Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-165/2026 14.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx phş-ya qarşı “mülkiyyət hüququnun qeydə alınaraq çıxarış və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən alqı-satqı əqdi əsasında əldə etdiyi bərbərxana binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh ** saylı Yevlax ərazi idarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsi ilə əvəz edilmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ######## 1996-cı il tarixdə saat 12:00-da keçirilmiş Auksion protokolu ilə Yevlax rayonu Xaldan kəndində yerləşən (hazırda Yevlax rayonu Aşağı Bucaq adlandırılır) bərbərxana binasını 82,00 manat məbləğində satın almışdır. Həmin bərbərxana binasına dair müəssisənin (obyektin) **** nömrəli alqı-satqı müqaviləsi ## ######## 1996-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri ilə bağlanmışdır. Hazırkı tələbə dair müraciəti ##.##.2024-cü il tarixli məktubla cavablandıraraq bildirmişdir ki, Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən alqısatqı əqdi əsasında əldə edilən bərbərxana binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə ərizəyə baxılmış və imtina edilmişdir.
4. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə iddiaçı arasında bağlanmış ##.##.1996-cı il tarixli, **** nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsi əsasında əldə etdiyi əmlak Yevlax rayonu Xaldan kəndində yerləşən “xxxx” İstehsalat Kommersiya Firmasının bərbərxanasını təşkil edir və firmaya məxsus arxiv materiallarında mövcud məlumatlara əsasən bina ümumi sahə 4.0 kv.m olmaqla taxta budka bərbərxana kimi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işləri aparılaraq elektron baza məlumatları yoxlanılmışdır. Müayinə zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binası ümumi sahəsi 17.0 kv.m olmaqla 2007-ci ildə mişar daşından inşa edilmiş bir mərtəbəli, bir otaqlıdır. Bina hal-hazırda meyvə və ərzaq məhsullarının satışı üçün istifadə edilir. Odur ki, sənəd üzrə olan məlumatlarla faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ###### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı ## ######## 1996-cı il tarixdə keçirilmiş auksion protokolu ilə Yevlax rayonu Xaldan kəndində yerləşən bərbərxana binasını 82,00 manat məbləğində satın almışdır. Həmin binaya dair Yevlax XDS-in məktubundan görünür ki, bərbərxana binası əslində “köşk” tipli olmaqla əsaslı tikinti deyildir. - Məhkəmə araşdırması zamanı mütəxəssis rəyi tələb edilmişdir. Rəydən görünür ki, imtina məktubunda qeyd olunan 4 kv.m sahəsi olan taxta “budka”nın yerləşdiyi torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün deyil. - Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə iddiaçı arasında bağlanmış ##.##.1996-cı il tarixli **** nömrəli müəssisənin (obyektin) alqısatqı müqaviləsi əsasında əldə edilmiş əmlak Yevlax rayonu Xaldan kəndində yerləşən “xxxx” İstehsalat Kommersiya firmasının bərbərxanası kimi qeyd edilmiş və firmaya məxsus arxiv materiallarında ümumi sahəsi 4,0 kv.m olan taxta budka bərbərxana kimi göstərilmişdir. - “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün aparılmış ölçmə və inventarlaşdırma işləri zamanı elektron məlumat bazası yoxlanılmışdır. Müayinə zamanı müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış binasının faktiki sahəsi 20,3 kv.m təşkil edir. - Bu səbəbdən sənədlərdə göstərilən 4 kv.m ölçülü tikili ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğundan həmin tikilinin yerləşdiyi torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün deyil. - Elektron məlumat bazasında mövcud olan və Yevlax rayonu Aşağı Bucaq bələdiyyəsinin “X4 Uçotu İnformasiya Sistemi”ndəki xəritəyə əsasən iddia olunan torpaq sahəsinin təyinatı sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olub dövlət mülkiyyətində olan torpaq sahəsidir. İddia olunan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sahəsi 20,3 kv.m təşkil edir və həmin tikili 2007-ci ildə inşa edilmişdir. - Göründüyü kimi, hərrac qaydasında əldə olunan bərbərxana binası naturada mövcud deyildir. Bu baxımdan da hazırda qeydə alınması iddia olunan tikili tamamilə fərqlidir. Yəni, iddiaçı fərqli tikilini təqdim edərək hərrac vasitəsi ilə aldığı bərbərxana üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. - İş materiallarında olan ##.##.2008-ci il tarixli rəyə əsasən tikinti aparılması məqsədəmüvafiq sayılmışdır. Lakin, həmin tikili ilə bağlı ilkin müraciət olmadığından iddiaçı yeni inzibati icraat qaydasında müraciət etməli və inzibati orqan tərəfindən həmin tikiliyə münasibətdə araşdırma aparılmalıdır. - Məhkəmə iclasında iddiaçıya və onun vəkilinə İPM-in 13-cü maddəsinin tələblərinə əsasən hüquqi yardım qaydasında hazırkı iddia ərizəsinin mümkünlüyü ilə bağlı hüququ yardım edilmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır.
7. İddiaçı İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən alqı-satqı əqdi əsasında əldə etdiyi, o cümlədən onun qanuni sahibliyi altında olan bərbərxana binasının yanında meyvə-tərəvəz satışı ilə məşğul olurlar və inventarlaşdırma məqsədi ilə həmin məkana gedən zaman, digər qonşu sahib (meyvətərəvəz satışı ilə məşğul olan) yay mövsümü olduğu üçün meyvə-tərəvəz yeşiklərinin bir neçəsini ona məxsus bərbərxana binasına yaxınlaşdırmışdır. Habelə, bərbərxana binasına dair əldə etdiyi qanuni sənədlərdən də göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası (ərizəsinin təmin edilməsinə dair) qanunsuz və əsassızdır.
9. Birinci instansiya məhkəməsində məhkəməyə vəsatət verərək bildirmişdir ki, iş üzrə verilmiş mütəxəssis rəyi ilə razı deyillər. 1) mütəxəssis rəyində yazılır ki, mübahisəli torpaq sahəsinə iddiaçının iştirakı ilə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl ölçmə işləri aparılmışdır. Qeyd edir ki, mübahisəli əraziyə baxış keçirilərkən onun iştirakı təmin olunmamışdır. Ümumiyyətlə, bu barədə onun məlumatı olmamışdır. 2) Bundan başqa, cavabdeh inzibati orqana onun ilkin müraciəti zamanı verilmiş ##.##.2024-cü il tarixli məktubda (imtina məktubunda) yazılmışdır ki, müayinə zamanı məlum olmuşdur ki, qeyriyaşayış binasının ümumi sahəsi 17.0 kv.m olmaqla 2007-ci il tarixdə mişar daşından inşa edilmiş bir mərtəbəli, bir otaqlıdır. Lakin, ## ######## 2025-ci il tarixli mütəxəssis rəyində yazılmışdır ki, müayinə zamanı məlum olmuşdur ki, qeyri yaşayış binasnın ümumi sahəsi 20.3 kv.m təşkil edir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubunda və mütəxəssis rəyində göstərilənlər ziddiyyətlidir. Bu da onu göstərir ki, mütəxəssis rəyi səthi hazırlanmışdır. Hərtərəfli və tam tədqiqat aparılmamışdır. Odur ki, təkrar araşdırma aparılmaqla, o cümlədən onun özünün şəxsən iştirakı təmin edilməklə (qabaqcadan məlumat verilməklə) təkrar mütəxəssis rəyinin verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Əfsuslar olsun vəsatəti, ümumiyyətlə müzakirə olunmamışdır. İddia tələbi üzrə işə birinci instansiya məhkəməsi birtərəfli və səthi yanaşmış, işin hallarını hərtərəfli araşdırmamış, o cümlədən işə düzgün hüquqi qiymət verilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.
11. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər. Maddə 51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının:
Apellyasiya şikayətinin mümkünlüyü
14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən, yəni qərarın ləğv olunması hissəsində təmin ediləcəkdir. Ona görə ki, birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.
16. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, hərrac qaydasında əldə olunan bərbərxana binası naturada mövcud deyildir. Bu baxımdan da hazırda qeydə alınması iddia olunan tikili tamamilə fərqlidir. Yəni, iddiaçı fərqli tikilini təqdim edərək hərrac vasitəsi ilə aldığı bərbərxana üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. - İş materiallarında olan ##.##.2008-ci il tarixli rəyə əsasən tikinti aparılması məqsədəmüvafiq sayılmışdır. Lakin, həmin tikili ilə bağlı ilkin müraciət olmadığından iddiaçı yeni inzibati icraat qaydasında müraciət etməli və inzibati orqan tərəfindən həmin tikiliyə münasibətdə araşdırma aparılmalıdır.
17. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.
19. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
20. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
21. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq.
22. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
24. İş materiallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək alqısatqı əqdi əsasında əldə etdiyi bərbərxana binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir.
25. Cavabdeh inzibati orqan da imtinasında qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə iddiaçı arasında bağlanmış ##.##.1996-cı il tarixli, **** nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsi əsasında əldə etdiyi əmlak Yevlax rayonu Xaldan kəndində yerləşən “xxxx” İstehsalat Kommersiya Firmasının bərbərxanasını təşkil edir və firmaya məxsus arxiv materiallarında mövcud məlumatlara əsasən binanın ümumi sahəsi 4.0 kv.m olmaqla taxta budka bərbərxana kimi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işləri aparılaraq elektron baza məlumatları yoxlanılmışdır. Müayinə zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binası ümumi sahəsi 17.0 kv.m olmaqla 2007-ci ildə mişar daşından inşa edilmiş bir mərtəbəli, bir otaqlıdır. Bina hal-hazırda meyvə və ərzaq məhsullarının satışı üçün istifadə edilir.
26. Məhkəmə kollegiyasının iclası zamanı da iddiaçı öz izahatında bildirmişdir ki, o, ilk əvvəl bərbərxana binasını alqı-satqı müqaviləsi əsasında əldə edərkən onun ölçüsü 4 kv.m. olmuşdur. Daha sonra, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən yolların genişləndirilməsi ilə əlaqədar olaraq, ərazidə fəaliyyət göstərən mağaza sahiblərinə obyektlərin geri çəkilməsi barədə müvafiq göstərişlər verilmişdir. Bu səbəbdən, 4,0 kv.m sahəsi olan taxta budkanın (bərbərxananın) da götürülməsi barədə göstəriş verilmiş, həmin budkanın əvəzinə hazırda mövcud olan bərbərxana binası tikilmişdir. Onun hazırki müraciəti və nail olmaq istədiyi nəticə faktiki mövcud olan bərbərxana binasının qeydiyyata alınmasına nail olmaqdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həm ilkin müraciəti, həm də cavabdeh orqanın imtina cavabı da yeni tikilmiş bərbərxana binasına münasibətdə olmuşdur. Odur ki, həmin tikili ilə bağlı iddiaçı tərəfindən yenidən cavabdeh inzibati orqana müraciət olunmasına, yeni inzibati icraat aparılmasına zərurət yoxdur. İddiaçı hazırki iş üzrə müraciət edərkən, cavabdeh inzibati orqan isə ona imtina cavabı verərkən yeni yikilinin qeydiyyatı ilə bağlı mübahisə açıldığını və icraat aparıldığını açıq şəkildə nümayiş etdirmişlər.
28. Göründüyü kimi, iddiaçının tələbi ilkin sənədlərdə 4 kv.m ölçüdə “taxta budka” kimi təsvir olunan obyektlə məhdudlaşmır. O, alqı-satqı müqaviləsini sadəcə 4 kv.m. ölçülü bərbərxana binasına əsas gətirərək həmin əqd əsasında əldə etdiyi bərbərxananın əvəzində inşa edilmiş bərbərxanaya (ümumi sahəsi 17.0 kv.m olmaqla 2007-ci ildə mişar daşından inşa edilmiş) mülkiyyət hüququnun tanınmasını və dövlət qeydiyyatına alınmasını istəyir.
29. İş materialları ilə müəyyən edilir ki, mövcud tikilinin sahəsinin ilkin sənədlərdə göstərilən göstəricidən fərqlənməsi mübahisənin mahiyyəti üzrə araşdırılmasını istisna edən hal kimi qiymətləndirilə bilməz. Əksinə, bu uyğunsuzluq iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi obyektlə faktiki mövcud tikili arasındakı əlaqənin hərtərəfli araşdırılmasını zəruri edir.
30. Həmçinin, iddiaçının məhz alqı-satqı müqaviləsinə əsaslanan hüquqlarının tanınması əsası ilə ilkin tələbinin olması, məhkəmənin iddianı mümkün saymaması və işə mahiyyəti üzrə baxmaqdan imtina etməsi üçün əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verməli, tərəflərin mövqelərini araşdırmalı və mübahisəni mahiyyəti üzrə həll etməli olduğu halda, formal əsaslara istinad etməklə iddianın mümkün sayılmaması barədə nəticəyə gəlmişdir ki, bu da düzgün hüquqi yanaşma hesab edilə bilməz. Bu isə əsas iddia tələbinə mahiyyəti üzrə baxılaraq müvafiq qərarın qəbul edilməsini zəruri edir.
31. Məhkəməyə müraciət etmək hüququ da bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur.
32. Beləliklə, hazırkı mübahisəyə münasibətdə apellyasiya şikayəti əsaslı olduğundan, təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
33. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.
34. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
35. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.