Məhkəmə qərarları › İş №2-1(3-10)-126/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-126/2026

01.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad İş № 2-1(3-10)-126/2026 01.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Qərardad Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına və cavabdehin “məhkəmə qərarına izah verilməsi barədə” ərizəsi üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

1. Iddiaçı İddiaçı 1989-cu il təvəllüdlüdür, 2007 – 2009-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyindəki müvafiq hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ilin sentyabr ayında yenidən hərbi xidmətə çağırılmış və ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Müdafiə Nazirliyinin tərkibindəki N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdur. Hərbi hissəyə daxil olması və döyüşlərdə iştirak etməsi ona məxsus olan hərbi biletdəki qeydlərdə əks olunmuşdur.

2. Iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir.

3. Bundan sonra iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbi ilə Şəki Inzibati Məhkəməsinə iddia ərizəsi vermişdir.

4. Mübahisəyə mahiyyəti üzrə ## ######## 2024-cü il tarixdə baxılmış və Şəki Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə həmin tarixli qərarı ilə iddia təmin edilmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı iş üzrə ## ###### 2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Şəki Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə ## ######## 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra – IPM) 79.1ci maddəsinə görə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur.

7. IPM-in 89-cu maddəsinə görə bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

8. Şəki Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı iş üzrə ## ###### 2024-cü il tarixli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyindən, Şəki Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə ## ######## 2024-cü il tarixli qərarı qüvvəyə minmişdir.

9. Sözügedən ## ######## 2024-cü il tarixli məhkəmə qərarının icrası mərhələsində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəki Inzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, həmin qərara izah verilməsini xahiş etmişdir.

10. Ərizədə bildirilmişdir ki, Şəki Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə ## ######## 2024-cü il tarixli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli *** nömrəli qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasına yeni məzmunda “Qeyd” əlavə edilmişdir. Qeydə əsasən Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Məhkəmə qərarının nəticəvi hissəsində müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması göstərilsə də, qeyd olunan Əsasnaməyə görə “iddiaçı İddiaçı adının Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılması üçün siyahıya daxil edilməsi öhdəliyi” ifadəsi əlavə olunmadığından, qərarın icra edilməsində çətinlik yaranır. Bu səbəbdən qərarın izah olunması zərurəti yaranmışdır. Göstərilənlərə əsaslanaraq, Şəki Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı iş üzrə ## ######## 2024-cü il tarixli qərarının nəticəvi hissəsinin izah edilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur.

11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı İddiaçı cavabdehin “məhkəmə qərarına izah verilməsi barədə” ərizəsi ilə razılaşmadığını və məhkəmə qərarının icra olunmasını istədiyini bildirmişdir.

12. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

13. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verilmişdir.

APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI

14. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsini nəzərə almamışdır. Çünki 44 günlük Vətən müharibəsinə görə “Müharibə veteranı” statusunun verilməsi artıq bir qurumun qərarı ilə deyil, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilməsini ehtiva edir. Yəni, bu o deməkdir ki, həmin mərhələni keçmədən birbaşa “Müharibə veteranı” adının verilməsi nəzərdə tutulmamışdır. Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarının nəticəvi hissəsində “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması göstərilsə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən “iddiaçı İddiaçı adının Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılması üçün siyahıya daxil edilməsi” ifadəsi əlavə olunmadığından, qərarın icra edilməsində çətinlik yaranmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini və qərarın izah edilməsi üçün işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

TƏRƏFLƏRIN IZAHATLARI

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

TƏTBIQ EDILƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

19. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi: Maddə 230.1. Işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Maddə 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.

20. «Məhkəmə qətnаməsi hаqqındа» Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin Plenumunun 24 noyаbr 2005-ci il tаrixli, * №-li Qərаrının 14-cü bəndi: Qətnаmə аydın və dəqiq olmаdıqdа, həmçinin ziddiyyətli olduqdа, işi həll etmiş hаkim (məhkəmə tərkibi) qətnаmənin məzmununu dəyişdirmədən onu izаh etməyə hаqlıdır.

APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ

21. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd etməyi zəruri hesab edir ki, qаnunverici qəbul edilmiş qərar аydın və dəqiq оlmаdıqdа, həmçinin ziddiyyətli оlduqdа, işi həll etmiş hаkim (məhkəmə tərkibi) tərəfindən qərarın məzmununu dəyişdirmədən оnun izаh edilməsini nəzərdə tutmuşdur.

23. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarının nəticəvi hissəsində “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması göstərilsə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən “iddiaçı İddiaçı adının Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılması üçün siyahıya daxil edilməsi” ifadəsi əlavə olunmadığından, qərarın icra edilməsində çətinlik yaranmışdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”dəki tənzimləmələrdən göründüyü kimi ayrı-ayrı kateqoriya şəxslərə münasibətdə müharibə veteranı adının məhz hansı sənədlər əsasında və hansı səlahiyyətli orqanlar tərəfindən veriləcəyi aydın nizamlanmışdır. Iddiaçının halına münasibətdə müharibə veteranı adının məhz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verildiyi təsbit edilmişdir.

25. Bununla yanaşı, Əsasnamənin “Qeyd” hissəsinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

26. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir.

27. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1729/2025, *-*(***)-****/**** saylı qərarları).

28. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisələndirilən məhkəmə qərarında iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi konkret və aydın şəkildə Müdafiə Nazirliyinin üzərinə qoyulmuş, icra subyekti, habelə icra edilməli hərəkətin hüquqi mahiyyəti və məzmunu birmənalı müəyyən edilmişdir. Qərarda sənədlərin razılaşdırılmaq üçün göndərilməsi barədə ayrıca göstərişin yer almaması müəyyən edilmiş öhdəliyin mahiyyətini dəyişdirmir, onu qeyri-müəyyən və ya icrası mümkün olmayan hala gətirmir.

29. Beləliklə, siyahıların Nazirlər Kabineti ilə razılaşdırılması inzibati orqanın daxili prosedur qaydası olmaqla, qanuni qüvvəsini almış məhkəmə aktının icrası prosesinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu prosedur hərəkətləri cavabdehin üzərinə qoyulmuş əsas öhdəliyin icrası çərçivəsində həyata keçirilməli təşkilati tədbirlərdir və məhkəmə qərarının icrasına maneə kimi dəyərləndirilə bilməz.

30. Göründüyü kimi, iş üzrə qəbul edilmiş məhkəmə qərarı kifayət qədər aydın və dəqiq olmaqla qərarda hər hansı bir qeyri-müəyyənlik оlmаdığındаn ona əlavə izah verilməsinə zərurət qalmamışdır.

31. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 1.2, 82, 87, 89 və 94.1-ci və MPM-in 230, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar