Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-110/2026 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi, həmçinin vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “Balakən rayonu Kortala Bələdiyyəsi tərəfindən ##.##.2007-ci il tarixli ** saylı iclas protokoluna əsasən iddiaçıya satılmış 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Iddiaçı Balakən rayonu Kortala Bələdiyyəsi tərəfindən ##.##.2007-ci il tarixli ** saylı iclas protokoluna əsasən ona satılmış 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
2. Imtina onunla əsaslandırılmışdır ki, ərizəçi qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd (“Torpaqların alqı-satqısına dair Akt”) sənədi ərizəsinə əlavə etməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlər qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığından, həmin sənədlər əsasında qeydiyyatın aparılması mümkün olmamışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. Iddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Kortala Bələdiyyəsi tərəfindən ##.##.2007-ci il tarixli ** saylı iclas protokoluna əsasən iddiaçıya satılmış 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Balakən rayonu Kortala Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh ** saylı Zaqatala ərazi idarəsi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi ilə əvəz edilmişdir.
6. Iddia ərizəsinin əsaslarına görə, iddiaçı 2007-ci ildə ev tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması məqsədi ilə Balakən rayonu, Kortala Bələdiyyəsinə ərizə ilə müraciət etmiş, Kortala Bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı iclas protokoluna əsasən ev tikmək məqsədi ilə 0.12 hatorpaq sahəsinin verilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, torpaqların alqı-satqısı haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli 534 fərmanına, Azərbaycan Respublikası Prezidentinin ## #### 2002-ci il tarixli fərmanına bələdiyyə torpaqlarının ayrılması və razılaşdırılması qaydaları haqqında əsasnaməyə uyğun olaraq, Kortala kənd sakini İddiaçı bələdiyyə mülkiyyətinə aid olan kəndin perspektiv inkişafı üçün saxlanmış "Xurçu 2" adlı ərazidən 0.12 ha torpaq sahəsi həyətyanı üçün verilməsi nəzərdə tutulsun və Balakən rayon Tikinti və Memarlıq şöbəsinin, DTXK-nin rayon şöbəsinin rəyləri alındıqdan sonra iddiaçıya həyətyanı sahənin ölçülüb göstərilməsinə köməklik edilsin. Həmin 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət sənədinin qeydiyyata alınması ilə bağlı ** saylı Zaqatala Ərazi Idarəsinə müraciət etmiş,cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh isə qeydiyyat aparmaqdan imtinasını bələdiyyə qərarının, torpaq sahəsinin planı və ölçüsünün, DTXK və bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktının və aktın qeydiyyat kitabında qeydiyyatının olmaması ilə əsaslandırmışdır.
7. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçı İddiaçı Balakən rayonu Kortala bələdiyyəsi tərəfindən ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədilə ** saylı Zaqatala Ərazi Idarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizəçi qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd (“Torpaqların alqısatqısına dair Akt”) sənədi ərizəsinə əlavə etməmişdir. Buna görə də, onun ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə ərizəçiyə ##.##.2024-cü il tarixli, 3-21-3- 47/2-H-0007-8/2024 (************) nömrəli məktub ünvanlanmışdır.
8. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Balakən rayonu Kortala Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı iclas protokolundan çıxarış qərarı ilə kənd ərazisində 0,12 ha torpaq sahəsinin ayrıldığını iddia edir və hesab edir ki, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh isə qeydiyyat aparmaqdan imtinasını torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsi ilə əsaslandırır. Məhkəmə araşdırması zamanı Balakən rayonu Kortala Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarının qəbul edildiyi iclas protokolunun əldə olunması üçün araşdırılma aparılmışdır. Balakən rayonu Dövlət arxivinin ##.##.2025-ci il tarixli məktubuna əsasən sözügedən iclas protokolunun surəti məhkəməyə təqdim olunmuşdur. Həmin iclas protokolu nəzərdən keçirilmiş, protokolda İddiaçı adı aşkar edilməmiş, ona torpaq ayrılması faktı müəyyən edilməmişdir. Göründüyü kimi iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən etibarlı sənəd mövcud deyildir. Belə ki, şəxs torpaq sahəsinin ayrılması barədə ərizə ilə bələdiyyəyə müraciət etdikdən sonra bələdiyyə torpaq sahəsinə yerində baxış keçirir, torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir, şəxsin müraciətindən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir, zəruri sənədləri həmin orqandan aldıqdan sonra isə torpaq sahəsinin dəyəri ödənildiyi halda, torpağın mülkiyyətə verilməsi barədə qərar qəbul edir. Yalnız bundan sonra sahənin sərhədləri naturada müəyyən edilir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsinin satılması ilə bağlı ziddiyyətli məqamlar vardır. Belə ki, iddiaçıya Balakən rayonu Kortala Bələdiyyəsinin ##.##.2007-ci il tarixli * saylı iclas protokolunun qərarı ilə torpaq sahəsinin ayrıldığı göstərilməsinə baxmayaraq həmin protokolda iddiaçının adı olmamış, protokola əsasən ona torpaq satılması müəyyən edilməmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş Balakən rayonu Kortala Bələdiyyəsinin ##.##.2007- ci il tarixli iclas protokolundan çıxarış özlüyündə etibarsız inzibati aktdır. Belə ki,qanunvericiliyin tələbinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Hazırkı iddia tələbinə əsasən iddia olunan torpaq sahəsi bələdiyyənin,yəni kollegial orqanın qərarı ilə deyil,bələdiyyə sədrinin fərdi olaraq səlahiyyəti olmadan qəbul etdiyi akt əsasında ayrılmışdır. Kollegiallıq prinsipinə uyğun olaraq bələdiyyələr kollegial orqan kimi fəaliyyət göstərir və onların qərarları bələdiyyə üzvlərinin iştirakı ilə ümumi iclaslarda qəbul olunur.Torpaq və əmlakın satışı ilə bağlı məsələlər kollegial iclaslarda müzakirə edilərək qərar qəbul edilməlidir.Bələdiyyə sədrinin səlahiyyətləri yalnız icraedici funksiyaları yerinə yetirmək və kollegial qərarların icrasını təşkil etməkdən ibarətdir.Sədr yalnız kollegial orqanın (bələdiyyə üzvlərinin) qəbul etdiyi qərar əsasında sərəncam imzalaya bilər. Kollegiallıq prinsipi inzibati qərarların qanunvericilikdə nəzərdə tutulmuş hallarda kollegial orqan tərəfindən, yəni bir neçə üzvdən ibarət qurumun birgə müzakirəsi və səsverməsi yolu ilə qəbul edilməsini tələb edən əsas prinsiplərdən biridir. Bu prinsip qərarların daha obyektiv, əsaslandırılmış və şəffaf qəbul edilməsinə xidmət edir.
10. Iddiaçının nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış, maddi hüquq normaları sadalanmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının məkəməyə təqdim etdiyi sənədlərdə torpağın ona satıldığı, bununla bağlı digər zəruri sənədlərin təqdim edildiyi və ödəniş qəbzləri öz əksini tapmışdır. Belə ki, dövlət arxivinə protokolların təqdim edilməsi iddiaçının səlahiyyətində olan məsələ deyildir. Qeyd edilən sənədlər bələdiyyə tərəfindən dövlət arxivinə təhvil verilməli idi. “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Işin faktiki hallarını nəzərə alaraq hesab edirlər ki, Balakən rayonu Kortala bələdiyyəsinin ##.##.2007-ci il tarixli, *** saylı sərəncamı ilə qeyd olunan 0,12 ha torpaq sahəsinin iddiaçı tərəfindən uzun illər istifadə edilməsi əsas verir ki, sözügedən həyətyanı torpaq sahəsi DƏDR-də qeydə alınmalı, texniki pasport və reyestr çıxarışının verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
16. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.
17. "Bələdiyyə statusu haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 16.6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. Iclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur.
18. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Iddiaçının nümayəndəsi onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Işin hallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı – Balakən rayonu Kortala Bələdiyyəsi tərəfindən ##.##.2007-ci il tarixli ** saylı iclas protokoluna əsasən ona satıldığını iddia etdiyi 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır.
24. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə əsasən, bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir və həmin qərarlar bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur. “Bələdiyyələrin statusu haqqında” Qanuna görə də bələdiyyə seçilmiş üzvlərdən ibarət nümayəndəli kollegial orqandır və bələdiyyə iclaslarında baxılan məsələlərə dair qərarlar üzvlərin səs çoxluğu ilə qəbul edilir.
25. Iddiaçı tərəfindən təqdim edilən Balakən rayonu Kortala bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı sərəncamı və iclas protokolundan çıxarış isə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas hesab edilə bilməz. Belə ki, həmin sənədə Balakən rayonu Kortala bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı iclas protokolundan çıxarış kimi hüquqi qiymət verildiyi halda nəzərə alınmalıdır ki, “iclas protokolundan çıxarış” istinad olunan iclas protokolunda müraciət edən subyektə müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı məlumatların mövcudluğunu təsdiq edən sənəddir.
26. Ilkin iclas protokolunda torpaq sahəsinin ayrılması ilə bağlı qeyd yoxdursa, “iclas protokolundan çıxarış” ayrılıqda hər hansı hüquqi qüvvəyə malik deyildir. Məhkəmə tərəfindən Balakən rayonu Kortala bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı protokolunun məzmunu bütövlükdə tədqiq edilmiş və müəyyən edilmişdir ki, sözügedən iclasda iddiaçıya torpaq sahəsinin ayrılması qərara alınmamışdır (iclasın gündəliyində də, belə bir məsələ olmamışdır). Halbuki, torpaq sahəsinin ayrılması məsələsinə bələdiyyə iclasında baxılmalı və həmin məsələyə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərar qəbul edilməlidir. Müvafiq iclas protokolunda torpaq sahəsinin ayrılması məsələsi öz əksini tapmadığı halda, bələdiyyə sədrinin ayrıca qərar verməklə torpaq sahəsini satmaq (o cümlədən, hazırkı iddiaçıya) səlahiyyəti yoxdur. Odur ki, iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılması (satılması) barədə hüquqmüəyyənedici sənədin mövcudluğu iş üzrə müəyyən olunmur və Balakən rayonu Kortala bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı sərəncamı “Inzibati icraat haqqında” Qanunun 65.1.3-cü maddəsinin tələbi baxımından etibarsız inzibati akt olmaqla, heç bir hüquqi nəticə yaratmır.
27. Apellyasiya şikayətində qeyd edilmiş etimad hüququna münasibətdə məhkəmə kollegiyası bildirir ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati aktlara münasibətdə tətbiq edilən anlayışdır. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən təqdim edilən inzibati aktın mötəbərliyi müəyyən edilmədiyindən etimad hüququ ilə bağlı müddəalar tətbiq edilə bilməz.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının nümayəndəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.