Məhkəmə qərarları › İş №2-1(3-10)-157/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-157/2026

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-157/2026 10.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “onun 1978-ci ildən 1981-ci ilə qədər (2 il 10 ay 18 gün) əyani oxuduğu əmək stajında nəzərə alınması və əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçının ##.##.2026-cı il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

3. Iddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır ki, “iddiaçı ##.##.1962-ci ildə anadan olmuşdur. 1978-ci ildə Göyçay Şəhər ** saylı Texniki Peşə Məktəbinə daxil olmuş, 1981-ci ildə oranı bitirmişdir. ##.##.1981-ci ildə hərbi xidmətə çağırılmışdır. ##.##.1983-cü ildə hərbi xidmətdən qayıtmışdır. ##.##.1983-cü ildə Göyçay rayon Istehsalat Birliyində elektrik qaynaqçısı kimi işə başlamış və ##.##.2005-ci ilə qədər müxtəlif müəssisələrdə işləmişdir. Iddiaçının ümumi stajı 26 ilə yaxın olmaqla pensiyaya çıxmaq hüququ verən iş stajı olduğu üçün 60 yaşda əmək pensiyasına çıxmaq hüququ verir. Iddiaçı müvafiq sənədləri toplamaqla ## ###### 2024-cü ildə cavabdeh təşkilata müraciət etmişdir, lakin ## #### 2024-cü il tarixli məktubunda cavabdeh iddiaçıya güzəştli iş stajının 22 il 6 ay 26 gün olduğunu göstərərək əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir (40320,00 manata qarşı 22743.8 manat). Iddiaçı cavabdehin bu imtinası ilə razılaşmır və bildirir ki, onun 1978-ci ildən 1981-ci ilə qədər X2 Məktəbindəki əyani oxuduğu müddət əmək stajında nəzərə alınmamışdır. Qarşı tərəf iddiaçıya pensiya təminatından imtina edərkən bunu sosial kapitalının az olması ilə əlaqələndirmiş, halbuki, onun göstərdiyi məbləğ hansı mənbədən götürülmüşdür, iddiaçıya aydın deyildir.”.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, “Ərizəçinin müraciətinə Mərkəzi Filial tərəfindən baxılaraq ##.##.2024-cü il tarixli *-**-*/*-A*****/**** nömrəli məktubla cavab verilmişdir. Həmin məktuba əsasən iddiaçının qanunvericiliklə tələb olunan ümumi iş stajının 25 ildən az (22 il 6 ay 26 gün (##.##.1981-##.##.1981-ci il, ##.##.1981-##.##.1983-cü il, ##.##.1983-##.##.1985-ci il, ##.##.1985-##.##.1996-cı il, ##.##.1997-##.##.1999-cu il və ##.##.1999-##.##.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajının isə 12 il 6 aydan az (6 il 10 ay 20 gün (##.##.1985-##.##.1986-cı il, ##.##.1999-##.##.2005-ci il tarixləri arasındakı dövr)) təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın 2.2.1-ci yarımbəndinə və 4.1-cI bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007- ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Buna baxmayaraq iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Dövlət X8 ## ###### 2024-cü il tarixli ** nömrəli arayışında və əmək kitabçasında iddiaçının işlədiyi quraşdırıcı vəzifəsinin Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması barədə məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarına əsasən nəzərə alınmalıdır ki, güzəştli şərtlərlə pensiya təyinatı zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) və sahələr üzrə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Həmçinin, analoji digər iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalı olduğu izah edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında isə göstərilmişdir ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər.” Qeyd olunanlardan da aydın olduğu kimi iddiaçı İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur.”.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki Inzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) # ###### 2026-cı il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya dair güzəştli iş stajına münasibətdə onun tərəfindən elektrik qaynaqçısı işlədiyi dövrlərə dair təqdim edilmiş arayışlara uyğun olaraq onun güzəştli iş stajı tam şəkildə nəzərə alınaraq 6 il 10 ay 20 gün (##.##.1985-##.##.1986-cı il, ##.##.1999-##.##.2005-ci il tarixləri arasındakı dövr) güzəştli sığorta stajına daxil edilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsinin əsaslandırmasına əsasən iddiaçının təqdim etdiyi əmək kitabçasında onun ##.##.1983-cü ildə Göyçay rayon Istehsalat Birliyində elektrik qaynaqçısı kimi işə qəbul edildiyi və ##.##.2005-ci ilə qədər müxtəlif müəssisələrdə elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin cavabdeh inzibati orqan yalnız ##.##.1985-##.##.1986-cı il, ##.##.1999-##.##.2005-ci il tarixləri arasındakı dövrü güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən dövr kimi nəzərə almışdır. Bildiririk ki, iddiaçının əmək kitabçasında olan qeydlərə əsasən iddiaçı qeyd edilənlərin əksinə olaraq ##.##.1985-ci il tarixində müvafiq müəssisəyə 5-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, lakin ##.##.1986-cı il tarixində 5-ci dərəcəli quraşdırıcı vəzifəsinə təyin edilmişdir. Daha sonra ##.##.1996-cı il tarixində ərizəsinə əsasən işdən azad edilmişdir. Buradan aydın olur ki, məhkəmə qeyd edilən xüsusata münasibət bildirməməklə iddiaçının müvafiq müəssisədə işlədiyi dövrləri tam şəkildə elektrik qaynaqçısı olaraq nəzərə almaqla güzəştli iş stajını tamamlamış bununla da maddi və prosessual normaların pozulmasına səbəb olmuşdur. Həmçinin, iddiaçının əmək fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinə dair arayışı olmamasına baxmayaraq ümumi ifadələrdən istifadə etməklə iddiaçının çalışmış olduğu vəzifələri eyniləşdirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Iddiaçının ümumi iş stajına münasibətdə isə bildiririk ki, mübahisələndirilən dövr 1978-1981-ci ilə qədər X3 Məktəbində əyani oxuduğu dövrlərdir. Belə ki, Azərbaycan SSR X4 Təhsili Komitəsi tərəfindən verilmiş ****** nömrəli diplomda iddiaçının ##.##.1978-ci ildə Göyçay şəhəri ** nömrəli orta texniki peşə məktəbinə daxil olduğu ##.##.1981-ci ildə oranı bitirdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən. Göründüyü kimi iddiaçı təhsil dövrünə dair diplom təqdim etsə də, əyani təhsil almasına dair hər hansı sənəd təqdim etməmişdir. Həmçinin, məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçının 60 yaşı ##.##.2022-ci il tarixində tamamlandığından və həmin dövrdə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22743,80 manat təşkil etdiyindən qeyd edilən dövrə münasibətdə iddiaçının pensiya hüququ yaranmamaqdadır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)- ***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRIN IZAHATLARI

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

12. Iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.

1. ИТ-İ seriyalı ******* nömrəli Əmək kitabçasının surəti;

2. Cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubu;

3. Iddiaçıya məxsus B 809527 seriya nömrəli diplomun surəti.

4. Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin ##.##.2024-cü il tarixli məktubu.

5. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1962-ci il təvəllüdlüdür.

6. Cavabdehin ##.##.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş sənədlər.

7. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş Dövlət X8 ##.##.2026-cı il tarixli məktubuna əlavə edilmiş Göyçay rayon Texnika Birliyinin əmr kitablarından çıxarışdan görünür ki, iddiaçı İddiaçı ##.##.1983-cü il tarixli əmrlə ümumi təyinatlı təmir emalatxanasına 4-cü dərəcəli qaynaqçı təyin edilmişdir. ##.##.1985-ci il tarixli əmrlə işdən azad edilmişdir.

*** nömrəli SMD-də işləməsinə dair əmr kitablarında çıxarışdan görünür ki, ##.##.1985-ci il tarixli əmrlə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə təyin edilmiş, ##.##.1996-cı il tarixli əmrlə işdən azad edilmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

13. Inzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 32.1.Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

16. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 22.1. Inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ

17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının IPM və ya IPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

18. Iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (IPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (IPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

20. Iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. Iddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

21. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Ilk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

23. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

24. Cavabdeh apellyasiya şikayətini ümumi iş stajının 25 ildən az (22 il 6 ay 26 gün (##.##.1981-##.##.1981-ci il, ##.##.1981-##.##.1983-cü il, ##.##.1983-##.##.1985-ci il, ##.##.1985-##.##.1996-cı il, ##.##.1997-##.##.1999-cu il və ##.##.1999-##.##.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajının isə 12 il 6 aydan az (6 il 10 ay 20 gün (##.##.1985-##.##.1986-cı il, ##.##.1999-##.##.2005-ci il tarixləri arasındakı dövr)) təşkil etməsi səbəbi ilə əsaslandırmışdır.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfindən mübahisələndirilən 1978-1981-ci ilə qədər X3 məktəbində əyani oxuduğu dövrlərə dair dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus Azərbaycan SSR X4 Təhsili Komitəsi tərəfindən verilmiş ****** nömrəli diplomda iddiaçının ##.##.1978-ci ildə Göyçay şəhəri ** nömrəli orta texniki peşə məktəbinə daxil olduğu ##.##.1981-ci ildə oranı bitirdiyi qeyd edilmişdir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

27. Sadalanan normaların məzmunundan da göründüyü kimi əyani təhsil dövrü əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajına aid edildiyi halda cavabdeh tərəfindən həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir.

28. Iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir.

29. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur.

30. Inzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir (“Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsi).

31. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

32. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin # ###### 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir.

33. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının ##.##.1978-ci ildən ##.##.1981-ci ilə kimi Göyçay şəhəri ** nömrəli orta texniki peşə məktəbində təhsil aldığı müddəti onun sosial sığorta stajı kimi nəzərə alınmaqla düzgün nəticəyə gəlmişdir.

34. Qüvvədə olan qanunvericilikdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:

1. iddiaçı tələb olunan yaş həddinə çatmalıdır.

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır.

3. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.

35. Iddiaçının təqdim etdiyi əmək kitabçasında onun ##.##.1983-cü ildə Göyçay rayon Istehsalat Birliyində elektrik qaynaqçısı kimi işə qəbul edildiyi və ##.##.2005-ci ilə qədər müxtəlif müəssisələrdə elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin cavabdeh inzibati orqan yalnız ##.##.1985-##.##.1986-cı il, ##.##.1999-##.##.2005-ci il tarixləri arasındakı dövrü güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən dövr kimi nəzərə almışdır.

36. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, iddiaçının güzəştli iş stajı 6 il 10 ay 20 gün olmuş və Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Dövlət X8 # ###### 2024-cü il tarixli ** nömrəli arayışında və əmək kitabçasında iddiaçının işlədiyi quraşdırıcı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması barədə məlumatlar göstərilməmişdir.

37. Iş materiallarında olan, Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Dövlət X8 # ###### 2024-cü il tarixli ** nömrəli arayışında iddiaçının ##.##.1983-##.##.1985-ci illərdə (1 il, 5 ay, 8 gün) və ##.##.1985-##.##.1996-cı (10 il, 8 ay, 12 gün) illərdə elektrik qaynaqçısı, ##.##.2024-cü il tarixli, **/** nömrəli arayışda isə ##.##.1999-##.##.2005-ci illərdə (6 il 2 ay 2 gün) isə əl qaynaqçısı peşlərində işlədiyi qeyd edilmişdir. Belə olan halda iddiaçının güzəştli iş stajının 6 il 10 ay 20 gün olması ilə bağlı cavabdehin dəlilləri əsaslı hesab edilə bilməz.

38. Belə ki, Dövlət X8 # ###### 2024-cü il tarixli ** nömrəli arxiv arayışının verilməsinə əsas olan İddiaçı işləməsi və həmin müəssisə barədə sənədlərin (Göyçay rayon Texnika birliyinin (RTS) əmr kitablarından çıxarışların) təsdiq olunmuş surətlərinin təqdim edilməsi barədə məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş Dövlət X8 ##.##.2026-cı il tarixli məktubuna əlavə edilmiş Göyçay rayon Texnika Birliyinin əmr kitablarından çıxarışdan görünür ki, iddiaçı İddiaçı ##.##.1983-cü il tarixli əmrlə ümumi təyinatlı təmir emalatxanasına 4-cü dərəcəli qaynaqçı təyin edilmişdir. ##.##.1985-ci il tarixli əmrlə işdən azad edilmişdir. *** nömrəli SMD-də işləməsinə dair əmr kitablarından çıxarışdan görünür ki, ##.##.1985-ci il tarixli əmrlə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə təyin edilmiş, ##.##.1996-cı il tarixli əmrlə işdən azad edilmişdir.

39. Göründüyü kimi təqdim edilmiş əmr kitablarından çıxarışlarda da iddiaçının mübahisələndirilən dövrlərdə qaynaqçı vəzifəsində çalışdığı öz təsdiqini tapmışdır.

40. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, işlədiyi müddətdə qaynaqçı kimi işləmişdir. Onunla birlikdə işləyən qaynaqçılar var idi. O, təcrübəli qaynaqçı olduğundan və yüksəklikdə işləmək böyük məsuliyyət tələb etdiyindən montajçı işini aparmağı da öz üzərinə götürmüşdür. Həmin vaxtda iki işi- həm qaynaqçı, həm də montajçı işini görürdü.

41. Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçı İddiaçı güzəştli şərtlərlə pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDI:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar