Məhkəmə qərarları › İş №2-1(3-10)-167/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-167/2026

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad İş № 2-1(3-10)-167/2026 08.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X2 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı Abdulxalıq oğlunun cavabeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı ““xxxx” ASC-nin adına aparılmış qeydiyyatların ləğvi və həmin torpaq sahələri və fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iş üzrə iddiaçı İddiaçı Abdulxalıq oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı Abdulxalıq oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi Idarəsinə qarşı Zaqatala rayonu Kəbəloba kəndi inzibati ərazisində yerləşən, torpaq sahəsinin plan və ölçü sənədlərində göstərilən 599,53 kv.m həyətyanı və 1596,58 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələrinə dair “xxxx” ASC-nin adına aparılmış qeydiyyatlarının ləğv edilməsi və həmin torpaq sahələrinin, eyni zamanda yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.

2. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə “xxxx” ASC hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.

3. Məhkəmənin ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh ** saylı Zaqatala ərazi idarəsi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir.

4. Iddia ərizəsinə əsasən iddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır : Zaqatala Rayon Aqrar Islahat Komissiyasının ##.##.2003-cü il tarixli *** nömrəli qərarı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə Azərbaycan Respublikasının Torpaq Islahatı haqqında Qanununa əsasən Zaqatala rayonu Kəbəloba kəndi ərazisində 599,53 kv.m həyətyanı və 1596,58 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinin planı və ölçüsü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən hazırlanmış Dövlət Kadastr kitabında ##.##.2008-ci il tarixdə 219 nömrə ilə və ##.##.2008-ci il tarixdə 209 nömrə ilə uçota alınaraq AN070236 və AN****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri hazırlanaraq verilmişdir.

5. Qeyd olunan həyətyanı torpaq sahəsində yaşayış evi tikmişdir. Torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmaq üçün müvafiq sənədlərlə cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat torpaq sahələri Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata almaqdan imtina etmişdir. Imtinada göstərilmişdir ki, torpaq sahəsi “xxxx” ASC-nin balansındadır.

6. Cavabdeh imtinasını aşağıdakı kimi əsaslandırmışdır: Ərizə ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının və digərlərinin qanunvericiliyin tələbinə görə ilk öncə qeyd etdiyi torpaq sahəsi üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışla və ona dair planölçü sənədi ilə rəsmiləşdirilməmişdir. Bunun həlli üçün qeyd olunan torpaq sahəsinə dair qanunda əsas hesab edilən hüquqmüəyyənedici (həmin torpaq sahəsinin plan-ölçüsü sənədinin əsli və həmin torpaq sahəsinin qeydiyyata alınmış qeyd olunan torpaq sahəsi ilə üstüstə düşən hissədə çıxılaraq yerdə qalan hissədə qeydiyyata alınmasının təmin olunması barədə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi və ya həmin torpaq sahəsinin tam onların adına qeydiyyata alınması barədə müsbət qanuni qüvvəyə minmiş məhkəmə qərarı) və digər (həmin torpaq sahəsində payı olan şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri və dövlət rüsumunun ödənilməsi barədə) zəruri sənədləri ərizəyə əlavə olunaraq birbaşa ** saylı Zaqatala Ərazi Idarəsinə müraciət olunmalı idi.

7. Qeyd olunan torpaq sahəsi üzərindəki onların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışla və ona dair plan-ölçü sənədi ilə rəsmiləşdirildikdən sonra, sözügedən torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinin sənədləşdirilməsi üçün qeyd olunmuş qanunla müəyyən edilmiş sənədlərlə yenidən iddiaçı ərazi idarəsinə birbaşa müraciət etdiyi təqdirdə həm torpaq sahəsi və üzərindəki evlə birgə vahid daşınmaz əmlak kimi sənədləşdirilməsi məsələsinə qanunamüvafiq qaydada baxılacağı barədə ona ##.##.2025-ci il tarixli, 3-21-3-47/2-M-0056-8/2025 (************) nömrəli məktub ünvanlanmışdır.

8. Məlumat üçün bildirilmişdir ki, iddiaçının əvvəlki 2021-ci il tarixli, ********** nömrəli müraciətinin icrası zamanı məlum olmuşdur ki, onun adına tərtib olunmuş AN ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan sözügedən 0,599 ha həyatyanı torpaq sahəsinin 228 kv.m hissəsi “xxxx” ASC-nin mülkiyyətindədir. Iddiaçı tərəfindən ilk iddia ilə qeyd olunan fərdi yaşayış evi (mübahisəli hissə) üzərində hüquqların dövlət qeydiyyatının və həmin qeydiyyatın aparılması üçün əsas olan sənədlərin, qarşılıqlı iddia ilə torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğv edilməsi məqsədi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin ## ###### 2010-cu il tarixli 2(033)-434/2010 iş nömrəli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir. Iddiaçı tərəfindən Zaqatala Rayon Məhkəməsinin ## ###### 2010-cu il tarixli 2(033)-434/2010 iş nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin ## ##### 2012-ci il tarixli 2(107)-05/2012 iş nömrəli qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edilmiş və qətnamənin qarşılıqlı iddia üzrə torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ləğvi ilə bağlı hissəsində iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti ilə bağlı məlumat ərazi idarəsinə daxil olmamışdır. Bundan sonra iddiaçı tərəfindən X9 və “xxxx” ASC-nin adına verilmiş çıxarışların ləğv edilməsi tələbi ilə Şəki Inzibati-Iqtisadi Məhkəməsinə müraciət olunmuş, lakin məhkəmənin ## ### 2015-ci il tarixli, **(**)-***/**** saylı qərardadı ilə onun iddiaası mümkün sayılmamışdır. Həmin qərardaddan onun tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin ## #### 2015-ci il tarixli *-*(***)-***/**** saylı qərardadı ilə təmin edilməmiş və Şəki Inzibati-Iqtisadi Məhkəməsinin ## ### 2015-ci il tarixli *-*(**)-***/**** saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardaddan verilmiş kassasiya şikayəti ilə bağlı məlumat ərazi idarəsinə daxil olmamışdır.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki Inzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ###### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

13. Iddiaçı X11, onun nümayəndəsi və vəkili X7 həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI

14. Iddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRIN IZAHATLARI

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı Abdulxalıq oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBIQ EDILƏN HÜQUQ

17. Inzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən IPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə IPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. IPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də IPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, IPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. IPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. Iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

20. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2005-ci il tarixli * nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

21. "C.Ismayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir.

APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ

22. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

25. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.

26. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

27. Iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hüquqi marağı Yevlax rayonu Havarlı bələdiyyəsinin ##.##.2007-ci il tarixli iclas protokolunun *** nömrəli qərarına əsasən X4 ayrılmış 0,05 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarşın və plan-ölçü sənədinin verilməsindən ibarətdir. Iddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır.

28. Şəki Inzibati-Iqtisadi Məhkəməsinin # ### 2015-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı Abdulxalıq oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı ərazi idarəsinə qarşı “X5 adına işlənmiş ******* nömrəli çıxarışın və “xxxx”ın adına işlənmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

29. Şəki Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının # #### 2015-ci il tarixli qərardadına əsasən iddiaçı İddiaçı Abdulxalıq oğlunun şikayəti təmin edilməmişdir.

30. Həmin qərardadda qeyd edilmişdir ki, hazırkı iddia tələbi “X5 adına işlənmiş ******* nömrəli çıxarışın və “xxxx”ın adına işlənmiş çıxarışın ləğv edilməsi”ndən ibarətdir. Hazırki mübahisədə ləğv edilməsi tələb edilən MA seriyalı ******* nömrəli çıxarış X1 ilə X5 arasında bağlanmış ##.##.2006-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında, “xxxx” ASC-nin adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarış isə “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” ##.##.2014-cü il tarixli müqavilə əsasında verilmişdir. Bu səbəbdən həmin tələb inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz və mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır.

31. Kollegiya qeyd edir ki, məhkəmə qərarının preyudisiallığı prinsipi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.

32. Göründüyü kimi, iddiaçı analoji iddia tələbi ilə Şəki Inzibati-Iqtisadi Məhkəməsinə müraciət etmiş, araşdırma aparılmış və nəticə etibarı ilə iddia mümkün sayılmamışdır. Iddiaçı eyni tələbi irəli sürməklə prosessual məhdudiyyətlərdən yayınmağa çalışmaqla yenidən eyni məsələyə məhkəmə qaydasında baxılmasına nail olmaq istəyir ki, bu da yolverilməzdir. Bütün iddiaların mahiyyəti də, obyekti də bütün hallarda dəyişməzdir. Buna görə də əvvəlki iş üzrə qanuni qüvvəyə minmiş qərarın mövcudluğu, hazırki iddia tələbinə baxılmasının mümkünlüyünü istisna edir.

33. Belə ki, qeyd edilən mübahisəyə daha əvvəl baxıldığından və iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı qəbul edildiyindən, hazırki hüquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması mümkün deyildir (iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz).

34. Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, IPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

35. Göründüyü kimi, iddiaçının hazırkı tələbinə daha əvvəl baxılmış və mübahisə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı ilə başa çatmışdır. Iddiaçının mübahisələndirdiyi “xxxx” ASC-nin adına verilmiş çıxarış mülki əqd əsasında verildiyindən hazırkı mübahisə inzibati mübahisə deyildir. Iddia tələbinin digər hissələri isə hazırda mübahisələndirilən üçüncü şəxsin qeydə alınmış hüququ ilə məhdudlaşdığından həmin tələblər özlüyündə mümkünlük şərtinə cavab vermir.

36. Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinin normasının mahiyyətindən də göründüyü kimi, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, qeyd edilən mübahisəyə daha əvvəl baxılması, iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərardadının qəbul edilməsi, eyni zamanda mübahisənin inzibati məhkəmə qaydasında baxılmalı olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir və hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

38. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

39. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Inzibati ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI: Iddiaçı İddiaçı Abdulxalıq oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar