Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-147/2026 21.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının vəkili vəkil2 və üçüncü şəxsin vəkili vəkil1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «torpaq sahəsinin ayrılması barədə sərəncamların ləğvi barədə inzibati aktın ləğv edilməsi» tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Cavabdeh başçısının ##.##.2004-cü il tarixli, */*** №-li sərəncamı ilə iddiaçıya tikinti materialları mağaza tikintisinə icarə qaydasında 20 il müddətinə 90 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır.
2. Cavabdeh başçısının ##.##.2010-cu il tarixli, */*** №-li sərəncamı ilə iddiaçıya tikinti materialları mağaza tikintisinə icarə qaydasında 20 il müddətinə 252 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır.
3. Cavabdeh başçısının ##.##.2019-cu il tarixli, *** №-li sərəncamı ilə iddiaçıya Şəki Şəhəri S.Mümtaz küçəsinin qərbində yerləşən dövlət mülkiyyətinə aid 144 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyətini genişləndirmək üçün 49 il müddətinə icarəyə verilmişdir.
4. Cavabdeh başçısının ##.##.2025-ci il tarixli *-*/*-*-**/**** nömrəli sərəncamı ilə Cavabdeh başçısının ##.##.2004-cü il tarixli, */*** №-li, ##.##.2010-cu il tarixli, */*** №-li və ##.##.2019-cu il tarixli, *** №-li sərəncamları ləğv edilmişdir.
5. Daha sonra Cavabdeh başçısının ##.##.2025-ci il tarixli *-*/*-*-***/**** nömrəli sərəncamı ilə Cavabdeh başçısının ##.##.2025-ci il tarixli *-*/*-*-**/**** nömrəli sərəncamı ləğv edilmiş, yenidən inzibati icraat aparmaqla ##.##.2025-ci il tarixli, *-*/*-*-***/**** nömrəli sərəncam qəbul edilmişdir.
6. Cavabdeh başçısının ##.##.2025-ci il tarixli, *-*/*-*-***/**** nömrəli sərəncamı ilə Cavabdeh başçısının ##.##.2004-cü il tarixli, */*** №-li, ##.##.2010-cu il tarixli, */*** №li və ##.##.2019-cu il tarixli, *** №-li sərəncamları yenidən ləğv edilmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
7. Iddiaçı, İddiaçı iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət edərək Cavabdeh başçısının ##.##.2025-ci il tarixli *-*/*-*-**/**** nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə icraatının gedişində Cavabdeh başçısının # ####### 2025-ci il tarixli *-*/*-*-***/**** saylı sərəncamı ilə mübahisə predmeti olan ## ###### 2025-ci il tarixli *- */*-*-**/**** saylı sərəncam ləğv edilmişdir. Lakin Cavabdeh başçısı tərəfindən ## ######## 2004-cü il tarixli */*** nömrəli, ## ###### 2010- cu il tarixli */*** nömrəli və ## ######## 2019-cu il tarixli *** nömrəli sərəncamların ləğvi barədə ## ###### 2025-ci il tarixli *-*/*-*-***/**** nömrəli yeni sərəncam qəbul edilmişdir.
9. Iddiaçı, iddianın dəyişdirilməsi ilə bağlı ərizə təqdim edərək “cavabdehin ## ###### 2025-ci il tarixli *-*/*-*-***/**** nömrəli sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Inzibati Məhkəməsinin # ###### 2025-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir.
10. Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.
11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ümumlikdə 486 kv.m torpaq sahəsində müvafiq orqanların rəyləri və icazələri alınmaqla tikinti materiallarının satışı üçün mağaza inşa edilmişdir. Həmin tikiliyə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ ** saylı Şəki Ərazi Idarəsinə müraciət olunmuşdur. Cavabdeh başçısının müvafiq sərəncamların ləğv edilməsi barədə ## ###### 2025-ci il tarixli sərəncamında göstərilmişdir ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ərizə ilə Icra Hakimiyyətinə müraciət edərək sərəncamlarda hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində onun hüquqlarının pozulduğunu bildirmişdir. Hesab olunur ki, cavabdehin ## ###### 2025-ci il tarixli sərəncamı qanunsuz və əsassızdır. Belə ki, müraciətə baxılarkən məsələnin İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs aidiyyəti, onun subyektiv hüququnun olması araşdırılmamışdır. Lakin ## ###### 2025-ci il tarixli sərəncamın qəbulu ilə iddiaçının hüquqları pozulmuşdur. Sərəncamların verilməsindən uzun (20 il, 14 il, 5 il) müddət keçmiş və torpaq sahəsi ilə bağlı hər hansı mübahisə olmamışdır. Tikiliyə külli miqdarda xərc çəkilmişdir. Ona görə də cavabdehin ## ###### 2025-ci il tarixli sərəncamı ləğv edilməlidir.
12. Cavabdeh Cavabdeh iddiaya etiraz edərək, mövqeyini belə əsaslandırmışdır ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs müvafiq sərəncamların onun hüquqlarını pozduğunu iddia edərkən ayrılmış torpaq sahəsinin üzərində onun tərəfindən tikinti aparıldığını təsdiq edən sənədlər təqdim etmişdir. ## ###### 2025-ci il tarixli sərəncam qəbul edilərkən tərəflər arasındakı mübahisəyə toxunulmamış və ## ######## 2004-cü il tarixli */*** nömrəli və ## ###### 2010-cu il tarixli */*** nömrəli sərəncamlar qanunvericiliyin tələblərinə riayət edilmədiyi üçün, ## ######## 2019-cu il tarixli *** nömrəli sərəncam isə aidiyyəti dövlət orqanlarına sorğu edildikdən sonra ləğv edilmişdir. ## ###### 2025-ci il tarixli sərəncamın ləğvi üçün hallar iddia ərizəsində əksini tapmadığından, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Cavabdeh dəyişdirilmiş iddia tələbinə münasibətində qeyd etmişdir ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs müraciəti üzrə Cavabdeh başçısının ## ######## 2004-cü il tarixli */*** nömrəli, ## ###### 2010-cu il tarixli */*** nömrəli və ## ######## 2019-cu il tarixli *** nömrəli sərəncamlarında hüquqi ekspertiza keçirilərək onların qanunauyğunluğu yoxlanılmışdır. ŞIH-nin ## ###### 2010-cu il tarixli */*** nömrəli sərəncamında hansı normativ hüquqi akt əsasında qəbul edildiyi göstərilməmiş, heç bir normativ hüquqi akta istinad olunmamışdır. Sərəncamlarla ayrılmış torpaq sahələrinin icarəsi üzrə dövlət büdcəsinə ödənişlər daxil olmamış, onların üzərində hüquqların qeydiyyata alınması üçün aidiyyəti üzrə müraciət edilməmişdir. ## ######## 2004-cü il tarixli *** nömrəli sərəncamda qanunvericiliyin tələblərinə əməl edilmiş, aidiyyəti dövlət orqanlarından rəy alınması təmin edilmiş, lakin sərəncamda müəyyən edilmiş imtiyazlardan istifadə edilməmişdir. Iddiaçının dəlillərindən biri də odur ki, ## ###### 2025-ci il tarixli sərəncam qəbul olunarkən onun məlumatı olmamış və o, dinlənilməmişdir. Saxlanılan sənədlər arasında İddiaçı məlumatlandırılması barədə ## ###### 2025-ci il tarixli məktub mövcuddur. Bununla belə, yeni icraat aparılarkən ona məlumat verilmiş və o, məsələyə yazılı münasibət bildirmişdir. Icraat çərçivəsində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs nümayəndəsi izahatında bildirmişdir ki, ayrılan torpaq sahəsində tikili onun vəsaiti hesabına inşa edilmişdir. İddiaçı izahatında isə qeyd olunmuşdur ki, torpaq sahəsində tikinti işlərinə 2013-cü ildə başlanılmış və ilk növbədə onun bir hissəsi (yükdaşıyan sütun və rigerlər) tamamlanmış, ümumi olaraq tikinti işləri 2019-cu ildə başa çatdırılmışdır. O, izahat verərkən tikinti materiallarının hansı mənbədən əldə olunması ilə bağlı sualı cavablandırmaqdan imtina etmişdir. Izahatda həmçinin bildirmişdir ki, tikili əvvəllər “xxxx” adlı müəssisəyə verilmişdir, oradan alınan icarə haqqının bir hissəsi ona, bir hissəsi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ödənilirdi. Hazırda tikili “xxxx” Mebel şirkəti tərəfindən istifadə olunur, lakin icarə haqqı ona ödənilmir. Göstərilənlərə və «Inzibati icraat haqqında» Qanunun 20, 21, 28, 61, 67, 68-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73.1-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur.
13. Şəki Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia tələbi təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır: - Qüvvədə olan qanunvericilik normaları qeyri-kənd təsərrüfatı ehtiyacları üçün istifadəyə verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilməməsi həmin torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsini nəzərdə tutur və belə halın məhkəmə tərəfindən müəyyən edilməsini nəzərdə tutmur. Digər tərəfdən də, inzibati aktların qəbul edilməsi, icra olunması, ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən normalar qanuni əlverişli inzibati aktların ləğvi əsaslarının dairəsini konkret müəyyən edir və “inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə edilməməsi və ya lazımi qaydada və müddətdə istifadə edilməməsi”ni bu sıraya aid edir. Hazırkı işin hallarına görə müəyyən edlir ki, iddiaçı İddiaçı ona müddətli icarə üçün 2004-cü ildə 90 kv.m və 2010-cu ildə 252 kv.m torpaq sahəsi ayrıldığı halda, ümumilikdə 342 kv.m sahədə özünün etiraf etdiyi kimi 2013-cü ilədək heç bir tikinti işi aparmamış, yalnız 2013-cü ildə tikinti işlərinin bir hissəsi (yükdaşıyan sütun və rigerlər) həyata keçirilmiş, sonradan 2019-cu ildə işlər tamamlanmışdır. Bununla da Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən onun həmin sərəncamlarla ayrılmış torpaq sahəsi üzərində hüquqlarına xitam verilməlidir. Hətta ## ######## 2004-cü il tarixli sərəncamla müəyyən edilmiş icarə müddətinin vaxtı da başa çatmışdır. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı ## ######## 2004-cü il və ## ###### 2010-cu il tarixli sərəncamlara – əlverişli inzibati aktlara münasibətdə müəyyən edilmiş imtiyazlardan istifadə etməmişdir. Odur ki, qanuni əlverişli inzibati akt kimi həmin sərəncamların ləğvi qanuna zidd sayıla bilməz («Inzibati icraat haqqında» Qanunun 68.2.2-ci maddəsi). ## ######## 2019-cu il tarixli sərəncama gəldikdə isə, həm sahədə tikinti işlərinin iddiaçı tərəfndən aparılmasını təsdiq edən sübutlar mövcud deyil və sərəncamla ona torpaq sahəsi ayrılmış iddiaçı ilə başqa şəxs arasında mübahisə var, həm də belə sübutlar olsa belə bu sərəncamla ayrılmış torpaq sahəsi obyektin yerləşdiyi sahənin çox əhəmiyyətli hissəsini təşkil etmir. Hüquqi maraq nöqteyi nəzərdən əvvəlki iki (## ######## 2004-cü il və ## ###### 2010-cu il tarixli) sərəncamlar ləğv olunarsa, ## ######## 2019- cu il tarixli sərəncamın saxlanılması məqsədyönlü də sayıla bilməz. Iddiaçı tərəfin “sərəncamın ləğvi üçün qanunla müəyyənləşdirilmiş 1 illik müddətin pozulması” dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən ## ######## 2004-cü il, ## ######## 2010-cu il və ## ######## 2019-cu il tarixli sərəncamlar qanunsuz deyil, qanuni inzibati aktlar kimi ləğv edilmişdir. Yəni, bu halla bağlı «Inzibati icraat haqqında» Qanunun 67-сi maddəsi yox, 68-сi maddəsi çıxış edir, hansı ki inzibati orqan mübahisələndirilən ## ###### 2025-ci il tarixli sərəncamında bu normaya istinad da edir. Bundan başqa məhkəmə diqqətə çəkir ki, cavabdeh Cavabdeh tərəfindən ## ###### 2025-ci il tarixli sərəncamın qəbulu üzrə inzibati icraat aparılarkən maraqlarına toxunulan şəxs kimi hazırkı iddiaçı İddiaçı məlumatlandırılması və dinlənilməsi təmin edilmişdir. Inzibati icraatın cavabdeh inzibati orqanın öz təşəbbüsü ilə aparması qanuna zidd deyil. Icraat inzibati orqanın təşəbbüsü ilə başlandığı halda, hər hansı şəxsin izahatının və ya təqdim etdiyi məlumatların nəzərə alınması «Inzibati icraat haqqında» Qanunun müddəalarını pozmur. Xüsusilə nəzərə alınmalıdır ki, ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə edilməməsi (başqa şəxsin istifadə etməsi) ilə bağlı məlumatlar cavabdeh inzibati orqana elə 2025-ci ildə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən bildirilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh Cavabdeh başçısının ## ###### 2025-ci il tarixli *-*/*-*-***/**** nömrəli sərəncamı qanuna zidd sayıla bilməz və bu sərəncamın qəbulu iddiaçı İddiaçı hüquqlarını pozmur.
15. Iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının ## ######## 2004-cü il tarixli, */*** saylı sərəncamına əsəsən İddiaçı Şəki şəhəri, S.Mümtaz küçəsi ilə A.Məmmədov küçəsinin kəsişməsinin qərbindən dövlət fondu torpaqlarından tikinti materiallarının satışı üçün mağaza tikmək məqsədi ilə 20 il müddətinə 90 kv.metr torpaq sahəsi ayrılmışdır. Bundan sonra Cavabdeh Başçısının ## ###### 2010-cu il tarixli, */*** saylı sərəncamı ilə İddiaçı Şəki şəhəri, S.Mümtaz küçəsinin qərbindən dövlət fondu torpaqlarından tikinti materiallarının satışı üçün mağaza tikmək məqsədi ilə 20 il müddətinə əlavə 252 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. Daha sonra Cavabdeh Başçısının ## ######## 2019-cu il tarixli, *** saylı sərəncamı ilə İddiaçı, sahibkarlıq fəaliyyətimi genişləndirmək üçün Şəki şəhəri, S.Mümtaz küçəsinin qərbindən mənim istifadəsində olan torpaq sahəsinin qonşuluğunda olan dövlət fondu torpaqlarından tikinti materiallarının satışı üçün mağaza tikmək məqsədi ilə 49 il müddətinə əlavə 144 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. Ümumilikdə İddiaçı icarəyə verilmiş 486 kv.metr torpaq sahəsində lazımi dövlət orqanlarının rəyləri və icazələri ilə tikinti materiallarının satışı üçün mağaza inşa etmişdir. Həmin tikiliyə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinə müraciət etmişdir. Göründüyü kimi Şəki şəhəri, S.Mümtaz küçəsi ilə A.Məmmədov küçəsinin kəsişməsinin qərbində 486 kv.metr torpaq sahəsi Cavabdeh Başçısının müvafiq sərəncamları ilə İddiaçı verilmiş və həmin torpaq sahəsində onun tərəfindən mağaza binası inşa edilmişdir. Cavabdeh ## ###### 2025-ci il tarixli, *-*/*-*-**/**** nömrəli sərəncamı ilə Cavabdeh Başçısının ## ######## 2004-cü il tarixli, */*** saylı, ## ###### 2010-cu il tarixli, */*** saylı və ## ######## 2019-cu il tarixli, *** saylı sərəncamları ləğv edilmişdir. Həmin sərəncamda İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ərizə ilə icra hakimiyyətinə müraciət edərək Cavabdeh Başçısının ## ######## 2004-cü il tarixli, */*** saylı, ## ###### 2010- cu il tarixli, */*** saylı və ## ######## 2019-cu il tarixli, *** saylı sərəncamlarında hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində onun hüquqlarının pozulduğu və həmin sərəncamların ləğv edilməsini xahiş etməsi qeyd edilmişdir. Bu səbəbdən də İddiaçı torpaq sahəsinin ayrılması barədə olan sərəncamlar ləğv edilmişdir. Bununla bağlı ## ###### 2025-ci il tarixli 5-7/3-3- **/**** saylı sərəncam verilmişdir. Bundan sonra aralarında inzibati mübahisə yaranmışdır. Şəki Inzibati Məhkəməsində məhkəmə çəkişməsində İddiaçı dinlənilmə hüququ təmin edilmədiyi aşkar olunduğu üçün Cavabdeh tərəfindən qəbul olunmuş ## ###### 2025-ci il tarixli *- */*-*-**/**** saylı sərəncam ləğv edilmiş inzibati icraat yenidən başlanılmış və yenidən eyni məzmunlu ## ###### 2025-ci il tarixli *-*/*-*-***/**** saylı sərəncam qəbul edilmişdir. Belə ki, Cavabdeh başçısının müvafiq sərəncamların ləğv edilməsi barədə ## ###### 2025-ci il tarixli sərəncamında göstərilmişdir ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ərizə ilə Icra Hakimiyyətinə müraciət edərək sərəncamlarda hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində onun hüquqlarının pozulduğunu bildirmişdir. Bununla bağlı ##.##.2018-ci il tarixli AH/X/**/*** nömrəli podrat müqaviləsi guya tikilinin onun tərəfindən inşa edilməsinə dair müqavilə təqdim etmişdir. Həmin podrat müqaviləsində qeyd olunmuş tərəflərin rekvizitlərinə nəzər salsaq görərik ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd olunmuşdur. Həmin şəxsiyyət vəsiqəsi ##.##.2019-cu il tarixdə verilmişdir. Necə ola bilər ki, ##.##.2018-ci il tarixdə rəsmiləşdirilmiş əqddə ##.##.2019-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi qeyd oluna bilər? Bundan əlavə olaraq İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən Şəki Şəhər Icra Hakmiyyətinə təqdim etdiyi ərizədə qeyd olunmuşdur ki, ##.##.2004-cü il tarixli */*** nömrəli sərəncamında qanunvericilik düzgün tətbiq dilməmiş və nəticədə mənim tərəfimdən inşa edilmiş qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsi İddiaçı adına rəsmiləşdirlimişdir. Nəzərə alsaq ki şəxs tərəfindən təqdim edilmiş podrat müqaviləsi 2018-ci ildə rəsmiləşdirilmişdir. Burda digər bir sual ortaya çıxır ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs həmin qeyri yaşayış sahəsini nə vaxt inşa etmişdir. Əgər 2004-cü ildə inşa etmişdirsə nəzərinizə çatdırmaq istəyirəm ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs doğum tarixi ##.##.1994-cü ildir və 2004-cü ildə onun 10 yaşı olmuşdur. Yox əgər 2018-ci ildə inşa etmişdirsə məhz niyə 7 (yeddi) il gözləmişdir. Həmçinin həmin tikinti ilə bağlı heç bir sənədləşmə aparmamışdır. Həmin qeyri-yaşayış binası İddiaçı tərəfindən inşa olunmuş və 2017-ci il tarixdə Cavabdeh Memarlıq və Tikinti şöbəsinin müdiri baş memar T.Alxasov ilə razılaşdırılaraq inşa olunacaq ticarət obyektinin layihəsi tərtib olunmuşdur. Bundan əlavə olaraq həmin qeyri-yaşayış binası ##.##.2020-ci il tarixdə İddiaçı tərəfindən icarəyə verilmiş və bununla bağlı icarə müqaviləsi bağlanılmışdır. Həmçinin Sərəncamların verilməsindən uzun (20 il, 14 il, 5 il) müddət keçmişdir. Inzibati icraat haqqında qanuna əsasən sərəncamların verilməsindən sonra 1 (bir) illik müddət ötürülmüşdür. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
18. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən üçüncü şəxsin vəkili apellyasiya şikayətinin təmin edilməməsini və mübahisələndirilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 73.1.Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: (9-cu abzas) kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə. Maddə 73.2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8- ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Maddə 73.2. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).
20. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddət li istifadə etməkdir. Maddə 12. Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.
21. «Inzibati icraat haqqında» Qanun: Maddə 2.0.10. Əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 28.1. Inzibati icraatın başlanılması üçün əsaslarlardan biri də inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: (68.2.1) inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; (68.2.2) maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; (68.2.3) inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; (68.2.4) inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Maddə 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Iddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə qismən riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları qismən düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
25. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-**)-***/**** saylı qərardadı ilə Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı “Cavabdeh başçısının ##.##.2025-ci il tarixli, *-*/*-*-***/**** nömrəli sərəncamının ##.##.2004-cü il tarixli, */*** nömrəli sərəncama aid hissədə” ləğv edilərək həmin hissədə iddia mümkün sayılmamışdır. Odur ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarının qanuniliyi yalnız cavabdehin ##.##.2025-ci il tarixli sərəncamının ##.##.2010cu il tarixli, */*** nömrəli və ##.##.2019-cu il tarixli, *** nömrəli sərəncamlara aid hissələri üzrə yoxlanılır.
26. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli sərəncamının qəbul edilməsi ilə nəticələnən inzibati icraatın başlanmasına səbəb İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs müvafiq sərəncamlarla ayrılmış torpaq sahəsində inşa edilmiş qeyriyaşayış obyektinin rəsmiləşdirilməsi məqsədilə etdiyi müraciət olmuşdur. Belə ki, sənədləşdirmə prosesində Cavabdeh başçısının yuxarıda qeyd olunan sərəncamlarının maneə yaratması dəlili irəli sürülmüş və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs həmin sərəncamların ləğv olunması ilə bağlı müraciət etmişdir. Bundan sonra cavabdeh orqan tərəfindən inzibati icraat aparılaraq mübahisələndirilən sərəncam qəbul edilmişdir.
27. Işin hallarından görünür ki, Cavabdeh başçısının ##.##.2025-ci il tarixli, *-*/*-*- **/**** nömrəli sərəncamı ilə Cavabdeh başçısının ##.##.2010-cu il tarixli, */*** nömrəli və ##.##.2019-cu il tarixli, *** nömrəli sərəncamları ləğv edilmişdir. Sonradan həmin sərəncam iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, dinlənilmə hüququnun təmin edilməməsi ilə bağlı dəlillər irəli sürülmüşdür. Bundan sonra cavabdeh orqan ##.##.2025-ci il tarixli, *-*/*-*-***/**** nömrəli sərəncamı ilə ##.##.2025-ci il tarixli sərəncamı ləğv etmiş, yenidən inzibati icraat aparmış və ##.##.2025-ci il tarixli, *-*/*-*- ***/**** nömrəli sərəncamla eyni məzmunlu qərar qəbul edərək həmin sərəncamları yenidən ləğv etmişdir.
28. Iş materiallarından görünür ki, ##.##.2010-cu il tarixli, */*** nömrəli sərəncamla iddiaçıya ##.##.2004-cü ildə ayrılmış 90 kv.m torpaq sahənin yanında əlavə 252 kv.m torpaq sahəsi icarəyə verilmiş, ##.##.2019-cu il tarixli, *** nömrəli sərəncamla isə Şəki şəhəri S.Mümtaz küçəsinin qərbində yerləşən dövlət mülkiyyətində olan 144 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədilə 49 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Qeyd olunan sərəncamların hər biri ayrıca torpaq sahəsinə aiddir və sözügedən torpaq sahələri yanaşıdır.
