Azərbaycan Respublikası adından Qərardad İş № 2-1(3-10)-171/2026 22.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Qax rayonu Qaxbaş bələdiyyəsinə qarşı “cavabdehin ##.##.2022-ci il tarixli ** saylı iclas protokoluna əsasən qəbul edilmiş qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərardadından iş üzrə iddiaçı İddiaçı birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş Vəkil tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki Inzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## ###### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı İddiaçı birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili Vəkil tərəfindən аpеllyаsiyа şikаyəti verilmişdir. Lаkin iş mаteriаllаrı öyrənilərkən müəyyən edildi ki, аpellyаsiyа şikаyəti qanunvericilikdə müəyyən edilmiş mümkünlük şərtlərinə cavab vermir. Belə ki, şikayət qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməklə verilmiş, həmçinin аpellyаsiyа şikаyəti iddiaçı İddiaçı birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş Vəkil tərəfindən imzalanmışdır. Lakin onun apellyasiya şikayəti vermək səlahiyyətini təsdiq edən vəkil orderi şikayətə əlavə edilməmişdir. Apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı ## ##### 2026-cı il tarixə məhkəmə iclası təyin edilərək, iddiaçıya və vəkilinə bu barədə rəsmi məlumat verilmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və vəkili məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili ərizə göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 27. 27.1. Inzibati məhkəmə icraatının iştirakçıları, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər proses iştirakçıları hesab olunurlar. 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. 27.3. Iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh tərəflər hesab olunurlar. 81.1. Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 81.2. inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 84. Şikayətçi və birinci instansiya məhkəməsində icraatın iştirakçıları olmuş digər şəxslər şikayət üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. 86.1. Şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 86.1.1. şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Eyni zamanda, həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Göründüyü kimi apellyasiya şikayəti iddiaçı İddiaçı birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş Vəkil tərəfindən elektron imza ilə imzalanaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də və apellyasiya şikayətinə iddiaçının nümayəndəsi Vəkil tərəfindən səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilsə də, lakin Şəki Apellyasiya Məhkəməsinin adına vəkil orderi əlavə edilməli olduğu halda, əlavə edilməmişdir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının mənasından da göründüyü kimi Inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin: 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Bununla yanaşı iş materiallarından görünür ki, Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ##.##.2026-cı il tarixdə iddiaçının vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, lakin vəkil tərəfindən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmişdir. Göründüyü kimi, iddiaçının vəkili Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirildikdən sonra ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti 3 gün ötürmüşdür. Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin: 9-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 9-1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı İddiaçı birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş Vəkil apellyasiya şikayətini imzalamaq səlahiyyətini təsdiq edən vəkil orderi təqdim edilmədiyindən, nəticədə apellyasiya şikayəti vermək hüququna da malik olmadığından və eyni zamanda apellyasiya şikayəti qanunla müəyən edilmiş müddət ötürülməklə verildiyindən apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin: 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş Vəkil Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-10)-171/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-171/2026
22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver