Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-104/2026 08.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “barəsində müvafiq müharibə əlilliyinin müəyyən edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: O, ## ###### 1998-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. 2017-ci ilin oktyabr ayında hərbi xidmətə yollanmış, 2019-cu ilin aprel ayında hərbi xidmətdən təxris olunmuşdur. ## ######## 2020-ci ildə SHXÇDX-nın Ağdaş rayon şöbəsi tərəfindən hərbi təlimlərə cəlb edilmişdir. Daha sonra 2020-ci ilin sentyabr ayının 27-si başlayan 44 günlük Vətən Müharibəsində torpaqların düşmən işğalından azad edilməsi üçün hərbi təlimlərdən birbaşa hərbi əməliyyatalara qoşulmuş və N nömrəli hərbi hissənin tərkibində torpaqların düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərə qoşulmuşdur. Cəbhənin Ağdərə- Talış-Suqovuşan istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüşlərin gedişində # ####### 2020-ci ildə Ağ uçuq istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində ''Sol boyun nahiyyəsinin qəlpə yaralanması” xəsarətini almışdır. # ####### 2020-ci ildən # ####### 2020-ci ilə kimi Göyçay RMX-da “Sol boyun nahiyyəsinin qəlpə yaralanması” diaqnozu ilə stasionar müalicədə olmuş, # ####### 2020-ci ildə isə xidmət etdiyi hərbi hissənin tibb məntəqəsinə köçürülmüşdür. # ###### 2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2020-ci il tarixli, **** nömrəli sərəncamı ilə “Cəsur döyüşçü”, ## #### 2021-ci il tarixli, **** nömrəli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ##### 2022-ci ıl tarixli, ***s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Hərbi xidmətdən təxris edildikdən sonra səhhətində olan problemlər səbəbli ilk olaraq Ağcəbədi RMX-ya müraciət etmiş, ## ###### 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixə kimi ambulator, ## ###### 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixə kimi isə kəllə beyin travması, baş beyin qapalı kəllə beyin travması diaqnozu ilə stasionar qaydada müayinə və müalicə olunmuşdur. Daha sonra ##.##.2020-##.##.2020-ci il tarixədək Göyçay RMX-da, ##.##.2022- ##.##.2022- SN Respublika Psixiatriya Xəstəxanasında, ##.##.2022-##.##.2022-ci il tarixədək Mingəçevir ŞMX-da, ##.##.2022-##.##.2022, ##.##.2024-##.##.2024, ##.##.2024-##.##.2024, ##.##.2024-##.##.2024-SN Respubblika Psixiatriya Xəstəxanasında, ##.##.2024-MN MHP-da müayinə və müalicədə olmuşdur. Həmin vaxtdan sonra ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin professoru Fuad İsmayılov tərəfindən “fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalarla F62.0” diaqnozu təyin edilmişdir. Daha sonra o, müvafiq əlillik təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, ancaq cavabdeh orqan tərəfindən müayinə zamanı onun barəsində “diaqnozun öz təsdiqini tapmaması”, “diaqnozun təsdiqlənməməsi” barədə qərar qəbul edilmişdir. Halbuki həmin vaxt ona qoyulan diaqnozda, “fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalarla” olmuşdur. Bu səbəbdən də ona müvafiq əlillik təyin edilməsindən imtina barədə qərar qəbul edilmişdir. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin verdiyi həmin imtinanı tamamilə qanunsuz və əsassız hesab edir. Həmçinin, onun xəstəlik haqqında ## ###### 2024-cü ildə verilmiş ***** nömrəli şəhadətnaməsində belə göstərilmişdir ki, “##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağ uçuq istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Sol boyun nahiyəsinin qəlpə yaralanması” xəsarətini almışdır (əsas: N nömrəli hərbi hissənin təqdim etdiyi ##.##.2020-ci il tarixli **** nömrəli travma haqqında arayışı). ##.##.2020-##.##.2020-ci il tarixədək Göyçay RMX-da “Sol boyun nahiyəsinin qəlpə yaralanması” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: çıxarış epikrizi). ##.##.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Şikayətləri davam etdiyi üçün ixtisaslı müayinə və müalicə məqsədi ilə ##.##.2022-ci il tarixdə SN Respublika Psixiatriya Xəstəxanasına göndərilmiş, ##.##.2022-##.##.2022-ci il tarixədək "Posttravmatik stress pozuntusu" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: ****/** nömrəli çıxarış epikrizi). ##.##.2022-ci il tarixdə MN MHP-da şəhadətləndirilərək "Xəstəliklər cədvəli"nin 17b maddəsinin II qrafasına əsasən, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır" qərarı verilmişdir (əsas: **** nömrəli xəstəlik haqqında şəhadətnamə). ##.##.2020-##.##.2020-ci il tarixədək Göyçay RMX-da, ##.##.2022-##.##.2022-SN Respublika Psixiatriya Xəstəxanasında, ##.##.2022-##.##.2022-ci il tarixədək Mingəçevir ŞMX-da, ##.##.2022- ##.##.2022, ##.##.2024-##.##.2024, ##.##.2024-##.##.2024, ##.##.2024-##.##.2024-SN Respublika Psixiatriya Xəstəxanasında, ##.##.2024-MN MHP-da müayinə və müalicədə olmuşdur. ##.##.2022-##.##.2022-ci il tarixədək Mingəçevir ŞMX-da “Ümumi generalizə olunmuş epilepsiya, təkrarlanan qıcolma tutmaları ilə” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: ******/**** nömrəli çıxarış epikrizi). ##.##.2022-ci il tarixdə “Psixi Sağlamlıq Mərkəzində direktor müavini, t.f.ü.d Gülnarə Musabəyova tərəfiindən “Posttravmatik stress pozuntusu F 43.1 Dissosiativ-konversion pozuntu F 44.7" diaqnozu təyin olunmuşdur (əsas: ***** nömrəli rəy). ##.##.2022-##.##.2022-ci il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında “Posttravmatik stress pozuntusu. Anamnezində epilepsiya tutmaları” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: *****/** nömrəli çıxarış epikrizi). ##.##.2023-cü il tarixədək Ağdaş RMX-da “Posttravmatik ensefalopatiya. Stressə qarşı kəskin reaksiya. Boyun nahiyəsinin qəlpə yaralanmasından sonrakı vəziyyət" diaqnozu ilə müalicədə olmuşdur (əsas: ****** nömrəli çıxarış epikrizi). ##.##.2024-##.##.2024-cü il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında “Fəlakət (II Qarabağ müharibəsi keçirdikdən sonra) davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalara” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: ****/** nömrəli çıxarış epikrizi). ##.##.2024-cü il tarixdə Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı Tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub:” Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalara." diaqnozu təyin olunmuşdur (əsas: **** nömrəli rəy). ##.##.2024-##.##.2024-cü il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında “Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalara" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas ****/** nömrəli çıxarış epikrizi). ##.##.2024- ##.##.2024-cü il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında “Fəlakət (U Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalara" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: *****/** nömrəli çıxarış epikrizi). ##.##.2024-##.##.2024-cü il tarixədək SN Respublika Psixiatriya Xəstəxanasında “Fəlakət (II Qarabağ müharibəsi keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalara" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: *****/** nömrəli çıxarış epikrizi). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir MN BKH-nın baş psixiatrı ilə konsultasiya olunmuşdur. MN BKH-nın baş nevroloqu və baş psixiatrı ilə konsultasiya olunmuşdur.” Həmin şəhadətnamədə Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı olaraq göstərilmişdir ki, “DİAQNOZ:’T 90.5, G 90, G 93 Partlayış travması (##.##.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya. F 07.0 Fəlakət (müharibə) keçirdikdən sonrakı depressiv daxilolmalar, funksional tutmalarla müşayiət olunan şəxsiyyətin ağır dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi . Y 36.2 Sol boyun nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı”. “HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR”.
3. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinin sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Mingəçevir PND-nin ## ###### 2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalarla. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Ağdaş rayon sakini ##.##.1998-ci il təvəllüdlü İddiaçı (FİN:*******) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli ***** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (##.##.2020) keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya. Fəlakət (müharibə) keçirdikdən sonrakı depressiv daxilolmalar, funksional tutmalarla müşayiət olunan şəxsiyyətin ağır dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Sol boyun nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Zəif qidalanma BÇİ-18.0. Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2022- ##.##.2022-ci il tarixli ****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ ##.##.2022-ci il tarixli ***** nömrəli Tibbi rəyində diaqnoz “Posttravmatik stress pozuntusu. Dissosiativkonversion pozuntu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2022-##.##.2022-ci il tarixli *****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Posttravmatik stress pozuntusu. Anamnezində epileptiform tutmalar” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalarla” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başında ağrılar, əsəbilik, özündən getməsindən şikayətlənmişdir. Dərman adlarını sadalaya bilməmişdir. Zahirən səliqəli, düşüncəsi aydın olmuşdur. Bələdliyi qorunmuşdur. İnstrumental müayinə nəticələri şikayətlərini təsdiqləməmişdir. Özünə və ətrafa xəsarəti olmamışdır. Heç bir xəstəlik əlamətləri təqdim edə bilməmişdir. Patoloji affekt izlənilməmişdir. Emosional stabil olmuşdur. Yaddaşı qorunmuşdur. Zehni inkişaf səviyyəsi yaşına, həyat tərzinə uyğun olmuşdur. Heç bir psixi xəstəlik əlamətləri müşahidə edilməmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Müharibə fəlakəti ilə bilavasitə əlaqəsi olmayan psixi vəziyyət” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Hesab edirik ki, birinci instansiya məhkəməsi etirazda qeyd edilən halları nəzərə almalı və iddianı təmin etməməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati Məhkəməsinin (hakim X2) ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
6. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
7. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARI
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsini ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
10. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
12. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli, **-* nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa;
14. Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası”.
1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, 187 №li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
18. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü bəndində Orqanizmin funksiyalarının pozulması faizləri əks edilmişdir. Qeyd edilmişdir ki, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən Meyarlarda orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10 kodları ilə yanaşı, orqanizmin funksiyalarının pozulmasının faizlərlə göstərilməli olduğu qeyd edilmişdir.
22. İş materiallarında olan ##.##.2024-cü il tarixli ***** nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, Diaqnoz “T90.5, G90, G93 Partlayış travması (##.##.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya. F07.0 Fəlakət (müharibə) keçirdikdən sonrakı depressiv daxilolmalar, funksional tutmalarla müşayiət olunan şəxsiyyətin ağır dərəcədə ifadə olnmuş davamlı dəyişikliyi . Y36.2 Sol boyun nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı”. “HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANIALINMIŞDIR”. DİAQNOZ: “E46 Zəif qidalanma BÇİ 18.0. H52.2 Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla”. Ümumi xəstəlikdir səbəbli əlaqəsi ilə təsdiq olunmuşdur.
23. “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin ##.##.2024-cü il tarixli **** nömrəli Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il ***/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz; Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dayişikliyi, depressiv daxilolmalar, funkslonalk tutmalarla F 62.0.
24. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi”-nin ekspertlərinə həvalə edilmişdir.
25. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi”-nin ##.##.2025-ci il tarixli məktubu və ona əlavə olunmuş **** nömrəli ekspert rəyindən görünür ki, Motivləşdirici hissə: Yoxlanılan şəxs İddiaçı hal-hazırda Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10cu baxışında kodu F62.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular (anamenestik məlumatlara görə könüllü olaraq II Qarabağ müharibəsində iştirak etdiyi zaman gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində dalğası zərbəsi və qəlpə yaraları alması, aldığı travma ilə əlaqədar psixiatrik xəstəxanada bir neçə dəfə və MN BKH-nin psixiatriya bölməsində müalicələrdə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən ##.##.2024-cü il tarixdə (Psixi Sağlamlıq Mərkəzinin direktoru professor Fuad İsmayılovun iştirakı ilə) müayinə olunaraq onda “Fəlakət” ll Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalarla” diaqnozunun müəyyən edilməsi, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, aldığı müalicələrə baxmayaraq psixi vəziyyətində yaxşılaşma olmamasını bildirməsi, onda əsəbilik/daxili gərginlik, qıcıqlara dözümsüzlük, yuxusuzluq, yaddaş zəifliyi, ətraflarında qıcolmaların olması, yuxuda müharibənin qorxulu səhnələrini görüb yuxudan yarımçıq diksinib oyanmasını bildirməsi, aparılan söhbət gedişatında tez yorulması, astenizasiya olunması, onda əhvalruhiyyənin aşkar enməsi və s.) sübut edir. Yekun hissə: İnzibati iş materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakıları bildirir: 1-ci sual: İddiaçı İddiaçı qoyulmuş “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Fəlakət (II Qarabağ müharibəsindən sonra) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksional tutmalarla” və əyani müayinəsi zamanı diaqnozda qeyd edilmiş xəstəliklər aşkar edilirmi? 2-ci sual: İddiaçıya qoyulmuş diaqnoz düzgün deyilsə onun hazırki sağlamlıq vəziyyətinə uyğun müəyyən edilən diaqnoz nədir? 1-ci və 2-ci suallara cavab: İddiaçı halhazırda Fəlakət (II Qarabağ müharibəsindən sonra) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, funksionlar tutmalarla (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir.
26. Mingəçevir Şəhər Psixo-Nevroloji Dispanserinin ##.##.2025-ci il tarixli *** nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı “Əlilliyin müəyyən olunması Meyarları"nın 7.5.1.1 bəndi uyğun gəlir: 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 2. İnsan orqanizminin funksiyalarının itirilmə faizi 35-60 % (2 il müddətinə).
27. Hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər.
29. F62.0 kodu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları (7) olaraq 7.7-ci bənddə (Spesifik şəxsiyyət pozuntuları) nəzərdə tutulmuşdur. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.7-ci bənddə qiymətləndirmə üçün iki hal fərqləndirilmişdir. 7.7.1.1-ci bəndə münasibətdə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35-60 % (fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski), 7.7.1.2-ci bəndə isə münasibətdə isə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80 % (bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması) müəyyən edilmişdir.
30. Bununla bağlı olaraq birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya qoyulmuş diaqnoz və barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatları nəzərə alınmaqla onun sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.7.1.1-ci bəndi əsasında qiymətləndirilməlidir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) müəyyən edilmişdir.
32. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə icraatında sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində Mingəçevir şəhər Psixo-Nevroloji Dispanserinin ##.##.2024-cü il tarixli göndərişində göstərilən xəstəlik xüsusatlarını təkzib edəcək heç bir tutarlı sübut və ya arqumet gətirilməmişdir.
33. Belə ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində iddiaçının əlillik vəziyyətinin Mingəçevir şəhər Psixo-Nevroloji Dispanserinin göndərişi əsasında qiymətləndirildiyini bildirmişdir.
34. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətini əsaslandırmaq üzrə təqdim etdiyi dəlil (diaqnozun öz təsdiqini tapmaması) formal mülahizələrə söykənən haldır. Daha dəqiq desək, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bölməsində 7.7.1-ci maddəsinin (bənd 7.7.1.1) F-62.0 XBT kodu altında nəzərdə tutulur.
35. Odur ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq iddiaçıya müvafiq əlillik təyinatından imtina etmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi (orqanizmin funksiyalarının 35 – 60 % pozulması ilə) müəyyən edilməlidir.
36. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur.
37. Diskresion səlahiyyətlər məsələsinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın sərbəst qərarvermə hüququ mütləq xarakter daşımır. İPM-in 74-cü maddəsinə və “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinə əsasən, diskresion səlahiyyətlər qanunla müəyyən edilmiş hədlər daxilində və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməlidir. Fiziki şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəlmiş qərarlar qanunsuz hesab olunur.
38. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
39. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli ***** nömrəli “Xəstəlik haqqında” Şəhadətnamədə iddiaçıya qoyulmuş “T90.5, G90, G93 Partlayış travması (##.##.2020) keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya. F07.0 Fəlakət (müharibə) keçirdikdən sonrakı depressiv daxilolmalar, funksional tutmalarla müşayiət olunan şəxsiyyətin ağır dərəcədə ifadə olnmuş davamlı dəyişikliyi . Y36.2 Sol boyun nahiyəsinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
40. Kollegiya belə qənaətə gəlir ki, əlilliyin təyin olunması şərtləri qanunvericiliklə (müvafiq meyarlar əsasında) müəyyən edildiyi halda, cavabdeh orqanın bu şərtlərin mövcudluğunu göstərən obyektiv tibbi məlumatlara baxmayaraq imtina etməsi, onun diskresion səlahiyyətinin hüdudlarını aşması deməkdir. Əgər diaqnoz qanunla müəyyən edilmiş meyarlara uyğundursa, əlilliyin təyin edilməsi artıq inzibati orqanın mütləq (məcburi) öhdəliyidir. İddiaçıya əvvəlki dövrlərdə də məhz eyni diaqnozla əlilliyin təyin edilmiş olması faktı da cavabdehin sonrakı imtinasının qanunauyğunluğuna ciddi şübhələr yaradır. Bütün bu faktiki və hüquqi hallar nəzərə alınaraq, cavabdeh orqanın imtina qərarının əsassız olması müəyyən olunur.
41. Odur ki, işin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının əlilik səbəbini Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.5.2.1 yəni Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müəyyən etməkdə və iddiaçıya ##.##.2024-cü il tarixdən 2 il müddətinə OFP-nın İ dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul etməkdə haqlı olmuşdur.
42. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDI:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.