı hesab etmir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin (*-*(***)-****/**** saylı üçulduzlu qərarı) formalaşdırdığı hüquqi mövqeyə əsasən:
47. Qanunların zamana görə tətbiqi və kolliziyası: - Məhkəmə kollegiyası qeyd edir ki, ümumi qaydaya əsasən, qanun qüvvəyə mindiyi gündən ləğv edildiyi günə qədər qüvvədə olur və əgər qanunda xüsusi bir tarix göstərilməmişdirsə, o, rəsmi dərc edildiyi gün qüvvəyə minir. Bununla yanaşı, cəmiyyət və qanunvericilik daim inkişaf etdiyindən, eyni münasibətləri tənzimləyən köhnə qanunun yeni qanunla əvəz olunması hallarında yaranmış və ya davam edən hüquqi vəziyyətlərə hansı qanunun (köhnənin, yoxsa yeninin) tətbiq ediləcəyi sualı yaranır. Buna "zamanla bağlı qanunların kolliziyası" deyilir.
48. Belə toqquşmaların həlli üçün hüquqda iki əsas prinsip qəbul olunmuşdur. Birinci prinsip – yeni qanunun geriyə qüvvəsinin olmaması prinsipidir. Bu prinsipə görə, qanun yalnız gələcək üçün müəyyən edilir və onun heç bir geriyə qüvvəsi yoxdur. Bu o deməkdir ki, yeni qanun onun qüvvəyə minməsindən əvvəl baş vermiş və artıq başa çatmış hüquqi vəziyyətlərə tətbiq edilə bilməz və yalnız qüvvəyə mindikdən sonrakı hallara şamil olunur. Bununla belə, bu prinsipin müəyyən istisnaları mövcuddur. Belə ki, qanunverici açıq şəkildə qanunun geriyə qüvvəyə malik olduğunu müəyyən edə bilər (yəni, qanunverici xüsusi olaraq qeyd edir ki, bu qanun keçmiş tarixdən etibarən tətbiq ediləcək); şəxsin vəziyyətini yüngülləşdirən qanunlar geriyə tətbiq oluna bilər (əsasən cinayət qanunlarına aiddir); həmçinin şərhedici qanunlar əvvəlki qanunun məzmununu aydınlaşdırmaq məqsədilə qəbul olunduğundan, həmin qanunun qüvvəyə mindiyi tarixə qədər geriyə tətbiq olunurlar.
49. İkinci prinsip – yeni qanunun dərhal tətbiqi prinsipidir. Bu prinsipə əsasən, yeni qanun qüvvəyə mindiyi andan etibarən yeni yaranan vəziyyətlərə tətbiq edilir. Bəs keçmişdə yaranmış, amma hələ də davam edən vəziyyətlər necə tənzimlənir? Bu baxımdan, hüquqi vəziyyətlərin zaman daxilində strukturunun düzgün müəyyən edilməsi zəruridir. Hüquqi vəziyyətlər yalnız yaranma anı ilə məhdudlaşmır, əksinə, müəyyən müddət ərzində davam edərək müxtəlif hüquqi nəticələr doğura bilər. Bu səbəbdən, hüquqi vəziyyətin yaranması ilə onun gələcək təsirlərinin fərqləndirilməsi əsaslı hüquqi qiymətləndirmə üçün vacibdir. Keçmişdə yaranmış hüquqi vəziyyətlər iki əsas kateqoriyaya bölünür: qeyri-müqavilə xarakterli hüquqi vəziyyətlər və müqavilə vəziyyətləri.
50. Müqavilə xarakterli hüquqi vəziyyətlərdə yeni qanun qüvvəyə mindikdən sonra bağlanan müqavilələrə dərhal tətbiq olunsa da, əvvəlki qanunvericilik dövründə bağlanmış və hələ də qüvvədə olan müqavilələrin gələcək təsirləri köhnə qanunla tənzimlənməkdə davam edir. Bu yanaşma tərəflərin müqavilə bağlayarkən mövcud qanunvericiliyə əsaslanaraq formalaşdırdıqları iradənin və gözləntilərin qorunmasına yönəlmişdir. Beləliklə, müqavilə münasibətlərində hüquqi sabitlik prioritet təşkil edir. Yeni qanun bu müqaviləyə daxil olub onu dəyişə bilməz (ictimai maraqlar bunu tələb etmirsə).
51. Digər tərəfdən, qeyri-müqavilə xarakterli hüquqi vəziyyətlərdə fərqli hüquqi rejim tətbiq edilir. Yeni qanun bu vəziyyətlərin gələcək təsirlərinə dərhal tətbiq olunur. Əgər qanun dəyişməmişdən əvvəl bir hüquqi status yaranıbsa, keçmişdə baş vermiş təsirlər köhnə qanunla tənzimlənir (çünki geriyə qüvvə yoxdur), lakin yeni qanun çıxdıqdan sonra bu statusun yaradacağı yeni (gələcək) nəticələr mütləq şəkildə yeni qanuna tabe olur.
52. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən prinsiplərdən çıxış edərək belə nəticəyə gəlmək olar ki, keçmişdə yaranmış hüquqi vəziyyətlər və onların artıq baş vermiş təsirləri köhnə qanunvericiliklə tənzimlənir, lakin yeni qanun qüvvəyə mindikdən sonra yaranan yeni hüquqi vəziyyətlərə, eləcə də davam edən qeyri-müqavilə xarakterli vəziyyətlərin gələcək təsirlərinə yeni qanun tətbiq edilməlidir.
53. Məhkəmə kollegiyası müəyyən edir ki, hazırkı işin hallarına tətbiq etdikdə iddiaçının 2006-cı ildə əldə etdiyi ali təhsilə aid kvalifikasiya (diplom) onun hüquqi vəziyyətinin yaranması mərhələsini təşkil edir və bu hal keçmişdə baş vermiş hüquqi fakt kimi qiymətləndirilməlidir. Lakin iddiaçının həmin kvalifikasiyanın Azərbaycan Respublikasında tanınması məqsədilə ## ###### 2024-cü il tarixdə müvafiq orqana müraciət etməsi və gələcəkdə ondan istifadə etmək niyyəti bu hüquqi vəziyyətin gələcək təsirləri kimi xarakterizə olunur. Başqa sözlə, iddiaçı yalnız keçmişdə əldə etdiyi hüquqi vəziyyətin mövcudluğunu təsdiq etdirmir, eyni zamanda, həmin vəziyyətdən gələcək hüquqi nəticələr əldə etməyə yönəlmiş iradə ifadə edir.
54. Məhkəmə kollegiyası hesab edir ki, belə halda hüquqi münasibət qeyri-müqavilə xarakterli olduğundan, onun gələcək təsirlərinə münasibətdə yeni qanunun dərhal tətbiqi prinsipi tətbiq edilməlidir. İddiaçının müraciət etdiyi tarixdə qüvvədə olan normativ hüquqi aktlar bu münasibətin hüquqi çərçivəsini müəyyən edir və həmin çərçivə daxilində dövlət tərəfindən müəyyən edilmiş standartlar, tələblər və prosedurlar tətbiq olunmalıdır. Bu baxımdan, iddiaçının hüquqi vəziyyətinin qiymətləndirilməsi məhz 2024-cü ildə qüvvədə olan qaydalar əsasında aparılmalıdır.
55. İddiaçının digər dəlili ondan ibarətdir ki, o, 3 il ərzində hüquqşünaslıq ixtisasını tam mənimsəmiş, mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlməyə zərurət olmamışdır, ona görə də iddiaçının dərs və imtahanlarda iştirakı yetərli hesab edilməlidir. Göstərilənlərə münasibətdə kollegiya aşağıdakıları qeyd edir.
56. Kollegiya hesab edir ki, hazırki işin xüsusi halları baxımından iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünü yerinə yetirmədiyinə və buradan hərəkətlə Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunmadığına dair nəticə əsaslı hesab edilir. Belə ki, iddiaçı İ tədris ili üzrə təhsil aldığı ölkəyə ümumiyyətlə getməmiş, II tədris ili üzrə 1 ay 14 gün, III tədris ili üzrə 1 ay 16 gün müddətində həmin ölkədə olmuşdur.
57. İddiaçının həmin müddət ərzində universitetin dərslərində əyani qaydada iştirak etməsi, tədris normativi üzrə orada təhsil almaq üçün tələb olunan 5 illik müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində qalmaqla dərslərə davamiyyət etmədən tədris proqramını yerinə yetirməsi qeyri-mümkündür. Bu hal isə onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır.
58. Məhkəmə kollegiyası qeyd edir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli məsələlərdən biri də alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin əyani-qiyabi formada olması işin mübahisəsiz halıdır.
59. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.
60. Qeyd edilən qaydada xaricdə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Kollegiya, həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır.
61. Belə olan halda məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
62. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.
63. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Təhsildə X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddiaçı İbrahimova Vüsalə Elməddin qızının cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “diplomunun ekvivalentliyinin müəyyən edilməsi və tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.