Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-170/2026 19.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Zaqatala rayonu, Aşağı Tala kənd “Səməd Vurğun” adına kolxozunda 1978, 1980, 1986, 1988, 1989, 1995-1996-cı illərdə işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmaqla, həmçinin ## ##### 1982-ci il tarixdən # #### 1986-cı ilədək hərbi xidmət və Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyinin Zaqatala Politexnik Texnikumunun “Faydalı qazıntı yerlərinin kəşfiyyat texnikası” ixtisası üzrə aldığı təhsil illərinin nəzərə alınmaqla,18 il 2 ay 23 gün (13 il, 2 ay, 23 gün işlədiyi vəzifənin) güzəştli şərtlərlə sığorta stajı kimi nəzərə alınmaqla, ona ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Iddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır ki, “iddiaçı ## #### 1964-cü il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur. Iddiaçı işlədiyi müddət ərzində iş stajının 25 ildən az (18 il 9 ay 19 gün), yəni (##.##.1982-##.##.1984-cü il, ##.##.1986- ##.##.1987-ci il, ##.##.1988-##.##.1989-cu il, ##.##.1989-##.##.2001-ci il, ##.##.2001- ##.##.2002-ci il tarixləri arasındakı dövrlər və ##.##.2006-cı il tarixindən sonra 1 il 9 ay) həmçinin, güzəştli iş stajı isə 12 il 6 aydan az (7 il 4 ay), yəni (##.##.1990-##.##.2007-ci il tarixləri arasındakı dövr üzrə çöl stajı) kimi cavabdeh orqan tərəfindən sığorta stajına hesablanması qeyd edilir. Iddiaçı 1978, 1980, 1986, 1988-1989, 1995-1996-cı illərdə keçmiş Zaqatala rayonu Aşağı Tala kənd “Səməd Vurğun” adına kolxozun üzvü olmuşdur. Iddiaçı 1981-ci ildə Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyinin Zaqatala Politexnik Texnikumuna daxil olmuşdur. Daha sonra ## ##### 1982-ci ildən ## ### 1984-cü ilədək hərbi xidmətdə olmuşdur. Iddiaçı hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirərək, 1986-cı ildə Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyinin Zaqatala Politexnik Texnikumunun “Faydalı qazıntı yerlərinin kəşfiyyat texnikası” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının # #### 1986-cı il tarixli qərarı ilə iddiaçıya kəşfiyyatçı-baş mexaniki ixtisası verilmişdir. ##.##.2001-ci ildən ##.##.2002-ci ilə qədər X8 5-ci dərəcəli qaynaqçı işləmişdir. Iddiaçı ## #### 1990-cı ildə X11 suların rejiminin öyrənilməsi partiyasının Alazan-Əyriçay Hidrogeoloji sahəsinə planalma və axtarış üzrə 2-ci dərəcəli fəhlə qəbul edilmişdir. (əmr № ***, ##.##.1990-cı il); ## ###### 2001-ci ildə Hidrogeologiya və X12 ləğvi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndinə əsasən işdən azad edilmiş (Ləğvetmə Komissiyasının ## ###### 2001-ci il, * №-li qərarı), ## ##### 2006-cı ildə Kompleks Hidrogeologiya və X12 Yeraltı suların monitorinqi partiyasına çöl işlərinə çıxmaqla geoloji planalma və axtarış işləri üzrə 2-ci dərəcəli fəhlə qəbul edilmişdir (əmr № **/k, 23 , ##.##.2006-cı il); ## ###### 2007-ci ildə X10 Yeraltı suların monitorinqi partiyasında çöl işlərinə ezam olunmaqla 2-ci dərəcəli fəhlə qəbul edilmişdir. (əmr № */k, ##.##.2007-ci il); ## ###### 2007-ci ildə Azərbaycan Respublikası Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (əmr № **/k, ##.##.2007-ci il). Lakin, cavabdeh orqan Zaqatala rayonu Aşağı Tala kənd “Səməd Vurğun” adına kolxozunda 1978, 1980, 1986, 1988-1989, 1995-1996-cı illərdə işlədiyi illəri, müddəti nəzərə almır. ## #### 2024-cü il tarixdə 60 yaşı tamam olmuş və güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Bu hüququnu həyata keçirmək üçün iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavabdeh orqan iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir. Cavabdeh orqanın imtina məktubunda iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Iddiaçı bildirir ki, Zaqatala rayonu Aşağı Tala kənd “Səməd Vurğun” adına kolxozunda 1978, 1980, 1986, 1988-1989, 1995-1996-cı illərdə işlədiyi illər, peşə ixtisası üzrə təhsil aldığı 1981-1986-cı illər və hərbi xidmətdə olduğu illər 1982-1984cü illər nəzərə alınmaqla, iş stajı 25 il artıqdır. Həmçinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Fondunun *-**-**/*-S-**-*/**** saylı, ##.##.2024-cü il tarixli məktubunda göstərilən və təhsil-hərbi xidmətdə olduğu illər də nəzərə alınmaqla güzəştli şərtlə iş stajı 18 il 2 ay 23 gün təşkil edir. Cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin olunması üçün imtinası heç bir hüquqi əsas yoxdur. Yuxarıda qeyd olunan səbəblərə görə iddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müqdafiə Fondunun Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəz Filialına müraciət etsə də, oradan iddiaçıya ##.##.2024-cü il tarixdə, *-**-*/*-S-******/**** saylı məktub ünvanlanaraq yuxarıda qeyd olunan hərəkətləri həyata keçirməkdən imtina edilmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin imtinası formal xarakterlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Fondunun *-**-**/*-S- **-*/**** saylı, ##.##.2024-cü il tarixli arayışından görünür ki, iddiaçının 13 il, 2 ay, 23 gün işlədiyi vəzifənin hüququna əsas olan xüsusiyyətləri yerüstü geoloji işlərdə fəhlə olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, 12-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.3 bəndinin vəzifə koduna uyğundur. Bundan başqa imtina məktubunda göstərilir ki, iddiaçının əmək kitabçasında kolxozda işlədiyi dövr üzrə işə qəbul olma və işdən çıxma tarixləri qeyd olunmamışdır. Iddiaçı, bu xüsusatla razı deyil. Əmək kitabçasında kolxozda işə qəbul olunma ili, günü, ayı qeyd edilməmişdir. Iddiaçı hesab edir ki, bu hal səlahiyyətli şəxslərin səhlənkarlığından baş vermişdir.
3. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2021-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur”.
4. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, “iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə Mərkəzi Filial tərəfindən ##.##.2024-cü il tarixli *-**-*/*-Y-******/**** nömrəli məktubla əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı İddiaçı ##.##.1964-cü il tarixdə anadan olmuşdur. Iddiaçı İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi təşkil etmişdir. Həmin maddənin iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə görə 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
5. Istinad olunan normaların müddəaları baxımından İddiaçı 2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu:
1. Ərizəçinin 60 yaşı tamam olmalıdır (yaş tələbi);
2. Ərizəçi iş stajının ən azı 12 il 6 ayını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi);
3. Ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərt təmin olunmadığı halda isə ərizəçi ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (pensiya kapitalı və ya ümumi iş stajı tələbi).
5. Ərizəçinin işlədiyi dövrlərin güzəştli iş stajı hesab edilməsi üçün bir sıra hallar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Həmin Qaydaya * nömrəli Əlavədə isə şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair işəgötürənin arayışının forması göstərilmişdir. Buna əsasən, işəgötürənin arayışında aşağıdakı məlumatlar qeyd olunmalıdır:
1. Arayışı verən dövlət orqanının (qurumun), işlədiyi müəssisənin adı;
2. Arayışın təqdim olunduğu şəxsin adı, soyadı və atasının adı;
3. Şəxsin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) işlədiyi dövrlər və həmin vəzifənin adı;
4. Şəxsin 3-cü bənddə qeyd edilmiş vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər;
5. Şəxsin işlədiyi həmin vəzifə üzrə sosial sığorta (əmək) stajı (il, ay, günlə göstərilməklə);
6. Şəxsin işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri;
7. Şəxsin işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin hansı Qərarı ilə təsdiq edilmiş Siyahının hansı bəndinə (yarımbəndinə) və (və ya) hansı vəzifə koduna uyğun olması.
6. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Həmin icmal məktubunda qeyd olunur ki, bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Mərkəzi Filial tərəfindən iddiaçı İddiaçı ünvanlanan ##.##.2024cü il tarixli *-**-*/*S-******/**** nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun ümumi iş stajı 25 ildən az (18 il 9 ay 19 gün (##.##.1982- ##.##.1984-cü il, ##.##.1986-##.##.1987-ci il, ##.##.1988-##.##.1989-cu il, ##.##.1989- ##.##.2001-ci il, ##.##.2001-##.##.2002-ci il tarixləri arasındakı dövrlər və ##.##.2006-cı il tarixdən sonra 1 il 9 ay)) təşkil edir. Eyni zamanda iddiaçı İddiaçı güzəştli iş stajı da 12 il 6 aydan az (7 il 4 ay (##.##.1990-##.##.2007-ci il tarixləri arasındakı dövr üzrə çöl stajı)) təşkil edir. Həmçinin, iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi AZE №******* nömrəli əmək kitabçasında 1978-1990-cı illər arasındakı dövr ərzində kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin həmin dövr üzrə əmək kitabçasında işə qəbul olma və işdən çıxma tarixləri qeyd olunmamışdır. Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli Qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli №*** Qərarın 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: Işçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. Işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Qərarın 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Qərarının 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Qərarın 3.13-cü bəndinə əsasən əmək müqaviləsinin şərtlərində, ştat cədvəlində və vəzifələrdə aparılan dəyişikliklər, habelə fəhlə və qulluqçuya yeni dərəcələrin verilməsi haqqında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) əsasən aparılır. Qərarın 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. Işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən AZE №******* nömrəli əmək kitabçasında 1978-1990-cı illər əmək fəaliyyəti qeyd edilərkən əmək kitabçasının doldurulma qaydası pozulduğundan həmin dövrün İddiaçı sığorta stajına daxil etmək mümkün olmamışdır. Həmçinin, iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi ##.##.2024-cü il tarixli *-**-**/*-*-**-*/**** nömrəli arayışda onun Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsində işlədiyi vəzifə üzrə ümumi iş stajının 13 il 02 ay 23 gün, çöl stajının isə 1852 gün olduğu qeyd edilmişdir. Eyni zamanda iddiaçı Y. Soltanov iddia ərizəsində təhsil aldığı və hərbi xidmətdə olduğu dövrlərin də güzəştli stajına daxil edilməli olduğunu bildirmişdir.
7. Qanunun 21.2-ci maddəsinə əsasən aşağıda qeyd edilən dövrlər sosial sığorta stajına daxil edilir: • işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; • yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il ######ın #-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; • müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRInin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərəjqulluq edilməsi müddəti; • işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; • istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; • zabit heyəti, R, R və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət, • şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyriqanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; • əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; • mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; • hərbi xidmət müddəti (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
8. Normanın məzmunundan da göründüyü kimi hərbi xidmət müddəti ümumi iş stajına daxil edilir. Mərkəzi Filial tərəfindən də qanunvericiliyə uyğun olaraq İddiaçı ümumi iş stajına daxil edilmişdir. Həmçinin iddiaçının təhsil aldığı dövrə münasibətdə qeyd edirik ki, təhsil müddətinin ümumi və ya güzəştli stajına daxil edilməsi ilə bağlı Qanunda hər hansı norma yoxdur. Buna görə də iddiaçının təhsil aldığı müddət ümumi və güzəştli iş stajına daxil edilməmişdir. Məhz bu səbəblərə görə də iddiaçıya qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.”.
9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki Inzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) # ###### 2026-cı il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə Mərkəzi Filial tərəfindən ##.##.2024-cü il tarixli *-**-*/*-Y-******/**** nömrəli məktubla əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı İddiaçı ##.##.1964-cü il tarixdə anadan olmuşdur. Iddiaçı İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi təşkil etmişdir. Həmin maddənin iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.” Həmin Qanunun 7-ci maddəsinə görə 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Istinad olunan normaların müddəaları baxımından İddiaçı 2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: Ərizəçinin 60 yaşı tamam olmalıdır (yaş tələbi); Ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərt təmin olunmadığı halda isə ərizəçi ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (pensiya kapitalı və ya ümumi iş stajı tələbi); Ərizəçi iş stajının ən azı 12 il 6 ayını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi).
TƏRƏFLƏRIN IZAHATLARI
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Iş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. AZE-0076266 seriya nömrəli Əmək kitabçasının surəti;
2. БT 2409579 seriya nömrəli Əmək kitabçasının surəti;
3. Cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubu;
4. Zaqatala rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli arxiv arayışının surəti.
5. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1964-cü il təvəllüdlüdür.
6. Cavabdehin ##.##.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş sənədlər.
7. Iddiaçıya məxsus ИT022113 seriya nömrəli diplomun surəti.
8. X6 Fondunun ##.##.2024-cü il tarixli arxiv arayışının surəti.
9. Iddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletin surəti
10. Cavabdehin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (7 il 7 ay 20 gün çöl iş stajı (##.##.1991-ci il tarixinədək 11 ay 19 gün (251 gün x 8:173,1:12=0,97 il), həmin tarixdən sonra 6 il 8 ay 1 gün (1601 gün x 8:160:12=6,67 il)) təşkil edir.
TƏTBIQ EDILƏN HÜQUQ
17. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. Inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. 4.3. Əlilliyə görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.3.2. sığorta hissəsindən; 4.3.3. yığım hissəsindən. 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1.1. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.2. 2019-cu il ######ın #-dən etibarən sağortaolunanın 2006-cı il ######ın #-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 221.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** №li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə.”
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
2. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin III bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.
3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları” (##.##.2025-ci ildə ləğv edilmiş)
1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır.
21. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 22.1. Inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ
22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
23. Iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (IPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (IPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
25. Iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. Iddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
26. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan yaş həddinə çatmış, onun ümumilikdə 25 il sığorta stajına və 12 il 6 ay güzəştli iş stajı mövcud olduğu halda cavabdeh ona pensiya təmin etməkdən imtina etmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Ilk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı ona ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
29. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
30. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının ümumi və güzəştli stajı tamamlanmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının pensiya hüququnun yarandığını təsdiq edən şərtlərdən biri onun qanunvericiliklə tələb olunan ümumi sığorta stajına, digər şərti isə güzəştli iş stajına malik olmasıdır.
32. Belə ki, iddiaçının mübahisələndirilməyən əmək fəaliyyəti dövrləri, eləcə də sonrakı dövrlər üzrə təqdim edilmiş sənədlər nəzərə alınmaqla onun ümumi sığorta stajının tələb olunan müddətə çatması məsələsi mübahisəlidir.
33. Bu baxımdan məhkəmə kollegiyası ilk növbədə iddiaçının əmək kitabçasında 1978- 1990-cı illər üzrə aparılmış qeydlərə qiymət verməyi zəruri hesab edir.
34. Iş materiallarına əlavə edilmiş iddiaçının ******* nömrəli əmək kitabçasında 1978- 1990-cı illər ərzində kolxozda əmək fəaliyyəti göstərməsi barədə qeydlər mövcud olsa da həmin dövr üzrə işə qəbul və işdən çıxma tarixləri qeyd edilməmişdir. Halbuki, əmək kitabçası əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd olmaqla əmək fəaliyyəti barədə qeydlərin müəyyən edilmiş qaydada aparılması tələb olunur.
35. Bununla belə əmək kitabçasındakı qeyd formasının qüsurlu olması həmin dövr üzrə hər hansı əmək fəaliyyətinin ümumiyyətlə mövcud olmadığını birbaşa olaraq ifadə etmir. Lakin pensiya hüququnun müəyyən edilməsi zamanı staja daxil edilən müddətin konkret olaraq hansı dövrü əhatə etdiyi, həmin dövrdə faktiki əmək fəaliyyətinin hansı həcmdə həyata keçirildiyi mötəbər sübutlarla müəyyən edilməlidir.
36. Bununla bağlı kollegiya qeyd edir ki, ##.##.2024-cü il tarixli Zaqatala Rayon Dövlət Arxivinin arayışından görünür ki, iddiaçının kolxozda ayrı-ayrı illər üzrə faktiki işlədiyi adamgünlərinin sayı müəyyən edilmiş minimum adamgünü normasından əhəmiyyətli dərəcədə az olmuşdur. Belə ki, 1978-ci ildə 180 minimum adamgünü normasından 25 gün, 1980-ci ildə 180 adamgünü normasından 91 gün, 1986-cı ildə 160 gün adamgünü normasından 31 gün, 1988-ci ildə 150 adamgünü normasından 17 gün, 1989-cu ildə 150 adamgünü normasından 1 gün, 1995-ci ildə 190 adamgünü normasından 3 gün, 1996-cı ildə 190 minimum adamgünü normasından 111 gün işlənildiyi göstərilmişdir.
37. Belə olan halda həmin illərin hər birinin tam təqvim ili kimi iddiaçının sığorta stajına daxil edilməsi üçün hüquqi əsas müəyyən edilmir. Əksinə, arxiv məlumatlarında göstərilən faktiki əmək fəaliyyəti və həmin dövr üçün tətbiq olunan hesablama qaydaları əsasında stajın faktiki işlənilmiş müddətə uyğun müəyyən edilməsi zəruridir.
38. Qeyd edilməlidir ki, 1992-ci il ######ın #-dək keçmiş SSRI ərazisində qazanılmış əmək stajının ümumi qaydada sığorta stajına daxil edilməsi qanunla nəzərdə tutulmuşdur. Lakin bu müddəa həmin dövrün sənədlərlə təsdiq edilmiş faktiki əmək müddətindən artıq həcmdə staja daxil edilməsinə əsas vermir.
39. Bu baxımdan iddiaçının 1978-1990-cı illərdə kolxozda əmək fəaliyyətinə dair əmək kitabçasında ümumi xarakterli qeydlərin mövcudluğu həmin illərin birbaşa olaraq tam əmək illəri kimi hesablanması üçün kifayət etmir. Həmin dövrlər üzrə arxiv sənədləri faktiki işlənmiş adamgünlərinin sayını müəyyən etdiyindən, məhz həmin məlumatlara hüquqi qiymət verilməlidir.
40. Bundan əlavə iddiaçının 1995-1996-cı illər üzrə əmək fəaliyyəti ilə bağlı sənədlər arasında da üst-üstə düşmə mövcuddur. Belə ki, həmin dövr əmək kitabçasında bir vəzifə üzrə əmək fəaliyyəti kimi, arxiv məlumatlarında isə başqa vəzifə üzrə fəaliyyət kimi göstərilmişdir. Eyni zaman kəsiyində müxtəlif sənədlərdə əks olunan əmək fəaliyyətinin ayrı-ayrılıqda hesablanması isə eyni müddətin iki dəfə sığorta stajına daxil edilməsinə gətirə çıxara bilər. Sığorta stajının hesablanmasının məqsədi şəxsin faktiki əmək fəaliyyətinin müddətini müəyyən etmək olduğundan, eyni təqvim dövrünün müxtəlif sənədlərdə əks olunması həmin müddətin ikiqat hesablanmasına əsas verə bilməz. Bu səbəbdən 1995-1996-cı illər üzrə üst-üstə düşən dövrlərin yalnız bir dəfə nəzərə alınması qanunuyğundur.
41. Digər tərəfdən iddiaçının təhsil müddəti ilə əmək fəaliyyəti dövrünün də üst-üstə düşdüyü müəyyən edilir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmalıdır. Təhsil müddətinin özü-özlüyündə hər hansı digər dövr üzrə əmək fəaliyyətinin də əlavə olaraq hesablanmasına və eyni müddətin iki dəfə nəzərə alınmasına səbəb olması yolverilməzdir.
42. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ümumi sığorta stajı 25 ildən az, 23 il 5 ay 13 gün təşkil edir. Bununla da iddiaçı pensiya hüququnun yarandığını təsdiq edən şərtlərdən biri olan qanunvericiliklə tələb olunan ümumi sığorta stajına malik olmamışdır.
43. Iddiaçının güzəştli iş stajına gəldikdə isə müəyyən edilir ki, cavabdeh orqan tərəfindən aparılmış hesablamaya əsasən ## ####### 1991-ci il tarixinədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Həmin tarixdən sonrakı dövr üzrə isə güzəştli stajın hesablanması faktiki işlənmiş günlər əsasında aparılmış və nəticədə tələb olunan 12 il 6 aylıq güzəştli iş stajının tamamlanmadığı müəyyən edilmişdir.
44. Həmçinin, iddiaçının təqdim etdiyi # ##### 2024-cü il tarixli güzəştli arayışda onun işlədiyi vəzifə üzrə sığorta stajının 13 il 2 ay 23 gün, çöl stajının isə 1852 gün olduğu göstərilsə də həmin məlumatlar özü-özlüyündə iddiaçının qanunla tələb olunan ümumi və güzəştli staj şərtlərinə malik olduğunu təsdiq edən yetərli sübut kimi qiymətləndirilə bilməz. Çünki pensiya hüququnun müəyyən edilməsi zamanı yalnız arayışda göstərilən yekun rəqəm deyil, həmin rəqəmin hansı konkret əmək dövrləri və hansı hesablama qaydası əsasında formalaşması müəyyən edilməlidir.
45. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün güzəştli iş stajı və ümumi sığorta stajı ilə bağlı qanunvericilikdə müəyyən edilmiş şərtlər birlikdə mövcud olmalıdır. Hazırkı iş üzrə isə iddiaçının həm tələb olunan ümumi sığorta stajına, həmn də tələb olunan güzəştli iş stajına malik olması iş materialları ilə tam və mötəbər şəkildə təsdiq olunmur.
46. Beləliklə, iddiaçının əmək kitabçasında 1978-1990-cı illər üzrə əmək fəaliyyətinə dair qeydlərin əmək fəaliyyətinin konkret müddətini müəyyən etməməsi, arxiv sənədlərində həmin illər üzrə faktiki işlənmiş adamgünlərinin müəyyən edilmiş minimumum normadan az göstərilməsi, 1995-1996-cı illər üzrə əmək fəaliyyəti barədə məlumatların üst-üstə düşməsi və eyni müddətin təkrar hesablanmasının yolverilməzliyi, habelə güzəştli iş stajının tələb olunan 12 il 6 ay müddətinə çatmaması nəzərə alındıqda, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən edilmiş şərtləri ödəmədiyi görünür.
47. Ona görə də cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
48. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
49. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.
50. Yuxarıda göstərilənlərə və IPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDI:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Inzibati iş üzrə yeni qərar çıxarılsın. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.