Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-149/2026 03.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Ismayıllı rayonu Qalacıq bələdiyyəsinə qarşı “cavabdehin ** nömrəli ## ### 2021-ci il tarixli qərarının “20 ha torpaq səhəsinin “xxxx” MMC-yə satılmasına dair” hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Ismayıllı rayon Qalacıq bələdiyyəsinin ** nömrəli ## ### 2021-ci il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-*****/**** nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Inzibati Məhkəməsinə göndərilmiş və inzibati iş ##.##.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
3. Şəki Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
4. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
5. Iddiaçının vəkili (nümayəndəsi) ##.##.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Ismayıllı rayon Qalacıq bələdiyyəsinin ** nömrəli ## ### 2021-ci il tarixli qərarının “20 ha torpaq səhəsinin “xxxx” MMC-yə satılmasına dair” hissədə ləğv edilməsini xahiş etmişdir. Ərizə həmin tarixli iclas protokolunun qərardadı ilə təmin edilmişdir.
6. Hazırkı işin hallarına əsasən İddiaçı ## ######## 2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında “xxxx” MMC-dən 20 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınaraq ##.##.2009-cu il tarixli MH seriaylı ******* nömrəli çıxarış verilmişdir.
7. Ismayıllı rayon Qalacıq bələdiyyəsinin ** nömrəli ## ### 2021-ci il tarixli qərarına əsasən bələdiyyə ilə 20 ha torpaq səhəsinin “xxxx” MMC-yə satılmasına dair ##.##.2005-ci il tarixli Qərarı, habelə bələdiyyənin ##.##.2007-ci il tarixli digər qərarı ləğv edilmişdir. Bələdiyyə öz qərarında daha İddiaçı adına verilmiş çıxarışla bağlı rayon məhkəməsinə müraciət olunmasını qərara almışdır.
8. Ismayıllı Rayon Məhkəməsinin # #### 2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, Ismayıllı rayon Qalacıq bələdiyyəsinin mülkiyyətində olmuş 20 ha örüş sahəsinə dair “xxxx” MMC-nin adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ## ###### 2005-ci tarixli JN 0540 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının etibarsız hesab edilməsi, 20 ha örüş sahəsinin “xxxx” MMC tərəfindən İddiaçı satılması barədə Ismayıllı rayon Dövlət Notariat Kontorunda bağlanmış, reyestrdə 4Ə-2/253 nömrə ilə qeydə alınmış ## ######## 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, 20 ha torpaq sahəsinə dair İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2009-cu il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış və ## #### 2019-cu il tarixli “A” seriyalı ****** nömrəli “xxxx” sənədi etibarsız hesab edilmişdir.
9. Həmin qərar Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə ləğv edilmişdir. Qərar Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı icra vərəqəsi ilə icrada dönüş edilərək 20 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2009-cu il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış və ## #### 2019-cu il tarixli “A” seriyalı ****** nömrəli “xxxx” sənədinin İddiaçı adına geri qaytarılması göstərilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki Inzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ###### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
11. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1 həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı inzibati iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən inzibati akt Ismayıllı rayonu Qalacıq bələdiyyəsinin ## ### 2021-ci il tarixli ** saylı qərarıdır. Iddiaçının tələbi həmin qərarın yalnız müəyyən hissəsinin – yəni əvvəlki qərarın ləğv edilməsinə dair hissəsinin qanunsuz hesab olunaraq ləğv edilməsindən ibarətdir. Lakin məhkəmə işə baxarkən iddia predmetini nəzərə almadan, iddia tələbi ilə mübahisələndirilməyən ##.##.2005-ci il tarixli bələdiyyə qərarının qanuniliyinə qiymət vermişdir. Halbuki həmin qərar hazırkı iş üzrə mübahisələndirilən inzibati akt deyildir. Məhkəmə inzibati aktın qanuniliyini qiymətləndirərkən inzibati aktın ləğv edilməsinə dair qanunvericilikdə müəyyən edilmiş müddət məsələsini də nəzərə almamışdır. Iş materiallarından görünür ki, Qalacıq bələdiyyəsinin ## ### 2021-ci il tarixli qərarı ilə ## #### 2005-ci il tarixli qərar ləğv edilmişdir. Beləliklə, bələdiyyə öz qərarını 16 il sonra ləğv etmişdir. Hazırkı iş üzrə isə bələdiyyə tərəfindən qəbul edilmiş 2005-ci il tarixli qərar uzun müddət qüvvədə olmuş, həmin qərara əsasən torpaq üzərində mülkiyyət hüququ formalaşmış, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və mülki dövriyyədə hüquqi nəticələr yaranmışdır. Bu halda həmin qərarın 2021-ci ildə ləğv edilməsi hüquqi sabitlik və hüquqi müəyyənlik prinsiplərinə ziddir. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almamış, əksinə, qanunsuz şəkildə bələdiyyənin 2021-ci il tarixli qərarı ilə 2005-ci il qərarının ləğv edilməsini əsaslı hesab etmişdir. Bununla məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bundan əlavə, məhkəmə inzibati icraatın əsas prinsiplərindən biri olan dinlənilmə hüququnun pozulmasına da hüquqi qiymət verməmişdir. Iş materiallarından görünür ki, mübahisələndirilən qərar qəbul edilərkən iddiaçı həmin iclas barədə məlumatlandırılmamış və qərarın qəbul edilməsi prosesində iştirak etmək imkanı əldə etməmişdir. Məhkəmə mübahisələndirilən qərarın qanuniliyini qiymətləndirərkən iş üzrə sübutları düzgün araşdırmamış və torpaq sahəsinin satılmasının qanunla qadağan olunduğuna dair heç bir hüquqi və faktiki əsasın mövcud olub-olmamasını müəyyən etməmişdir. Halbuki inzibati aktın qanuniliyini əsaslandırmaq və onun qəbul edilməsinin hüquqi əsaslarını sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Iş materiallarından görünür ki, bələdiyyə tərəfindən qəbul edilmiş qərarda torpaq sahəsinin satılmasının qanunla qadağan edildiyini təsdiq edən hər hansı normativ hüquqi akt, rəsmi rəy, torpaq kateqoriyasını dəyişdirən qərar və ya digər sübut təqdim edilməmişdir. Əksinə, torpaq sahəsinin satılması əvvəlki dövrdə bələdiyyə qərarı əsasında həyata keçirilmiş və həmin qərara uyğun olaraq torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılmışdır. Bu isə göstərir ki, həmin torpaq sahəsinin mülki dövriyyədən çıxarılmış və ya satılması qadağan edilmiş torpaq kateqoriyasına aid olmasına dair hüquqi əsas mövcud deyildir. Buna baxmayaraq məhkəmə iş materiallarında belə bir sübutun olmamasını nəzərə almadan, torpaq sahəsinin satılmasının guya qanunvericiliyə zidd olması barədə nəticəyə gəlmişdir. Halbuki hər hansı hüquqi qadağanı təsdiq edən sübut olmadan torpaq sahəsinin satılmasının qanunsuz hesab edilməsi hüquqi əsaslardan məhrum olmaqla yanaşı, sübutetmə qaydalarının da pozulması deməkdir. Bu isə birinci instansiya məhkəməsinin iş üzrə halları tam və obyektiv araşdırmadan qərar qəbul etdiyini göstərir. Birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə torpaq sahəsinin satılmasının guya qanunvericiliyə zidd olması barədə nəticəyə gəlsə də, iş materiallarında həmin torpaq sahəsinin satılmasını qadağan edən hər hansı normativ hüquqi akt və ya hüquqi əsas mövcud deyildir. Eyni zamanda iş materiallarından görünür ki, bələdiyyə tərəfindən qəbul edilmiş ## #### 2005-ci il tarixli qərar yalnız ## ### 2021-ci il tarixdə, yəni 16 il keçdikdən sonra ləğv edilmişdir. Halbuki, bu müddət ərzində həmin qərar hüquqi nəticələr doğurmuş, torpaq sahəsi mülki dövriyyəyə daxil olmuş və bu əsasda mülkiyyət hüququ formalaşmışdır. Belə uzun müddət qüvvədə olmuş və hüquqi nəticələr yaratmış inzibati aktın sonradan ləğv edilməsi hüquqi sabitlik və hüquqi müəyyənlik prinsiplərinə ziddir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRIN IZAHATLARI
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmişdir.
15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
16. Iş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Ismayıllı rayonu Qalacıq bələdiyyəsinin ##.##.2021-ci il tarixli iclas protokolundan görünür ki, Qalacıq bələdiyyəsinin 20 ha örüş sahəsinin satılması barədə ##.##.2005-ci il tarixli ** saylı qərarı ləğv edilmişdir.
2. MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Ismayıllı rayonu Qalacıq kəndində yerləşən 20 ha torpaq sahəsi iddiaçı İddiaçı mülkiyyətinə verilmişdir.
3. ##.##.2009-cu il tarixli müqavilədən görünür ki, “xxxx” MMC tərəfindən mübahisə predmeti olan 20 ha torpaq sahəsi İddiaçı satılmışdır.
4. JN-**** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Ismayıllı rayon Qalacıq bələdiyyəsinin ##.##.2005-ci il tarixli qərarı ilə 20 ha torpaq sahəsi “xxxx” MMC-yə satılmışdır.
5. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mübahisə predmeti olan 20 ha torpaq sahəsi Ismayıllı rayonu Qalacıq bələdiyyəsinin ##.##.2005-ci il tarixli qərarı əsasında “xxxx” MMC-yə ayrılan zaman torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən, Qalacıq kənd inzibati ərazisinin sərhədləri daxilində kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş olan, Qalacıq bələdiyyəsinin ##.##.2005-ci il tarixli qərarı əsasında “xxxx” MMC-yə ayrılan zaman, X6 X4 (TEKUIS) mövcud olmamışdır. X6 X4 (TEKUIS) əsasən iddiaçının nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş 20 ha torpaq sahəsi, Ismayıllı rayonu Qalacıq kənd inzibati ərazisinin sərhədləri daxilində kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası örüş olan, bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir. TƏTBIQ EDILƏN HÜQUQ
17. Inzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları: 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; ... 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi : (## ###### 2023-cü il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyası) Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri ...
4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər (## ####### 2008-ci il tarixli ***-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti ## ###### 2008-ci il, № ***, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № **, maddə 1048) ilə 16-cı maddənin 4-cü bəndin ikinci abzasının ikinci cümləsində "yenidən uzadılır" sözləri "keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər" sözləri ilə əvəz edilmişdir). Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydası:
1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, malqara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində malqara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir.
21. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.2. Inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. Inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.
APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ
22. Iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının IPM və ya IPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. Iddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (IPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (IPM-in 35-ci maddəsi).
24. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (IPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (IPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Iddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Iddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
25. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (IPM-in 38.1-ci maddəsi). APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Ilk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdehin ** nömrəli ## ### 2021-ci il tarixli qərarının “20 ha torpaq səhəsinin “xxxx” MMC-yə satılmasına dair” hissədə ləğv edilməsindən ibarətdir.
28. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
29. Iş materiallarına əsasən müəyyən edilir ki, Ismayıllı rayon Qalacıq bələdiyyəsinin ##.##.2005-ci il tarixli Qərarına əsasən 20 ha örüş təyinatlı torpaq səhəsi “xxxx” MMC-yə satılmışdır. Ismayıllı rayon Qalacıq bələdiyyəsinin ** nömrəli ## ### 2021-ci il tarixli qərarı ilə əvvəlki bələdiyyə qərarının ləğvi məsələsi müzakirə edilərək bir neçə məsələ ilə, o cümlədən iddiaçının mübahisələndirdiyi hissə ilə bağlı qərar qəbul edilmişdir. Bələdiyyə öz qərarını alqısatqı predmeti olmayan torpaq sahəsinin satılması ilə əsaslandırmışdır.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iddia predmetindən kənara çıxaraq ##.##.2005-ci il tarixli qərarın qanuniliyinə qiymət verməsi barədə dəlilini əsassız hesab edərək qeyd edir ki, hazırkı mübahisənin predmetini Qalacıq bələdiyyəsinin ##.##.2021-ci il tarixli ** nömrəli qərarının ləğv edilməsi təşkil edir. Həmin qərarla bələdiyyə ##.##.2005-ci il tarixli qərarın ləğv edilməsi məsələsini həll etmişdir. Buna görə də mübahisələndirilən inzibati aktın qanuniliyinə qiymət verilərkən onun qəbul edilməsinə səbəb olmuş hüquqi və faktiki əsasların, o cümlədən ləğv edilmiş inzibati aktın məzmununun və hüquqi mahiyyətinin araşdrılması zəruri olmuşdur. Birinci instansiya məhkəməsi də məhz bu məqsədlə 2005-ci il tarixli qərarın qəbul edilmə şəraitini və qanunvericiliyə uyğunluğunu araşdırmışdır. Bu isə iddia predmetindən kənara çıxma kimi deyil, mübahisələndirilən inzibati aktın qanuniliyinin müəyyən edilməsinə xidmət edən araşdırma kimi qiymətləndirilməlidir.
31. Bundan başqa apellyasiya şikayətində qeyd edilir ki, 2005-ci il tarixli qərar 16 il qüvvədə qaldığından onun sonradan ləğv edilməsi hüquqi sabitlik və hüquqi müəyyənlik prinsiplərini pozur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsaslı hesab etmir.
32. Belə ki, ##.##.2005-ci il tarixli qərarla 20 ha örüş təyinatlı torpaq sahəsi “xxxx” MMCyə satılmışdır. Halbuki torpaq qanunvericiliyinin tələblərinə görə alqı-satqı predmeti ola bilməyən torpaq sahələrinin özgəninkiləşdirilməsi yolverilməzdir. Məhz bu səbəbdən bələdiyyə sonradan həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olmadığını müəyyən etmiş və onun ləğv edilməsi barədə qərar qəbul etmişdir.
33. Bununla bağlı kollegiya qeyd edir ki, inzibati aktın uzun müddət qüvvədə qalması həmin aktın qanuniliyini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri qanunsuz inzibati aktların dəyişdirilməz qalmasını deyil, qanuna uyğun formalaşmış hüquq münasibətlərinin qorunmasını nəzərdə tutur. Şəxsin etimad hüququnun yaranması üçün isə həmin şəxsin əldə etdiyi hüquqi vəziyyət qanuni əsaslara söykənməlidir.
34. Bununla yanaşı apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçı tərəfindən dinlənilmə hüququnun pozulmasıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini də əsassız hesab edərək qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı və onun vəkili məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həm birinci instansiya məhkəməsinin iclasında həm də apellyasiya iinstansiya məhkəməsinin iclaslarında iştirak etməmiş məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbdən olması barədə hər hansı sübut təqdim etməmişdir.
35. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat zamanı yol verilmiş prosedur pozuntusu yalnız həmin pozuntu qəbul edilmiş qərarın məzmununa təsir göstərdiyi halda inzibati aktın etibarsızlığı üçün əsas ola bilər. Iş materialları ilə dinlənilmə hüququnun həyata keçirilməməsinin qərarın nəticəsinə təsir etdiyini təsdiq etmir.
36. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin torpaq sahəsinin satılmasının qanunla qadağan edilməsini təsdiq edən normativ hüquqi aktın və ya digər sübutların təqdim olunmaması barədə dəlilinə münasibətdə ##.##.2026-cı il tarixli məktubla Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi Idarəsinə mübahisə predmeti olan 20 ha torpaq sahəsi Ismayıllı rayonu Qalacıq bələdiyyəsinin ##.##.2005-ci il tarixli qərarı əsasında “xxxx” MMC-yə ayrılan zaman DWG baza məlumatlarına və TEKUIS məlumat bazasına əsasən torpaq sahəsinin hansı kateqoriyaya aid olması, hüquqi statusu haqqında məlumatın təqdim edilməsi barədə sorğu göndərmiş və sorğuya cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Qəbələ Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan 20 ha torpaq sahəsi Ismayıllı rayonu Qalacıq bələdiyyəsinin ##.##.2005-ci il tarixli qərarı əsasında “xxxx” MMC-yə ayrılan zaman torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən, Qalacıq kənd inzibati ərazisinin sərhədləri daxilində kateqoriyası kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş olan, Qalacıq bələdiyyəsinin ##.##.2005-ci il tarixli qərarı əsasında “xxxx” MMC-yə ayrılan zaman, X6 X4 (TEKUIS) mövcud olmamışdır. X6 X4 (TEKUIS) əsasən iddiaçının nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş 20 ha torpaq sahəsi, Ismayıllı rayonu Qalacıq kənd inzibati ərazisinin sərhədləri daxilində kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası örüş olan, bələdiyyə mülkiyyətinə aid ərazidə yerləşir.
37. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, 20 ha örüş torpaq sahəsinin “xxxx” MMC-yə satılmasına dair cavabdehin ##.##.2005-ci il tarixli Qərarının qanunsuz olduğu, həmin qərarın ləğv edilməsi ilə bağlı bələdiyyənin inzibati icraat aparmaqla ləğv etmək hüququna malik olduğu “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları baxımından qanuni və əsaslıdır. Belə ki, iddiaçıya 20 ha örüş torpaq sahəsinin satılması həmin Qanunun 67-ci maddəsində təsbit olunan “dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda” norması ilə istisna edilir. Nəticə etibarı ilə iddiaçının həmin qərara münasibətdə etimad hüququ yaranmadığından cavabdehin qərarı qanuni hesab edilir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsinin hüquqi əsasları məhkəməyə təqdim edilmiş, birinci instansiya məhkəməsi də həmin sübutları digər iş materialları ilə birlikdə qiymətləndirərək düzgün nəticəyə gəlmişdir.
39. Beləliklə, yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə və IPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDI:
Iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.