29. Iddiaçı, cavabdehin ##.##.2025-ci il tarixli sərəncamının qanunsuz olmasını, əvvəlki sərəncamların ləğv edilməsi üçün yetərli hüquqi əsasların olmamasını bildirir. Cavabdeh isə 2010-cu ilə aid sərəncamın qanunvericiliyin tələbləri gözlənilmədən qəbul edilməsini, 2019-cu ilə aid sərəncam üzrə iddiaçının icarə haqqını ödəməməsini və verilmiş hüquqdan lazımi qaydada istifadə etmədiyini göstərərək mübahisəli sərəncamın əsaslı olmasını bildirmişdir.
30. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin 2010-cu ilə aid sərəncamın cavabdeh tərəfindən qanuni əlverişli inzibati akt kimi qiymətləndirməsi ilə bağlı mövqeyi iş materiallarına uyğun olmamışdır. Belə ki, cavabdehin həm ##.##.2025-ci il tarixli sərəncamının məzmunundan, həm də iddia tələbinə münasibətindən görünür ki, ##.##.2010-cu il tarixli sərəncam ümumiyyətlə hər hansı normativ hüquqi akta istinad edilməməsinə görə qanunsuz əlverişli inzibati akt kimi qiymətləndirmişdir (IIHQ-nun 67-ci maddəsi).
31. “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Iş materiallarından görünür ki, cavabdeh orqan 2010-cu ildə qəbul edilmiş sərəncamla bağlı inzibati icraatı 2025-ci ildə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs müraciətindən sonra başlamış və mübahisələndirilən ##.##.2025-ci il tarixli sərəncamı bir il keçmədən qəbul etmişdir. Buna görə də sözügedən inzibati aktın ləğvi ilə bağlı birillik müddət ötürülməmişdir.
32. Cavabdehin ##.##.2010-cu il tarixli, */*** nömrəli sərəncamı ilə iddiaçıya tikinti materialları mağazasının tikintisinə icarə qaydasında 20 il müddətinə 252 kv.m torpaq sahəsi ayrılmışdır. Cavabdeh bu sərəncamın ləğv edilməsini onunla əsaslandırmışdır ki, sözügedən sərəncamın hansı normativ hüquqi akt əsasında qəbul edilməsi göstərilməmiş, hər hansı normativ hüquqi akta istinad edilməmişdir.
33. Iş materiallarından görünür ki, həmin sərəncam iddiaçının sahibkarlıq fəaliyyətini genişləndirmək barədə müraciəti, əvvəl ayrılmış 90 kv.m sahənin yanında əlavə 252 kv.m torpaq sahəsinin ayrılması zərurəti və tikinti və memarlıq şöbəsinin müsbət rəyi nəzərə alınmaqla qəbul edilmişdir. Eyni zamanda sərəncamda icarə müqaviləsinin bağlanmalı olduğu göstərilsə də, belə müqavilə bağlanmamışdır.
34. Göründüyü kimi cavabdeh orqan 2010-cu ilə aid sərəncamın qəbul edildiyi tarixdə qüvvədə olan hansı maddi hüquq normalarının pozulmasını, aşkar edilmiş pozuntuların nəyə görə həmin inzibati aktın ləğvini şərtləndirməsini əsaslandırmamış, sözügedən sərəncamı sadəcə normativ hüquqi akta istinad edilməməsi əsası ilə ləğv edərək “Inzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə istinad etmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, “Inzibati icraat haqqında” Qanunun 91-ci maddəsinə əsasən həmin Qanun Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi isə ##.##.2011-ci il tarixdən qüvvəyə minmişdir.
36. Belə olan halda ##.##.2010-cu il tarixdə qəbul edilmiş sərəncamın qanuniliyinə sonradan qüvvəyə minmiş inzibati icraat normaları, o cümlədən 61-ci maddədə nəzərdə tutulan yazılı əsaslandırma tələbi baxımından hüquqi qiymət verilə bilməzdi. Nəzərə alınmalıdır ki, inzibati aktda maddi hüquq normasına istinad edilməməsi öz-özlüyündə həmin aktın qanunsuz sayılması və ləğv edilməsi üçün əsas hesab oluna bilməz.
37. Iş materialları ilə ##.##.2010-cu il tarixli sərəncamla bağlı icarə müqaviləsinin bağlanmaması, icarə hüququnun dövlət qeydiyyatına alınmaması və uzun müddət torpaq icarə haqqının ödənilməməsi müəyyən edilir. Lakin cavabdeh orqan ##.##.2025-ci il tarixli sərəncamında ##.##.2010-cu il tarixli sərəncamı qəbul edildiyi vaxt qanunsuz əlverişli inzibati akt kimi qiymətləndirmiş və sərəncamın verildiyi vaxt yol verilmiş pozuntularla əsaslandırmışdır. Digər tərəfdən sözügedən sərəncamın 2-ci bəndində iddiaçı ilə Şəki şəhər IH arasında qanunamüvafiq qaydada icarə müqaviləsinin bağlanması nəzərdə tutulsa da, cavabdeh orqan sərəncamın həmin bəndinin icrası istiqamətində hər hansı addım atmamış, ötən müddət ərzində icarə müqaviləsinin bağlanması təmin edilməmişdir. Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs müraciəti olmayacağı halda qeyd olunan hal ümumiyyətlə cavabdeh orqan üçün maraqlı da olmamışdır. Odur ki, tərəflər arasında torpaq icarəsi müqaviləsi bağlanmadığından və iddiaçının öhdəliyi müəyyən edilmədiyindən (icarə haqqı məbləği qeyri-müəyyən olduğundan) cavabdehin ##.##.2010-cu il tarixli sərəncam əsasında icarə haqqının ödənilməməsinə istinad etməsi əsaslı hesab edilə bilməz.
38. Məhkəmə kollegiyasının ##.##.2019-cu il tarixli, *** nömrəli sərəncamın ləğvi ilə bağlı cavabdehin ##.##.2025-ci il tarixli sərəncamına münasibətdə mövqeyi aşağıdakı kimidir.
39. Sözügedən sərəncamla iddiaçıya Şəki şəhəri S.Mümtaz küçəsinin qərbində yerləşən dövlət mülkiyyətinə aid 144 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədilə 49 il müddətinə icarəyə verilmişdir.
40. Iş materiallarında olan ##.##.2019-cu il tarixli, ** saylı “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, icarəçinin hər il 50 manat məbləğində dövlət büdcəsinə icarə haqqı ödəmək öhdəliyi müəyyən edilmişdir. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri ödəmək icarəçinin vəzifəsidir.
41. Müqavilənin 2.14-cü bəndində tərəflərdən hər hansı birinin öhdəlikləri pozduğu halda bu barədə rəsmi məlumat veriləcəyi, qayda pozuntusu 60 gün ərzində aradan qaldırılmadıqda aidiyyəti orqanlar və ya məhkəmə qarşısında tələb irəli sürüləcəyi qeyd edilmişdir.
42. Müqavilənin 6-cı bəndinə görə isə müqavilə torpaqdan müvəqqəti istifadə hüququna dair müəyyən olunmuş qaydada şəhadətnamə alındıqdan sonra qüvvəyə minir. Iş materiallarından görünür ki, 2019-cu ildə verilmiş sərəncam əsasında ayrılmış torpaq sahəsi üzərində iddiaçının icarə hüququ dövlət qeydiyyatına alınmamışdır. Eyni zamanda iddiaçı icarə haqqını ödəmədiyini aparılan inzibati icraat zamanı etiraf etmişdir.
43. Sözügedən sərəncamın 4-cü bəndində icarə hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri hərəkətlərin edilməsi iddiaçının vəzifəsi kimi müəyyən edilmişdir. Eyni zamanda icarə hüququnun qeydə alınması tələbinin həm də müqavilənin qüvvəyə minməsinin şərti qismində müqavilədə nəzərdə tutulduğu da diqqətə alınmalıdır. Belə olan halda da, həmin torpaq sahələri üzərində iddiaçının icarə hüququnun yaranması başa çatmamışdır və bu mənada həmin torpaq sahələri üzərində iddiaçının qanunvericiliklə təminat verilən icarə hüququndan söhbət gedə bilməz. Belə ki, sözügedən torpaq sahələrinə icarə hüququnun dövlət qeydiyyatından keçirilməməsinin hüquqi nəticələri iddiaçının məsuliyyət sferasına aid edilməlidir. Qeydə alınmamış hüququn müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Bu baxımdan iddiaçının icarə hüququna məhkəmə qaydasında xitam verilməsinə lüzum olmamışdır.
44. Cavabdeh orqan 2019-cu ilə aid sərəncamın ləğvini “Inzibati icraat haqqında” Qanunun 68.2.2-ci maddəsi və Torpaq Məcəlləsinin 73.1-ci maddəsi ilə əsaslandırmışdır. Həmin normalara görə, qanuni əlverişli inzibati akt maraqlı şəxs onunla verilmiş hüquqlardan istifadə etmədikdə və ya lazımi qaydada və müddətdə istifadə etmədikdə ləğv oluna bilər; torpaq sahəsi üzərində icarə hüququna isə icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə xitam verilir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən icarə haqqının ödənilməməsi işin mübahisəsiz haldır. Dövlət torpağının icarəyə verilməsi iddiaçıya əvəzli istifadə imkanı yaradan əlverişli inzibati akt olmuşdur. Lakin, iddiaçı, bu inzibati aktdan yaranan öhdəliklərini, o cümlədən icarə haqqının ödənilməsini təmin etməmiş, buna görə də, cavabdeh orqan icarə haqqının uzun müddət ödənilməməsini “Inzibati icraat haqqında” Qanunun 68.2.2-ci maddəsində nəzərdə tutulan mənada inzibati aktla verilmiş hüquqdan lazımi qaydada və müddətdə istifadə edilməməsi kimi qiymətləndirmişdir.
46. Həmçinin nəzərə alınmalıdır ki, dövlət torpağının uzun müddət ödənişsiz istifadə edilməsi sözügedən inzibati aktın qəbulundan sonra yaranmış faktiki hal kimi həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına ziyan vurması kimi də, qəbul edilməlidir.
47. Məhkəmə kollegiyası iddiaçının dinlənilmə hüququ və xəbərdarlıq verilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh orqan ##.##.2025-ci il tarixli ilkin sərəncamında artıq icarə haqqının ödənilməməsi halını qeyd etmiş, həmin sərəncam sonradan məhz dinlənilmə hüququnun təmin edilməsi məqsədilə cavabdehin özü tərəfindən ləğv edilmiş, bundan sonra yenidən inzibati icraat aparılmış, ##.##.2025-ci il tarixdə iddiaçıdan izahat alınmış və iddiaçı icarə haqqını ödəmədiyini həmin icraat zamanı da təsdiqləmişdir.
48. Cavabdeh orqan bununla bağlı kifayət qədər uzun müddət ərzində iddiaçı ilə müzakirə aparmış və iddiaçı bundan xəbərdar olmuşdur. Buna baxmayaraq, ##.##.2025-ci il tarixli yekun sərəncam qəbul edilənədək icarə haqqının ödənilməsi təmin edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini ##.##.2019-cu il tarixli, *** nömrəli sərəncamla bağlı hissədə təmin etməmişdir.
49. Məhkəmə kollegiyası torpaq sahəsində sahibkarlıq fəaliyyətinin faktiki olaraq kim tərəfindən həyata keçirilməsi ilə bağlı mübahisələrə münasibətdə qeyd edir ki, iş materiallarında İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs sifarişi və ödədiyi vəsait əsasında “xxxx” MMC tərəfindən 2018–2019-cu illərdə Şəki şəhərinin Salman Mümtaz küçəsində dövlət fond torpaqlarına aid 500,94 kv.m ərazidə qeyri-yaşayış obyektinin inşa edilməsi, hal-hazırda həmin tikilinin “xxxx” mebel mağazası tərəfindən istifadə olunması və obyekt üzrə icarə haqqının İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs və onun ailəsinə ödənildiyi barədə məlumatlar vardır.
50. Eyni zamanda iddiaçı tikinti işlərinin 2019-cu ildə onun iştirakı ilə və onun ustaları tərəfindən başa çatdırılmasını, işıq və su abonentliyinin onun adına olmasını, 2019–2023-cü illərdə “xxxx mebel mağazası” ilə icarə müqaviləsinin mövcud olmasını, eləcə də tikintiyə çəkilən xərcləri tam ödəyə bilmədiyi üçün üçüncü şəxslə şəriklik münasibətinə girdiyini bildirmişdir.
51. Kollegiya qeyd edir ki, qeyd olunan hallar hazırkı iş üzrə cavabdehin mübahisələndirilən sərəncamının qəbul edilməsinin hüquqi əsaslarına heç bir təsir göstərmir və torpaq sahəsində yerləşən tikilidən faktiki istifadə ilə bağlı yaranmış mübahisələrə mülki məhkəmə icraatı qaydasında hüquqi qiymət verilməlidir.
52. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Inzibati Məhkəməsinin ## ###### 2026cı il tarixli qərarı Cavabdeh başçısının ##.##.2025-ci il tarixli, *-*/*-*-***/**** nömrəli sərəncamının ##.##.2010-cu il tarixli, */*** nömrəli sərəncamının mübahisələndirilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməli, mübahisələndirilən qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı “Cavabdeh başçısının ##.##.2025-ci il tarixli, *-*/*-*-***/**** nömrəli sərəncamının ##.##.2010-cu il tarixli, */*** nömrəli sərəncamının mübahisələndirilməsinə dair hissədə” ləğv edilir. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilir. Cavabdeh başçısının ##.##.2025-ci il tarixli, *-*/*-*-***/**** nömrəli sərəncamı ##.##.2010-cu il tarixli, */*** nömrəli sərəncamın ləğvinə dair hissədə ləğv edilir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı qalan hissədə (Cavabdeh başçısının ##.##.2025-ci il tarixli, *-*/*-*-***/**** nömrəli sərəncamı ilə ##.##.2019-cu il tarixli, *** №-li sərəncamın ləğvinə dair) dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.