Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-159/2026 30.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “əlilliyin təyin edilmə tarixinin və əmək pensiyasının təyinata başlama tarixi ## ###### 2023-cü il tarixindən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. ##.##.2025-ci il tarixdə iddiaçıya əmək qabiliyyətinin 50 faiz itirilməsi (istehsalat zədəsi səbəbindən) əsası ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.
2. Iddiaçı, DSMF-na müraciətə edərək əlilliyə görə əmək pensiyasının ##.##.2023-cü il tarixdən təyin edilməsini və hesablanmasını xahiş etmişdir.
3. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli məktubu ilə müraciətin təmin olunmasından imtina edilmiş, qeyd edilmişdir ki, ilkin müayinə əsasında iddiaçıya ##.##.2025-ci il tarixdən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlillik müəyyən edildiyindən ##.##.2023-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilərək ödənilməsi mümkün olmamışdır.
4. Iddiaçı, ##.##.2023-cü il tarixdən əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə DTSERA tərəfindən imtina cavabı verilmiş və izah edilmişdir ki, şəxs Agentlik tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və “xxxx” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “##.##.2025-ci il tarixdə, əmək qabiliyyətinin itirilməsi faizi 50 (əlli) faiz olmaqla, müddətsiz, istehsalat zədəsi səbəbi ilə üçüncü dərəcəli təyin edilmiş əlilliyin təyin edilmə tarixinin və əmək pensiyasının təyinata başlama tarixi ## ###### 2023-cü il tarixindən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Iddiaçı, ##.##.2025 və ##.##.2025-ci il tarixlər ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” publik hüquqi şəxsinin iddia tələbinə cavab verməli olan inzibati orqan olmadığına görə cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsi tərəfindən həmin ərizələrə münasibət bildirilməmişdir.
8. Iddia ərizəsi belə əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Prezidentinin ## ###### 2013-cü il tarixli Sərəncamına əsasən ## ###### 2013-cü il tarixdən ## ### 2024-cü il tarixə kimi Astara Rayon Məhkəməsinə hakim vəzifəsində işləmişdir. ## ###### 2023-cü il tarixdə səhər saat 09:00-dan Astara Rayon Məhkəməsində işdə olmuşdur. Həmin gün Astara şəhərinin ərazisinə güclü qar yağmasına görə ## ###### 2023-cü il tarixdə səhər saat 13:00-da Astara Rayon Məhkəməsinin inzibati binasının həyətində ayağı sürüşüb, yıxılmışdır. Iddiaçıya “sağ bud sümüyünün başının qapalı sınığı” diaqnozu qoyulmuş, X3 aparılmışdır və orada ## ###### 2023-cü il tarixdə əməliyyat olunmaqla iddiaçıya sağ bud sümüyünün protezi qoyulmuşdur. Iddiaçı aldığı xəsarət xidməti vəzifəsinin icrası ilə əlaqədar olmasına görə müraciəti əsasında Şəki Inzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzərinə iddiaçı İddiaçı 5 illik əməkhaqqı məbləğinin 20 faizi miqdarında sığorta ödənişinin ödənilməsi öhdəliyi qoyulmuşdur. Iddiaçı ## ###### 2025-ci il tarixdə əlilliiyin təyin edilməsi barədə müraciət etmişdir. Iddiaçıya əliliyin təyin edilmə tarixi və təyinata başlama tarixi ## ###### 2025-ci il tarixdən hesablanmaqla, əmək qabliyyətinin itirilməsi faizi 50 (əlli) faiz olmaqla, müddətsiz, istehsalat zədəsi səbəbi ilə üçüncü dərəcəli əllilik təyin edilmiş, bunun əsasında da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya əmək pensiyası təyin edilmişdir. Iddiaçının ## ###### 2025-ci il tarixdə müraciət etmə səbəb isə aldığı xəsarətin əlliyə səbəb olmasını bilməməyi, bu barədə müalicə həkimlərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının bildirməməsi olub. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Ona görə də iddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabitasiya Agentliyinə müraciət etmişdir ki, ## ###### 2025-ci il tarixdə, əmək qabliyyətinin itirilməsi faizi 50 (əlli) faiz olmaqla, müddətsiz, istehsalat zədəsi səbəbi ilə üçüncü dərəcəli əllilik təyin edilmiş əllilliyə görə əmək pensiyasının təyinata başlama tarixi ## ###### 2023-cü il tarixdən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ## #### 2025-ci il tarixli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabitasiya Agentliyinin ## ######## 2025-ci il tarixli məktubunda isə ## ###### 2025-ci il tarixdə, əmək qabliyyətinin itirilməsi faizi 50 (əlli) faiz olmaqıa, müddətsiz, istehsalat zədəsi səbəbi ilə üçüncü dərəcəli təyin edilmiş əllilliyə görə əmək pensiyasının təyinata başlama tarixi ## ###### 2023-cü il tarixdən hesablanmasının mümkün olmaması qeyd edilmişdir. Iddiaçı hesab edir ki, onun əlilliyə görə əmək pensiyasını almaq hüququ yarandığı gün ## ###### 2023-cü il tarixdir. Ona görə də əmək pensiyasının təyinata başlama tarixi ## ###### 2023-cü il tarixdən hesablanması qanuni və əsaslıdır.
9. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə X1 Filialı iddiaya etirazında bildirmişdir ki, iş materiallarına əsasən, iddiaçı İddiaçı ilkin müayinə əsasında ##.##.2025-ci il tarixindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlillik müəyyən edilmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilən ##.##.2025-ci il tarixli 3-17-1\*-M******/**** nömrəli imtina məktubu ilə iddiaçı İddiaçı ##.##.2025-ci il tarixindən əlillik müəyyən edildiyindən əvvəlki dövr üzrə əlilliyə görə əmək pensiyasının təyin edilərək ödənilməsi mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədə təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən; 1.1 Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq idilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komisiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrfnə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müay ləsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müaynəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra alt sistemə ötürülür. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununur 1.0.2-ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Istinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, əilliyin müəyyən edilməsi şəxsin tibbisosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur. Göründüyü kimi, əlilliyin təyin edilməsi Fondun səlahiyyətlərinə aid edilməmişdir. Filial yalnız Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspert komissiyaları və hərbi-həkim komissiyaları tərəfindən təyin edilmiş əlillik dərəcəsinə müvafiq olaraq əlilliyə görə əmək pensiyası təyin edir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da aydın olur ki, əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edildiyi tarix həmin şəxsin qeyd edilən tarixdən etibarən əlilliyə görə əmək pensiyasının ödənilməsi üçün əsasdır. Qanunvericiliyə uyğun olaraq iddiaçıya Fond tərəfindən əlillik təyin edildiyi ##.##.2025-ci il tarixindən əmək pensiyası ödənilməkdədir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının iddia tələbində qeyd olunan dövrlər üçün əlliliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır.
10. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Etibar Mustafayev) iddia tələbi mümkün sayılmamışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının aldığı xəsarətlə bağlı Bakı Baş Səhiyyə Mərkəzinin ##.##.2025-ci il tarixli göndərişi əsasında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmış və Istehsalat zədəsi səbəbindən OFP 50 faiz olmaqla müddətsiz əlillik təyin edilmişdir. Bunanla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ##.##.2025-ci il tarixindən əlilliyiə görə pensiya təyin edilərək ödənilməkdədir. Göründüyü cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması ilə bağlı nə inzibatı akt qəbul edilmiş nədə faktiki hərəkətlər edilmişdir. Məhkəmə onu da vurğulayır ki, iddiaçı hüquqi marağına uyğun olaraq ilk növbədə ona təyin edilmiş əlillyin müddəti ilə bağlı məsələni aydınlaşdırmalı, bunun nəticəsinə uyğun olaraq narazı qaldığı halda IPM-də nəzərdə tutulmuş müvafiq iddia tələbi ilə konkret cavabdehə qarşı iddia qaldırmalıdır. Hazırkı halda isə iddiaçının hüququnun cavabdeh tərəfindən pozulması müəyyən edilmədiyindən təqdim edilmiş tələbə mahiyyəti üzrə baxılması mümkün deyil.
12. Iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayətinin dəlilləri ilkin iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının tələbində aydın olmayan məqam yoxdur. Məhkəmənin tələbinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “xxxx” pubiik hüquqi şəxsi cavabdehlərin siyahısından çıxarılmasını xahiş etmişdir. Qeyd edilən qərardaddan isə məlum olur ki, əlilliyi təyin edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “xxxx” pubiik hüquqi şəxsdən, qərardadın çıxarılmasına səbəb olmuş əsasların aradan qaldırılmasını tələb etməlidir. Halbuki, qeyd edilən agentliyi hakimin tələbi ilə cavabdehlərin siyahısından çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı iddianın dəqiqləşdirilməsinə dair 2-ci ərizəni ## ###### 2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə təqdim etməsinə baxmayaraq qeyd edilən qərardadda isə iddianın dəqiqləşdirilməsinə dair ərizəni ## ###### 2026-cı il tarixdə təqdim etməsi, buna görə də ## ###### 2026-cı il tarixdə iddianın dəqiqləşdirilməsinə dair ərizənin icraata qəbul edilməsi qeyd edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri ilkin iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırılmış və maddi hüquq normaları sadalanmışdır.
tərəflərin izahatları:
15. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin mübahisələnidirilən qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
17. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1. Iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. Iddia ərizəsi IPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər — ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi — imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. IPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də IPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, IPM-in 11.2ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. IPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. Iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
18. Apellyasiya şikayəti vaxtında verilmiş və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən həmin işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, həmin hissədə birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş baxılması üçün geri qaytarılmalıdır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
22. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
23. Iş materiallarından görünür ki, iddiaçı tərəfindən iki inzibati orqana qarşı tələblər irəli sürülmüş, həmin tələblərdən biri (əlilliyin təyin edilmə tarixinin ##.##.2023-cü il müəyyən edilməsi) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA), digər tələb isə (əlilliyə görə əmək pensiyasının ##.##.2023-cü ildən təyin edilməklə hesablanması) Dövlət Sosial Müdafiə Fonduna (DSMF) qarşı yönəlmişdir.
24. Sonradan məhkəmənin hüquqi yardımı əsasında iddiaçı, DTSERA-nın cavabdehlər sırasından çıxarılması barədə ##.##.2025 və ##.##.2025-ci il tarixlərdə ərizələr təqdim etmiş, məhkəmənin hüquqi yardımda ifadə olunmuş hüquqi mövqeyi ilə razılaşmışdır. Bununla belə həmin ərizələrə ümumiyyətlə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməmişdir.
25. Birinci instansiya məhkəməsi iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli hüquqi yardım məktubunda DTSERA-nın iddia tələbinə cavab verməli olan inzibati orqan olmamasını, ##.##.2025-ci il tarixli hüquqi yardım məktubunda isə Dövlət Sosial Müdafiə Fonduna qarşı hansı tələbin irəli sürülməsinin ifadə edilmədiyini, ərizənin məzmunundan hüquqi marağın aydın olmamasını qeyd etmişdir.
26. Eyni zamanda birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması ilə bağlı nə inzibati akt qəbul edilmiş, nə də faktiki hərəkətlər edilmişdir. Iddiaçı hüquqi marağına uyğun olaraq ilk növbədə ona təyin edilmiş əlillyin müddəti ilə bağlı məsələni aydınlaşdırmalı, bunun nəticəsinə uyğun olaraq narazı qaldığı halda IPM-də nəzərdə tutulmuş müvafiq iddia tələbi ilə konkret cavabdehə qarşı iddia qaldırmalıdır. Hazırkı halda isə iddiaçının hüququnun cavabdeh tərəfindən pozulması müəyyən edilmədiyindən təqdim edilmiş tələbə mahiyyəti üzrə baxılması mümkün deyil.
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçıya göstərdiyi hüquqi yardımın məzmunu və sonradan qəbul edilmiş qərardadın əsaslandırılması işin hallarına və məhkəmənin öz davranışına uyğun olmamışdır.
28. Belə ki, iddiaçıya ünvanlanmış hüquqi yardım məktubunda DTSERA-nın hazırkı tələbə cavab verməli olan inzibati orqan olmaması qeyd edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi sonradan hesab etmişdir ki, iddiaçının hüquqi marağına uyğun olaraq əvvəlcə ona təyin edilmiş əlilliklə bağlı məsələ aydınlaşdırılmalıdır. Belə olan halda DTSERA-nın hazırkı tələbə cavab verməli inzibati orqan olmaması barədə mövqe anlaşılan deyil. Nəzərə alınmalıdır ki, iddiaçının tələblərindən biri məhz DTSERA-ya qarşı əlilliyin təyin edilmə tarixinin ##.##.2023-cü il kimi müəyyən edilməsi olmuşdur.
29. Digər tərəfdən, əgər iddiaçının hüquqi marağı və tələbi qeyri-müəyyən hesab edilirdisə, DTSERA-nın həmin tələb üzrə cavab verməli inzibati orqan olmaması nəticəsinə gəlinməsi də, mümkün olmamalı idi (bu qənaət yalnız o halda yarana bilərdi ki, məhkəmə iddiaçının hüquqi marağını düzgün müəyyən etmiş olsun).
30. Göründüyü kimi məhkəmə bir tərəfdən DTSERA-nın cavabdeh olmaması barədə hüquqi yardım göstərmiş, qəbul etdiyi qərardadında isə iş üzrə əvvəlcə əlilliyin müddəti ilə bağlı məsələnin aydınlaşdırması zərurətini vurğulamışdır.
31. Iş materiallarından görünür ki, iddiaçının ##.##.2023-cü il tarixdən əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə DTSERA tərəfindən imtina cavabı verilmiş və izah edilmişdir ki, şəxs Agentlik tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Odur ki, əlilliyə görə müvafiq ödənişin əlilliyin müəyyən edildiyi tarixdən hesablanacağı bildirilmişdir.
32. Eyni zamanda iddiaçının müraciətinə DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən ##.##.2025-ci il tarixdə imtina cavabı verilmiş, həmin cavabda qeyd edilmişdir ki, ilkin müayinə əsasında ##.##.2025-ci il tarixdə orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlillik müəyyən edildiyindən ərizədə qeyd edilən dövrlər üzrə əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi mümkün deyildir.
33. Iş materiallarından görünür ki, iddiaçının hər iki inzibati orqana ilkin müraciətində, həm də məhkəmədə irəli sürdüyü tələbində onun nail olmaq istədiyi hüquqi nəticə aydın şəkildə qeyd edilmiş, hüquqi marağı kifayət qədər aydın olmuşdur. Belə ki, iddiaçının hüquqi marağı əlilliyinin ##.##.2023-cü ildən müəyyən edilməsi və həmin tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsidir.
34. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçıya cavabdeh orqanın düzgün müəyyən edilməməsi ilə bağlı hüquqi yardım göstərsə də, bu yardım natamam olmuş, konkret olaraq hansı inzibati orqanın cavabdeh qismində çıxış etməli olması aydın izah edilməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmənin yardımetmə vəzifəsi belə hallarda iddiaçıya yalnız nöqsanı göstərməklə məhdudlaşmamalı, həmin nöqsanın hansı qaydada aradan qaldırılmalı olması da izah etməlidir.
35. Odur ki, iddiaçı tərəfindən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair inzibati orqana qarşı iddia qaldırıldığından, işə təkrar baxan birinci instansiya məhkəməsi ilk növbədə DTSERA-ya qarşı qaldırılmış əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddia tələbinə hüquqi qiymət verməli, ödəməni aparan orqanın dəqiqləşdirilməsi və həmin orqana qarşı irəli sürülmüş tələbin hazırkı mərhələdə irəli sürülməsinə lüzum olmaması ilə bağlı iddiaçı ilə hüquqi müzakirə aparmalı, müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Iddiaçı, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmadığı halda ödəməni aparan orqana qarşı irəli sürülmüş tələb ayrıca icraata ayrılmalı və əlilliyin təyinat tarixinin dəyişdirilməsi ilə bağlı qaldırılmış iddianın nəticəsindən asılı olaraq həmin tələbə (işə baxılan anda iddianın digər mümkünlük şərtləri ödənildiyi halda) mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir.
36. Nəzərə alınmalıdır ki, DTSERA-ya qarşı qaldırılmış əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddia uğurlu olduqdan sonra əlilliyin təyinat tarixi dəyişdirilməli və müvafiq olaraq ödəmələr aparılmalıdır. Yəni, ödəməni həyata keçirən orqana qarşı qaldırılmış iddianın uğurlu olması əlilliyin təyinat tarixi dəyişdirilməsi ilə bağlı iddianın nəticəsindən birbaşa asılıdır.
37. Göstərilənlər nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş baxılması üçün yenidən həmin məhkəməyə qaytarılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilir. Inzibati iş baxılması üçün Şəki Inzibati Məhkəməsinə qaytarılır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.