Məhkəmə qərarları › İş №2-1(3-10)-118/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-118/2026

01.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad İş № 2-1(3-10)-118/2026 01.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Qərardad Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı Mingəçevir-Tikinti MMC-nin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı "Baş Prokurorluğun depozit hesabında olan 10000.00 manat vəsaitin vergi orqanına köçürülməsinin və hesablanmış faiz borcunun ləğv olunması" tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iş üzrə iddiaçı Mingəçevir-Tikinti MMC tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı Mingəçevir-Tikinti MMC cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək "Baş Prokurorluğun depozit hesabında olan 10000.00 manat vəsaitin vergi orqanına köçürülməsini və hesablanmış faiz borcunun ləğv olunması" barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - ##.##.2020-ci il tarixində elektron qaimə əsasında xxxx MMC (VÖEN:1006034041) malmaterial alınmış və istehsalatda istifadə olunmuşdur. Vergi orqanı tərəfindən malsatan təşkilat riskli vergi ödəyicisi hesab olunmuş və təşkilata əlavə olaraq alınmış mal-materiala görə ƏDV hesablanaraq tələb olunur. Qeyd edir ki, bu malmaterialı alarkən həmin təşkilatın riskli statusda olması barədə hər hansı rəsmi məlumat alınmamış və sənədləşdirmə qanuni, şəffaf şəkildə aparılmışdır. ** saylı ƏVBI-si 2023-cü ilin may ayından xxxx MMC ilə aparılmış əməliyyata görə 9302.22 manat vergi hesablamışdır. Səbəb təşkilatın riskli vergi ödəyicisi olmasıdır. ** saylı ƏVBI-si ödənilməmiş borc məbləğinə görə idarəni Şəki Kommersiya Məhkəməsinə verərək rəhbərin ölkədən getmək hüququnu müvəqqəti olaraq məhdudlaşdırılmasını və əlavə hesablanmış vergi borcunun ödənilməsi barəsində iddia qaldırmışdır. Şəki Kommersiya Məhkəməsi ödəyicinin lehinə qərar çıxardığı üçün ** saylı ƏVBI-si yenidən Şəki Apellyasiya Məhkəməsinə müraciət edərək ərizənin təmin olunmasını tələb etmişdir. Şəki Apellyasiya Məhkəməsi vergi orqanının lehinə qərar çıxararaq Şəki Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-(***)-***/**** saylı qətnaməsini ləğv etmiş və təşkilatın rəhbərinin X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ##.##.2025-ci il tarixli *- */(***)-**/**** saylı qətnamə qəbul etmişdir. “xxxx” MMC riskli vergi ödəyicisi olduğu üçün cinayət məsuliyyətinə cəlb olunmuşdur. Həmin əlavə hesablanmış vəsait 9302.22 manat əvəzinə 10000.00 manat məbləğində ##.##.2024-cü il tarixində tərəflərindən Baş Prokurorluğunun depozit hesabına ödənilmişdir. Lakin Baş Prokurorluğun depozit hesabına köçürülmüş vəsait idarənin şəxsi hesab vərəqəsinə işlənməmişdir. Çünki, depozit hesabdan verginin hesabına köçürülməmişdir.

3. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Iddiaçının iddiası əsasız iddia olmaqla yanaşı iddia tələbindən də göründüyü kimi iş üzrə cavabdeh düzgün seçilməmişdir. Belə ki, aparılmış araşdırma zamanı İddiaçı MMC-nin ##.##.2020-ci il tarixli EBAP seriyalı ****** nömrəli elektron qaimə-faktura əsasında aldığı malları təqdim edən “xxxx” MMC-nin (VÖEN:1006034041) aldığı malların tərkibində mövcud olmadığı və tərəflər arasında faktiki olaraq əmtəəsiz əməliyyatın apardığı müəyyən edilmişdir. Belə ki, ##.##.2020-ci il tarixli EBAP seriyalı ****** nömrəli elektron qaimə-fakturada İddiaçı MMC-nin “xxxx” MMC-dən qaynaq aparatı, preferator, laqonda, araba, qum, metal tor, işıqlanma lampası, kabel, xırda fraksiyalı çınqıl, metal boru, polietilen truba, qum-çınqıl qarışığı, polad işıqlanma dirəyi, üç rəngli işıqlanma, avtomat açar, on barmaqlı su tacı, vintel, ştusser, elektrik mühərrikli nasos, basketbol meydançası üçün avadanlıqlar, voleybol meydançası üçün avadanlıqlar, həndbol meydançası üçün avadanlıqlar, süni ot örtüyü, mişar daşı, soldatniklər, aqlay karniz, üzlük daş plitə borduyor aldığı qeyd olunsa da, “xxxx” MMC-nin həmin məhsulları özünün istehsal etmədiyi, həmçinin satın almadığı müəyyən edilmişdir. Beləlilklə də, tərəflər arasında əmtəəsiz əməliyyatın aparıldığı müəyyən edilmişdir. Vergi ödəyicisi bunun əksini sübut edən hər hansı dəlil təqdim etməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən: 13.2.82-ci riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 130.1. vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.1-1. Iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; ... 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.1-ci maddəsinə əsasən Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi ödəyicisi kimi uçotda olan şəxslərdən, o cümlədən istehsalçılardan satın aldıqları mallar aşağıdakı qaydada sənədləşdirilir: 3.1.1. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) Internet Vergi Idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür; 3.1.2. topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin Internet Vergi Idarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. 3.2. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “Malların alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FIN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri – maliyyə təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarına əsasən yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci maddəsinə görə bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan vergi ödəyicisi, 2.1.2-ci maddəsinə görə isə aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə həmin vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin meyarların 3.1.2-ci maddəsinə görə vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyatlar hesab edilir. Işin faktiki hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2020-ci il tarixli **************** nömrəli qərarda həmin qərarın qəbul edilməsinə səbəb olan qanunvericilik normaları göstərilmiş, həmçinin “xxxx" MMC ilə İddiaçı MMC arasında ##.##.2020-ci il tarixli EBAP seriyalı ****** nömrəli elektron qaimə-faktura ilə təqdim olunduğu göstəriləm mallara münasibətdə əmtəəsiz əməliyyatlar aparıldığı öz təsdiqini tapmışdır. “xxxx" MMC tərəfindən barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2020-ci il tarixli **************** nömrəli qərardan şikayət verilməmişdir. Analoji mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2023-cü il tarixli qərarında da göstərilmişdir. Belə ki, həmin qərarın 42-ci abzasında göstərilmişdir ki, “Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi “xxxx” MMCnin riskli vergi ödəyicisi hesab edilməsi barədə ##.##.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” “xxxx" MMC-nin əslində yalan əqd bağlamaqla pul nağdlaşdırma və vergidən yayınma sxemlərində iştirak üçün təsis edilmiş müəssisə olduğunu sübut edən məqamlardan biri də budur ki, həmin cəmiyyətin elektron qaydada dövlət qeydiyyatına alındığı zaman təsisçisinin və rəhbərinin X4 olduğu, onun müstəqil şəkildə, həmçinin başqa şəxslərlə birlikdə ölkə rəhbərliyinə və dövlət orqanlarına etdikləri müraciətlərində X7 adlı şəxs tərəfindən onlarla başqa şəxslər də daxil olmaqla aldadılaraq müəssisələrin təsis olunduğu, həmin müəssisələrin vergidən yayınması barədə bir neçə müraciətlərinin olduğu müəyyən edilmişdir. “xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə əsasən hazırda 28771.90 manat borcu mövcuddur. X4 aldadılaraq adına açıldığını göstərdiyi müəssisələrdən "xxxx" MMC və "RECENT PLUS" ləğv edilmiş, “xxxx" MMC-nin nizamnamə kapitalındakı iştirakçı payı isə ##.##.2021-ci il tarixli notarial alqı-satqı müqaviləsi ilə X2. Bundan başqa “xxxx" MMC ##.##.2020-ci il tarixdə vergi ödəyicisi X8 (VÖEN: 1002727022) icarəyə götürərək “Anbar” adlı təsərrüfat subyektini vergi orqanında uçota qoymuş, ##.##.2020-ci il tarixdə isə X8 “xxxx" MMC-nin ondan icarəyə götürdüyü obyekti ləğv etmədən tərk etdiyi barədə vergi orqanına müraciət ediyi müəyyən edilmişdir. Obyektə yerində baxış keçirilən zaman həqiqətən həmin obyektdə “xxxx" MMC-yə aid malın olmadığı və orada hər hansı fəaliyyətinin olmaması müəyyən edilərək aktlaşdırılmışdır. Göründüyü kimi İddiaçı MMC “xxxx" MMC ilə əmtəəsiz əməliyyat aparmış və bu səbəbdən də iddiaçı tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## #### 2023-cü il tarixli **************** nömrəli qərar Vergi Məcəlləsinin 163.1.1-ci, 163.2.2ci və 175.11-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işi üzrə iddiaçı tərəfindən Baş Prokurorluğun depozit hesabına ödənilmiş 10000,0 manat məbləğ istintaq orqanının qəbul etdiyi qərar əsasında yerli xəzinadarlıq orqanına ötürüldükdən sonra vergi orqanı tərəfindən həmin məbləğin dövlət büdcəsinə köçürülməsi mümkündür ki, hazırkı halda sözügedən məbləğin yerli xəzinadarlıq orqanına köçürülmədən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsi mümkünsüzdür. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər Baş Idarələrinin 3.0.34-cü bəndinə əsasən X19 daxil olmuş elektron reyestr üzrə vergi, sığorta haqları və digər daxilolmaların vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə işlənilməsini təmin etmək Baş idarənin vəzifələrinə aid edilmişdir. Odur ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaq olunan cinayət işi üzrə istintaq orqanının depozit hesabına ödənilmiş məbləğin yerli xəzinadarlıq orqanına köçürülməsinə dair sorğu edilməsi vergi orqanının səlahiyyətlərindən kənara çıxdığından və yerli xəzinadarlıq orqanına daxil olmamış məbləğin vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsini mümkünsüz edir. Qeyd olunanlardan da göründüyü kimi iddiaçı cavabdeh vergi orqanını əsl cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu ilə əvəz etməli iddiası uğurlu alınacağı təqdirdə zatən vergi orqanı Əsasnamə ilə müəyyən olunan vəzifələrindən irəli gələrək yerli xəzinadarlıq orqanına daxil olmuş məbləğin İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənilməsini təmin edəcəkdir. Azərbaycan Respublikası IPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki Inzibati Məhkəməsinin (hakim X5) ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. Iddiaçı Mingəçevir-Tikinti MMC həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Baş Prokurorluğun depozit hesabına ödənilən 10000.00 manat ƏDV vəsaiti əlavə hesablanmış vergiyə aid edilməməsi illərdir ki, fəaliyyəti olmayan təşkilatı maddi çətinliklərlə üzləşdirir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRIN IZAHATLARI

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayədəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir.

9. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının IPM və ya IPM) 62.3-cü mаddəsi).

TƏTBIQ EDILƏN HÜQUQ

10. Inzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

11. Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən IPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə IPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.1. Iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. Iddia ərizəsi IPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. IPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6. Iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ

12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ##### 2015-ci il tarixli “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. Iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin, başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur.

17. Iş materiallarında olan Azərbaycan Respublikasının Baş X16 Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Baş Prokurorluğun Istintaq Idarəsində müxtəlif məhdud məsuliyyətli cəmiyyətlər təsis edilməklə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması və digər faktlar üzrə Azərbaycan Respublikası CM-nin 179.3.2, 193.2.2, 213.2.2 308.2 və 313-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı MMC (VÖEN **********) tərəfindən “xxxx” MMC (VÖEN 1006034041) ilə həyata keçirilmiş maliyyə əməliyyatları üzrə vergi öhdəliklərinin icrası ilə əlaqədar 10.000 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ##.##.2004-cü il tarixli qərarla Baş Prokurorluğun depozit hesabına keçirilmişdir. Iş üzrə ibtidai istintaq davam etdiyindən istintaqın hazırki mərhələsində qeyd edilən vəsaitin dövlət büdcəsinə köçürülməsi ilə bağlı qərar qəbul edilməmişdir.

18. Inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

19. Hazırkı işdə isə cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcudluğu müəyyən edilmir.

20. IPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

21. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.

22. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

23. IPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

24. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli ** nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

25. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə iclasında iddiaçının nümayəndəsinə hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi, iddiaya cavab verməli olan orqanın hazırki cavabdeh olmadığı izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir.

26. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaq olunan cinayət işi üzrə iddiaçı tərəfindən vergi öhdəliklərinin icrası ilə əlaqədar 10.000 manat məbləğində pul Baş Prokurorluğun depozit hesabına köçürüldüyündən Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinin cavabdeh qismində göstərilməsi düzgün olmamışdır.

27. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

28. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı Mingəçevir-Tikinti MMC tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar