Məhkəmə qərarları › İş №2-1(3-10)-143/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-143/2026

07.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-143/2026 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:

1. Iddiaçı, ##.##.1963-cü ildə doğulmuş, ##.##.1982-##.##.1984-cü illərdə Sovet Ordu sıralarında hərbi xidmət keçmiş, ##.##.1984-##.##.1985-ci illərdə Şəki rayon S.Orconokidze adına taxılçılıq sovxozunda kənd təsərrüfatı fəhləsi, ##.##.1985-ci il tarixdən ##.##.1993-cü il tarixə kimi həmin sovxozun 3-cü şöbəsində çilingər, ##.##.1993-cü il tarixdən ##.##.1998-ci il tarixədək həmin sovxozun şin təmirçisi (kamer yamayan) işləmişdir.

2. Iddiaçının təqdim etdiyi qəbzlərdən və cavabdeh orqan tərəfindən təqdim olmuş sənədlərdən görünür ki, iddiaçı 2012-ci ildə 1 ay, 2013-cü ildə 11 ay, 2023-cü ildə 6 ay (60 yaşının bitdiyi tarixə) MDSS ödənişlərini həyata keçirmişdir.

3. Iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan ##.##.2024-cü il tarixli, *-**-***- A-******/**** saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir.

4. Imtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9 1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa gora əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır alan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, ümumi iş stajı 25 ildən az (16 il 6 ay 21 gün (##.##.1982-##.##.1984-cü il, ##.##.1984-##.##.1985-ci il və ##.##.1985-##.##.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15789,21 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraicət edərək, “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Iddia ərizəsinə əsasən iddiaçı ## #### 1963-cü il tarixdə anadan olmuş, ## #### 2023-cü il tarixində 60 yaşı tamam olmuşdur. O, ##.##.1982-ci il tarixdən ##.##.1984-cü il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. Ixtisasca 4-cü dərəcəli vulkanizatordur. ##.##.1984-cü il tarixdən ##.##.1985-ci il tarixədək Şəki rayon S.Orconokidze adına taxılçılıq sovxozunda kənd təsərrüfatı fəhləsi, ##.##.1985-ci il tarixdən ##.##.1993-cü il tarixə kimi həmin sovxozun 3-cü şöbəsində çilingər, ##.##.1993cü il tarixdən ##.##.1998-ci il tarixədək Şəki rayon “Sarıca” taxılçılıq sovxozunda maşın traktor parkında şin təmirçisi (kamer yamayan) işləmişdir. Iddiaçı 2000-ci ilin avqust ayından bu günə qədər Şəki rayon Qayabaşı kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasında şin təmirçisi işləyir. Şəki rayonu Qayabaşı Bələdiyyəsinin ##.##.2024-cü il tarixli, ** saylı arayışı və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X3 Idarəsinin iddiaçıya verdiyi ## ###### 2000-ci il tarixli YTSS AZ N ******A saylı Yanğın təhlükəsizliyi Sertifikatı da həmin obyekdə şin təmirçisi işlədiyini təsdiq edir. Özünə məxsus şin təmiri sexində təmirçi işləməyi ilə bağlı xidmət xərci, sadə vergi və sosial sığorta haqlarını ödəmiş, iddiaçıda bu barədə çoxlu sayda qəbzlər, qəbzlərin surətləri və ya cədvəl vardır. Həmin qəbzləri, qəbzlərin surətlərini və cədvəli iddia ərizəsinə əlavə etmişdir. Iddiaçının ümumi iş stajı 33 ildən, şin təmiri işində iş stajı 25 ildən artıqdır. Əmək fəaliyyətinin çox böyük bir hissəsini şin təmirçisi kimi fəaliyyət göstərmişdir. Iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Ərizəsinə verilən cavab məktubunda cavabdeh işlədiyi müddəti qismən, hərbi xidmətdə olduğu müddəti tam şəkildə qəbul edərək ümumi iş stajının 16 il 6 ay 21 gün olduğu, güzətli iş stajının isə olmadığını bildirmiş, 2000-ci ildən sonrakı əmək fəaliyyətini isə nəzərə almayaraq iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmişdir.

7. Cavabdeh etirazını ilkin müraciətə imtinanın dəlilləri ilə əsaslandırmışdır.

8. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ümumi iş stajını, o cümlədən 12 il 6 aydan çox vulkanizator kimi işlədiyini nəzərə alınaraq ## #### 2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Müəyyən edilir ki, iddiaçı ## #### 1963-cü il tarixində doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. Odur ki, iddiaçının ən azı 25 il ümumi sosial sığorta stajı və ən azı 12 il 6 ay güzəştli stajı olmalıdır. Iddia ərizəsindən və iddiaçının təqdim etdiyi sənədlərdən də görünür ki, iddiaçının tələb olunan güzəştli stajı mövcud deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il ## ### tarixli ***-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il # #### tarixli *** nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il ## ###### tarixli *** nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ##.##.2022-ci il tarixdə qüvvəyə mindiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 element mövcud olmalıdır: 1) azı 25 il sığorta stajına malik olmalıdır. 2) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. 3) iddia olunan ##.##.2021-ci il tarixində qüvvədə olan normaların tələbinə əsasən zəruri pensiya kapitalı tələbi mövcud olmuşdur.

10. Iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayətinin dəlilləri ilkin idddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış, maddi hüquq normaları sadalanmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Ərizəyə verilən cavab məktubunda cavabdeh orqan onun işlədiyi müddəti qismən, hərbi xidmətdə olduğu müddəti tam şəkildə qəbul edərək onun ümumi iş stajının 16 il 6 ay 21 gün olduğu, güzətli iş stajının isə olmadığını bildirmiş, 2000-ci ildən sonrakı əmək fəaliyyətini isə nəzərə almayaraq ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Iddiaçının fikrincə işlədiyi və hərbi xidmətdə olduğu müddətlər tam şəkildə sosial sığorta stajına daxil edilməklə ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Hərbi xidmətdə olduğu və işlədiyi müddətlər onun sosial sığorta stajına daxil edilməklə ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi iddiaçının artıq qazanılmış hüququdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** №-li qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci Ümumi Peşələr bəndinə əsasən vukanizasiyaçılar, vulkanizasiya ilə məşğul olan rezin məmulatların təmir ediciləri (sənayedə və nəqliyyatda), həmçinin şin təmiri müəssisələrində şinlərin bərpası və təmiri ilə məşğul olan nahamarlıqları düzəldənlər güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ olan şəxslər hesab edilirlər. Birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən iddiaçının ümumi iş stajının 33 ildən, şin təmiri işində iş stajının 25 ildən artıq olmasını hansı səbəbdən nəzərə alınmalı olmadığı qənaətinə gəldiyi aydın deyildir. Bu qənaət əsaslı hesab edilə bilməz. Məhkəmənin qərarı nəticə etibarı ilə həm onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu isə onun konstitutsion hüquqlarının pozulması ilə nəticələnmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi, həmçinin vəkili apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdein nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və mübahisələndirilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin ## ######## 2006-cı il tarixli *** saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

18. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 69. Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

19. “Inzibati icraat haqqında” Qanun: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Iddiaçının hüquqi varisi onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ##.##.2023-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

26. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddiaçının sosial sığorta stajını və güzəştli iş stajını düzgün qiymətləndirməmişdir. Iddiaçının mövqeyinə görə, onun hərbi xidmətdə olduğu və işlədiyi dövrlər tam şəkildə sosial sığorta stajına daxil edilməli, şin təmiri sahəsində vulkanizasiyaçı kimi işlədiyi müddət isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının “Ümumi peşələr” bölməsi üzrə güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Iddiaçı hesab edir ki, ümumi iş stajı 33 ildən, şin təmiri sahəsində iş stajı isə 25 ildən artıq olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

28. Iş materiallarında olan iddiaçıya məxsus ИT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı ##.##.1985-ci il tarixədək Şəki rayon S.Orconokidze adına taxılçılıq sovxozunda, ##.##.1985-ci il tarixdən ##.##.1993-cü il tarixədək həmin sovxozun 3-cü şöbəsində, ##.##.1993-cü il tarixdən ##.##.1998-ci il tarixədək isə şin təmirçisi (kamer yamayan) işləmişdir. Əmək kitabçası üzrə təsdiq olunan ümumi iş stajı 13 il 3 ay 10 gün təşkil edir.

29. Iş materiallarında olan H3 № ******* saylı hərbi biletdən görünür ki, iddiaçı ##.##.1982-ci il tarixdə hərbi xidmətə çağırılmış, ##.##.1984-cü il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. Iddiaçının hərbi xidmətdə olduğu 2 il 1 ay 11 gün müddət də nəzərə alınmalıdır. sığorta stajına daxil edildiyindən onun ümumi sosial sığorta stajı 15 il 4 ay 21 gün təşkil edir.

30. Iddiaçı 2000-ci ilin avqust ayından etibarən Şəki rayon Qayabaşı kəndi ərazisində yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasında şin təmirçisi kimi fəaliyyət göstərdiyini, sadələşdirilmiş vergi və sosial sığorta haqları ödədiyini bildirmişdir.

31. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən, X4 ##.##.2011-ci il tarixdə 3000647402 VÖEN ilə vergi uçotuna alınmışdır. Onun fəaliyyəti ##.##.2014-cü il tarixindən ##.##.2019-cu il tarixinədək, eləcə də ##.##.2019-cu il tarixindən ##.##.2022-ci il tarixinədək müvəqqəti dayandırılmışdır. ##.##.2022-ci il tarixdən etibarən fəaliyyəti aktivdir və “Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri” fəaliyyət növü ilə qeydiyyatdadır. Həmin məktubda həmçinin ##.##.2018ci il tarixindən ##.##.2025-ci il tarixinədək iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə 401,50 manat vəsait ödənildiyi bildirilmişdir.

32. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli məktubuna əlavə edilmiş fərdi hesab məlumatlarından isə görünür ki, iddiaçı tərəfindən 2013-cü ilin yanvar-noyabr aylarında və 2023-cü ilin yanvariyun aylarında, yəni iddiaçının 60 yaşının tamam olduğu tarixədək, ümumilikdə 17 ay üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Bundan əlavə, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən müəyyən edilir ki, cavabdeh orqanın qeyd etdiyi dövrlərdən başqa, iddiaçı tərəfindən 2012-ci ilin iyul ayı üzrə də 1 ay məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

33. Qeyd edilən əlavə 18 ay müddət iddiaçının sosial sığorta stajına daxil edildikdə belə, onun ümumi sosial sığorta stajı 16 il 10 ay 21 gün təşkil edir.

34. Iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun müvafiq Siyahıda nəzərdə tutulmuş işdə çalışması kifayət etmir. Bunun üçün qanunla müəyyən edilmiş bütün şərtlər məcmu halda ödənilməli, o cümlədən iddiaçı qanunla tələb olunan ümumi sosial sığorta stajına da, malik olmalıdır.

35. Iddiaçının ##.##.2023-cü il tarixədək sosial sığorta stajı 25 ildən azdır. Hətta iddiaçının cavabdeh orqana müraciət etdiyi ##.##.2024-cü il tarixədək olan dövr nəzərə alınsa belə, iş materialları ilə onun ümumi sosial sığorta stajının 25 ilə çatması müəyyən edilmir. Belə olan halda onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.

36. Iddiaçıya münasibətdə ümumi sosial sığorta stajı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş şərt ödənilmədiyindən, onun şin təmiri sahəsində vulkanizator, şin təmirçisi və ya kamer yamayan kimi işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının “Ümumi peşələr” bölməsi üzrə güzəştli iş stajı kimi qiymətləndirilib-qiymətləndirilməməsi, eləcə də fərdi hesabının sığorta hissəsində pensiya kapitalının mövcud olub-olmaması ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur.

37. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar