Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-144/2026 02.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və X1 ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçının Nümayəndə, cavabdehin nümayəndəsi X2, üçüncü şəxslər üçüncü şəxs2 və üçüncü şəxs1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2- *(***)-***/**** nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Balakən rayonu Tülü bələdiyyəsinin ##.##.2001-ci il tarixli, ** saylı qərarı ilə üçüncü şəxs2 əvəzsiz olaraq həyətyanı məqsədilə 0,06 ha torpaq sahəsi ayrılmışdır.
2. Balakən rayonu Tülü bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə üçüncü şəxs2 torpaq sahəsinin ayrılması barədə bələdiyyənin ##.##.2001-ci il tarixli, ** saylı qərarı ləğv edilmişdir.
3. Balakən rayonu Tülü bələdiyyəsinin ## ####### 2007-ci il tarixli ** saylı qərarı ilə həyətyanı məqsədilə həmin bələdiyyənin ərazisində yerləşən 0,10 ha torpaq sahəsi iddiaçı İddiaçı satılmışdır.
4. Iddiaçı həmin qərar əsasında ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan ## #### 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmiş, imtina torpaq sahəsinin alqı-satqısına dair aktın ## ###### 2008-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsində qeydiyyata alınması ilə əsaslandırmışdır. Belə ki, cavabdeh orqanın mövqeyinə görə torpaq sahəsinin alqı-satqısına dair akt ##.##.2007-ci il tarixinədək tərtib edilməli və qeydiyyata alınmalı idi.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. Iddiaçı İddiaçı cavabdeh DƏDKR ** saylı Zaqatala Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət eədərk “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Şəki Inzibati Məhkəməsinin # ###### 2024-cü il tarixli qərardadı ilə (adi cəlbetmə) Balakən rayonu Tülü bələdiyyəsi, ## ####### 2025-ci il tarixli qərardadı ilə (zəruri cəlbetmə) üçüncü şəxs2 və üçüncü şəxs1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar.
7. Iddiaçı tələbini onunla əsaslandırır ki, o, hazırda Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. O, ərizə ilə Balakən rayonu Tülü bələdiyyəsinə müraciət edərək Balakən rayonu Qazbinə bələdiyyəsinin mülkiyyətində olan sahədən 0,10 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Onun ərizəsinə ## ####### 2007-ci il tarixdə Balakən rayonu Tülü bələdiyyəsinin iclasında baxılmış və Balakən rayonu Tülü bələdiyyəsinin ## ####### 2007-ci il tarixli protokolu və ## ####### 2007-ci il tarixli ** saylı sərəncamı ilə Balakən rayonu Tülü bələdiyyəsinin mülkiyyətində olan sahədən ev tikmək üçün 0,10 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Balakən rayonu Tülü bələdiyyəsinin sədrinin, DTXK-nın Balakən rayon şöbəsinin müdirinin və İddiaçı iştirakı ilə ## ###### 2008-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, imza və möhürlərlə təsdiq edilmişdir. Həmin Akt keçmiş DTXK Balakən rayon şöbəsində ## ###### 2008-ci il tarixdə 226 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçıya yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsinə keçmiş DTXK tərəfindən A****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış və X3 Kitabında ## ###### 2007-ci il tarixdə 179 nömrə ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçıya yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə ona satılmışdır. Iddiaçı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin qurum müraciətin təmin olunmasından imtina etmişdir. Iddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab etdiyindən məhkəmədə mübahisələndirir.
8. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, Balakən rayonu, Tülü kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair sənədlər qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, Balakən rayon Tülü bələdiyyəsi tərəfindən ayrılan 0,10 ha torpaq sahəsinə dair “torpaqların alqı-satqısına dair akt” sənədi ləğv edilmiş DTXK Balakən rayon şöbəsində ## ###### 2008-ci il tarixində qeydiyyata alınmışdır. Buna görə də, iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə ona ## #### 2023-cü il tarixli, 3-21-3-47/2-O-0009-8/2023 (************) nömrəli məktub ünvanlanmışdır. Ərazi idarəsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8 və 10-cu maddələrinin tələbləri ilə müəyyən edilmiş sənədlər əsasında aparır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı Qaydaları»nın 8-ci maddəsinə əsasən torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. «Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» ## ####### 2007-ci il tarixli Qanunun 3-cü hissəsində «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9.6-cı maddəsi yeni redaksiyada verilmiş (Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir) və həmin Qanun ## ###### 2007-ci il tarixində qüvvəyə minmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Sözügedən qanun qüvvəyə mindiyi tarixdən sonra bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin “bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”. Göstərilənlərə əsaslanaraq, iddianın rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.
9. Inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Balakən rayonu Tülü bələdiyyəsi məhkəməyə ünvanladığı ## ####### 2025-ci il tarixli *** nömrəli məktubunda aşağıdakıları qeyd etmişdir: - Balakən rayonu Tülü kənd sakini olan İddiaçı ərizə ilə Balakən rayonu Tülü bələdiyyəsinə müraciət edərək, Balakən rayonu Tülü bələdiyyəsinin mülkiyyətində olan sahədən 0,10 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Onun ərizəsinə ## ####### 2007-ci il tarixdə Balakən rayonu Tülü bələdiyyəsinin iclasında baxılmış və Balakən rayonu Tülü bələdiyyəsinin ## ####### 2007-ci il tarixli ** nömrəli protokolu və ## ####### 2007-ci il tarixli ** saylı sərəncamı ilə Balakən rayonu Tülü bələdiyyəsinin mülkiyyətində olan sahədən ev tikmək üçün 0,10 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Balakən rayonu Tülü bələdiyyəsinin sədrinin, DTXK-nın Balakən rayon şöbəsinin müdirinin və İddiaçı iştirakı ilə ## ###### 2008-ci il tarixdə torpaqların alqısatqısına dair akt tərtib edilmiş, imza və möhürlərlə təsdiq edilmiş, həmin Akt keçmiş DTXK Balakən rayon şöbəsində ## ###### 2008-ci il tarixdə 226 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda İddiaçı yaşayış evinin tikintisi üçün ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsinə keçmiş DTXK tərəfindən A****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış və X3 Kitabında ## ###### 2007-ci il tarixdə 179 nömrə ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi verildiyi vaxtdan İddiaçı ölçülərək təhvil verilmiş, İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək ailəsi ilə orada yaşayır. Hazırda həmin torpaq sahəsi ilə bağlı mübahisə yoxdur. Balakən rayonu Tülü kənd sakini olan üçüncü şəxs2 ərizə ilə Balakən rayonu Tülü bələdiyyəsinə müraciət edərək, ona 0,06 ha torpaq sahəsinin ayrılmasını xahiş etmiş, Balakən rayonu Tülü bələdiyyəsinin ## ###### 2001-ci il tarixli ** nömrəli protokoluna əsasən üçüncü şəxs2 eyni ərazidən 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin üçüncü şəxs2 ona əvəzsiz verilmiş 0,06 ha torpaq sahəsinin geri qaytarılması barədə Bələdiyyəyə imtina ərizəsi ilə müraciət etmiş, Balakən rayonu Tülü bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** nömrəli iclas protokoluna əsasən Balakən rayonu Tülü kənd sakini olan üçüncü şəxs2 ərizəsi nəzərə alınaraq Bələdiyyə tərəfindən əvəzsiz olaraq həyətyanı üçün 0,06 ha torpaq sahəsinin verilməsi barədə ## ###### 2001-ci il tarixli ** nömrəli qərar ləğv edilmiş və bu barədə DTXK Balakən rayon şöbəsinə məlumat verilmişdir. Balakən rayonu Tülü bələdiyyəsi ## ####### 2007-ci il tarixli ** nömrəli protokol ilə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmir və işə Balakən rayonu Tülü bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş edir.
10. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı ona Balakən rayonu Tülü bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, ** saylı iclas protokoluna əsasən həyətyanı məqsədilə satılmış 1000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Məhkəmə icraatında məhkəmənin sorğusu üzrə DƏDKR ** saylı Zaqatala Ərazi Idarəsinin ## ######## 2025-ci il tarixli məktubu ilə göndərilmiş və hazırkı iş üzrə təqdim olunmuş mütəxəssis rəyində aşağıdakılar bildirilmişdir: - Balakən rayonu Tülü bələdiyyəsinin ## ####### 2007-ci il tarixli ** saylı qərarı ilə iddiaçı İddiaçı Əhməd oğluna ayrılmış 0,10 ha torpaq sahəsi iddiaçının naturada istifadə etdiyi 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşür. Lakin iddiaçının naturada istifadə etdiyi 0,10 ha torpaq sahəsinin hüdudları daxilinə üçüncü şəxs2, üçüncü şəxs1 adına işlənilmiş, kadastr nömrəsi 40114018100329 olan “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən 0,06 ha torpaq sahəsi düşür. Iddiaçının naturada istifadə etdiyi 0,10 ha torpaq sahəsinin hüdudları daxilinə düşən üçüncü şəxs2 və üçüncü şəxs1 adına işlənilmiş sənədin surəti Idarənin arxiv fondunda aşkar edilməmişdir. Torpaq sahəsinin naturada istifadəçisi iddiaçı İddiaçı Əhməd oğludur. Iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı məqsədilə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulan ərazidir. Iddia olunan torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Naturada ölçülmüş torpaq sahəsi DTXK Balakən rayon şöbəsi tərəfindən verilmiş A****** nömrəli planölçüdə göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Ancaq iddiaçının naturada istifadə etdiyi 0,10 ha torpaq sahəsinin hüdudları daxilinə üçüncü şəxs2 və üçüncü şəxs1 adına işlənilmiş, kadastr nömrəsi 40114018100329 olan Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,06 ha torpaq sahəsi düşür. Naturada ölçülmüş torpaq sahəsinin ətrafı bütövlükdə hasara alınmışdır, hüdudları daxilində yaşayış evi vardır. Ərazinin ortofoto görüntüsündən çıxarış təqdim edilir. Məhkəmə icraatının gedişində Əmlak Məsələləri Dövlət Xidmətinin Ali Məhkəməyə ünvanlanmış # ###### 2025-ci il tarixli məktubundan məlum olmuşdur ki, Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli *-**/*-*-F-***/**** nömrəli əmri ilə Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların Cavabdeh verilməsi qərara alınmışdır. Balakən rayonu Tülü bələdyyəsinin ## ####### 2007-ci il tarixli ** nömrəli qərarına (müvafiq hissədə) münasibətdə «Inzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı İddiaçı həmin qərarla ayrılmış 0,10 ha torpaq sahəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qərar ləğv edilmədiyindən, geri çağırılmadığından və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «Inzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, cavabdehin özü həmin qərarın həqiqiliyini şübhə altına almamış, yəni sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Qurumun imtina əsası kimi istinad etdiyi dəlil odur ki, iddia olunan torpaq sahəsinə dair DTXK-nın yerli şöbəsi tərəfindən təsdiq edilmiş “Torpaq sahəsinin alqı-satqına dair akt” ## ###### 2008-ci il tarixdə qeydiyyata alınmışdır. Bu dəlillə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Balakən rayonu Tülü bələdiyyəsinin ## ####### 2007-ci il tarixli ** nömrəli iclasının protokoluna (qərarına) əsasən iddiaçı İddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin hüququn qeydiyyatını həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Hazırkı işin hallarına görə məhkəmə vurğulayır ki, iddiaçı İddiaçı Balakən rayonu Tülü bələdiyyəsinin ## ####### 2007-ci il tarixli ** nömrəli iclasının qərarı ilə ayrılan torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin alqı-satqısına dair akt” tərtib olunmuş akt DTXK Balakən rayon şöbəsində ## ###### 2008-ci ildə qeydiyyata alınsa da, bu akt torpaq sahəsinin ayrılmasından sonrakı icraatın nəticəsi kimi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil. Balakən rayonu Tülü bələdiyyəsinin ## ####### 2007-ci il tarixli ** nömrəli iclasının qərarının müvafiq hissədə qəbulu üzrə tərtib olunmuş alqı-satqı aktının ## ###### 2007-ci il tarixdən sonra qeydiyyata alınması inzibati akt kimi həmin qərarın hüquqi qüvvəsinə təsir etmir. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubunda, eləcə də məhkəməyə təqdim edilmiş etiraz məktubunda iddia predmeti olan 0,10 ha torpaq sahəsinin hüdudları daxilinə digər şəxslərə məxsus plan-ölçü sənədində göstərilən 0,06 ha torpaq sahəsinin işlənilməsi imtina əsası kimi qeyd edilməsə də, məhkəmə iş materiallarında olan və məhkəmə icraatında tətqiq edilmiş mütəxəssis rəyində qeyd olunan bu hal ilə bağlı qeyd edir ki, torpaq sahəsi əvvəl Balakən rayonu Tülü bələdiyyəsinin ## ###### 2001-ci il tarixli ** nömrəli iclasının qərarı ilə həmin şəxslərə, yəni hazırkı iş üzrə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərə ayrılmış, lakin sonradan hüquq subyektinin müvafiq ərizəsi ilə ## ###### 2007-ci il tarixli ** nömrəli iclasın qərarına əsasən ilkin qərar ləğv edilmişdir. Məhkəmə həmçinin diqqətə çəkir ki, iddia tələbində mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya Balakən rayonu Tülü bələdiyyəsinin ## ####### 2007-ci il tarixli ** nömrəli qərarı ilə verildiyi qeyd edilsə də, Balakən rayon dövlət arxivindən təqdim edilmiş protokoldan görünür ki, sözügedən torpaq sahəsi iddiaçıya eyni tarixli, lakin ** saylı iclas protokolu ilə ayrılmışdır. Məhkəmə qeyd olunan halı formal xəta kimi qiymətləndirir və iddia tələbinə iddiaçı tərəfindən əlavə ərizə təqdim edilməklə iddiaya düzəliş edilməsini zəruri saymır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı İddiaçı ona Balakən rayonu Tülü bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, ** saylı iclas protokoluna əsasən həyətyanı məqsədilə satılmış 1000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmalıdır.
12. Cavabdehin nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayətinin dəlillərinə görə iddia olunan (naturadaki) 0,10 həyətyanı torpaq sahəsi iş üzrə 3-cü şəxs kimi icraata cəlb olunmuş şəxlərin adına ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən hazırlanmış müvafiq plan-ölçü sənədində göstərilmiş torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşür. Lakin məhkəmə bununla bağlı kifayət qədər araşdırma aparmamış və qeyd olunan sənədi ləğv etmədən, həmin sənədin üzərinə iddiaçının adına sənədin işlənməsini qərara almışdır. Bununla da, əlverişsiz, icrası texniki cəhətdən mümkün olmayan öhdəlik cavabdehin üzərinə qoymuşdur. Digər məsələ, iddiaçı tələb etmədiyi halda, prosessual qanunvericilinin tələbinə əsasən zəruri xəclərin iddiaçının özünə aid olmasına, habelə cavabdehin təqsiri olmadan və məslənin həlli birbaşa məhkəmənin səlahiyyətlərinə aid olduğuna baxmayaraq, mütəxəssis rəyi üçün ödənilmiş 95 xidmət haqqının rəyi vermiş qrumdan tutularaq iddiaçıya qaytarılması əsasız olaraq məhkəmə qərara gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
15. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2- *(***)-***/**** nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddia olunan (naturadaki) 0,10 həyətyanı torpaq sahəsi iş üzrə 3-cü şəxs kimi icraata cəlb olunmuş şəxlərin adına ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən hazırlanmış müvafiq plan-ölçü sənədində göstərilmiş torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşür. Üçüncü şəxslər üçüncü şəxs2 və üçüncü şəxs1 adına tərtib edilmiş plan-ölçü sənədi hal-hazırda mövcud deyildir, lakin elektron xəritədə onların adı vardır. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin mübahisələndirilən qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, üçüncü şəxs üçüncü şəxs1 qeyd edilən 0,06 ha torpaq sahəsi üzərində heç bir hüququ olmamışdır. Belə ki, üçüncü şəxslər üçüncü şəxs2 torpaq sahəsi ayrılandan sonra birgə nikaha daxil olmuşdurlar. Odur ki, qeyd edilən əmlak əvəzsiz əldə olunduğundan və birgə nikah dövründə əldə olunmadığından birgə nikahın predmeti ola bilməz. Qeyd edilən topraq sahəsindən imtina edilməsi nəticəsində üçüncü şəxs2 əvəzsiz olaraq mənzillə təmin olunmuşdur. Belə ki, üçüncü şəxs2 yenidən torpaq sahəsi əldə etmək istəməsi başqa mübahisənin predmetidir ki, bunun üçün də bələdiyyənin qərarını mübahisələndirməldir. Cavabdeh orqan “Torpaq sahəsinin plan və ölçüsü” sənədi olmadığı halda, hazırkı imtina qərarını verməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs2 qeyd etmişdir ki, Balakən rayon Tülü bələdiyyəsinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarı ilə ona 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Daha sonra ona əvəzssiz verilmiş 0,06 ha torpaq sahəsinin geri qaytarılması üçün bələdiyyəyə imtina ərizəsi ilə müraciət etmişdir. Tülü bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə Balakən rayon Tülü bələdiyyəsinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarı ləğv edilmişdir. Qeyd edilən torpaq sahəsindən imtina etməsinin səbəbi ona Balakən rayon Icra Hakimiyyəti tərəfindən ev verilməsi olmuşdur. Qeyd edilən evin verilməsi üçün torpağı geri qaytarılmalı olmuşdur. Odur ki, hazırkı iddianın təmin edilməməsini və Balakən rayonu Tülü bələdiyyəsinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarı ilə ona ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs1 bildirmişdir ki, torpaqdan imtinanı barədə qərardan və həyat yoldaşının bələdiyyəyə müraciəti barədə ərizədən xəbərdar olmamışdır. Qeyd edilən torpaq sahəsindən həyat yoldaşı imtina etdiyi tarixə qədər, həmin torpaq sahəsindən faktiki olaraq istifadə etmişlər. Odur ki, hazırkı iddianın təmin edilməməsini və Balakən rayonu Tülü bələdiyyəsinin ##.##.2001-ci il tarixli, ** nömrəli qərarı ilə həyat yoldaşı üçüncü şəxs2 ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin geri qaytarılmasını xahiş etdi.
16. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs Balakən rayonu Tülü bələdiyyəsinin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hazırki işə üçüncü şəxs Balakən rayonu Tülü bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi HYPERLINK "https://e-qanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi"müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında HYPERLINK "https://eqanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi"qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış HYPERLINK "https://e-qanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi"qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X5 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: ... 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; ... Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. ...
19. Hazırda qüvvədən düşmüş, Azərbaycan Respublikası Prezidentinin 2007ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən "Torpaq sahəsinin planı və ölçüsü"nün T ƏS V İ R İ:
1. Bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən "Torpaq sahəsinin planı və ölçüsü" (bundan sonra - plan və ölçü) təsvir edilir.
2. Plan və ölçü Azərbaycan Respublikasının dövlət dilində A3 formatlı xüsusi kağızda tərtib edilir. Plan və ölçü ciddi hesabat sənədidir və seriya nömrəsinə malikdir.
3. Plan və ölçü yaşayış məntəqələri hüdudlarında yerləşən torpaq sahələri (nümunə 1) və digər torpaq sahələri (o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqlar) (nümunə 2) üzrə ayrıca tərtib edilir.
4. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən plan və ölçüdə aşağıdakılar göstərilir: 4.1. plan və ölçünü verən dövlət orqanının - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin adı; 4.2. torpaq sahəsinin planı və ölçüsü tərtib olunan fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı (hüquqi şəxsin tam adı, hüquqi ünvanı); 4.3. torpaq sahəsinin yerləşdiyi inzibati ərazi, sahəsi və təyinatı, plan və ölçünün tərtib edilməsinə əsas olan sənədlərin rekvizitləri; 4.4. plan və ölçünün X3 kitabında uçota alındığı nömrə və tarix; 4.5. torpaq sahəsi planının kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), əsas döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; 4.6. yaşayış məntəqələrinin hüdudlarında yerləşən torpaq sahələri ilə bağlı tərtib edilmiş plan və ölçüdə baş plandan çıxarış, digər torpaq sahələri (o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqları) ilə bağlı tərtib edilmiş plan və ölçüdə isə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; 4.7. şərti işarələr (baş plandan çıxarışda və ya rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri); 4.8. torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı; 4.9. torpaq sahəsinin qonşu sərhədləri; 4.10. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon (şəhər) şöbəsinin möhür yeri, müdirinin soyadı, adı, atasının adı, plan və ölçünü tərtib edən icraçının soyadı, adı, atasının adı.
5. Plan və ölçü Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon (şəhər) şöbəsinin müdiri və həmin plan və ölçünü tərtib etmiş icraçı tərəfindən imzalanır, möhürlə təsdiq olunur.
20. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
109. Prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. 110.3. Iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. 111.1. Inzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. 111.2. Inzibati məhkəmə icraatı iştirakçısının mübahisəni əhəmiyyətsiz hissədə uduzduğu hallarda, prosessual xərcləri tam şəkildə ödəmək vəzifəsi qarşı tərəfin üzərinə qoyula bilər. 111.3. Şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. 111.4. Ilkin hüquqi vəziyyətin bərpa olunması haqqında ərizə ilə əlaqədar prosessual xərclər ərizəçi tərəfindən ödənilir. 111.5. Inzibati məhkəmə icraatının iştirakçılarından hər hansı birinin təqsiri üzündən meydana gəlmiş prosessual xərcləri ödəmək vəzifəsi, həmin iştirakçının üzərinə qoyula bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 115.0. Işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Işin hallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı – Balakən rayonu Tülü bələdiyyəsinin ## ####### 2007-ci il tarixli, ** saylı iclasının qərarı ilə ona satılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən ibarətdir.
27. Iş materiallarında olan Balakən rayonu Tülü bələdiyyəsinin ## ####### 2007ci il tarixli ** saylı iclasının protokolundan görünür ki, bələdiyyə tərəfindən Tülü kənd sakini İddiaçı 0,10 ha torpaq sahəsi satılmışdır. Həmin qərar ləğv edilməmiş, geri çağırılmamış və ya etibarsız sayılmamışdır. Buna görə də həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi baxımından daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınması üçün hüquqi əsas təşkil edir.
28. Iş materiallarında olan mütəxəssis rəyi ilə (səh83.) müəyyən edilir ki, iddiaçıya bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsi onun naturada istifadə etdiyi 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşür.
29. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddia olunan torpaq sahəsi üçüncü şəxslərin adına hazırlanmış plan-ölçü sənədində göstərilən sahə ilə üst-üstə düşür. Həmin sənəd ləğv edilmədən iddiaçının adına qeydiyyat aparılmasının texniki cəhətdən mümkün deyil. Həmçinin prosessual qanunvericilinin tələbinə əsasən zəruri xəclər iddiaçının özünə aiddir və məsələnin həlli birbaşa məhkəmənin səlahiyyətlərinə aid olmasına baxmayaraq, mütəxəssis rəyi üçün ödənilmiş 95 xidmət haqqının rəyi vermiş qurumdan tutulması qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh orqan torpaq sahələrinin üst-üstə düşdüyünü bildirsə də, istinad etdiyi planölçü sənədinin arxiv nüsxəsini təqdim edə bilmir. Cavabdehin yeganə istinadı elektron xəritədəki qeyddir. Lakin həmin qeydin hüquqi mənbəyi müəyyən edilməmiş və onun səlahiyyətli şəxs tərəfindən təsdiqlənmiş texniki sənəd əsasında elektron bazaya daxil edilməsi sübuta yetirilməmişdir.
31. Belə ki, hazırkı qərarın 19-cu bəndində göstərilən normalara əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü” torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədilə tərtib edilən ciddi hesabat sənədi olmuşdur. Həmin sənəd Komitənin müvafiq rayon (şəhər) şöbəsinin müdiri və onu tərtib etmiş icraçı tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməli idi.
32. Cavabdeh orqan torpaq sahələrinin üst-üstə düşməsinə yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilmiş və rəsmiləşdirilmiş plan-ölçü sənədinə əsaslanmaqla istinad edə bilərdi. Lakin həmin sənədin A3 formatlı xüsusi kağızda tərtib edilmiş nüsxəsinin mövcudluğu müəyyən edilmir. Cavabdeh orqan elektron xəritədəki qeydin mənbəyinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi üçüncü şəxslər üçüncü şəxs2 və üçüncü şəxs1 adına tərtib edilmiş plan-ölçü sənədinin aşkar edilmədiyini, 40114018100329 kadastr nömrəli məlumatda hər iki şəxsin adının əks olunduğunu bildirmişdir. Üçüncü şəxslər isə adlarının elektron xəritədə göstərilməsini yalnız hazırkı məhkəmə mübahisəsi zamanı öyrənmişlər və onlarda da, elektron xəritədə göstərilmiş məlumata dair plan-ölçü sənədi mövcud deyil.
33. Odur ki, hüquqi mənbəyi müəyyən edilməyən elektron xəritə məlumatı əsasında iddia olunan torpaq sahəsinin üçüncü şəxslərin adına tərtib edilmiş plan-ölçü sənədi ilə üst-üstə düşməsi ilə bağlı dəlil tamamilə əsassızdır. Həmin məlumatların (40114018100329) daxil edilməsinə əsas olmuş, tələb olunan qaydada imzalanmış və möhürlə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mövcud olmadığından, bu qeydlərin bazadan çıxarılması üçün hər hansı hüquqi maneə olmamışdır.
34. Kollegiya qeyd edir ki, cavabdehin bu məsələnin məhkəmənin səlahiyyətinə aid olması barədə mövqeyi isə tamamilə yanlışdır. Belə yanaşma inzibati orqanın öz informasiya sistemindəki hüquqazidd və əsassız qeydləri aradan qaldırmaq vəzifəsini dərk etmədiyini, “Inzibati icraat haqqında” Qanunun tələblərindən məlumatsızlığını və öz səlahiyyətlərinin mahiyyəti barədə elementar hüquqi biliklərə malik olmadığını göstərir.
35. Iş materiallarından görünür ki, Balakən rayonu Tülü bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə üçüncü şəxs2 ərizəsi nəzərə alınaraq, ona 0,06 ha torpaq sahəsinin ayrılması barədə ## ###### 2001-ci il tarixli, ** saylı qərar ləğv edilmişdir.
36. Mübahisəli torpaq sahəsinə dair elektron xəritədə üçüncü şəxs1 adı göstərilsə də, onun həmin torpaq sahəsi üzərində hər hansı hüququnun mövcudluğu iş materialları ilə təsdiq edilmir. üçüncü şəxs1 məhkəmə iclasında üçüncü şəxs2la 2001-ci ilin avqust ayında nikaha daxil olmasını, torpaqayırma qərarının sonradan ləğv edilməsindən xəbərsiz olmasını və buna razılıq verməməsini bildirmişdir.
37. Kollegiya qeyd edir ki, bələdiyyənin ## ###### 2001-ci il tarixli qərarı yalnız üçüncü şəxs2 münasibətdə qəbul edilmiş və daha sonra məhz onun ərizəsi əsasında ləğv olunmuşdur. Buna görə də bələdiyyənin həmin qərarın ləğvi zamanı üçüncü şəxs1 məlumatlandırmaq və ya onun razılığını almaq öhdəliyi olmamışdır. Odur ki, ilkin torpaqayırma qərarının ləğvi ilə bağlı inzibati icraatın üçüncü şəxs1 hər hansı aidiyyəti yoxdur.
38. Apellyasiya şikayətinin digər dəlili 95 manat mütəxəssis xərcinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Kollegiya qeyd edir ki, bu xərc cavabdehin ilkin inzibati icraat zamanı zəruri araşdırmanı aparmaması nəticəsində yaranmışdır. Cavabdeh orqan torpaq sahəsinin hüquqi və faktiki vəziyyətini yoxlamadan, oxşar işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə zidd olaraq, yalnız alqı-satqı aktının ## ###### 2008-ci ildə qeydiyyata alınmasına istinad etməklə əsassız imtina cavabı vermişdir.
39. Birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi əvvəllər üçüncü şəxsə bələdiyyə qərarı ilə ayrılmış, lakin həmin qərar sonradan ləğv edilmişdir. Buna baxmayaraq, cavabdeh mübahisəni əsassız olaraq davam etdirmiş və torpaq sahəsinin üçüncü şəxslərin adına olan plan-ölçü məlumatı ilə üst-üstə düşməsinə istinad etmişdir. Halbuki cavabdehə məlum idi ki, həmin məlumatın əsasında duran plan-ölçü sənədinin A3 formatlı arxiv nüsxəsi mövcud deyil, onun tərtibinə əsas verə biləcək bələdiyyə qərarı isə artıq qüvvədən düşmüşdür.
40. Birinci instansiya məhkəməsi toplanmış sübutlar əsasında mübahisəni mahiyyəti üzrə düzgün həll etmişdir. Lakin məhkəmənin apardığı araşdırma cavabdehin inzibati icraatını tamamlamaq deyil, onun səhlənkarlığı nəticəsində ümumiyyətlə aparılmamış araşdırmanı başlanğıcdan həyata keçirmək olmuşdur. Buna görə də həmin araşdırma üçün ödənilmiş 95 manat mütəxəssis xərcinin iddiaçıya aid edilməsi yolverilməzdir və bu məbləğ cavabdehdən tutulmaqla iddiaçıya qaytarılmalıdır.
41. Görünən odur ki, inzibati orqan başdansovdu imtina cavabları ilə elementar məsələləri məhkəmə müstəvisinə çıxarmaqla mütəxəssis xərci ilə bağlı məsələni idarənin gəlir mənbəyinə çevirmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq 95 manat mütəxəssis xərcinin iddiaçıya qaytarılmalı olması qənaətinə gəlmişdir.
42. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
43. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən imtina edilməsinin “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
44. Buna görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh orqan tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.