Məhkəmə qərarları › İş №2-1(3-10)-12/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-12/2026

14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar İş № 2-1(3-10)-12/2026 14.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X7 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxsin nümayəndəsi Şabanov İbrahim Kərim oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “X4 üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə dövlət reyestrindən arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh cavabdeh1 PHŞ-nin ** saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin üzərinə Muxax kəndində yerləşən mərhum X3 məxsus “X4” adlı qeyri-yaşayış binasına texniki pasportun hazırlanması və həmin qeyri-yaşayış binasına hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Zaqatala rayon Muxax bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

3. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “X4 üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin ##.##.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Muxax kənd mərkəzində yerləşən X4 Zaqatala rayon Muxax kənd Yerli Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli qərarı ilə mərhum atası X3 mülkiyyətinə verilmişdir (satın alınmışdır). O və qardaşı Vasif atasının qanun üzrə vərəsələridir. Buna dair Zaqatala rayon * saylı Notariatın xüsusi notariusunun ## ####### 2024-cü il tarixli V-***/**** saylı Qanun üzrə vərəsəlik şəhadətnaməsi də vardır. Həmin əmlakı Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmaq üçün cavabdeh orqana müraciət etmişlər, lakin cavabdeh orqan imtina bildirişi göndərərək həmin dəyirmanın yerləşdiyi torpağın hüquqi sənədləri olmadığını əsas gətirmişdir. Həmin binanın yerləşdiyi torpaq sahəsi Muxax Bələdiyyəsinin mülkiyyətinə aiddir. Mövcud qanunvericiliyə əsasən mülkiyyətdə olan daşınmaz əmlakın altındakı torpaq sahəsi başqa şəxsə satıla bilməz. Gələcəkdə həmin torpağı almaq fikrindədirlər. Hazırda isə dəyirmanın yerləşdiyi və istifadəsində olan torpağın mülkiyyətçisinin razılığı tələb olunur. Muxax bələdiyyəsi razı olduğunu bildirmişdir.

6. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi, İddiaçı vərəsəsi olduğu mərhum X3 məxsus olmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına texniki pasportun və “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayış”ın verilməsinə köməklik göstərilməsi məqsədilə ** saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Bildiririk ki, iddiaçı tərəfindən ərizəyə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici (icarə və ya mülkiyyət hüququnu təsdiq edən) sənəd, həmin torpaq sahəsinin yerini müəyyən edən özündə döngə nöqtələrinin koordinatlarını əks etdirən sənəd (kadastr planı və ya torpaq sahəsinin planı-ölçüsü yaxud ayrıc aktı ya da plan-cizgi), əmlak payına mülkiyyət hüququ haqqında Şəhadətnamə sənədi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmamışdır. Bundan əlavə, qeyri-yaşayış binasına dair ərizəyə əlavə edilmiş Zaqatala rayonu, Muxax kənd Yerli Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarının arxiv çıxarışında (arayışında) qeyri-yaşayış binasının sahəsi qeyd olunmamışdır. Buna görə də, onun ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə ##.##.2024-cü il tarixli, 3-21-3-47/2-4394/2024 (************) nömrəli məktub ünvanlanmışdır.

7. Şəki İnzibati Məhkəməsinin (hakim X5) ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh cavabdeh1 ** saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X4 üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə dövlət reyestrindən arayışın verilməsi” barədə iddia ərizəsi təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ##.##.1998-ci il tarixli ** nömrəli protokolundan çıxarışdan və Zaqatala rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli məktubuna əlavə olunmuş protokoldan müəyyən edilir ki, Ömərov Vaqif yoldaşın özünə və qohumlarına düşən əmlak payına X4nın verilməsi barədə olan ərizəsi nəzərə alınmış, 8361,8 min manat dəyərində olan əmlak (dəyirman) əmlakın bölüşdürülməsi qaydasının 13-cü maddəsinə uyğun əlavə olunmuş siyahılarda göstərilən subyektlərə xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edilmişdir. - İş materialları ilə müəyyən olunur ki, iddiaçının tələb etdiyi tikili üzərində hüquqlarını təsdiq edən hər hansı bir hüquqmüəyyəedici və texniki sənəd mövcud deyildir. Belə olduğu təqdirdə iddiaçının mübahisələndirilən tikili üzərində mərhumun hüquqlarının qeydiyyatı qeyri-mümkündür. - Daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İddiaçı Muxax kənd YAİK-nin ##.##.1998-ci il tarixli qərarına istinad edərək həmin tikilinin mərhum atasına məxsus olmasını bildirsə də, nəzərə alınmalıdır ki, müvafiq qərar iddia olunan tikili üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas deyildir. Belə ki, sözügedən qərarda mübahisələndirilən X4nın mərhum X3 ilə birgə qohumlarına da ayrıldığı qeyd olunmuşdur. - Mübahisəli tikili üzərində mərhum X3 məxsus olması barədə arayışın verilməsi üçün hüquqmüəyyənedici sənəd qismində tikilinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici (icarə və ya mülkiyyət hüququnu təsdiq edən) sənəd, həmin torpaq sahəsinin yerini müəyyən edən özündə döngə nöqtələrinin koordinatlarını əks etdirən sənəd (kadast planı və ya torpaq sahəsinin plan-ölçüsü yaxud ayrıc aktı ya da plan cizgi), əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə sənədinin təqdim olunması tələb olunur. İddiaçı tərəfindən belə sənədlərin mövcudluğuna istinad edilməmiş, həmçinin belə hüquqmüəyyənedici sənədlər cavabdehə və məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddiaçı, tikiliyə və torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. - Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, iddia olunan qeyriyaşayış binası üzərində mərhuma məxsus olması barədə arayışın təqdim edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

9. İddiaçının nümayəndəsi Nümayəndə həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli iclas protokolunun qərardadı ilə *-*(*-**)-**/**** nömrəli iş üzrə cavabdeh cavabdeh1 PHŞ-nin ** saylı Zaqatala Ərazi İdarəsi – prossesual hüquq varisi cavabdeh1 PHŞ ilə əvəz edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçının nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə qərar qəbul edərkən iddiaçının tələb etdiyi tikili üzərində hüquqlarını təsdiq edən hər hansı bir hüquqmüəyyənedici və texniki sənədin mövcud olmamasına istinad etmişdir. Məhkəmənin bu mövqeyi ilə razı deyil. Belə ki, mübahisə predmeti olan Muxax kəndində yerləşən X4 Zaqatala rayon Muxax kənd Yerli Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli qərarı ilə iddiaçının mərhum atası X3 mülkiyyətinə verilmişdir. İddiaçı isə X3 qanun üzrə vərəsəsidir. Onun vərəsə olmasını Zaqatala rayon * saylı notariatın xüsusi notariusun ##.##.2024-cü il tarixli V-***/**** saylı Qanun üzrə vərəsəlik şəhadətnaməsi təsdiq edir. Qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

13. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Şabanov İbrahim Kərim oğlu izahat verərək qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddən 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 30.3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0 Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.1 Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

20. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: 3-cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada Müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar. ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. Əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası hazırlayır və Azərbaycan Respublikası Prezidenti təsdiq edir.

21. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

22. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi Qaydaları:

Apellyasiya şikayətinin mümkünlüyü

23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

31. İş materialları ilə müəyyən edilir ki, ##.##.1998-ci il tarixli ** nömrəli protokolundan çıxarışa və Zaqatala rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli məktubuna əlavə olunmuş protokola əsasən Ömərov Vaqif yoldaşın özünə və qohumlarına düşən əmlak payına X4nın verilməsi barədə olan ərizəsi nəzərə alınmış, 8361,8 min manat dəyərində olan əmlak (dəyirman) əmlakın bölüşdürülməsi qaydasının 13-cü maddəsinə uyğun əlavə olunmuş siyahılarda göstərilən subyektlərə xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edilmişdir.

32. İş materiallarında olan AZ-II ****** nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 ##.##.2021-ci il tarixdə vəfat etmişdir. ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə əsasən, ##.##.2021-ci il tarixdə vəfat etmiş- X3 vərəsələri: ZAQATALA RAYONU, MUXAX Ə/D, MUXAX KƏNDİ ünvanında qeydiyyatda olan oğlu- İddiaçı (AA6642992, ##.##.2024 - Asan 4, FIN:*******, d/t:##.##.1974) ZAQATALA, MUXAX K, ünvanında qeydiyyatda olan qızı-NümayəndəDIR. (AZE********, ##.##.2018 - Zaqatala, FIN:*******, d/t:##.##.1979) və onların hər biri miras əmlakdan 1/2 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Zaqatala Ərazi idarəsi tərəfindən ##.##.2024 tarixdə X3 verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ZAQATALA RAYONU MUXAX KƏNDİ ünvanında yerləşən ümumi sahəsi 0.1161 ha torpaq sahəsindən mərhumun mülkiyyətində olan 0.032975 ha olan torpaq sahəsindən ibarətdir.

33. İş materiallarında olan Zaqatala rayonu Muxax bələdiyyəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, kolxozda islahat aparılan zamanı elektrik un üyüdülməsi dəyirmanı əmlak payı kimi Muxax kənd sakini mərhum X3 və ailə üzvlərinə verilmişdir. Həmin elektrik un üyüdülməsi dəyirmanından kolxoz fəaliyyətini dayandırdıqdan sonra mərhum istifadə etmişdir, hal-hazırda həmin elektrik un üyüdülməsi dəyirmanı ailə üzvlərinin istifadəsindədir.

34. İş materiallarında olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ##.##.2025 və ##.##.2025-ci il tarixli məktubundan görünür ki, arxivdə saxlanılan ünvan 1 (“Muxax” təsərrüfatı) üzrə islahat qovluğunda ##.##.1998-ci il tarixli ** nömrəli AİK qərarı aşkar edilməmişdir. ünvan 1 üzrə pay (ilkin, düzəliş) və həyətyanı torpaq sahələrinə dair subyektlərin siyahılarından X3 (ailə üzvləri ilə birgə) adı qeyd edilmiş hissədən çıxarışda qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi 0,17 ha qeyd edilmişdir.

35. İş materiallarında olan cavabdehin ##.##.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan tikili naturada mövcuddur və həmin tikilinin yerləşdiyi 239 kv.m torpaq sahəsi TEKUIS məlumat bazasına əsasən Zaqatala rayonu Muxax bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarına aid Müəssisələrin, təşkilatların və idarələrin istifadəsində olan torpaqlar kimi köhnə dəyirman ərazisi kimi işlənilmişdir. Həmin tikilinin naturada yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib ediImiş yerquruluşu planında göstərilmişdir. İddia olunan tikili köhnə tikilidir. İstehsal sahəsinin hündürlüyü 7.20 m, köməkçi tikilinin hündürlüyü isə 3.85 metrdir. Tikili köhnə tikilidir və sökülərək yenidən tikilmə halı mövcud deyildir.

36. İş materiallarında olan ** saylı Ərazi Vergilər İdarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ** saylı Ərazi Vergilər İdarəsində X3 vergi uçotuna alınmamışdır. Eyni zamanda şəxsin məktubda qeyd edilən VÖEN:510014221 eyniləşdirmə nömrəsi ilə qeydiyyatı aşkar edilməmişdir.

37. ** saylı Ərazi Vergilər İdarəsinin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubdan görünür ki, X3 ##.##.1999-cu il tarixdə ********* nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi orqanında vergi uçotuna alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarına əsasən 2005ci ilin ####un #-dən etibarən 9 rəqəmli eyniləşdirmə nömrələri etibarsız hesab edilmişdir. Bundan sonra həmin şəxs tərəfindən 10 rəqəmli eyniləşdirmə nömrəsi alınması üçün müraciət edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, vergi orqanlarında vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı hər hansı digər məlumatlar saxlanılmamışdır.

38. İddiaçının apellyasiya şikayətinin dəlili isə ondan ibarətdir ki, mübahisə predmeti olan Muxax kəndində yerləşən X4 Zaqatala rayon Muxax kənd Yerli Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli qərarı ilə iddiaçının mərhum atası X3 mülkiyyətinə verilmişdir. Onlar isə X3 qanun üzrə vərəsəsidir.

39. Məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə bağlı qeyd edir ki, X3 və qohumlarına düşən əmlak payına X4nın verilməsi barədə olan mərhumun ərizəsi nəzərə alınmış, 8361,8 min manat dəyərində olan əmlak (dəyirman) əmlakın bölüşdürülməsi qaydasının 13-cü maddəsinə uyğun əlavə olunmuş siyahılarda göstərilən subyektlərə xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edilmişdir.

40. İddiaçı, Muxax kənd YAİK-nin ##.##.1998-ci il tarixli qərarına istinad edərək həmin tikilinin mərhum atasına məxsus olmasını iddia etsə də, nəzərə alınmalıdır ki, müvafiq qərar iddia olunan tikili üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas deyildir.

41. Ona görə ki, sözügedən qərarda mübahisələndirilən X4nın mərhum X3 ilə birgə qohumlarına da ayrıldığı qeyd olunmuşdur.

42. Muxax kənd YAİK-nin ##.##.1998-ci il tarixli qərarına əlavə olunmuş “islahatla əlaqədar olaraq elektrik dəyirmanının subyektlərin xüsusi mülkiyyətinə verilməsi barədə siyahı”dan da görünür ki, mübahisələndirilən X4 iddiaçının atası mərhum X3 ilə birgə 24 nəfər subyektin xüsusi mülkiyyətinə verilmişdir.

43. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi Qaydalarında qeyd edilmişdir ki; - 13. Əmlak payından qanunvericiliyə uyğun aşağıdakı istiqamətlərdə istifadə oluna bilər: - əmlak pay haqqını alaraq təsərrüfatdan çıxıb fərdi təsərrüfat yaratmaq; - təsərrüfat üzrə bütövlükdə və ya onun bir hissəsi əsasında səhmdar cəmiyyəti yaranarsa, pay haqqını səhmdar cəmiyyətin nizamnamə fonduna qoymaq; - payı bəlli (birgə) təsərrüfat yaradılarsa, fərdi pay haqlarını üzvlük pay haqqı kimi qoymaq; - əmlak payını digər pay haqqı sahiblərinə bütövlükdə və ya qismən satmaq, güzəştli qiymətlə satmaq, icarəyə vermək və s.; - qanunvericiliyə uyğun əmlakı vərəsəliyə vermək və ya bağışlamaq. - 14. Təsərrüfatın əmlakı onun işçiləri arasında bir qayda olaraq natura şəklində bölünür. Təsərrüfatın üzvlərinə əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri işçilərə pul ifadəsində ödənilir. - 15. Təsərrüfatın hər hansı bir istehsal obyekti bir neçə şəxsə verilə bilər. Bu halda obyektin ümumi dəyəri işçilərin əmlak payına uyğun bölüşdürülür. Obyektin ümumi dəyəri ona sahib olan işçilərin əmlak payının cəmindən çox olarsa, yeni mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında istehsal obyekti üzrə qalan dəyərin fərqi üzrə ödənişlər aparıla bilər. - 16. Əmlakın pay haqları üzrə bölüşdürülməsi mümkün olmadıqda, mövcud qanunvericiliyə uyğun olaraq həmin əmlakın satışı təşkil edilir və ya paylar birləşdirilərək onun hər bir üzvünün payı bəlli olmaqla birgə təsərrüfat yaradılır. - 17-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq əmlak fondundan pay alan şəxslər malik olduqları əmlakın tam sahibidirlər və mövcud qanunvericiliyə uyğun olaraq ondan istifadə istiqamətlərini sərbəst seçirlər.

44. İş materiallarından da görünür ki, yalnız iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

45. Məhkəmə kollegiyasının iclasında da iddiaçının nümayəndəsi izahatında bildirdi ki, mübahisələndirilən əmlakla bağlı digər şəxslərin hər hansı tələbləri yoxdur. Ona görə də, mülkiyyətçi kimi həmin əmlakın ancaq atalarının adına rəsmiləşdirilməsini tələb edirlər.

46. Kollegiya da hesab edir ki, iddiaçının atası ilə yanaşı “Siyahı”da adı göstərilən həmin şəxslərin hazırda məhkəmə icraatına cəlb edilməsinə də zərurət yoxdur. Ona görə ki, həmin şəxslərin anoloji tələblə cavabdeh orqana ilkin müraciətləri olmamışdır.

47. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının digər subyektləri təmsil etməklə bağlı səlahiyyəti (etibarnamə) olmadığından qanunvericiliyin tələbi baxımından, onun hərəkəti digərlərinin xeyrinə və ya ziyanına təfsir oluna və onların iradəsini ifadə edə bilməz. Odur ki, onların da birgə cavabdeh orqana müraciəti olmalı, daha sonra imtina olunduğu təqdirdə məhkəmədə yeni qaldırılan iddianın mümkünlüyü yoxlanılmalı, yalnız bundan sonra iddiaya mahiyyəti üzrə baxılıb qərar qəbul edilməlidir.

48. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qiymətləndirilməsi ilə razılaşır ki, mübahisəli tikili üzərində mərhum X3 məxsus olması barədə arayışın verilməsi üçün hüquqmüəyyənedici sənəd qismində tikilinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici (icarə və ya mülkiyyət hüququnu təsdiq edən) sənəd, həmin torpaq sahəsinin yerini müəyyən edən özündə döngə nöqtələrinin koordinatlarını əks etdirən sənəd (kadastr planı və ya torpaq sahəsinin plan-ölçüsü yaxud ayrıc aktı ya da plan cizgi), əmlak payına mülkiyyət hüququ haqqında şəhadətnamə sənədinin təqdim olunması tələb olunur. İddiaçı tərəfindən belə sənədlərin mövcudluğuna istinad edilməmiş, həmçinin belə hüquqmüəyyənedici sənədlər cavabdehə və məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddiaçı, tikiliyə və torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

49. Bundan başqa, nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

50. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

51. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması ilə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi).

52. Belə olan halda, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Bu əsasla da Kollegiyanın qənaətinə görə cavabdehin imtinası iddiaçının mülkiyyət hüquqlarını pozmamış, hər hansı səbəbdən məhdudlaşdırmamışdır.

53. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir.

54. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının tələbindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının nümayəndəsinin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

55. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar